Birinci Kitab: Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri
Mehdi Allaha qarşı son dərəcə itaətkardır. Əxlaq cəhətdən Peyğəmbərə (s.ə.v) bənzəyər. (Kıyamet Alametleri, Berzenci, s.163)
Əxlaqı mənim əxlaqımdan olan bir övladım çıxacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)
Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqı Quranda belə xəbər verilmişdir:
Həqiqətən sən üstün və böyük bir əxlaqa sa
hibsən. (Qələm Surəsi, 4)
Ona İlahidən nemətlər verilər. Dini elmləri və nümunəvi əxlaqı dərk edər. (Allahdan verilər) (Konavi Risalet-ül Mehdi, s. 161 B)
Quranda Peyğəmbərimiz (s.ə.v)-in də səmimi olaraq iman edənlər üçün ən gözəl nümunə olduğu bildirilmişdir:
And olsun, Allahın Elçisi sizlərə - Allaha və axirət gününə ümid bağlayanlar üçün və Allahı çox zikr edənlər üçün gözəl bir nümunədir. (Əhzab Surəsi, 21)
Fitnələrin qarşısını almaq özünə çətin gəlməyəcəyi və öldürmənin (ölümün) də onu imtina etdirməyəcəyi (yəni mübarizə aparmaqdan vaz keçirə bilməyəcəyi) Əhli Beytimə (soyuma) mənsub biri sahib olmadan günlər və gecələr bitməyəcək. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 13)
Mehdi işi möhkəm tutacaq (yəni işində qəti olacaq). (Kıyamet Alametleri, Berzenci, s. 175)
İnsanlar haqqa dönənə kimi (fikri) mübarizəsinə davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 23)
Mehdi hesabını çox ardıcıl bir şəkildə görəcək və vədindən dönməyəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)
Qarşısına dağlar belə dikəlsə onları əzib keçəcək, o dağlarda özünə yol tapacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 39)
Allah Quranda bir çox ayədə elçilərinin gözəl əxlaqı və cəsur xarakterlərindən bəhs edir. Elçilər qövmlərinin bütün inkarlarına, lağ etmələrinə, tələlərinə və hücumlarına ən gözəl şəkildə cavab vermişlər və hər vaxt Allahın köməyi ilə qalib gəlmişlər.
Elə isə sən əmr olunduğun şeyi açıqca söylə və müşriklərə fikir vermə (müşriklərdən üz çevir). (Hicr Surəsi, 94)
Belə olduqda sən kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et. (Furqan Surəsi, 52)
Onlar yaralandıqdan sonra, Allah və elçisinin çağırışını qəbul edənlər, içərilərindən yaxşılıq edənlər və Allahdan qorxub çəkinənlər üçün böyük bir əcr (mükafat) vardır. (Ali imran surəsi, 172)
Mehdi, gerges quşunun qanadının titrəməsi kimi Allahdan titrəyərək çox qorxan bir şəxsdir. (Nuaym b. Hammad, vr 91a)
Allaha qarşı son dərəcə itaətkardır. (Kıyamet Alametleri, s.163)
Hz. Mehdi, o qədər mərhəmətli olacaq ki, zamanında heç bir kəsin burnu belə qanamayacaq. (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)
... Yoxsullara qarşı çox mərhəmətli olmaq, Mehdinin əlamətlərindəndir. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")
... Məzlumlara qarşı da çox mərhəmətlidir. (Nuaym b. Hammad, vr. 50b; Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Böyük İslam alimi Muhyiddin Ərəbi isə Hz. Mehdinin xüsusiyyətlərini sıralayarkən, onun üstün mərhəmət anlayışından belə bəhs etmişdir:
Hz. Mehdinin İslamı qorumaq hissi çox güclü olacağı hədislərdə bildirilmişdir. İslam əleyhinə olan hər cür sözü bütünlüklə cavablandıracaq, hər cür hərəkəti tamamilə təsirsiz hala gətirəcək.
İslamın əleyhinə deyiləcək bir söz belə ona ağır gəəir. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.30)
O, mənim ümmətimdən, tənəzzül etməyən (Allahdan başqa heç bir varlığa minnət hissi duyaman) bir adamdır. (Suyuti, el-havi, 2/24)
Hz. Hüseyndən (r.ə) soruşuldu: "İmam Mehdi hansı əlamətləri ilə bilinəcək?" Belə cavab verdi : "... İnsanlar ona möhtac olarlar. O, isə insanlara ehtiyacını bildirməz." (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Hər vəzifəni üzərinə götürər və zəif, yardıma ehtiyacı olana kömək edər. (M. Muhyiddin Ərəbi "Futuhat-El Mekkiye", 366. bab,3 -cü cild, s. 327- 328)
Hz. Hüseyndən (r.ə) soruşuldu: "İmam Mehdi hansı əlamətləri illə bilinər?" Belə cavab verdi: "Könül rahatlığı və təmkinli (ciddi və zəhmli) olması ilə, halal və haramı çox yaxşı bilməsi ilə tanınar. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Mehdi zalıma qarşı haqqı müdafiə edəcək. Hətta (zalım) bir insanın dişlərində qalan (haqsız bir tikəni) belə ondan çəkib alacaq və sahibinə qaytaracaq. (En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal )
Zamanın inkitaa uğradığı (sistemlərin dəyişdiyi) bir dövrdə, Mehdi deyilən bir adam gələcək və lütfkarlığı bol və gözəl olacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)
O, fitnələrin zühur etdiyi bir ərəfədə gələcək və lütfkarlığı qarşılıqsız olacaq. (El Kavlu'l Müxtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.24)
Axır zamanda bir xəlifə olacaq, malı saymadan, hesablamadan (insanlar arasında) böləcək, paylayacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)
Əmrlərinizdən bir əmr olacaq ki, malı saymayacaq. Biri ondan mal istədiyində, "götür" deyər. Paltarının ətəyini yayar və o da doldurar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)
Peyğəmbərimizdən (s.ə.v) nəql edilən bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına işarə edilir. "Qızılçağ" adıyla bilinən bu dövr, hədislərdən belə başa düşülür ki, "Əsri Səadət" dövrünə bənzər bir dövr olacaq.
İnsanlar Qızılçağda həyatlarından o qədər razı olacaqlar ki, bir hədisin ifadəsinə görə "zamanın necə keçdiyinin fərqinə varmayacaqlar, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allahdan ömürlərinin uzadılmasını" istəyəcəklər. Peyğəmbərimiz (s.ə.v)-ın bir başqa sözündə Qızılçağdakı bu mühit bu şəkildə təsvir edilir:
… Kiçiklər kaş ki mən böyük olsaydım, böyüklər də kaş ki mən kiçik olsaydım deyə arzu edərlər... Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 17)
Ümmətimdə Mehdi vardır. İnsanlar ona gələcək və, "Ey Mehdi! Mənə də ver, mənə də ver!" deyəcək. Mehdi də onun ətəyini daşıya bildiyi qədər dolduracaq. (Tırmizi, Fiten, B. 53, H 2223; İbn Mace, Fiten, B 34, H 4083)
Ümmətim içində Mehdi olacaq. Mənim ümmətim o dövrdə o günə qədər heç mislini görmədikləri rifah tapacaqlar. Yer, məhsulunu verəcək və insanlardan heç bir sey saxlamayacaq (verməməzlik etməyəcəkdir). O gün mal da yığılmış olacaq. (Sünen-i İbn Mace, 10/347)
O zaman ümmətim, yaxşısı da pisi də hamısı heç görmədikləri nemətlərlə nemətlənəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 16)
Onun zamanında insan bir neçə ovuc toxum əkəcək, 700 ovuc məhsul əldə edəcək. (Kıyamet Alametleri, s. 164)
Məhəmməd ümmətinin ürəklərini zənginliklə doldurar və ədaləti ilə onları əhatə edər. O qədər bolluq olacaq ki, bir münadiyə (nida edənə), "Kimin ehtiyacı varsa mənə gəlsin" deyə səslənməsi əmr olunduğunda, bir adamdan başqa kimsə gəlməyəcək. O kəs də bir şeylər istəyər. O da Xəzinədara "get sənə versin" deyər. O da Mehdinin göndərdiyini söyləyərək, xəzinədardan da gücü çatdığı qədər mal götürər. Lakin sonra peşman olaraq "Bəyəm mən hər kəsdən çox möhtacam ki, məndən başqa heç kim getmədi" deyərək götürdüyü malı qaytarmaq istəyər. O zaman xəzinədar da "Biz verdiyimizi geri götürmürük." deyər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 13)
Onun dövründə, axan çaylar belə suyunu çoxaldacaq. Hz. Mehdi xəzinələri çıxardacaq... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.36)
