Şeytan insanların ağıllarına müxtəlif mənasız vəsvəsələr, ya da şübhə dolu düşüncələr verə bilər. Əgər insan, şeytanın bu fısıltılarına aldanar, ona inanar və onun sözləri istiqamətində hərəkət edərsə, əlbəttə ki, bu düşüncələrindən məsul ola bilər.
Ancaq əgər bu pıçıltıları şeytandan olduğunu fərq edər, Allaha sığınar və doğru olan rəftarı göstərərsə, bu vəziyyətdə ağlından keçən pislikləri dərhal dağıdar və doğru düşünməyə başlayar. İnsan şeytanın verdiyi pis düşüncələrə etibar etmədiyi üçün bu düşüncələr də itib gedər. Quranda möminlərin özlərinə şeytandan bir vəsvəsə gəldiyində göstərdikləri davranış belə açıqlanmışdır:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal həqiqəti görərlər. (Əraf surəsi, 201)
Amma bunu da qeyd etmək lazımdır ki, insan bütün bunları bildikdən sonra hələ də ağlında vəsvəsələrin, şübhələrin, mənfi düşüncələrin qalmasına izin verirsə bunlardan məsul tutula bilər. Daima başında möminlərə qarşı pislik, fitnə, fücur tərzində düşüncələr keçirən insan, niyyətindən də məsul tutula bilər. Allah bir ayəsində belə bildirir:
De ki: "Kökslərinizdə olanı gizləsəniz də, üzə çıxarsanız da Allah bilir. Və göylərdə olanı da, yerdə olanları da bilir. Allah hər şeyə qadirdir." (Ali İmran surəsi, 29)
Allah hər insan üçün müəyyən bir ömür müddəti təyin etmişdir və heç kimin bu zamanın qarşısını alması mümkün deyil. Bu mövzuda təqdir Allahın olduğu üçün belə bir vəziyyətlə qarşılaşanda möminə düşən ən gözəl rəftar, Allahın yaratdığı qədərə razı olmaq və bu hadisəyə təvəkkül və təslimiyyətlə yaxınlaşmaqdır. Əksinə göstərilən təvəkkülsüz bir rəftar Allahın yaratdığı qədərə qarşı üsyan deməkdir ki, bu, bir möminin əsla yanaşmayacağı bir davranışdır.
Üstəlik, əgər ölən insan mömin isə, ölüm ilə birlikdə Allahın məmnuniyyətinə və cənnətinə qovuşacaq və dünyayla müqayisə edilməyəcək qədər böyük nemətlər içərisində gözəl bir həyat yaşayacaq. Bu vəziyyətdə onun üçün kədərlənmək yox, əksinə belə şərəfli bir nəticəyə çata bildiyi üçün sevinmək lazımdır. Əgər ölən adam dünyadakı həyatını Allahın razılığını qazanmaq üçün yaşamamışsa, bu vəziyyətdə də cəhənnəmlə qarşılaşacaq. Ancaq bu da yenə Allahın ədalətinin gərəyi və Allahın təqdiri olduğu üçün yenə kədərlənəcək bir mövzu yoxdur. Çünki bu insan özünə bu son xatırladıldığı halda, bilə-bilə inkar yolunu seçmişdir.
Bununla yanaşı, insanın ölümlə birlikdə sevdiyi insandan uzaq qaldığı üçün kədərlənməsi də yersizdir. Çünki unudulmamalıdır ki, əgər o insan da Allahın razılığını qazanmaq üçün ciddi bir səy göstərirsə, sonsuz cənnət həyatında sevdiyi insanla sonsuz bərabərliyi əldə edəcəyi mümkündür. Bu səbəbdən, bir mömin bir başqa möminin ölümünün ardından onun cənnətə qovuşmuş olmasını ümid etdiyi üçün heç bir şəkildə kədərə qapılmaz. Quranda möminlərin, ölümün ardından cənnətə qovuşmağı umduqlarına görə sevinib müjdələşmələri tövsiyə edilmişdir.
Allahın və axirətin varlığına qəti olaraq iman edən bir insan, ətrafındakı insanların da özü kimi doğrunu görməsini və insan fitrətinə ən uyğun həyat şəkli olan Quran əxlaqını yaşamasını istəyər. Əks təqdirdə, qarşısındakı kimsənin sonsuz bir cəhənnəm əzabıyla qarşılaşacağını bildiyi üçün bu kimsənin iman etməsi üçün əlindən gələn bütün səyi göstərər. Ancaq unudulmamalıdır ki, insan din əxlaqını izah etməklə və insanları doğru olana çağırmaqla məsuldur, lakin bu kəslərin imanı qəbul edib-etməmələrindən məsul deyil. Hidayəti verə biləcək tək güc Allahdır. Bir insan gecə-gündüz din əxlaqını izah etsə, ən təsirli izahatları versə, ən təsiredici nümunələri də göstərsə, əgər Allah bu adam üçün hidayət diləməmişsə, izah edilənlərin heç biri qarşı tərəf üzərində təsirli olmaz. Əgər Allah istərsə, istədiyi adama istədiyi anda hidayət verə bilər. Təqdir Allaha aiddir və Allah hökm verənlərin ən yaxşısıdır. Allahın təyin etdiyi qədər, verdiyi qərar insanlar üçün ən xeyirli olandır. Məhz bu səbəblə, göstərilən bütün səyə baxmayaraq ətrafındakı bir kimsənin iman etməməsi, mömin üçün heç zaman kədər vəsiləsi ola bilməz. Allahın təqdirinə təslim olmağın Qurana görə göstərilə biləcək ən gözəl davranış olduğunu bilər və təvəkkül edər.
