81-100: Sorular ve Cevaplar

81. Hikmət sahibi olmaq nə deməkdir?

Hikmət sahibi olmaq hər zaman ağıllı, əsaslı, məqsədəuyğun danışmaq və davranmaqdır. Hikmət sahibi insan hadisələrin iç üzünü və gerçək istiqamətlərini görmə qabiliyyətinə və dərin qavrayışa sahibdir. Bu səbəblə hər qərarı, hər hərəkəti məqsədəuyğun olar. Danışığı çox təsir edicidir. İzah etdiyi hər şey insanların qəlbində səmimi təsir yaradır.

Hikmət, hər an Allaha yönələn, Qurana görə yaşayan, daima Qurana görə düşünən səmimi və ixlaslı insanlara Allah Qatından verilən xüsusiyyətdir. Allah “Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir...” (Bəqərə surəsi, 269) ayəsiylə hikmətin böyük nemət olduğunu bildirmişdir.

82. İsraf Quranda necə bəhs edilir?

Allah israfı qullarına haram etmişdir. Və xərcləyərkən hansı ölçü ilə etməli olduqlarını belə bildirmişdir:

Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar. (Furqan surəsi, 67)

Müsəlmanlar sahib olduqları hər şeyi Allah yolunda, Allahı ən çox razı edəcəkləri şəkildə istifadə edərlər. Əllərindəki hər şeyin onlara Allahın verdiyi nemət olduğunu, bunların heç birinin əsl sahibləri olmadıqlarını unutmazlar. Fədakarlıq etməli olduqları zaman da sahib olduqları hər şeyi Quranın əmr etdiyi şəkildə xərcləyər, ancaq gərəksiz yerə xərc olacağı zaman tək bir qəpiyi də israf etməkdən çəkinərlər. Allah Quranda möminlərə, ehtiyacı olan kəslərə mallarından vermələrini, ancaq israf etməmələrini əmr etmişdir:

Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. (İsra surəsi, 26-27)

Həmçinin israfın nemətlərdən uzaq durmaq olaraq başa düşülməməsi lazımdır. Allah Quranda "... yeyin, için və israf etməyin. Çünki O, israf edənləri sevməz." (Əraf surəsi, 31) ayəsiylə bildirildiyi kimi, inananların nemətlərdən faydalanmasını bildirmiş və yalnız onların israf edilməsini qadağan etmişdir. Lakin bu gün din əxlaqından uzaq olan cəmiyyətlərdə israf mövzusuna lazım olan əhəmiyyət verilməz. Restoranlarda, evlərdə qab-qab yeməklər, kilolarla çörək, meyvə, tərəvəz asan şəkildə zibilliyə atılır. Halbuki, Allah israfın kiçik-böyük fərq etmədən hər şəklini haram etmişdir. Buna görə insanların düşüncəsizcə “bu xarab oldu”, “bunları istifadə edə bilmərəm” kimi sözlərlə əllərindəkiləri atmaları deyil, bütün nemətləri xarab olma mərhələsinə gətirmədən qiymətləndirmənin yollarını axtarmaları lazımdır. Ancaq bu şəkildə nemətin haqqını vermiş olarlar, əks halda böyük bərəkətsizlik və Allaha qarşı nankorluq olar.

83. Mələklərin insanların canını alması necə olur? İnsan canı alınarkən mələyi görərmi?

Ölüm bir növ aləm dəyişdirməkdir. Ölən insanın ruhu ilə dünya aləmindəki bədəni arasında əlaqə kəsilir. İnsan ölüm anından etibarən ölüm mələklərini görə biləcək aləmə keçər. Və bu keçid, insanın sonsuz həyatının da başlanğıcıdır. Məhz fərqli aləmə keçid ilə birlikdə insanlar canlarını almağa gələn mələkləri görərlər, hətta gələn mələklər onlarla danışarlar. Ancaq hər kəsin canı eyni şəkildə alınmaz. Möminlərin canını almağa gələn mələklər ilə küfrün canını almağa gələn mələklərin etdikləri və danışdıqları bir-birindən tamamilə fərqli olur.

Möminlərin canlarını almağa gələn mələklər onlara “salam” deyərək canlarını gözəlliklə çəkib alarlar. Bu əsnada onları gedəcəkləri cənnət ilə müjdələyərlər. (Nəhl surəsi, 32)

İnkar edənlərin canlarını almağa gələn mələklər isə heç gözləmədikləri anda onların üzlərinə və arxalarına vurmağa başlayarlar. (Məhəmməd surəsi, 27) Canını ən dərindən əzabla çəkərlər və bu sırada inkarçının ayaqları bir-birinə dolanar. (Qiyamət surəsi, 29) Mələklər əllərini ona doğru uzadarkən ona sonsuza qədər davam edəcək, alçaldıcı və yandırıcı əzabı müjdələyərlər. (Ənam surəsi, 93)

84. Vəsvəsə nədir?

Şeytan insana hər istiqamətdən yanaşaraq onu Allahın yolundan uzaqlaşdırmağa çalışar. Bunun üçün çox fərqli oyunlar oynayar. Vəsvəsə də şeytanın bu oyunlarından biridir. Vəsvəsə şeytanın insanı boş şeylərlə məşğul etmək, əsl düşünməli olduğu əhəmiyyətli mövzulardan uzaqlaşdırmaq üçün pıçıldadığı sözlər, yayındırmalar, ürəyə verdiyi şübhələr, boş, mənasız və narahatlıq verən düşüncələrdir. Şeytanın bu cəhəti Quranda belə bildirilir:

De: “Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (Nas surəsi, 1-5)

Şeytan, insanın ağlına gətirdiyi Qurandan kənar düşüncələrlə onun sağlam düşünməsini əngəlləmək, onu, başda dini mövzular olmaqla dünya və axirət həyatına zərəri toxunacaq xülyalara qapdırmaq istəyər. Bir çox axmaq və əsassız düşüncəni, öz düşüncələriymiş kimi təlqin edib insanın özünə olan etibarını itirməyə çalışar. Quran ilə hərəkət etməyən kəs şeytanın bu hiyləsini fərq etməz və onun vəsvəsələrinə özünü qapdırıb davamlı boş düşüncələr içində tərəddüd edər. Şeytanın bu pıçıltıları insanın dini səhv tanımasına, Allahın gücünü gərəyi kimi təqdir edə bilməməsinə, davamlı şübhə içində olmasına da səbəb olur. Bunun nəticəsində Allahın böyüklüyünü, dünyada var olma məqsədini düşünmək yerinə, nə özünə, nə də birlikdə olduğu insanlara fayda verməyəcək mövzulara özünü qapdırar, həyatını keçirər. Nəticədə şeytan Qurandan xəbərsiz, din əxlaqından uzaq bu insan üzərində məqsədini reallaşdırmış, onun sonsuz əzabına vəsilə olmuş olar. İnkarçıların və günahkarların hər zaman şeytanın təlqinlərinə açıq olduqları, şeytanın vəsvəsələri istiqamətində hərəkət etdikləri Quranda xəbər verilir:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)

85. İnsan vəsvəsədən necə xilas olar?

Allahın Quranda bildirdiyi kimi şeytanın hiyləsi çox zəifdir. (Nisa surəsi, 76) İman edənlər və Rəbbimizə təvəkkül edənlər üzərində təsiri yoxdur. Allah möminlərə özlərinə vəsvəsə gəldiyi zaman nə etmələri və bu vəsvəsədən necə xilas olmaları lazım olduğunu Quranda bildirmişdir. Qurana tabe olan möminlər özlərinə vəsvəsə gəldiyi zaman dərhal şeytandan Allaha sığınırlar. Qısa müddət içində ağıllarından keçən düşüncənin şeytana aid vəsvəsə olduğunu başa düşərlər. Heç bir vəsvəsəyə, ya da sıxıntıya qapılmadan, Allahı zikr edər və şeytanın bu pisliyindən xilas olarlar.

Allah Quranda özlərinə vəsvəsə gəldiyində möminlərin bunu dərhal düşünüb anlayacaqlarını belə bildirmişdir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. (Əraf surəsi, 200-201)

86. Quran oxunarkən nə edilməlidir?

Allah Quran oxunarkən, şeytandan Allaha sığınmağı və insanların susub dinləmələrini əmr etmişdir:

Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun. (Əraf surəsi, 204)

Cəmiyyətdə bir çox insan Allahın bu əmrini bilməz. Televizorda, radioda Quran oxunarkən insanlar gündəlik həyatlarına davam edər, bir tərəfdən də söhbət edərlər. Halbuki belə vəziyyətdə edilməli olan susub dinləməkdir. Əgər şərtlərdən ötrü səssizlik olmursa, o zaman televizor və ya radio bağlanıla bilər. Çünki əksini etmək Allahın fərz etdiyi hökmü yerinə yetirməmək olar.

87. Quranı oxumaq kifayətdirmi?

Bu gün özünü müsəlman olaraq xarakterizə edən bir çox insan, Allahın özündən nə istədiyini, nə edərsə gerçək müsəlman olacağını bilməz. Çünki həyatında bir dəfə belə Allahın ona göndərdiyi müqəddəs kitabı oxumamışdır. Halbuki Allah Quranı, insanları niyə yaratdığını və onlardan nə istədiyini bildirmək üçün göndərmişdir. Allahı tanımaq, Onu razı edərək cənnətinə getmək istəyən insanların Quranı çox yaxşı bilmələri lazımdır.