Şübhəsiz o zamanda mal çoxalıb su kimi axacaq və onu heç kim (tənəzzül edib) qəbul etməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 464)
... Yer, içindəki canından sayılan qızılı, gümüşü çölə atmış olar... (Kıyamet Alametleri, s.197)
Ümmətim arasında Mehdi çıxacaq. Allah onu insanları zəngin etmək üçün göndərəcək. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, ərz (torpaq) bitkisini çıxaracaq, mal sahah üzrə (səviyəyə görə) veriləcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)
Allah onun əli ilə kasıblığı aradan qaldırar və Mehdi Şama enər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 66)
Məhəmməd ümmətinin ürəklərini zənginliklə doldurar və ədaləti ilə onları əhatə edər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 13)
Məhəmməd ümmətinin qəlbi zənginliklə dolacaq. (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)
Axır zamanda bir xəlifə olacaq, malı sayıb-hesablamadan (insanlar arasında) bölər edəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)
Əmrlərinizdən bir əmr olacaq ki, malı saymayacaq. Biri ondan mal istədikdə, "götür" deyəcək, o da paltarının ətəyini açar və o da doldurar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)
Ümmətim arasında bir xəlifə olacaq, malı saymadan verəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 15)
O yer üzünü haqq və ədalətlə doldurar. Ərz (torpaq) nəbatını (məhsulunu) çıxardar, göy də yağışını yağdırar. Ümmətim heç görmədikləri şəkildə nemətləndirilər. (İbn Ebi Şeybe, c VII, s. 512-513; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)
Onun dövründə, ümmətin istər yaxşıları istərsə də pisləri misli görünməmiş şəkildə bir çox nemətlərə sahib olacaqlar. Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək, torpaq bir toxum istəmədən belə məhsuldar və bərəkətli olacaq. (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 20-21)
(Mehdinin zamanında) səma, yağışından heç bir şeyi əsirgəməyəcək və comərdcəsinə bol yağdıracaq. Yer üzü bitkilərindən heç birini əskiltməyəcək və şübhəsiz onları kamalı ilə bitirib ortaya çıxaracaq... (Saati, H 143, c. XXIV, s. 50; Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 437)
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa gün qalmamış belə olsa, Allah mənim Əhli Beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, o yer üzünü ədalətlə dolduracaq. (Sünen-i Ebu Davud, 5/92)
Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu haqq və ədalətlə dolduracaq. (Süneni-i Ebu Davud, 5/93)
Bu Əmir (Hz.Mehdi ə.s) da, insanlar yer üzünü zülm ilə doldurduqları kimi o, yer üzünü ədalətlə dolduracaqdır. (Sünen-i İbn-i Mace, 10/348)
Zülm və azğınlıqla dolu olan dünya, o, (Hz. Mehdi) gəldikdən sonra ədalətlə dolub daşacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)
Hz. Mehdinin zamanında ədalət o qədər bol olacaq ki, məcburi alınan hər mal sahibinə geri qaytarılacaq,hətta başqasına aid olan mal birinin dişində qalmış belə olsa öz sahibinə geri qaytarılacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
Yer üzü əmin-amanlıq içində olacaq və hətta bir neçə qadın yanlarında heç bir kişi olmadan, rahatlıqla həccə gedə biləcək. (Nuaym b. Hammad, vr. 74b; Suyuti, c. II, s. 77; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
Əəvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olacaq ki, yuxuda olan kəs belə yuxusundan oyandırılmayacaq və bir damla qan axıdılmayacaq. Dünya, sanki Əsri Səadət dövrünə geri qayıdacaq. (Nuaym b. Hammad, K. Fiten vr. 77b; Suyuti, c. II, s. 77; El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29)
Rükun ilə Mövqe arasında ona (Hz.Mehdi ə.s-ə) beyət ediləcək. Hz. Mehdi öz dövründə o qədər mərhəmətli olacaq ki, heç kim nə yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)
Rükun ilə Mövqe arasında ona beyət ediləcək. Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, onun dövründə nə bir kəs yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)
