Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər

Gecə Gördüklərinin Gündüz Olması

ALTINCISI VƏ ƏN MÜHÜMÜ: RÖYA-Yİ SADİQƏ MƏNİM ÜÇÜN HAQQƏLYƏQİN DƏRƏCƏSİNƏ ÇATMIŞ VƏ BİR ÇOX TƏCRÜBATIMLA QƏDƏR-İ İLAHİNİN HƏR ŞEYƏ MUHİT (hər şeyi əhatə edən) OLDUĞUNA BİR HÜCCƏT-İ QƏTİ HÖKMÜNƏ KEÇMİŞDİR. BƏLİ, BU YUXULAR MƏNİM ÜÇÜN, XÜSUSƏN BİR NEÇƏ İL ƏRZİNDƏ O DƏRƏCƏYƏ ÇATMIŞDIR Kİ, MƏSƏLƏN, SABAH BAŞIMA GƏLƏCƏK ƏN KİÇİK HADİSƏ VƏ ƏN ƏHƏMİYYƏTSİZ MÜAMƏLAT (davranışlar, hərəkətlər) VƏ HƏTTA ƏN ADİ MÜHAVƏRATIN (söhbət) YAZILI OLDUĞUNU VƏ HƏLƏ GƏLMƏDƏN MÜƏYYƏN OLDUĞUNU, GECƏ ONLARI GÖRMƏKLƏ DİLİMLƏ DEYİL, GÖZÜMLƏ OXUDUĞUM MƏNƏ QƏTİ OLMUŞDUR. BİR DEYİL, YÜZ DEYİL, BƏLKƏ MİN DƏFƏ GECƏ HEÇ DÜŞÜNMƏDİYİM HALDA GÖRDÜYÜM BƏZİ ADAMLAR VƏ YAXUD DANIŞDIĞIM MƏSƏLƏLƏR O GECƏNİN SƏHƏRİ BİR AZ TƏBİRLƏ EYNİLƏ BAŞ VERİR. Deməli, ən cüzi hadisat (hadisələr) baş vermədən əvvəl həm müqəyyəddir (qeyd olunmuşdur), həm yazılmışdır. Deməli, təsadüf yoxdur, hadisat nəzarətsiz baş vermir, intizamsız deyil.

Yeddincisi: Sənin müjdəli, mübarək və gözəl yuxunun təbiri Quran üçün və bizim üçün çox gözəldir. Onu zaman təbir etmişdir və edir, təbirimizə ehtiyac qoymur. Qismən təbiri də gözəl nəticələnmişdir. Sən diqqətli olsan, anlayarsan. Ancaq bir-iki cəhətinə işarə edirik. Yəni bir həqiqəti bəyan edirik, sənin həqiqət-i röya növündən olan hadisələr o həqiqətin təməssülatıdır (ifadəsidir). Belə ki, o vasi (geniş) meydan Aləm-i İslamiyyətdir. Meydanın sonundakı məscid Isparta vilayətidir. Ətrafı bulanıq, lilli su, hal və zamanın səfahət (zövq və əyləncəyə, haram şeylərə düşgünlük) və ətalət və bidətlər bataqlığıdır. Sənin sağ-salamat, kirlənmədən, sürətlə məscidə çatmağın hər kəsdən əvvəl ənvər-i Quraniyyəyə (Quranın nuru) sahib çıxıb qəlbini qaraltmadan sağlam qaldığına işarədir. Məsciddəki kiçik insan kütləsi isə Hakkı, Hulusi, Sabri, Süleyman, Rüştü, Bekir, Mustafa, Ali, Zühtü, Lütfü, Hüsrev, Refet kimi Sözlərin həmələləridir (daşıyanlar). Kiçik kürsü isə Barla kimi kiçik kənddir. UCA SƏS İSƏ SÖZLƏRDƏKİ QÜVVƏ VƏ SÜRƏT-İ İNTİŞARLARA (sürətlə yayılması) İŞARƏDİR. BİRİNCİ SƏFDƏ SƏNƏ TƏXSİS EDİLƏN (ayrılan) MƏQAM İSƏ ABDURRAHMANDAN SƏNƏ MÜNHAL QALAN YERDİR. O CAMAATIN SİMSİZ ALƏTLƏRİN AHİZƏLƏRİ HÖKMÜNDƏ BÜTÜN DÜNYAYA DƏRS EŞİTDİRMƏK İSTƏMƏK İŞARƏTİ VƏ HƏQİQƏTİ İSƏ, İNŞAALLAH, TAMAMİLƏ SONA ÇATACAQ. İNDİ ƏFRADI (fərdləri) BİR KİÇİK ÇƏYİRDƏK OLSA DA, GƏLƏCƏKDƏ TÖVFİQ-İ İLAHİ (Allahın quluna yardımı) İLƏ BİR ŞƏCƏRƏ-İ ALİYƏ (təmiz, böyük, uca sülələ, soy, ağac) HÖKMÜNƏ KEÇİR VƏ HƏR BİRİ BİR SİMSİZ TELEQRAFIN MƏRKƏZİ OLURLAR. Sarıqlı, kiçik, gənc şəxs isə Hulusiylə çiyin-çiyinə verəcək, bəlkə onu ötüb keçəcək birisi naşirlər və tələbələr arasına girməyə namizəddir. Bəzilərini zənn edirəm, lakin qəti hökm verə bilmərəm. O gənc qüvvə-i vəlayətlə meydana atılacaq zatdır. Digər cəhətləri sən mənim əvəzimə təbir et.

