Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)

1.

... İSTİQBALİ-DÜNYƏVİYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ QƏRİB ZƏNN ETMİŞLƏR....
(Sözlər, səh. 318)

USTADIN BU İFADƏSİ “SÖZLƏR” RİSALƏSİNDƏ İŞLƏDİLİB. SÖZLƏR RİSALƏSİ 1926-CI İLDƏ (HİCRİ 1345), YƏNİ HİCRİ 1300-CÜ İLLƏRDƏ TAMAMLANMIŞDIR. USTADIN BÜTÜN ƏSƏRLƏRİ HİCRİ 1300-CÜ İLLƏRDƏ TAMAMLANDIĞI KİMİ ÖZÜ DƏ HİCRİ 1300-CÜ İLDƏ VƏFAT ETMİŞDİR. LAKİN USTAD BU SÖZÜNDƏ HZ. MEHDİNİN (Ə.S.) HİCRİ 1400-CÜ İLDƏ ZÜHUR EDƏCƏYİNİ İFADƏ EDİR.

Səkkizinci Əsl: Cənabi-Hakimi Mütləq bu dari-təcrübə və meydani-imtahanda çox mühüm şeyləri kəsrətli əşya içində gizlədir. O gizləməklə çox hikmətlər, çox məsləhətlər əlaqədardır. Məsələn: Leylei-Qədri ümum ramazanda, saati-icabei duanı Cümə günündə, məqbul vəlisini insanlar içində, əcəli ömür içində və qiyamətin vaxtını ömrü-dünya içində gizlətmişdir. Ancaq əcəli-insan müəyyən olsa, yarı ömrünə qədər qəfləti-mütləqa, yarıdan sonra dar ağacına addım-addım getmək kimi dəhşət verəcək. Halbuki axirət və dünya müvazinəsini mühafizə etmək və hər daim həvfu-rəca arasında olmaq məsləhəti iqtiza edər ki, hər dəqiqə həm ölmək, həm yaşamaq mümkün olsun. Bu təqdirdə mübhəm tərzdəki iyirmi il mübhəm bir ömür, min il müəyyən bir ömrə mürəccahdır. Elə qiyamət də bu insani-əkbər olan dünyanın əcəlidir. Əgər vaxtı təayyün etsəydi, bütün qurun-ü üla və vüsta qəfləti-mütləqaya dalacaqdılar və qurun-ü uhra dəhşətdə qalacaqdı. İnsan necə həyat-i şəxsiyyəsilə xanəsinin və öz əbədiliyi ilə əlaqədardır, eləcə də həyati-ictimaiyyə və nəviyyəsilə kürreyi-ərzin və dünyanın yaşaması ilə də əlaqədardır. Quran “O saat yaxınlaşdı və ay parçalandı (Qamər surəsi: 1) ” deyir. “Qiyamət yaxındır” fərman verir. Min bu qədər il keçdikdən sonra gəlməməsi yaxınlığına xələl gətirməz. Zira qiyamət dünyanın əcəlidir. Dünyanın ömrünə nisbətən min və ya iki min il bir ilə nisbətlə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Saat-i Qiyamət yalnız bəşəriyyətin əcəli deyil ki, onun ömrünə nisbət edilib baid görülsün. Elə buna görədir ki, Hakim-i Mütləq qiyaməti muqayyəbat-i xəmsədən biri kimi elmində gizlədir. Elə bu ibham sirrindəndir ki, hər əsr, hətta əsr-i həqiqətbin olan əsr-i Səadətdə belə daima qiyamətdən qorxmuşlar. Hətta bəziləri “Şəraiti demək olar ki, çıxmışdır” demişlər.

Məhz bu həqiqəti bilməyən insafsız insanlar deyirlər ki: “Axirətin təfsilatını dərs alan mütəyaqqiz qəlbli, kəskin nəzərli səhabələrin fikirləri nə üçün 1000 il həqiqətdən uzaq olaraq İSTİQBAL-İ DÜNYƏVİYYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ QƏRİB ZƏNN ETMİŞLƏR.”

Əlcavab: Çünki Səhabələr feyz-i söhbət-i nübüvvətdən hər kəsdən artıq dar-i axirəti düşünərək, dünyanın fənasını bilərək, qiyamətin ibham-i vaxtındakı hikmət-i İlahiyyəni anlayaraq əcəl-i şəxsi kimi dünyanın əcəlinə qarşı belə daima müntəzir bir vəziyyət alaraq axirətləri üçün ciddi çalışmışlar. Rəsul-i Əkrəm Aleyhissəlatu Vəssəlam “Qiyaməti gözləyin, intizar edin” təkrar etməsi bu hikmətdən irəi gəlmiş irşad-i Nəbəvidir. Yoxsa vuku-u müəyyənə dair bir vəhyin hökmüylə deyildir ki, həqiqətdən uzaq olsun. İllət ayrıdır, hikmət ayrıdır. Elə Peyğəmbər Aleyhissəlatü Vəssəlamın bu cür sözləri hikmət-i ibhamdan irəli gəlir. Həm də bu sirdəndir ki; Mehdi, Süfyan kimi axırzamanda gələcək əşxasları çox zaman əvvəl, hətta Tabiiin zamanında onları gözləmişlər, yetişmək üçün çalışmışlar. Hətta bəzi əhl-i vəlayət “Onlar keçmiş” demişlər. Elə bu da qiyamət kimi hikmət-i İlahiyyə iqtiza edər ki; vaxtları təayyün etməsin. Çünki hər zaman, hər əsr qüvvə-i mənəviyyənin təqviyyəsinə mədar olacaq və yəisdən qurtaracaq “Mehdi” mənasına möhtacdır. Bu mənada hər əsrin bir hissəsi olmaq lazımdır. Qəflət içində fənalara uymamaq və laqeydlikdə nəfsin cilovunu buraxmamaq üçün nifaqın başına keçəcək müdhiş şəxslərdən hər ər çəkinməli və qorxmalıdır. Əgər təyin edilsəydi, məsləhət-i irşad-i ümumi zayi olardı.

İndi Mehdi kimi əşxasın haqqındakı rəvayətin ixtilafəti və sirri budur ki, Əhadisi təfsir edənlər mətn-i əhadisi təfsirlərinə və istinbatlarına tətbiq etmişlər. Məsələn: Mərkəz-i səltənət o vaxt Şamda və ya Mədinədə olduğuna görə vukuat-i Mehdiyyə və ya Süfyaniyyəni Hz. mərkəz-i səltənət yaxınlığında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək elə təfsir etmişlər. Həm də o əşxasın şəxs-i mənəvisinə və ya təmsil etdiyi camaata aid əsar-i əziməni o əşxasın zatlarında təsəvvür edərək elə təfsir etmişlər ki, o əşxas-i xariqə çıxdığı vaxt bütün xalq onları tanıyacaq kimi şəkil vermişlər. Halbuki demişdik: Bu dünya təcrübə meydanıdır. Ağıla qapı açılır, lakin ixtiyarı əlindən alınmaz. Elə isə o əşxas, hətta o müdhiş Dəccal belə çıxdığı vaxt, hətta özü də bidayətən Dəccal olduğunu bilməz. Bəlkə nur-u imanın diqqətilə o əşxas-i axırzaman tanına bilər. (Sözlər, səh. 318)

2.

... BUNDAN BİR ƏSR SONRA ZüLÜMATI DAĞIDACAQ ZATLAR İSƏ HƏZRƏT-İ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR.”
(Şualar, 1-ci Şua, səh. 605) (Sikke-i Tasdik-i Gaybi, səh. 90)

USTAD BU SÖZÜ “MİLADİ 1936-CI, YƏNİ HİCRİ 1355-Cİ İLDƏ” 1-Cİ ŞUADA İFADƏ ETMİŞDİR. BU TARİXƏ ƏSASƏN BİR ƏSR SONRA HİCRİ 1400-CÜ İLLƏRƏ UYĞUN GƏLİR.

Sure-i Tövbədə: “Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.” ayəsindəki “... Allah Öz nurunu tamamlamaq istər” cümləsi qüvvətli və lətafətli münasibət-i mənəviyyəsilə birlikdə şəddəli “lamlar” hər biri bir “lam” və şəddəli “mim” əsl kəlmədən olduğuna görə iki “mim” sayılmaqla min üç yüz iyirmi dörd (1324) edərək Avropa zalımları dövlət-i İslamiyyənin nurunu söndürmək niyyətilə dəhşətli bir sui-qəsd planı hazırladıqları və ona qarşı Türkiyə hamiyətpərvərlərinin hürriyyəti iyirmi dördüncü ildə elanı ilə o planı akim qoymağa çalışdıqları halda maattəssüf altı-yeddi il sonra hərbi-ümumi nəticəsində yenə o sui-qəsd niyyətilə Sevr Muahədəsində Quranın zərərinə çox ağır şəraitlə kafiranə fikirlərini yenə icra etmək olan planlarını akim qoymaq üçün Türk milliyyətpərvərləri cümhuriyyəti-elanla müqabiləyə çalışdıqları vaxt - min üç yüz iyirmi dörddüncü ildə, ta otuz dördə, ta əlli dördə tamamilə təvafüqlə, o hərci-mərc içində Quranın nurunu mühafizə etməyə çalışanlar içində Resail-in Nur müəllifi iyirmi dördüncü ildə (1324) və Resail-in Nurun müqəddimatı otuz dördüncü ildə (1334) və Resail-in Nurun nurani cüzləri və fədakar şagirdlərinin əlli dörddə (1354) müqabiləyə çalışmaları gözə çarpır. Hətta həqiqəti-halı bilməyən bir qisim əhli-siyasəti təlaşa sövq etdilər və bu itfa sui-qəsdinə qarşı tənvir vəzifəsini tam ifa etdiklərinə görə bu ayənin mənayi-işarisi baxımından bir mədari-nəzəri olduqlarına qüvvətli əmarədir. İndi İslamlar içində Nur-u Qurana müxalif halətlərin əksəriyyəti o sui-qəsdlərin və Sevr Muahədəsi kimi qəddaranə muahədələrin vəhim nəticələridir. Əgər şəddəli “mim” də şəddəli “lamlar” kimi bir sayılsa, onda min iki yüz səksən dörd (1284) edər. O tarixdə Avropa kafirləri dövlət-i İslamiyyənin nurunu söndürməyə niyyət edərək on il sonra Rusları təhrik edib Rusun doxsan üç (1293) müharibə-i məşuməsilə aləmi-İslamın parlaq nuruna müvəqqət bulud pərdə etdilər. Lakin bunda Rəsail-in Nur şagirdləri yerində Mövlana Halidin (K.S.) şagirdləri o bulud zülümatını dağıtdıqlarına görə bu ayə bu baxımdan onların başlarına rəmzən işarə edir. İndi xatirə gəldi ki, əgər şəddəli “lamlar” və “mimlər” hər biri cüt sayılsa, BUNDAN BİR ƏSR SONRA ZÜLÜMATI DAĞIDACAQ ZATLAR İSƏ HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR. Hər nə isə... Bu nurlu ayənin çox nurani nüqtələri var. Əlif, Lam, Ra. Elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1)

(Şualar, 1-ci Şua, səh. 605) (Sikke-i Tasdik-i Gaybi, səh. 90)

- Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. (Tövbə surəsi, 32) ayəsindəki “Allah isə ... ancaq öz nurunu tamamlamaq istər” cümləsinin əbcəd dəyəri: HİCRİ 1424, YƏNİ MİLADİ “2004”-dür.

3.

“HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ZAT” ...
(Kastamonu Lahikası, səh. 61-62)

USTAD BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ BU İFADƏSİNİ 1936-CI (HİCRİ 1354) İLDƏ YAZDIĞI KASTAMONU LAHİKASINDA BİLDİRİR. BU TARİXLƏR HİCRİ 1300-CÜ İLƏ UYĞUN GƏLİR. USTADIN “BİR ƏSR SONRA...” ŞƏKLİNDƏ İFADƏ ETDİYİ 100 İL SONRAKI DÖVR İSƏ HZ. MEHDİNİN (Ə.S.) ZÜHUR ETDİYİ HİCRİ 1400-CÜ İLƏ UYĞUN GƏLİR.

Əziz qardaşlarım! Sədaqətinizdən tərəşşuh edən və həddimin bir çox fövqündə hüsn-ü zənninizə qarşı bundan əvvəl verdiyim cavabın bir tətimməsi olaraq bu gələcək məqaləni iki gün əvvəl yazmışdıq. Sizin fövqəladə sədaqət və ulüvv-ü himmətinizdən tərəşşuh edən bir həftə əvvəlki məktubunuza qarşı hüsn-ü zənninizi bir dərəcə cərh edən mənim cavabımın hikməti budur ki, “... BU ZAMANDA ELƏ FÖVQƏLADƏ HAKİM CƏRƏYANLAR VAR Kİ, HƏR ŞEYİ ÖZ HESABINA ALDIĞI ÜÇÜN FƏRƏZƏ HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ZAT belə bu zamanda gəlsə, hərəkatını o cərəyanların əlinə verməmək üçün siyasət aləmindəki vəziyyətdən fəraqat edəcəyini və hədəfini dəyişdirəcəyini təxmin edirəm.

Həm də üç məsələ var: Biri həyat, biri şəriət, biri imandır. Həqiqət cəhətindən ən mühümü və ən əzamı iman məsələsidir. Lakin indiki ümumun nəzərində və hal-i aləm ilcəatında ən mühüm məsələ həyat və şəriət göründüyünə görə o zat indi olsa da, üç məsələni birdən ümum ruy-i zəmində vəziyyətlərini dəyişdirmək növ-i bəşərdəki cari adətullaha müvafiq gəlmədiyinə görə hərhalda ən əzam məsələni əsas edib digər məsələləri əsas etməyəcək. Ta ki iman xidməti safvətini ümumun nəzərində pozmasın və avamın tez iğfal olunan ağıllarında o xidmətin başqa məqsədlərə alət olmadığı təhəqqüq etsin.” (Kastamonu Lahikası, səh. 61-62)

4.

YETMİŞ BİRDƏ FƏCR-İ SADİQ BAŞLADI VƏ YA BAŞLAYACAQ. ƏGƏR BU FƏCR-İ QAZİB DƏ OLSA, OTUZ-QIRX İL SONRA FƏCR-İ SADİQ ÇIXACAQ...”
(Hutbe-i Şamiye, səh. 23)

“ ... Bəli, İNDİ OLMASA DA, 30-40 İL SONRA fənn və həqiqi mərifət və mədəniyyətin məhasini o üç qüvvəti tam təchiz edib, cihazatını verib o doqquz maneəni məğlub edib məhv etmək üçün təharri-i həqiqət məyəlanını və insaf və məhəbbət-i insaniyyəni o doqquz düşmən taifəsinin cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSR SONRA onları darmadağın edəcək.”
(Hutbe-i Şamiye, səh. 25)

USTAD BU SÖZÜNÜ HİCRİ 1327-Cİ (MİLADİ 1911) İLDƏ ŞAMDA ƏMƏVİ MƏSCİDİNDƏ VERDİYİ XÜTBƏSİNDƏ SÖYLƏMİŞDİR. BURADA USTAD İSLAM ALƏMİNİN HİCRİ 1371-Cİ İLDƏN, YƏNİ MİLADİ 1951-Cİ İLDƏN SONRAKI GƏLƏCƏYİNƏ AİD İZAHLAR VERMİŞDİR. USTADIN XÜTBEYİ-ŞAMİYƏDƏ VERDİYİ TARİXLƏRİN HAMISI HZ. MEHDİNİN (Ə.S.) ZÜHUR ZAMANI OLAN HİCRİ 1400-CÜ İL ƏRZİNDƏDİR.

Qırx il əvvəl Şamdakı Cami-i Əməvidə Şam üləmasının israrı ilə içində yüz əhl-i elm olan on min adama yaxın azim bir camaata verilən bu Ərəbi dərs risaləsindəki həqiqətləri bir hiss-i qəbl-əl-vüku ilə Əski Said hiss etmiş, kamal-i qətiyyətlə müjdələr vermiş və çox yaxın zamanda o həqiqətlərin görünəcəyini zənn etmişdir. Halbuki iki hərb-i ümumi və iyirmi beş il istibdad-i mütləq o hiss-i qəbl-əl-vükunun qırx-əlli il təxirinə səbəb olmuş və indi o zaman verdiyi xəbərlərin eynilə təzahürləri aləm-i İslamiyyətdə başlamışdır. Deməli, bu çox əhəmiyyətli dərs zamanı keçmiş əski bir xütbə deyil, bəlkə birbaşa 1327-ci ilə bədəl, 1371-ci ildə və Cami-i Əməvi əvəzinə aləm-i İslam məscidində üç yüz yetmiş milyon camaata həqiqətlə dolu və təzə bir dərs-i ictimai və İslamidir, deyə tərcüməsini nəşr etmək zamanı olduğunu təxmin edirəm...” .....

“... Həm də İslamiyyət günəşinin tutulmasına, inkisafına və bəşəri tənvir etməsinə mümanəat edən pərdələr açılmağa başlamışlar. O mümanəat edənlər çəkilməyə başlayırlar. Qırx beş il əvvəl o fəcrin əmarələri göründü. YETMİŞ BİRDƏ FƏCR-İ SADİQ BAŞLADI VƏ YA BAŞLAYACAQ. ƏGƏR BU FƏCR-İ QAZİB DƏ OLSA, OTUZ-QIRX İL SONRA FƏCR-İ SADİQ ÇIXACAQ...” (Hutbe-i Şamiye, səh. 23)

“... Bəli, İNDİ OLMASA DA, 30-40 İL SONRA fənn və həqiqi mərifət və mədəniyyətin məhasini o üç qüvvəti tam təchiz edib, cihazatını verib o doqquz maneəni məğlub edib məhv etmək üçün təharri-i həqiqət məyəlanını və insaf və məhəbbət-i insaniyyəni o doqquz düşmən taifəsinin cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSR SONRA ONLARI DARMADAĞIN EDƏCƏK.” (Hutbe-i Şamiye, səh. 25)

Ustad burada Hicri 1371-ci ildən, yəni Miladi 1951-ci ildən sonrakı İslam aləminin gələcəyinə aid izahlar verir.

Hicri 1371 + 30 = 1401 (Miladi 1981) (30 il sonra)

Hicri 1371 + 40 = 1411 (Miladi 1991) (40 il sonra)

Hicri 1371 + 50 = 1421 (Miladi 2001) (yarım əsr sonra)

5.

TA AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ, ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ CƏNAB-I HAQQIN İZNİLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏNDİRƏR...
(Kastamonu Lahikası, Səhifə 72, Tarihçe-i Hayat, Səhifə 258, Hizmet Rehberi, Səhifə 267, Sikke-i Tasdik-i Gaybi, Səhifə 153)

USTAD KASTAMONU LAHİKASINI 1936-CI İLDƏ YAZMIŞDIR. BU ƏSƏRİNDƏ “TA AXIRZAMANDA...” İFADƏSİLƏ RİSALE-İ NURUN ƏSL SAHİBLƏRİ KİMİ GÖSTƏRDİYİ HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİNİN ÖZÜNDƏN ÇOX DAHA SONRAKI VAXTDA GƏLƏCƏKLƏRİNİ İFADƏ ETMİŞDİR.

Son məqaləsində Müxbir-i Sadiqin xəbər verdiyi “Mənəvi fütuhat etmək və zülümatı dağıtmaq üçün zaman və zəminin demək olar ki gəlməsi” deyə məqaləsinə bütün ruhu canımızla rəhmət-i İlahiyyədən niyaz edirik, təmənni edirik. Lakin biz Risale-i Nur şagirdləri isə, vəzifəmiz xidmətdir; vəzife-i İlahiyyəyə qarışmamaq və xidmətimizi onun vəzifəsinə bina etməklə bir növ təcrübə etməməklə bərabər, kəmiyyətə deyil, keyfiyyətə baxmaq, həm də çoxdan bəri süqut-u əxlaqa və həyat-i dünyəviyyəni hər baxımdan həyat-i uhrəviyyədən üstün tutmağa sövq edən dəhşətli əsbab altında Risale-i Nurun indiyə qədər fütuhatı və zındıqların və dalalətlərin savlətlərini dəf etməsi və yüz minlərlə biçarələrin imanlarını xilas etməsi və hər biri yüzə və minə müqabil yüzlərlə və minlərlə həqiqi mömin tələbələr yetişdirməsi, Müxbir-i Sadiqin ixbarını eynilə təsdiq etmiş və hadisələrlə isbat etmiş və edir, inşaAllah hələ edəcək. Və elə kök salmışdır ki, inşaAllah heç bir qüvvət Anadolunun sinəsindən onu (Risale-i Nuru) çıxara bilməz. TA AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ CƏNAB-İ HAQQIN İZNİLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏNDİRƏR VƏ O TOXUMLAR SÜNBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKÜR EDƏRİK. (Kastamonu Lahikası, Səhifə 72, Tarihçe-i Hayat, Səhifə 258, Hizmet Rehberi, Səhifə 267, Sikke-i Tasdik-i Gaybi, Səhifə 153)

6.