Qab su ilə dolduğu kimi yer üzü də sülhlə dolacaq. Heç kim arasında bir düşmənçilik qalmayacaq və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr yox olub gedəcək. (Sahih-i Müslim, 1/136)
Döyüşçülər (hərbiçilər) də ağırlıqlarını (silah və sursatı)buraxacaq. (Sünen-i İbn Mace, 10/334)
Hərbiçilər ağırlıqlarını (yəni silah və sursatı) buraxar. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, 496)
Düşmənlik, kin də ortadan qalxacaq. Zəhərli olan hər heyvanın zəhəri də alınacaq. Hətta balaca oğlan uşağı əlini ilanın ağzına soxacaq amma ilan ona zərər verməyəcək. Qurd, qoyun-keçi sürüsü içində sürünün iti kimi olacaq. (Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab 33, s. 331-335)
Onun zamanında qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcək. İnsan bir ovuc toxum atacaq (əkəcək), 700 ovuc məhsul əldə edəcək. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)
Allah bizimlə insanları necə şirk ədavətindən qurtararaq, onların ürəklərinə ülfət və məhəbbəti yerləşdirmişdisə və din qardaşı etmişdisə, Mehdinin vəsiləsi ilə də fitnə ədavətindən elə qurtaracaq və qardaş edəcək.(Taberani'den, Heysemi, c. VII, s. 317; Nuaym b. Hammad, vr 52b; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 20)
Necə bizimlə onlar aralarındakı şirk və ədavətdən xilas etmiş və ürəklərinə ülfət və məhəbbət yerləşdirmişdisə, (onun gəlişiylə) yenə elə olacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 20)
Mənim övladımdan Məhəmməd b. Abdullah (Mehdi) ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəkləri fərahlanar. Acəm (ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və məhəbbət olar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 66)
Onun zamanında... ömürlər uzanacaq və əmanət itməyəcək. Pislər həlak olacaq, Peyğəmbər Əfəndimiz (s.ə.v)-ə nifrət edın bir kəs qalmayacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)
Ömürlər uzanacaq, əmanətlər yerinə təslim ediləcək. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, s. 1699, s. 179)
Mehdi zamanı o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər dirilərə qibtə edəcək... (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 22)
Onlar hər zalıma və cabbar oğlu cabbara (təcavüzkarlara, azğınlara, diktatorlara) qalib gələr. Onun dövründə ölülərin belə dirilərə qibtə edəcəyi bir ədalət görünər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 68)
Hətta həyatda olanlar (özlərində olan nemətləri görmələri üçün) ölülərin də həyatda olmalarını arzu edərlər. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 437)
Bədiüzzaman Səid Nursi də, Hz. Mehdinin ondan sonrakı dövrdə gəlib İslam əxlaqını hakim edəcəyindən bəhs edərkən, qəbrindən bu gözəl dövrü seyr edib şükr edəcəyini ifadə etmişdir:
Axır zamanda, həyatın geniş dairəsində əsl sahibləri, yəni Hz. Mehdi və şagirdləri (tələbələri), Cənabı Haqqın icazəsiylə gələr, o dairəni genişlədər və o toxumlar sünbüllənər. Bizlər də QƏBRİMİZDƏ SEYR EDİB Allaha şükr edərik. (Kastamonu Lahikası, s. 99)
Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdinin əxlaqı və mübarizəsi ilə yanaşı, fiziki xüsusiyyətlərini də çox detallı şəkildə təsvir etmişdir. Peyğəmbərimiz (s.ə.v)-ın Hz. Mehdi haqqındakı təsvirləri o qədər detallı və aydın şəkildədir ki, Hz. Mehdi ortaya çıxdıqda onu görənlər bu təsvirlərdən dərhal onu tanıyacaqlar.
Bir ayədə, Kitab Əhlinin Peyğəmbərimiz (s.ə.v)-ı "uşaqlarını tanıdıqları kimi" tanıyacaqlarını bildirilmişdir:
Özlərinə kitab verdiklərimiz, onu (peyğəmbəri), uşaqlarını tanıdıqları kimi tanıyarlar. Buna baxmayaraq onıardan bir qismi həqiqəti bildikləri halda gizləyərlər. (Bəqərə surəsi, 146)
Bu ayə, Hz. Mehdinin tanınmasına işarə edir. Hz. Mehdi də ortaya çıxdıqda, Peyğəmbərimiz (s.ə.v)-ın təsvirləri işığında, insanlar onu uşaqlarını tanıdıqları kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq bəzi insanlar, bu mübarək şəxsi tanımamazlıqdan gələcək və onu inkar edəcəklər.
