Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)

1.

Altıncısı: Nurun şagirdlərindən bəzilərinin Nurlardan böyük iman hüccətlərini və sarsılmaz, eynəlyəqin ülum-ü imaniyyəni görüb istifadə etdiklərinə görə bu biçarə tərcümanına bir növ təşviq və təbrik və təqdir və təşəkkür növündə ziyadə hüsn-ü zənlə müfritanə mədh etmələrilə məni günahkar göstərənə deyirəm:

Mən aciz, zəif, qürbətdə, mənfi, yarım ümmi əleyhimdə olan propaqanda ilə milləti məndən ürkütmək haləti içində Quranın dərmanlarından və imani və qüdsi həqiqətlərindən dərdlərimə əsl dərman kimi özümə tapdığım zaman bu millətə və bu vətən övladlarına belə əsl dərman olacağına qənaət gətirdiyim üçün o qiymətdar həqiqətləri qələmə almışam. Xəttim çox nöqsanlı olduğuna görə köməkçilərə çox möhtac ikən inayət-i İlahiyyə mənə sadiq, xas, mətin köməkçilər verdi.

Əlbəttə, mən onların hüsn-ü zənlərini və səmimanə mədhlərini tamamilə rədd etmək və xatirlərini təkdirlə qırmaq, o xəzinə-i Quraniyyədən alınan Nurlara xəyanət və ədavət hökmünə keçər və o almaz qələmli və qəhrəman qəlblli müavinləri qaçıracaq deyə onların adi, müflis şəxsimə qarşı mədh-ü sənalarını, əsil mal sahibi və mənəvi möcüzə-i Quraniyyə olan Risale-i Nura və xas şagirdlərinin şəxsiyyət-i mənəviyyəsinə çevirirdim. “Mənə həddimdən yüz dərəcə ziyadə hissə verirsiniz” deyə bir baxımdan qəlblərini qırırdım. Görəsən heç bir qanun, müstənkif və razı olmayan bir adamı başqalarının onu mədh etməsilə təqsirkar edərmi ki, qanun namına hərəkət edən rəsmi məmur məni təqsirləndirir? Həm də nəşr etdiyimiz əleyhimizdə yazılan qərarnamənin əlli dördüncü səhifəsində AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ NƏSLƏN AL-İ BEYTDƏN OLACAQ. BİZ NUR ŞAGİRDLƏRİ ANCAQ MƏNƏVİ AL-İ BEYTDƏN SAYILA BİLƏRİK... (Şualar, səh. 390)

2.

55: “Həzrət-i Əlinin (r.a.) elm-i həqiqət etibarilə şagirdi olduğuma görə mənəvi övladı ola bilərəm” deməsilə ona aid edilən məqamlara ləyaqətini qəbul etmiş hesab edilir.

Bədi mənasında olan Cəlcəlutiyyə qəsidəsində (Hz. Əli (r.a.) tərəfindən təlif edilən bir qəsidə) İmam-i Əlinin (r.a.) çox cəhətlərlə Risale-i Nura sərahət dərəcəsində yaxın işaratı içində Bədiüzzaman adını Risale-i Nura verməsinə görə mənə əmanətən verilən o ismi Risale-i Nura verdiyimi yazmışdım. Bununla belə “MƏN DƏ MƏNƏVİ AL-İ BEYTDƏN SAYILA BİLƏRƏM” DEMƏKDƏ MƏQSƏDİM BİR QİSİM MÜCTƏHİDLƏRİN “ONUN AİLƏSİNƏ VƏ ƏSHABINA SALAM OLSUN” DUASINDA “SEYİD OLMAYAN, LAKİN ƏHL-İ TƏQVA OLANLAR O DUAYA DAXİLDİRLƏR” DEDİKLƏRİNƏ GÖRƏ O ÜMUMİ DUADA MƏNİM DƏ BİR HİSSƏM OLMASI ÜÇÜN RİCAKARANƏ TƏVİLDİR. Yoxsa o xətakaranə məna (xətalı məna) heç yadıma düşməmişdir. (Şualar, 14-cü Şua, səh. 358)

3.