Ancaq cahil cəmiyyətlərdə Qurana olan baxış bucağı son dərəcə yanlışdır. Bu insanlardan bəziləri Quranı yalnız oxuyar, amma Allahın ona verdiyi nəsihətləri heç düşünməz, üzərinə götürməz, tətbiq etməz. Quran oxumaq ibadətdir, amma Quran, Allahı tanımaq, Allahın istədiklərini öyrənmək və həyata keçirmək üçün oxunar. Yenə bu insanlardan bəziləri Quranın yalnız dua kitabı olduğunu zənn edər. Dua edərkən Qurandan əzbərlədiyi ayələri anlamadan oxuyar. Əlbəttə Quranda Allah peyğəmbərlərin dualarından nümunələr vermişdir və möminlərin bu duaları nümunə götürmələri lazımdır. Ancaq Quranı yalnız dua kitabı olaraq düşünmək səhv və əskik baxış aspekti olar.

Allah möminlər üçün rəhbər olaraq Quranı nazil etmişdir və Quran, açıq-aşkar ayələri ilə möminləri zülmətlərdən nura çıxarır. Quranın bu xüsusiyyətini Allah belə bildirir:

... sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

... Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

Haqqında bəhs etdiyimiz insanların Quran haqqındakı yanlış inanclarından biri də, Quranın keçmiş ümmətlər üçün endirildiyi düşüncəsidir. Halbuki zamanın keçməsi, texnologiyanın inkişafı, kosmos və ya kompyuter əsrində olmağımız bir şeyi dəyişdirməz. 1400 il əvvəlki insanlar ilə bu gün yaşayan, ya da gələcəkdə yaşayacaq olan insanların ehtirasları, dünyaya baxış bucaqları, cahillikləri həmişə eynidir. Və bunların yerinə qoymaları lazım olan doğru məlumatın qaynağı da hər zaman Qurandır. Allah Qurana tabe olmamaq üçün onun “keçmişlərin nağılı” olduğunu iddia edən insanları cəhənnəm ilə xəbərdar edib qorxutmuşdur:

Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” – deyir. Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək! Sonra onlar Cəhənnəmə girəcəklər (Mutaffifin surəsi, 13-16)

88. Din hansı istiqamətləriylə sülh və hüzuru təmin edər?

Din hər şeydən əvvəl insanların vicdanlarına görə yaşamalarını tələb edir. Hər kəsin vicdanlı davrandığı ortamda isə çəkişmə, döyüş və ya hüzuru pozacaq hər hansı davranışa rast gəlinməz.

Din əxlaqını yaşayan insanlar ağıl və sağlam düşüncə sahibi kəslərdir və hadisələrə yanaşmaları da bu şəkildə olar. Bu səbəbdən daim həll yolu tapan və rahatlaşdırıcı mövqe sərgiləyərlər. Bu da olduqları ortamın rifah içində olmasını təmin edər.

Din əxlaqında ədalət vardır. Hər kəsə haqqı tam olaraq verilər, bu səbəbdən kimsənin öz haqqı üçün mübarizə aparmasına, bunun üçün müxtəlif yollara üz tutmasına ehtiyac qalmaz. Haqqı onsuz da digər dindar və vicdanlı kəslər tərəfindən ən gözəl şəkliylə qorunar.

Dindar insanlar Allahdan qorxduqları üçün cinayət, intihar, oğurluq kimi Allahın haram etdiyi hərəkətlərə girişməzlər. Axirətdə hesabını verə bilməyəcəkləri şeyi əsla etməzlər.

Din əxlaqında şəxsi mənfəətlər üçün hərislik etmək yoxdur. Hər kəs dinin ortaq mənfəəti üçün gücünün yetdiyindən çoxunu etməklə məsuldur. Bu səbəbdən maraqların qarşıdurması nəticəsində meydana gələ biləcək narahatlıq ola bilməz.

Dində təzyiq və məcburiyyət yoxdur. Möminlər yalnız dinin göstərdiyi həqiqətləri izah etməklə məsul tutulmuşlar.

Həmçinin, Quranda Allahın iman edənlərin üzərinə xüsusi olaraq güvən duyğusu və hüzur endirdiyi bildirilir. Bu, saleh möminlərə Allah qatından verilən böyük nemətdir. Bu gerçək Quranda belə bildirilir:

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir. (Fəth surəsi, 4)

Burada izah edilənlər din əxlaqının insanlara təqdim etdiyi gözəl ortamın çox ümumi tərifidir. Din istər insanlar, istərsə də cəmiyyətlər baxımından dünyada yaşana biləcək ən hüzurlu, ən ideal, ən qüsursuz ortamı təqdim edir.

