41-60: Sorular ve Cevaplar

41. Quranda Hz. Davuda Verilən "Ifadə Səlistliyi" Nə Mənaya Gəlir?

Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik. (Sad surəsi, 20)

İfadə səlistliyi, doğru olanı ən köklü, ən aydın və ən təsirli şəkildə anlada bilmə qabiliyyəti, yəni hikmətli danışa bilməkdir. Bu tərz bir danışığın ən əhəmiyyətli xüsusiyyəti, qarşı tərəfin vicdanını hərəkətə keçirəcək səmimiyyətdə və məntiqdə olmasıdır. İfadə səlistliyi olan bir insanın söylədiyi sözlər, qarşı tərəf üzərində dərin təsir buraxar. Qarşıdakı insanın səhv olan fikirlərində, ideologiyasına, həyat tərzində dəyişikliklər etməsinə və doğru olanı qəbul etməsinə vəsilə olar.

Unutmamaq lazımdır ki, ifadə səlistliyi, insanın çox mədəni olması, çox kitab oxumuş olması, çox təcrübəli olması və ya qrammatika qaydalarını çox yaxşı bilib qüsursuz cümlələr qurmasıyla bağlı bir xüsusiyyət deyil. Bu, Allahın imanı qüvvətli, səmimi, ixlaslı qullarına lütf olaraq verdiyi bir nemətdir.

42. Allah Inananlara Imanlarından Ötrü Dünyada Qarşılıq Verərmi?

Allah səmimi olan qullarına dünyada da gözəl bir qarşılıq verər. Onları doğru yola yönəldər, işlərini asanlaşdırar, ürəklərinə hüzur və güvən duyğusu verər, şükür etmələrinin qarşılığında üzərlərindəki nemətləri qat-qat artırar, dininə yardım etmələrindən ötrü onlara kömək edər. Əlbəttə, qulluqlarını sınamaq məqsədiylə arada bəzi çətinliklərlə də sınaya bilər. Ancaq bütün bunlarla yanaşı, onları dünyada gözəl bir həyat ilə yaşadar. Allah möminlərə etdikləri saleh əməllərin qarşılığını dünyada da verəcəyini ayələrində belə bildirmişdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10)

Beləcə Allah, dünya və axirət savabının gözəlliyini onlara verdi. Allah yaxşı iş görənləri sevər. (Ali İmran surəsi, 148)

43. Allah Inkar Edənlərə Dünyada Bir Qarşılıq Verərmi?

Allah "Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaqdır” (Ali İmran surəsi, 56) ayəsiylə inkar edənlərə dünyada da qarşılıq verəcəyini bildirmişdir. Quranda bu kəslərin həm fiziki, həm də mənəvi mənada bir əzabla qarşılaşacaqlarına diqqət çəkilmişdir. Allah "Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar." (Tövbə surəsi, 126) ayəsiylə inkar edənlərə dünya həyatında zamanla müxtəlif çətinliklər verdiyinə diqqət çəkmişdir. Quranda əvvəlki qövmlərin zəlzələ, quraqlıq, məhsul qıtlığı, tufan, ildırım düşməsi, ya da bir qövmün toplu olaraq həlak edilməsi kimi əzab şəkilləriylə qarşılaşdıqlarından da bəhs edilir.

Ancaq bununla yanaşı, inkarçıların yaşadıqları mənəvi əzab, həyatlarının sonuna qədər fasiləsiz olaraq davam edən daimi əzab şəklidir. Bu insanlar, vicdanlarının özlərinə göstərdiyi doğrulara uymadığı üçün vicdan əzabından heç bir zaman xilas ola bilməzlər. Yenə eyni şəkildə Quran əxlaqını yaşamadıqları üçün heç bir zaman əsil mənada xoşbəxtliyi, dostluğu, sevgini və sədaqəti yaşaya bilməzlər. Özləri kimi ətraflarındakı insanlar da Quran əxlaqını yaşamadıqları üçün qarışıqlığın, narahatlığın hakim olduğu bir dünyada yaşayırlar. Bununla yanaşı, Allah onlara dünya həyatında bir çox nemət də təklif edir, ancaq Quranda bütün bunların onların yalnız sınanmaq üçün verildiyinə diqqət çəkilmişdir:

Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir. (Tövbə surəsi, 85)

44. İnsanlar Arasında Daha Təqvalı Olanları Ayırd Etmək Mümkündürmü? Hansı Rəftarlar Təqva Əlamətidir?

