Yaşadığımız dövr keçmiş dövrlərə nisbətən, Allah'a üsyanın, dinə qarşı çıxmağın ən üst səviyyəyə çatdığı, geniş kütlələrə yayıldığı, hətta Allah'ın varlığının və yaradılış həqiqətinin açıq şəkildə inkar edildiyi bir dövrdür.
XlX əsrə qədər, istər qərbdə, istərsə də şərqdə, dinsizlik və ateizm, yalnız müəyyən marjinal kəslər, ya da qruplar tərəfindən müdafiə edilirdi. XlX əsrdən etibarən isə, bu düşüncələri geniş xalq kütlələrinə təlqin etməyə istiqamətli sistemli və planlı bir təbliğat başladı. Hələ də davam edən bu təbliğatı icra edənlər, materialist ideologiyanı və dünya görüşünü müdafiə edən çevrələrdir. Bəhs edilən çevrələr tərəfindən idarə edilən və istiqamətləndirilən ateizm təbliğatı, inkişaf edən elm və texnologiyanın media və digər informasiya vasitələrini də geniş istifadəyə salması ilə cəmiyyətin ən ucqar yerlərinə qədər girmişdi.
Dövrümüzün bu ən böyük yalanına qarşı ən təsirli həll yolu, insanlara iman həqiqətlərinin izah edilməsidir. Bunu görmək üçün əvvəlcə, materialist düşüncənin və təkamül nəzəriyyəsinin iddialarına qısaca nəzər salaq.
Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz?"
(Vaqiə Surəsi, 63-64)
Hal-hazırda, Allah'ın varlığına və yaradılış həqiqətinə qarşı savaş açmış ən böyük və ən geniş miqyaslı fikir axını, materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq etdiyi saxta elmi təməl isə "təkamül nəzəriyyəsi" dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmadığı, tamamilə ağıl və elmdən kənar olduğu halda, müxtəlif təbliğat, saxtakarlıq və yalan üsullarıyla bu cəfəngiyat, dünya səviyyəsində müəyyən materialist mərkəzlər tərəfindən kütlələrə təlqin edilməyə çalışılır. Bu gün dünyada insanların Allah'a olan inanclarını yox edən, onları ateist edən tək əhəmiyyətli fikir axını təkamül nəzəriyyəsi, digər adıyla darvinizmdir.
Məşhur ateist təkamülçü prof. Richard Dawkins, "Darvindən əvvəl ateist olmaq elmi olaraq mümkün deyildi, Darvin bizə bu şansı verdi" deyərək mövzunu yekunlaşdırır.
Bu gün təkamül nəzəriyyəsinin, istər mətbuat, istərsə də televiziya vasitəsilə demək olar ki, girmədiyi heç bir ev, bu nəzəriyyəni eşitməyən heç kim yoxdur. Bu vəziyyət, bütün qərb dünyası üçün məqbul olduğu kimi ölkəmiz və hətta digər bütün müsəlman ölkələri üçün də məqbuldur. Belə ki, dərs kitablarına belə salınmış olan bu nəzəriyyə, saysız yalan və göz boyamaqla daha uşaq yaşlardan etibarən insanlara təlqin edilir, təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi cəfəngiyatlarla insanları yanıldırlar. Orta məktəblərdən universitetlərə qədər bu təkamülçü yalanlarla cəmiyyətin beyni yuyulur.
Peyğəmbərimiz'in, "Heç bir tərəfin ondan məhfuz qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq..."25hədisi bu vəziyyətə işarə edə bilər. Həqiqətən də, təkamül nəzəriyyəsinin cəfəngiyatının, günümüzdə ünsiyyət texnologiyasının təqdim etdiyi imkanlarla (mətbuat, nəşr, internet, peyk ünsiyyəti, və s ...) bu qədər yayılmışdır. Bu günə qədər Allah''ın varlığına, yaradılışa və dinə qarşı müharibə elan etmiş, dünya səviyyəsində bu qədər yayılmış bir başqa inkarçı fikir sistemi bəlkə də heç görülməmişdir.
Bütün bu səbəblərdən ötrü, indiki vaxtda imanın qarşısındakı ən böyük düşmənin darvinizm və darvinizmdən təşviq görən ideologiyalar olduğu açıq şəkildə görünür. Mövzu bir az ətraflı olaraq araşdırıldığında, darvinizmin əslində, cəmiyyətdə hakim olan din və əxlaq xarici mədəniyyətin ən böyük qaynağı olduğu görülür. Bu gün müsəlmanlara edilən təzyiqlərin, inancsızlığın, uçqun kimi böyüyən əxlaqsızlığın, ictimai degenerasiyanın kökündə də, fikri planda darvinizm yatır.
Təkamül nəzəriyyəsi, "canlılar təsadüflər nəticəsində və həyat mübarizəsi sayəsində təkamülləşirlər" cəfəngiyatını müdafiə edir. Bu səbəbdən, darvinizmin insana verdiyi ən əhəmiyyətli təlqin, "kimsəyə qarşı məsul deyilsən, həyatını təsadüflərə borclusan, yaşamaq üçün mübarizə aparmaq, lazım olsa digərlərini əzmək lazımdır, bu dünya qarşıdurma və mənfəət dünyasıdır" təlqinidir. "Təbii seleksiya", "həyat mübarizəsi", "güclülərin həyatda qalması" kimi bioloji darvinist anlayışların verdiyi ictimai mesaj, məhz bu təlqinin sayəsindədir.
Darvinizmin bu təlqininin nə qədər təsirli olduğunu görmək üçün, cəmiyyətin dəyər mühakimələrini müşahidə etmək kifayətdir. Yaşadığımız cəmiyyətlərə baxdığımızda, insanların çoxunun yalnız dünyadakı həyatlarını davam etdirmək, yaxşı bir peşə əldə etmək, mal-mülk və pul qazanmaq, əylənmək və beləcə, "həyat mübarizəsində qalib gəlmək" üçün yaşadıqlarını görərik. Xüsusilə də gənclərin arasında lüks ev və avtomobillərə sahib olmaq, sərhədsiz xərcləmək ən böyük ideallar halını almışdır. Bu anlayış içindəki insanlar nə üçün var olduqlarını sorğulamaz, Allah'ın varlığını heç düşünməzlər. Sanki heç yaradılmamışlar kimi, sanki özlərini yaratmış olan Allah'a qarşı heç bir məsuliyyətləri yoxmuş kimi yaşayarlar. Bu insanların çoxunun bəlkə təkamül nəzəriyyəsinin iddialarından, Darvinin fikirlərindən xəbəri belə yoxdur. Amma həyata, müəyyən fikirlərin təlqin etdiyi darvinist bir məntiqlə baxırlar.
Məhz bunun səbəbi, "gizli darvinizm təlqini" dir. Darvinizm, adı elə ifadə edilməsə də, müəyyən dairələrin təlqinləri səbəbiylə ümumi cəmiyyətə hakim olan bir əxlaq anlayışı vəziyyətinə gəlmişdir.
Bu əxlaq anlayışı, insanlara eqoist, mənfəətpərəst, mərhəmətsiz və zalım olmağı öyrətməklə; şəfqət, mərhəmət, fədakarlıq, təvazökarlıq kimi üstünlükləri isə yox edir, bunu da "həyatın qaydaları" nın bir gərəyi kimi göstərir. Belə zalım bir anlayışın bütün dünyanı məhv edəcəyi aşkardır.
Bu azğın əxlaq anlayışının təsiri altına girmiş olanlar, darvinizmi elmi bir həqiqət sanır, ona kor-koranə inanırlar. Həqiqi dini isə "xalq təbəqələrinin sahib olduğu ənənəvi bir inanc" olaraq görürlər. Necə ki, Quranda inkarçılara "Rəbbiniz nə nazil etmişdir?" deyildiyində, onların "keçmişlərin nağıllarını" (Nəhl surəsi, 24) deyə cavab verdikləri bildirilir.
