Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar

Ustadın “Ey Yüz İl Sonra Gələnlər” İfadəsi Hz. Mehdinin (Ə.S.) Zühur Dövrünə İşarədir

Əziz qardaşlarım,

Qoca Saidin mətbu (nəşr olunmuş) keçmiş əsərlərindən biri əlimə keçdi. Maraq və diqqətlə baxdım. Bu rəvayət qəlbə girdi. Münasibdirsə, Məktubatın axırında (sonunda) yazılsın.

Əvvəla: Hürriyyətin üçüncü ilində əşairlər arasında məşrutiyyət-i məşruəni əşairə tam bildirmək və qəbul etdirmək üçün Ertuş əşairi, xüsusilə Küdan və Mamhurana verdiyi dərs və 1329-cu ildə Mətbəə-i Əbüzziyada nəşr edilən, qırx bir il əvvəl nəşr edilmişdir, lakin maətəəssüf iyirmi-otuz ildən bəri axtarırdım, tapa bilməmişdim. Bu dəfə birisi bir nüsxə tapıb mənə göndərmişdir. Mən keçmiş Said üslubundan ayrılıb və Yeni Saidin sünuhatı ilə (ürəyə gələn yeni mənalar) diqqətlə mütaliə etdim. Anladım ki, keçmiş Said üslubu acib (qəribə) hiss-i qəbləlvüku ilə (baş vermədən əvvəl) otuz-qırx il sonra indi baş verən vükuat-i maddiyyə və mənəviyyəni (maddi və mənəvi hadisələri) hiss etmişdir. Bədəvi Ekrad əşairi pərdəsi arxasında bu zamanın mədəni pərdəsini özlərinə maska edən və vətənpərvərlik pərdəsi altında dinsiz və həqiqi bədəvi və həqiqi mürtəce, yəni bu milləti İslamiyyətdən əvvəlki adətlərinə sövq edən xainləri görmüş kimi onlarla danışıb başlarına vurur.

Saniyən: O mətbu əsərin yüz beşinci səhifədən ta yüz doqquza qədər olan hissəsinə diqqətlə baxdım.O zamanda əşairə dərs verdiyim o sualla və cavablar vaxtında mühüm bir vəli aralarında imiş. Mənim də xəbərim olmayıb. O məqamda etiraz etdi. Dedi:

“Sən ifrat edirsən, xəyali həqiqət görürsən, bizi də təhqir edirsən. Axırzamandır. Getdikcə daha da pisləşəcək.”

O vaxt ona qarşı mətbu kitabda belə cavab verilmişdi: hər kəsə dünya tərəqqi (inkişaf, irəliləyiş) dünyasıdır, yalnız bizim üçün tədənni (tənəzzül, geriləmə) dünyasıdır? Eləmi? Onda mən də sizinlə danışmayacağam. Bu tərəfə çevrilirəm, gələcəkdəki insanlarla danışacağam:

EY YÜZDƏN TA ÜÇ YÜZ İLDƏN SONRAKI (bu ifadə bəzi nur saytlarında “ey yüzdən...” ifadəsi çıxarılaraq “ta üç yüz ildən sonrakı...” kimi yazılmışdır). YÜKSƏK ƏSRİN ARXASINDA GİZLƏNMİŞ, SAKİTANƏ (sakitcə) MƏNİM SÖZÜMÜ DİNLƏYƏN VƏ NƏZƏR-İ XƏFİYY-İ QEYBİ İLƏ MƏNƏ TAMAŞA EDƏN SAİD, HƏMZƏ, ÖMƏR, OSMAN, YUSİF, ƏHMƏD VƏ S. SİZƏ XİTAB EDİRƏM. TARİX DEYİLƏN KEÇMİŞ DƏRƏLƏRİNDƏN SİZİN YÜKSƏK İSTİQBALINIZA UZANAN SİMSİZ TELEQRAFLA SİZİNLƏ DANIŞIRAM. NƏ EDİM, TƏLƏSDİM, QIŞDA GƏLDİM. SİZ, İNŞAALLAH, CƏNNƏT-ASA (CƏNNƏT KİMİ) BAHARDA GƏLƏRSİNİZ. İNDİ ƏKİLƏN NUR TOXUMLARI ZƏMİNİMİZDƏ (TORPAĞIMIZDA) ÇİÇƏK AÇACAQLAR. Sizdən bunu rica edirəm ki, keçmiş qitəsinə keçmək üçün gəldiyiniz vaxt məzarımı ziyarət edin. O çiçəklərin bir neçəsini məzardaşı deyilən, sümüklərimi qonaq edən torpağın qapıçısının başına taxın. Yəni İxtiyar Risaləsinin On Üçüncü Ricasında bəyan etdiyi kimi Mədrəsətüz-Zəhranın məktəb-i ibtidaisi və Vanın yekparə (bütöv) daşı olan qalasının altında yerləşən Horhor mədrəsəmin vəfat etməsi və Anadoluda bütün mədrəsələrin bağladılması ilə vəfat etmələrinə işarə edərək ümuminin məzar-i əkbəri hökmündə olmasına əlamət olaraq o əzəmətlli məzara əzəmətli Van Qalası məzardaşı olmuşdur. “EY YÜZ İL SONRA GƏLƏNLƏR!” (Ustadın buradakı “yüz il sonra gələnlər” ifadəsi bəzi nur saytlarında “ey üç yüz il sonra gələnlər” şəklində dəyişdirilmişdir). “BU QALANIN BAŞINDA BİR MƏDRƏSƏ-İ NURİYYƏ ÇİÇƏYİNİ ƏKİN. CİSMƏN DİRİLMƏMİŞ, LAKİN RUHƏN BAQİ VƏ GENİŞ HƏYƏTDƏ YAŞAYAN MƏDRƏSƏTÜZ-ZƏHRANI CİSMANİ SURƏTDİ BİNA EDİN.” DEMƏKDİR. ONSUZ DA YAŞLI SAİD HƏYATININ ƏKSƏR HİSSƏSİNİ O MƏDRƏSİNİN XƏYALI İLƏ YAŞAMIŞ VƏ O MƏTBU RİSALƏNİN 147-Cİ SƏHİFƏDƏN TA 157-Cİ SƏHİFƏYƏ QƏDƏR MƏDRƏSƏTÜZ-ZƏHRANIN TƏSİSİNƏ VƏ FAYDALARINA DAİR ƏHƏMİYYƏTLİ HƏQİQƏTLƏRİ YAZMIŞDIR. (Emirdağ Lahikası, səh. 343-344)

