81-109: Sorular ve Cevaplar

81- "Adamlıq Dini" Nədir?

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)

Dünya üzərində ideologiyası, fəlsəfəsi, dünya görüşü nə olursa olsun, haqq dindən uzaqlaşmış bütün insanların tabe olduqları ortaq bir batil "din" vardır. Haqq dinin yaşanmadığı cəmiyyətlərin hamısında yaşanan, bu batil dindir. Bəhs edilən cəmiyyətlərdəki insanlar dünyaya gəldikləri andan etibarən ətraflarından aldıqları uzun təlqinlərin nəticəsində, bu batil dinin təqdim etdiyi dəyər mühakimələrini, qaydaları, düşüncə şəkillərini mənimsəyirlər. Məhz bu dinin adı "Adamlıq dini" dir.

Adamlıq dinini yaşayan insanların ən əsas xüsusiyyəti Allahın razılığını deyil, içində yaşadıqları cəmiyyətin razılığını hədəf alaraq və həyatlarını bu hədəf istiqamətində yönləndirmələridir.

Adamlıq dinini yaşayan cəmiyyətlərin insanlardan ən əhəmiyyətli istəkləri "adam olmaq" dır. "Adam olmaq" ifadəsiylə nəzərdə tutulan isə, cəmiyyət tərəfindən ümumi qəbul edilmiş bir mədəniyyətə, rəftara və anlayışa sahib olmaq, məqbul olaraq tanıdılan müəyyən qəlibləri üzərində daşımaqdır. (Bu mövzu ilə əlaqədar baxın. Harun Yəhya, Adamlıq Dini)

82- Çoxluğun Tətbiq Etdiyi Sistem Mütləq Doğrudurmu?

Allahın dinindən uzaq yaşayan cəmiyyətlərdəki ümumi qənaət çoxluğun hər zaman haqlı olacağı istiqamətindədir. Halbuki bu, insanların gəldiyi tamamilə yanlış bir nəticədir. Allah bizə Quranda "… insanların əksəriyyəti iman gətirən deyildir." (Yusif surəsi, 103) deyə xəbər vermişdir. Və yenə ayələrində bu iman etməyən çoxluğa uyanların da zərər içində olacağını bildirmişdir.

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

Bütün bunlardan anlayırıq ki, hər dövrdə inananlar azlıq, Allahın dinindən uzaq olanlar isə çoxluğu təşkil edəcək. Və bu vəziyyət Allaha iman edən və cəmiyyətin təqdim etdiyi "Adamlıq dini"ndən uzaq yaşayan insanların qiymətini qat-qat artıracaq.

83- "Adamlıq Dini" Ni Tərk Etmək Üçün Nə Etmək Lazımdır?

Allahı inkar təməli üzərinə qurulmuş bu sistemdən xilas olmağın yolu əvvəlcə yalnız Allahın razılığını axtarmaq, Onun Quranda təqdim etdiyi əxlaqı və həyat tərzini əskiksiz olaraq həyata keçirməyə çalışmaqdır. Bütün həyatını Quran ayələri istiqamətində təşkil edən insan, təbii olaraq cahil cəmiyyətin təqdim etdiyi pis əxlaqdan və çirkin rəftarlardan da uzaqlaşar.

84- Ağılla Zəka Arasındakı Fərq Nədir?

Ağıl, yalnız möminlərin sahib olduğu əhəmiyyətli bir xüsusiyyətdir. Ancaq cəmiyyətdə bilinən ağıl anlayışı ilə Quran əxlaqını yaşamağın gətirdiyi ağıl bir-birindən çox fərqlidir. Quranda bəhsi keçən ağıl, zəkadan tamamilə fərqli bir anlayışdır. Zəka bir insanın bioloji olaraq sahib olduğu beyinin gücüdür. Zəka nə artar, nə azalar. Ağıl isə Allahdan qorxub çəkinən təqva sahibi möminlərə Allah Qatından böyük bir nemət olaraq verilər. Və insanın təqvası ölçüsündə sahib olduğu ağıl səviyyəsi də artar.

Ağıl sahibi insanın ən diqqətə çarpan xüsusiyyətləri, Allahdan qorxub çəkinməsi, daima vicdanına uyması, hər hadisəni, gördüyü hər şeyi Qurana görə qiymətləndirilməsi və hər an Allahın razılığını axtarmasıdır. Bir insan dünyanın ən ağıllı, ən savadlı, ən mədəni insanı belə olsa əgər bu xüsusiyyətlərə sahib deyilsə, "ağlı" olmayacaq və bir çox həqiqəti görə bilməyəcək, anlayış qabiliyyətindən məhrum qalacaq. Allah ağılsızlığın necə bir bəla olduğunu belə bildirmişdir:

Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır. (Ənfal surəsi, 22)

Ağıl sahibi insan eyni zamanda uzaqgörəndir, hər zaman yerində və məqsədəuyğun qərarlar verər, daima hadisələrin əsasını qavraya bilər, görünməyən tərəfini görə bilər. (http://www.harunyahya.org/tr/Kitaplar/788/kurana-gore-gercek-akil)

85- İnsanın Ağlını Örtən Amillər Nələrdir?

İnsanın qəlbini və ağlını qapalı tutan şeylər, insanın ehtirasları və eqoist hissləridir. Məsələn, gələcək qorxusu, qısqanclıq, pula və maddi dəyərlərə qarşı duyulan ehtiraslı istəklər, romantiklik kimi şeylər insanı məşğul edər, ağlını örtər. Əsil düşünməli olan mövzuları; Allahın böyüklüyünü, yaradışındakı mükəmməlliyi düşünə bilməyən hala gətirər. Allah qurtuluşun ancaq nəfsin ehtiraslarından xilas olmaqla mümkün olacağını xəbər vermişdir:

… Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır (Həşr surəsi, 9)

86- Quranda Allahın Təkəbbürlənənləri Sevmədiyi Ifadə Edilir, Qurana Görə Təkəbbürlənmək Nə Mənaya Gəlir?

Qurana görə lovğalanan insanın ən diqqətə çarpan xüsusiyyəti, sahib olduğu hər şeyi ona Allahın verdiyini unutması və bunlarla öyünüb, özünü cahil şəkildə üstün görməsidir. Bu mövzudakı əhəmiyyətli bir yanılma, öyünərək Allaha qarşı təkəbbürlənən insanların həmişə düşüncəsiz xarakterli kəslər olduğunun düşünülməsidir. Halbuki, bir insanın gözəlliyini özündən bilməsi və bunun təsirində olması, qazandığı müvəffəqiyyətlərlə öyünməsi, özünü həmişə yetərli görməsi və heç bir zaman "görəsən daha vicdanlı ola bilərəmmi?" deyə düşünməməsi, qürur və təkəbbür içində olması, təkəbbürlənməyin nümunələrindəndir. Bu səbəblə, hər insan bundan şiddətlə çəkinərək, Allaha qarşı aciz və möhtac olduğunu, sahib olduğu hər şeyi, diləsə Allahın əlindən alıb yox edə biləcəyini düşünməlidir. Allah belə insanların sonunu bizə xəbər vermişdir:

Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

87- Quran Əxlaqına Görə Təvazökar Insan Necə Olmalıdır?

Təkəbbürlənmənin əksinə təvazökar insan, sahib olduğu hər şeyi ona Allahın bir nemət və sınaq olaraq verdiyini bilir. Aciz və möhtac bir insan olduğunun, Allahın diləməsi xaricində heç bir şeyə güc çatdıra bilməyəcəyinin fərqindədir. Bu səbəblə, hər zaman Allaha dönüb yönələn, hər nemətə şükür edən bir insandır. Allah möminlərin təvazökar rəftarını tərifləmişdir:

O Rəhman olan Allahın qulları, yer üzü üzərində alçaq könüllü olaraq gəzərlər... (Furqan surəsi, 63)

88- Niyyətimdən Məsul Olarammı?

Hər insan niyyətindən məsuldur. Allah bunu, qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. (Bəqərə surəsi, 225) ayəsiylə xəbər vermişdir. Görülən hər işdə niyyət, Allahın razılığını qazanmaq olmalıdır. Edilən bir iş xeyir kimi görünə bilər, ancaq əgər edilən işdə insanların təqdiri və ya dünyəvi bir qarşılığı gözlənilirsə, bu iş Allah Qatında qəbul edilməyəcəkdir.

89- Dünya Həyatı Aldadıcı Bəzəkdir Deyərkən Tam Olaraq Nə Nəzərdə Tutulur?

İnsanların içinə düşdükləri və düşünmədikləri ən əhəmiyyətli yanılmalardan biri, dünya həyatını tək və həqiqi həyatları zənn etmələridir. Halbuki, dünya Allahın insanları sınamaq üçün yaratdığı keçici bir məkandır. Həqiqi olan ölümdən sonrakı həyatdır. Bu səbəbdən, tez keçən və çox qısa olan dünya həyatında insanları cəzb edən, onları özünə qapdırıb başlarını qatan hər şey "aldadıcı bir bəzək"dir. Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır (Ali İmran surəsi, 14) ayəsində göründüyü kimi, Allah insanları bu aldadıcı bəzəyə qarşı xəbərdar edir və əsil gözəl yerin Allah Qatında olduğunu xatırladır.

90- İnsanların Sahib Olduqları Acizliklərin Hikmətləri Nələrdir?

İnsanlara verilmiş bir çox fiziki zəiflik vardır. Əvvəlcə insan həm bədənini, həm də ətrafını təmiz saxlamaq, diqqətlə qulluq etmək məcburiyyətindədir. Bu qulluq üçün ayırdığı vaxt həyatının olduqca böyük bir hissəsini əhatə edir. Ancaq insan nə qədər təmizlik və qulluq edirsə etsin bu, müvəqqətidir. Dişini fırçalayan insan bəlkə 1 saat sonra heç fırçalamamış kimi olur. Duş qəbul edən bir insan yayda 1-2 saat sonra heç duş qəbul etməmiş kimi hala gələ bilər.

Burada əhəmiyyətli olan fiziki acizliklərin bir məqsədə istiqamətli olduğunu qavraya bilməkdir. Bunlar zəruri acizliklər deyil, xüsusi olaraq yaradılmışlar. Eyni şəkildə yaşlılıq və onunla birlikdə gələn dəyişikliklər də insana dünya həyatının keçici olduğunu düşünməsi, əksikliklərlə dolu olan dünyaya bağlanmaması və "əsil yurd" olan axirətə yönəlməsi üçün Allahın xüsusi olaraq verdiyi acizliklərdir. Və Allah Quranda insanlar üçün xeyirli olanın axirət olduğunu xəbər vermişdir:

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)

91- Quranda Keçmiş Qövmlərdən Bəhs Edilməsinin Hikməti Nədir?

Allah Quranda, tarix boyunca yaşamış bütün xalqlara doğru yolu göstərdiyini və onlara elçiləri vasitəsiylə dünyanın keçiciliyini, əsil yurdun axirət olduğunu xatırlatdığını bildirmişdir. Ancaq yenə Quranda bildirildiyi kimi, insanların çoxu küfr etməkdə israr etmişlər və elçilərin dəvətini qəbul etməmişlər. Bunun üzərinə Allah onları heç gözləmədikləri şəkildə əzabla yaxalamış və bir qismini də yer üzündən tamamilə silmişdir. (http://www.kavimlerinhelaki.com)

Quranda keçmişdə yaşamış qövmlərdən bəhs edilməsinin ən əhəmiyyətli səbəblərindən biri, bu günkü insanların eyni vəziyyətə düşməkdən çəkinmələrini təmin etməkdir. Keçmiş cəmiyyətlərin başına gələn fəlakətlərə və onlara aid arxeoloji qalıqlara, yalnız hər hansı bir tarixi məlumat gözüylə baxmaq və bunlardan ibrət almamaq isə son dərəcə səhv olar. Allah bu cəmiyyətlərin başlarına gələnlərdən öyüd almağı əmr etmişdir:

Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?” Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır. (Qaf surəsi, 36-37)

92- Cinlərin Yaradılış Məqsədləri Nədir?

Allah Quranda bir çox ayədə cinlərin varlığından bəhs edir. Cinlər də ibadət etmələri üçün yaradılmış canlılardır. İnsanlardan fərqli bir aləmdə yaşayarlar. Ayələrdə bildirildiyi kimi, insanlar onları görməz, ancaq onlar insanları görə bilərlər. Xalq arasında səhv bir qənaət olaraq cinlərin gələcək haqqında məlumat verə bildikləri zənn edilir, halbuki Quranda belə bir qabiliyyətlərinin olmadığı xəbər verilmişdir. Həmçinin, ayələrdə cinlərin də Qurandan məsul tutulduqları xəbər verilmişdir. Allah cinlərin də insanlarla eyni məqsədlə yaradıldıqlarını belə bildirir:

Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat surəsi, 56)

93- Mələklər Necə Varlıqlardır?

Mələklər Allaha qulluqda qətiyyən səhv etməyən və insanlardan ayrı bir aləmdə yaşayan varlıqlardır. Mələklər insanlar kimi imtahan olmaq üçün yaradılmamışlar. Allah onları səhv etməyən varlıqlar olaraq yaratmışdır. Allah hər birini ayrı vəzifələrlə vəzifələndirmişdir və bu vəzifələrini nöqsansız olaraq yerinə yetirirlər. Cəbrayıl, Allahın vəhyini elçilərinə çatdırmaqla vəzifəli olan mələkdir. Hər insanın iki yanında onun hər etdiyini yazan yazıçı mələklər vardır. Ölüm anı gəldiyində insanın canını almaqla vəzifəli mələklər vardır. Zəbanilər isə cəhənnəm əhlinə ən şiddətli əzabı yaşamalarından məsul olan mələklərdir.

Allah mələklərin qulluğunu belə bildirir:

… Allaha yaxın olan mələklər, Allaha qul olmaqdan əsla özlərinə ar bilməzlər... (Nisa surəsi, 172)

Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətlidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 18)

94- Zamanı Necə Təyin Edə Bilərik?

Zaman, bir anı başqa bir anla müqayisə üsulu olaraq təyin oluna bilər. Bu mövzuya belə bir nümunə verə bilərik: Bir cismə vuranda müəyyən bir səs çıxar. Eyni cismə beş dəqiqə sonra vurduğumuzda yenə bir səs çıxar. İnsan, birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünər və bu müddətə "zaman" deyər.

Halbuki, ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehnindəki xəyaldan ibarətdir. İnsan, yaddaşında olanı, yaşadığı anla müqayisə edərək zaman qavrayışını əldə edər. Əgər bu müqayisə olmasa zaman anlayışı da olmaz.

95- Zamanın Nisbi Olması Nə Deməkdir?

Bir az əvvəl də söylədiyimiz kimi, zaman anlayışı, iki hadisəni bir-biriylə müqayisə edərək ortaya çıxar. Halbuki, bu müqayisə, beynimizin içində verilən bir qərardır və buna görə də nisbidir. Bunun ən açıq nümunəsini yuxumuzda yaşayarıq. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir. Bu mövzuyla əlaqədar bir çox nümunə Quran ayələrində də bildirilmişdir. Bəzi ayələrdə insanların zaman hisslərinin fərqli olduğuna, insanın əslində çox qısa bir müddəti çox uzunmuş kimi qəbul edə bildiyini işarə edilmişdir. Bu mövzudakı ayələrdən biri belədir:

Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?” – deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş” – deyəcəklər. Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz! (Muminun surəsi, 112-114)

96- Qədər Nədir?

Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir (Qəmər surəsi, 49-50)

Qədər, Allahın keçmiş və gələcək bütün hadisələri "tək bir an" olaraq bilməsidir. İnsanların əhəmiyyətli bir hissəsi, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini soruşarlar və qədər həqiqətini anlaya bilməzlər. Halbuki, "yaşanmamış hadisələr" bizim üçün yaşanmamış hadisələrdir. Allah isə zamandan və məkandan münəzzəhdir. Onsuz da bunları yaradan Özüdür. Allah Qatında zaman deyə bir anlayış yoxdur. Bu səbəblə, Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir.

97- Allahın Təyin Etdiyi Qədəri Insanların Dəyişdirməsi Mümkün Deyil.

Bu, cəmiyyətdə yayılmış olan yanlış qədər anlayışıdır. Məsələn, ölümdən dönən bir xəstə üçün "Qədərini məğlub etdi" kimi cahil ifadələr istifadə edilər. Halbuki, kimsə qədərini dəyişdirə bilməz. Ölümdən dönən adam, qədərində ölümdən dönməsi yazılı olduğu üçün ölməmişdir. "Qədərimi məğlub etdim" deyərək özlərini aldadanlar bu cümləni söyləmələri və o psixologiyaya girmələri də yenə qədərlərindəndir.

Çünki qədər Allahın elmidir. Bütün zamanı eyni anda bilən və bütün zamana və məkana hakim olan Allah üçün hər şey qədərdə yazılmış və bitmişdir. Allah üçün zamanın tək olduğunu Quranda istifadə edilən üslubdan da başa düşürük. Bizim üçün ölümümüzdən sonra yaşanacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş hadisələr kimi izah edilir. Allah bizim asılı olduğumuz nisbi zaman ölçüsündən münəzzəhdir. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və sona çatmışdır.

98- Yenidən Dirilmə Necə Olacaq?

Allah sonsuz gücə sahibidir və hər varlığın Yaradanıdır. Şübhəsiz, hər şeyi yoxdan var edən, insanı bir damla sudan yaradan Allah, onları bənzər bir şəkildə yenidən yaratmağa da güc yetirir. Allah insanların bu sualını Quranda belə cavablandırmışdır:

Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və ovuntu olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?” – dediklərinə görə onların cəzasıdır. Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər. (İsra surəsi, 98-99)

99- Materialist Fəlsəfə Nə Üçün Etibarlı Deyil?

Materialist fəlsəfə hər şeyin maddədən ibarət olduğunu, kainatın yaradılmış olmadığını, sonsuzdan bəri var olduğunu və sonsuza qədər də varlığını davam etdirəcəyinə iddia edən batil düşüncə sistemidir.

Ancaq əsrimizdə elm sahəsindəki inkişaflar bu fəlsəfənin iddialarının tamamilə əsassız olduğunu ortaya qoymuşdur. Əvvəlcə Quranda 1400 il əvvəl xəbər verildiyi kimi, kainatın bir başlanğıcı olduğu, yəni yoxdan var edildiyi və bir sonunun olduğu elm adamları tərəfindən aydın olmuşdur. Ardından "maddə" dediyimiz şeyin əslinə heç bir zaman çata bilmədiyimiz, bir "hisslər toplusu" olduğu yenə elm tərəfindən ortaya qoyulmuşdur. Bu iki təməl iddianın yıxılması, materialist fəlsəfəni tamamilə etibarsız etmişdir.

100- Kainat Necə Var Oldu?

Göyləri və yeri yoxdan var edəndir ... (Ənam surəsi, 101)

Bu gün elm çevrələri, kainatın Big Bang adı verilən böyük bir partlayışın ardından yoxluqdan bir anda meydana gəldiyini qəbul etmişlər. Big Bang nəzəriyyəsinin qəti şəkildə qəbul edilməsini təmin edən dəlillər bunlardır:

Kainatın genişlənməsi: 1929-ci ildə Edvin Habl (Edwin Hubble) tərəfindən bütün göy cisimlərinin bir-birlərindən uzaqlaşdığı, digər bir sözlə kainatın gedərək genişlənməsi ortaya qoyuldu. Bu, kainatın tək bir nöqtənin partlamasıyla (Böyük Partlama ilə) var olduğunun qəti dəlilidir.

Kosmik Fon Radiasiyası: Kainat kosmik bir partlayış nəticəsində ortaya çıxdığına görə bu partlayışdan geriyə qalan bir radiasiya olmalı idi və bu radiasiyanın da kainatın hər yerinə bərabər bir şəkildə dağılmış olması lazım idi. Necə ki, 1965-ci ildə lazım olan bu radiasiya tapıldı və sonrakı illərdə peyklər vasitəsilə bəhsi keçən radiasiyanın varlığı qəti olaraq təsdiqləndi.

Kainatdakı hidrogen-helium nisbəti: Big Bang-ın digər bir əhəmiyyətli dəlili isə, kosmosdakı hidrogen və helium qazlarının miqdarı oldu. Dövrümüzdə edilən ölçülərlə aydın oldu ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti Big Bangdan artan hidrogen-helium nisbətinin nəzəri hesablamalarına uyğundur. Əgər kainatın bir başlanğıcı olmasaydı və kainat sonsuzdan bəri var olsaydı, içindəki hidrogen tamamilə yanaraq heliuma çevrilmiş olardı. (http://www.evrenmucizesi.imanisitelercom)

Kainatın yoxdan var olduğu, digər bir sözlə yaradıldığı mənasını verən Big Bang nəzəriyyəsi, materialist fəlsəfənin kainatın sonsuzdan bəri var olduğu iddiasını qəti olaraq yıxmışdır.

101- Materialistlər Insan Ruhunu Necə Açıqlayır?

Hər şeyin maddədən ibarət olduğunu zənn edən materialistlər, insan ruhunu və şüurunu heç bir şəkildə açıqlaya bilməzlər. Bilindiyi kimi, yer üzündə insan bədəni də daxil olmaqla hər şeyin kökü atomlardır. Yəni canlı-cansız bütün varlıqlar atomların fərqli şəkillərdə bir yerə gəlməsiylə meydana gələrlər. Materialistlərin ən sıxışdıqları nöqtələrdən biri budur.

İnsan şüurlu, iradə sahibi, düşünə bilən, danışa bilən, ağıllı, qərar verə bilən, mühakimə edə bilən bir varlıqdır. Belə bir varlığın, materialistlərin iddia etdiyi kimi özbaşına təsadüflərlə, şüursuz atomların nəzarətsiz bir yerə gələrək ortaya çıxmış olması qeyri-mümkündür. Düşünə bilməyən, ağlını istifadə etməyən, qərar ala bilməyən atomların ani bir qərarla bir yerə gəlib insan ruhunu meydana gətirmələri mümkün deyil. Bu səbəbdən, materialistlərin insanın sahib olduğu ruh ilə əlaqədar hər hansı bir izahları da yoxdur. (www.darwinistpanik.com)

102- Təkamül Nəzəriyyəsi Nəyi Iddia Edər?

Təkamül nəzəriyyəsi canlılığın təsadüfən meydana gəldiyini iddia edər. Bu səbəbdən, bu elmdən kənar iddiaya görə cansız və şüursuz atomlar bir yerə gələrək əvvəl hüceyrəni meydana gətirmişlər və sonra bu atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. Təkamülçülərin bu iddiası ilə əlaqədar bir təcrübə hazırlayaq və təkamülçülərin yüksək səslə dilə gətirə bilmədikləri bir iddianı onlar adına "Darvin düsturu" adıyla araşdıraq:

Təkamülçülər, böyük vedrənin içinə canlılığın quruluşunda olan elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə tapılmayan, ancaq bu qarışığın içində olmasını lazım bildikləri vəsaiti də bu vedrələrə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər (birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10950-də bir olan) zülal doldursunlar. Bu qarışığa istədikləri nisbətdə istilik və rütubət versinlər, inkişaf etmiş cihazlarla qarışdırsınlar. Vedrələrin başında da növbəylə milyardlarla, hətta trilyonlarla il gözləsinlər. Ancaq hər nə edirlərsə etsinlər o vedrələrdən qətiyyən bir insan çıxara bilməzlər. Aslanları, pələngləri, qarışqaları, gülləri, zanbaqları, maqnoliyaları, qırqovulları, ağacdələnləri, balinaları, kenquruları, atları, tutuquşuları, bananları, portağalları, zeytunu, narları, üzümləri və bunlar kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Nəinki burada bir neçəsini saydığımız bu canlı varlıqları, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

103- Təkamül Nəzəriyyəsinin Canlıların Meydana Gəlməsi Ilə Əlaqədar Iddiasının Etibarlılığı Vardırmı?

Xeyr, təkamülçülərin canlıların təsadüfən meydana gəldiyini irəli sürən iddiaları etibarlı deyil. Təkamül deyə bir proses yaşanmamışdır. Amma yenə də bu mövzuda israrlı olanlar üçün nəzəriyyənin keçərsizliyi ilə əlaqədar dəlilləri açıqlayaq. Təkamülçülərin müəyyən klassik iddiaları vardır. bunlar;

Təbii seleksiya və mutasiya ilə yeni canlı növlərinin meydana gəldiyini iddia edərlər.

Quruluşları təbii şərtlərə uymayan canlıların yox olacağını, uyğun olanlarınsa nəsillərini davam etdirəcəyini iddia edən təbii seleksiya mexanizminin yeni bir növ ortaya çıxarması mümkün deyil. Bu yalnız mövcud növlər arasında azalmaya səbəb olar, yeni bir növ əsla meydana gətirə bilməz. Mutasiyalar isə yalnız DNT-də təxribat edərlər. Mutasiyaların təsiri zərərlidir, yeni bir növ meydana gətirmələri da qətiyyən mümkün deyil.

Canlıların sudan quruya keçdiyini iddia edərlər.

Suda yaşayan bir canlının quruya keçməsi mümkün deyil. Çünki bir canlı bədən ağırlığını, bədən istiliyini, bədənindəki suyun istifadə etmə sistemini, böyrək quruluşunu, tənəffüs sistemini və həyat şəklini dəyişdirərək özünü tam fərqli bir canlıya çevirə bilməz.

Quşların sürünənlərdən təkamül keçirdiyini iddia edərlər.

Belə bir şey də mümkün deyil. Çünki;

Quşların qanadlarının sürünənlərin pullarının dəyişməsiylə meydana gəlməsi qeyri-mümkündür.

Quşların ciyərləri, quru canlıların ağciyərlərindən tamamilə fərqli bir şəkildə işləyər.

Quşların uçmalarında əhəmiyyətli amil olan sümükləri quru canlılarına görə yüngüldür.

Quşların və sürünənlərin əzələ-skelet sistemləri bir-birindən tamamilə fərqlidir.

Məməlilərin də sürünənlərdən təkamül keçirdiyini iddia edərlər.

Bu da tamamilə əsassız bir iddiadır. Çünki, sürünənlərin bədənləri pullarla örtülüdür, soyuqqanlıdırlar və yumurtlayaraq çoxalarlar. Məməlilər isə istiqanlıdırlar, bədənləri tüklərlə örtülüdür və doğaraq çoxalarlar.

104- Təkamülü Çürüdən Digər Dəlillər Nələrdir?

Bu dəlilləri çox təfərrüatlı sıralamaq mümkündür. Amma müəyyən olan bir neçəsi bunlardır:

Əvvəlcə bu gün elm, qəti olaraq isbat edib ki, cansız maddələrdən canlı maddələr əmələ gələ bilməz.

İndiyə qədər təkamülçülərin canlıların bir-birindən təkamül yolu ilə inkişaf etdiyi iddiasını dəstəkləyən tək bir ara keçid fosili (daşlaşmış qalıntı) belə tapılmamışdır. Normal növlərə aid fosillərin milyonlarla olmasına baxmayaraq, bu günə qədər heç bir yarı sürünən-yarı quş, yarı balıq-yarı sürünən, yarı meymun-yarı insan canlıya aid bir izə rast gəlinməmişdir. Bu günə qədər əldə edilən 250 milyon fosil, təkamülün heç bir zaman yaşanmadığını, canlıların ortaq bir atadan gəlmədiklərini, növlərin bir-birlərinə çevrilmədiklərini isbat etmişdir. Fosil qeydlərinin ortaya qoyduğu həqiqət, hər bir canlı növünün, sahib olduğu bütün xüsusiyyətlərlə bir anda yaradıldığı və nəsli davam etdiyi müddətcə heç dəyişmədiyidir.

Canlılığın təməl daşı olan zülallar təsadüfən yaranmazlar. 500 amin turşulu bir zülalın təsadüfən meydana gəlmə ehtimalı 10 üstü 950-də birdir. Qısacası, ağılın qavrama sərhədlərinin çox üstündə olan bu ehtimalın reallaşma ehtimalı "0" dır.

105- Təkamül Nəzəriyyəsi Canlılığın Dünya Üzərində Birdən Ortaya Çıxışını Necə Açıqlayır?

Təkamül nəzəriyyəsi yer üzündə canlıların ortaya çıxışı ilə əlaqədar heç bir açıqlama vermir.

Yer üzü təbəqələri və fosil (daşlaşmış qalıntı) qeydləri araşdırıldığında, yer üzündəki canlı həyatının birdən-birə ortaya çıxdığı görülür. Kompleks canlıların fosillərinə rast gəlinən ən dərin yer təbəqəsi, 520-530 milyon il yaşında olduğu hesablanan "Kembri" təbəqəsidir. Kembri qayalıqlarında olan fosillər müxtəlif kompleks onurğasız növlərinə aiddir. Maraqlı olan, bir-birindən çox fərqli olan bu növlərin hamısının bir anda və heç bir ataları olmadan ortaya çıxmalarıdır. Buna görə geoloji ədəbiyyatda bu möcüzəvi hadisə, "Kembri partlayışı" olaraq adlanır.

Dünyanın necə olub da belə birdən-birə bir-birlərindən çox fərqli onurğasız növləriylə dolub daşdığı, heç bir ortaq ataya sahib olmayan ayrı növlərdəki canlıların heç bir təkamül mərhələsi keçirmədən necə ortaya çıxdıqları təkamülçülərin əsla cavab verə bilmədikləri suallardır. (http://www.hayvanlaralemi.net)

106-Təkamülçülərin Xalqı Aldatmaq Məqsədiylə Etdikləri Saxtakarlıqlar Nələrdir?

Qəzetlərdə, jurnallarda, filmlərdə görülən "meymun adam" ların hamısı əslində təkamülçülərin xəyal məhsulu olan şəkillərdir. Təkamülçülər bəzən tək bir dişə əsaslanaraq, burun, dodaqların quruluşu, saçların şəkli, qaş forması kimi fosil (daşlaşmış qalıntı) izi buraxmayan xüsusiyyətləri öz ağıllarına görə formalaşdırır və yarı meymun-yarı insan görünüşündə təsvirlər hazırlayır, hətta bunların ailələrini və ictimai həyatlarını mövzu edən saxta şəkillər çəkərlər. Bu metoddan istifadə edərək xalqı səhv istiqamətləndirməyə çalışırlar.

Bununla yanaşı, təkamülçülər tapa bilmədikləri qalıqları "hazırlayarlar", yəni saxtakarlıqlar edərlər. Zaman ərzində ortaya çıxan bu saxtakarlıqlardan ən məşhur olan bir neçəsi bunlardır:

Piltdaun adamı: Təkamülçülər insan kəlləsinə oranqutan çənəsi əlavə etdikləri bu saxtakarlıqla elm dünyasını 40 il aldatmışlar. 500 il yaşında insan kəlləsinə, yeni ölmüş bir oranqutanın çənə sümüyünü əlavə etmişlər. Dişləri, insana aid olduğu təəssüratını vermək üçün sonradan əlavə etmişlər, oynaq yerlərini də incəltmişlər. Həmçinin, bütün hissələr köhnə görünməsi üçün kalium-dikromat ilə ləkələndirilmişdir.

Nebraska adamı: 1922-ci ildə təkamülçülər tapdıqları bir azı dişi qalığının insan və meymunların ortaq xüsusiyyətlərini daşıdığını iddia etmişlər. Bu mövzuyla əlaqədar çox dərin elmi tədqiqatlar aparılmış və dişə Nebraska adamı adı verilmişdir. Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsinin və bədəninin rekonstruksiya şəkilləri çəkilmişdir. Hətta daha da irəli gedilərək Nebraska adamının, həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri də dərc edilib. Ancaq 1927-ci ildə skeletin o biri hissələri də tapılmış və bu dişin bir qabana aid olduğu aydın olmuşdur.

107- "İbtidai Insan" Anlayışı Təkamülçü Bir Fərziyyədir.

İbtidai insan deyə bir şey yoxdur. Bu mövzudakı bir çox dəlildən bir neçəsi bu cürdür:

1995-ci ildə İspaniyada tapılan insan qalığı "insanın təkamülü" nağılını qəti olaraq yıxmışdır. Atapuerca bölgəsində olan 800 min illik insanın kəllə qutusu fosili, təkamülçülərin yarı meymun canlıların yaşadığını iddia etdikləri dövrə aiddir və dövrümüzdəki insandan fərqi yoxdur. Yəni 800 min il əvvəlki insanla bugünkü insan arasında heç bir fərq yoxdur.

14 Mart 1998-ci ildə New Scientist jurnalında nəşr olunan, "İlk insanlar sandığımızdan çox daha ağıllıydı ..." başlıqlı bir xəbərə görə; təkamülçülərin Homo Erectus olaraq adlandırdıqları insanlar bundan 700 min il əvvəl gəmiçilik edirdilər. Gəmi düzəltmək üçün məlumat və texnologiyaya və dəniz nəqliyyatını tələb edən bir mədəniyyətə sahib olan bu insanların "ibtidai" sayılması əlbəttə qeyri-mümkündür. (http://www.yasayanfosiller.com)

Təkamülçülərin Neandertal insan olaraq təyin etdiyi insan irqinin, dövrümüzdən on minlərlə il əvvəl geyim-keçim məlumatına sahib olduğunu göstərən 26 min illik iynə qalıqları da tapılmışdır. Bundan aydın olur ki, saxtakarlıqlarla qəsdən meymunabənzər bir görünüş verilən Neandertalların da dövrümüzdəki insanlarından heç bir fərqləri yoxdur.

108- Canlılardakı Mürəkkəb Sistemlərin Meydana Gəlməsi Təkamüllə Açıqlana Bilərmi?

Xeyr, açıqlana bilməz. Canlılardakı göz, qulaq kimi çox hissədən ibarət olan kompleks sistemlər, ancaq bütün hissələri əskiksiz olaraq bir yerdə olduğunda fəaliyyət göstərə bilirlər. Məsələn, gözün görə bilməsi üçün onu meydana gətirən 40-a yaxın orqanoidin bir yerdə olması zəruridir. Bunlardan tək biri məsələn, gözün tor qişası və ya göz yaşı vəziləri olmazsa, göz görə bilməz. Bu səbəbdən, buradan çıxan nəticə bu cür sistemlərin bütün parçalarının tək bir anda var olmalı olduğudur. Bu da təkamülün etibarsızlığını bir daha ortaya qoyur.

Yaxşı, kompleks bir quruluş, bir anda var olmuşsa bunun mənası nədir? Şübhəsiz, bir çox hissənin eyni anda, eyni yerdə meydana gəlməsi ancaq xüsusi bir yaradılışın nəticəsində ola bilər.

109- Təkamül Nəzəriyyəsi, Elmi Baxımdan Heç Bir Etibarlılığı Olmadığı Halda, Niyə Bəzi Çevrələr Tərəfindən Bu Qədər Israrla Müdafiə Olunur

Allahın varlığını göz ardı edən, Ona qarşı məsul olduğunu qəbul etmək istəməyən insanlar, bu istəklərini reallaşdıra bilmək və digər insanlara da bu düşüncələrini qəbul etdirə bilmək üçün məqbul bir səbəb axtararlar. Hər şeyin təsadüfən meydana gəldiyini iddia edərək, Allahın açıq-aşkar varlığını inkar etdirməyə və bununla da kimsəyə qarşı məsul olmadıqlarını qəbul etdirməyə çalışırlar. (Allahı tənzih edirik).

Məhz bu nöqtədə, təkamül nəzəriyyəsi, inkarçı fəlsəfələr üçün guya elmi dayaq meydana gətirər. Bundan ötrü Allahı inkar etməkdə israrlı insanlar, elmi bir etibarlılığı olmasa da, doğruluğuna inansalar da, inanmasalar da bu nəzəriyyəni ideoloji və fəlsəfi bir zərurət olaraq müdafiə edirlər. (http://www.evrimbilimdegildir.com)

Sən pak və müqəddəssən, bizə öyrətdiklərindən
başqa bizim heç bir məlumatımız yoxdur.
Həqiqətən, Sən hər şeyi bilən,
hökm və hikmət sahibi Sənsən.
(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 01-20: Sorular ve Cevaplar
  • 21-40: Sorular ve Cevaplar
  • 41-60: Sorular ve Cevaplar
  • 61-80: Sorular ve Cevaplar
  • 81-109: Sorular ve Cevaplar