Birinci Kitab: Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri
Peyğəmbərimiz (s.ə.v) "Mehdi ilə müjdələnin" (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 12) hədisində buyuraraq, Hz. Mehdinin gəlişini həyəcan və şövqlə gözləmənin, bu mübarək şəxs üçün hazırlıq etmənin əhəmiyyətinə diqqət çəkmişdir. Bir başqa hədisi şərifdə isə iman edənlərin Hz. Mehdiyə qarşı duyduqları sevgi və bağlılıqları belə ifadə edilmişdir:
Sizdən ona kim yetişsə, qarın üzərində sürünərək də olsa ona qatılsın. Çünki o, Mehdidir. (İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, VII cild, s.527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)
Əgər dünyadan bir gün belə qalsa, Allah, O (Hz. Mehdi) idarəni ələ alana qədər o günü uzadar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s.10)
Əgər dünyadan bir gecə belə qalsa, Allah onu uzadar və Əhli Beytimdən birini (Hz. Mehdini) məlik edər. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 10)
Ümmətim arasına Mehdi gələcəkdir... Ümmətim onun zamanında yaxşı və pisin bənzəriylə nemətlənməyəcəyi bir nemətlə nemətlənəcək, səma bol yağış yağdıracaq, ərz (torpaq) bitkisindən heç bir şey qısıb saxlamayacaq (yəni bol məhsul verəcək). (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 9)
Dünyadan bir gecə belə qalsa, Allah o gecəni uzadar və Əhli Beytimdən biri gələrək dünyaya hakim olar. Onun adı adıma, atasının adı atamın adına bənzəyər. Əvvəl yer üzü necə zülmlə dolmuşdusa, o, onu ədalətlə dolduracaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, sf. 11)
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış belə olsa Allah (c.c) mənim Əhli Beytimdən (soyumdan) bir şəxsi (Hz. Mehdini) göndərəcək. (Sünen-i Ebu Davud, 5/92)
Mənim Əhli Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr bitməz. (En-Necmu's Sakıb, Ukayli)
Mehdi, qızım Fatimənin nəslindəndir. (Sünen-i İbn Mace, 10/348)
Mehdi ilə müjdələnin. O, Qureyşdən və Əhli Beytimdən bir adamdır. (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 13)
Mehdi, mənim övladlarımdandır. Üzü səmada parlayan ulduz kimidir. (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi’nin “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)
Bütün peyğəmbərlər bir-birinin nəslindəndir. Hz. Mehdi də hədislərin ifadə etdiyinə görə bu soydandır. Xalq arasında bu soydan gələnlərə "seyid" deyilir. Hz. Mehdi də seyid olacaq.
Allah, Quranda bir-birlərinin soyundan gələn elçilərdən bəhs edir. Bu ayələr Hz. Mehdinin də eyni nəsildən olacağına işarə edə bilər. (Doğrusunu Allah bilir).
Həqiqət budur ki, Allah, Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər üzərinə seçdi; Onlar bir-birlərindən (törəmə tək) bir nəsildir. Allah eşidəndir, biləndir. (Ali-İmran Surəsi, 33-34)
"Rəbbimiz, ikimizi sənə təslim olmuş (Müsəlmanlar) et və soyumuzdan sənə təslim olmuş (Müsəlman) bir ümmət (ver). Bizə ibadət üsullarını (yerini və ya qanunlarını) göstər və tövbəmizi qəbul et. Şübhəsiz, Sən tövbələri qəbul edən və əsirgəyənsən." (Bəqərə Surəsi, 128)
Atalarından, soylarından və qardaşlarından, kimini (bunlara qatdıq), onları seçdik və düz yola yönəltdik. (Ənam Surəsi, 87)
El-Mehdi, bizdən, Əhli Beytdəndir. Allah onu bir gecədə islah edər (yəni tövbəsini qəbul edər və ya feyzlər və hikmətlərlə təchiz edər). (Sünen-i İbni Mace Kitabü-l 'fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, 10-cu cild, Mütercim: Haydar Hatipoğlu, Bab: 34, s.348)
İslam alimləri bu hədisi bu şəkildə açıqlamışlar:
...Bir gecədə Mehdinin islah edilməsi sözü Cənabı Haqqın ona qütb mərtəbəsinin verilməsinə işarədir. Bu dərəcəni işləməklə, çalışmaqla qazanmaq olmaz. Uca Mövlanın Qurani Kərimdə ifadə etdiyi kimi Hz. Peyğəmbərə (s.ə.v) verilən bu lütf, Hz. Mehdiyə də verilmişdir.