Halbuki, həqiqi din, yəni İslam, ənənə ilə heç bir əlaqəsi olmayan, açıq-aşkar və mütləq bir həqiqətdir. İnsanın, özünün yaradana Allah'a dönüb-yönəlməsidir. Amma darvinizmlə aldadılan, ya da bu dinin təsiri altında olan kəslər bu həqiqəti qavraya bilməyəcək qədər şüursuzlaşmışdır. Bu batil dinin aradan qaldırılması, cəmiyyətin üzərindəki qəflət pərdəsinin aralanması üçün, darvinizmin və materialist fəlsəfənin elmi üsullarla yıxılması zəruridir. Məhz iman həqiqətlərinin əhəmiyyəti də bu nöqtədə ortaya çıxar.
Dünya üzərindəki, insan da daxil hər canlının varlığını təsadüflərə bağlayan təkamül nəzəriyyəsinə qarşı, bütün kainatı yaradanın və hər şeyi idarəsində saxlayanın Allah olduğunun dəlilləri olan iman həqiqətlərini öyrənmək, izah etmək və insanlara ötürmək ən təsirli həll yoludur. Çünki, iman həqiqətləri, təkamülçülərin "təsadüf" məntiqinə əsaslanan nəzəriyyələrini tamamilə yox edərək, ortada bir yaradılış olduğunu göstərir, Allah'ın üstün və bənzərsiz yaratmasını gözlər önünə sərir.
Məsələn; iman həqiqətlərindən biri olan göz, "gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" deyən Darvindən bəri təkamülçüləri çıxılmaz vəziyyətə sürüyən yaradılış dəlillərindən biridir. Gözün quruluşu və funksiyaları araşdırıldığında təkamülçülərin bu qaçışlarının səbəbi daha yaxşı aydın olur. Göz bir çox fərqli orqanoid və hissədən meydana gəlmiş mürəkkəb bir quruluşa malikdir. Heyrət oyandıracaq dərəcədə ətraflı və kompleks funksiyaları vardır. Bunların hamısı gözü meydana gətirən fərqli orqanoid və hissələrin uyğunlaşma içində fəaliyyəti nəticəsində baş verir. Hissələrdən birinin belə olmaması gözün vəzifəsini yerinə yetirə bilməməsi deməkdir. Bu da təkamül baxımından içindən çıxılmaz bir nöqtədir. Çünki təkamül, mövcud olan bütün orqanların zaman ərzində, öz-özlərinə meydana gəldiyini irəli sürür. Gözün, ancaq bütün orqanoidləri əskiksiz və qüsursuz bir şəkildə eyni anda var olmasının zəruriliyi də belə təsadüflərə əsaslanan bir prosesin heç bir zaman ola bilməyəcəyi mənasını verər.
Gözyaşı ifraz etməyən bir göz, çox qısa bir müddətdə quruyar və kor olar. Hətta gözyaşı, antiseptik xüsusiyyəti ilə, gözü mikroblara qarşı qoruyur. Təkamülçülər, gözyaşı olmadan bir neçə saat içində quruyan gözün, guya təkamül müddəti içində, gözyaşı vəziləri yaranana qədər milyonlarla il necə dayandığı sualını ağıllarına belə gətirmək istəməzlər. Qaldı ki, gözün vəzifəsini yerinə yetirə bilməsi üçün, bütün orqan və sistemləriylə mövcud olan bir orqanizm xaricində, buynuz qişa, konyuktiva, iris, göz bəbəyi, göz linzaları, retina, koroid, göz əzələləri, göz qapaqları kimi toxuma və orqanoidlərə ehtiyac vardır. Bundan başqa, göz və beyin əlaqəsini təmin edən möhtəşəm bir sinir şəbəkəsi və beyində olan son dərəcə kompleks görmə sahəsi olmadan görməyimiz mümkün deyil. Bütün bu sayılanlar, təsadüfən heç bir şəkildə əmələ gəlməyəcək qədər xüsusi və kompleks quruluşlara sahibdirlər.
Bu orqanoidlərdən hər hansı biri, məsələn, göz linzaları olmasa göz heç bir işə yaramaz. Üstəlik, göz linzaları ilə göz bəbəyinin yerləri dəyişmiş olsa, göz yenə vəzifəsini yerinə yetirə bilməz. Qısacası, gözün quruluşu çox xüsusi bir planlaşdırmanın əsəridir. Birinin belə təsadüflər nəticəsində öz-özünə meydana gəlməsi qeyri-mümkün olan bu orqanoid və təbəqələrin, müəyyən bir plan və uyğunlaşma içində eyni anda, eyni yerdə olmaları ancaq tək məqbul və məntiqli şərhi vardır. Gözü əmələ gətirən bütün orqanoidləri sonsuz bir ağıla və gücə sahib olan Allah yaratmışdır.
Məhz bu iman həqiqəti nümunəsində də açıq şəkildə görüldüyü kimi, bir tək gözün belə təsadüfən meydana gəlməsi mümkün deyilkən, canlıların təsadüfən meydana gəlməsi heç mümkün deyil. Darvinizmin nə qədər uydurma və axmaq düşüncələr üzərinə qurulmuş bir nəzəriyyə olduğu ortadadır.
Aydındır ki, darvinizm, batil inancların, inkarçılığın və dinsiz bir əxlaq anlayışının fikri təməlidir; iman həqiqətləri isə həqiqətin, haqqın özüdür. Bu səbəbdən, iman həqiqətlərinin açıqlanması, hər kəsə çatması, darvinizmin batil fikir sistemini yox edəcək. Quranın ifadəsiylə beynini darmadağın edəcək. Quranda bu ifadənin istifadə edildiyi ayə belədir:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allah'a aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya Surəsi, 18)
Ayədə açıq şəkildə bildirildiyi kimi batil bir fikir, həqiqətlərin ortaya qoyulması ilə yox olub gedər. Darvinizmin irəli sürdüyü yalanlar və batil təlqinlər də mütləq həqiqət olan iman həqiqətlərinin ortaya qoyulması və insanlar arasında yayılmasıyla itib gedəcək. Necə ki, elm dünyasında bu proses çoxdan başlamış vəziyyətdədir.
Hal-hazırda dünyada təkamül nəzəriyyəsinə qarşı çıxan, bu nəzəriyyənin əsassızlığını müdafiə edən bir çox elm adamı var. Bu elm adamları, canlılığın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüfən meydana gəlmədiyi, ağıl və şüur sahibi bir varlıq tərəfindən yaradıldığı, kainatdakı qüsursuz və həssas fiziki tarazlıqların, canlı orqanizmdəki kompleks orqan və sistemlərin, ya da canlıların molekulyar səviyyədəki kompleks quruluşlarının, materializmin "təsadüf" iddiasını açıq şəkildə çürütdüyünü və yaradılışı isbat etdiyini müdafiə edirlər. Xüsusilə son 20 il ərzində bu həqiqəti müdafiə edən elm adamları tərəfindən yüzlərlə elmi kitab, məqalə nəşr edilmiş, bir o qədər elmi panel və konfrans keçirilmişdir. Bu mövzuda nəşr olunan jurnallardan biri, “Origins and Design” (mənşələr və dizayn) adlı elmi jurnaldır və bu jurnalda təkamül nəzəriyyəsinin iddialarını çürüdən bir çox elmi həqiqət ortaya qoyulur. Bu mövzudakı başqa bir nümunə də biokimya professoru Michael Behenin “Darvin's Black Box”: The Biochemical Challange to Evolution (Darvinin qara qutusu: Təkamül nəzəriyyəsinə qarşı biokimyəvi zəfər) adlı kitabıdır və bu kitab dilimizə də tərcümə edilmişdir.
Bəhs etdiyimiz elm adamlarının bu mövzuda ortaya qoymuş olduqları dəlillər, materialistlər və darvinistlər tərəfindən heç bir zaman cavablanmır. Bu vəsiləylə, təkamül nəzəriyyəsinin bir yalan olduğu, indiki vaxtda istər elm dünyasında, istərsə cəmiyyət daxilində bir çox insan tərəfindən fərq edilmişdir.
