Kitab boyunca ifadə edildiyi kimi tarix ərzində bir çox müsəlman Allah yolunda etdikləri faydalı işlərin, Allahın tək bir ilah olduğunu izah etmələrinin qarşılığında inkarçı cəmiyyətlər tərəfindən həbslə cəzalandırılmışdır. Amma onların həbsdə olmalarının səbəbi cinayət işləmələri, qanunlara qarşı çıxmaları deyil. Müsəlmanların gözəl əxlaqı insanlar arasında hakim etməsindən və bu səbəbdən öz pis əməllərinin ortaya çıxacağından, pisliklərdən əldə etdikləri gəlir və mənfəətlərinin yox olacağından qorxanlar müsəlmanlara həmişə böhtanlar atmış, xalqı və rəsmi orqanları onlara qarşı qaldırmışlar.
Oxşar hadisələr Bədiüzzamanın həyatı boyunca da tez-tez təkrarlanmışdır. Özü və tələbələri Quran əxlaqını izah etmək üçün səmimi qəlbdən səy göstərən, mövqe və var-dövlət ehtirası olmayan, siyasətdən xüsusilə uzaq duran, imansızlıq axınlarına qarşı insanları Quranın təqdim etdiyi sülh və hüzur mühitinə dəvət edən, dövlətin bütövlüyünə və milli mənəvi dəyərlərinə zərər verənlərə qarşı mübarizə aparan kəslər olmalarına baxmayaraq həmişə əsassız və çirkin böhtanlarla ittiham edilmişlər. Bunun nəticəsində isə haqlarında istintaqlar açılmış və illərcə həbsdə tutulmuşlar. Hər dəfə isə günahsızlıqları aydın olmuş və heç bir cinayət işləmədikləri görülmüşdür. Ancaq bu əsnada saxlandıqları həbsxanalar onlar üçün hz. Yusif Mədrəsəsi olmuş, mənəvi dərəcələri, səmimiyyətləri, qətiyyətləri, bir-birlərinə olan bağlılıqları, ixlasları artmış və güclənmişdir.
Bədiüzzamanın məruz qaldığı tətbiqlər, ona atılan böhtanlar Quran ayələrinin bir təcəllisidir. Həyatı qısaca nəzərdən keçirildiyində belə Quranda qeyd olunan və saleh möminlərin qarşılaşdıqları hadisələrin çox bənzərlərini yaşadığı və bu hadisələrə qarşı Quranda xəbərləri verilən gözəl əxlaqlı möminlər kimi davrandığı açıqca görülə bilər. Bu səbəblə, Bədiüzzamanın həyatına qısaca baxmaq, bu günə nümunə olması baxımından da faydalı olacaq.
Səid Nursi yaxın keçmişimizdə yaşamış ən böyük İslam alimlərindən və fikir adamlarından biridir. 1873–cü ildə Bitlisin Hizan mahalına bağlı Nurs kəndində dünyaya gəlmiş, 1960-cı ildə Şanlıurfada vəfat etmişdir.
Gənc yaşda əldə etdiyi dini və dünyəvi elmlərdəki dərin məlumatı dövrün elm dairələri tərəfindən qəbul edilmiş, kiçik yaşdan etibarən diqqəti çəkən iti zəkası, güclü yaddaşı və üstün qabiliyyətləri səbəbiylə “dövrünün bənzərsiz gözəlliyi” mənasını verən “Bədiüzzaman” ləqəbiylə xatırlanmağa başlanmışdır.
Quran əxlaqı üçün heç bir xidmətdən qaçmamış, buna görə masonların və din düşmənlərinin bir çox ittihamı ilə qarşılaşmış, davamlı təzyiq görmüşdür.
