İslam böyüklərinin "iman həqiqətləri", ya da "hakaik-i imaniyə" şəklində ifadə etdikləri mövzu, insanları imana yönəldən, ’ın varlığına və birliyinə dəlil olan, onun üstün qüdrət, elm və sənətini gözlər önünə sərən hər cür yaradılış həqiqətini, məlumatı və dəlili əhatə edir. "İman həqiqəti" anlayışı, "imana aparan, imana vəsilə olan və eyni zamanda imanın artmasını, inkişafını və möhkəmlənməsini təmin edən həqiqətlər" şəklində də ümumiləşdirilə bilər.
Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
(Casiyə Surəsi, 13)
İnsanlar ’ın zatını görə bilməzlər. Ancaq onun varlığını, qüdrət və bəzi sifətlərini, yaratmış olduğu varlıqlara baxaraq anlayarlar. Hər şəkilin öz rəssamını tanıtması kimi, canlı və cansız varlıqlar da özlərini yaratmış olan ’ı bizə tanıdırlar. Insanin bunlar üzərində düşünməsi və yaradiliş dəlillərinə şahid olmasi lazimdir. Necə ki, quranda, dəvə, ağcaqanad, ari, hörümçək kimi müxtəlif heyvanlari, bitkiləri, ağaclari, dağlari, yerləri, göyləri bir iman həqiqəti, yəni yaradiliş möcüzəsi olaraq nümunə vermişdir. Bu kimi iman həqiqətlərinə diqqət çəkilən ayələrdən bəziləri belədir:
Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər?(Ğaşiyə Surəsi, 17-20)
Həqiqətən, ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir. Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, ın göylərdə və yerdə yaratdıqlarında dan qorxan adamlar üçün dəlillər vardır. (Yunis surəsi, 5-6)
Ayələrdə vurğulanan bu iman həqiqətləri, mövzuları vicdanlı düşünən hər insan üçün, onu, ’ın varlığını qavramağa və ona yaxınlaşmağa aparan çox əhəmiyyətli səbəblərdir.
Təbii ki, iman həqiqətləri yalnız bu ayələrdəki nümunələrlə məhdud deyil. Ətrafımızda gördüyümüz -və ya görə bilmədiyimiz- bir çox varlıq, vicdanıyla və ağlıyla baxan hər insan üçün bir iman həqiqəti olma xüsusiyyəti daşıyır. Məsələn, bağçada gedən qarışqa, masada duran çiçək, küçədəki və ya evimizdəki pişik, it ya da quş, bədənimiz, göylərdə və yerdəki nizam, yağışın yağması, ətrafımızı əhatə edən, bizi kosmosdan gələn zərərli şüalardan və maddələrdən qoruyan atmosfer, bunlar kimi daha nə qədərləri ı tanımaq istəyən hər insan üçün bir iman həqiqətidir. Nəhəng bir ulduzun həyatı, böyük bir iman dəlili ola biləcəyi kimi vücudumuzun hər hansı bir orqanı da imana yönəldən bir həqiqət ola bilər.
Həyatı boyunca ətrafında gördüyü və ya eşitdiyi hər şeydə ın ayələrini fərq edib bunlar üzərində düşünmək mömin üçün böyük bir məsuliyyətdir. Vicdan sahibi hər insan bunun şüurundadir. Və in yaratdiği milyonlarla canlinin, qüsursuzca yayib döşədiyi yer üzü və ucsuz-bucaqsiz göylərin arasinda yaşayarkən, bunlari düşünməz, qəflət içində həyatini davam etdirərsə, bu davranişinin hesabini verə bilməyəcəyini bilər.
"O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;, O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi; O Rəbbin ki, otlağı cücərtdi. sonra da qaralmış samana çevirdi."