Uca Mövla, Qurani Kərimdə Şura surəsi 52-ci ayəsində Peyğəmbərimizə (s.ə.v) belə buyurmuşdur: "Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən" (Şura surəsi, 52)
Hz. Mehdi, dini məsələlərdə zamanındakı müctəhidlərin (ayələri, hədisləri düzgün açıqlayan) ən fəzilətlisi və ən mükəmməlidir. Bu da onun böyüklüyünü, mərtəbəsinin yüksəkliyini, mövqesinin ucalığını göstərir. (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi, “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)
Bədiüzzaman Səid Nursi də, Hz. Mehdi haqqında belə bəhs etmişdir:
Axır zamanın ən böyük fəsadları zamanında, əlbəttə ƏN BÖYÜK BİR MÜCTƏHİD (ictihad edən, ayələri düzgün açıqlayan böyük İslam alimi), həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsr başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD (doğru yolu göstərən adam), HƏM QÜTBÜ ƏZƏM (Müsəlmanların bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir nurani şəxsi göndərəcək və o şəxs də, Əhli Beyti Nəbəvidən (Peyğəmbərimizin (s.ə.v) soyundan) olacaq... (Məktubat, 411-412)
Şübhəsiz ki o, insanların qarşılaşdıqları şərlərə görə, Mehdini ən çox sevənlər olmadıqca çıxmayacaq. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 27)
Yer və göy əhli ondan razı qalar. (Heysemi, VII cild, s. 313; Ebu Nuaym'dan, Suyuti, II cild, s. 58; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)
Allah, bütün insanların ürəklərini onun məhəbbəti ilə dolduracaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 42)
Mehdi insanlar arasına gəldikdə, onu yeni gəlin kimi sevgi və məhəbbətlə qucaqlayarlar (qarşılayacaqlar) ... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, S. 35)
Onun xilafətindən (xəlifəliyindən, dünyanı idarə etməsindən) yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı qalacaq. (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 31)
Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman ondan hər kəsin razı qalacağı bir gedişatda olan Hz. Mehdi çıxar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 38)
Allah onun məhəbbətini insanların ürəklərinə yerləşdirəcək. Beləcə onlar, gündüzləri aslan kəsilən və gecələri də ibadətlə keçirən bir cəmiyyət olacaqlar. (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Məhəmməd ümmətindən ondan məmnun, razı olmayaca q bir kəs qalmayacaq. (Kıyamet Alametleri, s. 163)
Üzü gözəl, qoxusu xoş, heybətli, lakin insanlara qarşı çox mehriban, sevimli və yaxındır. (Mehdi, Deccal, Mesih, s. 102)
Hədislərdə, Hz. Mehdinin dövründə ondan çox bəhs ediləcəyi ifadə edilir. Bu da, Hz. Mehdinin adının dünyanın dörd bir tərəfinə çatacağını, yayılacağını göstərir:
Səmadan bir münadi (nida edən), "Haqq Ali Məhəmməddir" şəklində səsləndiyi zaman, Mehdi zühur edər. Hər kəs yalnız ondan danışar, onun sevgisindən yararlanar və ondan başqa heç bir şeydən bəhs etməzlər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 33)
Bir münadinin səmadan "Haqq, Hz. Məhəmməd (s.ə.v) əhlindədir" şəklində səslənməsindən sonra, Hz. Mehdinin sevgisi insanların ürəklərinə yerləşəcək və ondan başqa bir şeydən bəhs edilməyəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)
Hədisi şəriflərdə Hz. Mehdiyə onun istəmədiyi halda beyət ediləcəyi bildirilmişdir. Bu da onu göstərir ki, Hz. Mehdi özünü heç vaxt Mehdi olaraq elan etməyəcək. Hətta insanlar ona gəlib "əlamətlər səndə mövcuddur, sən Mehdisən" dedikləri halda o yenə rədd edəcək. Ancaq "ölümlə təhdid" edildikdən sonra, insanların ona beyət etməyini qəbul edəcək.
Nəhayət insanlar Mehdiyə gələrlər və Rükn ilə Mövqe arasında, özü istəmədiyi halda ona beyət edələr (yəni, cani-könüldən istəyərək məqamını qəbul edərlər). "Əgər qəbul etməzsənsə, boynunu vurarıq" deyərlər. Yer və göy əhli ondan razı qalar (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)
Xəlifənin ölümü anında ixtilaf baş verər. Mədinə xalqından bir adam qaçaraq Məkkəyə gedib çıxar. Məkkə xalqından bir qrup onu, istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxardarlar. Həcəri Esvedlə (Kəbədəki qara daşla) İbrahimin Məqamı arasında ona beyət edərlər. (Sünen-i Ebu Davud, 5/94; El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)
... Və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona yetişsəniz, ona beyət edin. Çünki o yerdə də göydə də Mehdidir. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)
Hz.Fatimənin soyundan gələn Mehdi, Məkkədə meydana çıxarılar və istəmədiyi halda ona beyət edilər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 52-53)
... Onu təkrar Məkkədə taparaq yenə, "Sən filankəs oğlu filankəssən, anan da filankəs qızı filandır, səndə də bu cür əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun, uzat əlini sənə beyət edək" deyərlər. O isə "Mən axtardığınız deyiləm" deyər və təkrar Mədinəyə gedər. Mədinədə yenə axtarıldığını görərək təkrar Məkkəyə dönər. Məkkədə ona, Rükunda olarkən belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməsən, bizi axtarmaqda olan və başında Həddəmdən (ordu və hökmranlıq cəhətdən güclü olan) olan Süfyani ordusuna qarşı qorumasan, günahlarımız sənin üstünə və qanlarımız da boynuna olsun" deyərlər. Bunun üzərinə Mehdi, Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul edər. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)
