Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri

Bədiüzzamanın Həbsdə Olduğu Halda İnsanlar Tərəfindən 2-3 Dəfə Məsciddə Səhər Namazını Qılarkən Görülməsi

Bədiüzzaman Denizlidə həbsdə ikən xalq iki-üç dəfə Ustadı müxtəlif məscidlərdə səhər namazını qılarkən görür. Hakim eşidir, həbsxana müdirinə əsəbləşərək “Bədiüzzamanı səhər namazında çolə - məscidə çıxarmısınız” deyir. Araşdırıb öyrənir ki, Ustad həbsxanadan çölə qətiyyən çıxarılmayıb. Eskişehir Həbsxanasında ikən də bir Cümə günü həbsxana müdiri katib ilə oturarkən bir səs eşidir: “Müdir bəy! Müdir bəy!” Müdir baxır ki, Bədiüzzaman uca səslə “mən mütləq bu gün Ak Camidə olmalıyam” deyir.

Müdir “Yaxşı, Əfəndi Həzrətləri” deyə cavab verir. Öz-özünə “hər halda Hoca Əfəndi özünün həbsdə olduğunu və çölə çıxa bilməyəcəyini bilmir” deyir və otağına gedir.

Günorta vaxtı “Bədiüzzamanın könlünü alım, Ak Camiyə gedə bilməyəcəyini izah edim” fikrilə Ustadın kamerasına gedir. Kameranın pəncərəsindən baxıb görür ki, Bədiüzzaman içəridə yoxdur! Dərhal jandarmdan soruşur. “İçəridə idi, həm də axı qapı kilidlidir” cavabını alır.

Dərhal məscidə qaçır. Bədiüzzamanın qabaqda, ön səfdə sağ tərəfdə namaz qıldığını görür. Namazın sonunda Bədiüzzamanı yerində görmür, tez həbsxanaya qayıdır. Həzrət-i Ustadın “Allahu Əkbər” deyərək səcdəyə getdiyini heyrət içində görür. (Bu hadisəni şəxsən o zamankı həbsxana müdiri danışmışdır).

Dəmir Qandalların Bədiüzzaman Namaz Qılmaq İstədikdə Açılması

“Molla Said əlləri bağlı, mühafizəçinin nəzarətində Bitlisə aparıldı. Jandarmlarla yolda gedərkən namaz vaxtı gəlir. Namaz qılmaq üçün qandalların açılmasını jandarmlara deyir. Jandarmlar qəbul etmədikdə dəmir qandalları dəsmal kimi açaraq önlərinə atır. Jandarmlar bu halı kəramət kimi düşünüb heyrət içində qalırlar. Təslimiyyətlə, rica və istirham (xahiş) ilə: Biz indiyə qədər mühafizəçiniz idik, bundan sonra xidmətçinizik! deyirlər. Bir gün Bədiüzzamandan soruşdular: Qandalı necə açdın? Dedi: Mən də bilmirəm. Lakin olsa-olsa, namazın kəramətidir.” (Tarihçe-i Hayat, səh. 42)

Bədiüzzaman Təcridxanada İkən Eyni Vaxtda Bazarda Görülməsi

Bədiüzzaman həbsdə ikən bir gün o zamanın Eskişehir müddə-i ümumisi (hakimi) Ustadı bazarda görür. Heyrət və təəccüblə və vəzifəsindən azad ediləcəyi fikrilə həbsxana müdirinə: “Nə üçün Bədiüzzamanı bazara buraxıbsınız? İndicə bazarda gördüm” deyir. Müdir də: “Xeyr, Bədiüzzaman həbsxanadadır, hətta təcridxanadadır, baxın” deyə cavab verir. (Tarihçe-i Hayat, səh. 192)

