21-40: Sorular ve Cevaplar

21. İslamda Din Əxlaqını Izah Etmə Məsuliyyəti Kimlərə Verilmişdir?

İnsanlara yaxşı olanı əmr etmək və onları pis rəftarlardan çəkindirmək hər insanın yerinə yetirməli olduğu bir məsuliyyətdir. Doğrunu bilən hər kəs, digər insanlara bildiyi bu doğrunu izah etməkdə borcludur. Bu səbəblə, din əxlaqını izah etmək və insanları Allaha imana dəvət etmək yalnız elçilərin deyil, iman edən hər insanın yerinə yetirməli olduğu ibadətlərdən biridir. Allah insanları din əxlaqına dəvət edərək, onlara doğru yolu göstərmənin, axirət həyatındakı sonsuz qurtuluşun yolu olduğunu bildirmişdir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)

22. Zalım Anlayışı Quranda Necə Təsvir Edilir?

Quranda özünə Allahın ayələri xatırladıldığı halda, Allaha ibadət etməkdən üz çevirən kəslər "zalım" olaraq adlandırılmışdır:

Allaha qarşı yalan uyduran və həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur? (Zumər surəsi, 32)

Bu kəslərin zalımlıqlarının ən əhəmiyyətli göstəricilərindən biri, özlərinə verdiyi saysız nemətə qarşı Allaha nankorluq etmiş olmalarıdır. Allahın böyüklüyü qarşısında nə qədər aciz olduqlarını düşünməmələri də yenə onların zalımlıqlarındandır. Sahib olduqları bu xarakter ilə özlərini cəhənnəmə apardığı kimi, yanındakı insanları da eyni pis əxlaqı yaşamağa çağırırlar. Onları din əxlaqını yaşamağa mane olaraq, dünyada və axirətdə böyük bir əzabın içərisinə girmələrinə səbəb olurlar. Bu səbəblədir ki, Allah "Zalımlara meyil etməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur, Sonra sizə kömək də olunmaz.." (Hud surəsi, 113) ayəsiylə insanları belə kəslərə uymamaq mövzusunda xəbərdar etmişdir.

23. "Mən Müsəlmanam" Demək Iman Etmək Üçün Kifayətdirmi?

İnsanın yalnız diliylə müsəlman olduğunu söyləməsi tək başına kafi deyil. Çünki iman etmək, dil ilə təsdiq etməklə bərabər Allahın əmr etdiyi din əxlaqını faktiki olaraq yaşamaq və yaşatmaqla mümkün olar. Allah Quranda iman edən insanları bu xüsusiyyətləriylə təsvir etmişdir:

Din əxlaqının yaşanması üçün səy göstərən, lazım olduğunda dinin mənfəəti üçün öz mənfəətlərindən fədakarlıq edən, nəfsinin eqoist ehtiraslarını məğlub edən, başqalarının səhvlərini bağışlaya bilən, hirsini tutub səbirli davrana bilən, ehtiyac içində olsa belə başqaları üçün fədakarlıq edə bilən, malını Allah yolunda xərcləyən, səbir edən, din əxlaqının yayılması üçün gecə-gündüz İslamı təbliğ edən, Allahı çox anan, ibadətlərini diqqətlə yerinə yetirən hər hansı bir haqsızlıqla qarşılaşanda etidalını itirməyən, ədalətli və bunun kimi daha bir çox mövzuda səy göstərən kəslər ...

Diqqət yetirilsə, sayılan bu hərəkətlərin heç biri yalnız sözlə yerinə yetirilə bilən mövzular deyil. Yəni insane, hərəkəli bir səy göstərmədən, "mən cəhd edirəm" deməsinin bir mənası olmaz. Ya da malını xərcləmədən, "mən malımı ehtiyac olduğunda verərəm" deməsi kafi olmaz. Bu səbəblə, "mən müsəlmanam" demək bəlkə iman etməyin ilk mərhələsidir, ancaq həqiqi iman ancaq Allahın hökmlərini tamamilə yaşamaqla mümkün olur. Quranda bu mövzu belə açıqlanmışdır:

Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" deyən kəsdən daha gözəl danışan kim ola bilər? (Fussilət surəsi, 33)

24. İnkar Edənlərin Də Allahın Idarəsində Olması Quranda Necə Açıqlanır?