İnsanlar arasında daha təqvalı olanları qəti olaraq ayırd edə bilmək mümkün deyil. Çünki insanın əsil təqvası, səmimiyyəti və imanı qəlbində gizlidir və bunu biləcək tək güc də Allahdır. İnsanlar isə bir kimsənin təqvası haqqında ancaq qüvvətli bir qənaət əldə edə bilərlər. İnsanların bu mövzuda özlərinə aldıqları ölçü isə insanın rəftarlarıdır. Bir insanın Allaha olan səmimiyyəti, dinə olan sədaqəti, Allahın razılığını qazana bilmək üçün göstərdiyi səmimi səy, dinə xidmət mövzusundakı şövqü və dayanıqlılığı, möminlərə olan sevgisi, bağlılığı qarşı tərəfdə bu adamın təqvası haqqında qüvvətli bir qənaət meydana gətirər. Ancaq yenə də bu mövzuda qəti hökm yalnız Allaha aiddir. İnsan, günahlardan, haram qılınan hərəkətlərdən, ya da Quran əxlaqına uymayan bir rəftar göstərməkdən çəkinərək təqva qazanar. Kim gözəl əxlaqı yaşamaqda daha qərarlı olarsa, dinə fayda gətirmək üçün daha çox səy edər və dinin hökmlərini yerinə yetirməkdə daha dəqiq olarsa, onun təqvası, digər insanlara nisbətən daha çox artar.

Təqva sahibi bir mömin ağlıyla da özünü bəlli edər. Aldığı qərarlar daha məqsədəuyğun olar. Qarşılaşdığı problemlərə çox daha asan və ardıcıl həll yolları gətirər. Danışıqları çox daha hikmətli və təsirli olar. Hadisələrdə başqalarının görə bilmədiyi istiqamətləri, o çox daha açıq bir şüurla təsbit edə bilər. Etdiyi xidmətlərlə özünü ön plana çıxarmağa çalışmaz, ixlaslı bir rəftar içərisindədir. İnsanların məmnuniyyətini və tərifini deyil, Allahın razılığını qazanmağı hədəfləyər. Hansı vəziyyətlə qarşılaşırsa qarşılaşsın, Allahın qoyduğu sərhədlərdən kənara çıxmaz. Bütün bu əlamətləri üzərində daşıyan bir insanın təqva sahibi bir kimsə olduğu ümid edilər. Ancaq yenə də adamın həqiqi mənada təqva sahibi bir insan olub-olmadığı, ya da kimin kimdən daha üstün bir imana sahib olduğu mövzusunda qəti bir qənaətə gəlmək mümkün deyil. Çünki insan bu mövzuda ancaq kənardan gördüyü qədəriylə, səthi bir qiymətləndirmə edə bilər. İnsanların həqiqi imanını, təqvasını, ixlasını və Allaha olan yaxınlığını isə ancaq Allah bilir.

45. Bir Başqasının Günahını Boynuna Götürmək Və Axirətdə Onun Yerinə Cəza Çəkmək Mümkün Ola Bilərmi?

Quranda bildirildiyinə görə, bir insanın bir başqasının günahını boynuna götürməsi və bundan ötrü axirətdə onun yerinə cəza çəkməsi mümkün deyil. Allah hər insanı etdiklərindən ötrü tək başına məsul tutacağını və tək başına sorğulayacağını ifadə etmişdir. Çünki Allah dünya həyatında hər insanın içinə doğru ilə yanlışı özünə söyləyən və onu hər zaman Allahın razılığını qazanmaq üçün çağıran bir vicdan vermişdir. Üstəlik, bütün insanlara, Qatından doğrunu və yanlışı öyrədən bir kitab endirərək, peyğəmbərləri vasitəsilə dinini təbliğ edərək onları qarşılaşacaqları bu əzaba qarşı xəbərdar etmişdir. Bütün bunların ardından doğru olandan üz çevirən kəslər isə, bu seçimlərini öz iradələri, mühakimələri və istəkləri istiqamətində etmişlər. Bu seçimlərinin nəticəsindən də yenə tək başlarına məsul tutulacaqlar. Quranda bu hadisə insanlara belə xəbər verilmişdir:

Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır. (Fatir surəsi, 18)

Həmçinin, Allah bir başqa ayəsində dünyada ikən insanlara bu şəkildə vədlər edərək onları günaha sürükləyən kəslərin yalan danışdıqlarını bildirərək də insanları xəbərdar etmişdir:

Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək” – deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar. (Ənkəbut surəsi, 12)

46. İslamı Və Quranı Başqalarına Izah Etmək Hansı Şəkildə Olar?

Ən gözəl təbliğ, insanın, din əxlaqını qarşısındakı kimsəyə həm şifahi, həm də feli olaraq izah etməsiylə olar. Dinin hökmlərini və Quran əxlaqını şifahi olaraq izah edən bir kimsənin, bir yandan da izah etdiklərini bütün səmimiyyətiylə yaşaması, bunlarla nə nəzərdə tutulduğu mövzusunda çox daha qəti bir nəticəyə gəlinməsini təmin edər. Səmimiyyətin həqiqi ölçüsü, insanın izah etdikləriylə yaşadıqları arasındakı ardıcıllıq olduğu üçün, görülən bu səmimiyyət qarşı tərəfin dinin gözəlliyini qavramasında əhəmiyyətli bir rol oynayar. Misal olaraq, insan bir tərəfdən fədakarlığın nə qədər fəzilətli bir rəftar olduğunu izah edərkən, bir tərəfdən də eqoist bir mövqe içərisində olsa, izah etdiklərinin qarşı tərəf üzərində bir təsiri olmaz. Səmimiyyəti haqqında da ciddi şübhələr meydana gəlməsinə səbəb olar. Əksinə insanın insanları yaşamağa dəvət etdiyi gözəl əxlaqı özü də göstərdiyində, həm o adamın səmimiyyəti mövzusunda qəti bir qənaət meydana gələr, həm də nəzərdə tutduğu gözəl əxlaqın gündəlik həyatda nə şəkildə tətbiq edildiyini görmüş olar. Yenə eyni şəkildə təvazökarlığı izah edən bir insanın, rəftarlarıyla da bu əxlaqı göstərməsi din əxlaqının ən gözəl şəkildə təbliğ edilməsini təmin edər. Uca Allah iman gətirənləri insanlara izah etdikləri şeyləri yaşamaları mövzusunda belə xəbərdar etmişdir:

Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır. Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir (Saff surəsi, 2-3)

47. Gözəl Əxlaqın Bir Sərhədi Vardırmı? İnsan Müəyyən Bir Əxlaqa Çatdıqdan Sonra "Bu Qədər Yetər" Deyə Bilərmi?

Gözəl əxlaqın heç bir sərhədi yoxdur. Edilən hər rəftarın, deyilən hər sözün daha gözəli, daha yaxşısı mütləq vardır. İnsanın heç bir zaman "bu qədər yetər" ya da "ən yaxşısı budur" deyə biləcəyi bir vəziyyəti olmaz. Üstəlik, insan nə zaman özünü kafi görməyə başlasa, o zaman əxlaqında, rəftarlarında pozuqluqlar ortaya çıxmağa başlayar. Özünü inkişaf etdirməyə, yeniləməyə ehtiyacı olmadığını düşündüyü üçün heç bir gözəllikdən istifadə edə bilməz və əxlaqında heç bir irəliləmə etməz. Allah ayələrində özünü kafi, yəni müstağni görən kəslərin əxlaqlarında pozğunluq olacağına diqqət çəkmişdir:

Xeyr; həqiqətən insan, azar. Özünü müstağni gördüyündən. (Ələq surəsi, 6-7)

Bu səbəblə, insan həyatının son anına qədər həmişə özünü inkişaf etdirməyə və həmişə daha gözəl olanı, daha yaxşı olanı əldə etməyə çalışmalıdır. Çünki heç bir insan, axirətdə Allahın özü haqqındakı hökmü bəlli olana qədər, Allahın razılığını və cənnətini qazandığından əmin ola bilməz. Bu da özünü heç bir zaman kafi görməməsini təmin edən ən əhəmiyyətli mövzulardan biridir.

48. Müsəlman Vaxtını Necə Dəyərləndirər?

Qurana baxdığımızda möminin "boş vaxt" deyə bir anlayışı olmadığını görərik, müsəlmanın hər anı çox məşğuldur. Allahdan qorxan və Onun əmrlərini dəqiqliklə tətbiq edən bir mömin daha çox xeyir işləyərək Allaha daha da yaxınlaşmaq üçün həmişə yaxşı işlər görər. Vaxtını Allahın Quranda bildirdiyi ibadətlərlə keçirər. Bir işini bitirdiyi zaman da dərhal yeni bir işə yönələr. Daim xeyir və gözəllik axtarar. Bu səy arasında fasilə, ara, sərhəd yoxdur. Mömin üçün bir işin tamamlanması yeni bir işin başlamalı olduğunun göstəricisidir. Çünki mömin dünyada keçirdiyi hər saniyəni Allahın razılığını qazanmaq üçün cəhd etməli olduğunu və axirətdə hər anının hesabını verəcəyini bilir. Bu səbəblə də, yalnız Allahın razılığını qazana bilmək ümidiylə hər anını Allahın ən razı olacağını ümid etdiyi işləri edərək keçirər. Quranda möminlərin bu səyi bu cür bildirilmişdir:

Bu halda boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa-davam et. Və yalnız Rəbbinə rəğbət et. (İnşirah surəsi, 7-8)

49. Din Əxlaqını Izah Etməyin Qarşılığında Insanlardan Bir Qarşılıq Gözlənə Bilərmi?

Möminlər din əxlaqını Allahın razılığını qazana bilmək və Quranın bu mövzudakı hökmünü yerinə yetirə bilmək məqsədiylə təbliğ edərlər. Bunun qarşılığında da Allahın razılığı və cənnəti xaricində dünyəvi heç bir qarşılıq gözləməzlər.

Bütün peyğəmbərlər də həyatlarının sonuna qədər bu yolda böyük bir səy göstərmiş, ancaq din əxlaqını izah etdikləri kəslərdən heç bir şəkildə dünyəvi qarşılıq istəməmişlər. Və hər peyğəmbər göndərildiyi qövmə əvvəlcə özlərindən heç bir qarşılıq gözləmədiyini vurğulamışdır. Quranda peyğəmbərlərin göstərdiyi bu üstün əxlaq nümunə kimi verilmişdir:

"Artıq Allahdan qorxun və mənə itaət edin. Buna qarşılıq mən sizdən heç bir mükafat istəmirəm; Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir." (Şuəra surəsi, 179-180)

50. Quranda Yetimlərin Baxımı Necə Təsvir Edilir?

Quranda, ana və atasını itirdiyi üçün təhsilini təmin edəcək və baxımını boynuna götürəcək bir adama möhtac qalan yetim uşaqlara qarşı mərhəmətli və gözəlliklə davranılmasını əmr edilmişdir:

Elə isə yetimə xor baxma! (Duha surəsi, 9)

Allah ayələrində möminlərə yetimlərə qarşı ədalətli olmağı, qazanılanlardan yetimlərə sərf etməyi, onlara yaxşılıqla davranmağı, yetimlərin mallarını ədalətlə xərcləməyi və müəyyən yetkinliyə çatdıqlarında da mallarını onlara verməyi nəsihət etmişdir.

Allah Quranda həmçinin, yetim olanın gözəl əxlaqlı, yaxşı bir insan kimi yetişdirilməsini, yəni təhsilində diqqətli və dəqiq olunmasını tövsiyə etmişdir. Və möminləri yetimləri qorumaq və maddi təminat altına alaraq böyütmə mövzusunda təşviq etmişdir:

... Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”.... (Bəqərə surəsi, 220)

Mömin bir kimsə yetimin malına əsla haqsızlıq etməz. Çünki Allah yetimin malına göz dikərək bu maldan mənfəət təmin etməyə çalışan mərhəmətsiz bir rəftarın ayədə böyük bir cinayət olduğunu bildirmişdi:

Yetimlərin mallarını özlərinə verin və pisi təmiz olanla dəyişdirməyin. Onların mallarını mallarınızla birlikdə yeməyin. Çünki bu, böyük bir günahdır. (Nisa surəsi, 2)

Məhz bütün bunlardan dolayı möminlər yetimlərin mallarını onlar böyüyüb özlərinə baxacaq vəziyyətə gələnə qədər böyük bir etina ilə mühafizə edər və yetkin bir yaşa gəldiklərində də bütün haqlarını özlərinə təhvil verərlər.

51. İnsanın Tam Məlumat Sahibi Olmadığı Mövzularda Mübahisə Etməsi Doğrudurmu?

Allah ayələrində insanlara məlumat sahibi olmadıqları mövzularda müzakirəyə girməmələrini nəsihət edər. Çünki hər mövzunu, bir biləndən daha yaxşı bilən mütləq vardır. İnsanın məlumat sahibi olmadığı bir mövzu haqqında mübahisə etməsi insana heç bir şey qazandırmaz. Belə bir vəziyyətdə edilməli olan ən gözəl rəftar, heç bir müzakirəyə girmədən bilənlərlə məsləhətləşmək və beləcə mövzunun ən doğrusunu öyrənməkdir.

Quranda insanın məlumatı olmadığı bir mövzunun ardından getməməli olduğu belə xatırladılmışdır:

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər. (Həcc surəsi, 3-4)

52. Başqalarını Daima Xəbərdar Edən, Ancaq Söylədikləri Şeyləri Özləri Tətbiq Etməyən Kəslər Quranda Necə Tərif Edilir?

Allah Quranda möminlərə bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmələrini nəsihət etmişdir. Bu, Allahın bəyəndiyi bir davranışdır, lakin əsil əhəmiyyətli olan adamın başqalarına xatırlatdığı mövzulara özünün də diqqət etməsi və onlara öz rəftarlarıyla və əxlaqıyla nümunə ola bilməsidir. Çünki əgər insan edilən bir rəftarın səhv olduğunu bilir və bundan narahatlıq duyursa, bu vəziyyətdə özü də bu səhvdən qurtulmaqla və doğru olanı tətbiq etməklə eyni dərəcədə məsuldur. Allah bu mövzunu möminlərə belə xatırlatmışdır:

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki siz kitabı oxuyursunuz. Yenə də düşünüb-daşınmırsınız? (Bəqərə surəsi, 44)

53. İnsanlar Ümumiyyətlə Yalnız Çətinlik Anında Dua Edərlər. Bu Rəftarın Yanlışlığı, Quranda Necə Tərif Edilir?

Quran əxlaqından uzaq yaşayan kəslər yalnız başlarına bir xəstəlik, bir çətinlik, ya da "bir bəla" gəldiyində dua edərlər. Bu dövrlərdə Allaha sığınan və qarşılaşdıqları çətinlikləri aradan qaldırıb nemət verməsi üçün gecə-gündüz Ona dua edən insanlar, bu vəziyyətdən xilas olduqlarında dərhal dua etməyi və onlara verdiyi nemətdən ötrü Allaha şükür etməyi unudarlar. Çətinlik və sıxıntı anında göstərdikləri rəftar onların çarəsiz qaldıqlarını anlamalarındandır. Allaha qarşı olan əsil səmimiyyətsizliklərini isə bu çətinlikdən xilas olduqdan sonra dərhal ortaya qoyarlar. Quranda bu kəslərin göstərdiyi ikiüzlü və səmimiyyətsiz rəftar belə göstərilmişdir:

Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər (Loğman surəsi, 32)

54. Allah Bütün Insan Topluluqlarına Din Əxlaqını Izah Edən Xəbərdaredici: Elçi Göndərdimi?

Allah Quranın "... Heç bir ümmət yoxdur ki, içində bir xəbərdar edən gəlib-keçmiş olmasın" (Fatir surəsi, 24) ayəsi ilə gəlmiş keçmiş bütün insan topluluqlarına mütləq insanları xəbərdar edən vəzifəli elçilər göndərdiyini bildirmişdir. Bu elçilər olduqları cəmiyyətlərə Allahın əmr etdiyi din əxlaqını, etməli olduları ibadətləri hər cür şəkillərdə izah etmiş, onları cənnətlə müjdələyib cəhənnəm əzabı ilə xəbərdar edib qorxutmuşlar. Həmçinin, elçilər Allahın dinini tətbiq etməkdə göstərdikləri diqqət, sahib olduqları üstün əxlaq və Allah qorxularının şiddəti ilə yanındakı insanlara hər zaman nümunə olmuşlar. Allahın bütün insanları elçiləri vasitəsilə xəbərdar etməsinin digər bir səbəbi isə ayədə belə bildirilmişdir:

Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir (Nisa surəsi, 165)

Bu, Allahın üstün ədalətinin bir təcəllisidir. Hesab günündə Allaha qarşı olan məsuliyyətlərindən ötrü məlumatsız olduğunu söyləyərək bəhanə irəli sürəcək, Allahın əzabıyla xəbərdar olunub qorxudulmamış heç kim olmayacaq və hər kəs layiq olduğu qarşılığı ən ədalətli şəkildə alacaq.

