Birinci Kitab: Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri

Giriş

Peyğəmbərimizin (s.ə.v) hədislərində qiyamətə yaxın bir zamanda yaşanacaq olan axır zaman haqqında çox detallı məlumatlar və işarələr mühüm yer tutur. Peyğəmbərimizin (s.ə.v) verdiyi məlumatlara görə, bu dövrdə bir-birinin ardınca bir çox əhəmiyyətli hadisələr reallaşacaq.

Axır zamanın əvvəllərində dünyada böyük bir pozulma və qarışıqlıq hökm sürəcək, ikinci mərhələdə isə həqiqi din əxlaqının yaşanmasıyla birlikdə yer üzündə barış və əmin-amanlıq hakim olacaq.

Hz. Mehdinin axır zamanda göndəriləcəyi, Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnmiş, Müsəlmanları zülm və çətin mühitdən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, əmin-amanlıq, xoşbəxtlik və rifah gətirəcək olan müqəddəs bir şəxsdir. Peyğəmbərimizdən (s.ə.v) nəql olunan səhih hədislərə görə Hz. Mehdi, müxtəlif xurafatlarla, batil inanc və tətbiqlərlə əslindən uzaqlaşdırılmış olan dini, əsl əvvəlki (Peyğəmbərimizin dövründəki) halına gətirəcək, Hz. İsa ilə görüşəcək, Allahın icazəsiylə yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.

Bu xəbər iman edənlərin şövq və həyəcanını artıran çox böyük bir müjdədir. Peyğəmbər Əfəndimizin (s.ə.v) hədisləriylə birlikdə, İslam alimləri də, yaşadıqları dövrlərdən günümüzə qədər gəlib çatmış əl yazması olan əsərləriylə, o zamandan bu günə, bu böyük müjdənin şövq və həyəcanını daşımışlar, inananlar üçün bu mövzunun canlı tutulmasına və təqibinə vəsilə olmuşlar. Hal-hazırki dövrdə ortaya çıxan əlamətlər bizə, Hz. Mehdinin çıxışının yaxın olduğunu göstərir. Hansı ki, yaşadığımız illərdə yer üzündə baş verən qarışıqlıq, zülm, terror və müharibələr, fitnələr, qıtlıqlar və zəlzələlər Hz. Mehdinin çıxış əlamətlərindəndir.

Əlinizdəki kitabça iki hissədən ibarətdir. Birinci hissədə Hz. Mehdinin Çıxış Əlamətlərinə yer verilmişdir. İkinci hissədə isə Hz. Mehdinin Xüsusiyyətləri bildirilmişdir.

Şübhəsiz ki, mövzu haqqında öyrəniləcək hər yeni məlumat Müsəlmanların həyəcanını artırmağa vəsilə olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Kitab 1: Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri Giriş
  • K1 Hissə 1: Hz. Mehdinin Çıxış Əlamətləri (1/2)
  • K1 Hissə 1: Hz. Mehdinin Çıxış Əlamətləri (2/2)
  • K1 Hissə 2: Hz. Mehdinin Xüsusiyyətləri (1/2)
  • K1 Hissə 2: Hz. Mehdinin Xüsusiyyətləri (2/2)
  • K1 Nəticə
  • Kitab 2: Risaləi Nurda Batıni Təfsir Təhlükəsi-Giriş
  • K2 Hicri XIII Əsrin Böyük Mücəddidi Bədiüzzaman Səid Nursi
  • K2 Yanıldıcı Bir Axın "Risaləi Nurda Batın Təfsirçiliyi"
  • K2 Batin Təfsirçiləri Risaləi Nuru Necə Şərh Edirlər? Axir Zaman və Mehdiyət Mövzusunda Edilən Batini Təfsirlər Nələrdir? Bədiüzzaman Nə Deyir? Təfsirçilər Nə Deyirlər? (1/2)
  • K2 Batin Təfsirçiləri Risaləi Nuru Necə Şərh Edirlər? Axir Zaman və Mehdiyət Mövzusunda Edilən Batini Təfsirlər Nələrdir? Bədiüzzaman Nə Deyir? Təfsirçilər Nə Deyirlər? (2/2)
  • K2 Bədiüzzamanin Risalələrin Təfsir Edilməsinə Münasibəti Nədir? Bədiüzzaman Həyatda İkən Risalələrin Təfsir Ediməsinə İcazə Vermişdirmi?
  • K2 Nəticə