Yer üzündəki canlı-cansız bütün varlıqlar Allahın idarəsi altındadır. Bu vəziyyətin şüurunda olsalar da olmasalar da, inkar edənlər də eyni şəkildə həyatlarının hər anında Allahın nəzarəti altında yaşayırlar. "... Biz hər şeyi qədər ilə yaratdıq" (Qəmər surəsi, 49) ayəsiylə də bildirildiyi kimi, bütün varlıqların qədərini təyin edən tək güc Allahdır. Allah inkar edənlər üçün də bir qədər təyin edər və bu kəslər həyatlarını bu qədərə tabe olaraq yaşayarlar. Allah bu həqiqəti bir ayədə belə açıqlamışdır:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)

Allahın varlığı bütün kainatı əhatə etmişdir və Onun görmədiyi, səsini eşitmədiyi heç bir canlı yoxdur.

İnkar edənlərin, ağıllarından keçirdikləri bir düşüncəyə, söylədikləri tək bir sözdən etdikləri hər hansı bir rəftara qədər Allah hər an onlara şahiddir. Bu səbəbdən, bütün insanlar hər an hər yerdə Allahın nəzarəti altında yaşayırlar. Dünyanın hər harasına gedərlərsə getsinlər, kimsənin bilmədiyi ən gizli yerlərdə də olsalar, Allah mütləq onların yanındadır və onları sınayır. Quranda bu həqiqətə belə diqqət çəkilir:

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)

25. Allaha Duyulan Sevgi Necə Olmalıdır?

Allaha qarşı duyulan sevgi, bir çox duyğunun birləşməsindən ibarət olan çox köklü bir sevgidir. Bu sevginin içində sonsuz bir güc sahibi olan Yaradıcının qarşısında hiss etdiyimiz təslimiyyət duyğusu, Allahın sonsuz mərhəmətinə duyulan güclü bir güvən duyğusu, Onun sonsuz ağlına qarşı hiss edilən hörmət və yaratdığı gözəlliklərə qarşı duyulan heyranlıq vardır. Allahın hər şeyin sahibi olduğunu bilməyin gətirdiyi bir sədaqət və bağlılıq vardır. Bütün bunların şüurunda olan insan, Rəbbimizə qarşı çox coşğulu bir sevgiylə bağlanar. Bu sevgi həqiqi və saf sevgidir. Quranda möminlərin Rəbbimizə olan sevgiləri belə ifadə edilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər (Bəqərə surəsi, 165)

26. Quranda Keçən "Küfrə Qarşı Şərəfli Olmaq" Anlayışı Nə Deməkdir?

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. ... (Maidə surəsi, 54)

Allah Quranda möminlərə gözəl əxlaqlı olmağı və hər nə olursa olsun, necə bir rəftarla qarşılaşırlarsa qarşılaşsınlar bu xüsusiyyətlərindən güzəştə getməməyi əmr etmişdir. İnkar edənlərin yaşadığı həyat isə, möminlərin sahib olduğu gözəl əxlaq xüsusiyyətlərinə tamamilə zidd rəftarlar ehtiva edir. Möminlər inkar edənlərin bu rəftarlarıyla qarşılaşdıqlarında onların səviyyəsinə enməz və şərəfli bir rəftar ilə cavab verərlər. Onların bu əxlaqı qarşısında Quran əxlaqından əsla güzəştə getməzlər və bu mövzuda güclü qərarlılıq göstərərlər. Səhv sözə gözəl sözlə, qürura təvazökarlıqla, haqsızlığa ədalətlə, mərhəmətsizliyə mərhəmətlə cavab verir, səthi rəftara girməyi əsla özlərinə yaraşdırmazlar.

Quranda möminlərin inkar edənlərə qarşı göstərdikləri bu şərəfli rəftarlara verilən nümunələrdən bəziləri belədir:

Ki onlar, yalan yerə şahidlik etməz, lağlağı məclisinə rast gələn zaman ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)

O Rəhman olan Allahın qulları, yer üzü üzərində alçaq könüllü olaraq gəzər, cahillər onlara söz atdıqları zaman "Salam" deyərlər. (Furqan surəsi, 63)

27. Din Əxlaqını Izah Edən Bir Kimsə, Qarşısındakı Adamın Iman Edib-Etməməsindən Məsul Olarmı?

Din əxlaqını izah edən bir insan, qarşısındakı insanın iman edib-etməməsindən heç bir şəkildə məsul deyil. Möminlər yalnız Quranı qarşı tərəfə ən gözəl şəkildə izah edərək, insanları Allaha iman etməyə çağırmaqla məsuldurlar. Ancaq din əxlaqının izah edən bu insanın ürəyi tamamilə Allahın idarəsindədir. Təbliğ edilən insan əgər mömin olacaqsa ona İslamı sevdirəcək, ürəyinə imanı yerləşdirəcək olan yalnız Allahdır. Bu səbəblə, Allah Quranda müsəlmanların din əxlaqını izah etməklə məsul olduqlarını, ancaq hidayəti vermənin yalnız Özünə aid olduğunu bildirmişdir:

Həqiqət budur ki, sən istədiyini doğru yola yönəldə bilməzsən, ancaq Allah, dilədiyini hidayətə çatdırar; O, hidayətə çatacaq olanları daha yaxşı biləndir. (Qəsas surəsi, 56)

28. Müsəlmanlarla Görüşmədən Din Əxlaqı Yaşana Bilərmi?

Bir mömin, zəruri səbəblərlə tək başına qalması mümkün olmadığı müddətcə digər möminlərlə bir yerdə yaşamalıdır. Çünki müsəlmanın gözəl əxlaqını, fədakarlığını, nəsihətə qarşı boyun əyiciliyini, təvazökarlığını, sevgisini, sədaqətini göstərə bilməsi üçün möminlərlə birlikdə olması lazımdır.

Yoxsa bir mömin din əxlaqından uzaq birinə qarşı sədaqətli ola bilməz. Quran əxlaqının xaricində hərəkət etməz. İman sahibi olmayan birinə qarşı təslimiyyət göstərə bilməz. Allaha inanmayan birliklə Allahı zikr edə bilməz. Bu səbəblə, Quranda təsvir edilən həyatı tam olaraq yaşaya bilməsi üçün möminlərlə bir yerdə olmalıdır.

Həmçinin, imanlı bir insan üçün İslam əxlaqının insanlar arasında yayılması və hər kəs tərəfindən yaşanması çox əhəmiyyətlidir. Çünki bu, Allahın möminlərə yüklədiyi məsuliyyətlərdən biridir. Belə bir iş isə möminlərin bir-birlərinə var gücləriylə dəstək olmalarını tələb edir. Bu səbəblə, Allah iman edənlərə "möhkəm bir divar kimi səf-səf düzülüb " hərəkət etmələrini əmr edər. (Saff surəsi, 4)

Həmçinin, bir mömin ancaq Quran əxlaqını yaşayan imanlı insanların yanında rahatlıq tapar. Allahı dost etmiş olan bir insanın dostluğundan zövq alar. Qarşısında gözəl əxlaqlı və Allaha dərindən bağlı bir insan görmək istəyər. Axirətdə sonsuza qədər birlikdə olmaq istədiyi insanlarla, dünyadaykən də birlikdə yaşamağı arzu edər. Allah, dinin bu hökmünü Quranda belə bildirmişdir:

Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)

29. İnsanların Din Əxlaqını Yaşamadan Xoşbəxt Olmaları Mümkündürmü?

Din əxlaqını yaşamayan heç bir insanın həqiqi mənada xoşbəxt olması mümkün deyil. Çünki bir insanın xoşbəxt ola bilməsi üçün hər şeydən əvvəl vicdanı rahat olması şərtdir. Yəni ürəyinə sıxıntı verəcək, ağlına ilişəcək, peşmanlıq içində yaşamasına səbəb olacaq bir vəziyyət içində olmaması lazımdır. Vicdanın rahat olması isə yalnız bir tək şəkildə mümkündür; bu da din əxlaqının yaşanmasıdır. Çünki vicdan Allahın əmrindədir və insana həmişə Allaha iman etməyi, dinin hökmlərini yerinə yetirməyi və gözəl əxlaqlı olmağı əmr edir. Bu səbəblə, bütün həyatı boyunca vicdanının bu əmrinə qarşı mübarizə aparan dinsiz bir insanın xoşbəxt ola bilməsi mümkün deyil. Allah, insanın qəlb rahatlığını və həqiqi hüzuru yalnız Allaha imanla əldə ediləcəyini bildirmişdir:

