İkinci Kitab: Risaləi Nurda Batıni Təfsir Təhlükəsi
Hər təqva sahibi olan mömin "Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə öndər (imam) et!”" (Furqan Surəsi, 74) ayəsinin hökmünü əsas götürərək, inananlara "öndərlik etmək" yəni imam olmaq istəyə bilər.
Bir şəxs Müsəlmanları birləşdirirsə, onların başına keçərək, Allahın icazəsi ilə Müsəlmanları düşdükləri sıxıntı və çətinliklərdən qurtarıb, hüzur, ədalət, bolluq və rifaha qovuşdurursa bu adama nə deyildiyi əhəmiyyətli deyil. O şəxsə istər bir lider, istər birləşdirici deyilsin, o Hz. Mehdinin ən böyük əlaməti olan işi yerinə yetirmiş olacaq. Bu səbəblə, "yalnız ona xas olan işləri kim yerinə yetirsə, Mehdi odur" şəklindəki yanaşma və hüsnü zənn düzgün olar. Burada əhəmiyyətli olan, belə tarixi və müqəddəs bir vəzifənin yerinə yetirilməsidir. Bu səbəbdən Müsəlmanlara Altınçağı yaşadacaq şəxsin adı nə olursa olsun, onun Mehdi olması ümid edilər və Peyğəmbərimiz (s.ə.v)-dan 1400 il sonra bunları bacaracaq adam üçün də "hərhalda Odur" deyə düşünülə bilər.
Bədiüzzaman da əsərlərində, gələcəyi hədislərdə dəqiq olaraq açıqlanan Hz. Mehdinin çıxışı, müjdələnilməmiş olsaydı belə, gəlməsinin adətullaha (Allahın kainatda qoyduğu u dəyişməz hökmlərə) uyğun olduğunu bu şəkildə ifadə etmişdir:
Hər şeyə gücü çatan Allah, Hz. Mehdi ilə İslamın üstündəki qaranlığı dağıda bilər. Və vəd etmişdir, vədini də əlbəttə ki yerinə yetirəcək.Bu Qüdrəti İlahiyyə (Allahın gücü, qüdrəti) ilə çox asandır. Əgər dairəi əsbab (səbəblər əsasında) və hikməti Rəbbaniyə (Allahın diləməsi) ilə düşünülsə, yenə o tale məqbul və hadisəyə (reallaşmağa) layiqdir ki, əgər müxbiri Sadiqdən (doğru sözlü olan Peyğəmbər (s.ə.v)-dan) rəvayət olmasa belə, hərhalda elə olmaq lazımdır. Və olacaqdır deyə əhli təfəkkür (təfəkkür əhli, alimlər) hökm edər." (Mektubat, s.411-412)
Həm də bu vəziyyət yalnız Hz. Mehdi üçün deyil, Hz. İsa üçün də keçərlidir. Xristianlıq dinini xurafatlardan təmizləyib, həqiqi halına dönməsinə vəsilə olan bir şəxs, eyni zamanda Xristianlığın Qurana tabe olmasına, iki dinin mənsublarının ittifaqlarına vəsilə olsa və ana atası da olmasa, bu şəxsin də Hz. İsa olması ümid edilə bilər. Nəticə olaraq bu mübarək şəxslər Allahın icazəsi ilə gələcək və talelərində olanı yerinə yetirərək İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaqlar.
Bədiüzzaman da, Allahın bu adətullahını bilərək əsərlərində Hz. Mehdinin çıxışı və İslam əxlaqının dünya hakimiyyətinə vəsilə olması mövzusunda heç bir şübhəsi olmadığını ifadə etmiş və bu fikirlərini də ən aydın və ən hikmətli sözlərlə bütün Müsəlmanların diqqətinə çatdırmışdır. Bədiüzzamanın olduqca açıq və səmimi ifadələrlə ortaya qoyduğu bu həqiqətləri, heç bir dəlil olmadan, yalnız şərh, izah ya da təfsir adı altında örtməyə çalışmaq və bu yolla 30-40 ildən bəri bəlkə də minlərlə insanın səhv istiqamətləndirilməsinə səbəb olmaq, əlbəttə ki böyük bir məsuliyyətdir.
Buna görə də batın təfsirçiliyinin, kitabda izah edilən bütün bu xüsusiyyətlər diqqətlə qiymətləndirilməli və Bədiüzzamanın sözlərinin həqiqi mənasıyla bütün Müsəlmanlar tərəfindən başa düşülməsinin və öyrənə bilməsi üçün yol açılmalıdır. Allahın icazəsiylə tezliklə Bədiüzzamanın bu müjdələri reallaşacaq, bütün dünya Hz. Mehdinin liderliyi altında toplanacaq, Quran əxlaqının yaşanmasıyla birlikdə anarxiya və qarışıqlıq mühiti sona çatacaq və yer üzünə hüzur, barış və əmin-amanlıq hakim olacaq. Bütün İslam ümmətinin 1400 ildir gözlədiyi bu tarixi şəxsin gəlişi, o günə kimi səhv bir düşüncə ilə edilən bütün şərh və təfsirlərin etibarsızlığını onsuz da üzə çıxaracaq və Bədiüzzamanın sözlərinin hikmətini açıq şəkildə bildirəcək. Ancaq əsl əhəmiyyətli olan, bu mübarək şəxsin gəlişi üçün bütün Müsəlmanlarla birləşib ən gözəl hazırlığı edə bilmək, bu tarixi və şərəfli hadisədə Hz. İsanın və Hz. Mehdinin dəstəkçilərindən və köməkçilərindən ola bilməkdir. Allahın Qurandakı hakimiyyət vədi və Peyğəmbərimiz (s.ə.v)-ın müjdələri reallaşdıqda, əvvəl bu hadisələrdən şübhə edənlər, dünyada və axirətdə üzərlərinə məsuliyyət yüklənəcəyini və bunun da xəcalətli olmalarına səbəb olacağını unutmamalıdırlar.
Hz. İsa və Hz. Mehdinin axır zamanın gözlənilən müqəddəs şəxsləri olduqları aydın olduqda, Allahın icazəsiylə bütün dünya onları sevgiylə qucaqlayacaq, onları səmimiliklə qarşılaşayacaq, onların dəvət etdiyi Quran əxlaqına tabe olacaqlar. Əlbəttə ki, bu hadisələr reallaşdıqda da bu mübarək insanlara dəstək ola bilmək çox böyük bir nemət və şərəfdir. Amma unudulmamalıdır ki, əslində bu şəxslərin gəlişindən əvvəl doğrunu müdafiə edərək onlar üçün hazırlıq görənlər Allah Qatında üstün bir qarşılığını alacaqlar. Axır zamanın bu tarixi şəxslərinin ən yaxın köməkçilərindən ola bilmək üçün bütün Müsəlmanların bir-birləriylə yarışmaları lazımdır. Bu eyni zamanda Quran əxlaqının da bir hökmüdür. Allah Quranda Müsəlmanları məsul etdiyi xeyrlərdə yarışmağı belə bildirir:
Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.(Bəqərə surəsi, 148)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)