İncildə axır zaman və hz. İsanın ikinci gəlişi ilə əlaqədar çox sayda izaha rast gəlmək mümkündür. Müasir İncilin bəzi hissələri pozulmuş olsa da, Quran ayələri və Peyğəmbərimizin (s.ə.s.) hədislərinə uyğun qisimlərində hz. İsanın gəlişindən əvvəl və sonra baş verəcək təbiət hadisələri, ictimai hadisələr izah edilir. Peyğəmbərimizin (s.ə.s.) bildirdiyi kimi, hz. İsa dünyadakı dinsizliyi təmsil edən dəccal ilə böyük bir mübarizə aparıb onu məğlub edəcək və dünyada din əxlaqının tam olaraq hakim olduğu müqəddəs bir dövrün başlamasını təmin edəcək.
Peyğəmbərimizin (s.ə.s.) hədislərinə görə, hz. Mehdi hz. İsa ilə görüşəcək, ikisi birlikdə namaz qılacaqlar. Bir rəvayətdə isə hz. Mehdinin hz. İsanı xalqa tanıdacağı nəql edilmişdir. Hz. Mehdi və hz. İsa müəyyən bir dövr dünyada birlikdə hökm edəcəklər və dəccali fikir sistemini də birlikdə ortadan qaldıracaqlar. (Doğrusunu Allah bilir).
Hz. İsa ilə hz. Mehdi eyni dövrdə (axır zamanda) birlikdə olacaqları üçün Mehdinin (ə.s.) çıxış əlamətləri kimi, hz. İsanın dünyaya ikinci dəfə gəlişini xəbər verən əlamətlər də ortaqdır. Eyni dövrü təsvir edən bu izahlar həm hz. Mehdinin, həm də hz. İsanın ikinci gəlişinin işarələridir. İncildə verilən xəbərlərin doğruluğundan tam şəkildə əmin ola bilmərik. Lakin İncilin Quran ayələri və Peyğəmbərimizin (s.ə.s.) səhih hədisləri ilə uyğun izahları diqqəti xüsusilə cəlb edir.
"Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar." Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. |
Axır zaman əlamətləri İncildə bəzən açıq ifadələrlə, bəzən də işari izahlarla açıqlanır. İncildəki bu ifadələrə baxıldığında hz. Mehdinin çıxışından əvvəlki bu dövrdə əxlaqi və ictimai bir pozulma yaşanacağı, böyük döyüşlərin olacağı, dəhşətli fəlakətlərin yaşanacağı, kosmosda fövqəladə hadisələrin meydana gələcəyi, insanların din əxlaqından uzaqlaşacağı, ədalətsizlik və haqsızlığın yayılacağı, səmimi olaraq iman edənlərin incidiləcəyi, dinclik və təhlükəsizliyin yerini xaos və narahatlığın alacağı görünür. İncildəki bu əlamətlərdən bir qismi belədir:
O zaman insanların çoxu imandan sapacaq... (Matta, 24:10)
... sonrakı dövrlərdə bəziləri imandan dönəcək. (Timoteosa 1-ci məktub, 2:3)
... imandan sapmadıqca... o gün gəlməyəcək. (Səlaniklilərə 2-ci məktub, 2:3)
... “Dünyanın son günlərində... Allahsızlığa yönəlib öz istəklərinə görə yaşayanlar olacaq”. (Yəhudanın məktubu, 1:18)
... həqiqətə qarşı çıxırlar. Düşüncələri korlanmış, imandan uzaqlaşmış insanlardır. (Timoteosa 2-ci məktub, 3:8)
-1- Cumhuriyet, 19 Ekim 1988 | -3- Akşam, 22 Ocak 2008 |
Belə ki, göylərin Allahın sözü ilə var olduğunu, yerin sudan və su vasitəsi ilə formalaşdığını unudurlar. (Petrusun 2-ci məktubu, 3:5)
Qalan insanlar, yəni bu bəlalardan ölməmiş olanlar öz əlləri ilə düzəltdikləri bütlərdən uzaqlaşıb tövbə etmədilər. Cinlərə və görməyən, eşitməyən, qızıl, gümüş, tunc, daş, taxta bütlərə ibadət etməkdən imtina etmədilər. (Vəhy, 9:20)
Sonrakı dövrlərdə bəziləri imandan irtidad edib (dindən çıxıb), hiyləgər ruhlar və cinlərin öyrətdiklərini dinləyəcəklər. (Timoteosa 1-ci məktub, 4:1)
... Rəbbin səlahiyyətini heçə sayırlar... (Yəhudanın məktubu, 1:8)
... Günahdan doymazlar... (Petrusun 2-ci məktubu, 2:14)
-1- Sabah, 9 Ağustos 2007 | -4- Vatan, 25 Ağustos 2007 |
... Uca varlıqları təhqir edirlər. (Yəhudanın məktubu, 1:8)
-1- Akşam, 23 Aralık 2006 |
"Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir." (Rum Suresi, 27) |
"Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir." |
"Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir." |
Çünki elə bir zaman gələcək ki, doğrunu eşitməyə dözə bilməyəcəklər. Xoşlarına gələn sözləri dinləyə bilmək üçün ətraflarına öz arzularına uyğun müəllimlər yığacaqlar... (Timoteosa 2-ci məktub, 4:3-4)
