Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr

Allahın Qeybi Elçilərindən İstədiyinə Bildirdiyinə Dair Quran Ayələri

Qeybi Allahdan Başqa Kimsənin Bilməyəcəyinə Dair Ayələr

De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər! (Nəml surəsi, 65)

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir... (Ənam surəsi, 59)

Allah Qullarından İstədiyinə Qeybi Bildirir

Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərlərdən (elçilərdən) başqa... (Cin surəsi, 26-27)

... Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən (elçilərindən) istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun elçilərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir! (Al-i İmran surəsi, 179)

Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin. (Al-i İmran surəsi, 44)

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud surəsi, 49)

(Ey Məhəmməd!) Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin! (Yusif surəsi, 102)

Bir zaman Peyğəmbər öz zövcələrindən birinə gizli bir söz demişdi. Bu sözü xəbər verdikdə və Allah bunu ona əyan etdikdə (Peyğəmbər) bunun bir qismini bildirmiş, bir qismini isə bildirməmişdi. (Peyğəmbər) əhvalatı (zövcəsinə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” – deyə cavab vermişdi. (Təhrim surəsi, 3)

Hz. İsa (Ə.S.)

Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm!” Sonra o, onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər. (Saff surəsi, 6)

... Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır. (Al-i İmran surəsi, 49)

Hz. Yusif (Ə.S.)

(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir... (Yusuf surəsi, 37)

Peyğəmbərimizə (Sav) Qiyamətə Qədər Olan Bəzi Hadisələrin Bildirildiyinə Dair Bəzi Hədislər

İmam Təbəraninin nəqlində İbn-i Ömər (r.a.) kainatın müəllimi Peyğəmbərimizdən rəvayət edir: “HƏQİQƏTƏN HAQQ-TƏALA HƏZRƏTLƏRİ DÜNYANI TAMAMİLƏ MƏNƏ YÜKSƏLTDİ. YƏNİ DÜNYANIN HƏR TƏRƏFİNİ MƏNİM QARŞIMDA TUTDU. MƏN O DÜNYAYA VƏ QİYAMƏT GÜNÜNƏ QƏDƏR ONDA OLACAQ HADİSƏLƏRƏ OVCUMUN İCİNƏ BAXDIĞIM KİMİ BAXIRAM.” (Mevahib-i Ledüniyye, Osmanlıcaya tərcümə edən: Baki, 2-ci cild, səh. 376)

Hz. Hüzeyfə danışır: “Rəsulullah (sav) bir gün bizə qiyamətə qədər olacaq şeyləri danışdı. Bunları yadında saxlayan saxladı, unudan unutdu. Bu dostlarım bunu bilirlər. Rəsullullahın (sav) xəbər verib, mənim sonradan unutduğum şeyləri o şey olduqda xatırlayıram. Eynilə bir insan birini yoxluğunda xatırlamayıb onu gördükdə tanıması kimi...” (Tirmizi, Fiten: 23)

Hz. Hüzeyfə belə demişdir: “Rəsulullah (sav) mənə qiyamətə qədər olacaq şeyləri danışdı. Mən ona olacaq hər şeyi soruşdum, sadəcə Mədinə xalqını nəyin çıxaracağını soruşmadım.” (Müslim, Fiten ve Eşratus-Saat (18/16 Nevevi Şerhi)

Əbu Zeyd Əmr ibn Əhtab əl-Ənsari (ra) belə demişdir: “Rəsulullah (sav) bizə səhər namazını qıldırdıqdan sonra minbərə çıxdı, səhərə qədər xütbə verdi və endi. Namazı qıldı. Sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri danışdı. Onları ən yaxşı bilənimiz ən çox əzbərləyənimizdir.” (Müslim, Fiten ve Eşratus-Saat (18/16 Nevevi Şerhi)

Hüzeyfə ibn Yəman (ra) belə demişdir: “Vallah mən qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Rəsulullah (sav) mənə gizli şəkildə danışdığı bu şeyləri başqa kimsəyə danışmamışdır. Lakin Rəsulullah (sav) fitnələri mənim də içində olduğum məsciddə danışırdı. Fitnələri sayaraq dedi ki, (onlardan üç dənəsi, demək olar ki, heç nədən əl çəkməz, bəziləri yaz küləyi kimidir. Kiçiyi də var, böyüyü də.)”

Hüzeyfə belə demişdir: “Məndən başqa o məclisdə olan insanların hamısı getdi.” (Müslim, Fiten ve Eşratus-Saat (18/16 Nevevi Şerhi)

Rəsulullah (sav) özünün fərqli olduğuna bu sözlərilə diqqət çəkir: “Mən sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm.” (Tirmizi, Zühd: 9; İbn Mace, Zühd, 19 D. el-Marife, Beyrut, 1996)

Peyğəmbərimizin (Sav) Olacağını Bildirib, O Həyatda İkən Baş Vermiş Bəzi Hadisələr

Bir gün Rəsulullah (sav) mehrabda ikən deyir: “Səflərinizi düzgün tutun. Mən sizi önümdə ikən gördüyüm kimi, arxam sizə olduqda da görürəm.” (Buxari, Ezan: 72)

Hz. Peyğəmbər (sav) Bədr müharibəsindən bir gün əvvəl küfrün liderlərindən kimin harada öldürüləcəyini bir-bir xəbər vermişdir. (Müslim, Cennet: 76)

Həbəş kralı Nəcaşinin öldüyü gün Hz. Peyğəmbər (sav) əshabına: “Bu gün bir qardaşınız vəfat etdi. Gəlin namazını qılaq.” deyir. Qalxıb onun cənazə namazını qılırlar. (Buxari, Cenaiz: 55)

Bir hədisdə Peyğəmbərimiz (sav) Əbu Süfyanın içindən keçirdiklərinə bir cavab vermiş və Əbu Süfyan bu vəziyyət qarşısında bu mübarək insanın peyğəmbərliyinə şahidlik etdiyini söyləmişdir:

Əbu Süfyan məscidin bir kənarında otururdu. Bir gün Rəsulullah (sav) paltarına bürünərək evdən çıxdı. Əbu Süfyan oturduğu yerdə: “Görəsən bu məni nə ilə məğlub etdi?” dedi. Rəsulullah (sav) Əbu Süfyanın yanına gəlib əlilə onun kürəyinə vurdu və “Səni Allah ilə məğlub etdim” dedi. Əbu Süfyan: “Sənin Allah Rəsulu olduğuna şahidlik edirəm” dedi. (Haris; İbn Hacer Askalani, Metalib-u Aliye 4, Tevhid Yayınları, 1996, 3839, səh. 17)

Peyğəmbərimizin (sav) insanların içindən keçirdiklərini anlayıb cavab verməsinə digər nümunə isə Vabisə (ra) ilə bağlı olan hədisdir:

Rəsulullahın (sav) yanına gəldim. Niyyətim yaxşılıq və günah haqqında ondan hər şeyi soruşmaq idi. Ətrafını Müsəlmanlar əhatə etmişdi, dayanmadan ona sual verib fətva istəyirdilər. Onları yara-yara irəliləmək istədim.

- “Allah Rəsulundan uzaq dur, ey Vabisə!” dedilər. Belə cavab verdim:

- Qoyun ona yaxınlaşım! O, yaxın olmaq istədiyim insanların ən sevimlisidir!

- “Buraxın Vabisəni!” buyurdu. İki-üç dəfə mənə müraciətlə:

-“Ey Vabisə, yaxınlaş!” dedi. Nəhayət Ona yaxınlaşıb qarşısında oturdum. Mənə belə buyurdu:

- “Ey Vabisə, sənə mən xəbər verim yoxsa sən özün soruşursan?”

- “Sən özün xəbər ver” dedim. Belə buyurdu:

- Yaxşılıq və günah haqqında soruşmaq üçün gəldin, elə deyilmi?

- “Bəli” dedim. O barmaqlarını cütləşdirib sinəmə toxunaraq belə buyurdu:

- “Ey Vabisə, qəlbinlə məsləhət et, özünlə məsləhət et! Yaxşılıq-insanlar sənə fətva versələr də, verməsələr də, qəlbinə rahatlıq verən şeydir. Günah da qəlbi qazıyan (narahat edən), sinəndə dolaşan şeydir!” (İbn-i Kesir, Peygamberimiz (sav)in Şemaili, Mucizeleri, Celik Yayınevi, səh. 361)

Peyğəmbərimizin (Sav) Axırzamana Dair Hadisələri Xəbər Verdiyi Bəzi Hədislər

Kəbə Basqını (Hicri 1400-Cü İlin İlk Günü – 1 Məhərrəm 1400) (1979)

Onun çıxacağı il insanlar həccə başlarında rəhbər olmadan gedəcəklər... Birlikdə Beyt-i Şərifi təvaf edəcəklər, sonra Mina dağına getdikdə it kimi bir-birinə hücum edəcəklər, hacılar soyulacaq, qanlar Əqəbə Cəmərəsinin üstünə axacaq. (Kıyamet Alametleri, səh. 168-169)

İnsanlar başlarında imam olmadan həccə gedəcəklər. Minaya getdikdə ətrafları itlərin mühasirəsi kimi əhatə olunaraq qəbilələrin bir-birinə hücumu ilə böyük müharibələr olacaq. Belə ki, ayaqlar qan gölü içində qalacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)

Kəbədə Qan Axıdılması (1987)

Rəsulullah buyurdu: Ramazanda bir səda, Şəvvalda bir səs, Zülqədə ayında qəbilələr arasında müharibə olacaq. Hacılar talan olunacaqlar. Minada ölülərin çox olacağı müharibə olacaq, belə ki, orada o qədər qan axacaq ki, daşlar qan gölü içində qalacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 31)

Zülqədə ayında qəbilələr müharibə edəcək, hacılar qaçırılacaq, qanlı hərblər olacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh 34)

Şərq Tərəfdən Gecəni İşıqlandıran Böyük Alovun Görünməsi (1979)

Hüseyn ibn Əlidən (ra) belə rəvayət edilmişdir: “GÖY ÜZÜNDƏ ŞƏRQ TƏRƏFDƏN GECƏNİ İŞIQLANDIRAN BÖYÜK ALOV GÖRDÜYÜNÜZ VAXT, MƏHZ O AN HZ. MEHDİNİN (Ə.S.) GƏLİŞ VAXTIDIR.” (Meriy b. Yusuf b. Ebi Bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidil Fikr Fil İmam El-Mehdi El-Muntazar”)

İran-İraq Müharibəsi (1980)

Şəvval ayında hərc-mərclik, Zülqədədə hərbi danışıqlar, Zülhiccədə isə hərb (müharibə) olacaq. (Kıyamet Alametleri, səh. 166)

Fərat Çayının Suyunun Kəsilməsi

Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkar etməsi zamanı yaxınlaşır. O vaxt kim orda olsa, o xəzinədən heç nə götürməsin. (Riyazüs Salihin, 3/332)

Fərat çayı qızıl dağ üzərindən axmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün müharibə edəcək və hər yüz insandan doxsan doqquzu öldürüləcək, onlardan hər adam “kaş xilas olan mən olsaydım” deyəcəkdir – buyurmuşdur. (Sahih-i Müslim, 11/320)

İraqlıların Pulu Qalmayacaq

“İraq xalqına ölçünün (qidanın) və dirhəmin (pulun) qadağan edilməsi yaxınlaşır. Bir sahabə soruşur: “Ya Rəsulullah, bu necə olacaq?” Rəsulullah cavab verir: “Əcəmlər bunu edəcək. İraq əhlini bunlardan məhrum edəcəklər.” (Müslim, Fiten: 67)

“İraqlıların əlində ölçmək üçün tərəzi və alver etmək üçün pul, demək olar ki, qalmayacaq.” (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, cild 5, səh. 45)

Bağdadın Alovlarla Məhv Edilməsi

Axırzamanda Bağdad alovlarla məhv ediləcək... (Risalet-ül Huruc-ül Mehdi, Cild 3, səh. 177)

Bir Ordunun İtməsi

Mehdinin beş əlaməti var: Süfyani, Yəməni, səmadan nərə, Bəydada bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Naim bin Hammad)

... Ona bir ordu göndəriləcək. Ordu bir səhrada batırılacaq. (Müslimden; Geleceğin Tarihi 4, səh. 31)

Müharibə üçün bir ordu gələck, səhraya girdikdə öndə və arxada olanlar batacaq, ortadakılar da xilas olmayacaq. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davuddan; Geleceğin Tarihi 4, səh. 30)

Əfqanıstanın İşğalı (1979)

Heyf Taliqana (Əfqanıstana). Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri var.

(Kitab-u Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 59)

Ramazan Ayında 15 Gün Fasilə İlə Ay Və Günəş Tutulması (1981-1982)

Mehdinin 2 əlaməti vardır ki, bunun birincisi Ramazanın birinci gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaqdır. (Kıyamet Alametleri, səh. 199)

Onun səltənətinin zamanında Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın əvvəlində isə Ay qaralacaq... (Mektubat-ı Rabbani, 380-ci Məktub, 2/1163)

Quyruqlu Ulduzun Doğması
Halley Quyruqlu Ulduzu (1986)

O gəlməzdən əvvəl şərqdən işıq verən bir quyruqlu ulduz görünəcək. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

Fitnələrin artması

“Fitnələr olacaq. O fitnələrdə oturan ayaq üstə olandan, ayaq üstə olan yeriyəndən, yeriyən də qaçandan daha xeyirli olacaq. Ona yaxınlaşan özünü xilas edə bilməyəcək. Kim o fitnələrdə daldanacaq, sığınacaq tapsa, özünü xilas etsin.” (Buhari, Fiten: 9; Müslim, Fiten: 10; Tirmizi, Fiten: 29)

“Zaman bir-birinə yaxınlaşacaq. Əməl azalacaq. Xəsislik artacaq. Fitnələr zühur edəcək. HƏRC çoxalacaq.” Deyirlər: “HƏRC nədir?” Rəsulullah cavab verir: “Öldürmək, öldürmək.” (Buhari, Fiten: 5)

Buynuza Bənzəyən İki Quyruqlu Ulduzun Çıxması LULİN KOMETASI (2009)

Rəsulullah (sav) belə buyurmuşdur: “Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi məliyi Xorasana girdikdə ŞƏRQ TƏRƏFDƏ İKİ DİŞLİ, MÜNƏVVƏR BUYNUZ ÇIXACAQ.” (İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381-ci Məktub, səh. 1184)

İqtisadi Vəziyyətin Pisləşməsi

Hər kəsin qazancdan şikayətlənməsi... Pullarına görə varlılara hörmət edilməsi... (Kıyamet Alametleri, səh. 146)

İqtisadi bazarın zəifləməsi, qazancların azalması... (Kıyamet Alametleri, səh. 148)

Alverin kasad olması. Hər kəs “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə şikayət edəcək. (Kıyamet Alametleri, səh. 152), (Ebu Davuddan; Geleceğin Tarihi 4, səh. 30)

Azərbaycanın İşğal Edilməsi (1990)

... Əbu Basir dedi: İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalam belə buyurdu: Atam mənə belə buyurdu: AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ VƏ HEÇ NƏ ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK. BELƏ BİR ŞEY OLDUQDA EVİNİZDƏ OTURUN. Biz nə etsək, siz də onu edin. (Yəni biz evdə otursaq, siz də oturun.) Bizim qiyam edənimiz (Hz. Mehdi (ə.s.)) hərəkət etdikdə sürətlə və heç dayanmadan ona doğru qaçın... (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 311)

Tozlu-Dumanlı Fitnə (11 Sentyabr 2001)

Tozlu-dumanlı, qaranlıq fitnə olacaq, bunu digərləri təqib edəcək... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)

Quraqlığın Olması

“Dəccalın çıxmasından əvvəl göy üzü üç il yağışını saxlayacaq. Birinci ildə normal yağışın üçdə birini saxlayıb üçdə ikisini yağdıracaq. Yer üzü bitkisinin üçdə birini cücərdə bilməyəcək. İkinci ildə göy üzü normal yağışın üçdə ikisini yağdırmayacaq. Yer üzü də bitkisinin üçdə ikisini cücərtməyəcək. Üçüncü ildə isə göy üzü yağışının hamısını kəsəcək, yer üzü də bitkisinin heç birini cücərtməyəcək.” (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, səh. 241)

Zəlzələlərin Çoxalması

“ZƏLZƏLƏLƏR ÇOXALMADIQCA, fitnələr baş vermədikcə, cinayətlər artmadıqca qiyamət qopmaz.” (Kıyamet Alametleri, səh. 109)

“Ümmətimdə ZƏLZƏLƏLƏR olacaq. Belə ki, BU ZƏLZƏLƏLƏRDƏ ON MİN, İYİRMİ MİN, OTUZ MİN ADAM ÖLƏCƏK. Allah bu ölümü müttəqilərə öyüd, möminlərə rəhmət, kafirlərə əzab kimi göndərəcək.” (İbni Asakır, Geleceğin Tarihi 1, Orhan Baytan, Mevsim Yayıncılık, səh. 81)

Vatikanda Zəlzələ (2009)

“... Hz. Mehdi (ə.s.) və tələbələri ... (Romanı) təsbih və təkbirlə fəth edəcəklər... O şəhərin (VATİKANIN) səddləri bir-bir yıxılacaq...” (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 204)

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)