Bədiüzzaman Özündən Yüz İl Sonra Hz. Mehdinin (Ə.S.) Camalinin Görüləcəyini İfadə Etmişdir

Sual: “Tərif etdiyin məşrutiyyətin (demokratik sistem) nə miqdarı (nə qədəri) bizə gəlmişdir və nə üçün bütün (hamısı) gəlmir?”

Cavab: Ancaq on hissədən bir qismi sizə gəlmişdir. Çünki sizin bu qorxulu, cəhalətpərvər (cahilliyə meylli), xüsumətəfza (düşmənçilik) olan sıldırımlı dağ və dərələrinizdəki qorxunc ayılardan, cəhalət əjdəhasından, xüsumət (düşmənçilik) canavarlarından biçarə məşrutiyyət qorxur, asanlıqla gəlməyə cəsarət etmir. ƏGƏR SİZ TƏNBƏL OLUB ONUN YOLUNU AÇMASANIZ, TƏNBƏLLİK ETSƏNİZ, YÜZ İL SONRA TAMAMİLƏ CAMALINI GÖRƏCƏKSİNİZ. ÇÜNKİ SİZİNLƏ İSTANBUL ARASINDAKI MƏSAFƏ BİR AYLIQDIR. Lakin sizinlə əhl-i məşrutiyyət arasındakı məsafə min aydan çoxdur. Çünki keçmiş dövrlərin adamlarına bənzəyərsiniz. O nəzakətli məşrutiyyət İstanbul ərazisindəki ilanlardan xilas olsa, bu uzun məsafəni keçməklə, cəhalət kimi vahiməli bataqlığı, fəqr (yoxsulluq) kimi qorxunc şoranlıqları, xüsumət (düşmənçilik) kimi çox sıldırım dağları qət etməklə bərabər qaçağa rast gələcək. Bir sözlə, bəzi cəza-i səzasını (layiq olduğu cəzanı) qəbul etməyənlər, başqasının ətini yeməkdən dişi çıxarılan bir qisim insanlar və məşhur bəktaşi kimi məna verənlər yola çıxıb qəsb və qarətlə məşğul olurlar. Hələ onlardan başqa da boşboğazlar var, bəzi bəhanələrlə parça-parça etmək istəyirlər. Elə isə ona bir yol və ya uçan şar düzəldin. (Beyanat ve Tenvirler, səh. 75-76)

(Ustad BU SÖZÜ ƏSƏRİNƏ 1910-1911-Cİ İLLƏRDƏ ƏLAVƏ ETMİŞDİR. BU TARİXDƏN YÜZ İL SONRA İSƏ 2010-2011-Cİ İLLƏRƏ UYĞUN GƏLİR. DOĞRUSUNU ALLAH BİLİR.)

Bədiüzzaman Said Nursi Həzrətləri Risale-İ Nura “Əsl Dəyərini” Hz. Mehdinin (Ə.S.) Verəcəyini İfadə Etmişdir

Biri Risale-i Nurdur.

Biri də onun tərcümanı.

Və Risale-i Nur haqqındakı hüsn-ü zənninizin daha da fövqündə Risale-i Nura layiqdir. Çünki Quran-i Hakimin bir möcüzə-i mənəviyyəsidir (mənəvi möcüzəsidir). AXIRZAMANDA GƏLƏCƏK HƏZRƏT-İ MEHDİNİN DƏ ONA O DƏYƏRİ VERƏCƏYİNƏ İNANIRAM.

Ustadın bu ifadəsi Əmirdağ Lahikasının əlyazmasındadır.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)