Dağ Başında Məhz Ehtiyacı Olduğu Anda Çörək Tapması

Süleyman adlı mübarək qonağım vardı. Mənim də, onun da çörəyi qurtarırdı. Çərşənbə günü idi, ona dedim: Get, çörək gətir. İki saat “ətrafda kimsə yoxdur ki, çörək alaq. Cümə gecəsi sənin yanında bu dağda birlikdə dua etmək istəyirəm” dedi. Mən də dedim: “qal”. Sonra heç dəxli olmadığı halda və heç bir bəhanə yox ikən ikimiz gəzə-gəzə bir dağın başına çıxdıq. Dolçada bir az su vardı. Bir parça qənd ilə çayımız da vardı. Dedim: “Qardaşım, bir az çay hazırla.” O hazırlamağa başladı, mən də dərin dərənin kənarındakı qatran ağacının altında oturdum. Üzülərək belə düşündüm: “Kiflənmiş bir parça çörəyimiz var, bu axşam ikimizə ancaq çatar. İki gün nə edəcəyik və bu təmiz qəlbli adama nə deyəcəyəm?” deyə düşünərkən birdən-birə başımı çevirdim, gördüm ki, böyük bir çörək qatran ağacının üstündə, budaqların arasından bizə baxır. Dedim: “Süleyman, mujdə! Cənab-i Haqq bizə ruzi verdi.” O çörəyi aldıq, baxırıq ki, quşlar və vəhşi heyvanlar heç biri toxunmayıb. İyirmi-otuz gün heç bir insan o təpəyə çıxmamışdı. O çörək ikimizə iki gün bəs etdi. Bu çörək qurtararkən dörd illik sadiq dostum olan müstəqim (təmiz, düzgün) Süleyman çörəklə aşağıdan gəldi. (Tarihçe-i Hayat, səh. 249-251)

Vəfat Edəcəyi Tarixi Və Məzarının Gizli Qalacağını Əvvəlcədən Bilməsi

Əddai

(Şeirin adı olan “Əddai” sözünün əbcədi 86-dır və Ustadın da vəfat etdiyi yaşdır.)

Dağılmış bir məzarım ki, yığılmışdır içində

Saiddən yetmiş doqquz əmvat (ölülər) bə-asam (günahlar ilə) ələma (ələmlər). (Bədiüzzaman Hicri 1379-cu ildə vəfat etmişdir)

Səksəninci olmuşdur məzara bir məzar daş. (Hicri 1380-ci ildə məzarı dağılmışdır)

Bərabər ağlayır hüsran-i İslama (sıxıntı çəkən İslama).

Məzar daşımla pür-əmvat (cəsəd dolu) ənindar (inildəyən) o məzarımla

Rəvanım saha-i uqba-yi fərdama (yeriyirəm gələcək axirət həyatıma).

Yəqinim var ki (tamamilə əminəm ki), istiqbal səmavatı zəmin-i Asiya (Asiya qitəsi gələcəyin aydınlığıdır)

Bahəm (bərabər) olar təslim yəd-i bəyza-yi İslama (İslamın aydınlıq və dost əlinə birlikdə təsilm olacaq).

Çünki yəmin-i yümn-i imandır (çünki imandan gələn qüvvət və bərəkət)

Verir əmn-ü əman ilə ənama (İnsanlara etibar və hüzur verir)...

Said Nursi bu şeirində işarə etdiyi yetmiş doqquzuncu il Hicri 1379-cu ildir. Ustad bu tarixdə vəfat etmişdir. Şeirində “Səksəninci olmuşdur” ifadəsilə bildirdiyi kimi ölümündən bir müddət sonra, yəni Hicri 1380-ci ildə məzarı dağıdılmış və mübarək bədəni başqa yerə aparılmışdır.

Ustad “Əddai”ni 1918-1920-ci illər arasında yazmış, yəni vəfatından təqribən 40 il əvvəl vəfat edəcəyi vaxtı bildirmişdir.

Röyada Bir Xitabə

Məzmunu və yadda qalan əlfazı (sözləri) eynilə belədir.

1335-ci ilin sentyabrında dəhrin hadisələrinin verdiyi ümidsizliklə şiddətlə müztarib (iztirablı) idim. Bu zülmət içində bir nur axtarırdım. Mənəvi yuxu olan oyanıq halda tapmadım. Həqiqətən oyanıqlıq olan röya-yi sadiqədə bir ziya (işıq) gördüm. Təfsilatı tərk ilə ancaq mənə söylədilmiş cəhətləri qeyd edəcəyəm. Belə ki:

Bir Cümə gecəsində nəvm ilə aləm-i misala girdim. Bir nəfər gəldi, dedi:

“Müqəddərat-i İslam üçün təşəkkül edən bir məclis-i möhtəşəm səni istəyir.”