Çoxlu saxta peyğəmbər törəyəcək və bunlar insanların çoxunu yoldan azdıracaq. (Matta 24:11)
Çünki elə bir zaman gələcək ki, təlimə dözə bilməyəcəklər... Qulaqlarını həqiqətin səsinə tıxayacaq, əfsanələrə dalacaqlar. (Timoteosa 2-ci məktub, 4:3-4)
... Allahın iman edənlər üçün yaratdığı halal ruzilərdən çəkinməyin lazım olduğunu buyuracaqlar. (Timoteosa 1-ci məktub, 4:3)
... aranızda yalnış fikir yayanlar kimi. Bunlar... gizlicə aranıza fitnə salacaqlar. (Petrusun 2-ci məktubu, 2:1)
İnsanların çoxu da onların pozğunluğuna yönələcək. Onlara görə haqq təhqir olunacaq. (Petrusa 2-ci məktub, 2:2)
Pisliklər çoxaldığına görə... (Matta, 24:12)
...Cadu... etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)
Sonrakı dövrlərdə... hiyləgər ruhları və cinlərin öyrətdiklərini dinləyəcəklər. (Timoteosa 2-ci məktub, 4:3)
Gözcü, 10 Nisan 2004 |
Allah yolundaymış kimi görünüb bu yolun gücünü inkar edənlər olacaq. Belələrindən uzaq ol. (Timoteosa 2-ci məktub, 3:5)
-1- Vakit, 3 Mayıs 2005 |
Mənim adıma görə kralların önünə çıxarılacaqsınız... Ata-analarınız, qardaşlarınız, qohum və dostlarınız belə sizi ələ verəcək və bəzilərinizi öldürəcəklər. Mənim adıma görə hər kəs sizdən nifrət edəcək... (Luka, 21:12, 16-19)
Bütün bunlar doğum sancılarının başlanğıcıdır. O zaman sizi çətinliyə salacaq, öldürəcəklər. Mənim adıma görə bütün xalqlar sizdən nifrət edəcək. (Matta, 24:8-9)
... İnsanlar sizi məhkəmələrə verəcək... Mənə görə kralların önünə çıxarılacaq, beləcə onlara şahidlik edəcəksiniz... Mənim adıma görə hər kəs sizdən nifrət edəcək... (Markos, 13:9, 13)
-1- Star, 29 Mayıs 2009 |
Qorxmayın əsla! Bunların olması lazımdır, amma bu daha son demək deyil... zəlzələlər olacaq. Bütün bunlar doğum sancılarının başlanğıcıdır. (Matta, 24:6-8)
Şiddətli zəlzələlər... olacaq. (Luka, 21:11)
... günlər gələcək ki, o vaxt burada yıxılmayan ev qalmayacaq. (Luka, 21:6)
Elə böyük bir zəlzələ oldu ki, insan dünyada olduğundan bəri bu qədər böyük bir zəlzələ olmamışdır. Böyük şəhər üç yerə bölündü. Xalqlara aid şəhərlər də yerlə bir oldu. (Vəhy, 16:18-19)
... bəzən zəlzələlər... olacaq. (Markos, 13:8)
-1- Bugün, 4 Ekim 2009 -3- Yeni Asya, 8 Şubat 2010 |
Qorxmayın əsla! Bunlar olmalıdır, amma bu daha son demək deyil... bəzən qıtlıqlar... olacaq. Bütün bunlar doğum sancılarının başlanğıcıdır. (Matta, 24:6-8)
... bəzən qıtlıqlar... olacaq. (Luka, 21:11)
... qıtlıqla... ölüm saçmaq üçün... dünyanın dörddə biri üzərində səlahiyyət verildi. (Vəhy, 6:7)
... qıtlıqlar olacaq. (Markos, 13:8)
... Dünya dənizin və dalğaların uğultusundan çaşqına dönəcək, dəhşətə düşəcək. (Luka, 21:25)
-1- Milliyet, 27 Kasım 2003 -3- Bugün, 11 Ağustos 2009 -4- Yeni Mesaj, 3 Nisan 2007 |
Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. "Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir." |
Dibsiz dərinliklərin quyusundan böyük bir ocağın tüstüsü kimi bir tüstü çıxdı... (Vəhy, 9:2)
... Onda göylər böyük səs-küy ilə sarsılacaq və yer və onda olanlar yanıb bitəcək. (Petrusa 2-ci məktub, 3:10)
-1- Cumhuriyet, 27 Aralık 2004 |
... O zaman göy gurultusu və uğultular eşidildi, şimşəklər çaxdı və yer sarsıldı. (Vəhy, 8:5)
O anda şimşəklər çaxdı, uğultular və göy gurultusu eşidildi. Yer sarsıldı və şiddətli dolu yağdı. (Vəhy, 11:19)
İnsanların üstünə dənəsi təxminən qırx kilo olan iri dolu yağdı. Dolu bəlası elə qorxunc idi ki... (Vəhy, 16:21)
Bütün adalar, dağlar yox oldu. (Vəhy, 16:20)
... Hər dağ, hər ada yerlə bir oldu. (Vəhy, 6:14)
Dağlara, qayalara: “Üstümüzə düşün!”, -dedilər... (Vəhy, 6:16)
DHA, 16 Şubat 2010 |
-1- Akşam, 21 Ocak 2005 |