İnsanlar, dünyada etdikləri hər hərəkətlə, ağıllarından keçirdikləri hər düşüncəylə hesab günü qarşılaşacaqlar. "... Həqiqətən, Allah, hər şeyin üzərində şahid olandır." (Həcc surəsi, 17) ayəsiylə bildirildiyi kimi, Allah dünyada onların etdikləri hər şey üzərində şahiddir. Quranda həmçinin insanların qarşısına hesab günü şahid olaraq gətiriləcək kəslərdən də söz edilir. Axirətdə şahidlik edəcək olan kəslərdən bəziləri belə xəbər verilmişdir:
Nəhayət, ora çatınca, eşitmə, görmə (duyğuları) və dəriləri öz əleyhlərinə şahidlik edəcək. (Fussilət surəsi, 20)
Və rəsullar də (şahidlik üçün) müəyyən bir vaxtda gətirildiyi zaman ... (Mursəlat surəsi, 11)
Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq? (Nisa surəsi, 41)
Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. (Yasin surəsi, 65)
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. (Zumər surəsi, 69)
Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə üzrxahlıq etməyə izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır. (Nəhl surəsi, 84)
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik.... (Nəhl surəsi, 89)
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)
Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. (Qaf surəsi, 21)
Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, şərtlərə, insanlara və mühitə görə gözəl əxlaqlarından, ya da inanclarından güzəştə getməmələridir. Bu səbəblə qürurlu, ya da təkəbbürlü bir rəftarla qarşılaşdıqları zaman da heç bir şəkildə qarşı tərəfin düşdüyü səhvə düşməz, əksinə ən təvazökar rəftarlarıyla qarşı tərəfə də nümunə olmağa çalışırlar. Allahın razı olacağını bildirdiyi rəftar da budur onsuz da. Allah Quranda pis bir rəftara gözəl əxlaqla cavab verildikdə, bunun qarşı tərəf üzərində də təsirli olacağını bildirmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar (Fussilət surəsi, 34)
Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Ali İmran surəsi, 200) ayəsiylə möminlərə bir çətinliklə qarşılaşdıqları zaman səbir göstərməyi tövsiyə etmişdir. Möminlər bu çətinliyi aradan qaldırmaq üçün ağıllarını, maddi və mənəvi bütün imkanlarını sonuna qədər istifadə edər, əllərindən gələn bütün səyi göstərərlər.
Ancaq bir tərəfdən də çətinliklərin Allahın özlərini sınamaq üçün yaratdığı xüsusi hadisələr olduğunu və bu hadisələrin ardında mütləq bir xeyir gizləndiyini bilərək Allaha təvəkkül edərlər. Möminlərin səbirlərində Allaha olan bu inamları əsasdır. Allahın hər hadisəni qəti olaraq bir hikmət üzərinə yaratdığına və möminlərin dualarını qəbul edərək bu çətinlikləri aradan qaldıracağına dair Allaha güvənərlər. Məhz bu səbəblədir ki, heç bir zaman ümidsizlik kimi bir duyğuya düşməzlər.
Allah bir ayəsində, Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” "(Zumər surəsi, 53) deyərək möminlərə hər nə olursa olsun, Allahın rəhmətindən ümid kəsməməyi əmr etmişdir.
"Dünya həyatına razı olmaq" insanın axirət həyatını göz ardı edərək bütün planlarını yalnız dünyaya görə etməsi və yalnız bu dünya üçün yaşamasıdır. Bu kəslər təxminən altmış-yetmiş il davam edən dünya həyatını, sonsuz axirət həyatından üstün tutarlar. Dünya minlərlə əksikliklərlə dolu ikən, cənnətdə qüsursuz və sonsuz bir həyat olduğunu unudarlar. Dünya həyatını yaxın, axirət həyatını uzaq gördükləri üçün əvvəlcə özlərinə görə dünyanın dadını çıxarmaq istəyərlər.
Ancaq burada etdikləri ən böyük səhv bir tərəfdən dünya həyatını yaşayarkən, digər tərəfdən də axirət üçün heç bir hazırlıq görməmələridir. Halbuki, axirəti hədəfləyən insanlar həm dünya həyatının nemətlərindən, həm də cənnətin gözəlliyindən faydalana biləcəklər. Yalnız dünya həyatına razı olan kəslər isə yalnız dünyadan istifadə edə biləcək, amma axirətdə əzabla qarşılaşacaqlar. Quranda dünya həyatına razı olanların alacağı qarşılıq belə bildirilmişdir:
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur. (Yunis surəsi, 7-8)
Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görür. (Mumtəhənə surəsi, 3) ayəsiylə heç bir yaxın qohumun qiyamət günündə bir-birinə fayda verə bilməyəcəyini bildirmişdir.
Yenə bir başqa ayədə də "... o Bizə, hüzurumuza tək-tənha gələcəkdir.." (Məryəm surəsi, 80) sözləriylə Allah hər insanın etdiklərindən tək başına sorğuya çəkiləcəyini xatırlatmışdır. Bu ayələrdən də aydın olacağı kimi, axirət günündə heç bir insanın etdiyi bir ibadət bir başqasına fayda verməyəcəkdir. Çünki Allah hər insana müstəqil bir anlayış, müstəqil bir vicdan vermiş və hər birini müxtəlif yollarla ayrı-ayrı xəbərdar etmişdir. Bu səbəblə, insanın həyat yoldaşı, uşağı kimi ən yaxın kəslərin belə bütün ibadətlərini yerinə yetirməsi, adamın qurtuluşunu təmin etməz. Əksinə bütün bunları ən yaxınlarından gördüyü və doğru olduğunu bildiyi halda əməl etməməsi, axirətdə bu adamı Allaha qarşı məsuliyyət altında buraxa bilər.
Din əxlaqını öyrənən hər insan bunu başqalarına da izah etməklə məsuldur. Allah "içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi əmr edən və pislikdən çəkindirən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." (Ali İmran surəsi, 104) ayəsiylə möminlərə bu məsuliyyətlərini bildirmişdir. Bu səbəblə, mömin həyatının sonuna qədər Quran əxlaqını bir tərəfdən özü yaşayıb və ibadətlərini yerinə yetirərkən, bir tərəfdən də başqalarının eyni şəkildə din əxlaqını yaşaması üçün səy göstərməklə məsuldur.