Getdim, münəvər, əmsalını dünyada görmədiyim Sələf-i Salihindən və əsarın məbuslarından hər əsrin məbusları içində olan məclis gördüm. Hicab edib (utanaraq) qapıda dayandım. Onlardan bir zat dedi ki: “Ey fəlakət-həlakət əsrinin adamı, sənin də rəyin var. Fikrini bəyan et.” Ayaqüstə dayanıb dedim: “Soruşun, cavab verim.” Biri dedi: “Bu məğlubiyyətin nəticəsi nə olacaq, qalibiyyətdə nə olardı?” Dedim: “Müsibət şərr-i məhz olmadığı üçün bəzən səadətdə fəlakət olduğu kimi fəlakətdən də səadət çıxar. Qədimdən bəri ila-yi kəlimətullah və bəka-yi istiqlaliyyət-i İslam üçün fərz-i kifayə-i cihadı dəruxdə ilə özünü yekvücud olan aləm-i İslama fədaya vəzifədar və xilafətə bayraqdar görmüş bu dövlət-i İslamiyyənin fəlakəti aləm-i İslamın səadət-i müstəqbələsilə əvəz ediləcəkdir. Çünki bu müsibət mayə-i həyatımız və ab-i həyatımız olan uhuvvət-i İslamiyyənin inkişaf və ehtizazını həddindən artıq təcil etdi. Biz incidildikdə aləm-i İslam ağlayır. Avropa daha çox incitsə, bağıracaq. Əgər ölsək, iyirmi nəfər olaraq öləcək, üç yüz nəfər olaraq diriləcəyik. Möcüzələr əsrindəyik...” (Sünuhat, səh. 55-57)

Gecə Gördüklərinin Gündüz Eynilə Baş Verməsi

Röya-yi sadiqə mənim üçün haqqəlyəqin (mərifət mərtəbəsinin ən yüksəyi. Ən yəqini surətdə - açıq aydın həqiqəti müşahidə edib yaşamaq ahı) dərəcəsinə çatmışdır... Bir deyil, yüz deyil, bəlkə min dəfə gecə heç düşünmədiyim halda gördüyüm bəzi adamlar və ya dediyim şeylər o gecənin gündüzündə bir az təbir ilə eynilə çıxır. Deməli ən cüzi hadisat (ən kiçik bir hadisə) baş vermədən əvvəl həm müqəyyəddir (qeyd edilmişdir), həm də yazılmışdır. Deməli təsadüf yoxdur, hadisat (hadisələr) nəzarətsiz baş vermir, intizamsız deyillər. (Mektubat, səh. 372)

Kommunizmin Süqut Edəcəyini Bilməsi

“Divan-ı Harb-i Örfidən bəraət qazanıb İstanbuldan ayrılır. Dəniz yolu ilə Batumiyə gəlir və Tiflisə keçir. Şeyx Sənan təpəsinə çıxaraq şəhəri yuxarıdan seyr edərkən yanına bir rus polisi gəlir və soruşur:

-Niyə belə diqqətlə baxırsan?

Bədiüzzaman deyir:

- Mədrəsəmin planını qururam.

O deyir:

- Haralısan?

Bədiüzzaman:

- Bitlisliyəm.

Rus polisi:

- Bu Tiflisdir.

Bədiüzzaman:

- Bitlis və Tiflis bir-birinin qardaşıdır.

Rus polisi:

- O nə deməkdir?

Bədiüzzaman:

- Asiyada aləm-i İslamda üç nur bir-birinin ardınca inkişafa başlayır. Sizdə bir-birinin üstündə üç zülmət inkişafa başlayacaq. bu pərdə-i müstəbidanə (zorbaliq) məhv ediləcək, təqəllüs edəcək (toplanacaq), mən də gəlib burada mədrəsəmi quracağam.”

Rus polisi:

- Təəssüf ki, sənin ümidinə heyrət edirəm.

