İkinci Kitab: Risaləi Nurda Batıni Təfsir Təhlükəsi
Keçdiyimiz əsrin mücəddidi olan Bədiüzzaman Səid Nursi, həyatını Allahın varlığını və Ucalığını digər insanlara təbliğ etməyə, İslamın dəyərlərini yüksəltməyə həsr edən və bu yolda bir çox çətinliklərlə qarşılaşan, dərin bir imana sahib olan böyük bir mütəfəkkirdir. Həyatında böyük bir fikri mübarizə nümunəsi sərgiləmiş, hikmətli qərarları və davranışlarıyla Müsəlmanlara nümunə və qabaqcıl mübarək bir şəxs olmuşdur. Əsərlərində bəhs etdiyi elm, ixlas, bəlaqat (sözlərlə inandırma, güclü təsir etmək) və bir çox xüsusiyyətləri, onun bəlkə də İslam tarixinin ən böyük vəlilərindən biri olduğunu bildirir.
Bədiüzzaman Səid Nursi, dərin məlumatlarla dolu beş min səhifəlik Risaləsi Nur Külliyyatı ilə milyonlarla insanın hidayətinə vəsilə olan böyük bir mütəfəkkirdir. Hicri XIII əsrin mücəddidi Bədiüzzaman, əsərləriylə Müsəlmanlara işıq saçmış, Quran əxlaqını ən gözəl şəkildə yaşamış və mübarizəsiylə nümunəvi bir şəxsiyyət olmuşdur. Yaşadığı dövr, meydana gələn dünya müharibələri səbəbiylə, bəlkə də tarixin ən çətin, ən əziyyətli illəri olmuşdur. Osmanlı İmperatorluğunun dağılmasından tutmuş, vəfatına - 1960-cı ilə qədər yaşanan çox böyük maddi-mənəvi çətinliklər dövründə sağlam fikri mübarizə aparan Bədiüzzaman, dəyərli fikirləri ilə millətimizə zərərli olacaq idealogiyaların qarşısını almağa çalışmış və iman həqiqətlərinin təbliği ilə Müsəlmanların mənəvi cəhətdən güclənmələrinə vəsilə olmuşdur. (Allah ondan razı olsun.)
Bədiüzzaman Həzrətləri, böyük bir mücəddid olaraq, həmişə inandığı kimi yaşamış və fikirləşdiyi kimi də danışmışdır. Səksən yeddi illik uzun ömrünü ixlas və səmimiyyət lə inandığı Quran əxlaqından bəhs edərək keçirmişdir. Bu xidmət əsnasında həmişə düzgün bildiyi şeyi ifadə etmiş, hətta buna görə iyirmi səkkiz il həbsxanada və sürgünlərdə, çətin şərtlər altında keçirtmişdir. Buna baxmayaraq heç vaxt həqiqətləri ifadə etməkdən çəkinməmiş, hansı şəraitdə olursa olsun heç bir mövzuda, xüsusilə də imanla bağlı mövzularda Quran və Peyğəmbərimiz (s.ə.v)-ın sünnəsindən kənara çıxmadan həqiqətləri çox aydın və dəqiq şəkildə bildirmişdir. Başqaları tərəfindən qəbul edilməyəcək deyə, səhv başa düşüləcək deyə, həqiqətləri gizləmənin və mənasını dəyişərək sözü yarımçıq və ya fərqli şəkildə ifadə etmənin Quran əxlaqına zidd olduğunu ifadə etmişdir. Bədiüzzaman, dediyi hər sözün düzgün olduğunu bildirərək düzgünlüyün necə əhəmiyyətli olduğunu belə vurğulamışdır:
"Yol ikidir (yəni iki yol var): Ya sükut etməkdir (susmaqdır). Çünki deyilən hər sözün doğru olması lazımdır. Və ya sədaqətdir (düzgünlük). Çünki İslamiyyətin əsası, sədaqətdir (düzgünlükdür). İmanın həssası, sədaqətdir (düzgünlükdür). Bütün kəmallılara çatdıracaq (yaxşılıqlara çatdıran) sədaqətdir. Əxlaqi aliyənin (yüksək əxlaqın) həyatı sədaqətdir (düzgünlükdür). Tərəqqilərin mihveri (inkişaf etmənin mərkəzi) sədaqətdir (düzgünlükdür). İslam aləminin nizamı sədaqətdir (düzgünlükdür). Növü bəşəri kəbəi kəmalata isal edən, (insanlığı əxlaq və tərbiyəyə çatdıran, kamilləşdirən) sədaqətdir (düzgünlükdür). Əshabı kiramı (səhabələri) bütün insanlara tefevvuk etdirən (üstün edən) sədaqətdir (düzgünlükdür). Məhəmmədi Haşimi Əleyhissalatu Vəssalamı meratibi beşeriyenin (insanlıq dərəcəsinin) ən yüksək mərtəbəsinə çatdıran sədaqətdir (düzgünlükdür)." (İşarat-ül İcaz, s.82)
Buna görə Bədiüzzaman, özünə yönəldilən hər suala doğru cavab vermiş və əsərlərinə düzgün olaraq yazmışdır. Axır zaman ilə əlaqədar ona verilən suallara qarşı da heç bir zaman susmamış, hər mövzunu ən incə detalına kimi izah etmişdir. Bu səbəblə, bu mövzu ilə əlaqədar izah etdiyi hər sözü, hər izah etdiyi mövzu kimi birə-bir həqiqətləri əks etdirmişdir.