Quranda din əxlaqının başqalarına da təbliğ edilməsinin möminlərin əhəmiyyətli bir xüsusiyyəti olduğuna belə diqqət çəkilmişdir:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)
Allah insanlara bir-birlərinə yaxşılığı tövsiyə edib, səhv rəftarlardan da çəkindirmələrini əmr etmişdir. Mömin, qarşı tərəfin Allahın bəyənməyəcəyi bir rəftar içərisində olduğunu gördüyü zaman, Allahın bu əmri istiqamətində bu adamı doğru olana çağırar. Allahın Quranda bildirdiyi mövzuları insanlara öyüd-nəsihət və onları doğru olana dəvət etmə mövzusunda heç bir zaman tərəddüdə düşməz. Çünki Allah "Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın. (Əraf surəsi, 2) ayəsiylə möminlərə Quran hökmlərini başqalarına xatırlatma mövzusunda bitərəf davranmamalarını bildirmişdir.
Allahın Əfuv adı "Əfvi çox olan", Qaffar adı "Mərhəməti, bağışlaması çox olan" mənasındadır. İnsan, səhv edən, unudan və yanılan bir varlıqdır. Həyatı boyunca minlərlə dəfə səhv edər, minlərlə dəfə də bu etdiklərindən ötrü peşmanlıq duyar. Ancaq tövbə edərsə, hər səfərində də Allahı mərhəmətli, əfvedici və bağışlayıcı olaraq görər. Çünki Allah qullarına mərhəmət edən, onları əsirgəyən və bağışlayandır. Allah, "Kim pis bir iş görərsə və ya öz-özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər." (Nisa surəsi, 110) ayəsiylə insanlara bu həqiqəti bildirmişdir. Bir başqa ayədə isə Allahın şirk xaricindəki bütün günahları bağışlaya biləcəyi bildirilmişdir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir (Fatir surəsi, 15)
Yuxarıdakı ayədə bildirildiyi kimi, Allah Qaniydir, yəni "çox zəngin və hər şeydən müstağni olan"dır. İnsanlar da daxil olmaq üzrə bütün varlıqlar hər an Allahın varlığına, özlərinə bağışlayacağı nemətlərə, Allahın əsirgəməsinə və bağışlamasına möhtacdırlar. Onun istəyi və onlara verdiyi nemətlərlə həyatlarını davam etdirirlər. Allah isə pakdır, müqəddəsdir və hər şeyin tək sahibidir. Quranda Allahın bu adı bir çox ayə ilə tanıdılmışdır. Bunlardan bəziləri belədir:
"Göylərdə və yerdə Allahı aciz qoyan heç bir şey yoxdur" (Fatir surəsi, 44).
mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtacı olmayandır. (İsra surəsi, 111).
Allah, göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayandır. (Əhqaf surəsi, 33)
Allah, "doğmamış və doğulmamış" dır. (İxlas surəsi, 3)
"Göylərdə, yerdə, onların arasında və torpağın altında olanların hamısı Onundur" (Taha surəsi, 6)
"Şübhəsiz ki, Biz, həqiqətən Biz yaşadar və öldürən və varis olanlar Bizik" (Hicr surəsi, 23)
Mühəvvin adı Allahın "çətinlikləri yüngülləşdirən" sifətini ifadə edər. Quranın "... Allah sizə asanlıq diləyər, çətinlik diləməz ..." (Bəqərə surəsi, 185) ayəsiylə Allahın Mühəvvin sifətinə diqqət çəkilmişdir. Allah Özünə sığınan qullarının işlərini asanlaşdıracağını, onlara kömək edəcəyini, ürəklərinə hüzur və güvən hissi verərək onları dəstəkləyəcəyini və addımlarını möhkəmləndirərək qətiyyətlərini artıracağını bildirmişdir. Onların qaldıra bilməyəcəyi bir yük yükləməyəcəyini bildirmiş, üstəlik qarşılaşdıqları çətinliklərə qarşı, Allah üçün gözəl bir səbir ilə səbir etdikləri zaman da onları Öz tərəfindən köməyiylə dəstəkləyəcəyini müjdələmişdir. Həmçinin Allah, "Demək ki, həqiqətən çətinliklə birlikdə asanlıq vardır" (İnşirah surəsi, 5) ayəsiylə də insanlara çətinliklərin ardından mütləq asanlıq gətirəcəyini bildirmişdir.
Allahın Şafi ismi "şəfa verən" mənasındadır. Xəstəliyi yaradan Allah olduğu kimi bu xəstəlikləri sovuşduran və insanlara şəfa verə biləcək tək güc də yenə Allahdır. Əlbəttə ki, Allah hər bir xəstəlik üçün bir çox müalicə üsulu və dərman da yaratmışdır, ancaq bütün bunlar bir insana yenə ancaq Allahın diləməsiylə şəfa verə bilər. Allah diləmədiyi müddətcə heç bir həkim, heç bir müalicə üsulu və ya heç bir dərman tək başına bir insanı sağaltmaq üçün yetərli olmaz. Hz. İbrahimin Quran ayəsiylə bildirilən "Xəstələndiyim zaman mənə şəfa verən Odur." (Şuəra surəsi, 80) sözləri də bu həqiqəti dilə gətirmişdir.
Allahın Münzir adının mənası "xəbərdar edib qorxudan" dır. Allah endirdiyi haqq kitablar ilə insanlara doğrunu və yanlışı bildirir və onları axirətdə qarşılarına çıxacaq olan cəhənnəm əzabına qarşı xəbərdar edər. Bir ayədə Quranın endirilməsindəki bu məqsəd belə açıqlanmışdır: "Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.” (İbrahim surəsi, 52) Bununla yanaşı, Allahın tarix boyunca gəlmiş keçmiş hər birliyə elçilərini göndərməsi də yenə eyni məqsədli olub. Quranda peyğəmbərlərin insanlara doğru yolu göstərdiyi, onları Allahın əzabıyla xəbərdar edib və cənnət ilə müjdələdiyi belə bildirilmişdir:
Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir (Nisa surəsi, 165)
Bir ayədə hz. Şüeyb "Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhmlidir, sevəndir." (Hud surəsi, 90) sözləriylə qövmünə Allahın sevgisini xatırlatdığı bildirilir. İman edən, Allahdan qorxub çəkinən, Quranın hökmlərini dəqiqliklə yerinə yetirən və ciddi bir səy ilə axirət üçün çalışan hər insan Allahın sevgisini, razılığını və məmnuniyyətini qazanmağı ümid edə bilər. Allahın bu sevgisini kimlərə yönəldəcəyini bildirdiyi ayələrdən bəziləri isə belədir:
Allah yaxşılıq edənləri sevər
"... Yaxşılıq edin. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər." (Bəqərə surəsi, 195)
Allah, ədalətlə hökm edənləri sevər
"... (Hər mövzuda) ədalətli davranın. Şübhəsiz ki, Allah ədalətli olanları sevər." (Hucurat surəsi, 9)
Allah Özündən qorxanları sevər
"Xeyr, kim əhdinə vəfa edər və çəkinsə şübhəsiz ki, Allah müttəqiləri sevər." (Ali İmran surəsi, 76)
Allah səbir edənləri sevər
"... Allah səbir edənləri sevər." (Ali İmran surəsi, 146)
Allah təvəkkül edənləri sevər
"... Həqiqətən, Allah təvəkkül edənləri sevər." (Ali İmran surəsi, 159)
Allah təmizlənənləri sevər
"... Allah təmizlənənləri sevər." (Tövbə surəsi, 108)
Allah müttəqiləri sevər
"... Həqiqətən, Allah müttəqiləri sevər." (Tövbə surəsi, 7)
Allah Öz yolunda səf-səf duraraq mübarizə aparanları sevər
"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. " (Saff surəsi, 4)
Bu mövzuda Quranda bildirilən ayələrdən bəziləri belədir:
- Allah günahkar kafirlərin heç birini sevməz
Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz (Bəqərə surəsi, 276)
- Allah zalımları sevməz
"İman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz." (Ali İmran surəsi, 57)
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır (Şura surəsi, 40)
- Allah təkəbbürlənib lovğalıq edənləri sevməz
Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ana-ataya, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yol yoldaşına, müsafirə və sağ əllərinizin malik olduqlarına gözəlliklə davranın. Çünki, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa surəsi, 36)
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
- Allah xəyanət edən günahkarları sevməz
Öz nəfslərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Heç şübhəsiz ki, Allah xəyanət edən günahkarları sevməz. (Nisa surəsi, 107)
- Allah həddi aşanları sevməz
... Əlbəttə, Allah həddi aşanları sevməz. (Bəqərə surəsi, 190)
- Allah fitnə-fəsad törədənləri sevməz
... Yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz. (Maidə surəsi, 64)
O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir (Bəqərə surəsi, 205)
- Allah israf edənləri sevməz
... Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü haqqını verin; israf etməyin. Çünki O, israf edənləri sevməz. (Ənam surəsi, 141)
Ey Adəm oğulları, hər məscid yanında zinətlərinizi geyinin. Yeyin, üçün və israf etməyin. Çünki O, israf edənləri sevməz. (Əraf surəsi, 31)
- Allah həddi aşanları sevməz!
Rəbbinizə yalvara yalvara və için-için dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz. (Əraf surəsi, 55)
- Allah xəyanət edənləri sevməz
... Həqiqətən, Allah xəyanət edənləri sevməz. (Ənfal surəsi, 58)
- Allah təkəbbürlüləri sevməz
Şübhəsiz ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir; həqiqətən O, təkəbbür edənləri sevməz!. (Nəhl surəsi, 23)
- Allah xain, nankor olan kimsəni sevməz
Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir. (Həcc surəsi, 38)
- Allah öyünənləri sevməz
... Qövmü ona demişdi ki: "Öyünmə, çünki Allah öyünənləri sevmir." (Qəsas surəsi, 76)
Buna bənzər suallara təkamülçülər açıq və qəti cavablar verə bilməzlər. Ancaq, bu tip vəziyyətlərdə təkamülçülərin müraciət etdikləri bir izah vardır. Heyvanların instinktləri ilə bu davranışları göstərdiklərini iddia edərlər. İnstinkt sözü təkamülçü elm adamları tərəfindən, heyvanların doğuşdan sahib olduqları bəzi davranışları müəyyən etmək üçün istifadə edilər. Ancaq bu instinktin necə əldə edildiyi, ilk olaraq necə ortaya çıxdığı və nəsildən-nəsilə necə ötürüldüyü sualları hər zaman cavabsızdır. Təkamülçü genetik Gordon R. Taylor, “The Great Evolution Mystery” adlı kitabında instiklərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə ifadə edir:
İnstikli bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab ala bilmərik. (Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, səh. 222)
Təkamülçülər instinkti, canlıların genlərində proqramlanmış olan davranışlar olaraq təyin edərlər. Məsələn, təkamülçülərə görə köç edən canlılar, ilk dəfə çıxdıqları köç səfərində istiqamətlərini instinktlərinə uyaraq taparlar. Bir quşun, ya da bir ilan balığının minlərlə kilometrlik səfərini başa çatdıra bilməsini təmin edən instinktləridir. Yəni köçəri quşların, ilan balıqlarının, tısbağaların hara gedəcəkləri genlərində proqramlaşdırılmışdır. Bu vəziyyətdə ağıla bu proqramı quşların genlərinə kimin yerləşdirdiyi sualı gələcəkdir. Çünki hər proqramın bir proqramlayıcısı vardır. Elə isə canlılardakı instinktlərin proqramlayıcısı kimdir? Bu suallara təkamülçülərin verdikləri cavab sadəcə insanları aldatmaqdan ibarətdir. Təkamülçülərə görə yer üzündəki bütün canlılar xüsusiyyətlərini "ana təbiət", ya da "təbiət" adını verdikləri anlayışlar sayəsində qazanmışlar. Bu anlayışların nələrdən meydana gəldiyini bir düşünək; daş, torpaq, ot, ağaclar, çiçəklər ... Bir ağacın bir arıya necə pətək düzəldəcəyini, pətəkləri meydana gətirdiyi altıbucaqlılardan neçə dərəcəlik meyilliliklərinin olacağını, ya da bir quşa yuva düzəltməyi öyrətməsi mümkün deyil. Təbiətdə olan heç bir şeyin başqa bir canlıya ağıl və şüur tələb edən hərəkətlər etdirməsi mümkün deyil. Belə bir iddia ağıl və elmdən kənar bir iddia olacaq. Canlılara bütün bunları etdirən, sahib olduqları xüsusiyyətləri onlara verən bir ağıl sahibi olduğu çox açıq bir həqiqətdir. Bu sərhədsiz ağılın sahibi də heç şübhəsiz ki, bütün aləmlərin Rəbbi olan Allahdır.
Təkamülçülərin "instinkt" olaraq adlandırdığı və ya "proqramlaşdırma" olaraq xarakterizə etdikləri bütün davranışlar Allahın ilhamı sayəsində reallaşır.
Təkamülçülər bu mövzulara əsaslı şərhlər gətirə bilmirlər. Bu mövzunu bir neçə nümunə üzərində misallarla izah edək: Erkək buynuzlu quş son dərəcə təhlükəsiz yuva düzəldər və dişi quşu içinə yerləşdirər. Daha sonra balalar yumurtadan çıxıb böyüyənə qədər dişisinə və balalarına daima yemək daşıyar, onlara baxar. Baxımlarını heç axsatmaz. Bir pinqvin dondurucu qış ayları ərzində yumurtalarının başından heç ayrılmaz, heç qidalanmadan kürt yatar. Bir çox balıq növü yumurtaları və sürfələri üçün çox diqqətli yuvalar hazırlayır. Məsələn, erkək tikanlı balıqlar su bitkilərindən hissələr toplayırlar, böyrəklərindən ifraz edilən yapışqan bir mayeni fısqırdıb, bitki hissələrini bir-birinə yapışdıraraq bir yuva düzəldərlər. Yuvada düzəltdikləri tunelə dişilərin yumurtlamasını təmin edərək, yumurtalara baxmağı öz üzərlərinə götürərlər. Yuvanı təmir edər, yumurtaları oksigenlə təmin etmək üçün suyu dalğalandırar, keşik çəkər, onları qoruyar. Butün bu kimi vəzifələr kişi balığa aiddir.
Təbiətdə bunlara bənzər bir çox nümunə vardır. Bu davranışların ortaya çıxmasının təkamül mexanizmləri ilə açıqlanması isə qeyri-mümkündür. Bu səbəblə, təkamülçülər canlılardakı bu xüsusiyyətlərin necə ortaya çıxdığı sualını cavabsız buraxarlar. Təkamülçü professorlardan Dr. Camal Yıldırım, bir ananın balasına olan sevgisi kimi davranışların təkamül mexanizmləri ilə açıqlana bilməyəcəyini belə ifadə edir:
Ananın bala sevgisini, heç bir ruhi maddə ehtiva etməyən "kor" bir mexanizm olaraq (təbii seleksiya) şərhə etmə imkanı vardırmı? Bioloqların (bu arada Darvinçilərin) bu cür suallara qane edici cavab verdiklərini söyləmək çətindir, şübhəsiz. (Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, səh. 185)
Canlılardakı fədakarlıq və əməkdaşlığa əsaslanan davranışlar təkamül nəzəriyyəsinin etibarsızlığını bütün açıqlığıyla ortaya qoyar. Bunun əsil səbəbi nəzəriyyənin qurucusu olan Darvinin iddialarına əsaslandırdığı mexanizmdir. Təkamül nəzəriyyəsinin iddialarından biri olan təbii seleksiya mexanizminə görə, canlılardan mühitə ən yaxşı uyğunlaşan həyatda qalar, gücsüz olanlar və ətraf şərtlərə uyğunlaşa bilməyənlər yox olar. Bu da canlılar arasında yardımlaşma deyil, rəqabət olmasını tələb edir. Halbuki, təbiətə baxdığımızda təkamülçülərin iddia etdikləri kimi yalnız güclülərin yaşadığı və var gücü ilə həyat mübarizəsinin davam etdiyi bir mühit olmadığını görərik.
Bütün canlılar yaşamaq üçün ovlanarlar, özlərini qorumaq üçün vuruşarlar. Amma bunlarla yanaşı, təbiətdə balalarını qorumaq üçün fədakarlıq edən, sürüsünün təhlükəsizliyi üçün öz həyatını təhlükəyə atan bir çox canlı vardır. Fərqli növlər arasında bir-birlərinin mənfəətini qoruma da tez-tez qarşılaşılan davranışlardandır.
Təkamül nəzəriyyəsi təbiətin yalnız bir döyüş yeri olduğunu iddia etdiyi üçün canlılardakı fədakar davranışlara şərh verə bilməz. Məsələn, təkamülçülər sürüdəki nəzarətçi quşun düşmən yaxınlaşdığında qışqıraraq nə üçün özünü fəda etdiyini, ya da başqa bir quş növünün düşməni balalarından uzaqlaşdırmaq üçün yaralı təqlidi edərək diqqəti öz üzərinə çəkməsini açıqlaya bilməzlər. Məhz bu vəziyyət nəzəriyyənin əsassızlığını ortaya qoyarkən, bir tərəfdən də bu canlıları Allahın yaratdığını sübut edən bir dəlilidir.