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

30. Hər Insan Din Əxlaqını Yaşamaqla Məsuldurmu?

Allahın varlığını qavraya biləcək bir şüur açıqlığına çatdığı andan etibarən hər insan, Allahın əmrlərini yerinə yetirməklə məsuldur. Nə kasıb olması, nə şikəst olması, nə xəstə olması, nə çox zəngin və çox məşhur olması, nə də çox yüksək bir mövqe sahibi olması bir insanın din əxlaqını yaşamasına əngəl deyil. Çünki bunların heç biri insanların Allaha qulluq etmələri üçün yaradıldıqları həqiqətini dəyişdirməz. Quranda yalnız fiziki olaraq əlil olan şəxslərin dinin bəzi hökmlərindən məsul olmadığı bildirilmişdir. Bunun xaricində isə hər insan Allaha qulluq etməklə və Onun nazil etdiyi dinin hökmlərini yerinə yetirməklə məsuldur. Allah Quranın insanlara fərz qılındığı ayələrində belə bildirmişdir:

Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 44)

31. Hz. İsa, Hz. Musa Və Digər Peyğəmbərlər Üçün "Müsəlman" Ifadəsini Istifadə Etmək Doğrudurmu?

Quranda hz. İsa, hz. Musa da daxil olmaq üzrə, hz. Süleyman, hz. İbrahim, hz. Nuh, hz. Yusif və digər bütün peyğəmbərlər "müsəlman" olaraq xatırlanır. Çünki Allahın dini təkdir və bu din Allah qatında İslamdır. Hz. Adəmdən bu yana insanlara öyrədilən din həmişə eynidir. Hz. İsaya vəhy edilən İncil, hz. Musaya enən Tövrat və hz. Davuda enən Zəburun təhrif edilmədən əvvəlki hallarındakı əsas mahiyyəti də yenə bu dini izah edir. Bu səbəblə, Allahın dinini təbliğ edən bütün peyğəmbərlər tək bir dinə mənsubdurlar. Bu din də haqq din olan İslam dinidir. Quranda bu mövzu insanlara belə açıqlanmışdır:

İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. (Ali İmran surəsi, 67)

Yenə bir başqa ayədə də hz. Musanın yanındakı kəslərdən "müsəlman" olaraq bəhs etdiyi xəbər verilir:

Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!” (Yunis surəsi, 84)

Hz. İsanın yanındakı həvarilərin də özlərini müsəlman olaraq adlandırdıqları bir ayədə belə bildirilir:

Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!” – deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” – demişdilər. (Maidə surəsi, 111)

32. İnsanların Allahdan Razı Olmaları Nə Deməkdir?

Bir insanın Allahdan razı olması, Allahın özü üçün təyin etdiyi qədərə və özünə verdiklərindən qeyd-şərtsiz, içində heç bir sıxıntı duymadan məmnun olması deməkdir. İnsan qarşılaşdığı hər hansı bir hadisədəki xeyiri və gözəlliyi o an üçün görə bilmir. Ancaq bu xeyiri görsün və ya görməsin, Allahın hər hadisədə şübhəsiz yaxşılıq və gözəllik istədiyini bilir. Hər zaman üçün qarşılaşdığı hər hadisədə Allaha sonsuz bir etibarı vardır. Heç bir zaman öz içində, "bu hadisə mənə yaxşılıq gətirəcək, yoxsa pislik" deyə bir şübhəyə qapılıb tərəddüd etməz, həmişə Allaha güvənərək və xeyirlə qarşılaşacağını bilərək düşünər.

