Hz. İbrahimin nəsli iki oğlu olan hz. İsmayıl və hz. İshaqla davam etmişdir. Hz. İshaqın nəslindən olan israiloğullarına tarix boyu bir çox peyğəmbər gəlmişdir: hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun, hz. Yunis, hz. Əyyub, hz. İlyas, hz. Davud, hz. Süleyman, hz. Zəkəriyya, hz. Yəhya və hz. İsa. Hz. İsmayılın nəslindən isə islam peyğəmbəri hz. Muhəmməd (s.ə.s.), onun ailəsindən gələn imamlar və ən son olaraq da imam Muhəmməd əl-Mehdi gəlir.
Dolayısı ilə, Tövratda bəhs olunan israiloğulları, ishaqoğulları və ismayiloğullarının hamısı İbrahimin nəslindəndir. Hamısı Allahın mübarək etdiyi nəsil olan hz. İbrahimin soyudur. İbrahimi dinlərdə “hidayət verən” sifəti ilə tanınan, axır zamanda gələcək və din əxlaqının dünyaya hakimiyyətinə vəsilə olacaq olan mübarək şəxs də hz. İbrahimin nəslindəndir. Dolayısı ilə, Mehdi (ə.s.) hz. İbrahimin nəslindən sayılır.
Allah hakimiyyətini gerçəkləşdirmək üçün hz. İbrahim nəslinin iki qolundan gələn son nümayəndələri qorumuşdur. Axır zamanda əmrinin gerçəkləşməsi üçün imam əl-Mehdi və İsa peyğəmbəri birlikdə göndərəcək. Quranda və peyğəmbərimizin (s.ə.s.) hədislərində bildirilən bu hakimiyyət dövrü Tövratda hz. İbrahimin nəslindən gələn bir birliyə vəd edilir və belə bildirilir:
Səni çox mübarək edəcəyəm, sənin nəslini göylərin ulduzları kimi, dəniz kənarında olan qum kimi çoxaldacağam. Sənin nəslin düşmənlərin qapısına hakim olacaq və nəslinin vasitəsi ilə dünyada bütün millətlər xöşbəxt olacaqlar, çünki sözümü dinlədin. (Yaradılış, 22:17-18)
Və Rəbb Abrama (İbrahimə) dedi ki: ... səni üstün edəcəyəm və səni mübarək edəcəyəm və sənin adını məşhur edəcəyəm və səni mübarək edənləri mübarək edəcəyəm və sənə lənət edənə lənət edəcəyəm və dünyanın bütün qəbilələri səndə mübarək olacaq. (Yaradılış, 12:1-3)
Nəslini göydəki ulduzlar qədər çoxaldacağam. Bu ölkələrin hamısını onlara verəcəyəm. Dünyada bütün xalqlar sənin nəslin vasitəsi ilə müqəddəs hesab ediləcək. (Yaradılış, 26:4)
Dünya tozu qədər saysız bir nəslə sahib olacaqsan. Şərqə, qərbə, şimala, cənuba doğru yayılacaqsınız. Dünyada bütün xalqlar sən və nəslin vasitəsi ilə müqəddəs hesab ediləcək. (Yaradılış, 28:4)
Tövratda dünyanın son dövründə Allaha könüldən iman edənlərin dünyada güc sahibi olacaqlarını, din əxlaqının dünyaya hakim olacağını izah edən hissələrdən bir qismi bu şəkildədir:
Allah buyurdu:... and olsun ki, bütün dünya Allahın cəlalı ilə dolacaq. (Saylar, 14:21)
Təvazökarlara gəlincə, onlar dünyanın varisi olacaqlar... Pislərin biləkləri qırılacaq və Allah doğruların dayağıdır. Allah salehlərin günlərini bilir və onların mirası əbədi olacaq. (Məzmurlar, 37:11, 17-18)
Dünyanın dörd tərəfi də Rəbbə dönəcək, xalqların bütün nəsilləri Onun qarşısında əyiləcəklər. Çünki hakimiyyət Rəbbindir... (Məzmurlar, 22:27-28)
Çünki pislərin kökü kəsiləcək, amma Rəbbə ümid bağlayanlar sevinəcəklər. Yaxında pisin sonu gələcək, yerini axtarsan da, tapmayacaqsan. Amma təvazökarlar hüzurun zövqünü dadacaqlar... (Məzmurlar, 37:9-11)
Çünki pislərin gücü kəsiləcək, amma doğrulara Rəbb dəstək olacaq... pislər dağılacaqlar; Rəbbin düşmənləri tarla çiçəkləri kimi quruyub gedəcəklər, tüstü kimi dağılıb yox olacaqlar. (Məzmurlar, 37:17-20)
Rəbbə ümid bağla, Onun yolunu tut... Amma baş qaldıranlardan hamısı yox olacaq... Doğruların qurtuluşu Rəbdən gəlir... Rəbb onlara kömək edər, qurtarar onları, pislərin əlindən alıb azad edər, çünki Özünə sığınarlar. (Məzmurlar, 37:34, 39-40)
Bunlardan da aydın olduğu kimi, Tövratda xəbər verilən hakimiyyət müəyyən bir qrupun və ya irqin digər cəmiyyətlər üzərində güc və iqtidar sahibi olması deyil, Allahın bütün insanlara əmr etdiyi həqiqi din əxlaqının dünyaya hakim olmasıdır. Bununla yanaşı, Tövratda yəhudilərin sözdə irqi üstünlüyünə və hakimiyyətinə işarə edən ifadələr də vardır. Sözü gedən ifadələr Tövratın endirildiyi dövrdə yaşayan səmimi möminlərə xəbər verilən müjdələrin səhv nəql olunmasından və bu səhvlərin Hz. Musanın ardından Tövrata daxil edilməsindən qaynaqlanır. Bəzi yəhudilərin bütün bunları din əxlaqına uyğun olmayacaq şəkildə öz irqlərinin və ya cəmiyyətlərinin dünyaya hakim olması şəklində izah etmələri də həqiqəti əks etdirmir.
"Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi?" "Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir. |
Belə ki, islamiyyətdə olan “din əxlaqının hakimiyyəti” anlayışı da dünyada din əxlaqının yaşanmamasından qaynaqlanan pislik və çətinliklərin din əxlaqının yaşanmağa başlanması ilə ortadan qalxması və gözəl əxlaqın yayılmasını ifadə edir. Müsəlmanların arzusu uca Rəbbimizin əmr etdiyi əxlaqın, yəni birləşmənin, ədalətin, dürüstlüyün, sədaqətin, bağışlayıcı olmağın, mərhəmətin insanlar arasındakı münasibətlərdə əsas olması, hər kəsin Allahın razılığını qazanmaq üçün ən gözəl əxlaqı göstərməklə yarışdığı bir mühitin təsis edilməsidir. Belə bir mühitin təmin edilməsi, heç şübhəsiz, hər cür problemi aradan qaldırar. Bu anlayışa sahib olan müsəlmanların məqsədi güc və iqtidar sahibi olmaq deyil, Allah özlərinə belə bir nemət lütf etsə, bu neməti din əxlaqını daha çox yaymaq üçün ən yaxşı şəkildə istifadə etməkdir. Möminlərin bu gözəl xüsusiyyəti bir Quran ayəsində bu şəkildə xəbər verilmişdir:
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir. (Həcc surəsi, 41)
Allah yəhudiləri haqq dinə sadiq qaldıqları, peyğəmbərlərə itaət etdikləri və yalnız Allaha könüldən iman etdikləri təqdirdə üstün edəcəyini bildirmişdir. Allahın hakimiyyət vəd etdiyi qullarının xüsusiyyətləri Tövratda belə bildirilir:
Tabe olmanız üçün sizə bildirdiyim bu əmrləri əskiksiz yerinə yetirər, Rəbbi sevər, yolunda gedər və Ona bağlı qalsanız, sizdən daha böyük, daha güclü xalqların torpaqlarını əldə edəcəksiniz. Ayaq basacağınız hər yer sizin olacaq... (Qanunun təkrarı, 11:22-24)
Allah israiloğullarına hakimiyyət üçün Özünə bağlılığı, Allahın əmrlərini əskiksiz yerinə yetirməyi və Allah sevgisini vacib saymışdır. Tövratdakı bu hissənin davamında isə yəhudilərə iki yol göstərildiyi, imanı seçsələr, nemət, imandan üz çevirsələr, bəla ilə qarşılaşacaqları belə bildirilir:
Və baxın, bu gün önünüzə müqəddəs hesab etməyi və lənəti qoyuram: Bu gün sizə bildirdiyim Allahınız Rəbbin əmrlərini əməl etsəniz, müqəddəs hesab ediləcəksiniz. Amma Allahınız Rəbbin əmrlərini dinləməz, bilmədiyiniz başqa ilahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan uzaqlaşsanız, lənətə uğrayacaqsınız. (Qanunun təkrarı, 11:26-28)
Hakimiyyət vəd edilən birliyin xüsusiyyətləri Tövratın digər hissələrində belə bildirilir:
.. Allahın Rəbb, Allah Odur, Özünü sevənlər və əmrlərinə riayət edənlər üçün min nəslə qədər əhdi və inayəti qoruyan,... sadiq Allahdır... (Qanunların təkrarı, 7: 9-10)
Allahınız Rəbbi sevin, sözünə tabe olub Ona bağlanın... söz verdiyi ölkədə uzun müddət yaşamanızı təmin edəcək. (Qanunların təkrarı, 30:20)
Allahınız Rəbb əl atdığınız hər işdə sizi müvəffəq edəcək; çoxlu sayda uşağınız olacaq, heyvanlarınızın balaları, torpağınızın məhsulu bol olacaq. Rəbb atalarınızdan necə razı qaldısa, sizdən də elə razı qalacaq və sizi müvəffəqiyyətli edəcək. Təki Allahınız Rəbbin sözünü dinləyin, bu Qanun kitabında yazılı əmrlərinə, qaydalarına tabe olun və bütün ürəyinizlə, bütün canınızla Ona dönün. (Qanunların təkrarı, 30:9-10)
Tövratdan bir başqa hissədə isə hakimiyyətin Allahdan qorxanlara vəd edildiyi bildirilir:
Rəbdən qorxan o adam kimdir?... Canı salamat olacaq; onun nəsli dünyanın varisi olacaq. Rəbbin sirrini ondan qorxanlar anlayacaq... (Məzmurlar, 25:12-14)
Yenə Tövratda Allaha təvəkkül edən (etibar edən), təvazökar olan, Allaha imandan həzz alan kəslərin hakimiyyətə və Allahın nemətlərinə varis olduqları bildirilir:
Sən Rəbbə etibar et və yaxşılıq et... Rəbbdən zövq al, O sənin içindəki istəkləri yerinə yetirəcək. Hər şeyi Rəbbə burax, Ona etibar et... Rəbbə ümid bağlayanlar dünyanın varisi olacaqlar... təvazökarlar ölkəni miras alacaqlar, dərin bir hüzurun zövqünü dadacaqlar. (Məzmurlar, 37:3-11)
Əgər Allahın olan Rəbbin əmrlərinə tabe olsan və Onun yolunda getsən,... sizə söz verdiyi ölkədə bolluq içində yaşamanızı təmin edəcək: Rəbbinizin meyvəsi müqəddəs hesab ediləcək, heyvanlarınızın balaları, torpağınızın məhsulu bol olacaq. Rəbb ölkənizə yağışı vaxtında yağdırmaq və bütün əməyinizi məhsuldar etmək üçün göylərdəki zəngin xəzinəsini açacaq. Bir çox xalqa borc verəcəksiniz, siz borc almayacaqsınız. Və əgər bu gün sənə əmr etməkdə olduğum Allahın olan Rəbbin əmrlərinə tabe olmaq üçün onları dinləsən və başqa ilahlara qulluq etmək məqsədi ilə onların ardınca getmək üçün bu gün sənə əmr etməkdə olduğum bütün sözlərdən sağa və sola dönməsən, Rəbb səni quyruq deyil, baş edəcək və ancaq üstün olacaqsan. (Qanunun təkrarı, 28:9-14)
Tövratda hakimiyyət vəd edilən birliyin xüsusiyyətləri toplu olaraq qiymətləndirildiyində Allahın hakimiyyət nəsib edəcəyi kəslər bu xüsusiyyətlərə sahib olacaqlar:
Tövratda bildirilən hakimiyyət səmimi olaraq iman edənlərə müjdələnən haqq din əxlaqının hakimiyyətidir. Bu haqq din isə “Kim İslamdan başqa bir din axtarsa, əsla ondan qəbul edilməz...” (Ali-İmran surəsi 85) ayəsində buyurulduğu kimi, Allah qatında İslamdır.
Dindar Museviler, takva sahibi Müslümanları "Beni Nuh (Nuh'un Çocukları)" kavramıyla ifade ederler. Diğer bir deyişle, Museviler Müslümanları Hz. Nuh (as)'a verilen emirlerin uygulayıcısı olarak görürler. Kuran'da Yüce Rabbimiz Hz. Nuh (as)'a vahyettiklerini diğer Peygamberlere ve Peygamberimiz (sav)'e de vahyettiğini bildirmektedir:
O: "Dini dosdoğru ayakta tutun ve onda ayrılığa düşmeyin" diye dinden Nuh'a vasiyet ettiğini ve sana vahyettiğimizi, İbrahim'e, Musa'ya ve İsa'ya vasiyet ettiğimizi sizin için de teşri' etti (bir şeriat kıldı). Senin kendilerini çağırdığın şey, müşriklere ağır geldi. Allah, dilediğini buna seçer ve içten Kendisi'ne yöneleni hidayete erdirir. (Şura Suresi, 13)
Bir Musevi'nin, Musevi olmayan bir kişiyi "Beni Nuh" olarak görmesi, bu kişinin şu hükümlere uyarak yaşadığının bir ifadesidir:
Bu bakımdan bir Musevi için "Müslümanlar", kendini Allah'a teslim edip, tüm bu hükümleri gözeterek yaşayan takva sahibi kimselerdir. Museviler, Mesih (Hz. Mehdi (as)) döneminde, tüm insanlığın Allah'a boyun eğip, bu en temel yasalara uygun yaşayacaklarını umarlar. Ahir zamanda İslam ahlakının hakim olması ve tüm insanlığın Müslüman olması da, Museviler açısından, tüm insanlığın doğru birer "Beni Nuh" olması olarak görülür.