(Əla surəsi, 2-5)
Quran'da, insanı ’ın yaratdığı, yaranma məqsədinin ona ibadət və qulluq etmək olduğu, ölümdən sonra özünü sonsuza qədər davam edəcək bir axirət həyatının gözlədiyi açıq şəkildə bildirilir. Həmçinin insan, bu həqiqətlərə şahidlik edən "dəlillər" üzərində də dərin düşünməyə çağrılır. Quran’da Allah'ın varlığının, birliyinin və sifətlərinin qəti dəlilləri olan hadisələr və varlıqlar isə, "ayə" olaraq təyin edilərlər. ’in ayələri quranda yazili olduğu kimi xarici dünyada və insanin öz nəfsində də vardir. Quran’da bu həqiqət, "Sizin özünüzdə də dəlillər vardir. Məgər görmürsünüz? Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.” (Zəriyət Surəsi, 20-21) ifadəsiylə vurğulanır. Eyni həqiqət başqa ayələrdə də belə ifadə edilir:
Quran'ın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət Surəsi, 53)
Həqiqətən, möminlər üçün göylərdə və yerdə ayələr vardır.(Casiyə Surəsi, 3)
Göylərin və yerin yaradılması ilə onlarda hər canlıdan yayıb çoxaltması onun qüdrət əlamətlərindəndir ... (Şura Surəsi, 29)
Göründüyü kimi, ’ın varlığını və sonsuz qüdrətini gözlər önünə sərən dəlillər yalnız quranda deyil, yaşadığımız hər mühitdə yerləşir. Istər pəncərəyə qonan bir quş, istər bağçada gördüyümüz bir çiçək, istərsə də səmadakı bir ulduz olsun, yaşadığımız müddətcə qarşımıza çıxan hər şey rəbbimiz tərəfindən mənən "oxumağımız" üçün bizə göndərilən bir mesaj xüsusiyyəti daşıyır. Bu yöndən baxdiğimizda tək bir çiçək belə bir məktubdur. Onu oxuya bilən, yaradicimizin mesajini gətirmişdir.
Digər tərəfdən, bəzi iman həqiqətləri də insanlara quranın haqq kitab olduğunu isbatlayıcı xüsusiyyətdədir. Çünki; kainatın yoxdan yaranması və genişlənməsi, göylərlə yerin bir-birindən ayrılması, göy cisimlərinin orbitləri, yerin yuvarlaq olması, səmanın qorunub saxlanılan bir tavan vəzifəsi yerinə yetirməsi, atmosferin qatları, yağışın əmələ gəlməsi, aşılayıcı küləklər, dənizlərin bir-birinə qarışmaması kimi, quranda möcüzəvi şəkildə 1400 il əvvəl təsvir edilən bir çox iman həqiqəti, ancaq son əsrin elmi sayəsində bir-bir aydın olmuşdur. Bu kimi mövzularda, quranin vəhy dövründə heç bir insan tərəfindən bilinməyən məlumatlarin quran ayələrində izah olmasi, quranin sözü olduğunu insanliğa bir dəfə daha açiq şəkildə göstərən əhəmiyyətli bir həqiqətdir.
Vicdan sahibi insan ətrafındakı hər şeyin bir iman dəlili olduğunu bilir. Dənizdəki ovunu tutmaq üçün suya doğru süzülən bir qağayının, torpaq üzərində gəzən kiçik bir qarışqanın, hər il kilolarca meyvə verən bir alma ağacının, tonlarla ağırlığına baxmayaraq səmada duran buludların, qısacası gözünü döndərdiyi hər yerdə gördüyü hər şeyin ’ın varlığının dəlilləri olduğunun fərqindədir. Ancaq Quran ayələrində, iman həqiqətlərinin dərinliklərinə qədər görülüb aydın ola bilməsi üçün iki əhəmiyyətli xüsusiyyətdən daha bəhs edilir: düşünmək və məlumat sahibi olmaq ...
Quran'da insanları davamlı olaraq göylərdə, yerdə və ikisinin arasındakı yaradılış dəlillərini, yəni iman həqiqətlərini düşünməyə dəvət edir:
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, ’ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə Surəsi, 164)
Quran'dakı bir çox ayəsində yaratdığı şeylər üzərində düşünərək bunlardan öyüd və ibrət almağımızı istəyir. Ətrafımızdakı canlı-cansız bütün varlıqlar bizim ın üstün yaratma gücünü, sənətini, elmini dərin-dərin təfəkkür etməyimiz üçün yaradılmışlar. Ayədə də bildirildiyi kimi bunların heç biri boşuna yaradılmamışdır. Bunlara əhəmiyyət vermədən keçmək və düşünməmək, ’ın ayələrindən üz çevirmək mənasına gəlir ki, mömin belə bir davranışdan şiddətlə çəkinməlidir. Necə ki, Quran'ın müxtəlif yerlərində, ’ın ayələrindən və yaradılışın dəlillərindən üz çevirənlərin, inkarçılar olduğu vurğulanır.
İnsanın dərinləşməsində, ’a yaxın olmağının parlamasında iman həqiqətləri üzərində davamlı düşünmənin əhəmiyyəti bir çox ayədə vurğulanır. Bir ayədə məsələn, möminlərin göylərin və yerin yaradılışı haqqında uzun-uzun düşündüklərindən bəhs edilir:
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali İmran Surəsi, 190-191)
Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki, onunla taxıl və digər bitkilər yetişdirək,
habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
(Nəbə surəsi , 14-16)
iman həqiqətlərinin düşünən insanlar üçün bir mənası olduğunu ifadə etmişdir. Ancaq burada düşünməkdən çox nəzərdə tutulan bəzi insanların sandığı kimi " nə qədər gözəl yaratmış" və ya "nə qədər möhtəşəm bir heyvan" kimi yalnız sözdə qalan əzbərlənmiş reaksiyalardan ibarət deyil. Edilməli olan uzun-uzun, dərin və əhatəli bir şəkildə ’ın yaratdıqları haqqında düşünmək, yaradılışdakı hikmət və incəlikləri təsbit etmək, beləliklə ’ın sonsuz elminə, qüdrətinə və sənətinə şahid olmaqdır.
Bunu edərkən istifadə edilən üsullardan biri isə, ətrafımızdakı varlıqlar, hadisələr üzərində sorğulama və müqayisə metodundan istifadə etməkdir. bir ayəsində, bu düşüncə sisteminin bir nümunəsini bizə belə öyrədir:
İçdiyiniz suyu gördünüzmü?
Onu buluddan siz endirirsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə Surəsi, 68-70)
Su, Dünya^'nın dörd bir tərəfini əhatə edən, hər zaman asanlıqla əldə edə bildiyimiz bir nemətdir. İnsanların böyük əksəriyyəti də həyatları boyunca hər gün içdikləri su haqqında bəlkə bir dəfə belə düşünməmişlər. Suyun varlığını və bizim ehtiyaclarımıza uyğun şəkildə olmasını, çox təbii, adi, üzərində düşünməyi tələb edən bir fakt olaraq görmüşdür. Halbuki, yuxarıdakı ayələrdə bildirildiyi kimi, əgər Allah istəsəydi, suyun fiziki və kimyəvi xüsusiyyətləri daha fərqli olardı və ya Dünya’nın atmosfer quruluşu və ya istiliyi daha fərqli olardı. O zaman "bulud" deyə bir şey olmazdı və bulud olmadığı halda da yer üzündə şirin su qaynaqları mövcud olmazdı. Bizə yalnız dənizlərin duzlu suyu qalardı ki, belə bir dünyada insanlıq, ya heç həyatını davam etdirə bilməzdi və ya çox çətin şərtlər altında, daimi bir su böhranı içində yaşayardı. Şirin su olmadığı üçün kənd təsərrüfatı da mümkün olmaz, bütün dünya səhralaşar və bu səbəbdən qıtlıq baş alıb gedərdi. Halbuki, Allah bizə şirin su qaynaqları vermiş, həm də bunları dünyanın demək olar ki, hər bölgəsinə çatdırmışdır. Bu həqiqət qarşısında əlbəttə Allah’a şükür etmək lazımdır.
Qoy insan yediyinə diqqət yetirsin bir az! Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. Habelə üzüm və yonca, zeytun və xurma ağacları..
(Əbəsə Surəsi, 24-29)
Ancaq göründüyü kimi, bu şükürü səmimi olaraq hiss edə bilmək üçün, əvvəlcə təkcə suyun özünün bir nemət olduğunun fərqinə varmaq lazımdır ki, bu da "düşünməyə" bağlıdır. Şübhəsiz, su üçün verdiyimiz bu nümunə, ətrafımızdakı bütün təbii varlıqlar, canlılar və hadisələr üçün də keçərlidir. Hamısı bizə Allah’dan bir nemətdir, amma bunu görə bilmək üçün əvvəlcə düşünmək, "əgər daha fərqli olsa nə olardı" deyə baxıb müqayisə etmək, Allah’ın hər şey üzərində nə qədər həssas ölçülər yaratdığını qavramaq lazımdır. Bir başqa ayədə, təbiət hadisələri üzərində düşünməyin, bunlar üzərində "ağıl istifadə" etməyin əhəmiyyəti bir daha belə açıqlanar:
Gecə və gündüzün bir-birini əvəz etməsində, Allah’ın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində ağlını istifadə edən insanlar üçün də dəlillər vardır. (Casiyə Surəsi, 5)
Ayədə keçən "ağlını istifadə edən" kəslər möminlərdir. Çünki ağıl, ancaq iman ilə qazanılan bir üstünlükdür; inkar edənlər isə ağıl kimi bir məziyyətdən məhrum olduqları üçün Allah’ın ayələrini fərq etməzlər, ətraflarındakı saysız dəlilləri görmədən keçərlər. Necə ki, göylərdə və yerdə saysız ayəni görməzlikdən gəlmək və bunların fərqində deyilmiş kimi davranmaq quranda bir müşrik xüsusiyyəti olaraq təsvir edilir:
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər.onların çoxu ancaq şərik qoşaraq Allah’a iman gətirir. (Yusif Surəsi, 105-106)
İman həqiqətlərini dərindən qavramaq üçün lazım olan ikinci xüsusiyyət isə, məlumata sahib olmaqdır. Ancaq burada əhəmiyyətli bir nöqtə vardır. Bir mövzunu iman həqiqəti olaraq görmək üçün mütləq o mövzunun ən təəccüblü istiqamətlərini bilib, bütün təfərrüatları haqqında geniş məlumata sahib olmaq lazım deyil. Ağıl sahibi hər insan ətrafına baxdığında bir fövqəladəlik olduğunu və hər şeyin bir yaradıcısının olduğunu dərhal anlayar. Bir böcək, məsələn, bir cırcırama görüncə onu bir yaradanın olduğunu bilir. Bunun bir iman həqiqəti olduğunu anlamaq üçün canlının sadəcə varlığı kifayətdir. Bu canlı haqqında öyrəniləcək ətraflı məlumatlar üzərində düşünmək isə imanı və şövqü artıracaq bir vəsilədir.
