İman Həqiqətlərinin Əhəmiyyəti

73 səhifə.

Quranda, Allahın varlığının, birliyinin və sifətlərinin qəti dəlilləri olan hadisələr və varlıqlar, "ayə" olaraq adlandırılarlar. Allahın ayələri, Quranda yazılı olduğu kimi xarici dünyada və insanın öz nəfsində də vardır. Quranda bu həqiqət, "Yer üzündə qəti olaraq iman gətirənlər üçün dəlillər vardır. Və öz nəfislərinizdə də. Yenə də görmürsünüzmü?" (Zəriyət surəsi, 20-21) ifadəsiylə vurğulanır.

Vicdanını istifadə edən bir insan, ətrafında gördüyü hər şeydə, özünə Allahı tanıdacaq saysız dəlil ilə qarşılaşar. Məsələn, palçıqlı torpaqdan çıxan rəngarəng, xoş qoxulu çiçəklər, ləzzətli tərəvəz və meyvələr, bu gözəlliklərin qəbul edilməsini təmin edən duyğu orqanları, içində bir çox kompleks sistemin uyğun bir şəkildə işlədiyi insan bədəni, dünyamızı işıqlandıran və isidən və bunun üçün bizə ən uyğun məsafədə və böyüklükdə yaradılmış olan Günəş, qupquru torpağı canlandıran yağış və kainatın hamısını əhatə edən bunlar kimi daha saysız dəlillər ...

Bunların hamısı "iman həqiqəti" dir. Yəni, insanı imana aparan və imanının artmasına vəsilə olan həqiqətlər, yaradılış əlamətləridir. Bu dəlillər üzərində dərin təfəkkür edən insan Allahın varlığını və böyüklüyünü açıq şəkildə görərək iman edəcək. İman edənlər isə, iman həqiqətləri sayəsində Allahı daha yaxından tanıyacaq, Ona duyduqları sevgi və qorxu daha da artacaq.

Bu kitabın məqsədi, insanların gözlərinin önündəki qəflət pərdəsinin qalxmasına köməkçi olmaqdır. Bunun üçün bütün kainatı əhatə edən iman həqiqətlərinin sıx şəkildə araşdırılıb insanlara çatdırılmasının əhəmiyyətindən bəhs olunur. Kitabda eyni zamanda bəzi İslam alimlərinin, iman həqiqətlərinin əhəmiyyəti haqqındakı fikirlərinə və bəzi nümunəvi iman həqiqətlərinə yer verilir. Həmçinin, Axırzamanda insanları ateizmə və dinsizliyə sürükləyən və ən böyük aldanış olan təkamül nəzəriyyəsinin batil təlimi qarşısında, iman həqiqətlərinin necə ən təsirli həll yolu olduğuna da toxunulur.


İman Həqiqətlərinin Əhəmiyyəti

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər