Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir

Peyğəmbərimizdən (s.a.v.) rəvayət edilən hədislərdə DÜNYANIN ÖMRÜNÜN 7000 İL OLDUĞU bildirilir.

Enes Malikdən rəvayət edildi. O dedi ki, Rəsulullah (s.a.v.) buyurdu: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. Allah-u Təala buyurdu ki, RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını qarşılasa, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini ibadətlə keçirmiş kimi BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ MÜDDƏTİ QƏDƏR SAVAB YAZAR.

(Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

İbni Asakir deyir ki, Əbu Said Əhməd b. Məhəmməd Bağdadi (aradakı ravi silsiləsi ilə) Enes b. Malikdən (r.a.) rəvayət etdi. O dedi ki, Rəsulullah (s.a.v.) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını qarşılasa, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ MÜDDƏTİ QƏDƏR SAVAB YAZAR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

İbni Adiyy deyir ki, Əbu İshaq İbrahim b. Abdullah Nəbti (aradakı ravi silsiləsi ilə) Enes b. Malikdən (r.a.) rəvayət etdi. O dedi ki, Rəsulullah (s.a.v.) buyurdu: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. ALLAH TƏALA BUYURDU Kİ, SƏNİN RƏBBİNİN YANINDAKI BİR GÜN SİZİN SAYDIĞINIZ MİN İL KİMİDİR. (Ali b. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

Amr bin Yəhya əns haqqında əlala bin Zeydə bildirdik, Allah ondan razı olsun, dedi ki, Allahın rəsulu (S.A.V.) dedi: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. Uca Allah dedi ki, həqiqətən sənin Rəbbinin qatında bir gün sizin saydığınız min il kimidir.1

(Elkesfu An mucavezeti Hazihilumme el Elf ve Elluma fi Ecvibeti el’-Esile, Suyuti, səh. 10)

Əttəbərani Əlkəbiyr də dedi ki, Əhməd bin Ənnadril əsgəri və Cəfər bin Muhammədul Aryaniyə (uryani də ola bilər) bildirdik (xəbər verdik), ikisi də dedilər: Əlvəliyd bin Abdul Məlik bin Sərhul Səhraniyə xəbər verdik, Süleyman bin Ataul Qureyşilhərbi xəbər verdik, Sulləmətu bin Abdillahil Cəhni haqqında Amr bin əbi Şəcəati bin Rabiil Cəhni haqqında Əddəhhaq bin Zəmlil Cəhni dedi ki, bir yuxu gördüm, onu Rəsulullaha (S.A.V.) danışdım. Həmin söhbəti danışdı: Ya Rəsulullah, birdən mən səninlə içində yeddi dərəcə olan bir minbərin (kürsünün) üstündəydim, sən onun ən yüksək dərəcəsində idin, (S.A.V.) dedi ki, içində yeddi dərəcə olan minbərə gəlincə, mən onun ən yüksək dərəcəsindəyəm, DÜNYA İSƏ YEDDİ MİN İLDİR... (Elkesfu An mucavezeti Hazihilumme el Elf ve Elluma fi Ecvibeti el’-Esile, Suyuti, səh. 10)

Dəhhaq b. Zeyd-ü Cühənidən rəvayət etdilər. Mən gördüyüm bir yuxunu Rəsulullaha (S.A.V.) danışdım. Bu yuxuda Peyğəmbər (s.a.v.) yeddi pilləli minbərin ən üst pilləsində idi. O buyurdu ki, YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 89)

İbn Əbi Dünya “Zəmmil Əməl”ində deyir ki, Əli b. Said, Həmzə b. Hişandan, o da Said b. Cübeyrdən rəvayət etdilər ki, DÜNYA AXİRƏT HƏFTƏLƏRİNDƏN BİR HƏFTƏDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

İbn Əbi Hatəm “Təfsir”ində İbn Abbasdan rəvayət etdi: DÜNYA AXİRƏT HƏFTƏLƏRİNDƏN BİR HƏFTƏ OLUB YEDDİ MİN İLDİR VƏ ONUN ALTI MİNİ KEÇMİŞDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

İbn Abbasdan səhih nəql edilən belə bir rəvayət var. O dedi ki, DÜNYA YEDDİ GÜNDÜR. HƏR GÜN MİN İLƏ BƏRABƏRDİR. Rəsulullah (S.A.V.) da onun sonunda göndərilmişdir.

Əhl-i sünnət alimlərindən Hüsaməddin əl-Müttəqinin əsəri olan “Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman” kitabında verilmiş bu hədislərə əsasən Peyğəmbərimiz (s.a.v.) dünyanın ömrünün 7000 il olduğunu bildirir. Böyük hədis alimlərindən və Hənbəli məzhəbinin qurucusu olan İmam Əhməd İbn Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.a.v.) öz yaşadığı dövrə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bir təqvim başlanğıcına diqqət çəkmişdir:

Əhməd ibn Hənbəl “İlel”ində nəql etdi. İsmayıl b. Abdulkərim Abdussəməddən, o da Vəhbdən rəvayət etdi:

DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR.

(Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 89)

Ümmətin ömrü ayrıdır, dünyanın ömrü isə ayrıdır.

Peyğəmbərimizin (s.a.v.) dünyanın ömrünün 7000 il olduğuna, Peyğəmbərimizə (s.a.v.) qədər keçən zamanın 5600 il olduğuna dair bildirdiyi bu tarixləri müəyyən təqvimə görə dəyərləndirmək lazımdır. Ancaq bu tarixlər qətiyyən bəşəriyyətin tarixinin başlanğıcı olan Hz. Adəmin (ə.s.) dünyaya göndərilmə tarixi kimi dəyərləndirilməli deyil. Dövrümüzdə Peyğəmbərimizin (s.a.v.) Məkkədən Mədinəyə hicrəti Hicri təqviminin başlanğıcı, Hz. İsanın doğulması Miladi təqvimin başlanğıcı qəbul edilib tarixi hesablamalar bu tarixlərdən əvvəl və sonra şəklində aparıldığı kimi Peyğəmbərimizdən (s.a.v.) rəvayət edilən bu 7000 illik vaxt da onun dövründə milad kimi qəbul edilən bir hadisəyə görə verilə bilər. Burada mühüm olan şey Peyğəmbərimizin (s.a.v.) sözügedən bu təqvimin başlanğıcından hesablayaraq dünyanın ömrünün bu təqvimə əsasən 7000 il olduğunu söyləməsi və ona qədər bu başlanğıcdan etibarən 5600 il keçdiyini aydın şəkildə bildirməsidir.

Peyğəmbərimiz (s.a.v.) ümmətin, İslam ümmətinin ömrünün hicri 1500-cü ili keçməyəcəyini, yəni 1500-cü illər etibarilə İslam əxlaqının dünyada tərk edilməyə başlayacağına və müsəlman qalmayacağına işarə edir.

Said Nursi Həzrətləri Müsəlmanların Allahın əmri gələnədək haqq yolda olacaqlarını və 1506-cı ilə qədər qalib olacaqlarını, 1545-ci ildə isə qiyamətin qopmasının ehtimal olunduğunu (doğrusunu Allah bilir) ifadə edir.

“Ümmətimdən bir taifə...” fiqrasının (bölməsinin) məqam-i cifrisi (cifr hesabına görə olan nəticə, say dəyəri) 1542 (2117) edərək nəhayət-i davamına (varlığının sonuna) işarə edir. “Haqq üzərində olacaqdır” (şəddə sayılır) fiqrası belə məqam-i cifrisi 1506 (2082)-dir, bu tarixə qədər zahir və aşkaranə (açıq-aydın) bəlkə qalibanə, sonra ta 1542 (2117)-ci ilə qədər gizli və məğlubiyyət içində vəzifə-i tənviriyyəsinə (maarifləndirmə vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edir. “ALLAHIN ƏMRİ GƏLƏNƏDƏK” (ŞƏDDƏ SAYILIR) FİQRASI BELƏ MƏQAM-İ CİFRİSİ 1545 (2120)-DİR, KAFİRİN BAŞINDA QİYAMƏTİN QOPMASINA İŞARƏ EDİR. (Kastamonu Lahikası, səh. 33)

Həm əhl-i sünnət alimlərindən Bərzənci və İmam Suyuti Həzrətlərinin, həm də Ustadın Peyğəmbərimizdən (s.a.v.) rəvayət edilən hədislər əsasında verdikləri açıqlamalara görə ümmətin ömrünün Hicri 1500-cü ili keçməyəcəyi başa düşülür.

1 ... Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)