Fitnə içindəki insanlar qan axıdıldığı bir zamanda evində oturmaqda olan Mehdinin yanına gələr və "Bizim üçün ayağa qalx" deyərlər. O isə qəbul etməz, ancaq ölümlə təhdid edildikdən sonra onlar üçün ayağa qalxar. Ondan sonra artıq qan tökülməz. (İbn Ebi Şeybe, VII-cild, s. 531; Abdurrezzak H. 20771, XI-cild, s. 372; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 52-53)
Qurani Kərimdə Yusuf Surəsində, Hz. Yusufun da öz istəyi olmadan yaşadığı ölkənin kralı tərəfindən düzgünlüyü, ədalətli, məlumatlı, etibarlı olması sayəsində vəzifə başına gətirildiyi xəbər verilir:
Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi. (Yusuf surəsi, 54)
Sonra da xəlifəlik yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s.26)
Məkkədə ona, Rükunda olarkən belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməzsən, bizi axtarmaqda olan və başında Həddəmdən (ordu və hökmranlıq cəhətdən güclü olan) olan Süfyani ordusuna qarşı qorumazsansa, günahlarımız sənin üstünə və qanlarımız da boynuna olsun" deyərlər. Bunun üzərinə Mehdi, Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul edər. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)
Rükun və Mövqe arasında ona beyət ediləcək. Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)
Ey insanlar, şübhəsiz Allahu Təala sizə zalımları, münafiqləri və onlara tabe olanları (başçı olaraq qəbul etməyi) qadağan etmiş və sizə Məhəmməd ümmətinin ən xeyirlisi olan və Məkkədə olan, ADI ƏHMƏD, atasının adı Abdullah olan Hz. Mehdini başçı etmişdir. Ona qatılın. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 31)
Mövzuyla əlaqədar işari mənada belə bir ayə var:
... məndən sonra gələcək Əhməd adlı elçisini müjdələyən bir elçisiyəm!...” (Saff Surəsi, 6)
... Və bu vəziyyət bir münadinin (nida edənin) səmadan səslənərək "Ey insanlar, əmriniz artıq Mehdidir." deməsinə qədər davam edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)
Səmadan bir münadi (səslənən bir kəs) "Haqq Ali Məhəmməddədir." şəklində səsləndiyi zaman Mehdi zühur edər... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33)
Siz üç və ya yeddi gün, şərqdən bir alovlu atəşi gördüyünüz zaman Ali Məhəmmədin çıxmasını gözləyin, inşaAllah, bir münadi Mehdinin adı ilə səmadan səslənəcək, hansı ki, şərqdə qərbdə olan hər kəs bu səsi eşidəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)
Səmadan bir münadi "Haqq Ali Məhəmməddədir, yerdən də bir münadi "Haqq Ali İsanın və ya Abbasındır" deyəcək. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 33)
Günahsız insanlar qətl edildiyi və qardaşı da Məkkədə öldürüldüyü zaman səmadan bir münadi, "Əmriniz filankəsdir. Məhz yer üzünü ədalətlə dolduracaq olan Mehdidir" deyə səslənəcək. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)
Çox böyük və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq və bu fitnə səmadan 3 dəfə "Əmr Mehdidir, həqiqət odur" şəklindəki səslənənə kimi davam edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 55)
Hədislərdə Hz. Mehdinin çıxışını səmadan gələn bir səsin xəbər verəcəyinə, yəni radio və televiziya kanalıyla bütün insanların bu müjdəli xəbəri eşidəcəyinə diqqət çəkilmişdir. Bu səsin şərqdə və qərbdə olan hər kəsə çatacağı bildirilmişdir. Hətta, hər cəmiyyətin bu səsi öz dilində eşidəcəyi də xəbər verilmişdir:
Səmadan ərz əhlinə şamil olan bir səs (eşidiləcək), hər kəs onu öz dilində ilə eşidər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)
İndiki vaxtda xəbərlər hər ölkədə, o ölkənin öz dilinə tərcümə edilərək, radio, televiziya və internet vasitəsilə dərhal çatdırılır. Hz. Mehdinin ortaya çıxışı da bu şəkildə bütün insanlara çatacaq.
Hz. İsa namazını Hz. Mehdinin arxasında qılacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)
Hz. İsa səmadan yerə enəcək və onun əmrliyini qəbul edəcək. Hz. İsaya "Bizə namaz qıldır" deyiləcək, ancaq o, "Əmr sizin içinizdədir" deyərək "Bu Allahın Məhəmməd ümmətionə olan bir lütfüdür." deyəcək. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)
Hz. Mehdi möminlərlə birlikdə Beytül Makdisdə (Qüdsdəki Məbəddə) səhər namazı qılarkən, həmin vaxtda nüzul (yerə enən) edən Hz. İsanı təqdim edəcək və Hz. İsa əllərini onun çiyninə qoyaraq, "Namazın qaməti sənin üçün gətirildi, buna görə də sən namazı qıldır" deyəcək və nəhayət Hz. Mehdi, Hz. İsaya və möminlərə imamlıq edərək namazı qıldıracaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 25)
Hədislərdə bildirildiyi kimi Hz. Mehdi dövründə heç kimin burnu qanamayacaq, heç kim zərər çəkməyəcək, hətta yatan adam belə yuxudan oyandırılmayacaq. Bu da Hz. Mehdinin fikri (elmi) bir mübarizə aparacağını göstərir. Hz. Mehdi, fikirlə din əxlaqına uyğun olmayan axın və sistemləri susduracaq, etdiyi elmi işlərlə İslam əxlaqını hakim edəcək.