O (Mehdi) gözəl bir igiddir, gözəl üzlüdür. Üzünün nuru başına və saçlarının qarasına qədər ucalar. (Mehdilik ve İmamiye, s. 153 /İkdüd Dürer'den)
Üzü parlayan ulduz kimi nurludur. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 33/Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Ahir Zaman, s. 22)
... Üzü səmada parlayan ulduz kimidir. (Deylemi, c. IV, s. 221, İbnu'l Cevzi, II cild, s. 558; Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)
O (Mehdi), orta boylu və gözəl üzlü bir gəncdir... Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimidüşər, parlayar və ona ucalıq verər. (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Mehdi mənim övladlarımdandır. Onun üzü parlaq ulduz kimidir. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Gözəl üzü var. Üzünün nurları ona əzəmət verər. (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Fevaidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
... Üzündə parlaq ulduz kimi bir rəng vardır... (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 12)
Allah, Hz. Yusufun gözəlliyini bu şəkildə xəbər vermişdir:
... “Onların qarşısına çıx!”– dedi. (Qadınlar) (Yusufu) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”... (Yusuf surəsi, 31)
Üzünün nuru başına və saçlarının qarasına qədər yüksələr. (Mehdilik ve İmamiye, s. 153/İkdüd Dürer'den)
Qara saçlıdır. Qara saqqallıdır. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Üzünün nuru, saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər. (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Mehdi gur saqqallı, ön dişləri parlaq, üzü xallı, açıq alınlıdır. (Mer'iy b. Yusuf b. Ebu Bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Üzündə bir xal olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s.41)
Mehdinin çiynində Peyğəmbərimiz (s.ə.v)-dəki kimi əlamət (nişan, xal) olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)
Çiynində Peyğəmbər (s.ə.v)-ın əlaməti vardır. (Kıyamet Alametleri, Berzenci, s. 165; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23)
Çiynində Peyğəmbər (s.ə.v)-ın nişanı vardır. (Kıyamet Alametleri, Berzenci, s. 163)
Hədisi şəriflərdən aydın olduğu kimi, Hz. Mehdinin iki çiyni arasında Hz. Məhəmməd (s.ə.v) də olduğu kimi açıq bir işarə, "Peyğəmbərimiz (s.ə.v)-ın əlaməti" olacaq. Peyğəmbərimiz (s.ə.v)-ın əlaməti, İslam qaynaqlarında belə bildirilir:
“Əbu Saib b. Yeziddən belə rəvayət edilmişdir: "Gözüm Peyğəmbərimiz (s.ə.v)-ın iki çiyni arasındakı möhürə sataşdı." (Sünen-i Tirmizi, 6/126)
Hz. Mehdinin rəngi ərəbidir… (İbn Hacer El Mekki; "El-Kavlü'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar", s. 15-75)
Qeyd: Ərəb millətinin dəri rəngi qırmızıyla qarışıq ağdır.
Hz. Peyğəmbər (s.ə.v)-ın dəri rəngi də qırmızıya çalan ağ rəng idi. Lakin, bədəninin görünən hissələri günəşin, küləyin təsirindən əsmərə çalırdı. Rəvayətlərdən Hz. Mehdinin də Peyğəmbərimiz (s.ə.v)-ilə eyni rəngdə olacağı aydın olur. Bir rəvayətdə Rəsulullah (s.ə.v)-ın dəri rəngi belə təsvir edilmişdir:
Ənəs b. Malik, Peyğəmbər (s.ə.v)-ın rəngi haqqında belə dedi: Ağ idi. Lakin ağı əsmərə çalırdı. (İbni Kesir, Şemail'ür- Resul, s. 28)
Əsmər, yəni dümağ deyil az qırmızılığı olan rəngi bildirir. Çünki Rəsulu Əkrəm Həzrətlərinin rəngi hamamdan hələ yeni çıxmış və özünə qırmızılıq gəlmiş olan ağ adamın o andakı rəngi kimidir. Yəni, Rəsulu Əkrəm Həzrətlərinin mübarək rəngi, qırmızı ilə qarışıq nurani ağ idi. (İbni Kesir, Şemail'ür- Resul, s. 28)
Hz. Mehdinin boy-buxunu İzrailli kişilərə bənzəyər. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 36-29)
Bədəni İsraillilərin bədəni kimidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24)
Mehdi sanki İzraillidir. (Rəftarı onlara bənzəyər yəni zəhmli və ağıllıdır) (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23-30)
O … heybətli (zəhmli) bir şəxsdir. (İkdüd dürer)
Hz. Mehdinin bədəni İsraillilərinki kimidir. Hz. Mehdi, sanki İzrail oğullarından bir kişidir (zadəganlara, dövlət adamlarına bənzəyər). (İbn Hacer El Mekki)
(Xarici görünüşü) sanki İsrail oğullarından bir insana bənzəyir. (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Sanki o, İsrail oğullarından biridir. (Nuaym b. Hammad, vr. 52a; Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Mehdi, orta boylu olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)
Mehdinin adı Məhəmməd b. Abdullahdır. O, orta boyludur... (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 11)
Peyğəmbərimiz (s.ə.v)-ın da eyni boyda olduğunu rəvayətlərdən öyrənirik:
Ənəs B. Malik rəvayətlərdə belə buyurur: Rəsulullah (s.ə.v) orta boylu idi. Bilindiyi kimi hədisdə keçən "Rəbə" sözü normal və orta boylu mənasına gəlir. Lakin normal boy üçün uzun olan şəxsə görə bir sərhəd vardır. Çünki boyun sahibi öz qarışı ilə yeddi qarış qədər olan boya sahibdirsə o normal boylu sayılır. (Tirmizi, Şemail-i Şerif, s. 15)
Hədislərdə Hz. Mehdinin qarnının, sinəsinin, alnının, qıç aralığının (addımlarının) ... geniş olduğu bildirilmişdir. Alnının geniş olmasıyla mütənasib olaraq başı da böyük olacaq. Bütün bu təsvirlərdən Hz. Mehdinin bədəninin bütünlüklə geniş yəni enli olduğu aydın olur.
İri gövdəli... (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
O, alnı açıq… qarnı böyük, qıç aralığı geniş… (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 13)
İki qıç arası geniş... (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Hz. Mehdi, Hz. Həsənin soyundandır. Qıçları aralıdır. (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, s. 22)
... Onun... alnı genişdir. Yer üzünü ədalətlə dolduracaq və malı bol bir şəkildə paylayacaq. (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, s. 22)
Hz. Mehdinin alnının açıq və geniş olmasına mütənasib olaraq başının da böyük olacağı hədislərdən aydın olur.
Mehdi məndəndir... Açıq alınlıdır. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)
Mehdi bizdəndir, alnı açıq... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 21)
Alahu Təala, mənim nəslimdən alnı açıq, yer üzünü ədalətlə dolduraraq malı və əşyanı insanlara bol-bol ehsan edən bir övladımı göndərəcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 23)
O, açıq alınlıdır. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Şübhəsiz ki, Allah, mənim nəslimdən alnı açıq (olan) bir şəxs göndərəcək. (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 11)
O, alnı açıq... qarnı geniş, iki qıç aralığı enli (geniş)... (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, s. 13)
Baldırları uzundur, rəngi Ərəb rəngidir. (Kıyamet Alametleri, Berzenci, s. 162-163)
Bir xüsusiyyəti də gedərkən addımlarının açıq və bir-birindən uzaq atmasıdır. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 32)
Hz. Mehdinin hədislərdə ifadə edilən yaşı, onun vəzifəyə başlayacağı, insanların onu tanıyacaqları və fəaliyyətini görüb izləyəcəkləri yaşlardır.
30- 40 yaşlarında ikən göndəriləcək... Mehdi mənim övladlarımdandır, 40 yaşlarındadır. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)
40 yaşındadır. Digər bir rəvayətə görə 30-40 yaşlarındadır. (Kıyamet Alametleri, Berzenci, s. 16)
Mehdi mənim nəslimdəndir. O 40 yaşındadır. Üzü sanki parlaq bir ulduzdur... (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)
Saqqalı bol və sıx olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
Saqqalı sıxdır. (Kıyamet Alametleri, Berzenci, s. 163)
Onun alnı geniş, burnu isə incə olacaq. (Tırmizi, Büyük Hadis Külliyatı, Rudani 5.Cilt, s. 365)
O, açıq alınlı, kiçik burunlu… (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)
O açıq alınlı və incə burunludur. (Ahmed, b. Hanbel II-291, III-17) (Süneni Ebu Davud Terceme ve şerhi 14-cü cild, Şail Yayıncılık, K. el-Mehdi (35), s. 404)
O, açq alınlı, kiçik burunlu, iri gözlü.... (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Naim Erdoğan, s. 163)
Qaşı qövslüdür (yaya bənzəyər). (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc. Naim Erdoğan, s. 163)
Hz. Mehdinin qaşlarının araları açıq (geniş)... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)
Hədisdə Hz. Mehdinin qaşlarının aralı olmasıyla, gözü və qaşı arasında məsafənin də geniş olduğu aydın olur.
Dişləri parlaq olacaq. (Nuaym b. Hammad, vr. 52a; El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)
Mehdi, gur saqqallı, ön dişləri parlaq... (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)