89. Quranda nəsihət edilən ticarət əxlaqı necədir?

Mömin həyatı boyunca etdiyi hər işi Allahın rizası və məmnuniyyəti üçün edər. Etdiyi iş nə olursa olsun ona əsl məqsədini unutdurmaz. Allah Quranda möminlərdən bəhs edərkən ticarətin və ya alış-verişin onlara əsl məqsədlərini unutdurmadığını belə bildirmişdir:

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Allahın möminlərdən istədiyi üstün əxlaq vardır və möminlər hansı iş üzərində olurlarsa olsunlar bu əxlaqın gərəklərini yerinə yetirərlər. Ticarət edərkən də yenə dürüst, yenə səmimi, yenə fədakar, yenə çalışqan, yenə ədalətli, yenə təvazökardırlar. Yenə bütün diqqətləri Allahın razılığında və Onun halal-haram sərhədlərindədir. Bunlarla yanaşı,. Allah möminlərə ticarət edərkən başqalarının hüquqlarına təcavüz etməmələrini, ölçünü və çəkini tam tutmalarını, insanların əşyalarını dəyərdən salmamalarını əmr etmişdir. (Hud surəsi, 85)

Həmçinin, ticarət edərkən dürüst olmanın, insanlara haqsızlıq etməməyin və belə gözəl əxlaq göstərərək Allahı razı etmənin daha xeyirli olacağı İsra surəsində bu şəkildə bildirilmişdir:

Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır. (İsra surəsi, 35)

90. Təvəkkülsüzlüyün insan ruhunda yol açdığı zərərlər nələrdir?

Təvəkkül insanın hər işində Allaha güvənməsi, tək qoruyucusunun Allah olduğunu bilərək Ona təslim olması mənasına gəlir. Hadisələrin hər zaman Allahın idarəsi altında reallaşdığını bilən möminlər Onun, Ona iman edənləri hər zaman dəstəklədiyini, onlara kömək etdiyini də bilirlər. Əlbəttə bu ruh halını yaşayan insanın ürəyi hər zaman hüzur və güvən içindədir. Təvəkkülü yaşamayan, özünü Allaha təslim etməmiş insanlar isə həyatlarını böyük qorxu, narahatlıq, sıxıntı, çaxnaşma, təhlükə, narazılıq, kin, qəzəb, depressiya, peşmanlıq, qısqanclıq kimi hisslər içində keçirərlər. Allah inkarları səbəbi ilə bu insanların qəlblərinə böyük sıxıntı yerləşdirər. Təvəkkülün rahatlığını, hüzurunu, dincliyini onlara yaşatmaz. Allaha güvənməyənlərin ürəyində yaranan bu sıxıntı Quranda belə təsvir edilmişdir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. (Ənam surəsi, 125)

Ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. (Həcc surəsi, 31)

91. Feli dua necə edilər?

Feli dua insanın şifahi dua edərək istədiyi şeyi, əlindən gələn bütün səyi göstərib, o işin reallaşması üçün lazım olan hər şeyi yerinə yetirərək istəməyə davam etməsidir. Məsələn, insan su istəyir, amma suyun önünə gəlməsini gözləməz, gedər suyu stəkanına süzər və sonra suyu içər. Yəni Allahdan istədiyi şeyin reallaşması üçün Allahın ona öyrətdiyi səbəbləri və qanunları əlindən gəldiyi qədər yerinə yetirib nəticəsini Allahdan gözləyər. Bunun kimi, insan imtahanı qazanmağı çox istəyər, Allaha bunun üçün dua edər, əlbəttə bunun üçün lazımlı işləri də görər, öyrənməli olanları öyrənər, işini əngəlləyəcək, diqqətini dağıdacaq ortamlardan uzaq durar və bu səyinin nəticəsində də Allah ona müvəffəqiyyət verər.

İnsanların bir qismi, dua haqqında yanlış inanca sahibdirlər. Bu kəslərə görə Allaha dua edildikdən sonra bir küncə çəkilmək və duanın nəticəsini gözləmək lazımdır. Halbuki bu səmimi rəftar deyil. Çünki bir şeyi həqiqətən istəyən adam onun üçün həm şifahi, həm də feli duanı yerinə yetirməlidir. Ancaq hər cür feli cəhdi yerinə yetirib “mən hər şeyi etdim” deyən və Allaha şifahi olaraq dua etməyi unudan insanın da səhvinə düşməmək lazımdır. Hər iki dua da bir yerdə edilməlidir.