LAKİN SONRA GƏLƏCƏK O ACİB ŞƏXSİN BİR XİDMƏTKARI VƏ ONA YER HAZIR EDƏN BİR DÜMDARI VƏ O BÖYÜK SƏRKƏRDƏNİN PİŞDAR NƏFƏRİ OLDUĞUMU ZƏNN EDİRƏM. Və ondadır ki, sən də yazılan şeylərdən o acib qoxusunu aldın.
(Barla Lahikası, səh. 162)

SAİD NURSİ HƏZRƏTLƏRİ “BARLA LAHİKASI”NI 1926-CI İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD HZ. MEHDİNİN (Ə.S.) SONRA GƏLƏCƏYİNİ AÇIQ ŞƏKİLDƏ İFADƏ ETMİŞDİR. ÖZÜNÜN İSƏ HZ. MEHDİNİN (Ə.S.) ÖNCÜSÜ VƏ ONA ZƏMİN HAZIRLAYAN XİDMƏTKARI OLDUĞUNU İFADƏ ETMİŞDİR.

Əziz və çalışqan axirət qardaşım və xidmət-i Quranda yoldaşım Hulusi-i sani və Sabri-i əvvəl,

MaşaAllah, İyirminci Məktubun qiymətini gözəl anlamısınız və gözəl də yazmısınız. Məktubunda elm-i kəlam dərsini məndən almağı arzu etmisiniz. Onsuz da o dərsi alırsınız. Yazdığınız ümum Sözlər o nurlu və həqiqi elm-i kəlamın dərsləridir. İmam-i Rabbani kimi bəzi qüdsi mühəqqiqlər demişlər ki, axırzamanda elm-i kəlamı, yəni əhl-i haqq məzhəbi olan məsail-i imaniyə-i kəlamiyyəni birisi elə şəkildə bəyan edəcək ki, ümum əhl-i kəşf və təriqətin fövqündə o nurların nəşrinə səbəbiyyət verəcəkdir. Hətta İmam-i Rabbani özünü o şəxs kimi görmüşdür.

Sənin bu aciz və fağır və heç nadir heç olan qardaşın min dərəcə həddimin fövqündə olaraq özümü gələcək o adam olduğumu iddia edə bilmərəm, heç bir cəhətdən layiqatım yoxdur. LAKİN SONRA GƏLƏCƏK O ACİB ŞƏXSİN BİR XİDMƏTKARI VƏ ONA YER HAZIR EDƏCƏK BİR DÜMDARI VƏ O BÖYÜK SƏRKƏRDƏNİN PİŞDAR BİR NƏFƏRİ OLDUĞUMU ZƏNN EDİRƏM. Və ondadır ki, sən də yazılan şeylərdən o acib qoxusunu aldın. (Barla Lahikası, səh. 162)

7.

... AXIRZAMANDA GƏLƏCƏK BİR MÜCƏDDİD-İ ƏKBƏRİ MƏNA-Yİ İŞARİ İLƏ XƏBƏR VERİRLƏR. LAKİN GƏLƏCƏK O ZATIN və cəmiyyətinin üç vəzifəsindən ən əhəmiyyətlisi... (Tılsımlar Mecmuası, səh. 168)

TİLSİMLƏR MƏCMUƏSİ RİSALE-İ NURUN MÜXTƏLİF HİSSƏLƏRİNDƏN SEÇİLƏRƏK YIĞILMIŞ BİR KİTABDIR. TİLSİMLƏR MƏCMUƏSİNDƏ YER ALAN BU SÖZÜNDƏ USTAD “GƏLƏCƏK O ZAT...” İFADƏSİLƏ ÖZ ZAMANINDA HƏLƏ MEHDİNİN (Ə.S.) YAŞAMADIĞINI, AXIRZAMANDA GƏLƏCƏYİNİ BİLDİRMİŞDİR. BUNDAN ƏLAVƏ, AXIRZAMANA QƏDƏR GƏLƏN HEÇ BİR MÜCƏDDİDİN EYNİ ZAMANDA ETMƏDİYİ 3 VƏZİFƏNİN MEHDİ (Ə.S.) TƏRƏFİNDƏN EDİLƏCƏYİNİ DƏ İFADƏ ETMİŞDİR.

Əvvəla: Aydın havalisinin Hasan Feyzisi və Husrevi və Mehmed Feyzisi və Risale-i Nurun mənəvi vəkili Əhməd Feyzinin üç ildən bəri alimanə, müdəqqiqanə yazdığı bu gələn istihracət-i qeybiyyəni və Sikke-i Təsdiq-i Qeybiyyənin bir qüvvətli hüccəti və şahidi olan bu risaləciyi diqqətlə mütaliə etdim. Onun tədqiqatına və Risale-i Nurun qiymətini tam hədis ilə və ayə ilə sübut etməsinə baxmayaraq heyrət və istihsan ilə “MaşaAllah, BərəkAllah” dedim. Lakin bir dərəcə təbirə möhtacdır. Eyn-i həqiqətdir; lakin “Said” haqqında xüsusən son qisminin haşiyələrində - şəxsiyyətim etibarilə həddimdən yüz dərəcə artıq bir hüsn-ü zənn ilə - həqiqətin surəti dəyişmişdir...

Bəli, həm Sikke-i Qeybiyyə, həm Onun yazdığı ayələr və hədislər müttəfiqən bu əsrdə bir həqiqət-i nuraniyyəyə işarə edirlər. Və bu əsr və bu zaman camaat zamanı olduğuna görə şəxs-i mənəvi hökm edilə bilər. Xüsusən mənəvi vəzifələrdə maddi şəxslərin əhəmiyyəti azdır. Dağlar kimi vəzifələr o zəif şəxsiyyətlərə yüklənilməz.

Bəzi ayət-i kərimə və hədis-i şərifə AXIRZAMANDA GƏLƏCƏK bir mücəddid-i əkbəri mənayi işarə ilə xəbər verirlər. Lakin GƏLƏCƏK O ZATIN və cəmiyyətinin üç vəzifəsindən ən əhəmiyyətlisi olan və zahirən ən kiçiyi kimi görünən imanı xilas etmək və həqaiq-i imaniyyəni günəş kimi göstərmək vəzifəsiniRisale-i Nur və şagirdlərinin şəxs-i mənəvisi tam həyata keçirdiklərinə görə GƏLƏCƏK O ZATA DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ RİSALE-İ NURUN ŞƏXS-İ MƏNƏVİSİNƏ, HƏTTA BƏZƏN TƏRCÜMANINA DA TƏTBİQ ETMƏYƏ ÇALIŞMIŞLAR VƏ ŞƏRİƏTİ İHYA VƏ XİLAFƏTİ TƏTBİQ OLAN ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU İKİ MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR. Onların qənaətləri onların Risale-i Nurdan istifadə baxımından faidəlidir, zərərsizdir, lakin Nurun məsləyindəki ixlasa və heç bir şeyə alət olmamasına və dünyəvi və mənəvi məqamatı axtarmamasına zərər verdiyi kimi, Nurların mühafizləri hər taifənin, xüsusən siyasi taifənin tənqidinə və hücumuna vəsilə ola bilər... (Tılsımlar Mecmuası, səh. 168)

8.

BU HƏQİQƏTDƏN BAŞA DÜŞÜLÜR Kİ: SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT RİSALE- NURU BİR PROQRAMI KİMİ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK.
(Sikke-i Tasdik-i Gaybi, Səhifə 11, Beyanat ve Tenvirler, Səhifə 310)

SAİD NURSİ HƏZRƏTLƏRİ “SİKKE-İ TƏSDİQ-İ QEYBİ”Nİ 1928-Cİ İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTAD BU ƏSƏRİNDƏ “ÖZÜNDƏN SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT...”IN, YƏNİ HZ. MEHDİNİN (Ə.S.) USTADIN HAZIRLADIĞI RİSALE-İ NURLARI ƏSL SAHİBİ KİMİ NƏŞR VƏ TƏTBİQ EDƏCƏYİNİ İFADƏ ETMİŞDİR. USTAD ƏMİRDAĞ LAHİKASININ ƏLYAZMASINDA DA “AXIRZAMANDA GƏLƏCƏK HƏZRƏT-İ MEHDİ DƏ ONA O QİYMƏTİ VERƏCƏK ETİQADINDAYAM” İFADƏSİLƏ BU FİKRİNİ BİR DAHA İFADƏ ETMİŞDİR.

Əziz, siddiq qardaşlarım, Əvvəla: Nurun fövqəladə xas şagirdləri Sikke-i Qeybiyyə müştəmilatıyla o övliya-yi məşhurədən qırx gündə bir dəfə çörək yeyib qırx gün yeməyən Osman-ı Halidinin sarih ixbarı və övladlarına vəsiyyətilə və Spartanın məşhur əhl-i qəlb alimlərindən Topal Şükrünün zahir xəbər verməsilə çox əhəmiyyətli həqiqəti dava edib, lakin iki iltibas içində bu biçarə, əhəmiyyətsiz qardaşları Saidə min dərəcə ziyadə pay vermişdirlər. On ildən bəri qənaətlərini tədilə çalışdığım halda, o bahadır qardaşlar qənaətlərində irəli gedirlər. Bəli, onlar On Səkkizinci Məktubdakı iki əhl-i qəlb çobanın macərası kimi haqq bir həqiqəti görmüşdürlər; lakin təbirə möhtacdır. O həqiqət də budur:

ÜMMƏTİN GÖZLƏDİYİ, AXIRZAMANDA GƏLƏCƏK ZATIN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ VƏ ƏN BÖYÜYÜ VƏ ƏN QİYMƏTDARI OLAN İMAN-I TƏHQİQİNİ NƏŞR VƏ ƏHL-İ İMANI DALALƏTDƏN XİLAS ETMƏK CƏHƏTİLƏ (YÖNÜYLƏ), o ən əhəmiyyətli vəzifəni eynilə bitəmamihə Risale-i Nurda görmüşlər. İmam-i Əli və Qövs-i əzəm və Osman-i Xalidi kimi zatlar bu cəhət üçündür ki, gələcək o zatın məqamını Risale-i Nurun şəxs-i mənəvisində kəşfən görmüş kimi işarət etmişlər. Bəzən də o şəxs-i mənəvini bir xadiminə vermişlər, o xadimə mültəfitanə baxmışlar. BU HƏQİQƏTDƏN BAŞA DÜŞÜLÜR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT RİSALE-İ NURU BİR PROQRAMI KİMİ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK.

O zatın ikinci vəzifəsi şəriəti icra və tətbiq etməkdir. Birinci vəzifə maddi qüvvətlə deyil, bəlkə qüvvətli etiqad və ixlas və sədaqətlə olduğu halda bu ikinci vəzifə üçün çox böyük maddi qüvvət və hakimiyyət lazımdır ki, o ikinci vəzifə tətbiq edilə bilsin.

O zatın üçüncü vəzifəsi xilafət-i İslamiyyəni ittihad-i İslama bina edərək İsəvi ruhanilərilə ittifaq edib din-i İslama xidmət etməkdir. Bu vəzifə çox böyük səltənət və qüvvət və milyonlarla fədakarlarla tətbiq edilə bilər. Birinci vəzifə o iki vəzifədən üç-dörd dərəcə artıq qiymətdardır. Lakin o ikinci, üçüncü vəzifələr çox nəzərəçarpan və çox geniş bir dairədə olduğuna görə ümumun və avamın nəzərində daha əhəmiyyətli görünürlər.

Elə o xas Nurçular və bir qismi övliya olan o qardaşlarımızın təbirə və təvilə möhtac fikirlərini ortaya atmaq əhl-i dünyanı və əhl-i siyasəti təlaşa verir və vermişdir, hücumlarına vəsilə olur. Çünki birinci vəzifənin həqiqətini və qiymətini görə bilmirlər, digər cəhətlərə həml edirlər.

Qardaşlarımın ikinci iltibası:

Fani və çürüdülə bilən bir şəxsiyyəti bəzi cəhətlərlə birinci vəzifədə pişdarlıq edən Nur şagirdlərinin şəxs-i mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Halbuki bu iki iltibasda Risale-i Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və uhrəvi məqamata belə alət olmamasına bir yöndən zərər verdiyi kimi əhl-i siyasəti də əvhama salıb Risale-i Nurun nəşrinə zərər gələr. Bu zaman şəxs-i mənəvi zamanı olduğu üçün belə böyük və baqi həqiqətlər fani və aciz və süqut edən şəxsiyyətlərə bina edilməz.

Əlhasil: GƏLƏCƏK O ZATIN İSMİNİ VERMƏK, üç vəzifəsi birdən yada düşür; səhv olar. Həm də heç bir şeyə alət olmayan nurdakı ixlas zədələnər, avam-i müminin nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar. Yəqiniyyət-i bürhaniyyə belə qəzaya-yi məqbulədəki zənn-i qalibə inqilab edər; daha muənnid dalalətə və mütəmərrid zındıqaya tam qələbəsi mütəhayyir əhl-i imanda görünməməyə başlayar. Əhl-i siyasət əvhama və bir qisim mollalar etiraza başlayar. Ona görə Nurlara o ismi vermək münasib görünmür. Bəlkə “Mücəddiddir, onun pişdarıdır” deyilə bilər. Ümum qardaşlarımıza minlərlə salam. (Sikke-i Tasdik-i Gaybi, səh. 9-11)

Ümmətin gözlədiyi axırzamanda gələcək zatın üç vəzifəsindən ən mühümü və ən böyüyü və ən qiymətdarı olan iman-i təhqiqini nəşr və əhl-i imanı dalalətdən xilas etmək cəhətilə o ən əhəmiyyətli vəzifəni eynilə bitəmamihə Risale-i Nurda görmüşlər. İmam-i Əli və Qövs-i əzəm və Osman-i Xalidi kimi zatlar bu cəhət üçündür ki, gələcək o zatın məqamını Risale-i Nurun şəxs-i mənəvisində kəşfən görmüş kimi işarət etmişlər. Bəzən də o şəxs-i mənəvini bir xadiminə vermişlər, o xadimə mültəfitanə baxmışlar. BU HƏQİQƏTDƏN BAŞA DÜŞÜLÜR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT RİSALE-İ NURU BİR PROQRAMI KİMİ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK. (Beyanat ve Tenvirler, Səhifə 310)

9.

