20-40: Sorular ve Cevaplar

21- Davranışlarımdan Hansının Allah Rizasına Daha Uyğun Olduğunu Necə Anlayaram?

Allah Özündən qorxan insanın vicdanına hər zaman mütləq ən doğru olanı ilham edər. Allah bir ayədə belə bildirir:

Ey iman gətirənlər, Allahdan qorxsanız, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük fəzl sahibidir. (Ənfal surəsi, 29)

Həmçinin unutmamaq lazımdır ki, ümumiyyətlə insanın ürəyində ilk duyduğu səs doğrunu səhvdən ayırd etməsini təmin edən vicdanının səsidir və Allahın razı olacağı rəftar ilk duyulan səsin söylədiyidir. Məhz Allahdan qorxan insanlar da, vicdanlarının səsini dinləyərək doğrunu taparlar.

22- İnsanın Ürəyində Vicdanının Xaricində Bir Səs Vardırmı?

İnsanın vicdanının səsindən sonra gələn digər alternativlərin hamısı vicdanı basdırmağa çalışan "nəfsin səsi" dir. Nəfs insanı var gücü ilə doğru olandan saxlayıb, ona pis olanı etdirməyə çalışır.

Bunu çox açıq şəkildə etməyə bilər. Bir insana məqbul gələ biləcək bəzi bəhanələr irəli sürə bilər, "bundan bir şey olmaz" dedirdə bilər. Allah bu həqiqəti Quranda belə bildirir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. (Şəms surəsi, 7-9)

Ayədə də bildirildiyi kimi, insana həm pisliklər, həm də bu pisliklərdən çəkinmək ilham edilir. İnsan isə bunlardan hansına uyğun gələcəyi mövzusunda sınanar.

23- Necə Görürük?

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)

Görmə hadisəsi çox mərhələli şəkildə reallaşır. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq seli, gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir vasitəsilə beyinin arxa hissəsindəki "görmə mərkəzi" adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir sıra əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü olaraq qəbul edilir. Yəni görmə əslində beyinin arxasındakı kiçik, işığın heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq bir nöqtədə yaşanır.

İnsan, "görürəm" deyərkən, əslində gözünə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynində meydana gətirdiyi "təsiri" görür. Yəni "görürəm" deyərkən, əslində beynindəki elektrik siqnallarını seyr edər.

Oxuduğunuz kitab da, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Bu həqiqət, digər duyğularımızla əldə etdiyimiz hisslər üçün də keçərlidir.

24- Maddənin "Əsli Ilə Təmasda Olmamaq" Nə Deməkdir?

Dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğu vasitəsi ilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Ancaq bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar, hisslərimizin yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsir olduğunu söyləyir. Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.

Məsələn, bir meyvəni düşünək: Meyvənin dadı, qoxusu, görünüşü, sərtliyi ilə əlaqədar elektrik siqnalları sinirlərimiz vasitəsiylə beynimizə çatar və orada meyvəni meydana gətirər. Əgər beyinə çatan siqnallarda bir fasilə olsa, meyvəylə bağlı hisslər də ortadan qeyb olar. Buradan da anlayırıq ki, bizim meyvə olaraq qəbul etdiyimiz şey, əslində beynimizə çatan hisslərin toplusudur. Meyvə xaricdə vardır, ancaq biz meyvənin xaricdəki halını heç bir zaman bilmərik. Yəni, bu "hisslər toplusu" nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda ola bilmərik. Çünki heç bir zaman beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.

25- Xarici Dünyanın Əslinə Çata Bilərikmi?

Xarici dünyanın əslinə heç bir zaman çata bilmərik. Həyatımız boyunca yalnız zehnimizə çatan elektrik siqnalları ilə təmasda olduğumuza görə, biz yalnız zehnimizdəki hissləri bilirik. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır.

26- Yuxumuzu Da Zehinimizdə Yaşamırıqmı?