Zamanında nə bir kəs yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)
Mehdi... çox sükunət içində hərəkət edəcəkdir. (Kıyamet Alametleri, s. 173)
Mehdi, Peyğəmbərin (s.ə.v) yolu ilə gedəcək, yatan adamı oyandırmayacaq, qan da axıtmayacaq. (Kıyamet Alametleri, s. 163)
Hədislərdə bildirildiyinə görə Hz. Mehdi ortaya çıxdığında, İslam dininə sonradan daxil edilmiş bütün batil inanc və tətbiqləri ortadan qaldıracaq. "... insanlar arasında Peyğəmbərin (s.ə.v) sünnəsini dəqiqliyi ilə yerinə yetirəcək" rəvayətində bildirildiyi kimi, Peyğəmbər Əfəndimizin (s.ə.v) yoluna tabe olacaq və eynilə onun dövründəki kimi din əxlaqının haqq (düzgün) halıyla yaşanmasına vəsilə olacaq.
... Dini Peyğəmbərin (s.ə.v) zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s.186-187)
Hz. Mehdi heç bir bidəti ortada bıraxmaycak. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)
Mehdinin ortadan qaldırmayacağı bidət qalmayacaq. Axır zamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcək."(Kıyamet Alametleri, s. 163)
Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə tətbiq etdisə, Hz .Mehdi də ən sonunda eyni şəkildə İslamı yaşadacaq, tətbiq edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)
Bidət: Dinin əslində olmadığı halda, dinə daxil edilən adətlərdir.
Allah Konstantiniyyanı (İstanbulu) çox sevdiyi dostlarının əliylə fəth edəcək... Onların xəstəliyini və kədərini ortadan qaldıracaq. (Kıyamet Alametleri, s. 181)
Bütün diyarlar onun əmri altına girər. Allahu Təala onun üçün Konstantiniyyanın fəthini (müyəssər) asanlaşdıracaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 56)
…Müxtəlif ölkələrdən bir çox alim, bir-birlərindən xəbərsiz halda Mehdini axtarmaq üçün yola çıxacaqlar və hər birinə 310 qədər insan müşaiyət edəcək. Sonunda hamısı Məkkədə görüşərlər və bir-birlərinə bura nə üçün gəldiklərini soruşduqlarında hamısı: "Bu fitnələrin qarşısını alacaq və Konstantiniyyanı fəth edəcək olan Mehdini axtarırıq, çünki biz onun atasının, anasının və ordusunun adlarını öyrəndik"-deyə cavab verərlər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 40)
Mehdi, Konstantiniyyanı və Deyləm adlı Dağı fəth edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)
Dünyadan yalnız tək bir gün qalsa belə o gündə mənim soyumdan bir şəxsin Deyləm adlı Dağına (yaxud əyalətinə) və Konstantiniyyə şəhərinə sahib olması üçün Allah şübhəsiz o günü uzadacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 74)
Dünyada adı keçəcək bir xəlifə qalmayana kimi hz. Mehdi çıxmayacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 54)
Onun çıxacağı il insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər. (Kıyamet Alametleri, s. 168)
İnsanlar başlarında bir imam (başçı) olmadan həcc edərlər (həccə gedərlər)... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)
Hz. Mehdinin bayrağı, Peyğəmbərimizin (s.ə.v) bayrağıdır:
Peyğəmbərin (s.ə.v) bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlıdır, tikişsizdir və qara rəngdədir. Onda bir hicr (qadağan edilmiş bir şey) olar. O (həmin qadağan edilmiş şey) Resullahın (s.ə.v) vəfatından bəri açılmamışdır, yalnız Mehdi çıxanda açılacaq. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, S. 22)
Hz. Mehdinin bayrağının xüsusiyyətləri digər hədislərdə bu şəkildə ifadə edilmişdir:
Bu şübhəsiz ki, axır zamanda məğrib məmləkətinin ən uzaq mövqeyindən Mehdi deyilən bir şəxs çıxacaq və önündə, qırx mil məsafə olaraq qabaqda kömək gedəcək. Mehdinin bayraqları ağ və sarıdır. İçində xəttlər var. Bayraqlarında Allahın adları yazılmışdır. Onun bayrağı altında olan heç bir birlik məğlub edilməz… (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti'l-Kurtubi), s. 438)
Hz. Mehdinin bayrağında "Beyət Allah üçündür" yazılıdır. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 65)
Hədislərdə Hz. Mehdinin bayrağıyla birlikdə fəth edəcəyi şəhərə də diqqət çəkilmişdir. Bayrağını, Konstantiniyya, yəni İstanbula taxacağı bildirilmişdir:
Mehdi Konstantiniyyanın fəthi əsnasında səhər namazı üçün dəstəmaz alrkən bir bayraq taxacaq, dəniz ikiyə ayrılaraq su özbaşına uzaqlaşacaq və açılan yolu təqib edən Hz. Mehdi qarşı sahilə keçəcək. (Kıyamet Alametleri, s. 181) (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 57)
Mən Mehdini, peyğəmbərlərin səhifələrində (kitablarında) belə görürəm: "Mehdinin əməlində nə zülm nə də ayıb vardır." (Nuaym b. Hammad, vr. 50b; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 21)
Quranda Zülqərneyn və Hz. Süleymanın İslam əxlaqını bütün dünyaya hakim etdikləri bildirilmişdir. Hədislərdə də, Hz. Mehdinin eynilə Zülqərneyn və Hz. Süleyman kimi İslam əxlaqını bütün yer üzünə hakim edəcəyi xəbər verilmişdir:
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 30)
Yer üzünə dörd adam malik (hökmdar) olmuşdur. İkisi mömin, ikisi kafirdir. Möminlər, Zülqərneyn və Hz. Süleyman, kafirlər isə Nemrud və Buhtunnasırdır. Beşinci olaraq Əhli Beytimdən biri (Hz. Mehdi) gələcək və o da dünyaya hakim olacaq. (Kitab'ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s. 10)
Rəvayətlərdə, Hz. Mehdinin xüsusiyyətlərinin və çıxış əlamətlərinin peyğəmbərlərə endirilən kitablarda keçdiyi bildirilmişdir. Bu da, İncil, Tövrat və Zəburda Hz. Mehdiyə dair məlumatların iştirak etdiyini bildirir.
