Nəticə

İman həqiqətləri üzərində təfəkkür etmək, insanların öz istəyinə buraxılmamış, Quran'da əmr edilmişdir. Bu səbəblə, bütün kainatı əhatə edən iman həqiqətləri üzərində düşünmək, möminlər üçün həmişə ibadət xüsusiyyətindədir.

Möminlər 'ın varlığını hər an və daha güclü hiss etmələrini təmin edən iman həqiqətləri sayəsində 'ın sifətlərini və sifətlərinin üstünlüyünü daha yaxşı qavrayıb, Ona daha çox yaxınlaşmağa çalışırlar. İman həqiqətlərindən qaynaqlanan dərin təfəkkürləri səbəbiylə 'ın elm və qüdrətinin sonsuzluğunu gördüklərindən, 'a qarşı duyduqları qorxu qat-qat artmış olaraq, dünyada hər an ın razılığına, rəhmətinə və cənnətinə qovuşmanın arzusu və həsrəti ilə yaşayarlar. Sonunda isə 'ın diləməsiylə, 'ı haqqıyla təqdir etdikləri və O'nun rizası xaricində heç bir ümidləri olmadan yaşadıqları dünyadan ayrılaraq, ağacları altından Sçaylar axan cənnətlərdəki köşklərinə yerləşdirilərlər. Quran'da iman edənlərə cənnətin müjdələndiyini ayələrdən biri belədir:

İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 82)

İnkar edənlər isə şüursuzluq və məlumatsızlığın səbəb olduğu qəflət halı ilə 'ın varlığının açıq dəllilərindən üz çevirərlər. Bunların sonu isə Quran'da belə xəbər verilmişdir:

Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir! (Təğabun Surəsi, 10)

Quran'da bildirilən bu hökmlər istiqamətində cəhənnəmdən qorunub-çəkinərək, sonsuz bir gözəllikdə, nəfsin arzuladığı hər şeyin ən mükəmməl və qüsursuz bir şəkildə yaradılaraq möminlərə təqdim edildiyi cənnəti arzulayanlar, Rəbbimizi daha yaxından tanıyaraq Onun razılığını, dostluğunu və sevgisini qazanmağa çalışmalıdırlar. Bunun üçün də iman həqiqətləri üzərində dərin təfəkkür edərək, 'ın üstün sifətləri haqqında daha çox elm və qavrayış sahibi olmalıdırlar. Öyrənmək və təfəkkür etməklə yanaşı, iman həqiqətlərini izah edərək insanların da imanlarına vəsilə olmaq, imanlarını artırmaq baxımından olduqca əhəmiyyətlidir. İman həqiqətlərini izah edərək insanları düşünməyə dəvət etmək, bütün iman edənlərin üzərinə düşən əhəmiyyətli bir məsuliyyətdir.

Ey iman gətirənlər! Allah'dan qorxun, O'na yaxınlaşmaq üçün vasitə axtarın və O'nun yolunda cihad edin ki, bəlkə nicat tapasınız."
(Maidə Surəsi, 35)

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə surəsi, 2/32).

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1-ci Hissə: Quranda İman Həqiqətləri
  • 2-ci Hissə: İman Həqiqətləri Nə Üçün Vacibdir?
  • 3-cü Hissə: İslam Alimlərinin İman Həqiqətlərinin Əhəmiyyəti Haqqindaki Düşüncələri
  • 4-cü Hissə: Əsrin Yalanina Qarşi Ən Təsirli Həll Yolu: İman Həqiqətləri
  • 5-ci Hissə: Nümunəvi İman Həqiqətləri
  • Nəticə
  • Əlavə Hissə: Təkamül Yalanı