Birinci Sual: HƏZRƏT-İ XIZIR ƏLEYHİSSALAM HƏYATDADIRMI? Həyatdadırsa, nə üçün bəzi mühüm üləma həyatda olduğunu qəbul etmirlər?
Əlcavab: HƏYATDADIR, LAKİN MƏRATİB-İ HƏYAT (HƏYAT MƏRTƏBƏLƏRİ) BEŞDİR, O İKİNCİ MƏRTƏBƏDƏDİR. Bu səbəbdən bəzi üləma həyatda olduğundan şübhə etmişlər.
Birinci Təbəqə-i Həyat: Bizim həyatımızdır ki, çox qeydlərlə müqəyyəddir.
İKİNCİ TƏBƏQƏ-İ HƏYAT HƏZRƏT-İ XIZIR VƏ İLYAS ƏLEYHİMƏSSALAMIN HƏYATIDIR Kİ, BİR DƏRƏCƏ SƏRBƏSDİR. YƏNİ EYNİ ANDA BİR ÇOX YERDƏ OLA BİLİRLƏR. Bizim kimi bəşəriyyət ləvazımatı ilə daimi müqəyyəd (məhdud) deyillər. Bəzən istədikləri vaxt bizim kimi yeyirlər, içirlər, lakin bizim kimi məcbur deyillər. Təvatür dərəcəsində əhl-i şühud (şahid olan) və kaşif olan övliyanın Həzrət-i Xızır ilə macəraları bu təbəqə-i həyatı tənvir (aydınladar) və isbat (sübut) edir. Hətta məqamat-i vəlayətdə bir məqam vardır ki, “Məqam-i Xızır” kimi təbir edilir. O məqama çatan bir vəli Xızırdan dərs alır və Xızır ilə görüşür. Lakin bəzən o məqam sahibi səhvən eyn-i Xızır tələqqi olunur. (Mektubat, səh. 5)
Məqamat-i övliyadan bəzi məqamlarda Mehdi vəzifəsinin xüsusiyyəti olduğu və qütbü-əzəmə xas nisbət göründüyü və Həzrət-i Xızırın münasibət-i xassəsi (xüsusi əlaqəsi) olduğu kimi bəzi məşahirlə (məşhurlarla) münasibətdar (əlaqədar) bəzi məqamat var. HƏTTA O MƏQAMLARA “MƏQAM-İ XIZIR”, “MƏQAM-İ ÜVEYS”, “MƏQAM-İ MEHDİYYƏT” TƏBİR EDİLİR.
Elə bu sirrə binaən (əsaslanaraq) o məqama və o məqamın cüzi nümunəsinə (kiçik nümunəsinə) və ya kölgəsinə girənlər özlərini o məqamla xas münasibətdar (sıx əlaqədə olan) məşhur zatlar (şəxslər) zənn edirlər. Özünü Xızır tələqqi edir və ya Mehdi etiqad edir və ya qütb-ü əzəm təxəyyül edir. (Mektubat, səh. 480)
BƏDÜZZAMAN SAİD NURSİ RUS ƏSARƏTİNDƏN ALLAHIN YARDIMI İLƏ VƏ XIZIR ƏLEYHİSSALAMIN RƏHBƏRLİYİLƏ QAÇIB XİLAS OLMUŞDU. Bu qaçışda isə əsarətdə gəldiyi yoldan deyil, məhz kommunist yanğın və fitnəsinin çıxdığı yerə, yəni keçmiş adı ilə Peterburq, Petroqrad, yeni adı ilə Leninqrada gəlmişdi. Bu çox mənalı və manidar hərəkət Bədiüzzamanın mücəddid olduğunun yüzlərlə dəlilindən sadəcə biridir. Qızıl yanğını yerində görür və təsbit edirdi. 1918-ci ilin yayında İstanbula gəldikdə ilk işi hərb yadigarı olan “İşaratül-İcaz” təfsirini nəşr etdirmək olmuşdu... “Birinci Şüa” adlı gözəl əsərində 1918-ci il haqqında danışarkən bunları yazır:
“Risale-i Nurun Fatihəsi olan İşaratül-İcaz təfsirinin zühuru tabi tarixinə (nəşr tarixinə) təvafüq edir (uyğun gəlir). Darül-Hikmət tərəfindən əksər müftülərə göndərilən nüsxələr mütəəddid və maddi və mənəvi inqilabların sarsıntılarından viqayə (qoruma, sahib çıxma) nöqtəsində çox əmarələr və müftülərin etirafı ilə bir qala və əksər müftülərin əllərində bir almaz qılınc hökmünə keçmələri tarixinə təvafüqlə təqdirkaranə baxır.” (Bilinmeyen Taraflarıyla Said Nursi Kronolojik Hayatı, səh. 191, Adet: 1)
Rəşad Bəy dostu ilə birlikdə mübarək şəxs olan Əhmət Ağanın yanına gedir və qənaətlərini deyirlər. Əhməd ağa belə cavab verir:
“Mən sizə onu necə izah edim ki? O bizim kimi hər hansı təriqət silsiləsinə bağlı deyil. O nə Qütbül-Əqtəbə, nə də hər hansı qütbə bağlıdır. O birbaşa Peyğəmbərimizdən (ə.s.m.) feyz alır, onun yolu ilə hərəkət edir. Bir xatirəmlə onun mənəvi məqamını sizə izah etməyə çalışım.
BİR GÜN XIZIR (Ə.S.) GƏLİB “Eskişehirdə zəlzələ olacaq. Daş üstündə daş qalmayacaq. Gəl, Bədiüzzamanın yanına gedək və dua etməsini istəyək ki, bu zəlzələ zəif olsun” dedi.
Birlikdə gedib Bədiüzzamana vəziyyəti danışdıq. “Xəbərim var, xəbərim var dedi.” Xızır (ə.s.) “Dağlara gedib dua edək” dedi. Bədiüzzaman “Mən xəstəyəm, siz dağlara çıxıb dua edin, mən buradan dua edəcəyəm” dedi. ƏGƏR ONUN DUASI OLMASAYDI, ESKİŞEHİRDƏ HƏQİQƏTƏN DAŞ ÜSTÜNDƏ DAŞ QALMAZDI.”
Bu sözləri dinləyən Podpolkovnik Rəşad Bəyin dostu inanıb Bədiüzzaman və əsərlərinə tərəfdar olur. (Şahidlerin Dilinden, 3-cü Cild, səh. 203)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).