Bəli, yuxularımız bu mövzunu anlamaq üçün çox yaxşı bir nümunədir. Yuxuda tamamilə həqiqət kimi görünən hadisələr yaşayar, insanlar, obyektlər, mühitlər görərik. Amma bunların hamısı yuxuda vardır və bir hissdən başqa bir şey deyil. "Yuxu" kimi "real dünya" da zehində yaşanır. Yuxuda zehindəkilərin xaricində heç bir şey yoxdur, həqiqi dünyada isə xaricdə var olan maddənin əslinə heç bir zaman çata bilmərik, sadəcə zehnimizdə qəbul edilən halını bilirik.

27- Bütün Maddələrin Yalnız Qəbuluyla Təmasda Isək, O Zaman Beynimizdəki Nədir?

Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, onun da yalnız qəbuluyla təmasda olarıq. Bu mövzunu daha yaxşı açıqlamaq üçün yuxu ilə əlaqədar bir nümunə verə bilərik: Bir yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali bir qolumuz, xəyali bir gövdəmiz, xəyali gözümüz, xəyali beynimiz. Yuxu əsnasında bizə "harada görürsən?" kimi bir sual soruşulsa verəcəyimiz cavab "beynimdə görürəm" olacaq. Amma ortada həqiqi beyin yoxdur. Yalnız xəyali bədən, xəyali bir kəllə və xəyali beyin var. Yuxumuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha "dərin" varlıqdır.

28- Hiss Edən Kimdir?

İnsanlara bu günə qədər qəbul edənin beyin olduğu öyrədilmişdir. Halbuki, beyini analiz etdiyimizdə qarşımıza digər canlı orqanlarda olan zülal və yağ molekullarından fərqli bir şey çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görünüşləri seyr edəcək, şərh edəcək, şüuru meydana gətirəcək, qısacası "mən" dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.

Bu nöqtədə qarşımıza çıxan həqiqət açıqdır: Görən, eşidən və hiss edən varlıq, maddə kənarında bir varlıqdır. Bu varlıq "canlı" dır və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə təmasda olur.

Məhz bu varlıq "ruh" dur. Allah Quranda belə bildirir:

Sənə Ruhdan soruşarlar; de ki: "Ruh Rəbbimin əmrindəndir, sizə elmdən yalnız az bir bilik verilmişdir." (İsra surəsi, 85)

29- Təmasda Olduğumuz Dünya, Həqiqətdə Ruhumuzun Gördüyü Hisslər Isə, O Halda Bu Hisslərin Qaynağı Nədir?

Bu suala cavab verərkən diqqət edilməliolan həqiqət budur; biz maddəni yalnız xəyalımızda görərik, çöldəki əsli ilə heç vaxt təmasda ola bilmərik. Maddə bizim üçün bir qavrayış olduğuna görə, "süni" bir şeydir. Yəni bu qavrayışın bir başqa güc tərəfindən edilməsi, daha açıq bir ifadəylə yaradılması lazımdır. İçində yaşadığımız maddi kainatı yaradan və daima yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Necə ki, o Yaradıcı bizə endirdiyi kitab yolu ilə Özünü, kainatı və bizim nə səbəblə var olduğumuzu izah edər. O Yaradıcı Allah, kitabının adı isə Qurandır.

Göylərin və yerin, sabit və qərarlı olmadığı, Allahın yaratmasıyla var olduqları və O yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

30- Allahın Hər Şeyi Əhatə Etməsi, Bizə Şah Damarımızdan Yaxın Olması Necə Olur?

Maddi varlıqlar Allahı görə bilməzlər, amma Allah, Öz yaratdığı maddəni hər şəkliylə görər. Yəni biz Allahın varlığını gözlərimizlə qavraya bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tam olaraq əhatə etmişdir. Onun məlumatı xaricində, tək bir söz söyləyə bilmərik, hətta tək bir nəfəs belə ala bilmərik.

Allahın bizə göstərdiyi hissləri seyr edərkən, yəni həyatımızı yaşayarkən də bizə ən yaxın olan varlıq, Allahın Özüdür. Quranda yer alan "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından daha yaxınıq." (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Bir insan öz bədəninin əsli ilə təmasda olduğunu zənn etdiyində və gördüyü hər anın zehnində reallaşdığını düşünmədiyində, bu əhəmiyyətli həqiqəti qavraya bilməz. Çünki "özü" zənn etdiyi yer beynidirsə, çölü olaraq qəbul etdiyi yer özünə 20-30 sm kimi müəyyən uzaqlıqda olar. Amma maddənin yalnız beynindəki surətiylə təmasda olduğunu qavradığında, artıq xarici, daxili, uzaq, yaxın kimi anlayışlar mənasızlaşar. Allah özünü əhatə etmişdir və ona "sonsuz yaxın" dır.

31 - Allah Sevgisi Kafi Deyilmi, Mütləq Allahdan Qorxmaq Lazımdırmı?

Qurana görə olan həqiqi sevgi özü ilə hörməti və Allahın bəyənmədiyi şeylərdən çəkinməyi də gətirir. Yalnız sevginin kafi olacağını müdafiə edən insanların həyatlarına və hərəkət tərzlərinə baxdığımızda bu mövzuda zəif davrandıqlarını görərik. Halbuki, səmimi olaraq Allahı sevən bir insan hər şeydən əvvəl Onun əmrlərində son dərəcə dəqiqlik göstərər, çəkindirdiyi şeylərdən şiddətlə çəkinər, gözəl gördüyü rəftarlara yönələr. Sevgisini, həyatının hər anında Rəbbimizin razılığını axtararaq, Ona olan dərin hörməti, etibarı, itaətkarlığı və sədaqəti ilə göstərər.

Bu diqqətliliyin bir nəticəsi olaraq, Allahın razılığını itirməkdən, əzabına uğramaqdan da şiddətlə qorxar. Yoxsa yalnız şifahi olaraq sevgi iddiasında olmaq, lakin Allahın sərhədlərini aşaraq düşüncəsiz bir həyat sürmək, şübhəsiz səmimiyyətdən son dərəcə uzaq bir davranışdır. Allah Quranda Özündən qorxub çəkinməyi əmr etmişdir:

Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın! (Rum surəsi, 31)

32- Səmimi Bir Möminin Allah Qorxusu Necə Olmalıdır?

Allahın varlığını bilən, Onu üstün sifətləriylə tanıyan hər insan Allahdan şiddətlə qorxar. Çünki Allah sonsuz şəfqət və mərhəmət sahibidir, ancaq bununla bərabər Qahhar (qəhr edən), Həsib (hesab görən), Muazzib (əzab verən), Muntəkim (intiqam alan), Saik (cəhənnəmə aparan) sifətlərinin də sahibidir. Buna görə müsəlmanlar Allahdan içləri titrəyərək qorxar, Onun əzabından əmin oluna bilməyəcəyini bilərlər. Etdikləri hər işin haqq-hesabının soruşulacağının şüurunda olduqları üçün Allahın məmnun olmayacağı bir rəftar göstərməkdən şiddətlə çəkinərlər. Amma bunu da qeyd etmək lazımdır ki, burada bəhsi keçən qorxu, dinsiz cəmiyyətlərdə yaşanan klassik qorxudan tamamilə fərqli, möminə hüzur verən, onu hərəkətə keçirən, Allahı razı etmə mövzusunda şövqləndirən bir qorxudur. Allah möminlərə bunu əmr etmişdir:

Nə qədər bacarırsınızsa Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. (Təğabun surəsi, 16)

33- Quranı Hər Oxuyan Anlaya Bilər.

Allah Quranı bütün insanlara yol göstərici rəhbər olaraq endirmişdir, məhz bu səbəblə, Quran son dərəcə aydın və açıqdır. Allah Quranın bu xüsusiyyətini "... Sizə Allahdan bir nur və açıq-aşkar bir Kitab gəldi" ayəsiylə xəbər vermişdir. (Maidə surəsi, 15) Bir başqa ayədə isə Quran üçün belə deyilir:

Biz onu (Quranı) açıq-aşkar ayələr nazil etdik; Şübhəsiz ki, Allah istədiyini doğru yola yönəldər. (Həcc surəsi, 16)

Qurandakı hikmətləri görmək və Quranın üstün xüsusiyyətlərini qavraya bilmək üçün Quranı oxuyan adam yüz faiz səmimi olmalı və həmişə vicdanına uyğun düşünməlidir.

Ancaq bunu da qeyd etmək lazımdır ki, müsəlmanlar öz şəxsi şərh və düşüncələrinə görə Qurandan hökm çıxarmaqdan şiddətlə çəkinməlidirlər. Bu mövzularda cavab axtaran kəslərin böyük Əhli Sünnə alimləri tərəfindən hazırlanmış ilmihallara (dinin əsaslarına) müraciət etməsi ən doğru davranış olacaq.

34- Quran Və Peyğəmbərimiz (S.Ə.V)-In Sünnəti Möminlər Üçün Tək Rəhbərdir.

Quran bir möminin ömrü boyunca müraciət edəcəyi yeganə rəhbərdir. Allah Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına xitab olaraq endirdiyi bir ayəsində "evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın ..." (Əhzab surəsi, 34) deyə buyuraraq, bütün möminləri Quranı oxuma mövzusunda təşviq etmişdir. Bu ayədən də aydın olduğu kimi, möminlər evlərində Quran oxuyur və ayələri də yaddaşlarında saxlayırlar. Ancaq əhəmiyyətli olan Quran ayələrinin oxunaraq hamısının həyata keçirilməsi və böyük bir dəqiqliklə tətbiq olunmasıdır.

Quranın necə tətbiq olunduğunu görmək üçünsə ən doğru qaynaq Peyğəmbərimiz (s.ə.v)-in həyatı və tətbiq etdikləri, yəni sünnəsidir.

35- Quran Hər Dövrə Xitab Edər.

Allah Quranı bütün aləmlərə və bütün zamanlara bir yol göstərici olaraq endirmişdir. Bir ayədə belə deyilir:

Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir. (Ali İmran surəsi, 138)

Allah, Quranda keçmiş hadisələrdən nümunələr verir ki, tarix boyunca yaşayan bütün insanlar bu hadisələrdən ibrət alsınlar və eyni səhvləri təkrarlamasınlar. Quranda izah edilən hadisələrin hər birinin bənzərlərinə isə indiki vaxtda da rast gəlmək mümkündür.

36- Allah Quran Ayələrini Təhrif Olmadan Günümüzə Qədər Saxlamışdır.

Kuran'ı Allah korumuştur ve 1400 senedir hiçbir değişiklik olmadan günümüze kadar gelmiştir. Allah bu gerçeği ayetleriyle bize bildirir:

Hiç şüphesiz, zikri (Kuran'ı) Biz indirdik Biz; onun koruyucuları da gerçekten Biziz. (Hicr Suresi, 9)

Rabbinin sözü doğruluk bakımından da adalet bakımından da tastamamdır. O'nun sözlerini değiştirebilecek yoktur. O işitendir, bilendir. (En'am Suresi, 115)

Allah'ın bu vaatleri inanan insanlar için yeterlidir. Fakat bunların dışında Allah, Kuran'a birtakım bilimsel ve rakamsal mucizeler koyarak da, onun Hak Kitap olduğunu bize göstermiştir.

37- Quranın Elmi Möcüzələri Nələrdir?

Quran 1400 il əvvəl vəhy olmasına baxmayaraq, o dövrdə qətiyyən bilinməyən, indiki vaxtda elmin və texnologiyanın son imkanları istifadə olunaraq kəşf olunmuş bir çox elmi həqiqəti insanlara bildirir. Quranın bu xüsusiyyətləri, onun Allah Qatından endirilmiş olduğunu son dərəcə açıq olaraq göstərir. Bu möcüzələrdən bəziləri bunlardır:

Kainatın daim genişləməsi XX əsrin ən əhəmiyyətli kəşflərindən biri olaraq xarakterizə edilir. Ancaq Allah bu həqiqəti bizə 1400 il əvvəl Quranın Zəriyət surəsinin 47-ci ayəsində bildirmişdir:

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

Göy cisimlərinin hesablanmış bir orbit üzərində hərəkət halında olduqları bundan əsrlər əvvəl Quranda belə xəbər verilmişdir:

Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya surəsi, 33)

Quranda Günəş və Aydan bəhs edən ayələrin ərəbcəsi araşdırıldığında maraqlı bir xüsusiyyət gözə dəyər. Ayələrdə Günəş üçün "sirac" (lampa) və ya "vahhac" (par-par parlayan, yanıb alovlanan) sözləri istifadə edilmişdir. Ay üçünsə "munir" (işıqlandırıcı, işıqlı) anlayışı vardır. Həqiqətən də Günəş öz içindəki nüvə reaksiyaları nəticəsində böyük bir istilik və işıq saçarkən, Ay yalnız Günəşdən aldığı işığı əks etdirir. Ayələrdə bu fərq belə keçər:

Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. (Nuh surəsi, 15-16)

Quranda küləklərin “dölləndirici” xüsusiyyətindən Hicr surəsinin 22-ci ayəsində belə bəhs edilir:

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik ... (Hicr surəsi, 22)

Bəhs edilən ayədə keçən "dölləndirici" sözünün ərəbcə qarşılığı həm bitkilərin, həm də buludların döllənməsi mənasını daşıyır. Necə ki, müasir elm, küləklərin hər iki funksiyaya da sahib olduğunu göstərmişdir.

Başqa bir Quran möcüzəsinə bir ayədə belə diqqət çəkilir:

O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür ... (Zumər surəsi, 5)

Ayədə gecənin və gündüzün bir-birini bürüməsi üçün "təkvir" feli istifadə edilir. Bu fel dilimizdə "dairəvi bir şeyin üzərinə bir şey sarımaqdır" dır. Məsələn, ərəb lüğətlərində "başa sarıq sarma" kimi yumru cisimləri ehtiva edən hərəkətlər üçün bu söz istifadə edilir. Bu ayə, dünyanın forması mövzusunda qəti bir məlumat ehtiva edir. Ancaq və ancaq Dünyanın yumru olması vəziyyətində bu ayədə ifadə edilən fel reallaşa bilər. Yəni Vll əsrdə endirilən Quranda, dünyanın dairəvi olduğuna işarə edilmişdir.

38- Qurandakı Söz Təkrarları Və 19 Möcüzəsi Nələrdir?

Quranda 19 sayının ayələrin içinə şifrəli bir şəkildə yerləşdirilmiş olması və bəzi sözlərin təkrar sayları kimi rəqəmsal möcüzələr də vardır.

Quranda təkrarlanan sözlər: Quranda bir-biriylə əlaqədar bəzi sözlər eyni sayda istifadə edilmişdir. Məsələn;

"Yeddi göy" ifadəsi 7 dəfə keçir.

"Dünya" və "axirət" sözləri 115 dəfə təkrarlanır.

"Gün (yəvm)" tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni "günlər (əyyam və yəvməyn)" sözləri 30 dəfə təkrarlanır. "Ay" sözünün təkrar sayı isə 12-dir.

"İman" və "küfr" sözləri Quran boyunca 25 dəfə təkrarlanır.

"De" sözlərini saydığımızda çıxan nəticə 332. "Dedilər" sözünü saydığımızda da eyni rəqəmi görürük.

"Şeytan" sözü 88 dəfə keçir. "Mələk" sözünün təkrar sayı da 88-dir.

Quranda 19 möcüzəsi:

Müddəssir surəsində Müddəssir surəsində "Onun üzərində on doqquz vardır." (Müddəssir surəsi, 30) ayəsiylə diqqət çəkilən 19 sayı Quranın bəzi ayələrinə şifrələnmişdir. Məsələn;

"Bəsmələ" 19 hərfdir.

Quran 114 surədən ibarətdir və 114 isə 19-un 6 qatıdır.

Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrin ümumi söz sayı 19-dur.

Son vəhy edilən surəsi olan Nəsr, cəmi 19 kəlmədən ibarətdir.

Vəhy edilən ilk surə 19 ayəyə malikdir.

Quranda keçən bütün sayları (təkrarlar nəzərə alınmadan) topladığımızda çıxan sayı; 162.146 yəni 19x8534-dür.

(Ətraflı məlumat üçün bax: www.Kuranmucizeleri.com)

39- Quranın Gələcəyə Istiqamətli Verdiyi Xəbərlər Nələrdir?

Quranda həmçinin ayələrin riyazi olaraq araşdırılmasıyla əldə edilən başqa bir möcüzə daha vardır: Əbcəd hesabı.

Bu hesab üsulu, çox köhnə tarixlərə qədər uzanan və Quran nazil olmamışdan əvvəl çox istifadə olunan yazı şəklidir. Ərəb, fars və türk tarixində keçən bütün hadisələr, hərflərə rəqəm dəyəri verilərək yazılır və beləcə hər hadisənin tarixi də qeydə alınmış olurdu. Bu tarixlər, hər istifadə edilən hərfin xüsusi rəqəm dəyərlərinin cəmlənməsi ilə əldə edilirdi.

Əbcəd üsuluyla, Quranda keçən bəzi ayələr araşdırıldığında, bu ayələrin mənalarını uyğun olaraq bəzi tarixlərə uyğun gəldiyini görərik. Ayələrdə bəhs edilən hadisələrin, əbcəd hesablarıyla əldə edilən tarixlərdə reallaşdığını gördükdə isə, bəhs edilən ayələrdə hadisə ilə bağlı gizli bir işarə olduğunu anlamış olarıq. Diqqət çəkici əbcədlərə Qurandan verə biləcəyimiz bir neçə nümunə belədir:

- Hz. Məhəmməd (s.ə.v)-ə vəhyin başlanğıc tarixi

Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir (Zumər surəsi, 1)

... Kitab Allahdandır ...

Miladi: 610 (vəhyin başlanğıc tarixi)

- İstanbulun fəthi

Bilindiyi kimi İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir və bu əbcəd dəyəri də son dərəcə diqqət çəkicidir.

Səba qəbiləsinin yaşadığı yerdə nişanə – biri sağda, digəri də solda olan iki bağça var idi. Onlara: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışlayan Rəbb!” – deyilmişdi (Səba surəsi, 15)

... Gözəl bir diyar...

HİCRİ: 857, miladi: 1453

- Aya çıxış tarixi

Saat (qiyamət) yaxınlaşdı və ay bölündü. (Qəmər surəsi, 1)

... Saat və ay yarıldı ...

HİCRİ: 1390 MİLADİ: 1969

40- Axirətin Varlığını Haradan Bilirik?

Allah hal-hazırda insanları yalnız hissləri ilə təmasda olduqları, əslini bilmədikləri bir dünyada yaşadır. Bir hisslər toplusu olan bu dünyanı, bu cür qüsursuz və möhtəşəm bir yaradılışla, dərinliyi olan, üçölçülü, rəngarəng, parlaq görünüşlərlə var edən Allah, şübhəsiz ki, bundan çox daha gözəlini də yaratmağa qadirdir.

Allah insanın beynində indi necə bir dünya görünüşü yaradırsa, ölümünün ardından da fərqli bir ölçüyə keçirərək, fərqli bir mühitin görünüşünü göstərəcək. Məhz insana göstərilən o ölçü, axirət olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 01-20: Sorular ve Cevaplar
  • 21-40: Sorular ve Cevaplar
  • 41-60: Sorular ve Cevaplar
  • 61-80: Sorular ve Cevaplar
  • 81-109: Sorular ve Cevaplar