İnsanları yalnız Allaha qulluq etməyə və gözəl əxlaqlı olmağa çağıran səmimi müsəlmanlar üçün heç bir cinayətləri olmadığı halda bəzən yaşamaq məcburiyyətində buraxıldıqları həbsxanalar mənəvi baxımdan çox gözəl bir təhsil və nəfsi tərbiyə yeridir. Digər bir sözlə, möminlər üçün həbsxanalar mədrəsə hökmündədirlər.
Bu mədrəsələrin Yusif adıyla anılmalarının səbəbi isə, -Quranda bildirildiyi üzrə- Allaha imanı və gözəl əxlaqı ilə tanınan hz. Yusifin günahsız yerə həbs edilmiş olmasıdır. Hz. Yusif özünün günahsız olduğuna dair dəlillərin açıq-aşkar ortada olmasına baxmayaraq, Allahın dinini izah edən bir insan olduğu üçün böhtana uğramış, sonra həbsə atılmış və illərlə həbsdə qalmışdır. Bu hadisələr əsnasında başına hər gələnin Allahdan bir xeyir olduğunu bilmiş, həbsdə belə təbliğ vəzifəsinə davam edərək digər məhkumlara Allahın varlığını və gözəl əxlaqı izah etmiş, həbs həyatı boyunca əsla şikayət etməmişdir. Məhz onun bu rəftarı, özündən sonra gələn bütün möminlərə də gözəl bir nümunə olmuşdur.
Hz. Yusifdən başqa İmam-ı Azam, İmam-ı Ahmed İbn Hanbel və yaxın tariximizdən Bədiüzzaman Səid Nursi, Süleyman Hilmi Tunahan və Gönenli Mehmet Əfəndi kimi İslam böyükləri də müxtəlif böhtanlara məruz qalmış, saxta dəlillərlə əleyhlərinə hiylələr qurulmuş və bu böhtanlardan ötrü də həbslə cəzalandırılmışlar. Bu qiymətli İslam böyükləri də eynilə hz. Yusif kimi başlarına gələn sıxıntı və çətinliyi özləri üçün bir nemət bilmiş və axirətdəki qarşılığını düşünərək sevinmişlər. Həbs həyatındakı çətinliklərin özləri üçün mənəvi bir təhsil, bir növ inzivaya çəkilmə olduğunu düşünərək həbsdə deyil, Mədrəsə-i Yusifiyədə olduqlarını qəbul etmişlər.