Sənin kimi dostlarla uzun-uzun danışmaq həm şirin, həm də məqbul olduğuna görə bu qısa məsələdə uzun danışdım, bəlkə də israf etdim. Lakin nəvmə (röya, yuxu) aid olan ayət-i Quraniyyənin bir növ təfsirinə işarə etmək niyyətilə başladığıma görə inşaAllah o israf əfv olar və ya israf olmaz. (Mektubat, səh. 334)

Ürəyindən Keçənlərin Dərhal Həyata Keçməsi – Nisdən Gələn Kitab Və Danışmaq İstədiyi Adamın Qapısına Gəlməsi

İkinci misal: Olduqca kiçik və lətifdir, bu günlərdə baş verən əhvalatı danışacağam. Belə ki, fəcrdən (dan yerinin ağarması) əvvəl yadıma düşdü ki, bir zatın qəlbinə vəsvəsə verəcək tərzdə bir şey demişdim. Öz-özümə dedim ki, kaş onu görsəydim, qəlbindəki dağdağanı (iztirabı, təlaşı) aradan qaldıra bilsəydim. Eyni dəqiqədə Nisdə (Eğirdir rayonunun sahilində bir ada – Ustad Barlaya bu adadan qayıqla aparılırmış) qalmış bir kitabımın hissəsi mənə lazım idi; kaş əlimə keçsə idi. Səhər namazından sonra oturdum; baxdım ki, həmin zat o kitabın hissəsi əlində içəri girdi. Ona dedim: “Əlindəki nədir?” Dedi: “Bilmirəm, qapının önündə Nisdən gəldiyini deyən bir nəfər mənə verdi, mən də sizə gətirdim.” FəsübhanAllah dedim; belə vaxtda bu adamın evindən çıxıb gəlməsi və bu Sözün Nisdən gəlməsi heç təsadüfə bənzəmir. Bu adama həmin kitabın hissəsini eyni dəqiqədə əlinə verib mənim yanıma göndərən, əlbəttə, Quran-i Hakimin himmətidir (Allahın qoruması, yardımı) deyərək Əlhamdulillah dedim. Mənim ən kiçik. əhəmiyyətsiz, xafi arzu-yu qəlbimi (qəlbimin gizli arzusunu) bilən birisi əlbəttə mənə mərhəmət edir, məni himayə edir, elə isə dünyanın minnətini beş qəpiyə almaram...” (Mektubat, səh. 341)

Əbdülhəmidin Taxtdan Salınacağı Və Böyük Osmanlı Xilafətinin Sona Çatacağı Tarixi Bilməsi

Otuz Birinci Məktubun Otuz Birinci Ləmasının Otuz Bir Məsələsindən Bir Məsələdir

Bircə cümlədən ibarət bu qısa hədisin beş ləma-i icaziyyəsinə dair bir nöqtədir. Buraya bir münasibətlə daxil olmuşdur.

“Məndən sonra xilafətin ömrü otuz ildir.” hədis-i şərifin ixbar-i qeybi növündən tarixçə müsəddəq beş ləma-i icaziyyəsi var.

Birincisi: Xüləfa-yi Rəşidinin xilafətləri ilə Həzrət-i Həsən Radiyallahu Anhın altı aylıq xilafətinin müddəti otuz il (30) olacağını xəbər verir. Eynilə baş vermişdir.

İkincisi: Otuz illik xəlifələri olan Həzrət-i Əbu Bəkr radiyallahu Anh, Həzrət-i Ömər Radiyallahu Anh, Həzrət-i Osman Radiyallahu Anh və Həzrət-i Əli Radiyallahu Anhın əbcədi və cifri hesabları min üç yüz iyirmi altı (Rumi 1326) (Miladi 1909) edir ki, o tarixdən sonra şərait-i xilafət daha təqərrür etmədi. Xilafət-i aliyə-i Osmaniyyə sona çatdı... (Sikke-i Tasdik-i Gaybi, səh. 123)

Ustad bu təsbiti ilə II Əbdülhəmidin taxtdan salınma tarixi olan 1909-cu ilə diqqət çəkmiş, dolayısı ilə böyük Osmanlı xilafətinin sona çatacağı tarixi çox açıq şəkildə ifadə etmişdir.

1971-Ci İl Hadisələrini Xəbər Verməsi

Bu surəyə (Fələq surəsi) aid bir nöqtə-i icaziyyənin haşiyəsidir.