Şərqi Anadolunun ən vacib ehtiyacı olaraq gördüyü təhsil problemini həll etmək üçün din və təhsil elmlərinin birlikdə tədris oluna biləcəyi və Mədrəsət-üz Zəhra adını verdiyi bir universitet qurulmasını təmin etmək üçün 1907-ci ildə İstanbula gəlmişdir. Dərin biliyi buradakı elm dairələrinə də özünü çox qısa müddətdə qəbul etdirmiş, müxtəlif qəzet və jurnallarda məqalələr dərc etdirmiş, azadlıq və məşrutə müzakirələrinə qatılmışdır. 1909-cu ildə 31 Mart hadisələrində sakitləşdirici bir rol oynamış, lakin haqsız ittihamlarla hərbi vəziyyət məhkəməsinə çıxarılmış və nəticəsində bəraət etmişdir.
Bu hadisədən sonra təkrar Şərqi Anadoluya qayıtmış, I Dünya Müharibəsində tələbələriylə milis qüvvə meydana gətirmişdir. Bədiüzzaman böyük fəallıq göstərdiyi I Dünya Müharibəsində Rusiyada əsir düşmüşdür. Üç il davam edən əsarət həyatının sonunda Sibirdəki əsir düşərgəsindən qaçaraq Leninqrad, Varşava, Vyana və Sofiya yolu ilə İstanbula gəlmişdir.
İstanbulda dövlət böyükləri və elm dairələri tərəfindən böyük bir maraqla qarşılanmışdır. Dar-ül Hikmət-i İslamiyyə üzvlüyünə təyin edilən Bədiüzzaman, buradan aldığı maaşla öz kitablarını dərc etdirərək pulsuz paylamışdır. İstanbulun işğalı əsnasında işğalçıların əsl niyyətlərini ortaya qoyan Hutuvat-i-Sittə adında xəbərdar edici bir broşura hazırlamışdır. Dövrün Şeyx-ül İslamına təzyiq edərək alınan “Anadoludakı hərəkətin üsyan olduğuna” dair fətvanı rədd etmiş, milli mübarizəni müdafiə etmiş və dəstək olmuşdur. Bu hərəkətləri Anadoluda qurulan Millət Məclisinin rəğbətini qazanmış və Ankaraya dəvət edilmişdir.
1922-ci ildə Ankaraya gəldiyində dövlət mərasimiylə qarşılanmışdır. Burada ona edilən Şərq Ümumi Vaizliyi, millət vəkilliyi və Diyanət İşləri Nazirliyi təkliflərini rədd etmişdir. Bəzi millət vəkillərinin İslama qarşı mənfi fikirlər daşıdıqlarını görüncə 10 maddəlik bir bəyannaməni məclis kürsüsündən təqdim etmişdir.
Şeyx Səid üsyanı çıxdığında, hadisəylə heç bir əlaqəsi olmadığı halda, Vanda inzivaya çəkildiyi mağaradan alınaraq Burdura, oradan da Ispartanın Barla mahalına aparılmışdır. 600.000-ə yaxın dərc olunmuş kitablarını burada yazmağa başlamışdır. Ömrünün sonuna qədər gördüyü işlərdən narahat olan kütlələr tərəfindən əziyyət görmüş, 1935-ci ildə Əskişəhər, 1943-cü ildə Dənizli, 1947-ci ildə Afyon və 1952-ci ildə İstanbul məhkəmələrinə çıxarılmış, Kastamonu və Emirdağda nəzarət altında tutulmuşdur. Həyatının təxminən 30 ilini həbsdə və ya sürgündə keçirmiş, Risalə-i Nur Külliyatını bu çətin şərtlərdə tamamlamağa çalışmışdır. Əsrinin ən gözəl Quran təfsiri olan Risalə-i Nur Külliyatını 1952-ci ildə tamamlamışdır. Risalə-i Nurlar 8 il davam edən Afyon Məhkəmələri nəticəsində Diyanət İşləri Məşvərət heyəti tərəfindən tək-tək araşdırılaraq imanı və İslami əsərlər olduğu və dərc olunmasında hər hansı bir təhlükənin olmadığına qərar verilərək bəraət etmişdir. Bəraətindən sonra Risalə-i Nur Külliyatı Adnan Menderesin təlimatıyla hərəkətə keçən Demokrat Partiya Isparta Millət vəkili Tahsin Tola tərəfindən yeni hərflərlə çap edilmişdir. Quran yolunda mübarizəylə keçən 87 illik həyatı 1960-cı ildə Şanlıurfada sona çatmışdır.
Bədiüzzamanın həyatının böyük bir hissəsinin həbsxanalarda, sürgündə, nəzarətdə keçməsi onun və tələbələrinin inanclarında nə qədər qərarlı və səbirli olduqlarını göstərmişdir. Dövlətin və millətin maraqları üçün xidmət etməyə özlərini həsr etmiş olmalarına baxmayaraq, bəzi kütlələr tərəfindən həmişə dövlətə zərər verməyə çalışmaqla günahlandırılıblar. Bu kütlələr böhtanları ilə, daim dövlətin və millətin faydasını düşünən bu insanları, xalqın gözündə zərərli insanlar olaraq göstərməyi və onları alçaltmağı məqsəd qoymuşlar. Məsələn, bu kütlələr sahib olduqları nəşriyyat orqanları və oxşar üsullarla Səid Nursi və tələbələrini gizli və dinə əsaslanan cəmiyyət qurmaq, rejimə qarşı çıxmaq və Respublikanın təməl ölçülərini yıxmağa çalışmaqla günahlandırmışlar. Bunun nəticəsində həbs edilərək Əskişəhər Ağır Cəza Məhkəməsinə çıxarılmaq üzrə Səid Nursi ilə birlikdə 120 Nur tələbəsi, o dövrün bəzi yazarlarının izah etdiyinə görə, “sanki qiyam çıxarmışlar kimi kamyonlarla əlləri qandallı olaraq” Əskişəhərə aparılmışlar.
Bu arada qeyd etməkdə fayda var ki, bütün bu hadisələr əsnasında Türk polisi və Türk əsgəri daim vicdanlı davranmış, Bədiüzzamana və Nur tələbələrinə qarşı səmimi və anlayışlı bir rəftar göstərmişlər. Bəzi dinsiz kütlələrin təhrikləri və yaratdıqları hiddətlənmə səbəbiylə onlar vəzifələrini yerinə yetirmək məcburiyyətində qalmışlar, amma haqqın yanında olduqlarını ifadə etməkdən də çəkinməmişlər. Məsələn, Bədiüzzaman və 120 tələbəsini Əskişəhərə aparmaq vəzifəsi tapşırılan hərbi dəstənin komandiri qandallarını açaraq ibadətlərini rahatca yerinə yetirmələri üçün onlara imkan yaratmışdır.
Bir başqa əhəmiyyətli İslam mütəfəkkiri olan Necib Fazıl Kısakürek “Son Dövrün Din Məzlumları” adlı kitabında Bədiüzzamanın və Nur tələbələrinin nəzarətə alınmaları ilə əlaqədar olaraq bunları ifadə etmişdir:
“Basqında Bədiüzzaman və tələbələrinə aid hər şey ələ keçdiyi halda, ortada ittihama səbəb ola biləcək heç bir şey yoxdur. Bu vəziyyətdə onu bəraət etdirməyərək edamlıq bir ittihamın təsəlli mükafatı kimi 15 tələbəsi ilə birlikdə həbsə məhkum edirlər ... 105 tələbə də bəraət qərarı alır”.27
Əskişəhər Məhkəməsi Bədiüzzamana, Quran-ı Kərimdən bəzi ayələri təfsir etdiyi üçün 11 ay həbs cəzası vermişdir. Əskişəhər həbsi zamanı Bədiüzzaman olduqca çətin günlər yaşamışdır. Onu ayrı bir hücrədə təcrid etmişlər və cür çətinliklər yaşatmışlar. Bu həbs əsnasında Bədiüzzamana tətbiq olunan rəftara bəzi nümunələr müxtəlif qaynaqlarda belə qeyd edilmişdir:
“120 tələbəsi ilə Əskişəhər həbsxanasında olan Səid Nursi tam bir təcrid içərisinə alınaraq, ona və tələbələrinə müxtəlif zülm və işgəncələr verilir. Tələbələrindən Zübeyir Gündüzalpın dediyinə görə 12 gün yemək verilmir”.28
“Onsuz da bizə edam məhkumu gözüylə baxırdılar. Heç bir ziyarətçi buraxmırdılar. “Siz də edam olunacaqsınız, bunlarla danışsanız” -deyirdilər. Gecələr çirkdən, taxtabitidən, hamam böcəklərindən yatmaq mümkün deyildi”.29
Əskişəhər həbsxanasından azad olan Bədiüzzaman Kastamonuda polis bölməsi qarşısında bir evdə ev dustağı cəzası verilmişdir. 8 il sonra gələn Dənizli Məhkəməsi 20 ay həbs cəzası vermiş, daha sonra Bədiüzzaman Emirdağa sürgün edilmişdir.