55. "Zənnə Qapılmaq" Quranda Necə Tərif Edilir?

Zənn və təxminlə hərəkət etmək Allahın bəyənmədiyi bir əxlaqdır. Allah Quranın bir çox ayəsində zənnə görə hərəkət etməyin cahil cəmiyyətə aid bir xüsusiyyət olduğuna diqqət çəkmiş və zənnin insanlara heç bir fayda vermədiyini bildirmişdir. İnanan qullarına zənndə olmaqdan çəkinmələrini əmr etmişdir. Möminlər Allahın bu tövsiyəsinə uyaraq hər hansı bir dəlili olmayan, qulaqdan dolma məlumatlarla heç bir mövzuda özlərinə görə fikir yürütməz. Əgər bir mövzuda söyləyəcəkləri bir söz və ya verəcəkləri bir fikir varsa, bunu mütləq Quran əxlaqına uyğun olaraq, qəti dəlillərə istinad edərək və ədalətli bir şəkildə edərlər. Kimsə haqqında ona soruşmadan, etibarlı bir dəlil əldə etmədən zənnə əsaslanan bir hökm verməz, hər hansı bir nəticəyə gəlməzlər.

Möminlərin bu mövzuda göstərdikləri diqqət onların Allah qorxusundan qaynaqlanır. Etdikləri hər işin axirətdə qarşılarına çıxacağını bilən və Allahın əzabından qorxub çəkinən möminlər, bu mövzuda son dərəcə dəqiq və ədalətli davranarlar. Allah Quranda zənn mövzusunu belə açıqlamışdır:

"Ey iman gətirənlər! Zənndən çəkinin, çünki zənn edilənlərin bir qismi günahdır ..." (Hucurat surəsi, 12)

56. İnsanların Ibadətlərini Yaşlılığa Təxirə Salmaq Doğru Olarmı?

Allah normal bir ağıla və şüura sahib olan hər kəsi Quran əxlaqını yaşamaqla və dinin hökmlərini yerinə yetirməklə məsul tutar. Bu ibadətləri yerinə yetirən bir insan həm dünya həyatında gözəl həyat yaşayar, həm də sonsuz cənnət həyatını qazanar. İnsanın "gəncliyimi yaşayım, necə olsa ölməyə yaxın ibadətlərimi edər, axirəti də qazanaram" düşüncəsi ilə Allaha qarşı olan məsuliyyətini bilə-bilə təxirə salması axirət həyatını itirməsinə səbəb ola bilər. Allah Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq (Nisa surəsi, 18) ayəsiylə insanlara bu həqiqəti xatırlatmışdır. Həmçinin unudulmamalıdır ki, heç kim ölümlə nə vaxt qarşılaşacağını bilə bilməz. Buna baxmayaraq insanın öləcəyi vaxtı bilirmiş kimi ibadətləri yerinə yetirməyi müəyyən bir vaxta təxirə salması şübhəsiz ki, böyük bir səhv olar. Çünki ölümlə qarşılaşdıqdan sonra insan hər nə qədər peşman olub geri dönmək istəsə də bir daha belə bir imkan əldə edə bilməyəcək.

57. "Mənim ürəyim təmizdir" deyərək ibadətlərin təxirə salınması doğru olarmı?

