61-80: Sorular ve Cevaplar

61- "Necə Olsa Tövbə Etdiyimdə Allah Məni Bağışlayacağına Görə, Hər Şeyi Edim Sonra Da Tövbə Edərəm" Demək Doğru Bir Düşüncə Ola Bilərmi?

Bu, bir çox insanın yalnışa düşdüyü son dərəcə səmimiyyətsiz bir düşüncədir. Allah bütün qəlbləri, qəlblərdəki gizlinin gizlisini bilir. Allah ancaq etdiyindən səmimi olaraq peşmanlıq duyan və rəftarını qəti olaraq düzəldən insanın tövbəsini qəbul edəcəyini bildirmişdir. "Necə olsa Allah məni bağışlayar" deyərək günaha girənlər axirətdə hər etdiklərindən ötrü sorğulanacaqlar və bir qarşılıq görəcəklər.

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)

62- Namaz Niyə Vacibdir?

İmandan sonra gələn ən əhəmiyyətli ibadətlərdən olan beş vaxt namaz, möminlərə həyatları boyunca davam etdirmələri əmr edilmiş, vaxtları təyin olunmuş bir ibadətdir.

İnsan hər unutmağa və qəflətə düşməyə uyğun bir varlıqdır. İradəsini istifadə etməyib özünü gündəlik hadisələrin axışına qapdırsa əsil diqqətini verməli və ağlında tutmalı olan mövzulardan uzaqlaşar. Allahın hər istiqamətdən özünü əhatə etdiyini, hər an özünü izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allaha verəcəyini, ölümü, cənnətin və cəhənnəmin varlığını, qədərdən kənarda heç bir hadisənin meydana gəlməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək, həyatının əsil məqsədini xatirindən çıxara bilər.

Gündə beş vaxt qılınan namaz isə, bu unutqanlıq və qəfləti yox edər, möminin şüurunu və iradəsini canlı tutar. Möminin daima Allaha yönəlib dönməsini təmin edər və Yaradıcımız olan Allahın əmrləri istiqamətində həyat yaşamasına köməkçi olar. Namaz qılmaq üçün Allahın hüzurunda dayanan mömin, Rəbbimiz ilə güclü bir mənəvi əlaqə qurar. Namazın insana Allahı xatırlatdığı və insanı hər cür pislikdən çəkindidiyi bir ayədə belə bildirilir:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

63- Digər Peyğəmbərlərə Də Namaz Əmr Edilmişdirmi?

Namaz ibadəti, başda peyğəmbərlər olmaq üzrə bütün iman edənlərə fərz qılınmış bir ibadətdir. Tarix boyunca insanlara göndərilmiş olan peyğəmbərlər qövmlərinə Allahın fərz buyurduğu bu ibadəti təbliğ etmişlər, özləri də həyatları boyunca bu ibadəti ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olmuşlar. Quranda, peyğəmbərlərə namaz qılmalarının əmr edilməsi, onların bu ibadətə verdikləri əhəmiyyət, bu ibadəti yerinə yetirməkdə və qorumaqda göstərdikləri qətiyyət, qövmlərinə namaz qılmağı əmr etmələri ilə əlaqədar bir çox ayə yer alır. Bu ayələrdən bəzi nümunələr belədir:

- Hz. İbrahim üçün:

Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)

- Hz. İsmayıl üçün:

Kitabda İsmayılı da xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm surəsi, 54-55)

- Hz. Musa üçün:

Həqiqətən, Mən Allaham, Məndən başqa heç bir tanrı yoxdur; Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl. (Taha surəsi, 14)

Mömin qadınlara nümunə olaraq göstərilən hz. Məryəmə də namaz qılması əmr edilmişdir:

Məryəm, öz Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get.(Ali İmran surəsi, 43)

Allahın sözü olan hz. İsa da eyni əmri almışdır:

Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

64- Namaz Hansı Vaxtlarda Fərz Qılınmışdır?

Quranda, namazın möminlərə vaxtları müəyyən bir ibadət olaraq fərz qılındığı bildirilir. Ayədə belə buyrulur:

Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı lazımi qaydada qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa surəsi, 103)

Namaz vaxtları, "səhər", "günorta", "əsr", "axşam" və "şam" olmaq üzrə beş vaxtdan ibarətdir. Namaz vaxtları bir çox Quran ayəsində açıq şəkildə bildirilmişdir. Bunlardan biri belədir:

Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. (Taha surəsi,130)

Allahın vəhy və ilhamı Quranı ən yaxşı anlayan və təfsir edən Peyğəmbərimiz (s.ə. v) də beş vaxt namazın gün ərzindəki başlanğıc və bitmə zamanlarını möminlərə təsvir etmişdir. Namaz vaxtlarının bildirildiyi hədis-i şəriflərdən biri İbn-i Abbasın bildirdiyi hədisi-şərifdir:

Rəsulullah buyurdu ki: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki:"Cəbrayıl (əleyhissalam) mənə, Beytullahın yanında, iki dəfə imamlıq etdi. Bunlardan birincidə zöhrü, kölgə ayaqqabı bağı qədərkən qıldı. Sonra, əsri hər şey kölgəsi qədər ikən etdi. Sonra axşamı günəş batdığı və oruclunun orucunu açdığı zaman qıldı. Sonra işanı, üfüqdəki işıqlıq (şəfəq) itdikdə etdi. Sonra səhəri şəfəq söküldükdə və orucluya yemək haram olduğu vaxtda qıldı. İkinci səfər zöhrü, dünənki əsrin vaxtında hər şeyin kölgəsi özü qədər olduqda qıldı. Sonra əsri, hər şeyin kölgəsi özünün iki misli olduqda qıldı. Sonra axşamı, əvvəlki vaxtında qıldı. Sonra işanı gecənin üçdə biri bitdikdə qıldı. Sonra səhəri, yer üzü ağardıqda etdi. Sonra Cəbrayıl (əleyhissalam) mənə yönəlib: "Ey Məhəmməd Bunlar səndən əvvəlki peyğəmbərlərin (əleyhimussalatu vəssalam) vaxtıdır. Namaz vaxtı da bu iki vaxt arasında qalan zamandır!” dedi. "

İstər Quran ayələri, istər Peyğəmbərimiz (s.ə.v)-in səhih hədisləri, istərsə də İslam alimlərinin şərhləri ilə, namazın beş vaxt olduğu sabit və müzakirə edilməz bir həqiqətdir.

Beş vaxt namaz fərz, vacib və sünnətləriylə 40 rükətdən ibarətdir. Bu rükətləri namaz vaxtlarına görə paylaşımı isə aşağıdakı kimidir:

- Səhər namazı: 2 rükət sünnət, 2 rükət fərz

- Zöhr namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnət

- İkindi namazı: 4 rükət sünnət, 4 rükət fərz

- Axşam namazı: 3 rükət fərz, 2 rükət sünnət

- İşa namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnət, 3 rükət vitr namazı

65- Huşu Içində Namaz Necə Qılınır?

Huşu, “hörmət dolu qorxu" mənasını verər. Namazı huşu içində qılmaq isə Uca Rəbbimizin hüzurunda Onun heybət və əzəmətini qəlbimizdə hiss edərək, Ona hörmət dolu bir qorxu bəsləyərək bu ibadəti yerinə yetirməkdir. Namazda Aləmlərin Rəbbi olan Allahın hüzurunda dayandığının şüurunda olan bir mömin, əlbəttə ki, bu güclü heybət və qorxunu içində yaşayacaq və Allaha bu qorxusu və hörməti ölçüsündə yaxınlaşacaqdır.

Namaz ibadətini layiqincə yerinə yetirmək istəyən bir mömin huşuya maneə törədən şeylərə qarşı tədbir almalı, namazda lazım olan diqqət və konsentrasiyanı təmin etmək üçün maksimum səy göstərməlidir.

Rəbbimiz, Öz hüzurunda dayandığımızda, yalnız Onu anmağımızı, Onu ucaltmağımızı və bütün nöqsanlardan münəzzəh tutaraq Onu tək olduğuna inanmağımızı buyurur. Bunun üçün Əhli Sünnənin ittifaqla qəbul etdiyi namaz dualarının namazda oxunması lazımdır. Namaz qılmaq Rəbbimizi könüldən ucaltmaq üçün böyük bir fürsətdir. Necə ki, ayədə Allah Özünü zikr üçün namaz qılınmasını buyurur:

Həqiqətən, Mən Allaham, Məndən başqa heç bir tanrı yoxdur; Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl. (Taha surəsi, 14)

66- Din Əxlaqını Yaşamağa Başlayan Insan Özündə Nələri Dəyişdirməlidir?

Din əxlaqını yaşamağa başlayan insanın Allahın əmrlərini tətbiq etmək, ibadətlərini yerinə yetirmək xaricində özündə edəcəyi ən əhəmiyyətli dəyişiklik daima vicdanına uyaraq gözəl əxlaqlı yaşaması olacaq. Hər insanın dini tanımadan əvvəl alışdığı bir xarakteri və bir həyat şəkli ola bilər. Ancaq din əxlaqını yaşamağa başladığında yaxşı olan xasiyyətlərini Allahın razılığı üçün davam etdirməli, Qurana uyğun gəlməyən tərəflərini isə dərhal tərk edərək Quran əxlaqını qəbul etməlidir. (www.Kuranahlaki.com)

Möminlərin arasında ayrı dünya görüşləri və ya həyat şəkilləri, fərqli baxış bucaqları olmaz. Tək meyar Quran və sünnədir və nümunə alınacaq kəslər də, başda Peyğəmbərimiz (s.ə.v) olmaq üzrə Allahın Quranda nümunə olaraq göstərdiyi elçilər və saleh möminlərdir.

67- İslamı Yaşamağa Başladıqdan Sonra Keçmiş Həyatımda Etdiyim Günahlardan Ötrü Allah Qatında Məsul Olarammı?

Bir insan xəbərdarlıq edilmədən əvvəl din mövzusunda məlumatsız sayılır, nəyin doğru, nəyin səhv olduğunu həqiqi mənada bilə bilməz. Bu səbəblə, bir daha eyni günahlara və xətalara dönməmək üzrə tövbə edib, Allahdan bağışlanma diləsə, hər hansı bir məsuliyyəti qalmayacaq. Allah Qatında əhəmiyyətli olan, səhv etməkdə və günah işləməkdə təkid etməməkdir. Allah, inananlara bunu Quranda belə müjdələmişdir:

İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq. (Ənkəbut surəsi, 7)

68- İslam Əxlaqını Başqalarına Da Izah Etmək Lazımdırmı?

Allah bütün insanları İslam dinini yaşamaqla məsul etmişdir. Dinin varlığından xəbərdar olan hər insan, axirətdə Qurana uyub əməl etmədiyinə görə hesab verəcək. Buna görə Allahın əmr etdiyi din əxlaqını yaşayan insanların, Quranın gərəyi olan gözəl əxlaqı digər insanlara da izah etməsi, onları doğru olana çağırması, insanlara yaxşılığı tövsiyə etməsi və onları pisliklərdən uzaqlaşdırması lazımdır. Allah Quranda insanlara belə əmr etmişdir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)

69- Allahın Bəyəndiyi Səbir Necə Olar?

Quranda insanın Allah üçün səbir etməsi bildirilmişdir. Bir ayədə Rəbbimiz, "Rəbbin üçün səbir et" (Müddessir Suresi, 7) şəklində əmr etmişdir. İnsanın Allahın razılığını qazanmaq üçün göstərdiyi gözəl əxlaqda, etdiyi xeyirli işlərdə ən əhəmiyyətli xüsusiyyətlərindən biri səbirdir.

Ancaq, səbir ilə "dözüm" anlayışlarını bir-birindən ayırmaq lazımdır. Dözüm, xoşa gəlməyən, acı verən çətinliyə dözməkdir. Halbuki, Quranda nəzərdə tutulan səbir, mömin üçün çətinlik qaynağı deyil. Mömin, Allahın razılığını qazanmaq üçün səbir edər, bu səbəbdən səbrindən ötrü bir çətinliyə qapılmaz, əksinə mənəvi bir həzz duyar.

Həmçinin səbir, Quranda izah edilən bütün mömin xüsusiyyətlərini də əhatə edən bir xüsusiyyətdir. Çünki bir insan; təvazökar, comərd, fədakar, itaətkar ola bilər, lakin bu xüsusiyyətləri davam etdirmə mövzusunda səbir göstərsə, bunların həqiqi bir dəyəri olar. Yəni səbir, digər bütün mömin xüsusiyyətlərini qiymətli və etibarlı edən bir xüsusiyyətdir.

70- Təvəkkül Nə Deməkdir?

Təvəkkül, yer üzündəki bütün hadisələrin Allahın idarəsində reallaşdığını, O diləmədən heç kəsin ona fayda və ya zərəri olmayacağını bilən insanın, Allaha güvənməsidir. Möminlər Allahın hər şeyə qadir olduğunu, Onun tək bir "Ol" deməsiylə hər şeyin reallaşmasının mümkün olduğunu bilirlər və qarşılaşdıqları çətinliklərdə əsla ümidsizliyə düşməzlər. Nə şərtlər altında olursa olsun, Allahın özlərinə mütləq kömək edəcəyini, dünyada və axirətdə asanlıq diləyəcəyini bilirlər. Bundan qaynaqlanan daxili hüzur və sevinc içərisində həyatlarını davam etdirərlər.

Möminin üzərinə düşən, hadisələr qarşısında yalnız Allahın istədiyi reaksiyaları vermək, nəticəsini isə Allahdan gözləməkdir. Ayələrdə, yalnız inananların qavraya bildiyi bu böyük sirr belə ifadə edilir:

... Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

71- Təqva Nədir? Təqva Sahibləri Kimlərdir?

Təqva; Allahın əmrlərinə və tövsiyələrinə əməl etməkdir; düşüncə və davranışlardan çəkinmək və qorunmaqdır. Quranda Allahın hökmlərinə qəti olaraq iman edən və bu mövzuda güzəştə getmədən qərarlı olan möminlər "təqva sahibləri" olaraq xarakterizə edilər. Allah bir ayəsində; "… Azuqə, şübhəsiz azuqənin ən xeyirlisi təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun." (Bəqərə surəsi, 197) deyərək təqvanın əhəmiyyətini bildirir.

72- Allah Qatında Üstünlük Nəyə Görədir?

Allah qatındakı üstünlük, bir insanın irqinə, malına, mövqeyinə, gözəlliyinə və ya sahib olduğu hər hansı bir şeyə görə deyil, yalnız Allaha olan yaxınlığına, yəni təqvasına görədir. Bir ayədə belə xəbər verilir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

73- Dərin Düşünmək Necə Olur?

Allaha iman edənlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, Allahın yaratdığı dəlilləri görə bilməməkdir. Mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görər, Onu zikr edər və Ona yaxınlaşmağa yol tapar. Möminlərin bu xüsusiyyəti Quranda belə izah edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

Allah, Quranın bir çox yerində "düşünmürsünüzmü", "düşünənlər üçün dəlillər vardır" ifadələriylə möminlərə dərin düşünməyin əhəmiyyətini vurğulayır. Düşünüləcək mövzular isə sonsuzdur. Mömin, kainatdakı fövqəladə nizam, yer üzündəki canlılar, bunların sahib olduğu qüsursuz sistemlər, insanın başına gələn hər hansı bir hadisə, Allahın dayanmadan yaratdığı nemətlər, inkarçılara verilən bəlalar, cənnət, cəhənnəm, sonsuzluq kimi bir çox mövzu üzərində düşünər və Allahın varlığını, ucalığını, sonsuz ağlını daha yaxşı təqdir edər.

74- Din Ilə Elm Bir-Biriylə Uyğundur.

Din qətiyyən elmlə ziddiyyət təşkil etməz. Elm, Allahın sənətini görmə elmidir. Dini və elmi yaradan Allahdır, bu səbəbdən, ikisinin arasında bir uyğunsuzluq və ya ziddiyyət olması mümkün deyil. Allahın 1400 il əvvəl yer üzünə nazil etdiyi Quranda bəzi elmi şərhlər mövcuddur və bunlar ancaq XX əsrin texnologiyası ilə kəşf edilən bəzi elmi həqiqətlərdir. Dinin elmlə ziddiyyət təşkil etdiyi iddiası, Allahı inkar edənlərin insanlara öz ağıllarına görə din mövzusunda şübhə vermək üçün ortaya atdıqları bir yalandır.

75 - Allaha Və Dinə Inanan Elm Adamları Kimlərdir?

Elmi tədqiqatlar aparan insanların çoxu kainatdakı bütün varlıqlarda olan son dərəcə kompleks quruluşları, qüsursuz nizamı, hər varlıq arasındakı uyğunlaşmanı şəxsən öz gözləriylə və bütün təfərrüatlarıyla görürlər. Bu insanların Allahın varlığını və böyüklüyünü anlamaları mütləqdir. Quranda "… Allahdan Öz bəndələri içərisində ancaq alimlər “içləri titrəyərək-qorxar...' " (Fatir surəsi, 28) ayəsiylə də bu həqiqətə diqqət çəkilir.

Allahın ehtişamlı yaratmasının açıq-aşkar dəlillərini gördüklərinə baxmayaraq vicdanlarının səsini dinləməyən və inkarda israrlı olan bəzi elm adamları isə böyük bir yanılma içindədirlər. Bu kəslərin bəhs edilən bu mövqelərinin qaynağı idealogiyalarıdır.

Keçmişdə və indiki vaxtda bir çox məşhur elm adamı Allaha və dinə olan inancları və bağlılıqları ilə tanınır. Bu elm adamlarından bəziləri bunlardır: Eynşteyn (Einstein), Nyuton (Newton), Paskal (Pascal), Qaliley, Maks Plank (Max Planck), Faradey (Faraday), Kelvin, Maksvel (Maxwell), Kepler, Uilyam Tomson (William Thompson), Robert Boyl (Robert Boyle), Lona Uilyam Petti (Iona William Petty), Maykl Faradey (Michael Faraday), Qreqori Mendel (Gregory Mendel), Luis Paster (Louis Pasteur), Con Dalton (John Dalton), Bleyz Paskal (Blaise Paskal), Con Rey (John Ray) ...

Yenə dövrümüzdə də bir çox elm adamı Allahın varlığını təsdiq edir, hətta elmi Allahı tanımağın bir yolu olaraq görürlər. İnsan Genomu Layihəsinin rəhbərlərindən Frensis Kolins (Francis Collins) və uzun illər ateist olmasına baxmayaraq sonradan iman etdiyini açıqlayan filosof Antoni Flu (Anthony Flew) bunlardan bəziləridir. (http://www.imanedenbilimadamlari.com/)

76- Allaha Necə Şükür Edilməlidir?

Allahın verdiyi bütün nemətlərə şükür etmək əhəmiyyətli bir ibadətdir. Ancaq şifahi olaraq şükür etməklə, Allahın verdiyi nemətləri Allahın məmnun olacağı şəkildə, israf etmədən, xeyir və gözəllik üçün istifadə etmək də feli bir şükür olacaq. Həmçinin, insanın Allahdan gələcək hər şeyə möhtac olduğunu bilməsi, sahib olduğu heç bir şeyin özünə aid olmadığını, Allahın özünə verdiyini unutmaması və bunlar üçün həmişə şükür etməsi lazımdır. Quranda belə bildirilir:

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)

77- Şeytan Necə Varlıqdır?

Şeytan Allahın yaratdığı cinlərdən biridir. Allah ilk insan olan hz. Adəmi yaratdıqdan sonra bütün mələklərə Adəmə səcdə etmələrini əmr etmişdir. İçlərindən yalnız şeytan Allahın əmrinə, təkəbbür göstərdiyi üçün, itaət etməmiş və belə demişdir:

… İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.(Hicr surəsi, 39)

Allahın hüzurundan qovulan şeytan, bütün insanları Allahın yolundan azdırmaq və onların hamısını yoldan çıxartmaq üçün Allahdan qiyamətə qədər müddət istəmişdir. Şeytan özünə verilən bu müddət içərisində insanları Allah yolundan azdırmağa çalışacaq və bunun üçün hər yolu sınayacaq. Bu səbəblə, şeytan, hər insanın axirəti üçün ən əhəmiyyətli təhlükədir və hər insanın ən böyük düşmənidir.

78- Şeytan Insanlara Necə Yanaşar, Onları Hansı Yollarla Azdırmağa Çalışar?

Allah Quranda, "Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır," (Nas surəsi, 4-5) ayəsiylə şeytanın qəlblərə gizlicə vəsvəsə verdiyindən söz edir. Bu, şeytanın ən hiyləgər üsuludur. Bir çox insan zehnindəki düşüncələrin şeytandan olduğunu anlaya bilməz. Bunların hamısını öz düşüncələri zənn edər. Məsələn, dini yeni öyrənən bir adam şeytanın əhəmiyyətli bir hədəfidir. Bu adama dini çətinmiş kimi göstərə bilər. Və ya öz etdiklərinin onsuz da kifayət qədər olduğunu, daha çoxunu etməsinə gərək olmadığını söyləyə bilər. Bu adam isə bunların doğru olduğu yalnışlığına qapıla bilər. Və ya şeytan insanlara qorxu, narahatlıq, gərginlik, hüzursuzluq kimi mənfi hisslər verər, onların gücünü azaltmağı hədəfləyər. Yaxşılıq və xeyirli iş etmələrini, sağlam düşünmələrinə maneə törətməyə çalışar. Bütün bunların şeytandan olduğunu bilərək, Allaha sığınmaq və şeytanın təlqinlərinə heç bir zaman qulaq verməmək lazımdır.

Həmçinin unudulmamalıdır ki, dünyadakı bütün pisliklərin, müharibələrin, qırğınların, əxlaqsızlıqların kökündə şeytanın insanlar üzərindəki təsiri vardır.

79- Şeytanın Özünə Aid Müstəqil Bir Gücü Vardırmı?

Şeytan mövzusunda qəti olaraq bilinməli olan ən əhəmiyyətli nöqtə budur: Şeytanın özünə aid bir gücü yoxdur. Bütün digər varlıqlar kimi onu da Allah yaratmışdır və Allahın idarəsindədir. Allahın diləməsi xaricində heç bir şey edə bilməz. Şeytan insanları azdırma vəzifəsini Allahın izni ilə davam etdirir. Bu şəkildə, Allah insanları imtahan etmək üçün yaratdığı dünya həyatında kimlərin şeytana uyacağını, kimlərinsə uymayacağını sınayır. Allah bu həqiqəti belə bildirir.

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 21)

80- Şeytanın Kimlər Üzərində Təsiri Olmaz?

Şeytanın səmimi möminlər üzərində heç bir təsiri olmaz. Allah bu həqiqəti Nəhl surəsinin 99-cu və 100-cü ayələrində belə bildirir:

Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 01-20: Sorular ve Cevaplar
  • 61-80: Sorular ve Cevaplar
  • 81-109: Sorular ve Cevaplar