Bütün bu hadisələr əsnasında saysız işgəncə və əziyyətlərə məruz qalmış, dəfələrlə zəhərlənmişdir. Son dərəcə yaşlı və xəstə olan Bədiüzzaman, xüsusilə soyuq, rütubətli və havasız hücrələrdə tutulmuşdur. Həbsxana günlərindəki xatirələrini Səid Nursi belə izah edir:
“Çox sadə bəhanələrlə qışın ən şiddətli soyuq günlərində məni həbs edərək böyük və çox soyuq iki gün sobasız bir kamerada təcrid içində həbs etdilər. Halbuki mən kiçik otağımda gündə bir neçə dəfə soba yandırarkən və daim manqalımda atəş tutarkən, zəiflik və xəstəliyimdən çətinliklə dayana bilirdim”.30
Bədiüzzaman sözlərinin davamında, əvvəlki hissələrdə də bəhs etdiyimiz kimi, çəkdiyi bu çətinlikləri yüngülləşdirən təsəllinin məhkumların İslama girmələri olduğunu söyləyir.
Dini və mənəvi dəyərlərin yayılmasından məmnun olmayan kütlələr Səid Nursi üçün də həmişəki taktikalarını tətbiq etmişlər və Bədiüzzamanın xeyirli işlərini əngəlləmək üçün bütün xalqı və rəsmi orqanları ona və Nur tələbələrinə qarşı qızışdıracaq şəkildə bir qaralama kampaniyasına başlamışlar. Dövrün müxalif qəzetləri Bədiüzzaman və tələbələri əleyhinə təbliğat və uydurma yazılar nəşr etmişlər. Bəzi şəxslər, xəyali böhtan ssenariləri üçün pulla tutulmuşlar. Ancaq hər dəfə məhkəmələr Bədiüzzamanı və yoldaşlarını bütün bu günahlandırmalardan bəraət etdirmiş, uşaqların belə anlayacağı sadə və təcrübəsiz şəkildə atılan böhtanlara inananlar özlərini ictimaiyyət nəzdində alçaltmışlar.
Bu dairələrin təşkil etdikləri böhtan və hücumlar araşdırıldıqda demək olar ki, hamısının tarixdə möminlərin qarşılaşdıqları böhtanların bir oxşarı olduqları görülür. Ən başda “dini istismar edir” böhtanı olmaqla, “ətrafındakıları aldadır”, “azğındır”, “dəlidir”, “ona uyanlar cahil kəslərdir” ittihamları ... Bunlar Quranda dəfələrlə diqqət çəkilən, möminlərə yönəldilən böhtan və ittihamlardan bəziləridir.
Hər mömin Qurandakı, “Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər”. (Səba surəsi, 34) ayəsində də ifadə edildiyi kimi qövmün liderlərinin əks reaksiyasıyla qarşılaşmışdır və qarşılaşmağa davam edəcək. Bu, Allahın dəyişməyən bir qanunudur və bu davranışlara məruz qalmaq möminlərin doğru yolda olduqlarının açıq dəlilidir.
Quranın yüzlərlə ayəsində izah edilən bu ittiham və təzyiqlərin Bədiüzzaman Səid Nursi və tələbələrinin həyatlarında da təcəlli etməsi, izlədikləri yolun doğru və apardıqları mübarizənin təsirli olduğunun açıq bir göstəricisidir. Bu hadisələrlə, Quran əxlaqı yolunda mübarizə aparan bütün möminlər qarşılaşacaqlar. Allah bu həqiqəti bir ayəsində belə bildirmişdir:
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? ... (Bəqərə surəsi, 214)
Müxtəlif çətinliklər, zülmlər və ittihamlarla keçmişdə yaşamış saleh möminlərin və peyğəmbərlərin də qarşılaşması şübhəsiz bütün müsəlmanların ibrətlə üzərində düşünməli olduğu bir mövzudur. Məhz bu səbəblə, Bədiüzzaman Səid Nursiyə edilən saysız qaralama və hücumdan və hiylələrdən, Quran ayələri ilə birlikdə bəzi nümunələr vermək bütün müsəlmanlar üçün faydalı olacaq.
Bədiüzzamana yönəldilən ən böyük ittihamlardan biri, həyata keçirdiyi fəaliyyətlərdən, maddi və mənəvi mənfəət əldə etmək, üstünlük və ya pul arxasınca qaçmaq istədiyinə istiqamətli böhtandır. Dünyadan heç bir gözləntisi olmayan, heç bir malı mülkü olmayan, öz deyimiylə “özünü bəyənməməyi özünə peşə götürən” və son dərəcə təvazökar bir həyat yaşayan Bədiüzzamana tələbələrindən pul sızdırmaq, liderlik ehtirasını təmin etmək kimi bəsit böhtanlar atılmışdır. Ayələrdə möminlərin bu cür böhtanlara məruz qaldıqlarını görərik:
Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir” ... (Muminun surəsi, 24)
Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”. (Yunis surəsi, 78)
Əlbəttə Səid Nursi bütün müsəlmanlara nümunə olan həyatı və geridə buraxdığı əsərləri ilə bu böhtanın tamamilə əsassız və uydurma olduğunu sübut etmişdir.
Bədiüzzaman kimi böyük bir İslam alimini dinləyən, ondan istifadə etməyə çalışan tələbələri haqqında da onların əleyhinə təbliğat aparılmışdır. Bədiüzzamanın tələbələrini sadəlövhlüklə, ağılsızlıqla, kor-koranə bağlı olmaqla günahlandıranlar, keçmişdə yaşayan inkarçılarla eyni düşüncəni daşıdıqlarını göstərmişlər. Quranda keçmişdə yaşamış inkarçıların da özlərini doğru yola dəvət edənlərə belə söylədikləri bildirilir:
Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud surəsi, 27)
Və Allah bu dünya həyatının cazibədar bəzəklərinə aldanaraq dindən uzaqlaşan və möminləri “zəif ağıllı” olaraq xarakterizə edənlərə Quranda belə bir cavab verir:
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)
Tarixdə möminlərə edilmiş olan hücumların ən əhəmiyyətlilərindən biri “dəlilik” iftirasıdır. İslam əxlaqının yayılması üçün mübarizə aparan Bədiüzzaman Səid Nursi də eyni ittihamlarla bir çox dəfə qarşılaşmışdır. Quranda möminlərə yönəldilən dəlilik iftirası bəzi ayələrdə belə bildirilir:
Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” (Şuəra surəsi, 27)
Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər. (Qamər surəsi, 9)
Bədiüzzamanın həyatında bu mövzuda yaşanmış çox dəqiq bir nümunə vardır: 1908-ci ildə dini mövzularda müzakirələrə qoşulduğu üçün Ulduz Hərbi Məhkəməsinə göndərilmiş və burada iki yəhudi, bir romalı, bir erməni və bir türk həkimdən ibarət heyət ona “əqli çatışmazlıq” diaqnozu vermişdir. Daha sonra köçürüldüyü ağıl xəstəxanasındakı həkim isə Bədiüzzamanın onunla danışığından sonra “Bu adamda dəlilik varsa, dünyada ağıllı yoxdur” -demişdir. 31
Bədiüzzaman bundan sonra da bəhsi keçən kütlələrin təsiri altında olan nəşrlərdə tez-tez dəlilik ittihamı ilə qarşılaşmışdır.