92. Bəzi cəmiyyətlərdəki degenerasiya ilə dinsizlik arasında əlaqə nədir?

Allahın insanlara göndərdiyi dinə təslim olmağı qəbul etməyən insanlar Quranda izah edilən gözəl əxlaqı yaşaya bilməzlər və yenə Quranda insanlara bildirilmiş olan sərhədləri qoruya bilməzlər. Allahdan qorxub çəkinmədikləri və axirətə də inanmadıqları üçün etdiklərinin hesabını vermə qorxusunda olmazlar. Buna görə dinin yaşanmadığı cəmiyyətlər hər cür əxlaqsızlığı və pisliyi qorxmadan, nəticəsini düşünmədən yaşayan insanlardan ibarətdir. Belə cəmiyyətlərin sürətli və böyük miqyaslı degenerasiya prosesinə girməsi də qaçılmazdır. Çünki bu insanlar qadağan edildiyi halda, rahatlıqla oğurluq edər, insanlara zərər verər, qəzəblənər, adam öldürər, başqalarının hüquqlarına təcavüz edər, yalan danışar, özlərindən başqa heç vaxt heç kəsə dəyər verməz, hər şeyi mənfəət qarşılığında edər, özlərindən daha gücsüz birini mütləq əzərlər. “Mən dindar deyiləm, amma qəzəbli də deyiləm” deyən insan bir gün dözə bilməyəcəyi hadisə ilə qarşılaşar və özündə hər cür pisliyi etmə haqqını görər. Elə qəzəblənər ki, yeri gəldiyində adam öldürməyə belə cəhd edər.

Məhz dinsizlik, hər hansı sərhəd tanımadığı üçün, cəmiyyətlərin bütün insani duyğularını öldürər. Və fövqəladə degenerasiyanın yaşanmasına səbəb olar. Dinsiz cəmiyyətlərdə, dinin insanlara gətirdiyi ədalət, yumşaq xasiyyətlilik, müvəffəqiyyət, tərbiyə, mərhəmət və sevgi əsla olmaz. Buna görə dinsizlik cəmiyyətdəki degenerasiyanın əsas qaynağıdır.

93. Cinlər necə varlıqlardır? Cinlərin də iman edəni və ya etməyəni varmı? Axirətdə onların da yaşayacağı cənnət və cəhənnəm olacaqmı?

Cinlər eynilə insanlar kimi Allaha ibadət etmələri üçün, lakin insan kimi torpaqdan deyil, atəşdən yaradılmış, insanlardan fərqli aləmdə yaşayan varlıqlardır. (Zəriyət surəsi, 56), (Hicr surəsi, 27) Allah cinlərə də iman etmələri üçün elçilərini göndərir. (Ənam surəsi, 130) Onların içlərində də iman edənlər və iman etməyənlər vardır. Allah cinlərin bu vəziyyətini ayəsində belə xəbər verir:

Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır. (Cin surəsi, 14)

Eyni zamanda aralarında insanlarda olduğu kimi peyğəmbərlərə düşmənçilik edənlər də vardır:

Beləcə hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər müəyyən etdik ... (Ənam surəsi, 112)

Və cinlər də eynilə insanlar kimi axirətdə etdiklərinin qarşılığını görəcəklər. Allaha iman edib, peyğəmbərlərin xəbərdarlıqlarını dinləyənlər əsla haqsızlığa məruz edilməyib, əcirlərinin qarşılığını alacaqlar. İnkarçı olan cinlər isə, inkarçı insanlarla birlikdə cəhənnəmə atılacaqlar. Allah bu qəti həqiqəti Quranda bildirmişdir:

Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

94. Cinlər gələcəkdən xəbər verə bilərmi?

Allah Quranda, qeybi Özündən başqa kimsənin qətiyyən bilmədiyini və bilməyə də əsla gücü çatmayacağını bir çox ayədə bildirmişdir. Bu ayələrdən biri belədir:

De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər". (Nəml surəsi, 65)

Cinlər də Allahın diləməsi xaricində heç bir şəkildə gələcəklə əlaqədar məlumat əldə edə bilməzlər. Quranda cinlərin qeybdən məlumat almağa çalışdıqlarını, amma bunu bacara bilmədiklərini, özlərinin də bunu etiraf etdiyini izah edən ayələr vardır. Cin surəsində bəhs edilən bu ayələr insanların cinlər haqqındakı səhv inanclarını da ortadan qaldıracaq şəkildədir. Həmçinin Quranda hz. Süleymana xidmət edən cinlərdən də bəhs edilir. Və bu cinlərin hz. Süleymanın ölümündən çox sonra xəbər tutduqları bildirilir. Bu səbəbdən cinlərdən fayda görmək ümidiylə onlara sığınan insanlar çox böyük səhv etdiklərini bilməlidirlər. Çünki cinlərin gələcəyə istiqamətli məlumat əldə etmələri -Allahın diləməsi xaricində mümkün deyil. Quranda hz. Süleyman hekayəsiylə də cinlərin qeybə istiqamətli məlumat daşımadıqlarına diqqət çəkilmişdir:

Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar. (Səba surəsi, 14)

Cin surəsində cinlərin qeybdən xəbər öyrənə bilmədikləri ilə əlaqədar bildirilən digər ayələr isə belədir:

Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq. Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr. Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir? (Cin surəsi, 8-10)

95. Yer üzündə ilkin həyatın necə yarandığına dair suallara cavabı fosil qeydlərinə baxaraq tapmaq olarmı?

Fosillərə baxaraq canlıların necə ortaya çıxdıqları sualının cavabını asanlıqla verə bilərik. Mürəkkəb canlılarla əlaqədar fosillərə ilk olaraq, günümüzdən təxminən 520-530 milyon il əvvəlki dövr olan Kembri dövrünə aid təbəqələrdə rast gəlinir.

Kembri qayalıqlarında tapılmış olan fosillərdə, ilbizlərə, trilobitlərə, süngərlərə, soxulcanlara, meduzalara, üzən xərçəngkimilər və dəniz zambaqlarına rast gəlinir. Bu onurğasız canlıların hamısı bir anda və təkamül nəzəriyyəsinin iddia etdiyinin əksinə ataları olmadan ortaya çıxmışlar. Canlıların bu şəkildə, möcüzəvi olaraq birdən-birə ortaya çıxışları, təkamülçü elm adamları tərəfindən “Kembri partlayışı” olaraq da adlandırılır.

Necə olur ki, bu qədər çox növdə canlının birdən ortaya çıxdığı sualı təkamülçülərin heç bir şəkildə cavab verə bilmədikləri sualdır. Elə ki, təkamülün dünya səviyyəsindəki ən əhəmiyyətli müdafiəçilərindən olan İngilis ateist bioloq Riçard Dokinz, bu həqiqət qarşısında bunları söyləyir:

...Kembri təbəqələri əsas onurğasız qrupları tapdığımız ən qədim qatlardır. Bunlar, ilk olaraq ortaya çıxdıqları hallarıyla, olduqca təkamül keçirmiş haldadırlar. Sanki heç bir təkamül tarixinə sahib olmadan, o halda, orada meydana gəlmiş kimidirlər. Əlbəttə ki, bu ani ortaya çıxma yaradılışçıları olduqca məmnun edir. (Richard Dawkins, The Blind Watchmaker, London: WW Norton 1986, s.229)

Kembri partlayışı, təkamülçü kimi Dokinzin də etiraf etdiyi kimi, canlıların yer üzündə bir anda və xüsusi yaradılışla var olduqlarının dəlillərindən biridir …

96. Milyonlarla il bundan əvvəl yaşayan canlılar necə quruluşlara sahib idilər?

Bundan təxminən 500 milyon il əvvəl yaşamış olan canlılar da dövrümüzdəki canlılar kimi mürəkkəb quruluşlara sahib idilər. Kembri dövründə ortaya çıxan canlı fosilləri, elm adamları və xüsusilə də təkamülçülər baxımından son dərəcə təəccüblü olmuşdur. Çünki təkamül nəzəriyyəsinin iddiasına görə, o dövrdə ortaya çıxan canlılarda bugünkü canlılardan fərqli, daha “primitiv” sayıla biləcək sistemlərin mövcud olması lazımdır.

Halbuki sahib olduqları göz, qəlsəmə, qan dövranı sistemi kimi mürəkkəb quruluşlar bu canlıların primitiv olmadıqlarının dəlilidir. Məsələn, Kembri dövrü canlılarından olan trilobitlər, indiki böcəklərdə də mövcud olan cüt mərcəkli pətək göz quruluşuna sahib idilər. Kompleks quruluşu olan bu tribolit gözlərinin pətək şəklində yüzlərlə hissəsi vardı. 530 milyon il əvvəl mövcud olan bu qüsursuz göz quruluşu qarşısında təkamülçülər də heyrətlərini ifadə etmək məcburiyyətində qalmışlar.

Harvard, Roçester və Çikaqo universitetlərindən təkamülçü geologiya professoru David Raup; “Trilobitlərin gözü, ancaq zəmanəmizin yaxşı təhsil almış və son dərəcə istedadlı optik mühəndisi tərəfindən inkişaf etdirilə biləcək dizayna sahib idi” (David Raup, 2Conflicts Between Darvin and Paleontology”, Bulletin, Field Museum of Natural History, cild 50, 1979 yanvar, s. 24) deyərək tribolit gözünün təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü də qəbul etmək məcburiyyətində qalmışdır.

97. Dinozavrların milçək tutmaq istəyərkən qanadlandığını iddia edən təkamülçülər milçəklərin mənşəyini açıqlaya bilərmi?

Təkamülçülər milçəklərin mənşəyi ilə əlaqədar heç bir izah verə bilməzlər. Amma maraqlıdır ki, kiçik bir ağcaqanadın necə meydana gəldiyini açıqlaya bilməzkən, böyük dinozavrların quşlara çevrilməsinə öz ağıllarına görə izah gətirməyə çalışırlar. Üstəlik, dinozavrların milçək ovlamaq üçün qabaq ayaqlarını bir-birinə çırparkən ayaqların qanadlara çevrildiyi kimi əfsanəvi iddia irəli sürmüşlər. Hələ kiçik bir milçəyə şərh gətirə bilməyən nəzəriyyənin ondan çox daha kobud bir canlının meydana gəlməsindən bəhs etməsi əlbəttə mənasızdır.

Təkamülçülərin milçəklərin mənşəyi məsələsinə heç toxunmamalarının əhəmiyyətli səbəbləri vardır. Əvvəlcə, milçəklər son dərəcə qüsursuz, hətta dövrümüzün texnologiyasıyla belə tam olaraq təqlid edilə bilməmiş uçuş mexanizminə sahibdirlər. Bir milçəyin saniyədə 500-1000 dəfə hərəkət etdirə bildiyi mükəmməl qanad sistemi vardır. Üstəlik bu sistem elə qüsursuz planlanmışdır ki, milçək bu heyrətamiz sürətdəki hərəkəti hər iki qanadı üçün bərabər zamanlı olaraq edə bilər. Bununla yanaşı, kompleks tənəffüs sisteminə də malikdir. Uçuş üçün lazım olan oksigeni digər canlılara görə çox daha sürətli və məhsuldar istifadə edə bilər.

İngilis bioloq Vudn Robin milçəkdəki üstün yaradılışı belə təsvir edir:

Milçək qanadlarının fəaliyyətini öyrəndikcə, sahib olduqları dizaynın nə cür qüsursuz və həssas olduğunu daha yaxşı anlayırıq ... Son dərəcə elastik xüsusiyyətlərə sahib hissələr, havanın ən yaxşı şəkildə istifadə edilə bilməsi üçün, lazımlı qüvvələr qarşısında lazımlı elastikliyi göstərəcək şəkildə həssaslıqla bir yerə gətirilmişlər. Milçək qanadlarıyla ayaqlaşa biləcək texnoloji quruluş yox kimidir. (J. Robin Wootton, “The Mechanical Design of Insect Wings”, Scientific American, cild 263, 1990 noyabr, s.120)

98. Fillər, sincab və digər məməlilər tək kökdən törəyə bilərmi?

Təkamül nəzəriyyəsinin elmdən kənar iddialarına görə sürünənlər həm quşların, həm də məməlilərin atasıdırlar. Məməli olaraq xarakterizə edilən canlılar ümumi xətləriylə düşünüldüyündə belə bir iddianın qeyri-mümkün olduğu rahatlıqla görüləcək. Məsələn, pələngləri, inəkləri, ayıları, filləri, delfinləri, balinaları, siçanları, yarasaları düşünək. Bu məməli növləri arasında son dərəcə böyük quruluş müxtəliklikləri vardır. Üstəlik, bu canlıların hər birinin öz ehtiyaclarına uyğun, xüsusi mexanizmləri vardır. Məsələn, delfinlər son dərəcə həssas sonar sisteminə sahibdirlər. Ayıların isə yaşadıqları bölgənin iqlim şərtlərinə uyğun mexanizmləri vardır.

Bu müxtəlikliklərin təkamülçülər baxımından necə böyük çətinlik meydana gətirdiyini təkamülçü zooloq Erik Lombard belə ifadə etmişdir:

Məməlilər sinfi içində təkamül qohumluq əlaqələri (filogenetik əlaqələr) qurmaq üçün bilgi axtaranlar, məyus olacaq. (Eric Lombard, “Review of Evolutionary Priniples of the mammalian Middle Ear, Gerald Fleischer”, Evolution, cild 33, 1979 dekabr, s.1230)

Bu müxtəlifliklərin xaricində fosil qeydləri də bütün canlıların olduğu kimi məməlilərin də bugünkü qüsursuz quruluşları ilə, bir anda ortaya çıxdıqlarını heç bir şəkildə təkamül prosesi yaşamadıqlarını göstərir.