Təbii seleksiya, "bir canlı üçün faydalı olan bir dəyişikliyin (bu dəyişmə quruluşca ola bilər və ya davranışlarla əlaqədar ola bilər) digərlərinin arasından seçilərək o canlıda qalıcı hala gəlməsi və bu şəkildə bir sonrakı nəsilə ötürülməsi" dir. Bu iddiada diqqət edilməli çox əhəmiyyətli nöqtələr vardır. Bunlardan birincisi, bu ifadənin təbiəti, faydalı və zərərli davranışları ayırd edə bilən, şüurlu və qərar verə bilən bir güc olaraq göstərməyə çalışmasıdır.
Əvvəlcə, təbiətdə belə bir qərarı verə biləcək güc yoxdur, təbiətdəki hər hansı bir başqa canlı da belə bir qabiliyyətə sahib deyil. Belə bir seçimi yalnız o canlıları yaradan edə bilər ki, bütün canlılar Allahın nəzarəti altında hərəkət edərlər.
Təbii seleksiya mexanizminə görə, qazanılan davranışların irsiyyət yoluyla sonrakı nəsillərə köçürülməsi lazımdır. Burada da gözdən qaçırılmamalı olan bir nöqtə vardır. Canlılar təcrübə yolu ilə bəzi şeyləri öyrənsə də bunu daha sonrakı nəsillərə köçürmələri qeyri-mümkündür. Bu mövzudakı maraqlı nümunələrdən biri, işçi qarışqalardır. Qarışqa kaloniyalarındakı bütün məsuliyyət işçi qarışqalara aiddir. Bu qarışqaların xüsusiyyətlərindən biri sonsuz olmalarıdır. Yəni bu canlıların sahib olduqları qabiliyyətləri daha sonrakı nəsillərə irsiyyət yoluyla köçürmələri qeyri-mümkündür. Qısası, təbii seleksiya mexanizmi ilə canlıların gedərək inkişaf edən xüsusiyyətlərə sahib olmaları və bunları özlərindən sonrakı nəsillərə köçürmələri mümkün deyil.
Üstəlik, təbii seleksiya yeni bir canlı növü meydana gətirmə xüsusiyyətinə də sahib deyil. Yəni bir aslandan qaçan ceyran sürüsü içərisində təbii olaraq ən sürətli qaçan ceyranlar qaçıb xilas olacaq. Amma bu xilas olan ceyranların bir başqa növə məsələn, marala çevrilməsini təmin etməyəcək. Bu səbəblə, təkamül nəzəriyyəsinin iki təməl mexanizmindən biri olaraq təqdim edilən təbii seleksiyanın, canlılığın meydana gəlməsi və canlı növlərinin ortaya çıxışı mövzusunda heç bir töhfəsi yoxdur.
Əlbəttə ki, belə bir şey mümkün deyil. Bunu görmək üçün tək bir nümunə belə kafi olacaq. Yeni doğulmuş tut ipəkqurdu tırtılını müzakirə edək. Dünyada bir dəfəyə ən çox yumurta yumurtlayan canlılarından biri də tut ipəkqurdudur. Bir dəfədə 450-500 yumurta qoyan tut ipəkqurdu yumurtalarını qorumaq və ətrafa dağılmalarının qarşısını almaq üçün, onları ifraz etdikləri çox xüsusi bir ipliklə bir-birlərinə bağlayarlar. Yumurtadan çıxan tırtıllar, ilk olaraq özlərinə uyğun bir budaq tapar və eyni ipliklə özlərini bu budağa bağlayarlar. Bunun dərhal ardından da bədənlərindən ifraz etdikləri ayrı bir ipliklə özlərinə barama hörməyə başlayırlar. Tırtıl bu əməliyyat əsnasında orta hesabla 900 ilə 1500 m. uzunluğunda iplik ifraz edər. Yer üzündə hər gün dünyaya gələn saysız tırtıl eyni şəkildə hərəkət edər. Belə çətin və kompleks əməliyyatları bir tut ipəkqurdu tırtılının təsadüfən öyrəndiyini və daha sonra bunları özündən sonrakı nəsillərə öyrətdiyini iddia etmək isə əlbəttə ki, son dərəcə məntiqsizdir. Allah yaratdığı hər canlıya fərqli xüsusiyyətlər verir. Bu xüsusiyyətlər hər yeni nəsildə eynidir, heç dəyişməz, inkişaf etməz. Tırtıl hər zaman tırtıldır və hər zaman eyni baramanı hörər. Bu, Allahın sənətidir. Allah hər şeyə qadirdir.
Canlıların özlərinə aid olmayan balalara baxmaları təkamülçülərin "təbiətdəki mübarizə" iddialarını tamamilə etibarsız edən bir dəlildir. Təkamülçülərin bir iddiası, heyvanların genlərini bir sonrakı nəsilə ötürülməsi üçün balalarına fədakarcasına davranışlar göstərdikləridir. Bu səbəblə, canlıların öz balaları xaricində, eyni növün digər fərdlərinə kömək etmələri təkamül nəzəriyyəsinin açıqlamaqda ən çətinlik çəkdiyi mövzulardan biridir. Bunu nümunələrlə də görə bilərik. Müşk öküzlərində, sürünün hər hansı bir hücuma məruz qalması vəziyyətində yetkin öküzlər yan-yana dayanaraq bir dairə təşkil edir və sürüdəki bütün balaları ortalarına alırlar. Beləliklə, balalar qəti şəkildə qorunmuş olarlar. Eyni şəkildə delfinlər də sürü halında gəzərlər və bir-birlərini təhlükələrə qarşı qoruyarlar. Bir delfinin doğum zamanı yanında mütləq ana delfinə köməkçi olan başqa delfinlər da olar. Afrikalı ov itləri də sürü halında yaşayan canlılardır. Erkəklər və dişilər balaların baxımı mövzusunda iş bölgüsü edərlər. Ovu öldürdükdən sonra sürüdəki yetkinlər balaların ətrafında dairə təşkil edər və ilk olaraq balaların qidalanmasına icazə verərlər.
Eyni şəkildə arı, qarışqa kimi canlıların koloniya içindəki fədakarcasına davranışları da Darvinin "güclü olan yaşayar, zəif olan isə əzilərək yox olar" ifadəsini etibarsız edir.
Təkamülçülər canlılardakı kompleks mexanizmlər qarşısında susqun qalır. Nəzəriyyəni etibarsız edən yaradılış nümunələrindən biri, bombardman böcəyidir. Bombardman böcəyi düşmənlərinə qarşı, arxasındakı bir dəlikdən qaynar istilikdə xüsusi bir kimyəvi maye fışqırdaraq özünü müdafiə edir. Bu kimyəvi silah necə işləyir?
Bu sualla yola çıxan elm adamları son dərəcə təəccüblü kəşflər əldə etmişlər. Bombardman böcəyi, gizli ifrazat bölmələrində iki kimyəvi maddənin qatılaşdırılmış qarışığını hazırlayar: Hidrogen peroksid və hidro-kinon. Bunların qarışığı, toplama kisəciyi deyilən saxlama otağında birləşər. Bu toplama kisəsi, partlayış otaqcığı deyilən ikinci bölməyə bağlanar. Bu iki bölmə, insan ürəyindəki qapaqcıqlı əzələ sistemi kimi bir sistemlə bir-birindən ayrılmışdır. Böcək təhdid edildiyini anladığında, toplama kisəsindəki əzələlərini yığar. Eyni anda bu otağı, partlayış otağından ayıran əlaqə əzələlərini sərbəst buraxar və aradakı qapaq açılar. Bunun sayəsində, ifraz olunan kimyəvi qarışıq partlayış odacığına girər və partlayışı reallaşdıracaq katalizator fermentləri ilə qarşılaşar. Bu mərhələdə dərhal partlayış odacığının qapağı bağlanar. Hidrogen peroksid, su və oksigenə ayrılar. Oksigen, hidrokinon ilə reaksiyaya girərək daha çox su əmələ gətirər və "kinon" deyilən qıcıqlandırıcı kimyəvi maddə istehsal olunar. Bu reaksiya əsnasında olduqca yüksək bir istilik ortaya çıxar. Kimyəvi maddə bu mərhələdə qaynama dərəcəsinə çatar və bu qarışıq böcəyin bədəninin arxa qismindən boru şəklindəki xüsusi bir kanalla çölə püskürdülər. Və beləcə böcək, düşmənini zəhərli kimyəvi maddə olan kinon ilə məhv edər.
Böcəyin bədənində reallaşan bütün bu zəncirləmə reaksiyası göz açıb bağlayana qədər reallaşar. Bu sistemin heç səhv etmədən işləməsi çox vacibdir. Çünki sistemdəki hər hansı bir axsaqlıq partlayışın reallaşmaması və böcəyin ya düşməni tərəfindən öldürülməsi, ya da partlayışın böcəyin bədəninin içində reallaşması mənasına gələcəkdi. Qısacası, bombardman böcəyinin müdafiə sisteminin tam olaraq işləməsi üçün bütün hissələri eyni anda və əksiksiz bir şəkildə var olmalıdır. Bu da, böcəyin yaradılmış olması deməkdir.
Belə bir şey, əlbəttə, mümkün deyil. Bunu bir nümunə ilə baxaq. Bezoar keçisi, nə zaman bir ilan tərəfindən çalınarsa, yaşadığı yerdə yetişən südləyənkimilər bitkisi növlərindən birini yeyərək qanına qarışan ilan zəhərini südləyənkimilər mayesindəki "öforbon maddəsi" sayəsində təsirsiz hala gətirər. Gündəlik otladıqlarında isə südləyənkimilərə ağzını belə vurmaz. Bu bezoar keçilərinin südləyənkimilərin kimyəvi quruluşunu və bu otun ilan zəhərinə təsir etdiyini bilmələri deməkdir. Bu məlumatı bezoar keçiləri haradan əldə etmişlər?
Keçilərin, onları ilan dişlədiyində tapdıqları bütün otları yeyərək, yəni sınaq-yanılma metodunu istifadə edərək hansı otun zəhərlənmələrinə maneə olacağını tapmaları əlbəttə ki, mümkün deyil. Elə isə bu keçilər ilan zəhərinə qarşı hansı otun təsirli olacağını, ilan dişlədiyində necə müalicə olacaqlarını haradan bilirlər? Bu məlumatları onlara öyrədən kimdir? Bu sualların tək bir cavabı vardır. Bezoar keçiləri, dünyadakı hər canlı kimi Allahın ilhamı ilə hərəkət edirlər. Allah, onlara necə davranmaları lazım olduğunu öyrədib.
Təkamülçülər, ilk bakteriyaların bəslənmə ehtiyacı səbəbindən fotosintez etməyə başladıqlarını iddia edərlər, amma belə bir şey mümkün deyil. Çünki canlıların aclığa dayanma müddətləri müxtəlif olsa da, qida tapa bilməyən hər canlının qaçınılmaz sonu ölümdür. Bu iddia istiqamətində cavablandırılmalı olan suallar var. Ac qalan bir canlı milyonlarla il davam edən bir zaman müddətində ölmədən necə gözləmişdir? Üstəlik də bu aclıq nəticəsində bakteriyalar çox daha inkişaf etmiş bir canlıya çevrilərək, fotosintez kimi bir çox mərhələsi indiki zamanda həll edilə bilməmiş, süni olaraq belə təqlid edilə bilməyən bir əməliyyatı etməyə başlamışlar.
