Birinci Məsələ: Rəvayətlərdə Həzrət-i İsa Əleyhissalama “Məsih” adı verildiyi kimi hər iki dəccala da “Məsih” adı verilmiş və bütün rəvayətlərdə (“Mesih Deccalın şerrinden... Mesih Deccalın şerrinden” Buhari, Ezan: 149; Cenaiz: 88; Tirmizi, Dua: 70,76, 132; Müsned: 2:185, 186, 414, 416) deyilmişdir. Bunun hikməti və təvili (izahı) nədir?
Əlcavab: Allahu Aləm, bunun hikməti budur: necə ki əmr-i İlahi (Allahın əmri ilə) İsa Əleyhissalam şəriət-i Musəviyyədə (Hz. Musanın (ə.s.) gətirdiyi dində) bəzi ağır təkalifi (Allah tərəfindən yüklənən vəzifə və öhdəlikləri) ləvğ edib şərab kimi bəzi müştəhiyyatı (xoşa gələn ləzzətli şeyləri) halal etmişdir, eynilə o cür də Böyük Dəccal şeytanın iğvası (yalanı) və hökmü ilə şəriət-i İsəviyyənin (Hz. İsanın (ə.s.) gətirdiyi şəriətin) əhkamını (hökmlərini) ləvğ edib Xristianların həyat-i ictimaiyyələrini (sosial həyatlarını) idarə edən rabitələri (əlaqələri) pozaraq anarxiyaya və Yəcuc və Məcuca zəmin hazırlayacaq. İslam dəccalı olan Süfyan da şəriət-i Məhəmmədiyyənin (Ə.S.M.) (İslam dininin) əbədi bəzi əhkamını (hökmlərini) nəfs və şeytanın dəsisələri ilə (hiylə və yalanları ilə) ləvğ etməyə çalışaraq həyat-i bəşəriyyənin (cəmiyyətin həyatının) maddi və mənəvi rabitələrini (əlaqələrini) pozaraq sərkeş (üsyankar, baş qaldıran) və sərxoş və sərsəm nəfsləri nəzarətsiz qoyaraq hörmət və mərhəmət kimi nurani zəncirləri açacaq, həvəsat-i mütəaffinə (qoxumuş istək və arzular) bataqlığında bir-birinə hücum etmək üçün cəbri (zorakılığa əsaslanan) sərbəsiyyət (azadlıq) və eyn-i istibdad (təzyiq və zorakılığın özü olan) hürriyyət verməklə dəhşətli anarxiyaya meydan açacaq ki, o vaxt o insanlar olduqca şiddətli bir istibdadın (təzyiq, zülm və zorakılıqdan) əsarəti altında qalacaqlar. (Şualar, Beşinci Şua, səh. 521)