99. Canlı hüceyrələr təsadüfən meydana gələ bilərmi?

Xeyr ola bilməzlər, çünki hüceyrələr öz-özlərinə, ya da təsadüfən əmələ gəlməyəcək komplekslikdə quruluşa sahibdirlər. Bir hüceyrədə olan xüsusi iş sistemləri, rabitə sistemləri, hüceyrə içi və xarici nəqliyyatı təmin edən sistemlər, maddə alış-verişinə nəzarət edən sistemlər, məlumatların yığıldığı mərkəzlər kimi son dərəcə kompleks strukturlar, ancaq mikroskopların köməyiylə görülə biləcək qədər kiçik sahəyə sığdırılmışdır. Təkamülçü elm adamlarından W.H Dorp: “Canlı hüceyrələrinin ən bəsitinin sahib olduğu mexanizm belə, insan oğlunun indiyə qədər icad etdiyi, hətta xəyal etdiyi bütün maşınlardan çox daha kompleksdir” (WR Bird, The Origin of Species Revisited., Nashville: Tomas Nelson Co., 1991, s.298-299) deyərək hüceyrənin quruluşundakı mükəmməlliyi vurğulayır.

20-ci əsr texnologiyası ilə istehsal edilməmiş olan, bu qədər qüsursuz quruluşun öz-özünə meydana gəlmə ehtimalı sıfırdır. Hüceyrəni, bütün bu qüsursuz quruluşuyla Allah yaratmışdır.

100. Hüceyrənin nüvəsində olan DNT molekulunun təsadüfən formalaşması mümkündürmü?

DNT, son dərəcə mürəkkəb quruluşu olan molekuldur. Bu molekulda insan bədəni ilə əlaqədar bütün məlumatlar kodlaşdırılmış halda mövcuddur. Boy, saç, göz və dəri rəngi kimi xüsusiyyətlərlə bərabər, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planları tək bir hüceyrənin DNT-sində yerləşdirilmişdir. DNT-dəki bu məlumatları kağız üzərinə yazsaq, təxminən 500 səhifəlik 900 cilddən ibarət olan nəhəng kitabxana meydana gətirməyimiz lazımdır. Amma bu məlumatların hamısı, cildlərlə ensiklopediyalarda deyil, gözlə görülə bilməyən DNT-nin “gen” adı verilən hissələrində şifrələnmişdir.

Genlər isə nükleotid adı verilən dörd bəzi müəyyən sıra ilə düzülməsiylə meydana gələr. Bu sıralamada meydana gələ biləcək hər hansı bir səhv o geni faydasız hala gətirər. İnsan bədənində isə ümumi olaraq 200.000 gen vardır. Bu genləri təşkil edən milyonlarla nukleotidin hər birinin doğru ardıcıllıqda olmaları şərtdir. Bu ardıcıllığın təsadüfən meydana gəlmə ehtimalı ilə əlaqədar riyazi hesablar aparıldığında bunun qeyri-mümkün olduğu görülər. Məsələn, bu mövzuda təkamülçü bioloq olan Frenk Salisberinin apardığı hesablamaya görə, belə bir ehtimal 4 1000 -də birdir. 4 1000 -də bir, 10 620-də birə bərabərdir ki, bu hesab 10-un yanına 620 dənə sıfır əlavə edilən rəqəm, ağılın qavrama sərhədlərindən çox uzaq rəqəmdir.

Nukleotidlərin təsadüfən bir yerə gələrək DNT və RNT-ni meydana gətirmələrinin qeyri-mümkünlüyünü, təkamülçü elm adamı Paul Aqer belə ifadə etmişdir:

Təsadüfi kimyəvi hadisələr sayəsində nükleotidlər kimi kompleks molekulların ortaya çıxışı mövzusunda məncə iki mərhələni bir-birindən ayırmaq lazımdır; bir-bir nukleotidlərin istehsal olunması -ki bu bəlkə mümkün ola bilər- və bunların xüsusi ardıcıllıq halında bir-birinə bağlanması. Məhz bu ikincisi, qeyri-mümkündür. (Paul Auger, De La Physique Theorique a la Biologie, 1970, s. 336)

... “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32)

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən. (Məryəm surəsi, 97)

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)

Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir (Nur surəsi, 18)

Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. (Nisa surəsi, 174)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 01-20: Sorular ve Cevaplar
  • 21-40: Sorular ve Cevaplar
  • 41-60: Sorular ve Cevaplar
  • 61-80: Sorular ve Cevaplar
  • 81-100: Sorular ve Cevaplar