Başına ölümcül bir xəstəlik gələ bilər, qəza keçirib şikəst qala bilər, bütün malını mülkünü itirib kasıb vəziyyətə düşə bilər, insanlar tərəfindən haqsızlığa uğradıla bilər, ya da heç gözləmədiyi tam fərqli bir hadisə ilə qarşılaşa bilər. Nə olursa olsun, bütün bunların Allahın nəzarətində reallaşdığını bildiyi üçün, içi çox rahatdır. Allahın ağlına və mərhəmətinə tam olaraq təslim olmuşdur. Hər nə şərt altında olursa olsun Allaha şükür edər. Məhz bu, Allahdan razı olan bir insanın rəftarıdır. Allah Özündən razı olan qullarını Quranda bu şəkildə xəbər verir:

Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. " (Maidə surəsi, 119)

... Onlar, elə kəslərdir ki, Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)

33. Batil Inancları Qəbul Etmək Doğru Olarmı?

Batil inanclar xalq arasında ağızdan ağıza yayılan, ancaq heç bir etibarlılığı olmayan inanclardan ibarətdir. İnsanlar müxtəlif varlıqların özlərinə uğursuzluq gətirdikləri kimi əsassız inancları səbəbiylə narahat olurlar. Halbuki, bir maddənin uğur, ya da uğursuzluq gətirməsi deyə bir şey mümkün deyil. Çünki kainatda var olan heç bir hadisə təsadüf əsəri meydana gəlməz. Hər insanın, hər bitkinin, heyvanın və ya əşyanın bir qədəri vardır. Nə qədər yaşayacaqları, necə bir həyat sürəcəkləri, necə bir görünüşə sahib olacaqları kimi hər şey Allah qatında onsuz da bəllidir. Allahın icazəsi olmadan bir ağac budağındakı tək bir yarpağın belə düşməsi mümkün deyil.

Kainatın yaradılışından etibarən reallaşmış və reallaşacaq olan hər hadisəni Allah təqdir etmişdir. Bu qədəri nə bir insanın, nə bir heyvanın, nə də bir əşyanın dəyişdirmə gücü yoxdur. Əgər bir insanın başına gözləmədiyi bir anda bir qəza gəlirsə, bu onun daha yaradılmadan əvvəl təyin olunmuş olan qədərinə görədir. Bir insanın bir müvəffəqiyyət əldə etməsi, sağlamlığına qovuşması, ya da başına hər hansı bir yaxşılıq gəlməsi də onun uğurundan deyil, Allahın lütfündəndir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

34. Quran, Qiyamətə Qədər Yaşayacaq Olan Bütün Insan Topluluqlarına Göndərilmişdir?

Quran qiyamətə qədər yaşayacaq olan bütün insanlar üçün nazil edilmişdir. Bu səbəbdən, Quranın hökmləri, bu müddət içərisində yaşayan hər insan üçün məqbuldur. Bundan 1000 il əvvəl yaşamış olanlar da, bundan sonra yaşayacaq olanlar da eyni kitabdan və eyni hökmlərdən sorğu-sual olunacaqlar. Bir əsrdən başqa bir əsrə keçilməsi, geyim tərzinin, texnologiyanın, ya da şəhərlərin dəyişməsi insanların Allaha qarşı olan məsuliyyətlərini dəyişdirməz. Bir insan böyük bir çölün ortasında da olsa, bir göydələn qatında da otursa, ibadətlərini və əxlaqını Quranda bildirilən şəkildə yerinə yetirməklə məsuldur. Allah Quranın bütün aləmlərə göndərildiyinə və bütün insanların bu kitabdan sorğuya çəkiləcəklərinə ayələrində belə diqqət çəkmişdir:

Aləmləri xəbərdar olsun deyə quluna Furqanı endirən (Allah) nə qədər ucadır. (Furqan surəsi, 1)

35. Xəstəlik, Əlillik, Kasıblıq Və Ya Hər Hansı Bir Fiziki Qüsur Qarşısında Şikayət Etmək Doğru Olarmı?

Xəstəlik, əlillik və ya kasıblıq kimi çatışmazlıqlar, insanın dünya həyatının keçiciliyini anlaması və cənnətə həsrət duyub bu istiqamətdə səy sərf etməsi üçün Allahın yaratdığı xüsusi vəziyyətlərdir. Bu səbəblə də, bunlar əslində Allahın qullarına olan lütfündən qaynaqlanır. Dünyada əskiklik kimi görünən bu mövzular, ibrət almasını bilən bir insanın sonsuz həyatı baxımından böyük bir nemətə çevrilər. Allah dünya həyatının çatışmazlıqlarına və çətinliklərinə qarşı Allahın razılığını qazanmaq məqsədiylə təvəkkül edib səbir göstərən qullarına cənnətini vəd etmişdir. Üstəlik, Allah orada bu kəslərin həm mənəvi, həm də fiziki baxımdan bütün bu əskikliklərini aradan qaldıracaq, onları ən gözəl surətdə, həm də sonsuz bir yaradılışla yaradacaq.