Bitkilər bakteriyalardan təkamülləşmiş ola bilməzlər. Çünki bakteriya hüceyrəsi ilə bitki hüceyrəsi quruluş olaraq bir-birindən çox fərqlidir. Yalnız DNT-lərinin quruluşu araşdırıldığında belə çox fərqli olduqları asanlıqla görüləcək. Məsələn, bitki hüceyrəsindəki DNT molekulu cüt qatlı bir pərdəylə saxlanılır, bakteriya hüceyrəsindəki DNT molekulu isə hüceyrə içində sərbəst dayanır. Bakteriya hüceyrəsindəki DNT molekulunda az sayda zülal vardır. Ancaq bitki hüceyrəsindəki DNT molekulu bir ucdan digər uca qədər zülallara bağlıdır. Bakteriya hüceyrəsindəki DNT molekulu tək bir hüceyrəyə aid məlumat daşıyır, halbuki bitki hüceyrəsindəki DNT bütün bitkiyə aid məlumatları daşıyır.
Bakteriyalarda heç bir orqanoid olmaz, bitki hüceyrələrində isə hər biri çox kompleks quruluşlara sahib bir çox orqanoid var. Bu həqiqəti təkamülçülər də bilir. Məsələn, təkamülçü elm adamı Prof. Əli Dəmirsoy aşağıdakı sözləri ilə bu vəziyyəti açıq şəkildə etiraf edir:
Kompleks hüceyrələr heç bir zaman ibtidai hüceyrələrdən təkamül prosesi içərisində inkişaf edərək meydana gəlməmişdir. (Ali Demirsoy, Kalıtım ve Evrim, s. 79)
Təkamülçülərin bu iddiaları da digərləri kimi əsassızdır. Təkamülçülərin iddialarına görə su yosunları dənizlərdəki qabarma-çəkilmə nəticəsində dəniz sahillərinə yapışarlar və bir müddət sonra quru bitkilərinə çevrilərək sahillərdən içərilərə doğru irəliləyərlər. Görəsən təkamülçülərin bu xəyali fərziyyələri həqiqətə nə qədər yaxındır?
Su yosunlarının quruya keçmələri vəziyyətində yaşamalarını mümkün etməyən çox sayda amil vardır. Bunlardan ən əhəmiyyətlilərinə qısaca bir nəzər salaq:
1-Quruma təhlükəsi: Suda yaşayan bir bitkinin quruda yaşaya bilməsi üçün əvvəlcə səthinin çox su itkisindən qorunması lazımdır. Əks təqdirdə bitki quruyacaq. Quru bitkiləri, qurumadan qorunmaq üçün xüsusi sistemlərlə təchiz edilmişlər. Bu sistemlərdə çox əhəmiyyətli təfərrüatlar vardır. Belə həssas bir sistemin təsadüfən meydana gəlməsi ehtimal xaricidir, qeyri-mümkündür. Əgər belə bir sistem bitkidə yoxdursa, bitkinin bu sistemin inkişafını gözləyəcək milyonlarla il zamanı da yoxdur. Belə bir vəziyyətdə bitki bir müddət sonra quruyar və ölər. Qaldı ki, bu çox xüsusi sistemlər, milyonlarla və milyardlarla il keçsə də təsadüfən əmələ gəlməyəcək qədər kompleks sistemlərdir.
2-Qidalanma: Su bitkiləri, ehtiyacları olan suyu və mineralları birbaşa olaraq içində olduqları sudan alırlar. Bu səbəbdən, quruya çıxıb yaşamağa çalışan bir su yosununu qidalanma problemi ortaya çıxacaq. Bunu həll edərək həyatını davam etdirməsi isə qeyri-mümkündür.
3-Çoxalma: Su yosununu qurudakı qısa ömrü əsnasında çoxalma üçün hər hansı bir imkanı da ola bilməz. Çünki su yosunları hər cür işlərində olduğu kimi, çoxalma hüceyrələrini dağıtma işində də sudan istifadə edərlər.
4-Oksigenin dağıdıcı təsirindən qorunma: Quruya keçdiyi iddia edilən su yosunu oksigeni o ana qədər suda həll olaraq almışdır. Təkamülçülərin iddiasına görə quruya keçdiyi anda oksigeni daha əvvəl heç qarşılaşmadığı bir şəkildə, yəni havadan birbaşa olaraq almaq məcburiyyətindədir. Bilindiyi kimi, normal şərtlər altında havadakı oksigenin üzvi maddələr üzərində dağıdıcı təsiri vardır. Quruda yaşayan canlılar, bu təsirdən zərər görməmələrini təmin edəcək sistemlərə malikdirlər. Su yosunu bir su bitkisidir, buna görə də oksigenin mənfi təsirlərindən qorunmaq üçün lazımlı olan fermentlərə sahib deyil. Buna görə quruya keçdiyi anda oksigenin zərərli təsirindən xilas olması mümkün deyil. Belə bir sistemin meydana gəlməsini gözləməsi kimi bir vəziyyət də mümkün deyil. Quruya çıxan bir su yosunu zaman keçdikcə mütləq quruyaraq yox olacaq.
Göründüyü kimi, bir su yosunu üçün quruya keçmə və quruda həyatına davam etdirməsi kimi bir ehtimal yoxdur. Quruya çıxdığı ilk anda, quruda yaşayan bir bitki kimi, rahatca yaşaya bilməsi üçün qüsursuz işləyən bir çox mexanizmə sahib olması lazımdır.
Nəticədə ortaya çıxan həqiqət budur: Bir su bitkisinin nə qədər müddət keçirsə keçsin, şərtlər nə olursa olsun bir quru bitkisinə çevrilməsi imkansızdır.
Qısacası, canlıların təsadüflər nəticəsində ortaya çıxdıqlarını qarşıya qoyan təkamül nəzəriyyəsi, həqiqətlərə zidd olan xurafatdan ibarətdir. Çünki bütün canlıları, Allah yaratmışdır.
başqa bizim heç bir məlumatımız yoxdur.
Həqiqətən, Sən hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən.
(Bəqərə surəsi, 32)