Dünya bütün insanlar üçün bir imtahan yeridir. Allah "O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı ..." (Mülk surəsi, 2) ayəsi ilə bütün insanlara bu həqiqəti bildirmişdir. Bu imtahanın gərəyi olaraq insanlar etdikləri hər rəftardan, faktiki olaraq yerinə yetirdikləri və ya yetirməyib yubatdıqları bütün ibadətlərdən məsuldurlar. Belə bir vəziyyətdə ürək təmizliyi tək başına bir ölçü ola bilməz. Şübhəsiz ki, insanın ürəyinin təmiz olması, yaxşı niyyətli, dürüst bir şəxsiyyətə sahib olması Allah qatında qiymətlidir. Ancaq bu ürək təmizliyi və səmimiyyətin ən əhəmiyyətli göstəricisi də insanın Allahın əmrlərini dəqiqliklə yerinə yetirməsiylə özünü müəyyən edər. Yoxsa Quranda bildirilən ibadətləri yerinə yetirməyən, Allahdan qorxub çəkinməyən, ölçüsü Quran və Allah rizası olmayan bir insan nə qədər yaxşı niyyətli olduğunu iddia edirsə etsin, bu düşüncəsinin ona axirətdə bir faydası olmayacaq.

Həmçinin "ürək təmizliyi" nin yeganə ölçüsü Qurandır. Yəni bir insan ancaq Qurana görə səmimi niyyətli, ixlaslı bir insansa "ürəyim təmiz"dir deyə bilər. Yoxsa bir insanın özünün dəyərləndirdiyi mühakimələri, cahillik ölçüləriylə ürək təmizliyi iddiasında olmasının bir mənası yoxdur.

58. Qurana Görə Daha Əvvəl Göndərilən Müqəddəs Kitabların Vəziyyəti Nədir?

Allah, hz. Məhəmməd (s.ə.v)-ə endirdiyi Qurandan əvvəl, hz. Musaya Tövratı, hz. Davuda da Zəburu və hz. İsaya da İncili vəhy etmişdir. Bu kitabların hər biri göndərildikləri dövrlərdə Allahın dinini izah edən haqq kitablar olaraq peyğəmbərlər tərəfindən təbliğ edilmişlər. Ancaq daha sonra bu cəmiyyətlərdəki müxtəlif azğın inanclı kəslər tərəfindən təhrif edilmiş və bəzi batil məlumatlarla qarışdırılmışdır. Necə ki, Quranın göndərilmə səbəblərindən biri də bu kitabların təhrif olmuş və həqiqi dini izah edən haqq kitabın qalmamış olmasıdır. Allah Quran ilə insanlara haqq dini bildirmişdir. Quranı, “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9) ayəsinə görə qiyamətə qədər Allah qoruyur.

59. Quranda Bəhsi Keçən "Kitab Əhli" Kimlərdir?

Quranda bəhsi keçən Kitab əhli özlərinə Tövrat və İncil nazil olan yəhudilər və xristianlardır. Ancaq zaman keçdikcə bu kitabların təhrif olmasının ardından Allah bu insanları xəbərdar edib qorxutmaq üçün peyğəmbər olaraq hz. Məhəmməd (s.ə.v)-i və müqəddəs kitab olaraq da Quranı göndərmişdir. Quranda kitab əhli ilə əlaqədar olan ayələrdən bəziləri belədir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali İmran surəsi, 113-114)

Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndi (Ali İmran surəsi 199)

60. İnsanın Dünyada Etdiyi Səhvlərinin Qarşılığını Dərhal Almamasının Hikməti Nədir?

Dünyada edilən səhvlərin qarşılığının dərhal verilməməsi insanı heç bir şəkildə aldatmamalı və zəifliyə aparmamalıdır. Çünki Allah insanlara müəyyən bir müddət verir və beləcə onların necə bir rəftar göstərəcəklərini sınayır. Gözəl davranışda olanlara cənnət həyatını, pislik edənlərə da cəhənnəm həyatını vəd edir. Məhz belə bir vəziyyətdə etdiyi səhvin əvəzini dərhal almayan bir insan qətiyyən buna aldanmamalıdır. Əksinə, Allahın şəfqətindən, mərhəmətindən ötrü özünə zaman verdiyini görməli və bu vəziyyəti tövbə edib, etdiyi səhvi düzəltmək üçün bir fürsət olaraq qiymətləndirməlidir.

Quranda keçən Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür.(Fatir surəsi, 45) ayəsi bu həqiqəti insanlara bildirir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 01-20: Sorular ve Cevaplar
  • 21-40: Sorular ve Cevaplar
  • 41-60: Sorular ve Cevaplar
  • 61-88: Sorular ve Cevaplar