Ancaq Bədiüzzamanın böyük bir mütəfəkkir olduğunu, zəkasını, ağlını, fərasətini, bəsirətini, səmimiyyətini ona dost və düşmən olan hər kəs bilir. Arxasında buraxmış olduğu iman həqiqətlərini və Quranın həqiqətlərini səmimi və ağıllı bir üslubla qələmə aldığı böyük əsəri də onun əsl xarakterinin göstəricisidir.
Din əxlaqından uzaq insanlar hər zaman insanları doğru yola çağıran, bu mövzuda öndə gedən kəsləri digər inananları aldatmaqla, yalan söyləyərək doğru yoldan ayırmaqla günahlandırmışlar. Əsl doğru yoldan ayrılanlar özləri olduqları halda, Allahın nazil etdiyi kitablara uyanları bu şəkildə ittiham etmələri, onların əslində dinin özünə qarşı mübarizə başlatdıqlarının da bir göstəricisidir. Quranda inkarçıların bu böhtanları belə bildirilir:
Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər. (Taha surəsi, 63)
Bədiüzzamana qarşı edilən ittihamlardan biri də onun İslamdan kənar azğın bir inancı müdafiə etdiyi şəklindədir. Bədiüzzamanın Quran və Sünnəyə uymadığı, özünə görə bir din uydurduğu şəklindəki təxribatların məqsədi xalqı və mövzunun təfərrüatını bilməyən bəzi dindar kütlələri onun əleyhinə qaldırmaqdır. Bu ittihamın eynisinin keçmişdə yaşamış olan möminlərə də yönəldildiyi Quran ayələrində belə xəbər verilir:
Xalqının zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!” (Əraf surəsi, 60)
Bunun üçün Bədiüzzamanın bəzi rəftarları qəsdən səhv şərh olunaraq əleyhinə təbliğat üçün istifadə edilmişdir. Bədiüzzaman bir məktubunda “Gizli bir komitənin təhriki ilə bəzi saf hocaların” öz əleyhinə danışdıqlarını və “Səid cümə camaatına gəlmir, saqqal saxlamır” şəklində özünü günahlandırdıqlarını bildirmişdir.32 Buna baxmayaraq Bədiüzzaman bu təxribat tərzindəki iddialara qarşı hər zaman lazımlı izahlar vermişdir və ittihamların əsassızlığı aydın olmuşdur.
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər” (Nuh surəsi, 21-22)
Nuh Peyğəmbərin də ifadə etdiyi kimi, tarix boyunca, inkarçılar möminləri dayandırmaq üçün müxtəlif yollara əl atmışlar. Sui-qəsd təşkil etmək və böhtan atmaq bunun ən diqqətə çarpan nümunələrindəndir. Bədiüzzaman da bu üsulla tez-tez qarşılaşmışdır.
Bu sui-qəsdlərin nümunələrindən biri “Bilinməyən tərəfləriylə Bədiüzzaman Səid Nursi” adlı əsərdə izah edilir. Buna görə sui-qəsdə qatılanlardan biri bir içki dükanında “Səidin xidmətçisi Səidə rakı aldı” -deyə yazar. Daha sonra içki dükanındakı sərxoşlara kağızı imzalatmağa çalışar.33 Bu sui-qəsddə məqsəd, Bədiüzzamanı əsassız böhtanlarla günahlandıraraq, müsəlman xalqın qarşısında gözdən salmaq, dini istiqamətdən səmimiyyətsiz olduğu imicini yaratmaqdır.
