Önsöz

Quran ayələrində işarə edilən və Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən hədislərdə də açıq şəkildə dünyada baş verəcək Axırzaman və bu zamanda zühur edəcək Hz. Mehdi (ə.s.) haqqında çox müəyyənedici təfərrüatlar mövcuddur. Hicri XIII Əsrin böyük mücəddidi Bədiüzzaman Said Nursi Həzrətləri də Quran ayələri və sözügedən hədislər işığında Risale-i Nur Külliyyatında bu mövzu ilə bağlı mühüm açıqlamalar vermişdir.

Sözügedən açıqlamalarında Ustad yaşadığı hicri XIII əsrdən bir əsr sonra zühur edəcək Hz. Mehdinin (ə.s.) İslam əxlaqını dünyaya hakim edəcəyini, bunu edərkən də əvvəlcə təbiiyyun və maddiyyunla, yəni Darvinizm, materializm və ateizm fəlsəfələrinin əsas təməli olan imansızlıqla ciddi elmi mübarizə içində olacağını bildirmişdir. Bu elmi mübarizə vasitəsilə Hz. Mehdinin (ə.s.) insanların Quran əxlaqına yönəlmələrinə vəsilə olacağını, insanların imanlarının güclənməsi istiqamətində çox sıx fəaliyyət göstərəcəyini xəbər vermişdir. Hz. Mehdinin (ə.s.) bu zaman Bədiüzzaman Said Nursi Həzrətlərinin hazırladığı Risale-i Nur Külliyyatını özünə hazır proqram kimi götürüb bu vəsilə ilə imanı xilas etmə vəzifəsini tam şəkildə yerinə yetirəcəyini də ifadə etmişdir. Bütün bunların nəticəsində Hz. Mehdi (ə.s.) vəsiləsilə dünyada həm İttihadi-İslamın, yəni Türk millətinn liderlik etdiyi böyük İslam Birliyinin qurulacağını, həm də Xristianlarla güclü ittifaqa girərək Hz. İsanın (ə.s.) nüzuli vəsiləsilə də Xristianların İslam dinini qəbul etmələrinə vəsilə olacağını xəbər vermişdir.

Bundan əlavə, bəzi şəxslərin və qrupların iddialarının tam əksinə, Said Nursi Həzrətləri Hz. Mehdinin (ə.s.) öz yaşadığı dövrdən bir əsr sonra zühur edəcəyini bir çox yerdə dəfələrlə təkrar-təkrar ifadə etmişdir. Habelə Ustad hicri 1400-cü ilə qədər gəlmiş bütün vəli şəxslərdən, bütün mücəddidlərdən fərqli olaraq Hz. Mehdinin (ə.s.) üç böyük vəzifəni eyni anda etməsi səbəbilə onun gəlmiş-getmiş ən böyük vəli, ən böyük müctəhid (ehtiyac olduqda ayələrdən hökm çıxaran böyük İslam alimi), ən böyük mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə öyrətmək üçün göndərilən böyük İslam alimi) və Qütbü-Əzəm (Müsəlmanların tabe olduğu böyük övliyalardan biri, zamanın ən böyük mürşüdü) olacağını söyləmişdir.

Bu kitabın hazırlanma məqsədi də Ustad Bədiüzzaman Həzrətlərinin Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.v.) hədisləri işığında verdiyi bütün bu izahları heç bir şərhə, heç bir izahata və təfsirə müraciət etmədən Bədiüzzaman Said Nursi Həzrətlərinin qələmindən çıxdığı kimi orijinal şəkildə təqdim etməkdir. Çünki Risale-i Nur Külliyyatı olduqca aydın və anlaşıqlıdır. Bədiüzzaman Said Nursi Həzrətlərinin öz dili ilə desək, orta məktəb uşağı və ya oxuma-yazma bilən hər hansı bir insanın belə olduqca asan başa düşəcəyi qədər aydın yazılmış əsərdir.

“... BİR ORTA MƏKTƏB UŞAĞI VƏ YA OXUMAĞI BİLƏN BİR QADIN BÖYÜK BİR FEYLESOFUN (FİLOSOFUN) ƏSƏRİNİ OXUDUĞU VAXT İSTİFADƏ EDƏ BİLMƏMİŞDİR (anlaya bilməmişdir). LAKİN RİSALE-İ NURDAN HƏR KƏS DƏRƏCƏSİNƏ GÖRƏ İSTİFADƏ EDİR (anlayır).” (Şüalar, səh. 549)

İstər Axırzaman, istərsə Hz. Mehdinin (ə.s.) zühur vaxtı haqqında Ustadın Risalələrdə verdiyi bütün bu izahlar da olduqca açıq, izahata, təfsirə ehtiyac qoymayacaq qədər aydın və anlaşıqlıdır. Bəzi Nur tələbələrinin Ustadın aydın ifadələrinə baxmayaraq xüsusilə bu iki mövzu haqqında etdikləri olduqca yanıldıcı və səhv təfsirlərin müəyyən edilməsi baxımından da bu kitab şəxsən Ustadın öz dilindən verdiyi cavab xüsusiyyətini də daşıyır.

Əsər boyu Hz. Mehdinin (ə.s.) çıxma vaxtı, bəzi şəxslərin iddia etdiyi kimi şəxsi-mənəvi deyil, şəxs olması, Axırzamanda eyni anda yerinə yetirəcəyi üç böyük vəzifə, onun vəsiləsilə qurulacaq Türk-İslam Birliyi, Hz. Mehdinin (ə.s.) Peyğəmbərimizin (s.ə.v.) soyundan olacağı, Bədiüzzaman və Risale-i Nur Külliyyatını Hz. Mehdi (ə.s.) hesab edənlərin yanıldığına dair Ustadın öz açıqlamaları tamamilə şərhsiz təqdim ediləcəkdir.

Bu kitabda Axırzaman və Mehdiyyət məsələləri ilə bağlı gündəmə gələn mümkün sualların doğru cavablarını şəxsən Ustadın öz dilindən və orijinal formada tapmaq mümkündür. Unutmaq olmaz ki, Risale-i Nur Külliyyatının Ustadın əsərinin içində verdiyi şəxsi açıqlamalarından başqa heç bir əlavə izaha və açıqlamaya, heç bir təfsirə ehtiyacı yoxdur. Risale-i Nur Külliyyatı onsuz da Quranın və Peyğəmbərimizin (s.ə.v.) hədislərinin təfsiri xarakterini daşıyır. Təfsirin təfsiri, şərhin şərhi olmadığına görə olduqca aydın və anlaşıqlı olan Risale-i Nurun da başqaları tərəfindən verilən yeni şərhə ehtiyacı yoxdur. Elə buna görədir ki, Ustad Risalələr üçün “BİR HƏRFİNİ DƏ DƏYİŞDİRMƏYƏ SƏLAHİYYƏTİM YOXDUR” demiş və bəzi şəxslərin Risalələrə indi verdikləri əlavə izahların və şərhlərin əsassız olduğunu çox əvvəl ifadə etmişdir.

Bütün bu açıqlamaları dəyərləndirdikdə Risale-i Nur Külliyyatında mövcud olan bu mövzuların orijinal və tam şərhsiz şəkildə oxunulması və başa düşülməsi baxımından bu əsər çox mühüm vəzifəni üzərinə götürmüşdür.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)