Birinci Kitab: Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri
Hz. Mehdinin çıxış əlamətləri ilə əlaqədar Peyğəmbərimizin (s.ə.v.) bir çox hədisləri var. Bu hədislər bir çox böyük İslam alimlərinin kitablarında bizlərə nəql edilmişdir. Bu hissədə, əsasən hədislərin dövrümüzlə olan əlaqələri araşdırılacaq. Bu hədislərin yaşadığımız dövrün mühit və şərtlərini açıqca təsvir etdiklərini və çox yaxın keçmişdə ardıcıl surətdə reallaşan bəzi kritik hadisələri möcüzəvi bir şəkildə xəbər verdiklərini görəcəyik.
Daha əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi istər Hz. Mehdinin çıxışı, istərsə də qiyamət əlamətləri ilə əlaqədar hədislərin ard-arda reallaşmaları müəyyən bir dövrə işarə edir və bütün əlamətlərin Hicri 14-cü əsrin əvvəlindən (Miladi 1979-1980) etibarən ardıcıllıqla ortaya çıxması, yaşadığımız dövrün Hz. Mehdinin yer üzündə olduğu illəri çox dəqiq bir şəkildə reallaşmağına işarə edir. (Ən doğrusunu Allah bilər)
İndi hədislərdə bildirilən Hz. Mehdinin çıxış əlamətlərini əsas maddələr halında araşdıraq.
Hz. Mehdinin çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin ard-arda, "bir təsbeh dənələri" kimi ardıcıllıqla baş verəcəyi ifadə edilmişdir. Həqiqətən də bu əlamətlər, bir-biri ardınca və Peyğəmbərimizin (s.ə.v) bildirdiyi şəkildə reallaşmaqdadır. Hədislərdə ifadə edildiyi kimi, dünyanın dörd bir tərəfində qarışıqlıq və anarxiya artır, bir-birinin ardınca fitnələr yaranır, qırğınlar və böyük fəlakətlər yaşanır, yoxsulluq və aclıq artır, insanlar böyük çətinliklər çəkirlər. Bütün bu əlamətlərin ardıcıllıqla müəyyən bir dövr müddətində reallaşması, Müsəlmanların əsrlərdir gəlişini gözlədikləri mübarək şəxsin zühurunun çox yaxınlaşdığını göstərir. (Allahualem)
Mən Əbu Abdullah Hüseyn bin Əliyə dedim ki, "Bu işin əvvəlində, yəni Mehdinin zühurunu bildirəcək əlamətlər vardırmı?" Dedi ki, "Bəli." Soruşdum ki, "Nədir onlar?" Dedi ki, "Abbasilərin(Peyğəmbərin əmisinin nəslindən, soyundan olanlar ) həlakı, Süfyanilərin ortaya çıxması, Bəydada (düzənlikdə, səhrada) batma." Mən yenə, "Bu işin uzanmasından qorxuram" dedim. Dedi ki, "Bu iş təsbeh dənələri kimi bir-birinin ardınca meydana gələr." (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 34)
Qiyamət əlamətləri bir-birini təqib edərək reallaşır. Bir boyunbağıdakı muncuqların qoparaq ardıcıl dağılması kimi. (Ramuz-El Ehadis, 277/6; Camiü's-Sagir, 3/167)
Çox kədərli vəziyyətlər və əlim (kədərli) mənzərələr görünür. Fitnələr durmadan davam edər... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 36)
Bir fitnə görünər, bunu digər fitnələr də izləyər… (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 26)
Fitnə sözü, insanların din mövzusundakı imtahanlarının şiddətləndiyi hadisələri, mühit və şərtləri təsvir edir. İnsanların həyat şərtlərinin çətinləşdiyi, Allahın və dinin müxtəlif şəkillərdə yalanlanaraq insanların imanlarının zəiflətməyə, yox etməyə təşəbbüs göstərilməsi, şiddətli imtahan mühitləri, İslami qaynaqlarda fitnə mühiti olaraq təyin olunur.
Aşağıdakı hədis də Hz. Mehdinin çıxışından əvvəl möminlərin imanlarının zəifləyəcəyini və buna səbəb olacaq hadisələri xəbər verir:
Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, "əmri bil maruf və nəhyi anıl münkər" (yaxşılığı nəsihət edib pislikdən çəkindirmək) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman Cənabı Haqq, mənim övladlarımdan Mehdi vəsiləsiylə sünnələri canlandıracaq. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlanar, Acəmilər (Ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və məhəbbət doğar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 66)
Əgər qısaca ifadə etsək, Hz. Mehdinin çıxışını bu hadisələr bildirəcəkdir:
Fitnə mühitləri möhkəm imana sahib möminlər üçün imanlarının, səbirlərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olarkən, zəif və səthi imana sahib olan kəslərin isə imanlarını itirmələrinə ya da daha da zəifləmələrinə gətirib çıxaracaq. Məhz, Hz. Mehdi bu cür bir fitnə mühitinin ən çox və ən şiddətli yaşandığı bir dövrdə ortaya çıxacaq.
Digər bir hədisdə də axır zamanda "qərbdə" qarışıqlıq, fitnə və qorxu hallarının baş verəcəyi xəbər verilmişdir:
Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı ola bildikcə yayılacaq. Fitnələr çoxalacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, s. 440)
Bir başqa hədisdə də Hz. Mehdinin hər yeri böyük bir fitnənin bürüdüyü dövrdə çıxacağı bildirilmişdir:
Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin (çağrıçının) səmadan səslənərək "Ey insanlar, əmriniz artıq Mehdidir" deməsinə qədər davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
Hədisdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, dinə və Allaha qarşı ortaya çıxan bir fitnə insanların imanlarını hədəfləyəcək. İndiki vaxtda, Allahın varlığına və yaratmasına qarşı qoyulan ən böyük və geniş həcmli fitnə materialist fəlsəfəsinin axınıdır. Bu fəlsəfənin özünə dayaq götürdüyü elmi təməli isə "təkamül nəzəriyyəsi"dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmayan, tamamilə ağıldan, elmdən uzaq olduğu halda, güclü təbliğat, aldatmaca və göz bağlama üsullarıyla bu boş fikir, dünya səviyyəsində müəyyən materialistlər tərəfindən böyük kütlələrə təlqin edilir.
Bu gün təkamül nəzəriyyəsinin istər mətbuat, istərsə də televiziya yoluyla az qala girmədiyi bir ev qalmasın və bu nəzəriyyəni eşitməyən bir kəs də olmasın. Bu vəziyyət, bütün Qərb dünyası üçün etibarlı olduğu kimi bəzi Müsəlman ölkələr üçün də etibarlıdır. Beləliklə dərs kitablarına belə soxulmuş olan bu nəzəriyyə, qarşıya qoyduğu saysız yalanları ilə hələ uşaq yaşlardan etibarən təbliğ edilməkdə, təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi gülünc, boş sözlərlə insanları aldatmaqdadırlar. İbtidai məktəblərdən universitetlərə qədər gənclərin təkamülçü yalanları ilə beyinləri doldurulur.
Üstəlik, Peyğəmbərimizin (s.ə.v) hədisində ifadə etdiyi kimi hər yerə nüfuz edəcək və sürətlə yayılacaq belə bir fitnə ancaq günümüzün texnoloji imkanlarıyla (mətbuat, nəşr, internet, peyk və s...) reallaşa bilər. Həqiqətən də bu günə qədər Allahın varlığına, yaradılışa və dinə qarşı döyüş açmış, dünya səviyyəsində məşhur olan başqa bir fitnə hələ görünməmişdir. Bütün bunlar Hz. Mehdinin zühur edəcəyi zamanda, yəni hal-hazırda yaşadığımız dövrə uyğun gəldiyinə aid əhəmiyyətli işarələrdir.
Hədisdə əlavə olaraq Hz. Mehdinin gəlməsiylə bu fitnənin sona çatacağı da ifadə edilmişdir.
Hədislərdə Hz. Mehdinin çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, çox qan töküləcəyi bildirilmişdir:
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar yayılacaq…(Camiü's-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)
Şəvvalda (Ramazan ayından sonrakı ay) döyüş nərələri, Zilhiccədə (Ərəblərin son ayı) ixtişaşlar və müharibələr baş verər. Yenə Zilhiccədə hacıları talan edərlər, hətta prospektlər, küçələr qandan keçilməz olar... Hərcmərclik (qan tökmə) çoxalaraq davam edər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)
Minada ölülərin çox olacağı bir döyüş olar, hansı ki, daşları qan gölü içində buraxacaq qədər qan axıdılar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler-Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 31)
Çox böyük və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq...(əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 55)
Minaya endiklərində ətraflarında itlərin boğuşması kimi, qəbilələrin bir-biri ilə savaşmaları kimi böyük döyüşlər olar. Belə ki ayaqlar qan gölü içində qalar... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)
Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq. (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 21-22)
Bu fitnə və bəlalardan, axır zamandakı texnologiya vasıtəsiylə bütün insanlar xəbərdar olacaq. Hadisələrin baş veridyi anda, hadisə yerində çox az insan olsa da, bütün dünya yaşanan hadisəıəri izləyəcək və öyrənəcək. Bu da axır zamanda televiziya, nəşriyyat, rabitə texnalogiyası vasitələrinin inkişafına və böyük kütlə tərəfindən istifadə edilməsinə bir işarədir, (Allahualəm). Radio, televiziya, qəzet, internet kimi vasitələr, baş verən qırğınları, ölümləri, axıdılan qanı, haqsızlıqları, zülmü bütün dünyaya eşitdirəcəklər və bu fitnələr geniş şəkildə bütün insanlar tərəfindən seyr ediləcək.
Dünya qalmaqal içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəziləri bəzilərinə hücum etdiyi, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə təmkinli davranmadığı zamanda Allah, onlardan ədavətin (düşmənliyin) kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanda dinə dəstək olacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdini) göndərəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)
* Hərcmərclik - insanlar arasında meydana gələn fitnə-fəsad, qalmaqal, çaxnaşma, qarışıqlıq deməkdir.
Hədisdə müəyyən bir yer təsvir edilməyib, qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilir. Həqiqətən də hədisin təsvir etdiyi bir şəkildə, bu gün dünyanın beş qitəsində də böyük çaxnaşmalar, döyüşlər, qırğınlar və terror hadisələri yaşanmaqdadır. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından- yuvalarından çıxarılırlar.
Hz. Mehdinin çıxışından əvvəl yaşanan fitnə mühitində qadınlar, uşaqlar, yaşlılar da qətl ediləcək, yazıq, günahsız insanlar öldürüləcəkdir.
Belə hadisələrdə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər ətrafa yayılar. Sonra Hz. Mehdiyə beyət edilər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 34)
Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)
Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman hər kəsin ondan razı olacağı bir gedişatda olan Hz. Mehdi çıxar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 38)
Günahsız insanlar qətl edilməyənə kimi Mehdi çıxmayacaq və qırğınlara yerdə və göydəkilər artıq dözə bilməyəcək bir hala gəldiyində zühur edəcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)
Ana, ata, qız, kişi hər kəsi öldürər və Acəmi (ərəb olmayan) və İraq diyarlarını fəth edərək ümmətə acınacaqlı əzab daddırarlar. Bu hadisələr zamanı fitnə, şiddət, həlak və yurdu tərk etmələr (qaçmalar) baş verər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 36)
İndiki vaxtda dünyanın müxtəlif bölgələrində yaşanan qarışıqlıqlara, anarxiyaya və terrora görə bir çox nəqliyyat yolları kəsilmiş, insanlar bir yerdən başqa yerə rahat və əmin-amanlıq içində səfər edə bilmirlər. Hədislərdə belə bir vəziyyətin Hz. Mehdinin çıxış əlamətlərindən biri olaraq xəbər verilmişdir.
Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman... (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39-40)
Dünya qarışıqlıq içində qaldıqda, fitnələr zühur etdiyində, yollar kəsildiyində...(Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s.454)
Hədislərdə axır zamanda Müsəlmanların çətin günlər keçirəcəyi bildirilmişdir. Bu dövrlərdə Müsəlmanları hədəf alan qarışıqlıqlar, çaxnaşmalar, döyüşlər, haqsızlıq və ədalətsizliklər meydana gələcəkdir. İndiki vaxtda və yaxın keçmişdə İslam dünyasının müxtəlif bölgələrində baş verən qalmaqallar və qarışıqlıq mühiti bəzi Müsəlman ölkələrdəki diktator idarəçilərin səbəb olduğu zülmlər hədislərdə xəbər verilən hadisələrin reallaşmağa başladığını göstərən dəlillərdəndir.
Rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. Zülm, fəsad və əxlaqsızlıq çıxarar. Alim və zahidləri qətlə yetirər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Ali Məhəmmədə (Məhəmməd ümmətinə) düşmən kəsilər... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 37)
Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmrlər, əmrlərdən sonra zalım məliklər (başçılar) gələr. Son olaraq da Əhli Beytimdən biri çıxar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 84)
O zalım, camaatı öldürən məliklərin (başçıların) əlindən vay bu ümmətin halına. Bu zalımlar özlərinə itaət edənlər xaric, səssiz qalanları da qorxudarlar... (Ebu Nuaym'dan; Suyuti, II cild, s. 64)
Burada Müsəlmanların üçdə bir hissəsi öldürülər... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 73)
Süfyani quru bir vadidən (yerdən, bölgədən) çıxar. Kelp qəbiləsindən (Allahı inakr edən tayfa) abus çöhrəli (pis sifətli, saxtakar görünüşlü), sərt ürəkli adamlardan bir ordu düzəldər və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri yıxar, məhv edər rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, s. 35)
İndiki dövrdə fahişəlik, qumar, içki, faiz, rüşvət kimi bir çox hərəkətlər haram olmalarına baxmayaraq xalqın böyük bir əksəriyyəti tərəfindən işlədilir və bu hal getdikcə də artmaqdadır. Üstəlik bu haramları işləyənlər təriflənir və təşviq edilir, bu haramlardan uzaq olanlar isə tənqid edilir və alçaldılmaqdadırlar. Aparılan statistikalar isə bu mövzudakı sayların getdikcə artdığını göstərir. Son on il ərzində həddindən artıq məşhurlaşan, sərhəd tanımayan, halalı, haramı əhəmiyyətsiz hesab edən, hər cür azğınlığı mübah sayan (günah hesab etməyən) həyat tərzi hədislərdə təsvir edilən mühiti çox açıq bir şəkildə əks etdirir. Hz. Mehdinin çıxış xəbərçisi olan bu qaranlıq mühit hədislərdə belə təsvir edilir:
Bir fitnə görünər, bunu digər fitnələr izləyər və birincilər sonuncuların qılıncla döyüşə geri dönmələrini qamçılayar və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr. Sonra da xəlifəlik, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturmuş ikən gələcəkdir. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 26)
Küfr hər tərəfi zəbt edib, hökmünü cəmiyyət içində aşkara çıxartmadıqca Mehdi zühur etməz. Həmin vaxtda baş verənlər isə… küfrün zəbtidir. Onun gücü-qüvvətidir. (Məktubatı Rəbbani, 2-259)
Hz. Mehdi, bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
Hər kəsin gözü qabağında və açıq-aşkar Allahu Təala inkar edilənə qədər Hz. Mehdi (a. r.) gəlməz. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 27)
Bu hədisdə Hz. Mehdinin çıxışından əvvəl insanların böyük bir hissəsinin inancsız və ya ateist olacaqlarını, eyni zamanda inkarlarını mətbuat yoluyla hər kəsə göstərərək, açıqca elan edəcəklərinə işarə edilir. İndiki dövrdə bu vəziyyət o qədər açıq hala gəlmişdir ki, Allahı inkar edənlər "müasirlik" adı altında etibar edilir və xalq bu istiqamətdə təşviq edilməkdədir.
Axır zamanda meydana gələcək olan əhəmiyyətli bir döyüş hədisdə belə xəbər verilir:
Şəvval ayında qiyam, Zilkadədə hərbi danışıqlar, Zilhiccədə isə müharbə başlayacaq.(Kıyamet Alametleri, Berzenci, s. 166)
Hədisdə ifadə edilən Şəvval (Ramazan ayından sonrakı ay), Zilkadə (ərəblərin 11-ci ayı) və Zilhiccə (эrəblərin son ayı) ayları İran-İraq Müharibəsinin başlanması tarixini ifadə edir.
Şəvval ayında qiyam...
İran Şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə ifadə edilən 5 Şəvval 1398-ci ildə (8 Sentyabr 1976) olmuşdur.
Zilkadədə hərbi danışıqlar və Zilhiccədə isə müharibə başlayacaq...
Hicri 1400-cü il, Zilhiccə (1980-cı il, Oktyabr) ayında İran-İraq arasındakı döyüş artıq başlamışdı. Bir başqa hədisdə də bu döyüşün detalları belə təsvir edilir:
"Faris" (farslar, İran) tərəfdən gələcək olan bir qövm belə deyəcək: "Ey Ərəblər! Siz çox fanatizmə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq…"... Bir gün onlara və bir gün də sizlərə verilsin sonra qarşılıqlı söz verilsin, verilən sözlər tutulsun..." Onlar "Mutık"- a (bölgədə bir dağ) çıxacaqlar, Müsəlmanlar oradan Yazıya (düzənliyə) enəcəklər... Müşriklər o biri tərəfdəki Rakabe (neft quyuların çox olduğu bölgə) deyilən bir qapqara olan çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Hər iki ordudan, Allah, zəfəri qaldıracaq… (Kıyamet Alametleri, Berzenci, s. 179)
"Ey Ərəblər! Siz çox fanatizmə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurulmayacaq…"
Hədisin bu hissəsində iki tərəf arasında həddindən artıq milliyyətçilikdən qaynaqlanan bir anlaşılmamazlığın olacağına diqqət çəkilir. Bu anlaşılmamazlıq səbəbiylə, "Yazı" – ya (düzənliyə) eniləcək və döyüş başlayacaq. (Yazı: İraq Düzənliyi)
Allah, hər iki ordudan zəfəri qaldıracaq...
Bu hədisin də işarə etdiyi kimi, İran-İraq Döyüşü 8 il davam etmiş və minlərlə itkin düşməsinə baxmayaraq bir nəticə 'əldə' edilməmişdir. İki tərəf də məğlub olmuş, yəni heç bir tərəf qalib gəlməmişdir, qəti bir üstünlük təmin edə bilməmişdir.
Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz Allahu Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla bilən insanlar vardır. Onlar axır zaman Mehdisinin köməkçiləridirlər.(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 59)
Talikana təəssüf oldu...
Hədisdə Əfqanıstanın Hz. Mehdi zamanında işğal ediləcəyinə işarə ola bilər. Həqiqətən də Rusların Əfqanıstanı işğal etmələri 1979-cu ilə (Hicri 1400-cü ilə), başqa ifadə ilə desək Hicri 14-cü əsrin əvvəlinə təsadüf edir. Bilindiyi kimi hədislərdə Hz. Mehdinin əsrin başlarında çıxacağı xəbər verilmişdir. Hz. Mehdiylə əlaqədar digər bir çox əlamətin də Hicri 1400 yəni Hicri 14-cü əsrin əvvəlinə təsadüf etməsi Hz. Mehdinin çıxışı haqqında əhəmiyyətli bir işarə daşıdığını göstərir.
Orada qızıl və gümüş olmayan xəzinələri vardır...
Rəvayətin bu hissəsində Əfqanıstanın maddi zənginlik qaynaqlarına diqqət çəkilə bilər. Bu gün Əfqanıstanda müxtəlif səbəblərə görə istifadə olunmamış böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri təsbit edilmişdir.
Ancaq bu ordu səhraya (düzənliyə) gəldikdə, Zulhüleyfə deyilən yerdə elə torpağa basdırılacaq ki, onların üstdə olanları, altdakıları, altda olanları üstdəkiləri qiyamətə qədər görə bilməyəcəklər. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 21)
...Şamdan başqa bir ordu da ona qarşı göndəriləcək amma bu ordu çöllərdə yerə batacaq. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 22)
Çıxış əlamətlərindən biri də, daha əvvəl qeyd edildiyi kimi, səhrada bir ordunun yerə batmasıdır. (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 37)
İşıqlı bir gecədə səhrada hərəkət edən bir ordunu görən bir çoban, "Əfsuslar olsun, Məkkəyə təəssüf olacaq, vay başlarına gələnə" deyərkən ordunun bir anda yox olduğunu görəcək."sübhanallah" deyəcək, "Necə də qısa bir zamanda itdilər?" Aşağıya enib baxdığında isə, yarısı yerin içində yarısı da yerin xaricində qalmış bir yorğan görəcək, onu çıxartmağa çalışacaq, heç cür çıxara bilməyəcək, gördüyü ordunun torpağa batdığını anlayacaq ... (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 39)
Firat Çayının suyunun kəsilib dayandırılması da Hz. Mehdinin çıxış əlamətlərindəndir:
Firat Çayının dayandırılması Mehdinin çıxış əlamətlərindəndir:(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 39)
Bu hadisənin detalları ilə əlaqədar digər hədislərdə də əhəmiyyətli məlumatlar verilmişdir hansı ki, Keban Anbarının tikilməsiylə çayın suyu dayandırılmışdır.
Firat (çayının suyu çəkilərək) qiymətli qızıl xəzinəsinin üzə çıxması zamanı yaxınlaşır. Hər kim o zaman orada olsa, oradan bir şey götürməyə çalışmasın!. (Çünki, qoca dünyanın ömrü sona çatmış olacaq.) (Sahih-i Buhari, 12/305)
Rəsulullah: "Firat çayı qızıl bir dağ üzərindən üzə çıxmadıqca qiyamət qopmayacaq. Insanlar onun üçün döyüşəcək, müharibə edəcək və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər biri "kaş ki mən xilas olsaydım" deyəcək." (Sahih-i Müslim 11/320)
Rəsulullah (s.ə.v.): "Firatın qızıl bir dağın üzə çıxartması yaxındır. İndi orada kim olsa, ondan bir şey almasın!" deyə buyurdu.(Sahih-i Müslim 11/320)
Rəsulullah (s.ə.v.) belə buyurdu: “Yaxında Firat Çayı qızıl xəzinəsini ortaya çıxaracaq, kim orada olsa ondan bir şey götürməsin.” (Sünen-i Ebu Davud, 5/116)
(Rəsulullah:) "Firat Çayı bir qızıl dağını ortaya çıxaracaq" dedi.(Sünen-i Ebu Davud, 5/116)
"Firat çayının suyu çəkilərək qızıl xəzinəsinin üzə çıxması zamanı yaxınlaşır. Hər kim, o zaman orada olsa o xəzinədən bir şey götürməsin. Əks halda ya ölər və ya öldürər." (Hədisi Buxari və Müslim rəvayət etmişlər/Riyazü's Salehin, 3/332)
Görüldüyü kimi Hz. Mehdinin çıxışının əhəmiyyətli bir əlaməti olan Firat Çayının sununun dayandırılması və qızıl dəyərində bir xəzinənin ortaya çıxması bir çox böyük hədis kitabında qeyd edilmişdir. İndi hədislərdə keçən əhəmiyyətli ifadələri araşdıraq:
Rəsulullah (s.ə.v.) buyurdu ki, (1) Firat çayının suyu çəkilib, (2) altından bir dağ meydana çıxmadıqca qiyamət qopmaz (3) Bu xəzinə üstündə kital (döyüş, müharibə) olacaq, hər yüz adamdan doxsan doqquzu öləcək. Qətldə iştirak edənlərdən hər kəs “kaş ki xilas olardım” deyə ümid edərlər. (Hadisi Buhari ve Müslim rivayet etmişlerdir/Riyazü's Salihin, 3/332)
(1) Firat çayının suyunun çəkilib...
Suyuti həzrətlərinin kitabında bu hədis "suyun dayandırılması” olaraq yazılmışdır. Həqiqətən də, Keban Anbarı, Firat Çayının Suyunun qabağını kəsmişdir.
(2) .. altından bir dağ meydana çıxmadıqca.
..Düzəldilən anbar sayəsində elektrikin çıxarılması, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artması və çatdırılmanın asanlaşdırılmasının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar "qızıl" kimi qiymətli hala gələ bilər.
Bu qismin ikinci bir şərhi budur:
Yuxarıdakı sxem şəklində də, göründüyü kimi anbar, betondan nəhəng bir dağı xatırladır. Bu anbardan (hədisi şərifdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülür. Bu səbəbdən anbar "qızıl bir dağ" xüsusiyyətini daşıyır. (Allahualəm)
(3) .. Bu xəzinə üzərində kital - Bir çox adamın Ölümünə səbəb olan döyüş hadisəsi mənasını verir .Bölgədə hələ də davam edən məşhur anarxiya və kıtal (müharibə) səbəbi ilə olan şərhi isə - oradan torpaq sahəsi alanlar, o bölgədəki anarxiyanın zərərinə uğraya bilərlər. Hədisdəki ifadəyə görə ya ölər ya da öldürülər.
Mehdi üçün 2 əlamət vardır ki, bunun birincisi, Ramazanın birinci gecəsi Ayın tutulması, ikincisi də ortasında Günəşin tutulmasıdır. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 49)
Ramazanın birinci gecəsi Ay, ortasında isə Günəş tutulacaq. (Kıyamet Alametleri, Berzenci s. 199)
Onun səltənəti zamanında, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın əvvəlində isə Ay tutulacq...(Mektubat-ı Rabbani, 2/1163)
... Günəşin oruc (Ramazan) ayının ortasında, Ayın isə sonunda tutulması... (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 38)
Ramazanda iki dəfə Ay tutulması olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)
Mehdinin gəlişi Razaman ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq. (Kıyamet Alametleri, s. 200)
Mehdinin çıxmasından əvvəl bir Ramazan içində Günəş iki dəfə tutulacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, Şarani, s. 440)
Yuxarıdakı rəvayətlərdə diqqəti çəkən ən əhəmiyyətli məqam Ramazan ayının ortasında həm Günəş tutulmasının, həm də bir ayın içində "Ay" ın və "Günəş" in iki dəfə tutulmasının qeyri-mümkün olmasıdır. Bu, normal şərtlərdə reallaşmayacaq bir vəziyyətdir. Halbuki digər axır zaman əlamətlərinin çoxu insanın anlaya biləcəyi, səbəblər dairəsində reallaşması mümkün ola biləcək hadisələrdir.
Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqliliklər olduğu nəzərə çarpar. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ay, Ramazanın birinci günü, 4-cü rəvayətdə isə Ramazanın sonuncu günü tutulacaq. Belə bir vəziyyətdə ediləcək ən doğru şey, eyni hadisəyə aid fərqli rəvayətlərin ittifaq etdikləri ortaq istiqamətləri təsbit etmək olacaq. Buna görə, yuxarıdakı hədis rəvayətlərinin cəmindən çıxan ortaq nəticələr bunlardır:
Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (Hicri 1401) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə, ikinci dəfə 1982-ci ildə (Hicri 1402) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.
Ayrıca, bu hadisədə "Ay"ın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulması da diqqətləri çəkəcək bir əlamət olaraq meydana çıxması son dərəcə mənalıdır.
Bu hadisələrin Hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni dövrdə meydana gəlməsi və Hicri 14-cü əsrin əvvəlində, dalbadal iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyinə dair fikirlərimizi daha da qüvvətləndirir.
Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq. (Kıyamet Alametleri, Berzenci s. 200)
O gəlmədən əvvəl, şərqdən işıq verən bir ulduz görünəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)
O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)
Hədislərdə ifadə edildiyi kimi:
Bu ulduzun doğulmasının Hz. Mehdinin digər çıxış əlamətləri ilə eyni zamanda meydana gəlməsi, "Halley" kometasının hədisdə işarə edilən ulduz olduğunu təsdiqləyir.
İmam Rəbbani də Hz. Mehdinin əlamətlərindən olan "Quyruqlu ulduz" haqqında bu məlumatları vermişdir:
Şərq tərəfdən bir ulduz doğulub işıqlıq verəcək. Onun hər günki irtifi (keçiş istiqaməti) məşriqdən məğribədir (şərqdən qərbə doğrudur). (Məktubatı Rəbbani, 2/258)
Tarix boyu bu kometanın keçdiyi zamanlarda Müsəlmanlar üçün çox əhəmiyyətli hətta dönüş nöqtəsi sayıla biləcək hadisələr meydana gəlmişdir. Bunlardan bir qismi Peyğəmbərimizdən (s.ə.v) nəql olunan rəvayətlərdə də bildirilmişdir. Bu rəvayətlərə görə bu ulduz göründükdə:
Halley Ulduzu Haqqında Bəzi Maraqlı Rəqəmlər
Halley ulduzu ilə əlaqədar bəzi ədədlərin "19" rəqəminə vurduqda alınan cəmin ulduzun çıxma tarixi ilə üst-üstə düşməsi olduqca diqqət çəkicidir:
Halley Kometası 76-cı ildə bir keçib. 76 = 19 x 4
Bu ulduz ən son Hicri tarixi 1406-cı ildə görünüb. 1406 = 19 x 74
- Bu mövzuyla əlaqədar bir başqa diqqət çəkici vəziyyət isə yuxarıda hesabladığımız kimi Halley ulduzunun keçdiyi tarixin, Hicri 1406-cı ilin 19 rəqəminin tam 74 dəfə artıq cəminə bərabər olmasıdır. "74" sayı isə eyni zamanda Qurani Kərimdə 19 möcüzəsinə işarə edilən MUDDƏSSİR surəsinin sıra nömrəsidir.
Göründüyü kimi Quranın Muddəssir Surəsinin (74-cü surə) 30-cu ayəsində "19" sayının möminlər üçün bir rəhmət, inkar edənlər üçün isə bir fitnə vəsiləsi olduğu bildirilir.
Halley kometasının 19 rəqəmi ilə olan bu möcüzəvi əlaqəsi, kafirlər üçün bir fitnəni, möminlər üçün isə bir rəhməti müjdələdiyinə işarə edir, Allahualəm.
Muddəssir Surəsinin 1 və 2-ci ayələrində Hz. Məhəmmədə (s.ə.v) "EY ÖRTÜNƏN! QALX və QORXUT" buyrulur. Bu, ayələrin açıq mənasıdır. Lakin, bu ayələrin axır zamana istiqamətli ikinci bir örtülü, gizli bir işarələri də ola bilər. Bəlkə də "EY GİZLƏNƏN" deyilərək Rəsulullah Əfəndimizin soyundan gələcək olan və Hicri 1406-cı ildə çıxış əlamətlərindən biri (Kometanın doğuşu hadisəsi) meydana çıxacaq olan Hz. Mehdiyə işarə edə bilər. Doğrusunu Allah bilir.
74- Muddəssir Surəsi
1. Ey örtüsünə bürünən
2. Qalx və qorxut (xəbərdar et)
Muddəssir: örtünən-bürünən-gizlənən deməkdir.
- Bir başqa böyük möcüzə və işarə isə Halley ulduzunun 1986-cı (Hicri 1406) ildəki keçişinin, Hz. Məhəmmədin (s.ə.v) peyğəmbərliklə vəzifələndirildiyi 607-ci ildən bu yana 19 dəfə KEÇMƏSİDİR.
Onun çıxacağı il, insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər. Birlikdə Beytül Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabe Cemresinin (Kəbədə Minaya endikdə olan təpə, şeytana daş atılan yer) üzərinə axacaq. (Kıyamet Alametleri, Berzenci, s. 169)
İnsanlar başlarında bir imam olmadan həcc edərlər. Minaya endiklərində ətrafları, itlərin boğuşması ilə bürünüb, qəbilələrin bir-biri ilə savaşması ilə böyük döyüşlər olar. Beləliklə ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 35)
Yuxarıdakı hədislərdə "onun çıxacağı il" cümləsi, Hz. Mehdinin çıxış tarixində Həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkir. 1979-cu ildə, həcc zamanı baş verən Kəbə basqınında eynilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da Mehdinin digər əlamətlərinin reallaşdığı dövrün tam əvvəlində, yəni Hicri 1400-cü ilin ilk günündə, 1 Məhərrəm 1400-cü il (21 Noyabr 1979) tarixində baş vermişdir.
Yenə hədisi şərifdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Hücum zamanı Suud əsgərləri (Ərəb əsgərləri) ilə təcavüzkar xadimlər arasında meydana gələn vuruşmada 30 adamın öldürülməsi, bu rəvayətin qalan qismini də təsdiqləmişdir.
1979 - cu ildə (Hicri 1400) reallaşan bu Kəbə basqınının ardından 7 il sonra Hicri 1407-ci ildə, Həcc əsnasında daha böyük qanlı bir hadisə baş vermişdir. Bu hadisədə prospektlərdə nümayiş edən hacılara hücum edilərək 402 nəfərə qətlə yetirilmişdir, həddindən artıq çox qan axıdılmışdır. Kəbənin yanında Müsəlmanların (Səudiyyə ərəbistanı əsgərləri ilə İranlı hacıların) bir-birlərini öldürmələri ilə böyük günahlar işlənmiş, harama girilmişdir. Bu qanlı hadisələr, digər hədislərdə təsvir edilən mühitə çox bənzəyir.
Rəsulullah buyurdu: “Ramazanda bir səda, Şevvalda bir səs, Zilqadədə qəbilələr arasında döyüş olar. Hacılar talan edilər. Minada ölülərin çox olacağı bir döyüş olar, beləliklə orada daşları qan gölü içində buraxacaq qədər qan axar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 31)
Ramazanda bir səda olar. Şevvalda da bir səs olar. Zilqadədə qəbilələr vuruşar. Zilhiccədə hacılar talan edilər. Məhərrəmdə göydən belə səs gələr. "Diqqət yetirin! O, Allahın, xalqının xeyirlilərindəndir. Onu dinləyin və ona tabe olun." (Ramuz El Hadis, 2/518)
Şəvval ayında qiyam, Zilqadədə hərbi danışıqlar, Zilhiccədə isə müharibə başlayacaq. Hacılar soyulacaq qanları axıdılacaq. (Kıyamet Alametleri, Berzenci, s. 166)
Zilqadə ayında qəbilələr döyüşər, hacılar qaçırılar, qanlı döyüşlər olar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 34)
"İkdiddurər" adlı kitabdakı əlamətlərdən: Şevvalda döyüş səsləri, Zilhiccədə hərb danışıqları və ölüm hadisələri olar, yenə Zilhiccədə hacılar talan edilər, hətta prospektlər qandan keçilməz hala düşər, haramlar tapdalanar. Kəbənin yanında böyük günahlar işlənər. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)
Yuxarıdakı hədisdə, Beytül Muazzamanın (Kəbənin) içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilir. 1407-ci ilin Zilhiccə (ərəblərin son ayında) ayında (Həcc mövsümündə) meydana gələn hadisələr əvvəlkindən fərqli olaraq Kəbənin içində deyil, yanında baş vermişdir. Ən başda izah etdiyimiz hadisə isə 1 Məhərrəm 1400-cü ildə Beytül Muazzamanın (Kəbənin) şəxsən içərisində olmuşdu. Hər iki hadisə rəvayətlərin işarəsinə uyğun bir şəkildə reallaşmışdır.
Kəbədə qan axıdılması, hacıların qətl edilməsi kimi hədislərdə xəbər verilən belə əhəmiyyətli iki böyük hadisənin Hz. Mehdi haqqında bildirilən bütün əlamətlərin çıxdığı dövrdə, bir-birinin ardınca reallaşmasının bir təsadüf olması olduqca qeyri-mümkündür.
Hədislərdə keçən ifadələri araşdırdığımızda da eyni dövrlə əlaqədar olan əhəmiyyətli hadisələrə işarələr olduğunu görürərik:
Hədislərdə, bu döyüş və qarışıqlıqlardan hacıların öldürülməsi mövzusu ilə birlikdə bəhs edilməsi, aid olan hadisələrin eyni zamanda meydana gələcəklərini göstərməkdədir. Həmin illər, iran-İraq Döyüşünün çıxdığı, Türkiyənin cənub şərqində, Orta şərq ölkələrində ixtişaşların və qarışıqlıqların ən çox yaşandığı bir dövr idi.
Yenə, eyni illərdə Basra Körfəzindəki gərginliyə, İran-Amerika arasındakı ixtilafa və döyüş vəziyyətinə diqqət çəkilmişdir, Allahualəm.