İman həqiqətləri, Darvin dövrünə qədər qərb elminin təməl anlayışlarından birini təşkil edirdi. Keppler, Nyuton, Cuvier, Linneaus kimi bir çox böyük elm adamı, kainatı və ya canlıları "Allah'ın dəlillərini görmə" niyyəti ilə araşdırırdı. William Paley adlı elm adamı tərəfindən qələmə alınan və 1802-ci ildə nəşr olunan Natural Theology: or, evidences of the Existence and Attributes of the Deity, Collected from the Appearances of Nature (Təbii Teologiya: Ya da Allah'ın varlığının və sifətlərinin təbiətdəki təcəllilərindən toplanmış dəlilləri) adlı kitabı, bir çox iman həqiqəti ehtiva edirdi. Kitabının girişində bir saat nümunəsi vermiş və bir ərazidə gəzişərkən yerdə bir saata rast gələn bir insanın "bunu hər halda təbiət təsadüfən düzəltmiş" deyə fikləşməyəcəyini, hər saatın bir saat istehsalçısının var olduğunu isbat etdiyini izah etmişdi. Sonra da canlı orqanlarını araşdıraraq hər birinin bir saatdan çox daha kompleks strukturlar ehtiva etdiyini və Allah'ın varlığını isbat etdiyini açıqlamışdı.
Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz.
(Nəhl Surəsi, 5)
Darvin, məhz bu anlayışı hədəf aldı və yox etməyə çalışdı. Canlıların bir "iman həqiqəti" olmadıqlarını, təsadüflər nəticəsində ortaya çıxdıqlarını, təbiətin guya bu canlıları var edəcək bir gücə sahib olduğunu irəli sürdü. Darvinin iddiasının əks-səda tapmasının səbəbi, o dövrdə canlıların əslində nə qədər mürəkkəb olduqlarının bilinməməsi idi. Üstəlik, təbiət üzərində kifayət qədər təcrübə və müşahidə aparılmamış və Darvinin "təbiətin təkamül mexanizmləri" dediyi təsirlərin əslində ən kiçik bir inkişaf etdirici təsirə sahib olmadığı aydınlaşdırılmışdı.
Darvindən bu yana keçən təxminən 1.5 əsr ərzində qərb elmi bu həqiqətləri bir-bir kəşf etdi və darvinizmi isbat etmək üçün məşğul olarkən əslində bu nəzəriyyənin nə qədər böyük bir yanılma olduğunu ortaya çıxardı. (Darvinin dövrümüzdəki ən fanatik müdafiəçilərindən biri olan qatı ateist Richard Dawkins, bu iddianı
The Blind Watchmaker (Kor Saatsaz) adlı kitabıyla son dəfə bir ümidlə müdafiə etməyə çalışdı, amma bacara bilmədi.) Və elm, bir zamanlar Paleyin izah etdiklərinin doğru olduğunu, canlıların həqiqətən bir "iman həqiqəti" olduqlarını isbat etdi. Michael Behe, bu həqiqəti kitabında belə vurğulayır:
Paleyin fikirlərinə kim cavab verə bilmişdi? Bəhs edilən saat, bir dizayner olmadan necə var ola bilər? ... Əslində Paley heç bir zaman çürüdülməmişdir. Darvin və ya Dawkins, elm və ya fəlsəfə; heç bir şəkildə saatın bir dizayneri olmadan necə var olduğunu açıqlaya bilməmişdi.26
İman həqiqətlərinin yenidən kəşfi, elm dünyası ilə birlikdə bütün dünyaya dərindən təsir edəcək bir inkişafdır. Bu vəsiləylə, 1.5 əsrdir dünyanı aldadan materialist fəlsəfə yıxılacaq, insanlar Allah'ın varlığını qavrayacaq və Onun öyrətdiyi əxlaqa görə yaşamağa başlayacaqlar. İnancsızlığın dünyaya gətirdiyi bəlalar və fəlakətlər ortadan qalxacaq, darvinizmin təşviq etdiyi faşist, kommunist və ya kapitalist ideologiyaların yerinə dinin gətirdiyi gözəl əxlaq hakim olacaq.
Bütün bunların həyata keçirilməsində isə, iman həqiqətlərinin öyrənilməsi, qavranması və bütün cəmiyyətlərə təsirli bir şəkildə izah edilməsi kilid əhəmiyyətə malikdir. İman həqiqətləri, Allah'ın diləməsiylə, inkarçıların saxtakarlıqlarını, göz boyayan yalanlarını udub yox edən Hz. Musa'nın əsası kimi, müasir dövrün yalanlarını yox edəcək.
Xeyr, Biz haqqı batilin üstünə atarıq və O da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allah'a aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)