Bədiüzzaman:

- Mən də sənin ağlına heyrət edirəm. Bu qışın davam edəcəyinə ehtimal edirsən? Hər qışın bir baharı, hər gecənin bir nəharı vardır. (Bilinmeyen Taraflarıyla Bediüzzaman Said Nursi, səh. 144, Nesil Yayınevi)

Gələcəyə Dair Çox Xəbər Alması, Lakin Onların Bir Qisminin Deyilməsinə İcazə Verilmədiyini İfadə Etməsi

Bu məqamda pərdə endi. Yazmağa icazə verilmədi. Başqa zamana təxir edildi. (Şualar, səh. 266)

Mənəvi və əhəmiyyətli bir canibdən (istiqamətdən) indiki zəlzələ münasibətilə altı-yeddi cüzi suala qarşı yenə mənəvi ixtar (xəbərdarlıq) yardımı ilə cavabları qəlbə gəldi. Təfsilən (uzun-uzadı, təfsilatı ilə) yazmağa neçə dəfə niyyət etdimsə də, icazə verilmədi. Yalnız icmalən (qısaca, konkret) yazılacaq. (Sözler, səh. 178)

Ürəyindən Keçirdiklərinin Dərhal Həyata Keçməsi

İkinci misal: Olduqca kiçik və lətifdir, bu günlərdə baş verən əhvalatı danışacağam. Belə ki, fəcrdən əvvəl yadıma düşdü ki, bir zatın qəlbinə vəsvəsə verəcək tərzdə bir şey demişdim. Öz-özümə dedim ki, kaş onu görsəydim, qəlbindəki dağdağanı (iztirabı, təlaşı) aradan qaldıra bilsəydim. Eyni dəqiqədə Nisdə (Eğirdir rayonunun sahilində bir ada – Ustad Barlaya bu adadan qayıqla aparılırmış) qalmış bir kitabımın hissəsi mənə lazım idi; kaş əlimə keçsə idi. Səhər namazından sonra oturdum; baxdım ki, həmin zat o kitabın hissəsi əlində içəri girdi. Ona dedim: “Əlindəki nədir?” Dedi: “Bilmirəm, qapının önündə Nisdən gəldiyini deyən bir nəfər mənə verdi, mən də sizə gətirdim.” FəsübhanAllah dedim; belə vaxtda bu adamın evindən çıxıb gəlməsi və bu Sözün Nisdən gəlməsi heç təsadüfə bənzəmir. Bu adama həmin kitabın hissəsini eyni dəqiqədə əlinə verib mənim yanıma göndərən, əlbəttə, Quran-i Hakimin himmətidir deyərək Əlhamdulillah dedim. Mənim ən kiçik. əhəmiyyətsiz, xafi arzu-yu qəlbimi (qəlbimin gizli arzusunu) bilən birisi əlbəttə mənə mərhəmət edir, məni himayə edir, elə isə dünyanın minnətini beş qəpiyə almaram...” (Mektubat, səh. 341)

Avropa Birliyinin Qurulacağını Xəbər Verməsi Və Ondan Sonra İslam Əxlaqının Hakimiyyətini Müjdələməsi

O vaxt Əski Said demişdi: “Osmanlı hökuməti Avropaya hamilədir. Avropa kimi bir hökuməti doğacaq. Avropa da İslamiyyətə hamilədir. O da bir İslam dövləti doğacaq.” Şeyx Bahidə demişdi. O əllamə (böyük alim) zat demişdi: “Mən də təsdiq edirəm.” (Münazarat, səh. 147)

Bir Yuxusunda İslam Əxlaqının Gələcəkdəki Hakimiyyətini İzah Etməsi

Röyada bir xitabə:

Məzmunu və yadda qalan əlfazı (sözləri) eynilə belədir.

1335-ci ilin sentyabrında dəhrin hadisələrinin verdiyi ümidsizliklə şiddətlə müztarib (iztirablı) idim. Bu zülmət içində bir nur axtarırdım. Mənəvi yuxu olan oyanıq halda tapmadım. Həqiqətən oyanıqlıq olan röya-yi sadiqədə bir ziya (işıq) gördüm. Təfsilatı tərk ilə ancaq mənə söylədilmiş cəhətləri qeyd edəcəyəm. Belə ki:

Bir Cümə gecəsində nəvm ilə aləm-i misaa girdim. Bir nəfər gəldi, dedi:

“Müqəddərat-i İslam üçün təşəkkül edən bir məclis-i möhtəşəm səni istəyir.”

Getdim, münəvər, əmsalını dünyada görmədiyim Sələf-i Salihindən və əsarın məbuslarından hər əsrin məbusları içində olan məclis gördüm. Hicab edib (utanaraq) qapıda dayandım. Onlardan bir zat dedi ki: “Ey fəlakət-həlakət əsrinin adamı, sənin də rəyin var. Fikrini bəyan et.” Ayaqüstə dayanıb dedim: “Soruşun, cavab verim.” Biri dedi: “Bu məğlubiyyətin nəticəsi nə olacaq, qalibiyyətdə nə olardı?” Dedim: “Müsibət şərr-i məhz olmadığı üçün bəzən səadətdə fəlakət olduğu kimi fəlakətdən də səadət çıxar. Qədimdən bəri ila-yi kəlimətullah və bəka-yi istiqlaliyyət-i İslam üçün fərz-i kifayə-i cihadı dəruxdə ilə özünü yekvücud olan aləm-i İslama fədaya vəzifədar və xilafətə bayraqdar görmüş bu dövlət-i İslamiyyənin fəlakəti aləm-i İslamın səadət-i müstəqbələsilə əvəz ediləcəkdir. Çünki bu müsibət mayə-i həyatımız və ab-i həyatımız olan uhuvvət-i İslamiyyənin inkişaf və ehtizazını həddindən artıq təcil etdi. Biz incidildikdə aləm-i İslam ağlayır. Avropa daha çox incitsə, bağıracaq. Əgər ölsək, iyirmi nəfər olaraq öləcək, üç yüz nəfər olaraq diriləcəyik. Möcüzələr əsrindəyik...” (Sünuhat, səh. 55-57)

Bədiüzzamanı Ağladan Eskişehir Liseyindəki Xanım Tələbələr

“Bir dəfə cümhuriyyət bayramında Eskişehir həbsxanasının pəncərəsində oturmuşdum. Qarşısındakı lisey məktəbinin böyük qızları onun balkonunda gülərək rəqs edirdilər. Birdən mənəvi film kimi əlli il sonrakı vəziyyətləri mənə göründü. Gördüm ki, o əlli-altmış qız və tələbədən qırx-əllisi qəbirdə torpaq olur, əzab çəkirlər. On nəfəri yetmiş-səksən yaşında çirkinləşmiş, gənclik çağında iffətini qoruya bilmədiyinə görə sevməsini gözlədiyi nəzərlərdən nifrət görürlər. Qəti şəkildə müşahidə etdim. Onların o acınacaqlı hallarına ağladım. Həbsxanadakı bəzi yoldaşlar ağladığımı eşitdilər. Gəldilər, soruşdular. Mən dedim: İndi məni özümlə tək qoyun, gedin.” (Şualar, səh. 198)

Ustadın Vəfat Edəcəyi Yaşı 26 İl Əvvəl Bilməsi

Barla Lahikasında 186-cı səhifədə tələbəsi Hafi Ali qardaşın məktubunda

(... XIV əsrin xadim-i Quranı da doqquz yaşından altmış yaşına qədər bila-istisna birbaşa Quran naminə xidmət...) ifadəsi işlənmişdir. Bu məktub yazıldıqda Ustad Həzrətləri 60 yaşındadır. O tarixdə eyni məktubun “altmış” ifadəsinin üstündə Ustad Həzrətləri öz əlyazısı ilə “səksən altı” sözünü əlavə etmişdir. Yəni həm SƏKSƏN ALTI yaşına qədər yaşayacağını, həm də Quran naminə xidmət edəcəyini vəfatından 26 il əvvəl xəbər verir.

Gələcəkdəki Bəzi Hadisələri Allahın Ona Film Pərdəsi Kimi Seyr Etdirdiyinə Dair Ustadın Açıq İzahı

1926-cı ildə İdris Köşkü Küçəsindəki İdris-i Bitlisi Çeşməsinin qarşısındakı evdə dünyaya gəlmişəm. Babam mərhum Vanlı İsa Cəfər (1876-1963) Əfəndi idi. Atam da Hizanda dünyaya gəlmişdi. Hələ çox gənc yaşlarında Sultan Əbdülhəmid zamanında on beş-iyirmi yaşlarında buraya-İstanbula təhsil almağa gəlmişdi. Ustad Bədiüzzamanı hələ Hizan və Vandan tanıyırdı. Ustad Bədiüzzaman haqqında bizlərə onun elmindən və qəhramanlığından bəhs edirdi. Ustad haqqında “Molla Said” ifadəsini işlədirdi. Ustad Bədiüzzaman Rus əsarətindən gəldiyi vaxtlarda Eyüpdə bir müddət qalmışdı. Hətta İdris-i Bitlisinin xanımının adına olan Zeynəb Xatun Məscidində bir Ramazanda etikafda qalmışdı (etikaf- Ramazanın son günlərində məscid kimi yerlərdə qalıb iman elmilə, Quranla, ibadətlə məşğul olmaq).

Bir gün, deyəsən 1952 və ya 53-cü illər idi. Mən tək başıma evimizdən çıxıb İdris-i Bitlisinin xanımının adına olan Zeynəb Xatun Məscidinə doğru gedirdim. Küçənin başında qarşıma üç nəfər çıxdı. Onlardan ikisi gənc və qalstuklu idi. Tələbə olduqları bəlli olurdu. Üçüncüsü də cübbəli və dar şalvarlı birisi idi. Mən bu adamlara salam verdim. Bu şəxs heybətli görünürdü. Salam verdikdə də elə baxışları ilə heybətini göstərmişdi. Gənclər iyirmi-iyirmi səkkiz yaşlarında olardı. Təmiz geyinmişdilər və universitet tələbəsi olduqları başa düşülürdü. Bu heybətli şəxs mənə salam verdi və “Sən kimin oğlusan?” deyə soruşdu. Mən heç cavab vermədən dərhal evə qaçdım. Atamı çağırdım, “Ata, ata, bir möhtərəm şəxs səni soruşur” dedim. Atam “Bu şəxs bizim Molla Said Əfəndi deyil?” dedi. “Bilmirəm” dedim. Atam isə qapıdan çıxaraq bu şəxsləri qarşılamağa qaçdı. Bizə doğru on beş-iyirmi addım gəlmişdilər. Atam tanıdı və dərhal Ustadın əllərinə doğru əyildi, əllərini öpmək istədi. Ustad əlini çəkdi və öpməyə qoymadı. Gəzərək məzarın başına qədər getdilər. Ustad Bədiüzzaman hündür bir ağacın yanındakı yuvarlaq daşın üstündə oturdu.

Mərhum atam da Ustadın yanında oturdu, digər gənc tələbələr də orada oturdular. Mən isə arxada və ayaq üstə duraraq söhbətlərini dinləməyə çalışırdım. Bəzən kürd dilində danışırdılar. Mən o vaxt dillərini anlamırdım. Türkcə danışdıqda mən də anlayırdım. Deyəsən atam Ustada nəsə dedi. Ustad cavabında ona: “HEÇ ÜZÜLMƏYƏ DƏYMƏZ. MƏN İNDİKİ BU VƏZİYYƏTİ, BU GÜNÜN BELƏ OLACAĞINI İLLƏR ƏVVƏL GÖRMÜŞDÜM. İNDİ FİLM DEDİKLƏRİ ŞEY VAR HA, BUNUN MƏN BELƏ OLACAĞINI, EYNİLƏ BU DAŞIN ÜSTÜNDƏ OTURMUŞ VƏ AŞAĞIDAKI DƏNİZİ SEYR EDİRDİM, FİLM PƏRDƏLƏRİ KİMİ BU GÜNLƏR GÖZLƏRİMİN ÖNÜNDƏN GƏLİB KEÇMİŞDİ.”

Bu söhbətdən sonra Ustadla atam yenə kürd dilində danışmağa başladılar. Bu yuvarlaq daşın üstündə on beş dəqiqə oturdular. Oradan qalxıb atamla vidalaşdılar və ayrıldılar. Ustad Bədiüzzaman Eyübə doğru getdi. Biz atamla evə qayıdarkən mən atama sual verməyə başlamışdım. Atam mənə “Bu şəxs mənim sənə həmişə danışdığım Molla Said dediyimiz şəxsdir. Bədiüzzamandır.”

Ustad Bədiüzzaman Zeynəb Xatun Məscidində etikafda qalarkən böyük bacım Əminə axşamlar ona iftar yeməyi aparırdı. Ustad isə sadəcə şorbanı içirdi.

1952-ci ildə “Ustad Bədiüzzamanın Sirkecidəki ağır cəza məhkəməsində məhkəməsi var” demişdilər və mən də bu məhkəməni izləmək üçün getmişdim. Amma o vaxt məhkəmə günü Sirkecidəki indiki poçt olan yerdə böyük tünlük vardı. Bu tünlük və izdihama görə məhkəməyə girə bilmədim, sadəcə kənardan izləmişdim.

MƏNBƏ: (“Son Şahidlər” adlı əsərin dördüncü cildindən seçilmişdir.)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)