Bu əsassız böhtanların bir başqa nümunəsini Bədiüzzaman bir məktubunda izah edir. Öz deyimiylə “rəsmi məqamı işğal edən bir adam şeytanın belə ağlına gəlməyəcək bir böhtan atmış” və gecələri Bədiüzzamanın səhərə qədər şənlik etdiyini və yenə Bədiüzzamanın ifadəsiylə “Tavalarla paxlavalar yeyildiyini, fahişə və namussuzların Bədiüzzamanın evinə girib-çıxdığını” söyləmişdir. Buna qarşı Bədiüzzaman belə cavab vermişdir:
“Halbuki mənim qapım gecə çöldən və içəridən kilidli idi və səhərə qədər bir gözətçi o bədbəxtin (böhtan atan adamın) əmri ilə qapımı gözətləyirdi”.34
Göründüyü kimi bu kəslər, xalqı Bədiüzzamandan soyutmaq üçün fahişəliklə, içkiylə günahlandıracaq qədər hiyləgər tələlər hazırlamışlar. Lakin unutmamaq lazımdır ki, Allah Quranda bu tərz tələlərin inananlara bir zərər verə bilməyəcəyini və hər şeyin nəticəsinin möminlərin xeyirinə olacağını belə müjdələmişdir:
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər. (Rad surəsi, 42)
Bədiüzzaman da özünə yönəldilən bütün bu ittihamlardan təmizlənmiş, bu əsassız böhtanları atanlar isə öz-özlərini gözdən salmışlar.
Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. Şueyb dedi: “Hətta nifrət etmiş olsaq belə?” (Əraf surəsi, 88)
Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!” (Şuəra surəsi, 167)
Allah yuxarıdakı ayələrdə olduğu kimi bir çox ayəsində möminlərin yaşadıqları yerlərdən sürgün edildiklərini bildirmişdir. Bədiüzzamanın həyatında ən çox qarşılaşdığı cəzalardan biri də sürgündür. Bu mübarək insanın apardığı mübarizəni fikirlə susdura bilməyən masonlar və digər bunun kimi müxtəlif kütlələr, çarəni onu uzaq yerlərə sürgün etməkdə tapmışlar. Bədiüzzaman ardıcıl olaraq Barlaya, Kastamonuya, Emirdağa və İspartaya sürgün edilmişdir.
Qəsəbələrdə, kəndlərdə, ən ucqar yerlərdə min bir çətinlik içində zorla saxlanılmış, kimləsə görüşməməsi üçün, bəzən olduğu kəndə kənardan giriş qadağan edilmişdir. Ölümündən iki gün əvvəl çox xəstə ikən gəldiyi Urfadan belə sürgün edilmək istənmişdir. Şagirdlərinin və bəzi vicdan sahibi kəslərin israrları nəticəsində son anda sürgün edilməkdən xilas olmuş və bu hadisədən sonra vəfat etmişdir.
Bədiüzzamanı və tələbələrini dayandırmaq üçün istifadə edilən üsullardan biri də, bu saf insanların arasına ikiüzlü kəslərin soxulmasıdır. Bu kəslərin vəzifəsi Bədiüzzaman və tələbələriylə əlaqədar fəaliyyətləri din düşmənlərinə bildirmək və daha sonra bu kütlələrin təsiri altındakı mətbuatda bu insanlar haqqında əleyhinə yazılar çıxmasını təmin etməkdir.
