“Kali-yuqa”: Əxlaqi pozğunluq, fəlakət dövrü (Axırzaman)
“Kali”: Bu pozğunluq dövrünün hakim lideri. Pislikləri, əziyyətləri, pozulmanı təmsil edən mənfi güc. (Dəccal)
“Kalki”: Pozğunluq dövrünə son vermək üçün gələcək şəxs. (Hz. Mehdi (ə.s.))
“Satya-yuqa”: doğruluq və mənəvi saflıq dövrü. (Qızıl Əsr)
Hinduların Vişnu məzhəbinin kitablarından
“Srimad Bhaqavatam”ın 12-ci bölməsi, əxlaqi pozğunluq dövründən bəhs edir:
12.2.1: Kali (Dəccal) dövrünün güclü təsirinə görə din, doğruluq, təmizlik, xoşməram, şəfqət... gündən-günə azalacaq.
12.2.6: Mədəni doldurmaq həyatın məqsədi olacaq, arsızlar doğru qəbul ediləcəkdir.
12.2.9: İnsanlar aclıq və yüksək vergilərlə əziyyətə salınacaq... Quraqlıqlar olacaq, tamamilə məhv olacaqlar.
12.2.10: Xalqlara soyuq, külək, isti, yağış və qarla cəza veriləcək. Sonra müharibələr, aclıq, susuzluq, xəstəlik və həddindən artıq qorxu ilə daha çox əzaba düçar olacaqlar.
12.3.43: Ah Kral, Kali (Dəccal) dövründəki insanların ağlı ateizmlə azacaq...
12.2.3: Kişilər və qadınlar ancaq xarici cazibədarlıq məqsədilə birlikdə olacaqlar, iş yerlərində uğur saxtakarlığa əsaslanacaq...
12.3.25: Kali (Dəccal) dövründə insanlar acgöz, əxlaqsız, mərhəmətsiz olacaqlar və bir-birlərilə heç bir səbəb olmadan vuruşacaqlar. Maddi istəklərlə bədbəxt olub, həvəs göstərəcəklər, Kali-yuqa (Axırzaman) dövründə bəşəriyyətin, demək olar ki, hamısı barbardır.
12.3.30: Saxtakarlıq, yalançılıq, tənbəllik, laqeydlik, zülm, depressiya, ağlama, çaşqınlıq, qorxu və yoxluq yayıldıqda bu Kali (Dəccal) dövrü - cəhalətin yaşandığı dövrdür.
12.3.31: Kali (Dəccal) dövründəki pisliklər səbəbilə insanlar bəsirətsiz, bədbəxt, acgöz, şəhvət düşgünü olacaqlar və onlara yoxsulluq üz verəcək. Qadınlar iffətsiz olacaqlar, bir kişidən digərinə sərbəst şəkildə gəzəcəklər.
12.3.24: Kali (Dəccal) dövründə dini prinsiplərin ancaq dörddə biri qalacaq. Son qalanlar da daima getdikcə artan dinsizlik nəticəsində azalacaq və nəhayət tamamilə tərk ediləcəkdir.
12.2.6: Dini hökmlər ancaq etibar üçün yerinə yetiriləcək.
12.3.39-40: Əxlaqi pozğunluq dövründə insanlar hüzursuz yaşayacaqlar. Aclıq və vergilərdən zəifləyəcək, daimi qorxu və quraqlıq qorxusu ilə sıxıntıya düşəcəklər. Kifayət qədər geyimləri, qidaları və içkiləri olmayacaq... Kali-yuqada (Axırzamanda) insanlar kabus kimi, qaranlıq canlılar kimi görünəcəklər.
12.3.41: Kali-yuqa (Axırzaman) dövründə kişilər qəpik-quruş üçün bir-birlərinə nifrət edəcəklər. Bütün dostluq əlaqələrini kəsəcəklər, özlərini və ya yaxın qohumlarını öldürməyə hazır olacaqlar.
12.3.42: Kişilər yaşlı ana-atalarını, uşaqlarını və ya hörmətə layiq həyat yoldaşlarını qorumayacaqlar. Tamamilə alçaq vəziyyətdə sadəcə özlərinin mədələrini və şəhvətlərini düşünəcəklər.
12.2.2: Kali-yuqada (Axırzamanda) insanın sadəcə zəngin olması... üstünlük hesab ediləcək. Qanun və ədalət isə ancaq insanın gücünə görə tətbiq ediləcək.
12.2.4: Söz oyunları oynamaqda usta olanlar təhsilli alimlər kimi tanınacaq.
12.2.5: Bir nəfərin pulu olmasa, dəyərsiz hesab ediləcək, münafiqlik doğru qəbul ediləcək.
12.3.32: Şəhərlərdə oğrular hakim olacaq... (Müqəddəs mətnlər) ateistlərin şübhəli izahları ilə pozulacaq, siyasi liderlər vətəndaşları demək olar ki, məhv edəcəklər, “rahiblər” və insanlar mədələrinin və nəfslərinin düşgünü olacaqlar.
12.3.34: Qadınlar... utanma duyğularını tamamilə itirəcəklər. Həmişə mərhəmətsiz danışacaq, hər cür saxtakarlıq, yalan və arsızlıq nümayiş etdirəcəklər.
12.3.35: İş adamları alçaqcasına ticarət edəcək, pullarını saxtakarlıqla qazanacaqlar. Çətinlikdə olmasalar belə insanlar alçaq peşələri asanlıqla qəbul edəcəklər.
12.2.7: Yer üzü əxlaqsız əhali ilə dolacaq, sosial siniflər içində özünü ən güclü göstərən siyasətdə iqtidar olacaq.
12.2.12-16: Kali (Dəccal) dövrünün son zamanlarında... dini prinsiplərə əməl edənlər zərər görəcəklər... insanların “dinləri” əsasən ateizm olacaq. Kralların çoxu oğurluq edəcək, insanlar oğurlayaraq yalan deyəcək, lazımsız zülm edərək yaşayacaq və sosial siniflər ən aşağı səviyyəyə düşəcək... Məscidlərin dünyəvi evlərdən fərqi qalmayacaq... Bitkilər və yaşıllıqlar azalacaq, bütün ağaclar alçaq olacaq. Buludlar şimşəklərlə yüklü olacaq, evlərdə dindarlıq qalmayacaq və bütün insanlar eşşəklərə bənzəyəcək. Bu dövrdə yer üzünə Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) gələcək. Saf mənəvi fəzilətlərlə hərəkət edəcək, əbədi dini xilas edəcək.
12.2.17: Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) bütün hərəkətli və hərəkətsiz canlıların mənəvi lideri... dini prinsipləri qorumaq və mübarək dindarları maddi işlərin təsirindən xilas etmək üçün doğulacaqdır.
12.2.19-20: Kalki (Hz. Mehdi (ə.s.)) yer üzünün hökmdarı... bənzərsiz ehtişamı ilə çox sürətli atını sürəcək...
12.2.21: Bütün saxtakar kralları təsirsiz hala saldıqdan sonra şəhərlərin və qəsəbələrin sakinlərinin... zehinləri mənəvi saflığa qovuşacaq.
12.2.23: Allahın Uca Şəxsiyyəti yer üzündə Kalki (Hz. Mehdi (ə.s.)) kimi dinin mühafizəçisi sifətilə gəldikdə Satya-yuqa (Qızıl Əsr) başlayacaq və millətlər xeyirli nəsillər yetişdirəcək.
12.3.45: Kali-yuqada (Axırzamanda) əşyalar, yerlər və hətta insan şəxsiyyətlərinin hamısı kirlənəcək. Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) bütün kiri Allahı zehnində bərqərar edənin həyatından silə biləcək.
12.3.50: Mənim sevimli Kralım, Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) nəzarətçidir... bütün varlıqların mühafizəçisidir.
“Dünyanın padşahlığı və dövləti, iki cahanın ağası böyük Kaşinin oğlu ilə sona çatacaq. O (HZ. MEHDİ (Ə.S.)) DÜNYANIN ŞƏRQ VƏ QƏRBİNDƏKİ BÜTÜN DAĞLARA HÖKM EDƏCƏK ŞƏXSDİR. O (Hz.Mehdi (ə.s.)) buludlara minəcək, mələklər onun əmrində olacaq, cinlər və insanlar ona xidmət edəcək. O (Hz. Mehdi (ə.s.)) ekvatorun altında olan Sudandan şimal qütbünün altında olan Sibirə qədər və okeanların digər sahilinə qədər hökmranlıq edəcək. ALLAHIN DİNİ BİR DİN OLACAQ. ALLAHIN DİNİ BƏRPA OLUNACAQ VƏ ONUN (HZ. MEHDİNİN (Ə.S.)) ADI “AYAQDA DURAN” (QAİM) OLACAQDIR.” (Bişaratül-Əhdeyn, səh. 242)
Hinduların Opanşad adlı kitabında belə yazılmışdır: “Vişnonun onuncu məzhəri Kalki (Hz. Mehdi (ə.s.)) SON ZAMANDA və ya dəmir əsrində AĞ ATA MİNƏRƏK əlində QUYRUQLU ULDUZ KİMİ parlaq və yalın qılınc olduğu halda zahir olacaq və PİSLƏRİ FİKRƏN TAMAMİLƏ MƏĞLUB EDƏCƏK, YARADILIŞI YENİDƏN BƏRPA EDƏCƏK VƏ YAXŞILIĞI YENİDƏN GƏTİRƏCƏKDİR.” (Opanşad kitabı, səh. 737)
Hinduların Bask kitabında isə belə yazılmışdır: “DÜNYA HƏYATI AXIRZAMANDA HAKİM OLACAQ ƏDALƏTLİ PADŞAHLA (HZ. MEHDİ (Ə.S.) İLƏ) SONA ÇATACAQ. O (HZ. MEHDİ (Ə.S.)) MƏLƏKLƏRİN VƏ İNSANLARIN RƏHBƏRİDİR. DOĞRULUQ VƏ HAQQ ONUNLA OLACAQ. O (HZ. MEHDİ (Ə.S.)) DƏNİZLƏRDƏ, YERDƏ VƏ DAĞLARDA GİZLİ OLAN HƏR ŞEYİ ƏLDƏ EDƏCƏK, GÖYLƏRDƏ VƏ YERDƏ OLAN HƏR ŞEYDƏN XƏBƏR VERƏCƏK VƏ ONDAN (HZ. MEHDİDƏN (Ə.S.)) BÖYÜK KİMSƏ DÜNYAYA GƏLMƏYƏCƏKDİR.” (Bişaratül-Əhdeyn, səh. 242)