Bir insanın Allaha yaxınlaşması, Allaha olan sevgisinin, bağlılığının, Allah qorxusunun, imanının və inancının artması deməkdir. Heç bir insan üçün Allaha yaxınlaşmağın bir sərhədi yoxdur. İnsanlar axirətdə Allaha olan yaxınlıqları ölçüsündə cavab alacaqlar və yenə bu ölçüdə sonsuz bir cənnət həyatına qovuşacaqlar. Bu səbəblə, hər insanın dünyadakı əsil yaşayış məqsədi Allahın bildirdiyi şəkildə bu mövzuda səmimi cəhd edərək olmalıdır. Quranda möminlərin bu mövzuda göstərdikləri səyə belə diqqət çəkilmişdir:
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 99)
Belə bir səy nəticəsində Allaha yaxınlaşan bir insanın Allaha olan sevgisi və bağlılığı daha da şiddətlənər, ürəyində Rəbbimizə qarşı daha böyük bir coşğu hiss edər, Allahın razı olmayacağı bir rəftar göstərməkdən daha çox qorxar və bu ölçüdə də Allahdan çəkinər. Din əxlaqına qarşı bağlılığı, şövqü və dinə xidmət etmə istəyi qüvvətlənər. Allaha olan yaxınlığın gücü artdıqca bütün bu sayılan xüsusiyyətlər də həmişə artmağa davam edər.