... LAKİN ÇİÇƏKLƏR BAHARDA GƏLİR. ELƏ QÜDSİ ÇİÇƏKLƏRƏ ZƏMİN HAZIR ETMƏK LAZIM GƏLİR. VƏ ANLADIQ Kİ, BU XİDMƏTİMİZLƏ O NURANİ ZATLARA ZƏMİN İHZAR EDİRİK...
(Sikke-i Tasdik-i Gaybi, səh. 189) (Barla Lahikası, 28-ci məktubdan 7-ci Risalə olan 7-ci Məsələ)

SAİD NURSİ HƏZRƏTLƏRİ “BARLA LAHİKASI”NI 1926-CI İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTAD RİSALƏLƏRİNDƏ ÖZ YAŞADIĞI DÖVRÜN QIŞ OLDUĞUNU İFADƏ EDƏN İZAHLAR VERƏRKƏN HZ. MEHDİDƏN (Ə.S.) BƏHS ETDİYİ BU BÖLMƏDƏ İSƏ HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİNƏ XİTABƏN ONLARIN BAHARDA GƏLƏCƏKLƏRİNİ İFADƏ ETMİŞDİR. BUNDAN ƏLAVƏ, BƏDİÜZZAMAN BU ƏSƏRLƏRİLƏ ÖZÜNDƏN SONRA GƏLƏCƏK O MÜBARƏK İNSANLARA ŞƏRAİT HAZIRLADIĞINI BİLDİRMİŞDİR.

Beşinci Səbəb: Çox zaman əvvəl bir əhl-i vəlayətdən eşitdim ki, o zat keçmiş vəlilərin qeybi işarətlərindən istihrac etmiş və qənaətə gəlmişdir ki, Şərq tərəfindən bir nur zühur edəcək, bidalar zülümatını dağıdacaq.” Mən belə bir nurun zühuruna çox intizar etdim və edirəm. LAKİN ÇİÇƏKLƏR BAHARDA GƏLİR. ELƏ QÜDSİ ÇİÇƏKLƏRƏ ZƏMİN HAZIR ETMƏK LAZIM GƏLİR. VƏ ANLADIQ Kİ, BU XİDMƏTİMİZLƏ O NURANİ ZATLARA ZƏMİN İHZAR EDİRİK. Madam ki, özümüzə aid deyil, əlbəttə, Sözlər namındakı nurlara aid olan inayət-i İlahiyyəni bəyan etməkdə mədar-i faxir və qürur ola bilməz, bəlkə mədar-i həmd və şükür və təhdis-i nemət olar. (Sikke-i Tasdik-i Gaybi, səh. 189) (Barla Lahikası, 28-ci Məktubdan 7-ci Risalə olan 7-ci Məsələ)

10.

AXIRZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA, ƏLBƏTTƏ, ƏN BÖYÜK MÜCTƏHİD, HƏM DƏ ƏN BÖYÜK MÜCƏDDİD, HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞÜD, HƏM QÜTB-Ü ƏZƏM KİMİ BİR ZAT-İ NURANİNİ GÖNDƏRƏCƏK VƏ O ZAT DA ƏHL-İ BEYT-İ NƏBƏVİDƏN OLACAQDIR...
(Mektubat, səh. 425-426)

SAİD NURSİ HƏZRƏTLƏRİ “MƏKTUBATI” 1926-CI İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTADIN DÖVRÜNDƏ AXIRZAMANIN ƏN BÖYÜK FƏSADI OLAN DARVİNİZM, MATERİALİZM VƏ ATEİZMİN CƏMİYYƏT ÜZƏRİNDƏKİ TƏSİRİ BU GÜNKÜ KİMİ GÜCLÜ DEYİLDİ. LAKİN HZ. MEHDİNİN (Ə.S.) ZÜHUR ƏSRİ OLAN HİCRİ 1400-CÜ İL BU DİNSİZ CƏRƏYANLARIN ÇOX SÜRƏTLƏ YÜKSƏLDİYİ, İNSANLARA VƏ CƏMİYYƏTƏ ƏN ÇOX TƏSİR ETDİYİ ƏSR OLMUŞDUR. DÖVRLƏRİNDƏ ETDİKLƏRİ XİDMƏTLƏR BAXIMINDAN NƏ USTAD, NƏ DƏ ONDAN ƏVVƏL GƏLƏN MÜCƏDDİDLƏR HZ. MEHDİDƏ (Ə.S.) TOPLANACAQ ƏN BÖYÜK MÜCƏDDİD, ƏN BÖYÜK MÜRŞÜD VƏ MÜCTƏHİD, HAKİM, MEHDİ VƏ QÜTB-Ü ƏZƏM SİFƏTLƏRİNƏ BİRLİKDƏ SAHİB OLMAMIŞLAR.

Əlcavab: Cənab-i Haqq kamal-i rəhmətindən şəriət-i İslamiyyətin ədəbiyyatına bir əsər-i himayət kimi hər bir fəsad-i ümmət zamanında bir müslih və ya bir mücəddid və ya bir xəlifə-i zişan və ya bir qütb-ü əzəm və ya bir mürşüd-ü əkməl və yaxud bir növ Mehdi hökmündə mübarək zatları göndərmişdir; fəsadı izalə edib milləti islah etmiş; Din-i Əhmədiyyəni (Ə.S.M.) mühafizə etmişdir. Madam ki, adəti elə cərəyan edir, AXIRZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA ƏLBƏTTƏ ƏN BÖYÜK MÜCTƏHİD, HƏM DƏ ƏN BÖYÜK MÜCƏDDİD, HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞÜD, HƏM QÜTB-Ü ƏZƏM KİMİ BİR ZAT-İ NURANİNİ GÖNDƏRƏCƏK VƏ O ZAT DA ƏHL-İ BEYT-İ NƏBƏVİDƏN OLACAQDIR. CƏNAB-İ HAQQ BİR DƏQİQƏ ZƏRFİNDƏ BEYN-ƏS-SƏMA VƏL-ƏRZ ALƏMİNİ BULUDLARLA DOLDURUB BOŞALTDIĞI KİMİ BİR SANİYƏDƏ DƏNİZİN FIRTINALARINI TƏSKİN EDƏR VƏ BAHARDA BİR SAATDA YAY MÖVSÜMÜNÜN NÜMUNƏSİNİ VƏ YAYDA BİR SAATDA QIŞ FIRTINASINI İCAD EDƏN QADİR-İ ZÜLCƏLAL MEHDİ İLƏ DƏ ALƏM-İ İSLAMIN ZÜLÜMATINI DAĞIDA BİLƏR VƏ VƏD ETMİŞDİR. VƏDİNİ ƏLBƏTTƏ YERİNƏ YETİRƏCƏKDİR.

