Ətrafımıza baxdığımızda gördüyümüz bitkilər, heyvanlar, dənizlər, dağlar, insanlar və hətta bilmədiyimiz mikro aləmdəki canlı-cansız hər şey özlərini var edən üstün bir ağılın açıq-aşkar dəlilləridir. Eyni şəkildə bütün kainatda var olan tarazlıq, nizam, qüsursuz yaradılış yenə özlərini yoxdan var edən üstün bir elm sahibinin varlığını sübut edir. Məzh bu üstün ağılın və elmin sahibi Allahdır.
Biz Allahın varlığını, yaratdığı qüsursuz sistemlər, canlı-cansız varlıqların heyranedici xüsusiyyətlərindən anlayırıq. Bu qüsursuzluğa Quranda da diqqət çəkilmişdir:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)