Fitnə və qarışıqlığın ən şiddətli yaşandığı, din əxlaqından uzaqlaşıldığı və qarışıq həyatın ən irəli səviyyələrə çatdığı axır zamanda, Rəbbimiz “hidayət verici” sifətiylə Hz. Mehdini göndərəcək. Allahın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi Hz. Mehdi, imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allahın diləməsiylə Hz. Mehdi, qədərində yazılı olan bu üstün vəzifədə mütləq müvəffəqiyyətli olacaq və din əxlaqını bütün dünyada hakim edəcək.
Bu səbəblə Hz. Mehdinin zühuru, dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün ilahi dinlərin öz müqəddəs kitablarında işarə edilməkdədir. Quranda bildirildiyi kmi İncil, Tövrat, Zəbur və Hz İbrahimin səhifələri keçmişdə yaşamış peyğəmbərlərə endirilmiş olan kitablardır. Bu kitaabların bir qismi yox olmuş, bir qismi də təhrif olmuş və ya dəyişdirilmişdir. Lakin buna baxmayaraq içlərində, haqq dinə aid bir çox doğru izah da iştirak etməkdədir. Bu kitablardan, Quran ayələri və Peyğəmbərimiz (s.ə.s.)in hədislərinə uyğun olan izahlara baxdığımızda, Hz. Mehdinin minlərlə ildən bəri bilinən və gözlənilən bir müjdə olduğunu görərik.
İndiki vaxtda yaşanılan bir çox hadisə də, əsrlərdir gözlənilən bu mübarək dövrün yaşanmağa başladığını göstərməkdədir. Bu həyati mövzudan xəbərdar etmək və bu mübarək şəxsin –Hz. Mehdinin- mənən dəstəkçisi olmaq, bütün iman edənlərin üzərinə düşən əhəmiyyətli bir məsuliyyətdir.