Qüdrət-i İlahiyyə cəhətindən baxılsa, olduqca asandır. Əgər dairə-i əsbab və hikmət-i Rəbbaniyyə cəhətindən düşünülsə, yenə o qədər mümkün və vükua layiqdir ki, “Əgər müxbir-i Sadiqdən rəvayət olmasa belə hər halda elə olmaq lazım gəlir. “Və olacaqdır”-deyə əhl-i təfəkkür hökm edir. Belə ki: Fəlillahilhəmd, ... Allahım!” Eynilə Aləmlərdə İbrahimə və İbrahimin Alinə səlat etdiyin kimi Əfəndimiz Məhəmmədə və Əfəndimiz Məhəmmədin Alinə də səlat et. Şübhəsiz, Sən hər cür həmd və tərifə nəhayətsiz dərəcədə layiqsən və şan və şərəfin hər şeydən nəhayətsiz dərəcədə yüksəkdir. Al-i İbrahim Əleyhissalam kimi elə bir vəziyyət almışdır ki, ümum mübarək silsilələrin başında ümum əqtar və əsarın məcmalarında o nurani zatlar sərkərdəlik edirlər. Və elə bir kəsrətdədirlər ki, o sərkərdələrin məcmusu böyük bir ordu təşkil edir. Əgər maddi şəklə girsə və bir təsanüdlə firqə vəziyyətini alsalar, İslamiyyət dinini milliyyət-i müqəddəsə hökmündə rabitə-i ittifaq və intibah etsələr, heç bir millətin ordusu onlara qarşı tab gətirə bilməz. O çox kəsrətli müqtədir ordu məhz Al-i Məhamməd Aleyhissəlatu Vəssəlamdır və Həzrət-i Mehdinin ən xas ordusudur. Bəli, bu gün tarix-i Aləmdə heç bir nəsil, şəcərə ilə və sənətlərlə və ənanə ilə bir-birinə müttəsil və ən yüksək şərəf və Ali həsəb və əsl-nəsəblə mümtaz heç bir nəsil yoxdur ki, Al-i Beytdən gələn seyidlər nəsli qədər qüvvətli və əhəmiyyətli olsun. Keçmiş zamandan bəri bütün əhl-i həqiqətin firqələri başında onlar və əhl-i kamAlın namdar rəisləri yenə onlardır. İndi də kəmiyyət baxımından milyonları keçən nəsl-i mübarəkdir. Mütənəbbih və qəlbləri imanlı və məhəbbət-i Nəbəvi ilə dolu və cahandəyər şərəf-i intisabıyla sərfirazdırlar. BELƏ BİR CAMAAT-İ ƏZİMƏ İÇİNDƏKİ MÜQƏDDƏS QÜVVƏTİ TƏHYİC EDƏCƏK VƏ OYANDIRACAQ HƏDİSAT-İ ƏZİMƏ VÜCUDA GƏLİR. ƏLBƏTTƏ O QÜVVƏT-İ ƏZİMƏDƏKİ BİR HAMİYƏT-İ ALİYƏ FƏVƏRAN EDƏCƏK VƏ HƏZRƏT-İ MEHDİ BAŞINA KEÇİB TARİQ-İ HAQQ VƏ HƏQİQƏTƏ SÖVQ EDƏCƏK. BELƏ OLMAQ VƏ BELƏ OLMASINI, BU QIŞDAN SONRA BAHARIN GƏLMƏSİ KİMİ, ADƏTULLAHDAN VƏ RƏHMƏT-İ İLAHİYYƏDƏN GÖZLƏYİRİK VƏ GÖZLƏMƏKDƏ HAQLIYIQ.

İkinci işarət,yəni:
Altıncı işarət

Həzrət-i Mehdinin cəmiyyət-i nuraniyyəsi Sufyan komitəsinin təxribatçı rejim-i bidəqaranəsini təmir edəcək, Sünnət-i Səniyyəni bərpa edəcək, yəni Aləm-i İslamiyyətdə risalət-i Əhmədiyyəni (ə.s.m.) inkar niyyətilə şəriət-i Əhmədiyyəni (ə.s.m.) təxribə çalışan Sufyan komitəsi Həzrət-i Mehdi cəmiyyətinin möcüzəkar mənəvi qılıncı ilə öldürüləcək və məhv ediləcək. Həm Aləm-i insaniyyətdə inkar-i uluhiyyət niyyətilə mədəniyyət və müqəddəsat-i bəşəriyyəni zir-ü zəbər edən Dəccal komitəsini, Həzrət-i İsa Əleyhissalamın din-i həqiqisini İslamiyyətin həqiqətilə birləşdirməyə çalışan hamiyətkar və fədakar bir İsəvi camaatı namı altında və “Müsəlman İsəviləri” ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini Həzrət-i İsa Əleyhissalamın riyasəti altında öldürəcək və məhv edəcək, bəşəri inkar-i uluhiyyətdən xilas edəcək. Bu mühüm sirr çox uzundur. Başqa yerlərdə bir az bəhs etdiyimizə görə burada bu qısa işarətlə iqtifa edirik. (Mektubat, səh. 425-426)

11. Mehdinin Üç Vəzifəsi

(Emirdağ Lahikası 1, səh. 231-233)

USTAD BƏDİÜZZAMAN SAİD NURSİ HƏZRƏTLƏRİ ƏMİRDAĞ LAHİKASINI 1949-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD HZ. MEHDİNİN (Ə.S.) XÜSUSİLƏ DARVİNİZM, MATERİALİZM VƏ ATEİZM FƏLSƏFƏLƏRİNİ TAMAMİLƏ SUSDURARAQ İNSANLARIN İMANINI XİLAS ETMƏYƏ VƏSİLƏ OLACAQ ŞƏKİLDƏ ÇOX TƏSİRLİ FƏALİYYƏT GÖSTƏRƏCƏYİNİ İFADƏ ETMİŞDİR. USTAD ÖZÜNÜN YAŞADIĞI DÖVR DAXİL OLMAQ ÜZRƏ HƏR DÖVRDƏ BİR NÖV MEHDİ VƏSFİNƏ MALİK ŞƏXSLƏR GƏLDİYİNİ, ANCAQ HEÇ BİRİNİN BU ÜÇ VƏZİFƏNİ EYNİ ANDA ETMƏ QÜDRƏTİNƏ MALİK OLMADIQLARINI İFADƏ ETMİŞDİR.

Mehdinin üç vəzifəsi. Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi, çoxların namına məndən soruşdu ki: “Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri çox musirranə şəkildə axırzamanda gələn al-i Beytin böyük mürşüdü səni zənn edirlər və o qədər çəkindiyin halda onlar israr edirlər.

Sən də bu qədər musirranə onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə onların əlində bir həqiqət və qəti bir hüccət var və sən də bir hikmət və həqiqətə binaən onlara müvafəqət etmirsən. Bu isə bir təzaddır, hər halda həllini istəyirik.” Mən də bu zatın təmsil etdiyi çox məsaillərə cavabən deyirəm ki: O xas Nurçuların əllərində bir həqiqət var. Lakin iki cəhətdə bir təbir və təvil lazımdır.

Birincisi: ÇOX DƏFƏ MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ, MEHDİ AL-İ RƏSULUN TƏMSİL ETDİYİ QÜDSİ CAMAATININ ŞƏXS-İ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. ƏGƏR TEZ QİYAMƏT QOPMASA VƏ BƏŞƏR BÜTÜN-BÜTÜN YOLDAN ÇIXMAZSA, O VƏZİFƏLƏRİ ONUN CƏMİYYƏTİ VƏ SEYİDLƏR CAMAATININ EDƏCƏYİNİ RƏHMƏT-İ İLAHİYYƏDƏN GÖZLƏYİRİK. ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ:

Birincisi:
Fənn və fəlsəfənin təsallutu ilə və maddiyyun və təbiiyyun taununun bəşər içində intişar etməsilə hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini tam susduracaq tərzdə imanı xilas etməkdir. Əhl-i imanı dalalətdən mühafizə etməkdir və bu vəzifə həm dünya, həm hər şeydən əl çəkməklə, çox vaxt tədqiqat ilə məşğuliyyəti iqtiza etdiyinə görə Həzrət-i Mehdinin o vəzifəni şəxsən özü görməyə vaxt və hal imkan verməz. Çünki xilafət-i Məhəmmədiyyə (ə.s.m.) cəhətindəki səltənəti onunla iştiqalə vaxt qoymur. HƏR-HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAYFA BİR BAXIMDAN YERİNƏ YETİRƏCƏK. O ZAT O TAYFANIN UZUN TƏDQİQATI İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUNLA O BİRİNCİ VƏZİFƏNİ TAM YERİNƏ YETİRƏCƏK. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU YALNIZ İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD SİFƏTLƏRİNƏ TAM MALİK OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR. NƏ QƏDƏR DƏ AZ OLSALAR, MƏNƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ QİYMƏTLİ SAYILIRLAR.