... Onda göylər böyük səs-küylə sarsılacaq... (Petrusa 2-ci məktub, 3:10)
... göydə fövqəladə nişanələr olacaq. (Luka, 21:11)
Əncir ağacı güclü bir küləklə sarsıldığında necə xam əncirlərini tökdüsə, göydəki ulduzlar da eləcə dünyaya düşdü. (Vəhy, 6:13)
... Göydən yerə düşmüş bir ulduz gördüm... (Vəhy, 9:1)
-1- Birgün, 12 Ağustos 2006 |
Günəşdə, Ayda və ulduzlarda nişanələr görünəcək... (Luka, 21:25)
O günlərin çətinliyindən sonra Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcək. (Matta, 24:29; Markos, 13:24-25)
... Günəşə insanları odla yandırıb qovurma gücü verildi. İnsanlar qorxunc bir istiliklə qovruldular. (Vəhy, 16:8-9)
-1- Radikal, 5 Mart 2007 |
... Yerin üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandı. (Vəhy, 8:7)
Hürriyet, 30 Ekim 2003 |
... epidemioloji xəstəliklər... olacaq. (Luka, 21:11)
... vəba ilə... ölüm saçmaq üçün dünyanın dörddə biri üzərində səlahiyyət verildi. (Vəhy, 6:7)
-1- Milliyet, 20 Aralık 2006 |
Tüstünün içindən dünyaya çəyirtkələr yağdı. Bunlara dünyadakı əqrəblərin gücünə oxşar bir güc verilmişdi. Çəyirtkələrə dünyadakı otlara, hər hansı bir bitki və ya ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vermələri əmr olundu. (Vəhy, 9:3-4)
-1- Habertürk, 29 Ekim 2009 |
... Alov-alov yanan dağ kimi böyük bir kütlə dənizə atıldı. Dənizin üçdə biri qana bulandı. Dənizdəki canlı varlıqların üçdə biri öldü... (Vəhy, 8:8-9)
... Dəniz ölü qanına oxşar bir qana bulandı və içindəki bütün canlılar öldü. (Vəhy, 16:3)
Dünyaya baş verən fəlakətlərin qorxusundan insanlar huşlarını itirəcək... (Luka, 21:26)
Dünya kralları, böyükləri, zənginləri, güclüləri, azadı, köləsi hər kəs mağaralarda, dağlardakı qayaların arasında gizləndilər... Çünki onların qəzəbinin böyük günü gəldi. Buna kim dözə bilər? (Vəhy, 6:15-17)
Ortadoğu, 28 Aralık 2007 |
-1- Cumhuriyet, 15 Nisan 2004 |
Altıncı mələk tasını böyük Fərat çayına boşaltdı. Şərqdən gələn kralların yolu açılsın deyə çayın suları qurudu. (Vəhy, 16:12)
Altıncı mələk əlindəki tası Fərat çayı üzərinə boşaldınca çayın suları qurudu. (Vəhy, 16:12)
Müharibə səs-küyləri, döyüş xəbərləri eşidincə qorxmayın. Bunlar olmalıdır, amma bu, daha son demək deyil. Xalq xalqa, dövlət dövlətə müharibə elan edəcək. Bunlar, doğum sancılarının başlanğıcıdır. (Markos, 13:7-8)
... Müharibə səs-küyləri, döyüş xəbərləri eşidəcəksiniz. Qorxmayın əsla! Bunlar olmalıdır, amma bu, daha son demək deyil. Xalq xalqa, dövlət dövlətə müharibə elan edəcək... (Matta, 24:6-7)
“Müharibə və üsyan xəbərləri eşidincə təlaşlanmayın. Əvvəl bunların olmalıdır. Amma nəticə dərhal olmaz”. Sonra onlara belə dedi: “Xalq xalqa, dövlət dövlətə müharibə elan edəcək”. (Luka, 21:9-10)
... dünyadan sülhü itirmək səlahiyyəti verildi. Bunun nəticəsi olaraq insanlar bir-birlərini boğacaqlar... (Vəhy, 6:4)
-1- Hürriyet, 6 Şubat 2007 | -4- Ortadoğu, 13 Haziran 2007 |
... üsyan xəbərləri eşidincə təlaşlanmayın. Əvvəl bunlar olmalıdır. Amma nəticə dərhal olmaz. (Luka, 21:9)
Bunlar (dünyanın son günlərində yaşayanlar) nifaq salan... kəslərdir. (Yəhudanın məktubu, 1:19)
Dünyaya sülh gətirməyə gəldiyimi sanırsınız? Sizə xeyr deyirəm, mən ayrılıq gətirməyə gəldim. (Luka, 12:51-52)
Bundan belə bir evdə beş adam, ikiyə qarşı üç, üçə qarşı iki bölünmüş olacaq... (Luka, 12:52)
Qardaş qardaşını, ata uşağını ölümə atacaq. Uşaqlar ata-analarına baş qaldırıb onları öldürəcək. (Markos, 13:12)
... insanlar bir-birlərini boğacaqlar... (Vəhy, 6:4)
-1- Şok, 5 Nisan 2006 |
Bəzi kəslər məbədin necə gözəl daş və əhdlərlə bəzəndiyindən danışınca İsa: “Burada gördüklərinizə gəlincə, elə günlər gələcək ki, daş üstündə daş qalmayacaq, hamısı yıxılacaq!”, -dedi. (Luka, 21:5-6)
Ölülər diyarı onun ardınca gəlirdi. Bunlara dünyanın dörddə birini qılınc, qıtlıq, vəba və dünyanın vəhşi heyvanları ilə ölümlə təhdid etmək səlahiyyəti verildi. (Vəhy, 6:7)
Üçüncü mələk tasını çaylara, su mənbələrinə boşaltdı. Bunlar da qana çevrildi. (Vəhy, 16:4)
-1- Cumhuriyet, 12 Mart 2009 | -3- Milli Gazete, 8 Temmuz 2007 |
... “Böyük Fərat çayının yanında bağlı olan dörd mələyi hazır et”, - dedi. O saat, o gün, o ay, o ili gözləyən dörd mələk insanların üçdə birini öldürmək üçün hazır edildi. (Vəhy, 9:14-15)
... Yerusəlimi (Qüdsü) ordularla əhatə edilmiş gördüyünüz zaman... (Luka, 21:20)
... Alov, göy yaqut və kükürd rəngində zirehlərlə əhatə olunmuşdular. Atların başları aslan başına bənzəyirdi. Ağızlarından alov, tüstü, kükürd fışqırırdı. İnsanların üçdə biri bunların ağzından fışqıran alov, tüstü və kükürddən, bu üç bəladan öldü. Atların gücü ağızlarında və quyruqlarındadır. Quyruqlarının ucu ilə zərər verərlər. (Vəhy, 9:17-19)
... Mən dünyaya alov yağdırmağa gəldim... (Luka, 12:49)
Adam öldürməkdən... tövbə etmədilər. (Vəhy, 9:21)
-1- Sabah, 30 Haziran 2007 |
... fahişəlik... etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)
... gördükləri xülyalara əsaslanıb öz bədənlərini çirklədirlər... (Yəhudanın məktubu, 1:8)
Gözləri zina ilə doludur... (Petrusun 2-ci məktubu, 2:14)
Sonrakı dövrlərdə bəziləri imandan irtidad edib (dindən çıxıb), hiyləgər ruhları və cinlərin öyrətdiklərini dinləyəcəklər... Evlənməkdən məhrum edəcəklər... (Timoteosa 1-ci məktub, 4, 1-3)
... oğruluq etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)
... Sizinlə yeyib-içərkən öz hiylələrindən zövq alarlar. (Petrusun 2-ci məktubu, 2:13)
... pislər və saxtakarlar, aldadaraq və aldanaraq getdikcə daha betər olacaqlar. (Timoteosa 2-ci məktubu, 3:13)
Yalan danışanların ikiüzlülüyü ilə vicdanları dağlanacaq. (Timoteosa 2-ci məktub, 4:2)
Bu mövzuda söyləyəcək çox sözümüz var, amma qulaqlarınız uyuşduğu üçün başa salmaq çətindir. (İbranilərə məktub, 5:11)
-1- Vatan, 21 Kasım 2009 | -4- Cumhuriyet, 9 Mart 2005 |
Köpüyünü sovuran dənizin azğın dalğaları kimi ayıblarını ətrafa sovurarlar. Avara ulduzlar kimidirlər... (Yəhudanın məktubu, 1:13)
Bunlar (dünyanın son günlərində yaşayanlar)... müqəddəs ruhdan məhrum kəslərdir. (Yəhudanın məktubu, 1:19)
-1- Vakit, 5 Nisan 2006 |
İnsanlar... müqəddəslikdən və sevgidən məhrum... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)
... bir-birlərini ələ verəcək və bir-birlərindən nifrət edəcəklər. (Matta, 24:10)
İnsanlar... uzlaşmaz, özünə nəzarət edə bilməyən, azğın və yaxşılıq düşməni olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)
İnsanlar... söyüşkən... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)
... Uşaqlar ata-analarına baş qaldırıb onları öldürdəcəklər. (Markos, 13:12)
... ata-ana sözü dinləməz... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:3)
-1- Milli Gazete, 29 Eylül 2009 | -4- Türkiye, 16 Nisan 2006 |
Ata oğluna qarşı, oğul atasına qarşı, ana qızına qarşı, qız anasına qarşı, qayınana gəlininə qarşı, gəlin qayınanasına qarşı olacaq. (Luka, 12:53)
İnsanlar... pul düşkünü... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)
-1- Bugün, 9 Eylül 2009 |
İnsanlar... pul düşkünü... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)
... Dinləyin indi, ey zənginlər... Son günlərdə sərvətinizə sərvət qatdınız. (Yaqubun məktubu, 5:1-3)
... kimdə varsa, ona daha çox veriləcək və o bolluq içində olacaq. Amma kimdə yoxdursa, özündə olan da əlindən alınacaq. (Matda, 25:28-29; Luka, 19:26)
Əfəndisi ona: “Ey pis kölə... niyə pulumu faizçilərə vermədin? Mən də gəldiyimdə onu faizi ilə geri alardım”. (Luka, 19:22-23)
Özünüzə diqqət edin! Ürəkləriniz pozğunluq, sərxoşluq və bu həyatın qayğıları ilə ağırlaşmasın. O gün üzərinizə bir tələ kimi birdən enməsin. (Luka, 21:34-35)
... Gündüzlər zövqə dalmağı əyləncə sayarlar. (Petrusun 2-ci məktubu, 21:13)
... Avara kimi yeyib-içən bu kəslər bir qara ləkədir... (Yəhudanın məktubu, 1:12)
Allahdan çox əyləncəni sevənlər... olacaqlar... (Timoteosa 2-ci məktub, 3:4-5)
-1- Türkiye, 23 Ağustos 2004 |
... Dünyanın son günlərində... öz istəklərinə görə yaşayanlar olacaq. (Yəhudanın məktubu, 1:18)
... öz istəklərinin ardınca gedərlər... (Yəhudanın məktubu, 1:16)
... istəkləri ilə yaşayan... ağıldan məhrum heyvanlar kimidir... (Petrusun 2-ci məktubu, 2:12)
-1- Taraf, 12 Mayıs 2009 |
Amma bu kəslər anlamadıqları hər şeyə söyürlər. Bir tərəfdən də ağıldan məhrum heyvanlar kimi istəkləri onları uçuruma aparır. (Yəhudanın məktubu; 1:10)
Amma anlamadıqları mövzularda söyüş söyən bu kəslər həvəsləri ilə yaşayan, tutulub kəsilmək üçün doğulan, ağıldan məhrum heyvanlar kimidir... (Petrusun 2-ci məktubu, 2:12)
... Küləyin apardığı yağışsız buludlara, kökündən qoparılmış, payızın meyvəsiz ağaclarına bənzərlər. (Yəhudanın məktubu, 1:12)
İnsanlar özlərini sevən... nankor... olacaqlar. Xain... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-5)
... yalnız özlərini bəsləyən çobanlardır... (Yəhudanın məktubu, 1:12)
... öz mənfəətləri üçün başqalarını aldadarlar. (Yəhudanın məktubu, 1:16)
... Ürəyi acgözlüyə alışdırılmış lənətli insanlardır. (Petrusun 2-ci məktubu, 2:14)
Acgözlülüklərinə görə uydurma sözlərlə sizi istismar edəcəklər... (Petrusa 2-ci məktub, 2:3)
-1- Yeni Asya, 4 Nisan 2009 | -3- Bugün, 8 Ağustos, 2006 |
"Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir." |
Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. |
Bunlar həmişə şikayətlənib deyinirlər... (Yəhudanın məktubu, 1:16)
İnsanlar... tələskən... olacaqlar. (Timoteosa 2-ci məktub, 32:2-5)
... Ağızlarından pis sözlər çıxar... (Yəhudanın məktubu, 1:16)
İnsanlar... qürurlu... olacaqlar... özünü bəyənmiş... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-5)
-1- Ortadoğu, 19 Ekim 2008 |
-1- Vatan, 11 Ocak 2004 | -4- Sabah, 10 Haziran 2009 |
... Dünyanın son günlərində lağ edənlər... olacaq. (Yəhudanın məktubu, 1:18)
... Dünyanın son günlərində... lağ edənlər törəyəcək. (Petrusun 2-ci məktubu, 3:3)
... Dünyadakı bütün xalqlar ağlayacaqlar... (Matta, 24:30)
O günlərdə hamilə və əmzikli olanların vay halına! Çünki ö böyük çətinlik və bu qövmə əzab gələcək. (Luka, 21:23)
... qorxunc hadisələr... olacaq. (Luka, 21:11)
O günlərdə elə qorxunc çətinliklər olacaq ki, dünyanın başlanğıcından bu yana beləsi olmamış, bundan sonra da olmayacaq. (Matta, 24:21)
Bunu bil ki, son günlərdə çətin anlar olacaq. (Timoteosa 2-ci məktub, 3:1)
... İnsanlar sıxıntıdan dillərini dişlədilər. (Vəhy, 16:10)
-1- Akşam, 30 Aralık 2005 | -3- Vakit, 3 Ocak 2007 |
Çətinlik və yaralarına görə göyün Allahına söydülər. Etdiklərindən tövbə etmədilər. (Vəhy, 16:11)
O günlərdə insanlar ölümü axtaracaq, amma tapa bilməyəcəklər və ölüm onlardan qaçacaq. (Vəhy, 9:6)
O günlər qısaldılmasaydı, heç kim xilas ola bilməzdi. Amma seçilmiş olanlar uğruna o günlər qısaldılacaq. (Matta, 24:22)
Rəbb o günləri qısaltmasaydı, heç kim xilas ola bilməzdi. Amma Rəbb seçilmiş olanlar üçün, Öz seçdiyi kəslər uğruna o günləri qısaltmışdır. (Markos, 13:20)
-1- Cumhuriyet, 31 Aralık 2004 |
"Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla. Həqiqətən, Rəbbin Yaradandır, Biləndir." |
Sonra güclü bir mələk dəyirman daşına bənzər böyük bir daşı qaldırıb dənizə ataraq belə dedi: “Böyüklər şəhəri Babil* də belə şiddətlə atılacaq və bir daha görülməyəcək”. (Vəhy, 18:21)
*Babil: Hazırda İraq torpaqlarında olan qədim bir şəhər adıdır.
Yeni Çağ, 23 Mart 2003 |
“... böyük Babil yıxıldı!” - deyirdi. (Vəhy, 14:8)
... “Yıxıldı! Böyük Babil yıxıldı!...”. (Vəhy, 18:2)
-1- Vakit, 14 Kasım 2004 |
O böyük zənginlik bir saat içində yox oldu... (Vəhy, 18:17)
... Şəhər bir saat içində viranəyə döndü. (Vəhy, 18:19
Tercüman, 22 Mart 2003 |
Dünya tacirləri onun (Babil) üçün ağlayıb yas tutur. Çünki mallarını satın alacaq kimsə yoxdur artıq. (Vəhy, 18:11)
Babildə bu malları sataraq zənginləşən tacirlər şəhərin çəkdiyi iztirabdan dəhşətə düşəcəklər... (Vəhy, 18:15)
Deyəcəklər ki: “Ürəyinin istədiyi meyvələr əlindən getdi, bütün qiymətli və göz oxşayan malların yox oldu...”. (18:14)
... Artıq səndə mahnı oxuyanların, qaval və şeypur çalanların səsi heç eşidilməyəcək... (Vəhy, 18:22)
Artıq səndə şam işığı parlamayacaq. Səndə artıq qohum-əqraba səsi eşidilməyəcək. Sənin tacirlərin dünyanın böyükləri idi... (Vəhy, 18:23)
Yeni Asya, 12 Temmuz 2008 |
-1- Akşam, 30 Aralık 2005 | -3- Milliyet, 29 Mart 2003 |
Bundan sonra başqa bir canavar gördüm. Yerdən çıxan bu canavarın quzu kimi iki buynuzu vardı, amma əjdaha kimi səs çıxarırdı. İlk canavarın bütün səlahiyyətini onun adından istifadə edir, dünyanı və orada yaşayanları ölümcül yarası yaxşılaşan ilk canavara ibadət etməyə məcbur edirdi. (Vəhy, 13:11-12)
... “Həqiqətən də əvvəl İlyas gələr və hər şeyi yenidən nizama qoyar...”. (Markos, 9:12)
Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! |
"Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır." |
... Allaha və ibadət edilən hər şeyə qarşı çıxan və Allahın məbədində oturub özünün Allah olduğunu göstərərək özünü ucaldan, fəsad törədən kəs ortaya çıxmadıqca o gün gəlməz. (Allahı tənzih edirik). (Səlaniklilərə 2-ci məktub, 2:3-4)
Müqəddəslərlə döyüşüb onları məğlub etməsinə icazə verildi... (Vəhy, 13:7)
Allaha söymək, Onun adına və iqamətgahına, yəni göydə yaşayanlara söymək üçün ağzını açdı. (Allahı tənzih edirik). (Vəhy, 13:6)
Qanunları tanımayan insan (dəccal) aldadıcı möcüzələrlə və məhv olanları aldadan hər cür pisliklərlə, şeytanın fəaliyyəti ilə gələcək… (Səlaniklilərə 2-ci məktub, 2:9-10)
İlk canavar (dəccalın) həyata keçirməsinə icazə verilən əlamətlər sayəsində yaşayanları yoldan azdırdı... (Vəhy, 13:14)
... Canavar hər oymaq, hər xalq, hər dil üzərində səlahiyyətli qılındı. (Vəhy, 13:7)
Sonra canavarı (dəccalı), dünya krallarını və onların ordularını atlıya və Onun ordusuna (Allaha tabe olanlara) qarşı döyüşmək üçün toplanmış gördüm. (Vəhy, 19:19)
Düşüncə birliyində olan bu krallar güclərini və səlahiyyətlərini canavara verəcəklər. (Vəhy, 17:13)
Bəli, dəccaliyyətin gizli gücü bu anda belə təsirlidir... Dəccal ortaya cıxacaq... İsa (ə.s.) onu nəfəsi ilə öldürəcək, gəlişi ilə yox edəcək. (Səlaniklilərə 2-ci məktub, 2:7)
Böyük əjdaha – iblis və ya şeytan deyilən, bütün dünyanı azdıran o qədim ilan mələkləri ilə birlikdə dünyaya atıldı... Çünki iblis zamanının az olduğunu bilərək böyük bir qəzəblə üzərinizə endi. (Vəhy, 12:9, 12)
... Bütün dünya qarışıqlıq içində canavarın ardınca getdi. (Vəhy, 13:3)
... Məhv olanlar həqiqəti sevmədikləri və xilas olmağa yanaşmadıqları üçün məhv olurlar. Bu səbəblə, Allah yalana aldanmaları üçün onların üstünə fikirlərini yanıldıcı güc göndərir. (Səlaniklilərə 2-ci məktub, 2:10-11)
Dünyada yaşayan... hər kəs ona ibadət edəcək. (Vəhy, 13:8)
Qanun tanımayan insan (dəccal) ... hər növ pis işlərlə, şeytanın fəaliyyəti ilə gələcək... (Səlaniklilərə 2-ci məktub, 2:9-10)
İçinde yaşadığımız zamanın, Hz Mehdi (as)'ın çıkması beklenen dönem olduğunu, başta İslami kaynaklara göre olduğu gibi, Tevrat ve İncil'e dayanarak da söylemek mümkündür. Günümüzde yaşanmakta olan birçok olay Tevrat ve İncil'de bildirilenlerle birebir mutabıktır. Bunlardan bir tanesi de deccal'in ortaya çıkışıdır. Deccal, savaş ve çatışmaları körükleyecek, bozgunculuk çıkartarak tüm uluslar üzerinde etkili olacaktır. Ancak Allah Hz. İsa (as) ve Hz. Mehdi (as)'ı vesile kılarak, deccal'in ahir zamandaki tüm oyunlarını bozacaktır. |
Sonra qanun tanımayan insan (dəccal) ortaya çıxacaq... (Səlaniklilərə 2-ci məktub, 2:8)
İnsanların gözü qarşısında göydən yerə alov yağdıracaq. (Vəhy, 13:13)
.... Əjdahanın, canavarın və yalançı peyğəmbərin ağzından qurbağa qılığına girmiş üç ədəd pis ruhun çıxdığını gördüm. Möcüzələr yaradan bu pis ruhlar dünyada hökm sürən bütün krallara gedərək onları döyüşə çağırdılar. Gücü sərhədsiz olan Allahın böyük günündə... bu kralları ibranicə Armaqeddon (Meqiddo dağı) deyilən yerə yığdılar. (Vəhy, 16:13-16)
... məhv olacaq olan dəccal ortaya çıxmadıqca o gün gəlməyəcək. (Səlaniklilərə 2-ci məktub, 2:3)
"Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!" |
Dünyanın dörd tərəfindəki xalqları (Qoq və Maqoqu) azdırmaq, savaşmaq üçün bir yerə yığmaq niyyətilə zindandan çıxacaq. Toplananların sayı dəniz qumu qədər çoxdur. (Vəhy, 20:8)
... toplananların sayı dəniz qumu qədər çoxdur. (Vəhy, 20:8)
Dünyanın dörd bir tərəfindən gələrək müqəddəslərin qərargahını və sevilən şəhəri əhatə etdilər... (Vəhy, 20:9)
Onları azdıran iblis isə... (Vəhy, 20:10)
... Amma alov yağdı, onları yandırıb yox etdi. (Vəhy, 20:9)
"O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır." |
İsa bunları söylədikdən sonra onların gözləri qarşısında göyə qaldırıldı. Bir bulud onu götürüb gözlərinin qarşısından uzaqlaşdırdı. “Ey cəliləlilər, niyə göyə baxırsınız?” - deyə soruşdular. “Göyə qaldırılan İsanı necə gördünüzsə, eyni şəkildə geri gələcəkdir”. (Elçilərin işləri, 1:9-11)
İkinci dəfə... qurtuluş gətirmək üçün özünü gözləyənlərə görünəcək. (İbranilərə məktub, 9:28)
Bu zaman mübarək ümidimizin gerçəkləşməsini, İsa Məsihin gəlməsini gözləyirik. (Pavlusun Titusa məktubu, 2:13)
Bütün bunlar İsa göydən gəlib göründüyü zaman olacaq. (Səlaniklilərə 2-ci məktub, 1:7)
Dünyanın yaranmasından bəri tanınan Məsih dünyanın sonunda sizin faydanız üçün zühur etdi. (Petrusa 1-ci məktub, 1:20)
Sizlər peyğəmbərlərin varisləri, Allahın atalarınızla andlaşmasının varislərisiniz. Necə ki, Allah İbrahimə belə demişdi: “Sənin nəslinin vasitəsilə dünyada bütün xalqlar müqəddəs hesab ediləcək”. (Elçilərin işləri, 3:25)
… İbrahimə və nəslinə dünyanın varisi olma vədi müqəddəs qanun yolu ilə deyil, iman yolu ilə verildi. (Romalılara məktub, 4:13)
Axır zamanda hz. Mehdinin çıxışından sonrakı hakimiyyət dövrü haqqında İncildə bu məlumatlar verilir:
İsa onlara bu bənzətməni izah etdi: “Əncir ağacına və ya hər hansı bir ağaca baxın. Bunların yarpaqladığını gördüyünüz zaman yaz mövsümünün çox yaxın olduğunu öz-özünüzə anlayarsınız. Eyni şəkildə, bu hadisələrin reallaşdığını gördüyünüzdə bilin ki, Allahın hakimiyyəti yaxındır”. (Luka, 21:29-31)
İsa xalqa bunları da söylədi: “Qərbdə bir buludun yüksəldiyini görüncə siz dərhal: “Yağış yağacaq” - deyirsiniz və elə olur. Yelin cənubdan əsdiyini görüncə: “Çox isti olacaq” - deyirsiniz və elə olur… Dünyanın və səmanın görünüşündən bir məna anladığınız halda, necə olur ki, hazırkı dövrün mənasını anlaya bilmirsiniz?” (Luka, 12:54-56)
İşıqlanmaq üçün şəhərin Günəş və Aya ehtiyacı yoxdur. Çünki Allahın görkəmi onu işıqlandırır… (Vəhy, 21:23)
Amma sonuna qədər səbr edən xilas olacaq. Göydəki azadlığın bu müjdəsi dünyanın hər yerində bütün xalqlara eşitdiriləcək. O zaman son gələcəkdir. (Matta 24:13-14)
… “Qanunlarımı zehinlərinə yeridəcəyəm, ürəklərinə yazacağam… Heç kim: “Yurddaşını, qardaşını, Rəbbi tanı” - deyə öyrətməyəcək. Çünki böyük-kiçik hamısı tanıyacaq Məni”. (İbranilərə məktub, 8:10-11)
Göydəki hakimiyyətin bu müjdəsi dünyanın hər yerində bütün xalqlara eşitdiriləcək… (Matta, 24:14)
Bundan sonra göydə uçan başqa bir mələk gördüm. Dünyada yaşayanlara – hər xalqa, hər oymağa, hər dilə çatdırmaq üçün sonsuzsa qədər qalacaq olan müjdəni gətirdi. (Vəhy, 14:6)
… qulları Ona (Allaha) ibadət edəcək. (Vəhy, 22:3)
Sonra böyük bir kütlənin gur axan suların, güclü göy gurultusunun səsinə bənzər səslər eşitdim. “Haleluya! (Rəbbi tərifləyin)” - deyirdilər. Çünki Hər şeyə gücü çatan Rəbb- Allahımız hakimlik edir”. (Vəhy, 19:6)
O gün maddi elementlər yanaraq yox olacaq, dünya və dünyada qurulmuş hər şey yanacaq… O gün maddi elementlər şiddətli alovla əriyəcək. (Petrusun 2-ci məktubu, 3:10-12)
"Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”." |
… həqiqətə qarşı gəlirlər. Düşüncələri korlanmış, imanı olmayan insanlardır. Amma irəli gedə bilməyəcəklər. Çünki… bunların da ağılsızlığını hər kəs görəcək. (Timoteosa 2-ci məktub, 3:8-9)
O zaman kral sağındakılara: “Sizlər... (Allahın) müqəddəs hesab etdikləri, gəlin!”, - deyəcək. “Dünya qurulduğundan bəri sizin üçün hazırlanmış olan hakimiyyəti miras alın!” (Matta, 25:34)
Müqəddəslərin dünyanı mühakimə edəcəyini bilmirsinizmi?... (Korintoslulara 1-ci məktub, 6:2)
... Rəbb Allah onlara işıq verəcək və sonsuza qədər hakim edəcək. (Vəhy, 22:5)
Amma siz seçilmiş nəsil, Kralın kahinləri, müqəddəs xalq, Allahın Öz xalqısınız. Sizi qaranlıqdan işığa çıxaran Allahın sözlərini eşitdirmək üçün seçildiniz. (Petrusa 1-ci məktub, 2:9)
Allah bu dünyada yoxsul olanları imanda zənginləşmək və Özünü sevənlərə vəd etdiyi hakimiyyətin varisləri olmaq üzrə seçmədimi? (Yaqubun məktubu, 2:5)
Onlar Allahın... kahinləri (din adamları) olacaq, Onunla birlikdə min il hakim olacaqlar. (Vəhy, 20:6)
... əvvəlki nizam ortadan qalxdı. (Vəhy, 21:4)
Taxtda oturan: “Hər şeyimlə məğlub oluram” - dedi. Sonra: “Yaz!” - deyə əlavə etdi. “Çünki bu sözlər etibarlı və həqiqətdir”. (Vəhy, 21:5)
... hər şeyin yenidən təşkil ediləcəyi zamana qədər... (Elçilərin işləri, 3:21)
... Sülh mühitində sülhü quranlar doğruluq məhsulunu biçərlər. (Yaqubun məktubu, 3:18)
İnsanlar şəhərin işığında gəzəcəklər. Dünya kralları sərvətlərini oraya gətirəcəklər. Şəhərin qapıları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. Xalqların görkəmi və zənginliyi oraya daşınacaq. (Vəhy, 21:24-26)
Xilaskarımız bir olan Allah sizi qoruyacaq, günahsız olaraq uca hüzuruna çıxaracaq gücdədir. (Yəhudanın məktubu, 1:24)
Onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Artıq nə yas, nə ağlamaq, nə də iztirab olacaq...” (Vəhy, 21:4)
Artıq heç bir lənət qalmayacaq... (Vəhy, 22:3)
Artıq gecə olmayacaq. Çıraq işığına da, günəş işığına da ehtiyac olmayacaq... (Vəhy, 22:5)
... Allah gözlərindən bütün yaşları siləcək. (Vəhy, 7:17)
... “Hər şey yeniləndiyində... evlərini, qardaşlarını, ata və ya anasını, uşaqlarını və ya torpaqlarını tərk edən hər kəs bunların yüz qatını əldə edəcək...”. (Matta, 19:28-29)
“... Onun mərhəməti sayəsində doğan Günəş qaranlıqda və ölümün kölgəsində yaşayanlara işıq saçmaq və ayaqlarımızı doğru yola yönəltmək üçün köməyimizə gələcəkdir”. (Luka, 1:78-79)
... Allahın bütün insanlara lütfu ortaya çıxmışdır... (Titosa məktub, 2:11)
Mələk əjdəhanı, yəni İblis və ya şeytan deyilən qədim ilanı tutub min illik bağladı. (Vəhy, 20:2)
Min il tamamlana qədər xalqları bir daha azdırmasın deyə, onu dibsiz dərinliklərə atdı, oraya bağlayıb girişi möhürlədi. (Vəhy, 20:3)
Ora murdar heç bir şey, iyrənc və hiyləgər iş görən heç kim girə bilməyəcək... (Vəhy, 21:27)
"O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır." "Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır."(Nəhl Suresi, 12-13) |
Mülayim xasiyyətli olanlara nə xoşdur! Çünki onlar dünyanı miras alacaqlar. (Matta, 5:5)
... Nə günəş, nə qovurucu isti vuracaq onları. (Vəhy, 7:16)
Artıq acmayacaq, artıq susamayacaqlar... (Vəhy, 7:16)