İkinci Kitab: Risaləi Nurda Batıni Təfsir Təhlükəsi
Bədiüzzaman əsərlərində Hz. İsanın bir şəxs olaraq ikinci dəfə yer üzünə gələcəyini bir çox dəlillərlə açıqlamışdır. Bədiüzzamanın bu şərhlərinə görə Hz. İsa yer üzünə təkrar gəldiyində, əvvəlki gəlişində olduğu kimi, yenə ona yaxın insanlardan ibarət olan bir camaatı (cəmiyyəti) olacaq və başlarında da Hz. İsa olacaq. Bu camaat Hz. İsanın mənəvi şəxsini əmələ gətirəcək, ancaq tarix boyu göndərilmiş olan bütün elçilərdə olduğu kimi, başlarında da bir lider olaraq Hz. İsa şəxsən özü olacaq.
Bədiüzzamanın, bu mövzunu açıqlayan sözlərinin birində Hz. İsanın bir mənəvi şəxs deyil, bir şəxs olduğunu belə ifadə etmişdir:
... aləmi səmavatda (göylər aləmində) CİSMİ BƏŞƏRİSİ İLƏ (insan cismi ilə) olan İSA ƏLEYHİSSALAM ŞƏXSİ, o haqq dinin cərəyanının (Haqq dinin) başına keçəcəyini.... (Mektubat, s.60)
Bədiüzzaman Hz. İsanın ikinci dəfə yer üzünə insan bədəniylə gələcəyini və haqq dinin başına şəxsən keçəcəyini ifadə etmişdir. Bununla yanaşı Bədiüzzaman, Hz. İsanın Dəccal ilə olan mübarizəsindən bəhs etdiyi sözlərində də bir mənəvi şəxs ilə digər mənəvi şəxs arasında yaşanacaq bir hadisədən deyil, Hz. İsanın birbaşa, şəxsən Dəccalın şəxsinə qarşı aparacağı bir mübarizədən bəhs edir:
... cavab olaraq: Səhih Hədisdə (düzgün olan hədisdə) belə rəvayət edilir: "Həzrəti İsa Əleyhissalamın gələcəyini və İslam Şəriətinə əməl edəcəyini, Dəccalı məhv edəcəyini" imanı zəif olanlar istibad edərlər (fikir verməzlər, uzaq görərlər, olmayacağını sanarlar). Əgər onun həqiqətiı izah edilsə, heç istibada yeri qalmaz (yəni uzaq görünməz). (Mektubat, s.58-59)
Bir başqa sözündə isə Bədiüzzaman, Dəccalın təsirinin ancaq möcüzə sahibi bir peyğəmbər tərəfindən ortadan qaldırıla biləcəyini ifadə edərək, Hz. İsanın bir mənəvi şəxs deyil, "möcüzələr göstərəcək xüsusiyyətlərə malik bir şəxs olacağını" bir daha aydın şəkildə ifadə etmişdir:
... ancaq MUCİZATLI (möcüzələr sahibi) VƏ ÜMUMUN MƏQBULU (əksəriyyətin qəbul etdiyi) BİR ŞƏXS ola bilər, hansı ki, O ŞƏXS, ən çox aidiyyatı olan və əksər (bir çox) insanların peyğəmbəri olan HƏZRƏTİ İSA ƏLEYHİSSALAMDIR..... (Şualar, s.463)
Bədiüzzaman Hz. İsanın ikinci dəfə yer üzünə gəlişini bir çox sözündə açıq şəkildə müjdələmişdir. Ancaq, bəziləri müxtəlif səbəblərə görə Hz. İsanın bir şəxs olaraq gələcəyini qəbul etmək istəmirlər və buna görə də Bədiüzzamanın sözlərini təfsir adı altında səhv formalarda şərh etməyə çalışırlar. Təfsirçilərin bir qismi, "Hz. İsa gəldi, öldü, hətta basdırıldı", bir qismi də "Hz. İsa mənəvi şəxs olacaq" deyirlər.
Bildiyimiz kimi, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində Hz. Mehdinin və Hz. İsanın eyni dövrdə ortaya çıxacaqları və bir yerdə olacaqları (yəni birgə mübarizə aparacaqları) xəbər verilmişdir. Hz. İsa və Hz. Mehdi, Dəccalın qurduğu inkara söykənən fikir sisteminə qarşı birlikdə mübarizə aparacaq, yeddi il birlikdə hökm edəcək və İslam əxlaqını bütün dünyaya birlikdə hakim edəcəklər. Hz. Mehdinin keçmişdə çıxdığını iddia edən, ya da Bədiüzzamanın Hz. Mehdi olduğunu fikirləşən bəzi insanlar isə, bu mövzunu izah edərkən bəzi çətinliklərlə qarşılaşarlar. Çünki Hz. İsa hələ ortaya çıxmamışdır. Hədislərdə və Bədiüzzamanın əsərlərində ifadə edildiyi kimi hələ birlikdə namaz qılmamışlar. Ancaq belələri, Hz. Mehdinin keçmişdə çıxmış və vəfat etmiş olduğunu bildirdiklərinə görə bu cür tarixi bir görüşmənin reallaşması onların fikrinə görə heç bir şəkildə mümkün olmayacaq. Buna görə heç bir dəlili olmayan bu iddianın dəstəklənməsi və şərh edilməsi üçün, Hz. İsa ilə əlaqədar "batın təfsir" adı altında həqiqətdən uzaq fikirlər irəli sürülür. "Hz. İsanın yalnız bir ruh olaraq gələcəyi, Xristianlığı təmsil edən bir mənəvi şəxs olacağı, ya da Bədiüzzaman həyatda ikən gəldiyi və vəfat edib basdırıldığı" kimi əsassız fikirlər irəli sürürlər.Halbuki Bədiüzzaman əsərlərində dəfələrlə çox açıq bir üslubda Hz. İsanın –cismi ilə, yəni bədəniylə- "bir şəxs" olaraq yer üzünə gələcəyini ifadə etmişdir. Hz. İsanın "Xristian ruhaniləriylə ittifaq quracağı, Dəccal ilə mübarizə apararaq onu fikrən (yəni qurduğu sistemi) təsirsiz hala gətirəcəyini" ifadə etmişdir.
Bədiüzzamanın Hz. İsanın gəlişi ilə əlaqədar olan çox açıq şəkildə bildirilən sözlərinə baxmayaraq irəli sürülən belə iddialar, böyük bir İslam aliminin yazmış olduğu kitabların hamısını şübhə altına salacaq qədər yalnış tətbiqlərdir. Bu kimi səhv cəhdlərin qarşısını almaq yalnız, - özünün də dəfələrlə vurğuladığı- Bədiüzzamanın həqiqi fikirlərini öyrənmək üçün yalnız Risalələri əsas götürərək və nə əhəmiyyət kəsb etdiyini vurğulamaqla mümkün olacaq.
İslam əxlaqının yer üzünə hakim olacağı, Qurani Kərimdə bildirilmiş haqq olan bir vəddir. Quranda İslam əxlaqının hakimiyyəti haqqında olan ayələr olduqca açıq şəkildə bildirilmişdir. Bunlardan bəziləri belədir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla (əmin-amanlıqla) əvəz edəcəkdir... (Nur Surəsi, 55)
Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, (İSLAM) DININI BÜTÜN DINLƏRDƏN ÜSTÜN ETMƏK MƏQSƏDILƏ Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.. (Saf Surəsi, 8-9)
Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.(Tövbə Surəsi, 32-33)
Quranda bildirildiyi kimi, İslam əxlaqının hakimiyyəti Allahın bir vədidir. Rəbbimiz bu vədini şübhəsiz yerinə yetirəcək. Həm də Quranda, mömin birliyinin başında mütləq bir lider olduğu bildirilir. Hər peyğəmbər, nəbi və ya elçi, göndərildikləri cəmiyyətə başçılıq etmişdir. Tarix boyu bütün nümunələrində göründüyü kimi, hakimiyyət dövründə də Müsəlmanların başında onlara yol göstərəcək bir liderləri mütləq olacaq. Peyğəmbərimiz (s.ə.v)-ın mütəvatir hədislərində, bu dövrdə İslam əxlaqının hakimiyyətində möminlərin liderinin "Hz. Mehdi" olacağı xəbər verilmişdir.
Bədiüzzaman da Risaləi Nur Külliyyatında, Allahın Quran ayələrində bildirdiyi bu müjdəyə geniş yer vermiş, İslam əxlaqının Hz. Mehdi vəsiləsiylə hakim olacağını ifadə etmişdir. Bədiüzzamanın İslam əxlaqının bütün dünyaya hakim olacağını ifadə etdiyi sözlərindən bəziləri belədir:
1) İkinci vəzifəsi XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (A. S. M.) ÜNVANI İLƏ (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi kimi) ŞEAİRİ İSLAMİYƏNİ (İslam əxlaqının əsaslarını) CANLANDIRMAQDIR. ALƏMİ İSLAMIN VƏHDƏTİNİ (İslam aləminin birliyini) NÖQTƏİ İSTİNAD EDİB (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və qəzəbi İlahidən (Allahın əzabından) qurtarmaqdır... (Emirdağ Lahikası, s.259)
Bədiüzzamanın şərhlərinə görə Hz. Mehdi, İslam dünyasına lider olduğunda, hal-hazırda müxtəlif qruplara ayrılmış, dağınıq halda olan Müsəlmanları birləşdirəcək, İslam əxlaqını və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-ın həqiqi sünnətini canlandıracaq. İslam aləminin birliyini quracaq, bu vəsilə ilə insanlığı maddi və mənəvi təhlükələrdən qurtaracaq və insanların Allahın qəzəbindən qorxmaqlarına, çəkinmələrinə vəsilə olacaq. Bədiüzzamanın burada istifadə etdiyi "CANLANDIRMAQ" sözü çox əhəmiyyət kəsb edir. Bu söz "yenidən həyata qovuşdurmaq" mənasındadır. Hz. Mehdi bu vəzifəni yerinə yetirərək İslam əxlaqının dünya səviyyəsində yaşanmasına vəsilə olacaq.
2) O ŞƏXSİN İKİNCİ VƏZİFƏSİ, ŞƏRİƏTİ (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) İCRA VƏ TƏTBİQ ETMƏKDİR (yerinə yetirməkdir). (Sikke-i Tasdik-i Gaybi, s.9)
Bədiüzzaman, bu sözü ilə də Hz. Mehdinin ikinci vəzifəsinin Quran əxlaqının əsaslarının tam olaraq yaşanmasına vəsilə olduğunu açıqlamışdır. İCRA VƏ TƏTBİQ ETMƏK - qüvvəyə mindirmək, yerinə yetirmək deməkdir. Bədiüzzaman da bu ifadələri ilə Hz. Mehdinin, Quran əxlaqının əhəmiyyətini və əsaslarını, Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini bütün insanlar arasında tətbiq edəcəyini və həyata keçirəcəyini ifadə etmişdir.
3) ... QADİRİ ZÜLCƏLAL (hər şeyə müqtədir olan Uca Allah) HZ. MEHDİ İLƏ DƏ, ALƏMİ İSLAMIN (İslam aləminin) ZÜLMƏTİNİ (zülmlə dolu olan dövrünü, qaranlığını) DAĞIDA BİLƏCƏK VƏ BUNU VƏD Etmişdir, ƏLBƏTTƏ Kİ, BU VƏDİNİ YERİNƏ YETİRƏCƏK. (Mektubat, s.411-412)
Bədiüzzaman, Cəlal və Qüdrət sahibi olan Rəbbimizin, axır zaman əlamətlərinin şiddətləndiyi dövrdə Allahın, insanların qurtuluşuna vəsilə olması üçün Peyğəmbərimiz (s.ə.v)-ın soyundan nurani bir şəxs olan Hz. Mehdini göndərəcəyini və onunla dinsizlik və zülm dövrünü ortadan qaldıracağını ifadə etmişdir. Hz. Mehdi, Allahın icazəsiylə İslam dünyasının məruz qaldığı zülm və çətinliklərə son qoymaqla məsul olacaq və işləriylə Quran əxlaqını dünya səviyyəsində hakim edəcək. Bədiüzzaman, Allahın bu vədinin haqq olduğunu və vədini mütləq reallaşdıracağını ifadə etmişdir.