Məhkəmədə Denizli əhl-i vüqufu bəzi şagirdlərin bu etiqadlarına görə mənə demişdilər ki:

“ƏGƏR MEHDİLİK DAVA ETSƏ, BÜTÜN ŞAGİRDLƏRİ QƏBUL EDƏCƏKLƏR.” MƏN DƏ ONLARA DEMİŞDİM: “MƏN ÖZÜMÜ SEYİD HESAB ETMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ AL-İ BEYTDƏN OLACAQDIR.” BAXMAYARAQ Kİ, MƏNƏN MƏN HƏZRƏT-İ ƏLİNİN (R.A.) VƏLƏD-İ MƏNƏVİSİ HÖKMÜNDƏ ONDAN HƏQİQƏT DƏRSİNİ ALMIŞAM VƏ AL-İ MƏHƏMMƏD ƏLEYHİSSALAM BİR MƏNADA HƏQİQİ NUR ŞAGİRDLƏRİNƏ ŞAMİL OLDUĞUNA GÖRƏ MƏN DƏ AL-İ BEYTDƏN SAYILA BİLƏRƏM. Lakin bu zaman şəxs-i mənəvi zamanı olduğuna görə və Nurun məsləyində heç bir cəhətdən mənlik və şəxsiyyət və şəxsi məqamları arzu etmək və şan-şərəf qazamaq olmaz və sirr-i ixlasa tam müxalif olduğuna görə Cənab-i Haqqa hədsiz şükür edirəm ki, məni özümə bəyəndirməməsinə görə mən elə şəxsi və həddimdən hədsiz dərəcə artıq məqamata gözümü dikmərəm. Nurdakı ixlası pozmamaq üçün uhrəvi məqamat belə mənə verilsə, imtina etməyə özümü məcbur bilirəm” dedim, o əhl-i vüquf susdu. (Emirdağ Lahikası, səh. 233)

4.

İddianamədə mənim haqqımda dörd əsas var.

Birinci əsas: Guya məndə təfəxxür və xudbinlik var və özümü mücəddid hesab edirəm.

Mən var gücümlə bunu inkar edirəm. MEHDİLİK İSNADINI HEÇ QƏBUL ETMƏDİYİMƏ BÜTÜN QARDAŞLARIM ŞƏHADƏT EDİRLƏR. HƏTTA DENİZLİDƏKİ ƏHL-İ VÜQUF “ƏGƏR SAİD MEHDİLİYİNİ İRƏLİ SÜRSƏ, BÜTÜN ŞAGİRDLƏRİ QƏBUL EDƏCƏK” DEDİKLƏRİNƏ MÜQABİL SAİD ETİRAZNAMƏSİNDƏ DEMİŞDİR Kİ: “MƏN SEYİD DEYİLƏM. MEHDİ SEYİD OLACAQ.” DEYƏ ONLARI İNKAR ETMİŞDİR. (Şualar, 14-cü Şua, səh. 355)

5.

SEYİD OLMAYAN “SEYİDƏM” VƏ YA SEYİD OLAN “DEYİLƏM” DEYƏNLƏR, İKİSİ DƏ GÜNAHKARDIR VƏ DÜXUL İLƏ XÜRUC HARAM OLDUQLARI KİMİ... HƏDİS VƏ QURANDA BELƏ ZİYADƏ VƏ YA NÖQSAN (ARTIQ VƏ YA ƏKSİK) ETMƏK MƏMNUDUR. Lakin ziyadə etmək nizamı pozduğu və vəhmə qapı açdığı üçün daha zərərlidir. Nöqsana cəhil dərəcə üzr olar. Lakin ziyadə etmək elmlə olar. Alim olan mazur deyil. Beləliklə, dindən bir şeyi fəsl və ya olmayanı vəsl etmək kimi ikisi də caiz deyil. (Muhakemat, səh. 46)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi