İkinci Kitab: Risaləi Nurda Batıni Təfsir Təhlükəsi
Yaxın tarixin ən böyük İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi Həzrətlərinin yazdığı Risaləi-Nur Külliyyatı, yüz minlərlə insanın hidayətinə vəsilə olan çox əhəmiyyətli əsərlərdir. Bədiüzzamanın səmimi üslubu, təfəkkürləri və hikmətli izahatı, hər oxuyan üçün əhəmiyyətli bir yol göstərici və hidayət rəhbəri olmuşdur. Risaləi Nurların geniş kütlələr üzərindəki bu səmimi təsiri çox açıq şəkildədir. Hər biri olduqca səmimi nümunələrlə qələmə alınmış olan bütün bu mövzuların izahatındakı sadəlik və səmimiyət hər cəhətdən insanın asanlıqla başa düşəcəyi şəkildədir.
Ancaq bütün bu üstün xüsusiyyətlərinə baxmayaraq bəziləri, Bədiüzzamanın əsərlərinin başa düşülməsi üçün təfsirə ehtiyacı olduğunu bildirərək əlbətdə ki səhv bir qənaətə gəlirlər. Risalələrdə şifrəli və kompleks bir izahat olduğu, tək oxumaqla aydın ola bilməyəcəyi və bu şifrələri də ancaq bu mövzuda məlumata sahib olan müəyyən kəslərin açıqlaya biləcəklərini düşünülər. Bədiüzzamanın açıq izahatının arxasında bir də batını məna gizləndiyi, buna görə də Bədiüzzamanın izah etmək istədiyi həqiqətlərin də ancaq batını təfsir ilə aydın ola biləcəyi bildirilir. Belə bir münasibət bəzən elə bir dərəcəyə gəlib çıxır ki, Bədiüzzamana böyük bir sevgi və hörmət edən kəslər belə, Bədiüzzamanın dediklərinin aydın ola bilməsi üçün "Risalələrdəki sözlərinin kafi olmayacağını" düşünürlər. Bu sözləri, yalnız xüsusi sirlərə vəqf (sahib olan), xüsusi təfsir gücünə malik olan, xüsusi qabiliyyətlərə və hisslərə sahib olan bəzi xüsusi kəslərin "batını təfsir" edərək anlaya biləcəklərini fikirləşirlər.
Risalələr mövzusundakı bu münasibət xüsusilə də Bədiüzzamanın axır zaman və Hz. Mehdi (ə.s)-a aid şərhlərində gündəmə gəlir. Bədiüzzamanın və onun qələmə aldığı Risaləi-Nur Külliyyatının Mehdilik vəzifəsini öz üzərinə götürdüyünü düşünən kəslər, Bədiüzzamanın xüsusilə də bu mövzunu rədd edən şərhlərini qəbul etməkdən boyun qaçırırlar və bu sözləri müxtəlif şəkillərdə şərh etmə üsuluna ə atırlar
Şübhəsiz, bu vəziyyət bəhs etdiyimiz düşüncə ilə hərəkət edən kəslərin bəzi mövzularda bəzi narahatlıqlar keçirtdiklərindən qaynaqlanır. Yoxsa Bədiüzzamanın Risalələrdə yazdığı hər bir sözünün nə qədər hikmətli və aydın olduğu açıq və bəlli olan bir həqiqətdir. Hər sözü həqiqətləri ehtiva edən bu Risalələr, Bədiüzzaman Səid Nursi həyatda ikən nəşr olunmuşdur. Bədiüzzaman əsərlərini şəxsən özü təshih etmiş (yazmış, düzəltmiş) və şəxsən özü üzərində düzəlişlər etmişdir. Bu əsərləri qələmə alan Bədiüzzaman, milyonlarla adamın bu mövzuları əsərlərindən öyrənəcəyini bilərək, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərindəki mənaları ümmətinə nəql edərkən şübhəsiz, həmişəki kimi zərrə qədər də olsun həqiqətlərdən, düzgünlükdən kənara çıxmamışdır. Nəyin doğru, düzgün olduğunu düşünübsə və həqiqi qənaəti nə olmuşdusa onları da yazmışdır. Bu səbəblə əsərləri əsl həqiqətləri əks etdirir. Bədiüzzaman, "bir Risaləi-Nur tələbəsi olaraq mən də bunlara tabeyəm" deyərək, həyatda olduğu müddət ərzində əsərlərində yazdıqlarının düzgünlüyünü dəfələrlə təsdiq etmişdir. Bütün bunlarla yanaşı Bədiüzzaman, əsərlərində sözlərinin bir daha təfsir edilməsinə qarşı olduğunu açıq şəkildə bəyan etmişdir. Əgər Risalələr ikinci dəfə təfsir edilərsə, sözlərini əsl mənasından uzaqlaşdıraraq, mənasını itirməsini və səhv izahatlara səbəb olacağını ifadə etmişdir. Buna görə, bütün bunlara baxmayaraq, yaşadığı əsrin mücəddidi (yeniləşdirən) olan Bədiüzzaman Səid Nursi kimi böyük bir İslam aliminin əsərlərinin aydın ola bilmədiyini, buna görə də yığcam bir şəkildə qələmə almış olduğu, açıq-aşkar sözlərinin yenidən təfsir edilməsinin lazım olduğu istiqamətindəki fikirlər həm səhvdir, həm də Bədiüzzamanın şəxsən özünün istifadə etdiyi ifadələri ilə tamamilə ziddiyyət təşkil edir. Belə bir münasibət, böyük bir mücəddidin əsərlərinin hamısından şübhə edilməsinə gətirib çıxaracaq və təhlükəli bir cəhd olacaq. Unutmaq lazım deyil ki, böyük mücəddid Bədiüzzamana qarşı göstəriləcək həqiqi sevgi və hörmət, onun böyük bir səmimiyyətlə qələmə aldığı əsərlərinə sahib çıxmağı, onun həqiqətdə demək istədiklərini tam anlayıb onu dəstəkləməyi tələb edir.
Bu kitabın məqsədi də bu istiqamətdə "batın təfsirçiliyi" mövzusunu ələ almaq, bu düşüncə ilə edilən təfsirlərin səhvini və Bədiüzzamanın izahlarıyla nə qədər ziddiyyət təşkil etdiyini şəxsən Bədiüzzaman Səid Nursinin sözləriylə bildirməkdir. Belə bir üsulun necə nəticələrə yol aça biləcəyini, Risalələr və Bədiüzzamanın sözlərinə necə zərər verə biləcəyini xatırlatmaqdır.