Məhz bu səbəblə, insanın belə bir acizlik qarşısında dünya həyatında etməli olduğu şey, bu həqiqəti heç unutmadan sonsuz ağıl sahibi olan Rəbbimizə tamamilə təslim olmasıdır. Çünki Allahın bir insan üçün təyin etdiyi qədərdə adamın heç bilmədiyi xeyirlər və bir çox hikmət vardır. İnsanların kasıblıq, çirkinlik və ya xəstəlik kimi xoşlarına gəlməyən vəziyyətlərə qarşı üsyankar və şikayətçi bir mövqe içində olmaları Quran əxlaqına uyğun deyil. İnsana düşən Allahın özü üçün təyin etdiyi qədərə razı olmaqdır. Unutmamaq lazımdır ki, hər hansı bir vəziyyətdən şikayətçi və məmnuniyyətsiz olan bir insan, əslində Allahın özü üçün istədiyi bir gözəlliyə qarşı məmnuniyyətsiz bir rəftar göstərmiş olar. Bu isə Allaha qarşı böyük bir nankorluqdur. Çünki Allah hər hadisəni insanı sınamaq məqsədiylə yaradır və onun sonsuz qurtuluşuna vəsilə edir. Möminlərin bu mövzuda göstərməli olduğu ideal rəftar isə Quranda belə bildirilmişdir:

De ki: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim Himayədarımızdır. Və möminlər yalnız Allaha təvəkkül etməlidirlər." (Tövbə surəsi, 51)

36. Hesab Günündə Peyğəmbərləri Görə Bilərikmi?

Hesab günündə dünya tarixi boyunca yaşamış olan bütün insanlar bir yerə gələcəkdir. Bu insanlar arasında peyğəmbərlər də vardır. Hər peyğəmbər öz qövmünə şahidlik etmək üçün toplanma yerinə gələcəkdir. Bütün insanlar, Allahın hüzurunda dünya həyatında işlədikləri əməllərə görə hesab verəcəklər. Bu səbəblə, hesab günündə Allahın diləməsiylə hz. Məhəmməd (s.ə.v)-i, hz. İsanı, hz. Adəmi, hz. Yusifi və digər bütün peyğəmbərləri görmək mümkün olacaq. Allah Quranda bu mövzunu belə xəbər vermişdir:

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq (orta yerə) kitab qoyuldu; peyğəmbərlər və şahidlər gətirildi və aralarında ədalətlə hökm verildi, onlar haqsızlıq edilməz. (Zumər surəsi, 69)

37. Möminlər Cənnətdə Kimlərlə Birlikdə Olacaq?

Möminlər cənnətdə, hz. Adəmdən bu yana yaşamış olan bütün inananlarla birlikdə olacaqlar. Bu kəslər arasında bu günə qədər göndərilmiş olan bütün peyğəmbərlər, onlara uyub göstərdikləri yolu izləyən saleh möminlər və şəhidlər də olacaq. Quranda bu müjdə möminlərə bu cür verilmişdir:

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)

38. İnsanın Etmədiyi Şeylərlə Öyünməsinin Qurandakı Yeri Nədir?

Allah Quranda insanlara hər mövzuda ixlaslı davranmağı və hər işdə yalnız Allahın razılığını güdməyi nəsihət etmişdir. Tərif gözləməsi isə həmin insanın insanlardan təqdir gözləməsinə və onların məmnuniyyətini qazanmağa çalışdığından qaynaqlanar. Bu dünya görüşünə sahib olan insanlar yalnız etdikləri şeylərlə deyil, etmədikləri şeylərlə də öyünməyə cəhd edərlər. Halbuki, insanın etmədiyi bir şeyi etmiş kimi göstərməyə çalışması və bunu irəli sürərək özünə bir pay çıxarması, Allaha qarşı yalan söyləməsi mənasını verər. Çünki Allah insanın etdiklərini də, etmədiklərini də ən yaxşı şəkildə biləndir. Allahın bildiyi bir şeyi insanların bilməməsindən istifadə edərək tərif mövzusu halına gətirməyə çalışmaq Quranda bəyənilməyən bir davranışdır. Bu kəslər o an üçün qazanclı kimi görünsələr də, əslində böyük bir itki içərisinə girərlər. Çünki Allah insanı söylədiyi hər sözdən məsul tutacaq və layiq olduğu qarşılığı axirətdə mütləq verəcək. Quranda bu kəslərin vəziyyəti belə təsvir edilir:

Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır. (Ali İmran surəsi, 188)

39. Müsəlmanların Incəsənətə Baxışı Necə Olmalıdır?

Allah yer üzündə müxtəlif gözəlliklər yaratmışdır. İncəsənət, bu gözəlliklərin insanlar tərəfindən örnək alınması və təqlid edilməsiylə ortaya çıxar. Buna görə incəsənət Allahın insanlara təqdim etdiyi böyük bir lütfdür. Allah insanları estetikadan, gözəlliklərdən zövq alacaq fitrətdə yaratmışdır. Xüsusilə möminlər Allahın bu nemətlərini təqdir edə bilən, onlardakı incəlikləri görə bilən, azad düşünərək estetika mövzusunda geniş bir üfüqə sahib olan insanlardır. Bu səbəbdən, incəsənətdən aldıqları zövq dəfələrlə artar.

Möminlər incəsənəti cənnət neməti olaraq görərlər. Quranda cənnətin insanın ruhunda dərin bir təsir buraxacaq gözəllikdə bənzərsiz bir sənətlə döşəndiyindən bəhs edilir.

Ayələrdə cənnətdə qızıl işləməli yastıqlar, ipəkdən hazırlanmış ağır işləməli paltarlar, ləl-cəvahiratlar, yüksək köşklər, yaşıl ipəkdən paltarlar, ləl-cəvahiratların üzərinə diqqətlə işlənmiş olduğu taxtların olduğu bildirilir. Allahın təriflədiyi bütün bu gözəlliklər, möminlər üçün dünyada da böyük bir nemətdir.

Həmçinin, Quranda bəhsi keçən hz. Süleymanın sarayının gözəlliyi də, möminlərin incəsənət və estetika anlayışlarını ortaya qoyması baxımından diqqət çəkicidir. Hz. Süleyman sarayını, hovuzlar, böyük çanaqlar, heykəllərlə bəzəmiş və görənlərin heyran qaldığı mükəmməl bir incəsənət əsəri yaratmışdır.

40. Hikmət Nə Deməkdir?

Hikmət, hər şeyin ən doğrusunu və ən məqsədəuyğun olanını təsbit edə bilmə qabiliyyətidir. Hikmət sahibi olan bir insanın, danışıqları, verdiyi qərarlar, hətta bütün rəftarları mümkün olduqca ən ağıllı və ən məqsədəuyğun quruluşu əks etdirir. Hikmət sahibi bir kimsə, bir mövzunu ən doğru, ən köklü, ən ağıllı şəkildə izah edə bilər, bir hadisəyə, insana ya da rəftara ən doğru diaqnozu qoya bilər. Hadisələr qarşısında ən ağıllı reaksiyanı verər və ən gözəl rəftarı göstərə bilər. Bu səbəbdən də, hikmət sahibi olan insanlar, eyni zamanda da yüksək bir ağıla sahib kəslərdir.

Bir insanın hikmət sahibi ola bilməsi isə insanın ancaq Allaha iman etməsi, Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə əməl etməsi ilə mümkün olar. Çünki hadisələrin doğrusunu, rəftarın, düşüncənin, danışığın gözəl və ağıllı olanını insanlara öyrədən Quran və hədis-i şəriflərdir.

Allah Özünə yönələn səmimi qullarına bir nemət olaraq Qatından bir hikmət də verir. Quranda Allahın bu neməti qullarından istədiyinə verəcəyinə bu cür diqqət çəkilmişdir:

Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar (Bəqərə surəsi, 269)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 01-20: Sorular ve Cevaplar
  • 21-40: Sorular ve Cevaplar
  • 41-60: Sorular ve Cevaplar
  • 61-88: Sorular ve Cevaplar