Peyğəmbərlərə dair olan kitablarda "Mehdinin işi zülm və pislik deyil" şəklində işarə edilmişdir. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)
Mən Mehdini, peyğəmbərlərin səhifələrində (kitablarında) belə gördüm: Mehdinin əməlində nə zülm nə də ayıb vardır. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 21)
Mövzuyla əlaqədar bir ayədə bu mənaya bu şəkildə işarə edilmişdir:
And olsun, Biz zikrdən (Tövratdan) sonra Zəburda da: "ŞÜBHƏSİZ ƏRZƏ SALEH QULLARIM VARİSÇİ OLACAQ." deyə yazdıq. (Ənbiya Surəsi, 105)
İslam alimləri bu ayəni bu şəkildə təfsir edirlər:
İmam Bakır və Sadiqdən gələn rəvayətlərə görə, ayədə bildirilən "SALEH QULLAR" ifadəsi, MEHDİ VƏ YOLDAŞLARINA (TƏLƏBƏLƏRİNƏ) işarə edir. (Hüseyin es-Şirazi, s. 113)
Köhnə və Yeni Əhddə (Tövratda, xrestianların tövrata verdikləri ad) mövzuyla yazılan bəzi şərhlər bu şəkildədir:
Yessenin gövdəsindən bir filiz (körpə yarpaq, çiçək) çıxacaq və onun köklərindən bir cücərti doğulacaq. Rəbbinin ruhu, hikməti və sağlam fikir ruhu, öyüd və cəsurluluq ruhu, elm, məlumat və Rəb qorxusu ruhu onun üzərində olacaq. O, Rəb qorxusundan zövq alacaq, gözlərinin gördüyünə görə mühakimə etməyəcək, qulaqlarının eşitdiyinə görə qərar verməyəcək. Zəifləri ədalətlə mühakimə edəcək, yer üzünün yoxsullarına haqqlarını verəcək. Bir dəyənəklə yerə vurar kimi yer üzünə də sözü ilə vuracaq və dodaqlarının nəfəsiylə pisi yox edəcək. Ədalət onun belinin qurşağı, həqiqət ombalarının qurşağı olacaq. Qurd quzuyla bir yerdə olacaq, pələng oğlaqla bir yerdə olacaq, şir buzovla, malqara ilə bir yerdə yaşayacaq. Onları kiçik bir uşaq güdəcək. İnək ayı ilə birlikdə otlayacaq, balaları bir yerdə yaşayacaq və aslan mal kimi saman yeyəcək. Körpə, əmzikli uşaq kobra ilanının yuvasının yanında oynayacaq və süddən yeni kəsilmiş uşaq quru ilanın dəliyinə əlini uzadacaq. Mənim müqəddəs dağım üzərində heç pis iş edilməyəcək, artıq heç bir zərər verilməyəcək, çünki dənizin dibi necə onu örtən sularla doludursa, yer üzü də Rəbbin elmi ilə dolu olacaq. (İşaya 11, 1-9)
Davud soyundan biri sədaqətlə krallıq edəcək. Mühakimə edərkən ədalətli olacaq, düzgün olan şeyi tez, dərhal edəcək. (İşaya 16, 5)
Döyüş səs-küyləri, döyüş xəbərləri eşidincə qorxmayın. Bunların olması vacibdir, amma bu daha son demək deyil. Xalq xalqa, dövlət dövlətə döyüş açacaq, bəzən zəlzələlər, qıtlıqlar olacaq. Bunlar, doğum sancılarının başlanğıcıdır. (Markos 13, 5-8)
Onun komandirləri insanların ən xeyirliləridir. Onun köməkçiləri Yəmən və Şam əhlindən olacaq. Önlərində Cəbrayıl, arxalarında Mikayıl olacaq. Yer üzü əmin-amanlıqla dolacaq və hətta bir neçə qadın yanlarında heç bir kişi olmadan rahatlıqla həccə gedəcəklər. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)
Allah onu 3 min mələklə dəstəkləyəcək. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s.41)
Hədisi şərifdə, Hz. Mehdinin köməkçiləri arasında Cəbrayıl və Mikayıl Əleyhissalamın olduqları xəbər verilmişdir. Hz. Mehdiyə, Allahın icazəsiylə mələklər də kömək edəcək.