Bir az əvvəl verdiyimiz su nümunəsini xatırlayaq. Suyun həyatımız üçün əhəmiyyətini bilirik. Ancaq suyla əlaqədar əsas fiziki, kimyəvi və coğrafi məlumatlara sahib olduğumuzda suyun həyatımız üçün əhəmiyyətini daha yaxşı başa düşürük. Suyun xüsusiyyətlərini daha təfərrüatlı olaraq araşdırdığımızda isə, suyun donmasından, genişlənməsinə, axıcılıq dəyərindən kimyəvi xüsusiyyətlərinə qədər insan həyatı üçün ola biləcək ən uyğun ölçüylə yaradıldığını daha açıq şəkildə görərik. (bu mövzuda ətraflı məlumat üçün baxın. Harun Yəhya, Kainatın Yaradılışı, 1999) bu da təfəkkürdə dərinləşməyimizə və şükrümüzün artmasına vəsilə olar.
Şübhəsiz, son dərəcə məhdud məlumata sahib kiçik bir uşaq da, illərlə təhsil görmüş çox məlumatlı bir professor da, vicdan və səmimiyyətlə yaxınlaşdığında Allah’ın ayələrini asanlıqla görüb tanıyar. Ancaq insanın ətrafında görmədiyi varlıqları təfəkkür edə bilməsi üçün əlbəttə ki, dərin bir məlumata ehtiyacı vardır. Və ya ətrafında gördüyü bir şey də olsa, onu daha dərindən təfəkkür edə bilməsi üçün yenə onun təfərrüatlarını öyrənməsi lazımdır. Əks təqdirdə təfəkkürü müəyyən bir sərhəddə qalacaq, hətta bəzən səthi olacaq. Məsələn, kosmosdakı sistemlər haqqında heç bir məlumatı olmadan göyə baxıb təfəkkür edən bir insan ilə astronomiya məlumatı çox olan bir insanın təfəkkürü şübhəsiz ki, bir-birindən fərqli olacaq. Ya da insan orqanizmi, fiziologiyası və anatomiyası haqqında geniş məlumat sahibi olan bir kimsənin, insanın yaradılışındakı incəlikləri, möcüzələri fərq etməsi, bu mövzuda məlumatı olmayan bir kimsəyə görə çox daha dərin və sıx olacaq. Necə ki, Allah, məlumat sahiblərinin ağılla düşünmə və qavrama baxımından bilməyənlərdən üstün olduğuna ayələrində diqqət çəkir:
Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar. (Ənkəbut Surəsi, 43)
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır. (Rum Surəsi, 22)
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər Surəsi, 9)
Ancaq bunu təkrar xatırlatmaq lazımdır ki, tam "məlumat", onu şərh edəcək ağıl, vicdan və bəsirət olmadıqdan sonra insanı doğruya aparmaz. Ancaq səmimi və vicdanlı bir insanın sahib olduğu ətraflı məlumatlar, onun Allah’ı daha yaxşı tanıması və ona yaxınlaşması üçün əhəmiyyətlidir. Məhz bu səbəblə, bu gün elm və texnologiyadakı irəliləyişlərin də Allah’ın yaradılışındakı elmi, hikməti, sənəti və incəliyi daha yaxından görüb tanımaqda böyük faydası olur.
Hal-hazırda tibb, biologiya, astronomiya kimi elm sahələri sayəsində Allah’ın yaradılışındakı möcüzələr və gözəlliklər daha dəqiq və ətraflı şəkildə ortaya çıxmışdır. Bu məlumatları öyrənib, Allah’ın yaratdığı hikmətlər və gözəlliklər olaraq qiymətləndirən insanların, Allah’ın sonsuz qüdrətinə olan heyranlıqları artar.