4) ... axır zamanda şəriəti Muhammədiyəni (Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) və həqiqəti Furkaniyəni (Quranın əsasını və mahiyyətini) və Sünnəti Əhmədiyəni (Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) ihya ilə (yenidən canlandırmaqla), elan ilə (hər kəsə eşitdirməklə), icra ilə (tətbiq etməklə) başçıları olan Böyük Mehdinin kamalı ədalətini (yüksək ədalətini) və hakkaniyətini (haqq və ədalətə tabeliyini, düzgünlüyünü) dünyaya göstərmələri çox məqbul olmaqla birlikdə çox lazım, zəruri və həyatı içtimai insaniyədəki (insanların cəmiyyət həyatındakı) düsturların muktezasıdır (qaydaların gərəyidir). (Şüalar, s.456)
Bədiüzzaman bu sözü ilə Hz. Mehdinin başçılıq vəzifəsini boynuna götürərək və Peyğəmbərimiz (s.ə.v)-ın soyundan gələn Əhli Beytin köməyi ilə bütün dünyaya haq və ədalət gətirəcəyini bildirmişdir. Quran həqiqətlərinin və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətinin düzgün yaşanacağı dövr, Allahın icazəsiylə Hz. Mehdiylə birlikdə başlayacaq, İslam əxlaqı Hz. Mehdi vəsiləsi ilə bütün dünyada hakim olacaq.
Bədiüzzamanın burada istifadə etdiyi "İHYA" sözünün mənası, "YENİDƏN canlandırmaq"dır. Bədiüzzamanın da ifadə etdiyi kimi, Hz. Mehdi axır zamanda Qurandan uzaqlaşmış olan insanların yenidən Quran əxlaqına görə yaşamalarına vəsilə olacaq.
"ELAN" sözünün mənası isə, "HƏR KƏSƏ eşitdirmək"dir. Bədiüzzamanın şərhlərinə görə Hz. Mehdi, Quran həqiqətlərini və Quran əxlaqını hər kəsin görə biləcəyi, hər kəsə çata biləcəyi şəkildə eşitdirəcək. Kütləvi informasiya vasitələrini və texnologiyanı çox yaxşı istifadə edəcəyi məlum olan Hz. Mehdi, İslam həqiqətlərini çox müxtəlif və hikmətli üsullarla bütün dünyaya açıq şəkildə göstərəcək və elan edəcək.
"İCRA" sözünün mənası da, "tətbiq" dir. Bədiüzzaman bu sözləriylə də Hz. Mehdinin, Quran əxlaqını bütün dünyada hakim edəcəyini və bütün cəmiyyətlərdə yaşanacaq hala gələcəyini ifadə etmişdir.
Bədiüzzamanın burada Hz. Mehdinin fəaliyyətləri haqqında üzərində dayandığı böyük həcmli xidmətlər, bütün dünyanın gözləri qarşısında reallaşacaq hadisələrdir. Bədiüzzaman bunların heç birinin özü həyatda ikən reallaşmamış olduğuna da diqqət çəkmişdir, ancaq bu əlamətlərin reallaşmasına vəsilə olan adamın Hz. Mehdi ola biləcəyini ifadə etmişdir.
5) Birinci vəzifə, maddi cəhətdən deyil, bəlkə qüvvətli etiqad (güclü və səmimi bir iman), ixlas (yalnız Allahın məmnuniyyətini güdmə) və sədaqətlə (ürəkdən bağlılıqla) olduğu halda, O İKİNCİ VƏZİFƏNİ YERİNƏ YETİRMƏK ÜÇÜN, ÇOX BÖYÜK MADDİ GÜC VƏ HAKİMİYYƏT LAZIM OLACAQ. (Sikke-i Tasdik-i Gaybi, s.9)
Bədiüzzaman, Hz. Mehdinin ikinci vəzifəsini ancaq "BÖYÜK BİR MADDİ GÜC VƏ HAKİMİYYƏTLƏ" reallaşdırıla biləcəyini vurğulamışdır. Bu gücə sahib olacaq yeganə adam Hz. Mehdidir. Bədiüzzaman, Hz. Mehdinin bu vəzifəsini dünya səviyyəsində reallaşdıracağını xatırladaraq, onun sahib olacağı maddi güc və hakimiyyətin də çox böyük olacağına diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-ın dövründən bu yanaindiyə kimi belə bir güc və hakimiyyət təmin edilə bilməmişdir. Bədiüzzamanın da diqqət çəkdiyi kimi buradakı "hakimiyyət" anlayışı, Hz. Mehdinin bütün Müsəlmanların mənəvi lideri olaraq İslam əxlaqını bütün dünyaya hakim edəcəyini ifadə edir.
6) Belə bir camaati əzimə (Peyğəmbər Əfəndimiz (s.ə.v)-ın soyundan gələn böyük seyidlər camaatı) içindəki müqəddəs qüvvəti tehyic edəcək (hərəkətə gətirəcək) və oyandıracaq hadisatı əzmə (böyük hadisələr) vücuda gəlir (meydana gələr). Əlbəttə O QÜVVƏTİ ƏZMDƏKİ (böyük qüvvətdəki) BİR HAMİYƏTİ ALİYƏ (uca bir səy) FEVERAN EDƏCƏK (hərəkətə keçəcək) və HƏZRƏTİ MEHDİ BAŞINA KEÇİB, TARİQİ HAQQ (haqq yola) VƏ HƏQİQƏTƏ SÖVQ EDƏCƏK. (Mektubat, s.473)
Bədiüzzaman axır zamanda Müsəlmanların çox çətin hadisələrlə qarşılaşacaqlarını bildirmişdir. Bu mühit indiki zamanda, hal-hazırda yəni axır zamanda meydana gəlməkdədir. Dünyanın bir çox yerində İslama və Müsəlmanlara qarşı yaradılan çətin, əziyyətli mühitlər, Müsəlmanlar arasında İslam sevgisi hislərini artırır və bu da Müsəlmanları həll yollarının axtarışına sövq edir. Bədiüzzaman da bu sözləriylə Hz. Mehdinin çıxışından əvvəl reallaşacaq olan bu vəziyyəti belə xatırladır.
Bədiüzzaman, Müsəlmanlarda ibarət olan İslamı qoruma səyinin artması nəticəsində, Hz. Mehdinin Müsəlmanların öndərliyini boynuna götürərək, İslam əxlaqını bütün dünyaya hakim edəcəyi və insanları "TARİQİ HAQQ VƏ HƏQİQƏTƏ" yəni "HAQQ YOLA VƏ HƏİQƏTƏ" yönəldəcəyini bildirmişdir.
7) O ŞƏXSİN üçüncü vəzifəsi, xilafəti İslamiyəni (İslam xəlifəliyini) İslam birliyinə bina edərək (İslam Birliyi üzərinə quraraq), İsəvi ruhaniləriylə (dindar Xristianlarla və Xristian alimləriylə) ittifaq qurub (əməkdaşlıq və həmrəylik içərisinə girərək) İslam dininə xidmət etməkdir. BU VƏZİFƏ, ÇOX BÖYÜK BİR SƏLTƏNƏT, QÜVVƏT və milyonlarla fədakarların iştirakıyla TƏTBİQ EDİLƏ BİLƏR (yerinə gətirilə bilər). (Sikke-i Tasdik-i Gaybi, s.9)
Bədiüzzaman, İslam Birliyi ilə Müsəlman və Xristian dünyasının haqq din adına ittifaq etməsi kimi böyük bir hadisənin ancaq üç şərt altında reallaşa biləcəyinə diqqət çəkmişdir. Bədiüzzaman "ÇOX BÖYÜK BİR SƏLTƏNƏT VƏ QÜVVƏT" sözləriylə bu şərtlərdən ikisini açıqlayır. "Səltənət" anlayışı - güc və səlahiyyət ifadə edən bir sözdür. "QÜVVƏT" sözü isə - istənilən şeyi icra edə bilmə gücü, yəni səlahiyyəti ifadə edir. Bədiüzzaman Hz. Mehdinin İslam Birliyini meydana gətirib bu birliyin liderliyini boynuna götürəcəyini və çox böyük bir qüvvət və səlahiyyətə sahib olacağını bildirmişdir. Bədiüzzamanın "ÇOX BÖYÜK" sözləri ilə, Hz. Mehdinin sahib olacağı bu qücünn və səltənətin həcminin böyüklüyünü bildirir. Bədiüzzaman bu ifadəsi ilə Allahın icazəsiylə Hz. Mehdinin İslam əxlaqını bütün dünyaya hakim edəcəyini bildirir.
8) BƏLİ ÜMİDVAR OLUN! BU GƏLƏCƏK İNQİLABI İÇƏRİSİNDƏ ƏN YÜKSƏK GUR SƏDA, İSLAMIN SƏDASI OLACAQ. (Tarihçe-i Hayat s.133; Hizmet Rehberi s.239)
Burada da Bədiüzzaman yenə İslam əxlaqının bütün dünyaya hakim olacağını deyir, bütün Müslümanları bu tarixi hadisə ile müjdələyir.
Bədiüzzaman, burada yalnız bir qisminə yer verdiyimiz sözlərində, İslam əxlaqının Hz. Mehdi vəsiləsiylə bütün dünyada hakim olacağını açıq şəkildə bildirir. Batın təfsirçiləri isə Bədiüzzamanın bu əhəmiyyətli müjdələrini görməməzlikdən gəlirlər və bu mövzunu müxtəlif şəkillərdə şərh edirlər. Heç bir dəlilə istinad etmədən qarşıya qoyulan bu mövzudakı fikirlərdən bəziləri belədir:
1-Batın təfsirçiləri "İslam əxlaqının hakimiyyəti artıq meydana gəlmiş vəziyyətdədir" deyirlər:
Batın təfsirçiləri ‘dünyanın istənilən yerində, istənilən hər kəs namaz qıla bilir, istənilən hər kəs həccə gedə bilir' deyirlər və bu vəziyyəti də İslam əxlaqının hakimiyyətinin meydana gəlmiş olduğuna bir dəlil olaraq göstəriməyə çalışırlar. Halbuki İslam əxlaqının bütün dünyaya hakim olması kimi bütün dünyanın gözləri qarşısında reallaşacaq bir vəziyyət nə Bədiüzzamanın yaşadığı dövrdə nə də ondan əvvəlki mücəddidlərin dövründə reallaşmamışdır. Allahın bütün insanları tətbiqi ilə məsul etdiyi Quran ayələri yalnız namaz qılma, həccə getmə kimi müəyyən bəzi hökmlərlə məhdudlaşmır. Quranda Allahın hökmlərini bildirən 6000-dən çox ayə vardır. İslam əxlaqının hakim olmağından bəhs etmək üçün, gərək insanların əksəriyyəti dünya səviyyəsində Quranın hökmlərini və İslam əxlaqını yaşasın. Belə bir vəziyyət isə hər kəs tərəfindən açıq şəkildə göründüyü kimi hələ həyata keçməmişdir.
Allahın Quranda bildirdiyi ədalət anlayışı, sevgi, şəfqət, barış, hüzur, əmin-amanlıq və rifah mühiti hələ dünyaya hakim olmamışdır. Dünyanın bir çox yerində döyüşlər, qarışıqlıqlar, terror hərəkatlari davam edir, insanlar zülm və işgəncəyə məruz qalır və ədalətsiz tətbiqlərə tabe olurlar. Yoxsulluq, aclıq, səfalət dünyanın bir çox yerində hökm sürür və bütün bu vəziyyətə qarşı ümumi etibarı ilə böyük bir laqeydlik hakimdir.
Dünyada hakim olan, İslam əxlaqının gətirdiyi hüzur, barış və gözəl əxlaqdan uzaq bu mühit bütün cəmiyyətlərin gözləri qabağındadır. Buna baxmayaraq İslam əxlaqının artıq hakim olmuş olduğunu deyə bilmək, Quranın bir çox hökmünü görməməzlikdən gəlmək olar ki, bu da heç bir şəkildə mümkün deyil. Buna əsasən bu düşüncənin Quran ilə ziddiyyət təşkil etməsi, bu fikri qarşıya qoyan kəslərin böyük bir yalnışlıq içində olduqlarını bildirir.
2-"Yaxşı, İslam əxlaqı hakim olduğunda Müsəlman aləminin başına bir adam keçmişdirmi?" deyildiyində, "Xeyr, eyni zamanda çox adam lider ola bilər, yəni mənəvi şəxs lider ola bilər ya da liderə ehtiyac yoxdur" deyərək Hz. Mehdini rədd etmək üçün müxtəlif etiraz, şərh və bəhanələr gətirirlər:
İslam əxlaqının dünya hakimiyyətinin reallaşdığını iddia edən bu insanlar, əlbəttə ki, məsələyə aydınlıq gətirmək üçün çətinliklə qarşılaşırlar. Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində və bu günə qədər gəlmiş keçmiş bütün əhli sünnə alimlərinin izahlarında, bu hakimiyyətin başında bir lider olaraq Hz. Mehdinin olacağı xəbər verilmişdir. Bədiüzzamanın şərhlərində də bu mövzu eyni şəkildə izah edilmişdir. Bu vəziyyət eyni zamanda Allahın Quranda bildirdiyi adətullahına da uyğundur. Tarix boyu yaşamış olan hər Müsəlman birliyinin başında bir lider olmuşdur. Heç bir elçi ya da peyğəmbər, mücəddid ya da müctəhid bir mənəvi şəxs olmamışdır. Hər biri Allahın vəzifələndirdiyi bir şəxs olaraq insanları din əxlaqını yaşamağa dəvət etmişdilər. Axır zamanda da Allahın bu adətullahı dəyişməyəcək, Hz. Mehdi də hədislərdə və İslam alimlərinin əsərlərində bildirildiyi kimi bir şəxs olacaq.
Bütün bu məlumatlar, bir qisim şəxslərin qarşıya qoyduqları "liderə ehtiyac yoxdur" ya da "mənəvi şəxs şəklində lider olacaq" kimi şərhlərin etibarsızlığını açıq şəkildə bildirir.
3-Batın təfsirçiləri "bu vəzifəni Hz. Mehdinin mənəvi şəxsi edəcək" deyirlər:
Bədiüzzamana Mehdilik zənniylə yanaşan kəslər, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində, Bədiüzzamanın da əsərlərində açıqladığı Hz. Mehdinin ikinci və üçüncü vəzifələrinin yerinə yetirilməmiş olması barədə bir şərh gətirə bilmirlər. Çünki Bədiüzzaman ömrünü İslama qulluq etmək üçün həsr etmiş, bu yolda da hər cür fədakarlığı nəzərə alaraq imani istiqamətdə çox böyük bir xidmət göstərmişdir. Ancaq həyatda olduğu vaxtda bütün Müsəlmanların mənəvi lideri xüsusiyyətini daşımamış, İslam Birliyini qurmamış, Xristian dünyasıyla ittifaq başlamamış, Hz. İsa ilə görüşməmiş, birlikdə namaz qılmamış və İslam əxlaqının bütün dünyaya hakim olmasına vəsilə olmamışdır. Sözlərində açıqladığı kimi, siyasət və səltənət aləmində Mehdilik vəzifəsini boynuna götürməmişdir. Bütün dünyaya ədalət və haqqaniyət (haq-ədalət) gətirməmiş, bütün Müsəlman dünyası üzərindəki zülm və haqsızlıqların ortadan qaldırılmasına vəsilə olmamışdır. Məhz, Bədiüzzamana Mehdiyət mövzusunda hüsnü zənn edən kəslər də bu həqiqətləri dərk etdikləri üçün bu mövzunu öz fikirlərinə görə şərh etməyə çalışırlar. Bunun üçün də Bədiüzzamanın sözlərinə 'batın təfsir' adı altında bəzi şərhlər, izahlar gətirərək, bütün bu vəzifələri Hz. Mehdinin deyil, onun mənəvi şəxsinin yəni tələbələrinin və əsərlərinin edəcəyini müdafiə edirlər.
Halbuki bu hissənin 3-cü maddəsində Bədiüzzamanın sözləriylə dəlilləndirilərək açıqlandığı kimi, Bədiüzzaman, əsərlərinin heç bir yerində "Hz. Mehdi bir mənəvi şəxs olacaq" şəklində heç bir söz yazmamışdır. Tam əksinə, Hz. Mehdi haqqında yazdığı hər bir sözündə "şəxs ya da zat" kimi ifadələlərindən istifadə etmişdir. Həm də Hz. Mehdinin Hz. İsayla birlikdə namaz qılacaqlarını demişdir. Bədiüzzamanın bu şərhlərini görməməzlikdən gəlrək, "Hz. Mehdi bir mənəvi şəxs olacaq və İslamın hakimiyyətini də bu mənəvi şəxs təmin edəcək" şəklində bir nəticəyə gəlmək heç bir şəkildə mümkün deyil.
... VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ. (Emirdağ Lahikası, s.260)
Bədiüzzaman əsərlərində "Hz. Mehdinin bir və ya iki vəzifəni deyil, tam olaraq ÜÇ VƏZİFƏSİ olduğunu" bildirir. Bu üç vəzifəni bir yerdə yerinə yetirməyən şəxslərin isə axır zamanın Böyük Mehdisi ola bilməyəcəyini ifadə etmişdir.
Bədiüzzamanın bu mövzudakı detallı şərhlərinə baxmayaraq, bu əhəmiyyətli həqiqətləri göz ardı edərək Bədiüzzamanın Mehdi ola biləcəyinə dair bəzi fikirlər irə sürülmüşdür. Halbuki Bədiüzzaman əsərlərində bu mövzuya şəxsən açıqlıq gətirmiş, Mehdi olmadığını səhifələr boyunca dəlillərlə açıqlamışdır. Bu mövzudakı bütün bu açıq bəyanlarına baxmayaraq Risaləi Nura və bu əsərin yazıçısı olaraq özünə Mehdilik mövzusunda hüsnü zənn bəsləyənlərə isə, bu düşüncələrinin "qarışdırmaqdan qaynaqlanan bir səhv olduğunu" söyləmişdir:
"Risaləi Nurun mənəvi şəxsi (camaatını) haqlı olaraq Hz. Mehdi olduğunu dərk edirlər (şəxsi bir görüş olaraq qəbul edirlər). O mənəvi şəxsin də bir müməssili (nümayəndəsi), Nur şagirdlərinin (tələbələrinin) təsanüdündən (həmrəyliyindən) gələn bir mənəvi şəxsi və o mənəvi şəxsin bir növ müməssili (nümayəndəsi) olan BİÇARƏ TƏRCÜMƏÇİSİNİ ZƏNN ETDİKLƏRİNDƏN, BƏZƏN O ADI (Hz. Mehdi adını) ONA VERİRLƏR. Hərçənd BU, BİR İLTİBAS (qarışdırma, yalnışlıq) BİR SƏHFDİR, lakin onlar bundan məsul deyildirlər. ÇÜNKİ KEÇMİŞDƏN BƏRİ ÇOX HÜSNÜ ZƏNN CƏRƏYAN EDİR VƏ ETİRAZ EDİLMƏZ. Mən də o qardaşlarımın çox hüsnü zənnlərini bir cür dua, bir arzu və Nur tələbələrinin kamalı etiqadlarının (imanlarının fəzilətinin) bir tereşşuhu (əks olunması) gördüyümdən onlara çox ilişməzdim... (Tilsimlər Məcmuəsi, s.201; Emirdağ Lahikası, s.248)
Bədiüzzaman Risaləi Nurun mənəvi şəxsinin və bu əsərlərin yazıçısı olaraq özünün bəzən Hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bütün bunların bir qarışdırma və səhv olduğunu ifadə etmişdir. Bir başqa sözündə isə bu düşüncəyə sahib olan kəslərin yalnız iman həqiqətlərini izah etmə mövzusunu qiymətləndirdiklərini, ancaq Hz. Mehdinin digər iki vəzifəsi olan "İslam Birliyinin qurulması, bütün İslam dünyasının lideri olması və Hz. İsa ilə birlikdə İslam əxlaqının dünyaya hakim etməsinin ona aid olmayan xüsusiyyətinə diqqət etmələrini" demişdir. Bua görə də Risaləi Nura və Bəddiüzzamana Mehdilik adının yaraşdırmaları yalnız bir "zənn"dən ibarət olduğunu bildirmişdir:
... O GƏLƏCƏK ŞƏXSƏ DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ, RİSALƏİ NURUN MƏNƏVİ ŞƏXSİNƏ HƏTTA BƏZƏN TƏRCÜMƏYƏ DƏ TƏTBİQ ETMƏYƏ ÇILIŞMIŞLAR və Şəriəti əhya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə) və xilafəti tətbiq olan ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR. (Tılsımlar Mecmuası, s.168)
Bədiüzzaman, bu sözüylə Hz. Mehdiyə dair xəbər və işarələrin Risaləi Nur camaatı tərəfindən özünküləşdirlməyə (yəni özləri istədikləri kimi şərh etməyə, məna verməyə) çalışıldığını, ancaq bu bənzətmənin Hz. Mehdi ilə əlaqədar verilən məlumatlara uyğun gəlmədiyini bildirmişdir. Bədiüzzaman bu bənzətməni edənlərin Hz. Mehdinin iki böyük və əhəmiyyətli vəzifəsini göz ardı etdikləri üçün belə səhvə yol verdiklərini bildirir. İslam Birliyinin qurulması və Hz. Mehdinin bütün Müsəlmanların liderliyini boynuna götürməsi, Xristianlarla ittifaq qurması və Hz. İsa ilə birlikdə Quran əxlaqının bütün yer üzünə hakim etməsi indiyə kimi hələ reallaşmamışdır. Bədiüzzaman da daxil olmaqla, Peyğəmbərimiz (s.ə.v)-dan sonrakı dövrlərdə gələn mücəddidlərin heç biri bu böyük vəzifələri yerinə yetirə bilməmişdir. Buna görə Bədiüzzaman da bu həqiqəti dilə gətirərək Risaləi Nurun mənəvi şəxsini Mehdiliklə səciyyələndirənlərin yanıldıqlarını ifadə edir. Necə ki, bir mövzuda bir adama hüsnü zənn edilməsi, bu düşüncənin düzgün olduğunu əks etdirən bir dəlil deyil. Onsuz da Bədiüzzaman Risalələrində bunu dilə gətirmişdir.
Bununla yanaşı Bədiüzzaman Hz. Mehdinin digrlərinindən ayıran qeyri-adi bir xüsusiyyəti olaraq "ÇOX GENİŞ DAİRƏDƏ hökm etməsi" nə diqqət çəkmişdir. Hz. Mehdinin bu xüsusiyyəti olduqca əhəmiyyətlidir. Hz. Mehdi vəzifələrini yalnız müəyyən bir bölgədə yerinə yetirməyəcək, onun təsir sahəsi çox geniş bir dairədə, yəni dünya səviyyəsində olacaq. Bədiüzzaman, "dar dairə" olaraq ifadə etdiyi "kiçik diametrli" tətbiqlərin Müsəlmanları çaşdırmamasını ifadə etmişdir. Hz. Mehdinin ikinci və üçüncü vəzifələrini geniş dairədə reallaşdıracağını xatırladaraq, öz şəxsinə və Risaləi Nurun mənəvi şəxsinə edilən Mehdilik adının verilməsinin səhf olduğunu dəlilləriylə açıqlamışdır.
Bədiüzzamanın bildirdiyi kimi Hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrə aid "ÇOX GENİŞ DAİRƏDƏ BİR HÖKM ETMƏ" yəni "DÜNYA SƏVİYYƏSİNDƏ" qənaətə gəlinən nəticə isə, əvvəldən bildirdiyimiz kimi, bu günə qədər reallaşmamışdır. Bu da Hz. Mehdinin keçmiş dövrdə ortaya çıxmış bir şəxs olmadığını bildirir. Üç vəzifənin dünya səviyyəsində yerinə yetirilməsi, Allahın icazəsiylə Hz. Mehdinin ən əhəmiyyətli əlamətlərindən olacaq və onu bütün insanlara tanıdacaq.
Bədiüzzaman sözlərində dəfələrlə, nə əvvəlki əsrlərdə gələn mücəddidlər dövründə, nə də öz yaşadığı dövrdə, Hz. Mehdinin üç vəzifəsinin bir yerdə yerinə yetirilə bilmədiyini və bunu ancaq Hz. Mehdinin reallaşdıra biləcəyini ifadə etmişdir. Bədiüzzamanın bu mövzunu açıqlayan sözlərindən biri belədir:
Hərçənd hər əsrdə hidayət edici, bir cür Hz. Mehdi və mücəddid gəlir və gəlmişdir. Lakin HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN YALNIZ BİRİNİ BİR CƏHƏTDƏN (yöndən) ETMƏSİ ETİBARIYLA (səbəbiylə) AXIR ZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINI (adını) ALMAMIŞLAR. (Emirdağ Lahikası, s. 260)
Bədiüzzaman sözlərində özünə və Risaləi Nura Mehdiliyi yaraşdıran kəslərin yanıldıqlarını bildirir, bunun səbəblərini də dəlillərlə isbat edir. Ancaq Bədiüzzamanın bu mövzunu izah edən sözlərini, şərhlərini görməməzlikdən gəlirlər və müxtəlif şərh üsullarıyla təfsir etməyə çalışırlar. Bədiüzzamana yönəldilən Mehdilik adı qəbul etməməsinin təvazökarlığından qaynaqlandığı ya da bunun, Bədiüzzamanın Mehdiliyini gizlətmək üçün qəsdli şəkildə etdiyi bir taktika olaraq bidirirlər.
Ancaq bu mövzuda bir çox yalnışlıqlar mövcuddur. Hər şeydən əvvəl Bədiüzzamanın yalnız təvazö üçün inanmadığı bir şeyi Risalələrinə daxil etməsi mümkün deyil. Üstəlik inanmadığı və bütün Müsəlmanların səhv məlumatlandırılmasına səbəb olacaq belə bir mövzunu gizlədə bilmək üçün, yalnız taktika məqsədli olaraq, yüzlərlə səhifə boyu yazı yazması, Hz. Mehdi olmadığını izah edə bilmək üçün onlarla dəlil verməsi mümkün deyil. Bədiüzzaman Səid Nursi Həzrətlərinin dürüstlüyü və doğru sözdən əsla ayrılmaması onun bütün həyatına hakim olan çox əhəmiyyətli bir xüsusiyyətidir. Allah qorxusu son dərəcə şiddətli olan Bədiüzzaman kimi səmimi bir şəxsin, yalan danışaraq bütün cəmiyyəti aldatdığını demək, heç bir şəkildə qəbul edilə biləcək bir yanaşma tərzi deyil. Bədiüzzaman, məhkəmələrdə belə düzünü danışmağı ilə və dürüstlüyü ilə tanınır. İstiqlal Məhkəmələrində belə bu xüsusiyyətindən heç bir zaman vaz keçməmiş, daim həqiqətləri demişdir. Düz danışdığına görə qarşılaşacağı heç bir çətinlikdən qorxmadığını isə məhkəmə müdafiələrində keçən bir sözündə "... Başım gövdəmdən ayrılmadıqca və ya boyuma ip salınıb asılmadıqca bu təklifinizi mənə tətbiq edə bilməzsiniz!" (Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaaları, s.379) deyərək ifadə etmişdir.
Bədiüzzaman, Risaləi Nur Külliyyatının müxtəlif hissələrində, "Hz. Mehdinin irəlidə gələcək bir şəxs olduğunu" aydın şəkildə ifadə etmişdir. Bədiüzzamanın bu mövzunu açıqlayan sözlərindən bəziləri belədir:
1) GƏLƏCƏK DÜNYƏVİDƏ (dünyanın gələcəyində, gələcək zamanda) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ KARİB (yaxın) ZƏNN ETMİŞLƏR. (Sözlər, s.318)
Bədiüzzaman bu sözüylə, İslam tarixində əvvəllər də bir çox adamın, Hz. Mehdinin çıxış tarixi ilə əlaqədar müxtəlif nəticələrə gəldiklərini və bu mübarək şəxsin "öz yaşadıqları əsrə yaxın" bir tarixdə ya da öz dövrlərində gələcəyini fikirləşdiklərini ifadə etmişdir. Ancaq Bədiüzzaman "KARİB (YAXIN) ZƏNN ETMİŞLƏR" deyərək aidiyyatı olan kəslərin Hz. Mehdinin əvvəlki tarixlərdə çıxdığını düşünməklə bir zənnə qapıldıqlarını və yanıldıqlarını xatırlatmışdır. Bədiüzzaman, Hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-dan "1400 İL SONRA" gələcəyini xəbər vermişdir.
Diqqət yetirilsə Bədiüzzaman burada "Hz. Mehdi gəldi-keçdi ya da gəlmişdir" demir, "gələcək zaman" ifadə edən bir söz işlədərək "GƏLƏCƏK" deyir. Bununla yanaşı nə 1373, nə 1378, nə 1398 nə də başqa bir tarixi verməmişdir, tam olaraq 1400 il sonradan bəhs etmişdir. Bu tarix Miladi 1980-ci ili bildirir. Hicri XIII əsrin mücəddidi olaraq Hicri XIV əsrə qədər mücəddidlik vəzifəsini yerinə yetirən Bədiüzzaman, Hicri 1379 yəni Miladi təqvimi ilə 1960-cı ildə vəfat etmişdir. Buna görə də Bədiüzzaman Hz. Mehdinin gəlişi üçün öz yaşadığı dövrü deyil gələcdəki bir tarixi bildirmişdir. Bədiüzzaman bu şərhiylə, açıq və qəti bir tarix verərək özünün Hz. Mehdi olmadığını ifadə edir, Hz. Mehdinin öz vəfatından təxminən 20 il sonra gələcəyini müjdələmişdir.
Bədiüzzaman bununla yanaşı, Hz. Mehdinin gəlişindən əvvəl Mehdi olduğu sanılan şəxslərin əksinə, "1400 il sonra gələcək olan Mehdinin bir HƏQİQƏT" olacağını da ifadə etmişdir. Yəni bu müqəddəs şəxsin, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində müjdələdiyi bütün xüsusiyyətlərə sahib olan "HƏQİQİ MEHDİ" olacağını və bu xüsusiyyətləriylə Mehdi sanılan kəslərdən seçilib tanınacağını xatırlatmışdır.
Bundan əlavə, Bədiüzzaman Risalələrində Peyğəmbərimiz (s.ə.v)-ın hədislərinə dayanan "hər yüz ilin əvvəlində bir mücəddid göndəriləcəyini" xatırlatmışdır. Bədiüzzaman "1400 İL SONRA" tarixini verərək eyni zamanda "XIV və XV. əsrlər arasında vəzifə yerinə yetirəcək olan mücəddidin Hz. Mehdi olduğunu" xəbər vermişdir.
2) Həm bu sirrdəndir ki, MEHDİ, SÜFYAN KİMİ AXIR ZAMANDA GƏLƏCƏK EŞHASLARI (adamları, yəni Hz.Mehdi və tələbələrini) hətta çox zaman əvvəl təbiin (Peyğəmbərimiz (s.ə.v)-ı sağ ikən görmüş olan möminlərlə, yəni Səhabələrlə görüşmüş və onlardan dərs almış olan saleh Müsəlmanlar) yaşadıqları dövrdə onları gözləmişlər və onlara yetişmək üçün çalışmışlar (yəni Medi və tələbələrini görmək və onlarla görüşmək arzusunda olmuşlar və yaşadıqları dövrdə belə onları axtarmışlar)." (Sözlər, s.358)
Bədiüzzaman bu ifadəsində, gələcək zamanda ediləcək hərəkəti bildirən "gələcək" sözü ilə Hz. Mehdinin "irəlidəki bir tarixdə bir şəxs olaraq gələcəyini" bir daha vurğulamışdır. Bədiüzzaman bu yolla, yaşadığı dövrdə Hz. Mehdinin hələ gəlmədiyini açıq-aşkar bildirmişdir.
3) Həqiqi gözlənilən və BİR ƏSR SONRA GƏLƏCƏK OLAN O ŞƏXS də bu zamanda gəlsə ... (Kastamonu Lahikası, s.57)
Bədiüzzaman, Hz. Mehdinin hələ gəlmədiyini, Müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir.
Bədiüzzaman, "HƏQİQİ GÖZLƏNİLƏN" sözləriylə Hz. Mehdinin "HƏLƏ GÖZLƏNİLDİYİNİ" yəni onun dövründə gəlmədiyini ifadə edir. Şübhəsiz ki, əgər Bədiüzzaman Hz. Mehdinin öz yaşadığı dövrdə gəlmiş olduğunu düşünsəydı, bu ifadəni işlətməzdi. "Həqiqi gözlənililən" yerinə "gəlmiş olan" və ya "gələn" deyərdi. Ancaq belə bir sözü Risalələrin heç bir yerində istifadə etməmişdir. Tam əksinə Bədiüzzaman, Hz. Mehdinin hələ gəlmədiyini və gəlişinin bütün İslam aləmi tərəfindən gözlənildiyini açıq şəkildə bildirmişdir. Aydın məsəlidir ki, Bədiüzzaman Hz. Mehdinin özündən sonrakı bir dövrdə və mütləq gələcəyinə aid qəti bir qənaətə gəlmiş və bunu israrla dilə gətirmişdir.
Bundan əlavə, Bədiüzzaman burada istifadə etdiyi "HƏQİQİ" sözü ilə də Hz. Mehdinin gəlişinin nə qədər qəti bir həqiqət olduğunu ifadə edir.
Həm də Bədiüzzaman Hz. Mehdinin yalnız irəlidə (yəni özündən sonra) gələcəyini ifadə etmir, eyni zamanda bu mübarək şəxsin nə zaman gələcəyini də müjdələyir. Hz. Mehdinin "ÖZÜNDƏN BİR ƏSR SONRA, YƏNİ HİCRİ 1400-cü İLLƏRDƏ" ortaya çıxacağını xəbər vermişdir.
Şübhəsiz ki, əgər Bədiüzzaman Hz. Mehdinin öz dövründə yaşadığını düşünsəydi, belə uzaq bir tarix verməzdi, əksinə açıq şəkildə ifadə edərdi. Deməli Bədiüzzamanın bu mövzudakı qənaəti heç bir etiraza yer buraxmayacaq qədər qətidir .
4) O İRƏLİDƏ GƏLƏCƏK ACİB (qeyri-adi, heyrət oyandıran, bənzəri görünməyən) ŞƏXSİN bir xidmətçisi, ona yer hazır edəcək bir dümdarı (köməkçi qüvvəti) və o böyük komandirin pişdarı (öndə gedən bir əsgəri, qabaqcıl əsgər, əmin hazırlayanıi) olduğumu zənn edirəm. (Barla Lahikası, s.162)
Bədiüzzaman bu sözündə də bir daha Hz. Mehdinin özündən sonrakı bir tarixdə gələcəyini ifadə etmişdir. Onun, Hz. Mehdidən əvvəlki dövrdə yaşadığını isə, özünü "Hz. Mehdinin qabaqcılı (zəmin hazırlayanı)" olaraq xarakterizə etmişdir.
Bədiüzzaman burada da yenə "gəlmiş" və ya "gəldi" kimi öz dövrünü və əvvəlini nəzərdə tutan ifadələr işlətməmişdir; "irəlidə gələcək" deyərək Hz. Mehdinin öz yaşadığı dövrdən sonra gələcəyini bildirmişdir.
Bədiüzzaman bu sözüylə, etdiyi işlərin, Hz. Mehdiyə zəmin hazırlayacağını ifadə edir, özünü bu mübarək şəxsin "XİDMƏTÇİSİ" olaraq xarakterizə etmişdir. Şübhəsiz ki, bu olduqca açıq və qəti bir şərhdir. Əgər Bədiüzzamanın, özünün Hz. Mehdi olduğuna dair bir qənaəti olsaydı, özünü "Hz. Mehdinin xidmətçisi" kimi xarakterizə etməzdi. Çünki "bir adamın eyni anda həm Hz. Mehdi həm də onun xidmətçisi ola bilməsi" mümkün deyil. Buna görə bu ifadə Bədiüzzamanın çox açıq bir şəkildə Hz. Mehdi olmadığını isbat edir.
Bununla yanaşı "DÜMDAR" sözü "köməkçi qüvvət" mənasını verir. Bədiüzzaman, bu sözüylə özünü, əsl mübarizəni icra edəcək olan şəxsə imkan, zəmin hazırlayan köməkçiyə bənzətmişdir. Bu şəkildə özündən sonra gələcək olan və edəcəyi böyük fikri mübarizə ilə İslam əxlaqının gətirdiyi bütün gözəllikləri yer üzünə hakim edəcək olan Hz. Mehdinin bir köməkçisi olduğunu ifadə edir. Əgər Bədiüzzaman özünün Hz. Mehdi olduğunu düşünsəydi şübhəsiz ki, burada özünü "Hz. Mehdinin köməkçisi" olaraq təyin etməzdi. Çünki Hz. Mehdinin və köməkçisinin bir-birindən iki fərqli adam olduğu çox açıqdır. Əgər Bədiüzzaman "köməkçisiyəm" deyirsə, deməli bu onun, özünün Hz. Mehdi olmadığını bildirir.
Bədiüzzamanın burada istifadə etdiyi "PİŞDAR BİR NƏFƏR" ifadəsi, "ÖNDƏN GEDƏN ƏSGƏR" mənasını verir. Bədiüzzaman bu sözüylə özünü öndən gedən qabaqcıl qüvvələrə bənzədərkən, Hz. Mehdinin özündən sonra gələcəyini bir daha vurğulamışdır. Əgər Bədiüzzaman özünün Hz. Mehdi olduğunu ifadə etmək istəsəydi, şübhəsiz ki, belə bir ifadə istifadə etməzdi. Çünki bu ifadə əks şəkildə önə sürüləcək olan bütün iddiaları etibarsız hala gətirir və mövzunu qəti şəkildə açıqlayır. Bədiüzzaman "özünü ÖNDƏN GEDƏN" bir adam olaraq xarakterizə etməklə, "Hz. Mehdinin ondan SONRA GƏLƏN" bir şəxs olduğunu bildirmişdir.
Bədiüzzaman burada "öndən gedən bir adam" yəni əsgər sözünü istifadə edərək, özünün Hz. Mehdi deyil, onun bir köməkçisi və ona xidmət edən bir vəzifəli olduğunu bir daha sübut edir. Bədiüzzamanın özünü bir "XİDMƏTÇİSİ, QABAQCILI" olaraq səciyyələndirdiyi və bu qədər təriflə, hörmətlə bəhs etdiyi Hz. Mehdi, bütün İslam aləmi tərəfindən əsrlərdir gözlənilir. Bədiüzzaman da bu şərhləriylə, Hz. Mehdinin axır zamanda, Allahın icazəsiylə, şəksiz-şübhəsiz ortaya çıxacağını möminləri müjdələyir.
5) ... Bu həqiqətdən aydın olur ki, SONRA GƏLƏCƏK OLAN O MÜBARƏK ŞƏXS RİSALƏİ NURU BİR PROQRAMI OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK (yazma və paylama yoluyla yayacaq və tətbiq edəcək). (Sikke-i Tasdik-i Gaybi, s.9)
Bədiüzzaman bu sözləriylə, əvvəlki mücəddidlərin və Bədiüzzamanın yaşadığı dövrlərdə Hz. Mehdinin gəlmədiyini demiş, bu mübarək şəxsin bunların hamısından "SONRA" gələcəyini ifadə etmişdir. Həm də Bədiüzzaman bu vəziyyəti, yalnız gələcək zamanı ifadə edən bir hərəkət olaraq deyil, bunu bir də "SONRA" sözüylə dəstəkləyərək çox qəti bir üslubla açıqlamışdır.
Bədiüzzaman bu ifadəsində də Risaləi Nur Külliyyatının, Hz. Mehdinin, təbliğində istifadə edəcəyi bir ön hazırlıq olduğunu bildirmişdir. Bədiüzzaman, Hz. Mehdinin ortaya çıxdığı zaman Risalələri hazır yazılmış olaraq tapacağını və imanı qurtarma vəzifəsində Risalələrdən faydalanacağını ifadə etmişdir. Bədiüzzaman bu sözləriylə özünün Hz. Mehdi olmadığını, Hz. Mehdinin "ÖZÜNDƏN SONRAKI DÖVRDƏ GƏLƏCƏYİNİ" bir daha bildirmişdir.
6) AXIR ZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ (dünya səviyyəsində) ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ (tələbələri), CƏNABI HAQQIN İCAZƏSİYLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏDƏR və O TOXUMLAR SÜMBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKR EDƏRİK. (Kastamonu Lahikası, s.99)
Bədiüzzaman burada, bir daha Hz. Mehdinin özündən sonrakı bir dövrdə və irəlidəki bir tarixdə gələcəyini ifadə etmişdir. Bədiüzzaman, Hz. Mehdi və tələbələrini, Risaləi Nurun əsl sahibləri olaraq xarakterizə etmiş, Risaləi Nurun dar dairədə yəni məhdud bir seqment içərisində başlatdığı xidməti, daha irəlidəki bir tarixdə gələcək olan bu mübarək şəxsin tamamlayacağını və bunu dünya səviyyəsində bir xidmətə çevirəcəyini müjdələmişdir.
Bədiüzzaman burada istifadə etdiyi "TA AXIR ZAMANDA" sözləriylə Hz. Mehdinin gələcəyi zamanı ifadə edir. Bədiüzzaman bu ifadəsiylə əvvəlcə Hz. Mehdinin özündən "SONRAKI BİR TARİXDƏ" gələcəyini dilə gətirir. Bədiüzzamanın burada istifadə etdiyi "TA" sözü isə bu mövzuya açıqlıq gətirən əhəmiyyətli bir ifadədir. "TA" sözü uzaqlıq ifadə edən bir sözdür. Bədiüzzaman bu sözü işlətməklə, "axır zamanın, öz yaşadığı dövrdən çox uzaq bir zaman olduğunu" bildirmişdir.
Bədiüzzaman, Hz. Mehdidən əvvəl gəlmiş, insanların Allahın dinindən uzaqlaşdığı bir mühitdə Quran əxlaqı və iman həqiqətləri üzərində dayanaraq çox böyük bir imani hərəkətlərə başlamışdır. "O TOXUMLAR SÜNBÜLLƏNƏR" deyərək bu böyük fikri mübarizəsini toxum əkməyə bənzətmişdir. Sonradan Hz. Mehdi zamanında bu iman toxumlarının sünbüllənəcəyini, yəni Hz. Mehdinin Bədiüzzamanın başlatdığı bu imani işləri genişlədəcəyini və nəticəyə çatdıracağını ifadə etmişdir. Bədiüzzaman bu nümunəsi ilə özünün Hz. Mehdidən əvvəlki bir dövrdə yaşadığını, Hz. Mehdinin gəlişini isə özündən sonrakı bir dövrə aid olacağını bildirir.
Bədiüzzaman, "BİZLƏR DƏ QƏBRİMİZDƏN SEYR EDİB" deyərək əkdiyi iman toxumlarının sünbüllənəcəyi yəni Hz. Mehdinin Quran əxlaqını bütün dünyaya hakim edəcəyi dövrdə, özünün isə artıq vəfat etmiş olacağını bildirmişdir. Bədiüzzaman bu sözüylə bir daha özünün Hz. Mehdi olmadığını, onun gəlib vəzifəsinə başladığı dövrdə artıq özünün həyatda olmayacağını xatırlatmışdır.
Bədiüzzaman, Hz. Mehdinin özündən sonrakı bir tarixdə gələcəyini dəfələrlə və çox aydın ifadələrlə açıqlamışdır. Ancaq Bədiüzzamanın sözlərinin başa düşülməsi üçün Risalələrdəki sözlərin kafi olmadığını düşünənlər, bu mövzunu Risalələrdə izah edildiyi şəkildə qəbul etmirlər. Hz. Mehdinin çoxdan gəlib gəldiyini və artıq vəzifələrini yerinə yetirdiyini bildirirlər. Halbuki bu düşüncə həm Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində verdiyi xəbərlərlə həm də Bədiüzzamanın Risalələrdə izah etdikləriylə tamamilə ziddiyyət təşkil edir. Bir insanın Hz. Mehdinin keçmiş dövrlərdə çıxmış olduğundan bəhs etdiyi kimi, bu şəxsin Müsəlmanların xəlifəsi yəni mənəvi lideri xüsusiyyətiylə bütün dünya Müsəlmanları arasında İslam Birliyini qurduğundan, bu birlik vəsiləsiylə Xristian dünyasıyla dinsizliyə qarşı ittifaq qurmasından və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətlərini canlandırıb, dini bütün batil inanc və tətbiqlərdən təmizləyib, Hz. İsa ilə birlikdə İslam əxlaqını bütün yer üzünə hakim etdiyindən də bəhs etməsi lazımdır. Ancaq bu hadisələrin heç biri hələ reallaşmadığına görə, bu iddia ilə ortaya çıxan kəslərin yanıldıqları çox açıq bir şəkildə görünür.
Bədiüzzaman hədislərdə verilən bu məlumatlara əsaslanaraq, axır zamanda gələcək olan Hz. Mehdinin üç müxtəlif sahədə birdən Mehdilik edəcəyini yəni, həm "SİYASƏT MEHDİSİ" həm "SƏLTƏNƏT MEHDİSİ" həm də "DƏYANƏT MEHDİSİ" olacağını ifadə etmişdir. Bədiüzzamanın Hz. Mehdinin bu əhəmiyyətli xüsusiyyətini açıqladığı sözlərindən biri belədir:
Böyük Mehdinin çox vəzifələri var. SİYASƏT ALƏMİNDƏ, DƏYANƏT ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, MÜBARİZƏ ALƏMİNDƏ bir çox sahədə işləri olduğu kimi..." (Şualar, s.590)
Bədiüzzaman bu sözləriylə, Hz. Mehdinin siyasət aləmində əhəmiyyətli vəzifələr boynuna götürəcəyini ifadə etmişdir. Hz. Mehdinin, "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi" yəni "Müsəlmanların mənəvi lideri" xüsusiyyətini daşıyaraq bütün dünya Müsəlmanları arasında İslam Birliyini quracağını, Xristian aləmi ilə ittifaq bağlayacağını və Hz. İsa ilə birlikdə, İslam əxlaqını bütün dünyada hakim edəcəyini bildirmişdir. Bədiüzzamanın detallı olaraq Hz. Mehdinin boynuna götürəcəyi bütün bu vəzifələri Hz. Mehdinin "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi yəni bütün dünya Müsəlmanlarının mənəvi lideri" xüsusiyyətinə sahib olacağını və "idarəçi" mövqeyində olacağını bildirmişdir.
Hz. Mehdi, müsəlmanları maraqlandıran hər bir məsələni həll edəcək və onların mənəvi lideri olacaq. Hz. Mehdinin boynuna götürəcəyi bu vəzifənin necə adlandırıldığı əhəmiyyətli deyil. Hz. Mehdinin maraqlandıran siyasət, 'Quran əxlaqının daxilindəki siyasət' olacaq. Mühüm olan şey Hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifənin "Quranın bir hökmü" olmasıdır. Quran əxlaqına uyğun siyasətin mənası gözəl əxlaqlı, şəfqətli, mərhəmətli olmaq, ədalətli davranmaq, möminlər arasında birlik və qardaşlığı, barışı və ictimai ədaləti bərqərar etmək, ədalətsizliyi aradan qaldırmaq, zənginliyi və rifahı təmin etməkdir. Quranda Hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə "İslam əxlaqının hakimiyyəti" olaraq müjdələnmişdir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla, təhlükəsizliklə əvəz edəcək... (Nur Surəsi, 55)
Hz. Mehdi də Quranın bu hökmünə uyğun olaraq, bütün Müsəlmanların hüzurunu, birlik və əmin-amanlığını təmin edəcək, İslam əxlaqının gözəlliyini bütün dünyada yayacaq. Bədiüzzamanın da siyasət və səltənət nəzərdə tutduğu əsas ana mövzu budur: "Hz. Mehdinin bütün dünya Müsəlmanlarının liderliyini boynuna götürməsi və Quranda ifadə edilən bu hökmə tabe olaraq İslam dünyasının mənfəətləri istiqamətində fəaliyyətlər göstərmək"dir. Bütün bunlar Quran əxlaqının və Quran ayələrinin zəruri olaraq tələb etdiyi şeylərdir.
Bədiüzzamanın "o şəxsin ikinci vəzifəsi, şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) icra və tətbiq etməkdir" (Sikke-i Tasdik-i Gaybi, s.9) sözləri ilə, Hz. Mehdi də, Quran əxlaqının fərzlərini tətbiq etdiyində, İslam Birliyinin meydana gəlməməsi, Hz. Mehdinin idarəçi xüsusiyyətini daşımaması, səlahiyyət sahibi olmaması ya da lider mövqeyində olmaması mümkün deyil. Çünki bütün bunlar Allahın bütün Müsəlmanların yerinə yetirməli olduqları hökmlərdir. Necə ki, Bədiüzzaman da Hz. Mehdinin bu xüsusiyyətlərə sahib olacağını "Xilafəti Məhəmmədiyə (A. S. M.) (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi) ünvanı ilə şeairi İslamiyəti (İslam əxlaqının əsaslarını) canlandırmaqdır." (Emirdağ Lahikası, s.259) sözləriylə ifadə etmişdir.
Bir ayədə Allah Müsəlmanlara, öz içlərindən olan "əmr sahiblərinə" tabe olmaqlarını, itaət etmələrini belə bildirir:
Ey iman edənlər, Allaha itaət edin, elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə (ixtiyar sahiblərinə) də. Əgər bir şeydə anlaşılmazlığa düşsəniz, əgər Allaha və axirət gününə iman edirsinizsə, artıq onu Allaha və elçisinə həvalə edin. Bu, xeyirli və nəticə baxımından daha gözəldir. (Nisa Surəsi, 59)
Bu ayə kimi Quranda, Müsəlmanların, Allahın, onları dünyada və axirətdə qurtuluşa çatdırması üçün göndərdiyini, elçilərə itaət etmələriylə əlaqədar bir çox ayələr var.
"Siyasət aləmində, dəyanət aləmində, səltənət aləmində və mübarizə aləmində bir çox sahədə işləri olduğu kimi" Bəddiüzzaman, bu sözləriylə Hz. Mehdi üçün nəzərdə tutduğu siyasət anlayışı da məhz budur. Bədiüzzamanın bu ifadəsində keçən "siyasət və səltənət" sözləri, Hz. Mehdinin, Quranın bu hökmünü necə yerinə yetirəcəyini bildirir, hansı ki, Risalələrdəki Hz. Mehdinin vəzifələri ilə bağlı izah olunan sözləri diqqətlə araşdırıldığında, Bədiüzzamanın nə demək istədiyi çox asanlıqla aydın olur. Hz. Mehdinin siyasət və səltənət sahəsində bir çox vəzifəni boynuna götürəcəyi də açıq-aşkar bilinir.
Bədiüzzaman Hz. Mehdinin siyasət sahəsində mühüm vəzifələrinin olacağını açıq şəkildə ifadə etmişdir. Batın təfsirçiləri isə, Bədiüzzamanın bu açıq ifadələrini qəbul etmmirlər. Hz. Mehdinin siyasət sahəsində bir vəzifəsinin olmayacağını, yalnız iman həqiqətləri üzərinə fəaliyyət aparacağını bildirirlər.
Halbuki heç bir dəlili olmayan bu düşüncə, Bədiüzzamanın Risalələrdə yüzlərlə səhifədə qeyd etdiyi məlumatlarla tamamilə ziddiyyət təşkil edir. Çünki əvvəlki sətirlərdə bildirildiyi kimi Bədiüzzaman, əsərlərində Hz. Mehdinin yerinə yetirəcəyi üç böyük vəzifə haqqında geniş məlumat vermiş və Hz. Mehdinin "siyasət sahəsində Mehdilik vəzifəsini necə yerinə yetirəcəyini" detallı olaraq izah etmişdir. Bununla Hz. Mehdinin "İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, Müsəlmanların mənəvi liderliyini boynuna götürərək İslam Birliyini quracağını, Xristian dünyasıyla ittifaq bağlayacağını" detallı olaraq açıqlamışdır. Bədiüzzamanın bütün bu izahları heç bir mübahisəyə ya da şərhə ehtiyacı olmayacaq dərəcədə açıq və aydın şəkildədir.
Məlum məsələdir ki, əgər Bədiüzzaman, Hz. Mehdinin yalnız iman həqiqətləri istiqamətində xidmət göstərib, siyasət və səltənət sahələrində bir vəzifə yerinə yetirməyəcəyini düşünsəydi, Risalələrdə belə bir şərhə yer verməzdi, Hz. Mehdinin bu istiqamətdəki vəzifələrini Peyğəmbərimiz (s.ə.v)-ın hədislərinə söykənərək bu qədər uzun və detallı olaraq izah etməzdi. Çünki Bədiüzzaman kimi dərin imanlı böyük bir mücəddidin əsərlərində, düşündüyü və inandığı şeylərin tam tərsinə şərh etməsi heç bir şəkildə mümkün deyil.
Allah, Quranda "İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarını güc və iqtidar sahibi edəcəyini" vəd etmiş və bu vədinin qəti olduğunu bildirmişdir. Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində, bütün böyük İslam alimlərinin və Bədiüzzamanın sözlərində də bu vəziyyətə "Hz. İsa ilə Hz. Mehdinin vəsilə olacaqları" bildirilmişdir. Rəbbimizin bu vədinə görə İslam əxlaqı bir gün mütləq hakim olacaq və bir adamın Müsəlmanların öndərliyini boynuna götürməsi lazım olacaq. Bədiüzzaman belə dünya səviyyəsində bir hakimiyyətlə qarşılaşmamış və bütün dünya Müsəlmanlara başçılıq etməyi də boynuna götürməmişdir. İslam dünyasının başında, bütün Müsəlmanları bir yerə yığacaq, birləşdirəcək bir lider uzun müddətdir ki yoxdur. Müsəlmanların bu lideri, 1400 ildir müjdələnildiyi kimi Hz. Mehdi olacaq. Yer üzündən zülmü və qaranlığı ortadan qaldıracaq, İslam əxlaqının gözəlliyinin bütün insanlar tərəfindən yaşanmasına vəsilə olacaq. Bədiüzzaman da əsərlərində bu həqiqəti dilə gətirmiş və Hz. Mehdinin "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi yəni Müsəlmanların mənəvi lideri xüsusiyyətini daşıyacağını" bildirərək bütün Müsəlmanları bu böyük hidayət öndərinin gəlişiylə müjdələmişdir.
Bədiüzzaman Risalələrdə Hz. Mehdi haqqında bəhs etdiyi bir çox sözlərində, Hz. Mehdinin "İslam dünyasının lideri" xüsusiyyətini daşıyacağını ifadə etmişdir. Bu sözlərindən bir qisimi belədir:
1) İkinci vəzifəsi: XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (a. s. m.) ÜNVANI İLƏ (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi adı ilə) şeairi İslamiyyəti (İslam əxlaqının əsaslarını) yenidən canlandırmaqdır. (Emirdağ Lahikası, s.259)
Hz. Mehdi, hal-hazırda müxtəlif qruplara dağılmış olan Müsəlmanları birləşdirəcək, İslam əxlaqını və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-ın həqiqi sünnətlərini canlandıracaq. İslam aləminin birliyini quracaq, bu vəsiləylə insanlığı maddi və mənəvi təhlükələrdən qurtaracaq və insanların Allahın razılığına uyğun bir həyat tərzi keçirməklərinə, Allahın əzabından çəkinmələrinə vəsilə olacaq.
Bədiüzzaman Hz. Mehdinin bu ikinci vəzifəsini "Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəsi" yəni "Müsəlmanların mənəvi lideri" sifətiylə yerinə yetirəcəyini bildirmişdir. Şübhəsiz ki, Hz. Mehdinin, "İslam cəmiyyətinin lideri xüsusiyyətiylə" İslamiyyəti yenidən canlandırması, milyonlardan ibarət olan birliyin maddi və mənəvi gücüylə hərəkət edərək bütün yer üzündə İslam Birliyini qurması" -na dair işləri, onun lider xüsusiyyətinə sahib olacağını açıq şəkildə bildirir.
2) O ŞƏXSİN üçüncü vəzifəsi, XİLAFƏTİ İSLAMI yəni (İslam xəlifəliyini) İSLAM BİRLİYİNİ BİNA EDƏRƏK (İslam Birliyi üzərinə quraraq), İSƏVİ RUHANİLƏRİYLƏ (dindar Xristianlarla və Xristian alimləriylə) İTTİFAQ QURUB (əməkdaşlıq və həmrəylik içərisinə girərək) İSLAM DİNİNƏ XİDMƏT ETMƏKDİR. Bu vəzifə, çox böyük bir səltənət, güc, qüvvət və milyonlarla fədakarın iştirakı ilə tətbiq edilə bilər (yerinə yetirilə bilər). (Sikke-i Tasdik-i Gaybi, s.9)
Bədiüzzaman, Hz. Mehdinin digər vəzifəsinin də İslam cəmiyyətini birləşdirmək və Xristian aləmiylə ittifaq qurmaq olduğunu bildirmişdir. Hz. Mehdinin bu vəzifəsini, iman sahiblərinin, Peyğəmbərimiz (s.ə.v)-ın soyundan gələn fədakar seyidlərin və digər bütün Müsəlmanların dəstəyi ilə reallaşdıracağını bildirmişdir.
Bədiüzzaman bu ifadəsi ilə "Hz. Mehdinin dünya səviyyəsində bütün Müsəlmanların xəlifəsi vəzifəsini boynuna götürəcəyini" bir daha ifadə edərək, "Hz. Mehdinin İslam dünyasının başında lider olacağını" açıqlamışdır.
Bədiüzzamanın Hz. Mehdi ilə əlaqədar izahlarında dəfələrlə təkrarladığı, Hz. Mehdinin bu xüsusiyyətini görməməzlikdən gələrək, yalnız iman həqiqətləri istiqamətində fəaliyyət göstərəcəyini iddia etmək heç bir şəkildə mümkün deyil. Bədiüzzaman çox açıq dəlillərlə Hz. Mehdinin bu sahələrdə müxtəlif fəaliyyətlərdə olacağını bildirmiş və bütün bunların Hz. Mehdinin tanınması üçün ən əhəmiyyətli əlamətlərdən olacağını ifadə etmişdir.
3) ... Həzrəti Mehdinin, o vəzifəsini şəxsən özünün yerinə yetirməsinə vaxtı və halı imkan verməz. Çünki XİLAFƏTİ MƏHƏMMƏDİYƏ (A.S.M) (Peyğəmbərimiz (s.ə.v)-ın xəlifəliyi) CƏHƏTİNDƏKİ (istiqamətindəki) SƏLTƏNƏTİ, ONUN İLƏ MƏŞĞULİYYƏTƏ yəni elmi araşdırmalar aparmağa, maraqlanmağa VAXT BURAXMIR (vaxtı olmayacaq).Hər halda o vəzifəni ondan əvvəl bir tayfa (birlik) bir cəhətdə (istiqamətdə) görəcək. O şəxs, o tayfanın (birliyin) uzun tədqiqatı ilə (araşdırmalarla) yazdıqları əsəri özünə hazır bir proqram edəcək, onun ilə o birinci vəzifəni tam yerinə yetirmiş olacaq... (Emirdağ Lahikası, s.259)
Bədiüzzaman Hz. Mehdinin işlərindən əvvəl, Hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətlərini yaymaq və materializmi fikirlə yıxmaq üçün istifadə edəcəyi elmi vəsaitləri hazırlayan bir birlik olacağından bəhs edir. Bədiüzzaman "bir cəhətdə" yəni "bir istiqamətdə" ifadəsi ilə, bu elmi topluluğun, materializmi fikirlə təsirsiz hala gətirilməsi işlərini yalnız bir cəhətdən icra edəcəklərini, buna görə də "Hz. Mehdinin də özünə proqram edərək bu birliyin işlərindən bu istiqamətdə faydalanacağını" ifadə etmişdir. Əvvəlki səhifələrdə də ifadə edildiyi kimi, materialist fəlsəfənin "tam mənasıyla təsirsiz hala gətirilməsi" isə ancaq Hz. Mehdinin yerinə yetirəcəyi xidmətlər nəticəsində reallaşacaq.
Bədiüzzaman Hz. Mehdi üçün burada "o vəzifəsini şəxsən özünün görməyə vaxtı və halı icazə verə bilməz" sözlərini ifadə etmişdir. Bunun səbəbinin isə, "Hz. Mehdinin dünya səviyyəsində bütün 'Müsəlmanların mənəvi lideri' olaraq 'siyasət və səltənət sahəsində reallaşdıracağı böyük vəzifələri' yerinə yetirəcəyinə görə vaxtının olmayacağını bildirmişdir.
Bədiüzzamanın bu şərhləri Hz. Mehdinin bütün dünya Müsəlmanlarının mənəvi lideri olaraq siyasət və səltənət sahələrində dünya səviyyəsində bir çox xidmət göstərəcəyini açıq-aşkar ifadə etmişdir.
4) ... Axır zamanda şəriəti Məhəmmədiyəni (Peyğəmbərimiz (s.ə.v)-ın yolunu, (Quran əxlaqını) və həqiqəti Furkaniyəni (Quran əxlaqının əsaslarını, həqiqətlərini) və sünnəti Əhmədiyəni (A.S.M) (Peyğəmbərimiz (s.ə.v)-ın sünnətini) əhya ilə (yenidən canlandırma ilə), elan və icra ilə (hər kəsə eşitdirərək və tətbiq edərək), BAŞKOMANDANLARI (başçıları) OLAN "BÖYÜK MEHDİ"NİN kəmalı ədalətini (uca ədalətini) və haqqaniyətini (haqdan və düzgünlükdən ayrılmamağını, düzgünlüyünü) dünyaya göstərmələri çox məqbul olmaqla bərabər, çox lazımlı, zəruri və həyatı ictimaiyəti insaniyədəki düsturların (cəmiyyət həyatına aid qaydaların) muktezasıdır (gərəyidir)..." (Şualar, s.456)
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində də bildirildiyi kimi, Hz. Mehdinin İslam əxlaqını bütün dünyaya hakim etməsi ilə yanaşı yer üzündə görünməmiş bir ədalət, hüzur və barış mühitinin yaşanacağını ifadə edir. Hz. Mehdinin bu böyük ədalətinə bütün dünya şahid olacaq. Bədiüzzaman, Hz. Mehdinin dünya səviyyəsində həyata keçirəcəyi bu vəzifəni "baş komandanlıq" sifətiylə reallaşdıracağını ifadə etmişdir, bu sözləri ilə də Hz. Mehdinin "bütün dünya Müsəlmanlarının liderliyini" boynuna götürəcəyini bir daha açıqlamışdır. Bu mövzu ilə əlaqədar soruşulacaq olan bir neçə suala veriləcək cavablar, Hz. Mehdinin bu xüsusiyyətinin çox açıq şəkildə başa düşülməsini təmin edəcək:
-Hz. Mehdinin "baş komandanlıq" sifətini daşıması nə mənanı verir?
Bədiüzzaman Hz. Mehdinin bu sifətini xatırladaraq, Hz. Mehdinin bütün dünya Müsəlmanları üzərində "idarəçi" mövqeyində olacağını bir daha açıq şəkildə ifadə etmişdir.
-Hz. Mehdinin bütün dünyaya kamallı ədalətini və haqqaniyətini göstərməsi necə reallaşacaq?
Böyük bir ədalət anlayışının və haqdan ayrılmayaraq bütün dünyaya göstərilməsi ancaq "dünya səviyyəsində bir idarə gücüylə" mümkün ola bilər. Bütün insanların Hz. Mehdinin ədalət anlayışına şahid olmalarını, Hz. Mehdinin "ədaləti təmin edə biləcək səlahiyyətlərə sahib olacağını" göstərir.
Bədiüzzamanın burada yer verilən bir neçə sözü də, Hz. Mehdinin İslam dünyasının lideri olacağına dair çox açıq şəkildə ifadələr olduğunu bildirir. Buna baxmayaraq Bədiüzzamanın sözlərinin müxtəlif şəkillərdə şərh edilərək Hz. Mehdinin bir mövqe sahibi olmayacağını iddia etmələri, Bədiüzzamanın Risalələrdəki izahatlarıyla tamamilə ziddiyyət təşkil edir. Bədiüzzamanın Hz. Mehdinin yerinə yetirəcəyini bildirdiyi yuxarıda sayılan dünya səviyyəsindəki vəzifələrin hər biri, Hz. Mehdinin bu lider xüsusiyyətiylə reallaşdıracağı vəzifələrdir.
Böyük mütəfəkkir Bədiüzzaman həzrətkəri, XIII əsrin mücəddididir. Ancaq özünün də Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində açıqladığı kimi, "BÜTÜN MÜSƏLMANLARIN LİDERİ" xüsusiyyətinə sahib olmamışdır. Allahın icazəsiylə bütün İslam aləmi üçün böyük müjdələr ehtiva edən bu hadisələr, axır zamanda Hz. Mehdi vəsiləsiylə reallaşacaq və bu adı da Hz. Mehdi daşıyacaq. Bədiüzzaman, bu mövzunu dəlillərlə izah edərək, özünün axır zaman Mehdisi olmadığını açıq şəkildə ifadə etmişdir.
Bu gün dünyada 1 milyarddan çox Müsəlman yaşayır. Dünya tarixində ilk dəfə Müsəlmanların sayı bu qədər çoxalıb. Bu böyüklükdə bir kütləyə öndərlik, başçılıq etmək tarixdə heç kimə nəsib olmamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, bu şərəfli xüsusiyyəti Allahın icazəsiylə axır zamanın "Böyük Mehdisi" daşıyacaq.
Bu hissəyə qədər izah edilənlər Bədiüzzamanın, Hz. İsa və Hz. Mehdinin axır zamanda ortaya çıxacaqları və İslam əxlaqını bütün dünyaya hakim edəcəklərinə aid qəti qənaətini dəlillərlə sübut edərək bildirir. Ancaq, Hz. Mehdinin keçmişdə gəldiyi ya da heç gəlməyəcəyi kimi düşüncələrlə hərəkət edən bəzi insanlar, Bədiüzzamanın bütün bu sözlərini müxtəlif şəkillərdə şərh etməyə çalışırlar. Bu məqsədlə ortaya atılan əsassız şərhlərdən biri də, ‘Bədiüzzamanın da bir insan olduğuna görə, etdiyi bütün bu şərhlərdə yanılması və səhv edə bilməsi' şəklindədir. Hər insanın gələcəyə dair bəzi təxminlərinin ola biləcəyi, ancaq bunların düzgün çıxmamasının son dərəcə adi bir vəziyyət olduğu deyilir, buna görə də, Bədiüzzamanın bu şərhlərinin üzərinə çox getmənin və araşdırmanın lazımsız olduğu bildirilir. Bədiüzzamanın sözlərini bu şəkildə şərh edənlərə, ‘Bədiüzzamanın səhv etdiyinin hardan bildiklərini' ya da ‘buna dair bir dəlillərinin olub olmadığı' soruşulduqda isə, ‘bu səhv qənaəti dəstəkləyəcək heç bir şərh ortaya qoya bilmirlər'. Necə ki, Bədiüzzamanın sözlərinə aid belə bir şərh qarşıya qoyarkən gözardı edilən çox əhəmiyyətli bir həqiqəti unudurlar. Bədiüzzaman Həzrətləri, əsərlərindəki axır zamana aid şərhlərini yalnız öz şəxsi fikirlərinə görə deməmişdir. Bədiüzzaman, Allahın Quranda vəd etdiyi İslam əxlaqının hakimiyyətini müjdələyən ayələri və Peyğəmbərimiz (s.ə.v)-ın, bu hakimiyyətin Hz. İsa və Hz. Mehdi vəsiləsiylə reallaşacağını bildirən səhih hədislərə söykənərək bildirmişdir. Allah, Quran ayələrində iman edənlərə, onları xəbərdar edib qorxudacaq və hidayətə yönəldəcək bir lider göndərəcəyini bildirmiş, Peyğəmbərimiz (s.ə.v) də axır zamanda bu şəxsin Hz. Mehdi olacağını müjdələmişdir. Allahın, ‘İslam əxlaqını bütün yer üzünə hakim edəcəyi' vədi haqqdır. Allahın icazəsiylə bu vəd reallaşacaq. Allahın adetullahında bu hakimiyyətdə mömin birliyinin başında bir mənəvi lider olması lazımdır. Bu şəxsin də Mehdi olacağı bildirilmişdir. Beləliklə, Bədiüzzaman da, əsərlərində Allahın bu adetullahını açıqlamışdır. Buna görə Bədiüzzamanın buna aid olan sözlərində yanıldığını bildirmək, Allahın bu vədini xəbər verən bir çox Quran ayəsini və Peyğəmbərimiz (s.ə.v)-ın bütün Əhli sünnə alimləri tərəfindən ittifaqla tevatür olaraq qəbul edilən hədislərini görməməzlikdən gəlməkdir. Bu da heç bir Müsəlmanın qəbul etməyəcəyi bir vəziyyətdir. Bu səbəbdən də Bədiüzzamanın sözləri haqqında irəli sürülən fikrin səhv olduğu açıq şəkildə görünür.
Digər tərəfdən Bədiüzzamanın sözlərinin bu şəkildə şərh edilməsi, Hz. Mehdinin çıxışına şübhə etməkdən qaynaqlanır. Bəziləri, Hz. Mehdinin çıxacağına inanmaqlarına baxmayaraq, vaxt ötdükcə bu inanclarında zəiflik götərirlər və Hz. Mehdinin çıxışından narahat olurlar. "Birdən Mehdi çıxmazsa onda nə edərik?" qorxusu aiddiyatı həmin kəsləri Bədiüzzamanın bu mövzudakı açıq sözlərini şərh və təfsir yoluyla dəyişdirməyə yönəldir. Əks halda Bədiüzzamanın əsərlərinin öz etibarlığını itirəcəyini ya da bu istiqamətdə edilən işlərin zərər görəcəyini düşünürlər. Əgər Hz. Mehdi çıxmazsa, həm özlərinin həm də digər Müsəlmanların imanlarının zədələniləcəyini fikirləşirlər və buna görə də narahat olurlar. Halbuki bu narahatlıqları və qorxuları yersizdir. Bədiüzzaman Səid Nursi Həzrətləri, bu düşüncəyə sahib olan və Hz. Mehdinin gəlişini rədd edən kəslərin imanlarının zəif olduğunu deyir. Xüsusilə də bu kəslərdən özlərini alim bilib, ağıllarına güvənənlərin də böyük bir eqoizmə sahib olduqlarını ifadə edir:
"Qiyamət əlamətlərindən və axır zaman hadisələrindən və bəzi fəzilət və savablar kimi əməllərdən bəhs edən, Hədisi Şərifə, yaxşı başa düşülmədiyinə görə, ağıllarına güvənən bir qisim əhli elm (elm sahibi), onların bir hissəsinə zəif və ya mövzu (hədis) demişlər. İMANI ZƏİF VƏ GÜCLÜ BİR EQOİZMƏ SAHİB OLANLAR DA, İNKARA QƏDƏR GETMİŞLƏR." (Sözlər, s. 355)
Bu, İnsanların vicdanlarıyla doğrunu gördükləri halda, sırf təkəbbürləndiklərinə görə düzgün olan şeydən üz çevirmələri Quranda da bildirilmişdir:
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə (təkəbbürləndiklərinə görə) onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!. (Nəml Surəsi, 14)
Əhli sünnə inancına görə Hz. İsanın və Hz. Mehdinin gəlişi qətidir, bu hal səhv düşüncədən uzaq olan səmimi möminlər üçün böyük bir müjdədir və bu gəlişi çox həyəcanla gözləyirlər.
Bilidiyimiz kimi Bədiüzzaman, Hz. İsa və Hz. Mehdinin gəlişini müjdələmiş və iman edənləri, axır zamanın bu iki böyük əhəmiyyətli hadisəsi üçün hazırlıq etməyə çağırmışdır. Bədiüzzamanın bu mövzu ilə əlaqədar olan sözlərini görməməzlikdən gələrək, bəziləri ‘Hz. İsa və Hz. Mehdini gözləməyin əhəmiyyətli olmadığını, əhəmiyyətli olan hər kəsin öz vəzifələrini yerinə yetirməli olduğunu ' bildirərək səhf şərhlər ortaya atırlar.
Halbuki bu düşüncə, olduqca səhv bir münasibəti bildirir. Çünki Quranda, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində ya da İslam alimlərinin izahlarında, belə bir şərh edilməsini tələb edən, əksinə olan bir hökm ya da söz yoxdur. Hz. İsanın və Hz. Mehdinin gözlənilməsi, kiminsə öz vəzifələrini, ibadətlərini yerinə yetirmələrinə heç bir maneə törətmir.
Peyğəmbərimiz (s.ə.v), Hz. İsa kimi mübarək bir peyğəmbərin və Hz. Mehdi kimi bir vəlinin gəlişini əhəmiyyətli hesab etmiş, möminləri də bu mübarək insanların gəlişini gözləməyə təşviq etmişdir. Lakin, Peyğəmbərimiz (s.ə.v) hədislərində 6000-dən çox Quran ayələrinin eyni zamanda da hamısnının birdən tətbiq olunmasını deyir. Necə ki, Quranda möminlərin bütün bu ayələrin hamısını birdən yaşamaqla məsul olduqları bildirilir. Quranın bu hökmlərindən biri də ‘zülmün ortadan qalxması və İslam əxlaqının bütün dünyaya hakim olması üçün səy göstərməkdir'. Bu yolda səy göstərərkən, Müsəlmanların Quranın digər hökmlərini tətbiq etməməsi kimi bir vəziyyət yaranması mümkün deyil. Hz. Mehdi də ortaya çıxdığı zaman bütün insanları Qurana tabe olmağa, Quran əxlaqını tətbiq etməyə və İslam əxlaqını qüsursuz olaraq yaşamağa çağıracaq. Buna görə Hz. İsa və Hz. Mehdi haqqında belə bir şərh irəli sürməyə heç bir ehtiyac yoxdur.
Əlavə olaraq, əgər Müsəlmanların belə bir mübarək şəxsləri gözləmələrinə ehtiyac olmasaydı, Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu hadisəni müjdələməzdi, insanları bu mübarək şəxsləri gözləməyə təşviq etməzdi. Peyğəmbərimiz (s.ə.v) bu mövzunu açıqlayan bir hədisində "Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli Beytimdən bir adamdır." (Kitab-ul Burhan Fi Alamet-il Ahir Zaman, s.13) sözləriylə, bunun necə əhəmiyyətli olduğunu açıq şəkildə bildirmişdir.
Hz. Mehdinin müjdələnməsinin mühüm bir səbəbi, axır zamanda Müsəlmanların mənəvi lider seçməklərindən və birləşmək üçün çətinlik çəkmələrindən irəli gəlir. İslam aləmi heç bir mənəvi lider ətrafında birləşmir və bir yerə toplanmağı da düşünmürlər. Belə bir vəziyyətdə Müsəlmanlar başlarında mənəvi bir liderin olmamasına və bölünüb parçalanmalarına görə əziləcək və müxtəlif çətinliklərlə qarşılaşacaqlar. Bilindiyi kimi seçki vasitəsi ilə başçı seçilən insanın qəbul edilməsinə dair illərdir problemlər yaşanır. Müsəlmanlar belə bir məntiqlə lider seçməyi qəbul etmirlər. Buna görə də seçki mümkün olmayacaq və hər hansı bir insanın ətrafında toplanmaları da mümkün olmayacaq.
Buna görə Müsəlmanların yeganə bir liderin öndərliyində birləşmələri üçün ‘tək həll yolu, Allahın təyin etdiyi və Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində xəbər verdiyi bir adamın seçilməsi' olacaq. Hədislərdə bildirilən şəxs, lider olaraq qəbul edə biləcəkləri yeganə adam olacaq, Müsəlmanlar bu adama tabe olmaq üçün çətinlik çəkməyəcək, məcbur edilməyəcəklər. Hz. Mehdi, Bədiüzzaman Səid Nursinin "... Axır zamanın ən böyük fəsadı zamanında, əlbəttə ən böyük BİR MÜCTƏHİD (ictihad edən böyük İslam alimi), həm ən böyük BİR MÜCƏDDİD (hər əsr başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən adam), həm QÜTBÜ ƏZƏM (Müsəlmanların özünə bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq BİR ZATI NURANİ (nurani şəxs) göndəriləcək və O ŞƏXS də Əhli Beyt Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v)-ın soyundan) olacaq." (Mektubat, s. 411-412; Mektubat, s. 441) sözlərində ifadə etdiyi xüsusiyyətlərə sahib olacaq, "ən böyük müctəhid" olaraq məzhəbləri ortadan qaldıracaq və bütün Müsəlmanlar arasında məzhəb birliyini quracaq, yəni bütün məshəbləri birləşdirəcəkdir. Dini, Peyğəmbərimiz (s.ə.v)-ın dövründəki halına gətirəcək. Heç kimin ətrafında toplanmağı qəbul etməyən İslam aləmi, "ən böyük mürşid və ən böyük komandir" xüsusiyyətlərini daşıyacaq olan Hz. Mehdiyə asanlıqla tabe olacaqlar.
Eyni şərtlər Xristian aləminə də aiddir. Xristian dünyası da birləşməkdə çətinlik çəkəcək və buna görə əziləcəklər. İslamı qəbul etmədə və Qurana tabe olmaqda çətinlik çəkəcəklər. Hz. İsa və Hz. Mehdi də, Müsəlman və Xristian dünyasında yaşanacaq bu çətinlikləri həll etmək üçün gələcək və bu vəziyyəti asanlaşdıracaqlar.
Bütün bunlar, maneə törədiləcək şərtlər deyil, taledə onsuz da artıq reallaşmışdır. Peyğəmbərimiz (s.ə.v), taledə fiziki xüsusiyyətləriylə, üstün əxlaqıyla edəcəyi fəaliyyətlərlə Hz. Mehdini müjdələmişdir. Hz. Mehdi də taledə ortaya çıxmış, İslam əxlaqını bütün dünyaya hakim etmiş, yer üzünə barış, hüzur və ədalət gətirmişdir. Yenə taledə bütün insanlar ondan razı olmuş, Allah onun məhəbbətini bütün insanların ürəyinə salmışdır. Hədislərdə bildirildiyi kimi "yatan yuxusundan oyandırılmayacaq, kimsənin qanı axıdılmayacaq", fikri mübarizəsiylə Deccaliyəti təsirsiz hala gətirəcəkdir. Bəzi alimlər Hz. Mehdiyə qarşı çıxmış, ancaq buna baxmayaraq Hz. Mehdi dini bütün bidət və xurafatlardan təmizləyib əvvəlki halına gətirmişdir. İstanbulu mənəvi cəhətdən fəth etmiş, Hz. İsa ilə bir yerə gəlmiş, namazda Hz. İsaya imamlıq etmiş, Hz. İsayla birlikdə Xristian dünyasıyla ittifaq quraraq onların da İslama tabe olmasına vəsilə olmuşdur. Bütün dünyada "Qızılçağ" adı verilən bənzərsiz bir dövr yaşanmış, Hz. Mehdi görünməmiş bir bolluq və bərəkətin yaşanmasına vəsilə olmuşdur. Ehtiyac içində olan adam Hz. Mehdiyə gəlmiş mal istəmiş, Hz. Mehdi də ona malı paylamışdır. Peyğəmbərimiz (s.ə.v) hədislərində, gələcəkdə yaşanacaq hadisələri deyil, ‘taledə olmuş bitmiş və tamamlanmış hadisələri' xəbər vermişdir. Bunların hər biri taledə yazıldığı üçün reallaşacaq. Buna görə də hər nə qədər ‘Hz. İsanı və Hz. Mehdini gözləməyə ehtiyac yoxdur' deyilsə də, bu olacaq. Bu mübarək şəxslər gələcək və taledə özlərinə verilən vəzifələrini yerinə yetirəcəklər.
Bununla yanaşı, ‘Hz. İsa və Hz. Mehdini gözləməyə ehtiyac yoxdur' demək Allaha, Peyğəmbərimiz (s.ə.v)-a, ayələrə və hədislərə qarşı, hörmətə və sevgiyə qarşı gəlməkdir. Allahın Quranda müjdələdiyi tarixi hadisələrə vəsilə olan, Peyğəmbərimiz (s.ə.v)-ın sevgiylə xatırlayaraq müjdələdiyi mübarək şəxslərə qarşı belə bir münasibət bəsləmək düzgün deyil. Əksinə, Müsəlmanların belə bir müjdəyə görə sevinməli, ‘Allah inşaallah nəsib edər, yaxın zamanda gələrlər, həyəcanla gözləyirik' deməlidirlər. Həm də, belə ifadənin ‘taleçilik' olacağını demək də düzgün deyil. Bu hadisələrin yaşanması onsuz da taledədir. Allah Quranda İslam əxlaqının hakimiyyətini vəd etmişdir. Bu taleyin xaricinə kimsə çıxa bilməz. Hətta bunun taleçilik olacağını demək də yenə o adamın taleyindədir.
Buna görə, Peyğəmbərimiz (s.ə.v)-ın və Bədiüzzamanın bu böyük müjdələrinin, bütün bu həqiqətlərin unudulmadan qiymətləndirilməsi lazımdır. Hz. İsa və Hz. Mehdinin gəlişi haqqında hər nə deyilirsə deyilsin, Allahın icazəsiylə taledə olan mütləq reallaşacaqdır.
Hz. İsanın və Hz. Mehdinin gəlişi, Peyğəmbərmiz (s.ə.v)-ın təvatür dərəcəsində olan rəvayətlərində keçən İslam aləmində əsrlərdir gözlənilən ən əhəmiyyətli mövzulardan biridir. Müsəlmanlar, bu iki mübarək insanın vəsilə olmasıyla, İslam mədəniyyətinin yenidən yüksəlməsini və Quran əxlaqının dünyaya hakim olmasını ümidlə və şövqlə gözləyirlər. Müsəlmanlar, Hz. İsa kimi Quranda təriflənən böyük və möcüzəvi bir peyğəmbəri və Hz. Mehdi kimi, Peyğəmbərimiz (s.ə.v)-ın vəkili olan ən böyük mürşidi əlbəttə ki, çox sevir və öz nəfslərindən övliya görərlər (yəni öz nəfslərindən üstün tutar və on itaət edərlər).
Ancaq bəzi insanlar, kitabın əvvəlindən bu yana izah edilən müxtəlif səbəblərlə Hz. İsa və Hz. Mehdinin gələcəyini şərh edirlər. Buna görə lazım olduqda, ‘Hz. İsa ya da Hz. Mehdi ilə əlaqədar hədislərin ya səhv olduğunu' ya da ‘artıq keçmişdə çıxdığını' hesab edirlər. Belə insanlar, Bədiüzzaman Həzrətləri kimi ‘axır zaman ilə əlaqədar rəvayətləri ən yaxşı açıqlayan mücəddidlərin izahlarını təfsir yoluyla dəyişdirməyə' və bu fikirləri insanlar arasında bir inanc olaraq mənimsətməyə çalışırlar. Hədislərdə, Hz. Mehdinin yaşından tutmuş fiziki xüsusiyyətlərinə kimi bütün xüsusiyyətləri izah edildiyi və Bədiüzzaman da Hz. Mehdinin ən böyük mücəddid olaraq İslam dünyasının öndəri, başçısı olacağını ifadə etdiyi halda, ‘Mehdi deyə bir şəxs gəlməyəcək' fikirini yeridirlər. Ya da ‘Mehdilik yalnız bir mənəvi şəxsdir, bir ruhdur' kimi sözlərlə, Mehdiyət mövzusunu praktik həyatda mövcud olmayan şəklə salmağa çalışırlar. Hətta bu mövzuda daha da irəliləyərək əvvəlki hissədə açıqlandığı kimi, ‘Bədiüzzaman da insandır, səhv etmişdir', ‘Bədiüzzaman Mehdidir və bu mövzu bağlanmışdır', ‘İslam əxlaqı hakim olmuşdur biz onsuz da islamı yaşayırıq, hər kəs istədiyi yerdə namaz qıla bilir, istənilən kəs istədiyi kimi həccə gedə bilir, bu səbəbdən bu mövzu bağlanmışdır' kimi izahlar gətirirlər.
Halbuki bilindiyi kimi, Quranda 6000-dən çox ayə var. Yalnız bəzi ibadətlərin yerinə yetirilməsi, İslam əxlaqının hakim olmağı mənasını vermir. Allah Quran əxlaqının yer üzünə hakim olacağını Nur Surəsinin 55-ci ayəsində müjdələmişdir. Əlbəttə ki, bunun reallaşmasına vəsilə olacaq bir adam olacaq. Allahın adətullahı belədir və tarixdə də həmişə belə olmuşdur. Allahın möminlərə bu müjdəni bildirdiyi ayələrdən bəziləri belədir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri necə yer üzünə varislər, güc və iqtidar sahibi etdisə onları da yer üzünün varisləri, güc və iqtidar sahibi edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur Surəsi, 55)
Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saf Surəsi, 9)
Bu ayələrə görə, İslam əxlaqı yer üzünə hakim olacaq. Bu hakimiyyətin başında da mənəvi bir lider olacaq. Bu adam da Hz. Mehdidir. ‘Gəlməyəcək' deyilsə də, deyilməsə də, Allahın adətullahına görə bu reallaşacaq.
Bununla bərabər, Allah Quranda İslam əxlaqının hakim olacağını bildirir amma bu nəticəyə çata bilməsi üçün möminlərin Quranda bildirilən ayələrin hamısna səmimiyyətlə yaşamaları və bu hakimiyyətin meydana gəlməsi üçün səy göstərmələri lazımdır. Allah Quranı yarımçıq şəkildə deyil, bütövlüklə göndərmişdir. Qurana görə iman edənlər bu ayələrin hamısından məsuldur. Peyğəmbərimiz (s.ə.v) də, Hz. Mehdinin gələcəyini və İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir ancaq, bir tərəfdən də bütün Müsəlmanları Quran ayələrinin hamısını yaşamaq üçün səmimi səy göstərməyə çağırmışdır. Buna görə, insanın Allahın və Peyğəmbərimiz (s.ə.v)-ın bu vədinə güvənərək, yalnız öz işlərinə yönəlib bu istiqamətdə heç bir səy göstərmədən oturub gözləməsi olduqca səhvdir. İslam əxlaqının hakimiyyəti üçün cəhd göstərmək hər bir Müsəlmanın vəzifəsidir.
İslam dini, bütün hərarəti ilə və canlılığı ilə Peyğəmbərimiz (s.ə.v)-ın dövründən bu yana təsvir edildiyi və taledə olduğu kimi yaşanır, hadisələr tam Quranda və hədislərdə xəbər verildiyi kimi bir-bir reallaşır. Allahın Quranda işarə etdiyi və hədislərdə bildirilən axır zaman isə hal-hazırda bütün əlamətləriylə reallaşıb. Bir çox insan illərlə, kitabda açıqladığımız səhv fikirlərlə hərəkət edə bilər və başqalarının da səhv məlumatlandırılmasına səbəb ola bilər. Əlbəttə ki, bütün bunların yaxşı niyyətə söykənən müxtəlif məqbul şərhləri də ola bilər. Ancaq əsas olan, axır zamanın açıq-aşkar yaşandığı və Hz. İsa və Hz. Mehdinin çıxışına dair bir çox əhəmiyyətli əlamətin bir-birinin ardınca reallaşdığı bu dövrdə bu fikrin səhv olduğunu bildirir. ‘Bədiüzzamanın yüzlərlə səhifədə u bütün İslam ümmətini aldatdığı' şəklindəki yaraşmayan ittihamdan imtina edilməsi və bu böyük İslam aliminə atılan böhtana son qoymaq lazımdır. Allahın Qurandakı vədinə, Peyğəmbərimiz (s.ə.v)-ın da hədislərdə verdiyi xəbərlərlə razılaşaraq Bədiüzzaman Səid Nursi də, Hz. İsa və Hz. Mehdinin gəlişini açıq şəkildə müjdələmişdir. Buna baxmayaraq əsassız şərhlərlə Mehdi intizarını yox etməyə çalışmaq olduqca yersiz bir hərəkətdir. Allahın icazəsiylə taledə təqdir edlidiyi kimi Hz. Mehdi çox yaxın bir zamanda ortaya çıxacaq və Allahın Qurandakı vədinə və hədislərdəki xəbərlərə uyğun olaraq Hz. İsa ilə birlikdə vəzifəsini yerinə yetirəcək.