Bunun nümunələrindən biri 1964-ci ildə “Cumhuriyet”də nəşr olunan “İnanc istismarçıları” adlı yazılardır. Özünü dindar olaraq göstərib, Nur tələbələri arasına sızan, dəfələrlə Bədiüzzamanın yanında olan Yılmaz Çetiner adlı şəxs, daha sonra bu mömin birliyi haqqında ağlasığmaz böhtanlar ortaya atmışdır. Bədiüzzaman bir sözündə aralarına girən bir casusu bu şəkildə izah edir:
“Həm bir hiyləgər casus adam Risalə-i Nur tələbələri əleyhinə çalışırdı ki, onları həbsə atdırsın. Bir gün sərbəst olaraq- “Mən bir ipucu tapa bilmədim ki, bunları həbsə atam. Əgər bir ipucu tapsam, onları həbsə atacağam” -deyə elan etdiyi vaxtdan iki gün sonra bir iş görüb, Risalə-i Nur tələbələri yerində ikən, o adam iki il həbsə girdi”. 35
Bədiüzzaman, özünə qarşı təşkil edilən bütün bu sui-qəsd, hücum və iftiralara baxmayaraq apardığı mübarizədən heç bir güzəştə getməmişdir. Ona edilənlər onun və tələbələrinin şövqünü və qətiyyətini artırmaqdan başqa bir şeyə yaramamışdır. Quranda vəd edildiyi kimi inkar edənlərin hiylələri boşa çıxmışdır. Allah inkarçıların hiylələrinin boşa çıxacağını ayələrində belə bildirir:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. (Saffat surəsi, 171-172)
Bədiüzzaman tarix boyunca Allah yolunda zülm görmüş səmimi möminlərdən biridir. Ancaq bilinməlidir ki, bir möminin həyatı boyunca qarşılaşdığı hər çətinlik, hər əziyyət, eşitməkdən xoşlanmayıb amma eşitdiyi hər söz və hər böhtan o möminin xeyrinədir. Mömin bütün bunlara səbir göstərib, təvəkkül etdikcə onun cənnətdəki məkanı daha da genişlənər, daha da gözəlləşər, məqamı daha da artar. Dünyada isə Allah möminlərə üstünlük vəd etmişdir. Bu səbəblə inkarçılar nə qədər çalışsalar da etdikləri boşa gedər. Hətta onlara cəhənnəm əzabı olaraq geri qayıdar.
Bədiüzzamanın yanında İmam-ı Azam, İmam-ı Ahmed, İbn-i Hanbel kimi İslam böyükləri də başda hz. Yusif Mədrəsəsi olmaqla bir çox çətinlik, işgəncə və zülmə məruz qalmışlar, “həbs edilərək”, “sürgün edilərək”, “təzyiq altına alınaraq” əngəllənməyə çalışılmışlar. Bədiüzzaman, hz. Yusif Mədrəsəsində olan və müxtəlif çətinliklərə sinə gərən İslam alimləri üçün belə demişdir:
“Həm ürəyimə gəldi ki, madam İmam-ı Azam kimi ən böyük müctəhidlər həbs çəkmiş və İmam-ı Ahmed ibn Hanbel kimi bir böyük mücahidə, Quranın bir tək məsələsi üçün həbsdə bir çox əzab verilmiş. Və şikayət etməyərək tam bir səbir ilə qərarlı olub o məsələlərdə sükut etməmiş. Və bir çox imamlar və alimlər, sizlərdən çox-çox əzab verildiyi halda, tam bir səbir içində şükür edib sarsılmamışlar. Əlbəttə sizlər, Quranın bir çox həqiqətləri üçün çox böyük savab və qazanc aldığınız halda bir az zəhmət çəkdiyinizdə minlərlə təşəkkür etmək borcunuzdur”.36
27 Necip Fazil Kisakürek, Son Devrin Din Mazlumları, s. 223
28 Necmettin Şahiner, Bilinmeyen Taraflarıyla Bediüzzaman Said Nursi, Kronolojik Hayatı, Nesil Matbaacılık A.Ş., 13. baskı, s.315
29 Necmettin Şahiner, Son Şahitler Bediüzzaman Said Nursi’yi Anlatıyor, cilt 2, s.21
30 Bediüzzaman Said Nursi, Risale-i Nur Külliyatı, Yirmialtıncı Lema, s.258
31 Bilinmeyen Taraflarıyla Bediüzzaman Said Nursi, s. 89-95
32 Bediüzzaman Said Nursi, Risale-i Nur Külliyatı,Emirdağ Lahikası, s.48
33 Bilinmeyen Taraflarıyla Bediüzzaman Said Nursi, s.346
34 Bediüzzaman Said Nursi, Risale-i Nur Külliyatı, Tarihçe-i Hayat, s.451
35 Bediüzzaman Said Nursi, Risale-i Nur Külliyatı, Kastamonu Lahikası, s. 217
36 Bediüzzaman Said Nursi, Risale-i Nur Külliyatı, Yirmialtıncı Lema, s. 265