Mələklərin saleh möminlərə köməkçi olmaları Quranın müxtəlif ayələrində xəbər verilmişdir. Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-i və səhabələrini də mələklərlə dəstəkləmişdir. Mövzuyla əlaqədar bəzi ayələr bu şəkildədir:
Rəbbin mələklərə vəhy etmişdi ki: "Şübhəsiz Mən sizinləyəm, iman edənləri gücləndirin..." (Ənfal Surəsi, 12)
O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” (Ali- İmran Surəsi, 124)
Şərq tərəfindən bəzi insanlar çıxıb, Hz. Mehdinin səltənətini hazırlayacaqlar. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 21)
Şərqdən bir camaat çıxar və Hz. Mehdinin səltənətinə kömək edər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 60)
... Sonra Qüdsə enəcəklər və Hz. Mehdi üçün səltənət hazırlayacaqlar. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)
Əshabı Kəhf, Mehdinin köməkçiləri olacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s. 59)
Bu vəziyyət 7 il davam edəcək. Ancaq onun hər ili, sizin 20 ilinizi əvəz edəcək. (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 44)
Hədisdə, Hz. Mehdinin bir ilinin insanların 20 ilinə bərabər olduğu xəbər verilir. Hz. Mehdi insanların uzun illər edə bilmədikləri işləri çox qısa bir müddətdə həll edəcək. Hər mövzuya çox sürətli, ağıllı, hikmətli, qəti həll yolunu tapacaq və tətbiq edəcək.
Hz. Mehdi, quru bir ağacı əkəndə də ağac dərhal yaşıllanıb yarpaqlanar. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 43)
Mehdi bir yerə quru bir budağı əkər və budaq yarpaqlanıb yaşıllanar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 67)
Bu hədisi şəriflərdə, Hz. Mehdinin bitkiləri sevəcəyinə və onlarla şəxsən maraqlanacağına işarə edilir, (Allahualəm). Bir başqa hədisi şərifdə isə belə bildirilir:
Hz. Mehdi uçan bir quşa işarə etdiyində, quş dərhal bu əmrlə yerə enəcək. Quru bir ağacı əkdiyində də ağac dərhal yaşıllanıb yarpaqlanacaq. (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 43)
Bu hədislə də Hz. Mehdinin heyvanlarla maraqlanacağına, heyvanların da onu sevəcəyinə işarə edilir, (Allahualəm). Necə ki, bir başqa hədisdə, "yer və göy əhlinin Hz. Mehdini sevdiyi, quşların və dənizlərdəki balıqların belə ondan razı qaldıqları" bildirilir:
Onun xilafətindən yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı qalacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 31)
Hz. Mehdinin çıxış əlamətlərinin xəbər verildiyi hədislərdən birində də, 1997 və 1999 illərinə diqqət çəkilmşdir:
İnsanlar 95. ilə qədər malik olacaqlar, yəni işlər yaxşı gedəcək. 97. və 99. illərdə mülkləri zail (yəni zay olacaq, əllərindən çıxacaq) olacaq....(El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, s. 54)
Hədisdəki "95. il" şəklindəki ifadə 1995-ci ilə işarə edərək diqqət çəkir. 1995-ci ilə qədər insanlar nisbətən daha yaxşı, bolluq içində bir həyat sürmüşlər, həyat şərtləri o qədər də çətinləşməmişdir. Bundan sonra isə müxtəlif çətinliklər baş verməyə başlamışdır. 1997-ci ildə müxtəlif siyasi çətinliklər yaşanmışdır. 1999-cu ildə isə Marmara bölgəsində və Türkiyə ərazisində meydana gələn zəlzələlərdə son illərin ən böyük can və mal itkisi baş vermişdir.
Hədislərdə Hz. Mehdinin Allahın ona verdiyi xüsusi bir gücə sahib olduğu bildirilir:
O, heç kimin bilmədiyi gizli bir gücə sahib olduğu üçün Mehdi adlandırılmışdır. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)
Muhyiddin Ərəbi Hz. Mehdinin bəzi xüsusiyyətlərini sadalamışdır. Aşağıdakı izahında Hz. Mehdinin diqqət çəkən başlıca 9 xüsusiyyətinə yer verilir:
Bunlardan xəbəri olan bir lider verəcəyi hökmlərdə yalnışlığa yol verməz. Mehdi, müqayisə elmini onunla hökm etmək üçün deyil, ondan uzaq durmaq üçün bilər. Çünki, verdiyi hökm düzgün bir ilham nəticəsində olacaq. Yəni Hz. Məhəmmədin (s.ə.v) gətirdiyi şəriət üzrə hökm edəcək. Peyğəmbərimiz (s.ə.v) onun xüsusiyyətlərini sadalayarkən (tərif edərkən) "Mənim izimi izləyəcək, səhvə yol verməyəcək" demişdir. Buradan da anlayırıq ki, Mehdi, şəriət sahibi deyil, şəriətə tabe olacaq.
İnsanların hər cür işlərini görmək üçün Allah onu digər insanların üzərinə seçmişdir. Çünki, liderlərin davranış və fəaliyyətləri özlərindən çox xalqın mənfəəti üçün olmalıdır... Xalqın faydasına zidd olan şeylərlə məşğul olub, onların işlərini görməyən bir lider vəzifəsini tərk etməlidir. Çünki onunla digər insanlar arasında fərq olmalıdır, bu da olmayanda artıq insanlarla lider arasında fərq qalmamış olur.
Xüsusilə öz zamanında ehtiyac hiss edilən qeybi elmlərə sahib olması:
Yəni qeybə aid elmləri açıqlayacaq. Çünki yalnız bunun sayəsində yeni yaranmış məsələləri həll edə biləcək. (Kıyamet Alametleri, s. 189)
Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinlikləri aradan qaldıran, həll edən vəliniz olan kəsə qatılın. O Mehdidir." (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s.57)
Dövründə yer üzünün ən xeyirlisi olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 27)
Mehdi (zamanındakı) insanların ən xeyirlisidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 58)
Mehdi, Peyğəmbərimiz (s.ə.v)-ın bayrağı, köynəyi, qılıncı, işarələri, nuru və gözəl ifadəsiylə şam vaxtında zühur edər. (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi, “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi")
Beytül Müqəddəsin xəzinələrini, Tabutu Səkinəni, İsrail Oğullarının süfrəsi ilə lövhələrin mədənlərini, Hz. Adəmin cübbəsini (baş sarığı), Hz. Süleymanın minbərinin əsasını və Allahın İsrail Oğullarına göndərdiyi süd kimi ağ olan əlcəklərini çıxaracaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 33)
...Gecələri ibadətlə məşğul olub, gündüzləri gizli olacaq (gözdən uzaq olacaq)... (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
İnkar içində olan cəmiyyətləri xəbərdar etmək və onları doğru yola dəvət etmək üçün göndərilən bütün elçilər, göndərildikləri qövmlər tərəfindən yalanlanmış və onların müxtəlif ittiham və böhtanlarına məruz qalmışlar. Əhli Beytdən gələcək olan Hz. Mehdinin də bu kimi əziyyət və çətinliklərlə qarşılaşacağı hədislərdə xəbər verilmişdir. (Doğrusunu Allah bilir)
Mehdi, bizdən, Əhli Beytdəndir... Biz elə bir ev xalqıyıq ki, Allah bizim üçün axirəti dünyaya üstün qılmışdır. Mənim Əhli Beytim şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə məruz qalacaq. Məndən sonra Əhli Beytim bəla və əziyyətlərlə qarşılaşacaqlar və sürgün olunacaqlar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)-ın aşağıdakı hədisi də belə bir vəziyyəti, "Hz. Mehdinin beyət əsnasında, özünün bir çox zülmə və haqsızlığa uğradığını insanlara açıqlayacağını" belə xəbər verir:
... Mehdi, Rəsulullahın bayrağı ilə, insanların başlarına bəla üzərinə bəla yağdığı və çıxışından ümid kəsildiyi bir anda çıxar. İki rükət namaz qılar. Namazdan dönüncə belə deyər: "Ey insanlar! Məhəmməd Ümməti və xüsusilə onun Əhli Beyti çox bəlalar gördü və bizlər zülmə və haqsızlığa məruz qaldıq." (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 55)
Aşağıdakı hədisi şərifdə də İstanbulu fəth edəcək olan Hz. Mehdi və köməkçilərinə, fəthdən əvvəlki dövrdə müxtəlif çətinliklərlə üzləşəcəklərini və sonra bu çətinliklərin ortadan qaldırılacağı bildirilmişdir.
Allah Konstantiniyyəni (İstanbulu) çox sevdiyi dostlarının əhlinə fəth edəcək... Onlardan xəstəliyi və kədəri qaldıracaq (yox edəcək). (Kıyamet Alametleri, Berzenci, s. 181)
Allah, Quranda bir çox peyğəmbərin qövmləri tərəfindən yalanlandıqlarını, dəlilik və cadugərlik böhtanlarına məruz qaldıqlarını və daha bir çox təzyiq və əziyyətlə qarşılaşdıqlarını bildirmişdir. Elçilər bütün bu təzyiqlər qarşısında səbr etmiş, onlara ən gözəl şəkildə cavab vermişlər.
And olsun səndən əvvəl də elçilər yalanlandı... (Ənam surəsi, 34)
... Və əlbəttə bizə etdiyiniz işgəncələrə qarşı səbr edəcəyik... (İbrahim Surəsi, 12)
Sonra, ondan üz çevirdilər və dedilər ki: "(Bu,) Öyrədilmişdir, bir dəlidir." (Duxan surəsi, 14)
Beləliklə, onlardan əvvəl elə bir elçi gəlmədi ki, (onun barəsində) "Cadugər və dəli" deməsinlər. (Zariyat surəsi, 52)
Lakin o, 'öz camaatı və əsgəri gücüylə' üz çevirdi və: "(Bu,) Ya bir cadugər ya da bir dəlidir" dedi. (Zariyat surəsi, 39)
(Firon) dedi ki: "And olsun, məndən başqa özünə bir ilah qəbul etsən, səni mütləq həbsə atacağam." (Şuəra surəsi, 29)
Ey iman edənlər, Musaya əziyyət edənlər kimi olmayın... (Əhzab surəsi, 69)
Dedilər ki: "Onun üçün (yüksək) bir bina tikin, onu da oraya atın və od vurub yandırın." (Saffat surəsi, 97)
Bu qədər dəlliləri gördükdən sonra yenə də onu bir müddətlik zindana salmaq qərarına gəldilər. (Yusuf surəsi, 35)
... O inkar edənlər, zikri (Quranı) eşitdikləri zaman, səni az qala gözləriylə yeyələr. "O, həqiqətən bir dəlidir" deyilər. (Qələm surəsi, 50-51)
Antakya deyilən bir yerdən Tabutu (müqəddəs əmanətlər sandığını) üzə çıxardacaq. (Suyuti, el- Havi li’l Feteva, II. 82)
O, Tabutu Səkinəni Antakya mağarasından çıxardacaq. (Nuaym bin Hammad, Kitab-ül Fiten)
Hz. Mehdi, Tabutu Səkinəni Antakya mağarasından çıxardacaq. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, 54)
... oraya (Hz. Mehdinin yanına) gedən hər kəs ondan bərəkət qazanacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 26
Hz. Mehdinin ilahidən verilən elmə (qeyb elmi) aid bir başqa xüsusiyyəti də əbcəd hesabını və ona aid sirləri bilməsidir. Taşköprülüzadə Əhməd Əfəndi "Mevzuatul - Ulum" adlı əsərində (11-ci cild, s. 246) Mehdinin cifr (əbcəd hesablama) elminə sahib olacağını qeyd etmişdir:
Bəziləri dedilər ki, bu kitabı anlayan, kamala çatmış axır zamanda gözlənilən şəxsin çıxışına, Hz. Mehdinin zühuruna aid olunmuşdur ki, onlar cifr elminə sahib olarlar və sirlərinə arif olarlar. Qurandan əvvəlki Peyğəmbərlərə endirilən kitablarda da bu elmdən bəhs olunmuşdur. (Mehdilik ve İmamiye, İbrahim Süleymanoğlu s.252)
Dəccal çıxınca, ona qarşı möminlərdən bir adam (Mehdi) çıxar. O möminə (Hz. Mehdiyə) bir çox silahlılar, Dəccalın mərkəzlərdə müşahidə etmə edən silahlıları qarşı çıxarlar. (Mehdilik ve İmamiye, s.37, Sahih-i Müslim,11-ci cild, s. 393)
Hədisin başlanğıcında Hz. Mehdinin Dəccalın silahlı adamları tərəfindən müşahidə olunduğu və izlənildiyi bildirilir. Əvvəlki dövrlərdə də Allah yolunda mübarizə aparmış bəzi peyğəmbərlərin də buna oxşar şəkildə müşahidə olunduğunu, əsarət altına almaq, tutmaq istədiklərini Qurandan öyrənirik:
"O, özündə dəlilik olan bir adamdan başqası deyil, onu müəyyən bir müddət müşahidə edin." (Mu'minun surəsi, 25)
Hədisdə Hz. Mehdinin "kürəyi və qarınının döyülə-döyülə genişlədilməsi" təşbehli olaraq (bənzətmə, məcazi mənada) deyilmişdir. "Mehdilik və İmamiyə" kitabının yazıçısı bu hissəni "Mehdinin ünü, dayanmadan ətrafa elan edilib yayılmaqdadır" kimi şərh etmişdir. Lakin, bunu Dəccal tərəfdarları edəcəyi üçün bu təbliğatın Hz. Mehdini pisləmə şəklində olacağını söyləyə bilərik.
Peyğəmbərimiz (s.ə.v) dövründə İslam düşmənləri, onu pisləmək üçün o dövrün nəşr orqanı sayılan şairləri istifadə edirdilər. Şairlər, ticarət mərkəzlərində, bazarlarda Peyğəmbər (s.ə.v)-ı cahilcə müxtəlif təhqirlər edir, ona dəli, cadugər, kahin şəklində böhtanlar atırdılar. Axır zamanda da İslam düşməni olan Dəccal tərəfdaşları Hz. Mehdini pisləyəcəklər, öz fikirlərincə xalqın nəzərində etibarını salmağa çalışacaqlar.
Hədislərdə Hz. Mehdinin başlanğıc illərinin əziyyətli və çətinliklərlə dolu mübarizə illəri olduğu izah edilir. "Altınçağ" isə Hz. Mehdinin yer üzündə olduğu son dövrlərə aiddir. Hz. Mehdi və Müsəlmanlar ancaq bu dövrdə rahatlığa, bolluğa, hüzura, əmin-amanlığa qovuşacaqlar və sevgiyə, barışa, qardaşlığa söykənən bir həyatı bu dövrdə yaşayacaqlar.
"Qardaşı az olandır..." (Risalet ül Mehdi s.161)
"Əbu Abdullahın, Hüseyn bin Əli aleyhissələmdən belə buyurduğunu rəvayət edr: "Bu işi edəcək olanın (yəni Mehdinin) iki qeybi olacaqdır. Bu iki qeybin biri o qədər uzanacaq ki, bəziləri: "O öldü", bəziləri də: "O getdi" deyəcəklər. Nə onu sevənlər, nə də başqaları onun yerini bilməyəcəklər, yalnız ona çox yaxın olan xidmətçisi onun yerini biləcək. (“el-Saa Fi Eşrat-is Saa” s. 93 Mısır bas.)
Hz. Hüseyndən (r.ə) soruşuldu: "İmam Mehdi hansı əlamətlərlə bilinəcək?" Belə cavab verdi : "Könlü rahat və ağır, həssas, ürəyi yumşaq olması ilə, halal və haramı çox yaxşı bilməsi ilə tanınar. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar”)