İkinci vəzifəsi:
XİLAFƏT-İ MƏHƏMMƏDİYYƏ (Ə.S.M.) ÜNVANI İLƏ ŞƏAİR-İ İSLAMİYYƏNİ BƏRPA ETMƏKDİR. ALƏM-İ İSLAMIN VƏHDƏTİNİ NÖQTƏ-İ İSTİNAD EDİB BƏŞƏRİYYƏTİ MADDİ VƏ MƏNƏVİ TƏHLÜKƏLƏRDƏN VƏ QƏZƏB-İ İLAHİDƏN XİLAS ETMƏKDİR. BU VƏZİFƏNİN NÖQTƏ-İ İSTİNADI VƏ XADİMLƏRİ, MİLYONLARLA ƏFRADI OLAN ORDULAR LAZIMDIR.

Üçüncü vəzifəsi:
İNQİLABAT-İ ZAMANİYYƏ İLƏ ÇOX ƏHKAM-İ QURANİYYƏNİN ZƏDƏLƏNMƏSİLƏ VƏ ŞƏRİƏT-İ MƏHƏMMƏDİYYƏNİN (Ə.S.M.) QANUNLARININ BİR DƏRƏCƏ TƏTİLƏ UĞRAMASI İLƏ O ZAT BÜTÜN ƏHL-İ İMANIN MƏNƏVİ YARDIMLARI İLƏ VƏ İTTİHAD-İ İSLAMIN MÜAVƏNƏTİLƏ VƏ BÜTÜN ÜLƏMA VƏ ÖVLİYANIN VƏ BİLXASSƏ AL-İ BEYTİN NƏSLİNDƏN HƏR ƏSRDƏ QÜVVƏTLİ VƏ KƏSRƏTLİ MİLYONLARLA FƏDAKAR SEYYİDLƏRİN İLTİHAQLARI İLƏ O VƏZİFƏ-İ ÜZMANI ETMƏYƏ ÇALIŞACAQ.

İndi həqiqət-i hal belə olduğu halda ən birinci vəzifəsi və ən yüksək məsləyi olan imanı xilas etmək və imanı təhqiqi surətdə ümuma dərs vermək, hətta avamın da imanını təhqiq etmək vəzifəsi isə mənən və həqiqətən hidayət edici, irşad edici mənasının tam sərahətini ifadə etdiyi üçün Nur Şagirdləri bu vəzifəni tamamilə Risale-i Nurda gördüklərinə görə ikinci və üçüncü vəzifələr buna nisbətən ikinci və üçüncü dərəcədədir deyə Risale-i Nurun şəxs-i mənəvisini haqlı olaraq bir növ Mehdi tələqqi edirlər. O şəxs-i mənəvinin də bir müməssili Nur Şagirdlərinin təsanüdündən gələn bir şəxs-i mənəvisi və o şəxs-i mənəvidə bir növ müməssili olan biçarə tərcümanını zənn etdiklərinə görə bəzən o ismi ona da verirlər. Lakin bu bir iltibas və bir səhvdir, ancaq onlar onda məsul deyillər. Çünki ziyadə hüsn-ü zənn keçmişdən bəri cərəyan edir və etiraz edilməz. Mən də o qardaşlarımın çox ziyadə hüsn-ü zənlərini bir növ dua və təmənni və Nur Tələbələrinin kamal-i etiqadlarının bir tərəşşuhu gördüyümə görə onlara çox əhəmiyyət verməzdim. Hətta keçmiş övliyanın bir qismi kəramət-i qeybiyyələrdən Risale-i Nuru eynilə o axırzamanın hidayət edicisi olması kəşfləri bu təhqiqat ilə təvili başa düşülür. Deməli, iki nöqtədə bir iltibas var, təvil lazımdır.

Birincisi: AXIRDAKI İKİ VƏZİFƏ, BAXMAYARAQ Kİ HƏQİQƏT NÖQTƏSİNDƏ BİRİNCİ VƏZİFƏ DƏRƏCƏSİNDƏ DEYİLLƏR, lakin xilafət-i Məhəmmədiyyə (ə.s.m.) və ittihad-i İslam orduları ilə zəmin üzündə səltənət-i İslamiyyəni sürmək cəhətində hər kəsdə, xüsusən avamda, xüsusən əhl-i siyasətdə, xüsusən bu əsrin əfkarında o birinci vəzifədən min dərəcə geniş görünür və bu isim bir adama verildikdə bu iki vəzifə yada düşür, siyasət mənasını ixsas edir, bəlkə də xodfüruşluq mənasını yada salır, bəlkə bir şan, şərəf və məqampərəstlik və şöhrətpərəstlik arzularını göstərir. Keçmişdən bəri və indi də çox safdil və məqampərəst zatlar “Mehdi olacağam” deyə dava edirlər. BAXMAYARAQ Kİ, HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR NÖV MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞDİR, LAKİN HEÇ BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİSİNİ BİR CƏHƏTDƏN YERİNƏ YETİRMƏSİ ETİBARİLƏ AXIRZAMANIN MEHDİSİ ÜNVANINI ALMAMIŞLAR.

Həm də məhkəmədə Dənizli əhl-i vükufu bəzi şagirdlərin bu etiqadlarına əsasən mənim haqqımda demişdirlər ki: “Əgər Mehdilik davam etsə, bütün şagirdləri qəbul edəcəklər.” Mən də onlara demişdim: “MƏN ÖZÜMÜ SEYİD HESAB ETMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ AL-İ BEYTDƏN OLACAQDIR. Baxmayaraq ki, mənən mən Həzrət-i Əlinin (r.a.) bir vələd-i mənəvisi hökmündə ondan həqiqət dərsi almışam və Al-i Məhəmməd Əleyhissalam bir mənada həqiqi Nur Şagirdlərinə şamil olunmasına görə mən də Al-i Beytdən sayıla bilərəm. Amma bu zaman şəxs-i mənəvi zamanı olduğuna görə və Nurun məsləyində heç bir cəhətdən mənlik və şəxsiyyət və şəxsi məqamları arzu etmək və şan-şərəf qazanmaq yoxdur və sirr-i ixlasa tam müxalif olduğuna görə Cənab-i Haqqa hədsiz şükür edirəm ki, məni özümə bəyəndirməməsinə görə mən elə şəxsi və həddimdən hədsiz dərəcə artıq məqamata gözümü dikmərəm və Nurdakı ixlası pozmamaq üçün uhrəvi məqamat belə mənə verilsə, əl çəkməyə özümü məcbur bilirəm” dedim. O əhl-i vüquf susdu.

(Əmirdağ Lahikası-I, səh. 231-233)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)