Otuz il əvvəl yazılan mətbu Mühakəmat-i Bədiiyyədə bəhs edilən “Sədd-i Zülqərneyn” və Yəcuc-Məcuc və sair əşrat-i qiyamətdən iyirmi məsələ o Mühakəmata tətimmə kimi on üç əvvəl bir qisim müsvəddəsi yazılmışdı. Bir əziz dostumun xatirinə təbyiz edildi, Beşinci Şüa oldu. Otuz Birinci Məktubdan Otuz Birinci Ləmanın Beşinci Şüasıdır.
İxtar: Əvvəlcə müqəddimədən sonra gələn Məsələlər oxunsun, müqəddimədəki məqsəd başa düşülsün. Rəhman və Rəhim olan Allahın adı ilə. Onun əlamətləri gəlmişdir. (Məhəmməd Surəsi, 47-18) ayəsinin bir cəhəti bu zamanda əqidə-i avam-i müminini vikayə və şübəhatdan mühafizə üçün yazılmışdır. Axırzamanda həyata keçəcək hədisata dair hədislərin bir qisminin mütəşəbbihat-i Quraniyyə kimi dərin mənaları var. Mühkəmat kimi təfsir edilməz və hər kəs bilməz. Bəlkə təfsir əvəzinə təvil edərlər. Halbuki o ayələrin təfsirini Allahdan və Elmdə dərinlik və istiqamət sahibi olanlardan başqası bilməz. (Al-i İmran Surəsi, 3:7) sirri ilə həyata keçdikdən sonra təvilləri başa düşülür və muradın nə olduğu məlum olur ki, elmdə rasih olanlar “Biz buna inandıq, möhkəm ayələr də, mütəşabih ayələr də - hamısı Rəbbimizin qatından endirilmişdir” (Al-i İmran Surəsi, 3:7) deyib o gizli həqiqətləri izhar edirlər. Bu Beşinci Şüanın bir Müqəddiməsi və iyirmi üç Məsələsi var.
Müqəddimə Beş nöqtədən ibarətdir.
Birinci nöqtə: İman və təklif ixtiyar dairəsində bir imtahan, təcrübə, müsabiqə olduğuna görə pərdəli, dərin, tədqiq və təcrübəyə möhtac olan nəzəri məsələləri əlbəttə bədihi olmaz. Hər kəsin istər-istəməz təsdiq edəcək dərəcədə zəruri olmaz. Ta ki Əbu Bəkrlər əla-yi illiyyinə çıxsınlar və Əbu Cəhllər əsfəl-i safilinə düşsünlər. İxtiyar qalmasa, təklif olmaz. Bu sirr və hikmət üçündür ki, möcüzələr seyrək və nadir verilir. Dar-i təklifdə gözlə görünəcək əlamət-i qiyamət və əşrat-i saat bəzi mütəşabihat-i Quraniyyə kimi qapalı və təvilli olur. Ancaq günəşin məğribdən çıxması bədahət dərəcəsində hər kəsi təsdiqə məcbur etdiyinə görə tövbə qapısı bağlanır, daha tövbə və iman məqbul olmaz. Çünki Əbu Bəkrlər Əbu Cəhllər ilə təsdiqdə bərabər olurlar. Hətta Həzrət-i İsa Əleyhissalamın nüzulu belə və onun İsa Əleyhissalam olması nur-u imanın diqqətilə məlum olar, hər kəs bilməz. Hətta Dəccal və Süfyan (Süfyan adlı İslam dəccalının varlığı haqqında bir çox hədis var. Bax: el-Hakim, el-Müstedrek: 4:520) kimi əşhas-i müdhişə özləri belə özlərini tanımırlar.
İkinci nöqtə: Peyğəmbərə bildirilən umur-u qeybiyyənin bir hissəsi təfsil ilə xəbər verilir. Bu hissədə heç təsərrüf edilmir və qarışmır: Quranın və hədis-i qüdsinin mühkəmatı kimi.
Digər hissəsi icmal ilə xəbər verilir, təfsilat və təsviratı onun ictihadına həvalə olunur: imana aid olmayan hədisat-i kəvniyyəyə və vükuat-i istiqbaliyyəyə dair hədislər kimi. Bu hissədə Peyğəmbərimiz (Əleyhissəlatu Vəssəlam) bəlağatı ilə təmsillər şəklində sirr-i təklif hikmətinə müvafiq təfsil və təsvir edir. Məsələn, bir söhbətdə ucadan gurultu eşidildi. Fərman etdi ki, “Bu gurultu yetmiş ildən bəri Cəhənnəm tərəfə yuvarlanan bir daşın bu dəqiqədə Cəhənnəmin dibinə düşməsinin səsidir.” Bu qəribə xəbərdən beş-altı dəqiqə sonra bir nəfər gəldi, dedi: “Ya RəsulAllah, yetmiş yaşındakı filan münafiq vəfat etdi, Cəhənnəmə getdi.” (Müslüm: Cennet, 31, Hadis No: 2844; Müsned, 3:341, 346). Peyğəmbərin yüksək bəliğanə kəlamının təvilini göstərir. İxtar: həqaiq-i imaniyyəyə aid olmayan cüzi hədisat-i istiqbaliyyə nəzər-i Nübüvvətdə əhəmiyyətsizdir.
Üçüncü nöqtə: İki xüsusdan ibarətdir.
Birincisi: Təşbihlər və təmsillər şəklində rəvayət edilən bəzi hədislər mürur-u zamanla avamın nəzərində həqiqət tələqqi edildiyinə görə vaqiə mütabiq çıxmır. Eyn-i həqiqət olduğu halda vaqiə mütabəqatı görünmür. Məsələn, Hamələ-i Ərş kimi ərzin hamələsindən olan “Sevr” və “Hud” adında və misalındakı iki məlaikə böyük öküz və çox böyük balıq kimi təsəvvür edilmişdir.
İkincisi: Bəzi hədislər İslamların əksəriyyəti cəhətində və ya hökumət-i İslamiyyənin və ya mərkəz-i xilafətin nöqtə-i nəzərində vürud etdiyi halda ümum əhl-i dünyaya şamil zənn edilmiş və bir baxımdan xüsusi olduğu halda külli və amm tələqqi edilmişdir. Məsələn, rəvayətdə vardır ki, “Bir zaman gələcək, Allah Allah deyən qalmayacaq.” (Tirmizi, Fitən: 35; el-Hakim, el-Müstedrek: 4:494; İbn-i Hibban, Sahih: 8:299). Yəni, “Zikrxanalar bağlanacaq və Türkcə azan və iqamə oxunacaq” deməkdir.
Dördüncü nöqtə: Əcəl və məvt kimi umur-ü qeybiyyənin çox hikmət və məsləhət cəhətilə gizli qaldığı misillidir, dünyanın səkəratı və məvti və növ-i bəşərin və cins-i heyvanın əcəli və vəfatı olan qiyamət də çox məsləhətlər üçün gizlənilmişdir. Bəli, əgər əcəl vaxtı müəyyən olsaydı, yarı ömür qəflət-i mütləqa içində və yarıdan sonra dar ağacından asılmaq kimi hər gün bir addım da ona tərəf getməklə dəhşət-i mütləqa içində həvf və rəcanın müvazənə-i məsləhətkaranə və hakimanəsi pozulduğu kimi eynilə o cür dünyanın əcəli və səkəratı olan qiyamət vaxtı müəyyən olsaydı, qurun-ü üla və vusta fikr-i əxirətdən çox az mütəəssir olacaqdı.Qurun-ü uhra dəhşət-i mütləqa içində mövcudolub nə həyat-i dünyəviyyənin ləzzəti və qiyməti qalar, nə də həvf və rəca icində ixtiyar ilə itaətkaranə ubudiyyətin əhəmiyyəti və hikməti olardı. Əgər müəyyən olsa, bəzi həqaiq-i imaniyyə bədahət dərəcəsinə çatar, hər kəs istər-istəməz təsdiq edər. İxtiyar və iradə ilə bağlı olan sirr-i təklif və hikmət-i iman pozular. Elə bunun kimi bir çox məsləhətlər üçün umur-ü qeybiyyə gizli qaldığına görə hər kəs hər dəqiqə həm əcəlini, həm bəqasını düşündüyü üçün həm dünyası, həm də axirəti üçün çalışdığı kimi hər əsrdə də həm qiyamət qopacağını, həm dünyanın davamını düşündüyü üçün həm dünyanın faniliyində həyat-i baqiyyə, həm də heç ölməyəcəkmiş kimi imarət-i dünya üçün çalışır. Müsibətlərin vaxtı müəyyən olsaydı, başına müsibət gələn adam müsibətin intizarında gələn o müsibətin bəlkə on mislindən artıq mənəvi müsibət çəkməməsi üçün hikmət və rəhmət-i İlahiyyə tərəfindən gizlədilmiş, pərdələnmişdir. Əksər hədisat-i kəvniyyə-i qeybiyyə belə hikmətlərə görədir ki, qeybdən xəbər vermək qadağan edilmişdir. “Qeybi ancaq Allah bilir” düsturuna qarşı hörmətsizlik və itaətsizlik etməmək üçündür ki, mədar-i təklif və həqaiq-i imaniyyədən başqa olan umur-ü qeybiyyədən izn-i Rəbbani ilə xəbər verənlər belə yalnız işarə şəklində pərdəli və qapalı ixbar etmişlər. Hətta Tövrat, İncil və Zəburda Peyğəmbərimiz haqqında gələn müjdələr və xəbərlər belə bir dərəcə pərdəli və qapalı gəlmişdir ki, o kitabların bir qisim tabeləri təvil edib iman gətirmədilər. Lakin etiqadət-i imaniyyəyə aid olan məsələləri təsrihlə və təkrarla ixbar etmək və açıq surətdə təbliğ etmək hikmət-i təklifin müqtəzası olduğuna görə Quran-i Mucizül-Bəyan və Tərcüman-i Zişanı (ə.s.m.) umur-ü uhrəviyyədən təfsilən və hədisat-i istiqbaliyyə-i dünyəviyyədən icmalən xəbər vermişlər.
Beşinci nöqtə: Hər iki dəccalın əsrlərinə aid möcüzələri onların bəhsilə və münasibətilə rəvayət edildiyinə görə, onların şəxslərindən südur edəcəyi tələqqi və təvəhhüm edilməsinə görə o rəvayət mütəşabih olmuş, mənası gizlənilmişdir. Məsələn: təyyarə və şiməndifərlə gəzməsi...
Məsələn, İslam Dəccalı öldükdə ona xidmət edən şeytanın İstanbulda Dikilitaşda bütün dünyaya “O öldü” deyə bağıracağı (Müslim, Fiten: 34) və hər kəsin o səsi eşidəcəyi rəvayət edilir. Yəni çox əcaib və şeytanları belə heyrətə salan radiodan bağırılacaq, xəbər veriləcək.
Dəccalın rejiminə və təşkil etdiyi komitəsinə və hökumətinə aid qəribə halları və dəhşətli icraatı onun şəxsilə münasibətdar rəvayət edilməsi baxımındn mənası gizlənmişdir. Məsələn, “O qədər qüvvətlidir və davam edir, yalnız Həzrət-i İsa (ə.s.) onu öldürə bilər, başqa çarə yoxdur.” (Tirmizi,Fiten: 62; Ebu Davud, Melahim: 14; Müsned, 3:420, 4:226; el-Hakim, el-Müstedrek, 4:529-530) rəvəyət edilmişdir. Yəni onun məsləyini və yırtıcı rejimini pozacaq, öldürəcək, ancaq səmavi və ülvi xalis bir din İsəvilərdə zühur edəcək və həqiqət-i Quraniyyəyə iqtida və ittihad edən bu İsəvi dinidir ki, Həzrət-i İsa Əleyhissalamın nüzulu ilə o dinsiz məslək məhv olacaq, öləcək. Yoxsa onun şəxsi bir mikrob, soyuqdəymə ilə də öldürülə bilər.
Bəzi ravilərin qabil-i xəta ictihatları ilə olan təfsirləri və hökmləri hədis kəlmələrinə qarışaraq hədis zənn edilir, məna gizlənir. Vaqiə mütəbəqatı görünməz, mütəşabih hökmünə keçər.
Keçmişdə bu zamandakı kimi camaatın və cəmiyyətin şəxs-i mənəvisi inkişaf etmədiyinə və fikr-i infiradi qalib olduğuna görə camaatın sifət-i əziməsi və böyük hərəkatı o camaata rəhbərlik edən şəxslərə verilməsi baxımından o şəxslər gözəl və külli sifətlərə layiq və müvafiq olmaq üçün yüz dərəcə cismindən və qüvəsindən böyük acubə cisim və qorxunc heykəl və çox böyük qüvvə və iqtidar lazım gəldiyinə görə elə təsvir edilmişdir. Vaqiə mütəbəqatı görünmür və o rəvayət mütəşabih olur. İki dəccalın sifətləri və halları ayrı-ayrı olduğu halda mütləq gələn rəvayətlərdə iltibas olur; biri digəri zənn edilir. Böyük Mehdinin halları sabiq mehdilərə işarə edən rəvayətlərə mütabiq çıxmır, hədis-i mütəşabih hökmünə keçir. İmam-i Əli (r.a.) ancaq İslam Dəccalından bəhs edir. Müqəddimə bitdi, məsələlərə başlayırıq.
Hələlik o hədisat-i qeybiyyənin yüzlərlə misallarından mülhidlər tərəfindən avamın əqidələrini pozmaq fikrilə işarə edilən iyirmi üç məsələsi təvfiq-i Rəbbani ilə çox müxtəsər şəkildə bəyan ediləcək. O məsələlər mülhidlərin təxmini kimi zərər verməməklə bərabər hər birinin bir ləma-i icaz-i Nəbəvi olması hesab edilir və həqiqi təvilləri sübut və izhar edilməklə əqidə-i avamı qüvvətləndirməyə mühüm səbəb olmasını rəhmət-i Rəbbanidən rica edib xatiatımı və qalatatımı əfv və mərifət altına almasını Rəbb-i Rəhimimdən niyaz edirəm.