Fələq Surəsi

Rəhman və Rəhim olan Allahın adı ilə

113/1- De: “Pənah aparıram sübhün Rəbbinə! (1)

113/2- Yaratdıqlarının şərindən; (2)

113/3- Zülmətə bürünməkdə olan gecənin şərindən; (3)

113/4- Düyünlərə üfürən qadınların şərindən; (4)

113/5- Və bir də paxıllığı tutanda paxılın şərindən!”

“Necə bu surə beş cümləsi ilə əsrimizin dörd böyük şərli inqilabına və fırtınasına məna-i işarə ilə baxırsa, eləcə də dörd dəfə təkrar ilə Min Şərri (şəddəsiz) – şərrindən kəlməsilə aləm-i İslamda ən dəhşətli şey, hadisə Çingiz və Hülakü fitnəsinin və Abbasi dövlətlərinin inqiraz (məhv olma, dağılma) zamanının əsrinə dörd dəfə məna-i işarə ilə və məqam-i cifri ilə baxır və diqqət çəkir.”

Şəddəsiz şərri beş yüz (500) edir, min doxsandır (90). İstiqbala diqqət çəkən çox ayələr həm bu əsrimizə, həm də o əsrlərə işarə etmələri baxımından istiqbaldan xəbər verən İmam-i Əli (r.a.) və Qövs-i Əzəm (k.s.) belə eynilə həm bu əsrimizdə, həm də o əsrə baxıb xəbər vermişlər.

Ğasiqin izə vəqab (Zülmətə bürünməkdə olan gecənin şərrindən) kəlmələri bu zamana deyil, bəlkə gecənin qaranlığı min yüz altmış bir (1161)bürünməkdə səkkiz yüz on (810) o zamanlarda əhəmiyyətli maddi-mənəvi şərlərə işarə edir. Əgər bərabər olsa, Miladi min doqquz yüz yetmiş bir (1971) olur. O tarixdəki dəhşətli şərdən xəbər verir. İyirmi il sonra indiki toxumların məhsulu islah olmasa, əlbəttə, zərbələri dəhşətli olacaq. (Şualar, On Birinci Şua, səh. 421-422)

Ğasiqin izə vəqab (zülmətə bürünməkdə olan gecənin şərrindən): əbcəd hesabı – 1971

Çingiz xanın doğum və ölüm tarixləri: 1162-1227

Bədiüzzaman Şüalar risaləsini 1936-1949-cu illər arasında yazmışdır. Deməli, Ustad 1971-ci ildə baş verəcək sosial hadisələri təxminən 35 il əvvəl xəbər vermiş və dedikləri bir-bir həyata keçmişdir.

Avropa Birliyinin Qurulacağını Xəbər Verməsi Və Ondan Sonra İslam Əxlaqının Hakimiyyətini Müjdələməsi

O vaxt Əski Said demişdi: “Osmanlı höküməti Avropa ilə hamilədir. Avropa kimi hökuməti doğacaq. Avropa da İslamiyyətə hamilədir, o da İslam dövləti doğacaq.” Şeyx Bahidə demişdi. O əllamə zat demişdi: “Mən də təsdiq edirəm.” (Münazarat, səh. 147)

Bədiüzzaman 1911-ci ildə yazdığı Münazarat adlı əsərində 46 il sonra əsası qoyulacaq Avropa Birliyini xəbər vermişdir. (Emirdağ Lahikası, səh. 499)

Bədiüzzaman Avropa Birliyini xəbər verərkən eyni zamanda axırzamanda İslam əxlaqının hakimiyyətini də müjdələmişdir. Bədiüzzamanın bu müjdəni bildirdiyi digər bəzi sözləri də belədir:

Bizim muradımız mədəniyyətin məhasin (yaxşı, gözəl davranış) və bəşərə mənfəəti dəyən yaxşılıqlardır. Yoxsa mədəniyyətin günahları səyyiatların (pislik) deyil ki, axmaqlar o seyyiatları, o səfahətləri məhasin (yaxşılıq, yaxşı əməl) zənn edib malımızı xarab etdilər. Mədəniyyətin günahları yaxşılıqlarına qalib gəlib, seyyiatı (pis əməlləri) hasənatına (yaxşılıqlara) racih (üstün) gəlməklə bəşər iki Hərb-i Ümumi ilə iki dəhşətli zərbə alıb o günahkar mədəniyyəti zir-ü zəbər edib elə qusdu ki, yer üzünü qana buladı. İnşaAllah, istiqbaldakı İslamiyyətin qüvvətilə mədəniyyətin məhasini qalib gələcək, zəmin üzünü (yer üzünü) pisliklərdən təmizləyəcək, sülh-ü ümmini də təmin edəcək. (Müəllif-i möhtərəmi sonradan əlavə etmişdir). (Sünuhat, səh. 58, haşiyə)

“Şərq xüsuməti (düşmənliyi) İslam inkişafını boğurdu. Zail oldu və olmalı idi. Qərb düşmənçiliyi İslamın ittihadına, ühuvvətin inkişafına ən təsirli səbəbdir, baqi qalmalıdır.” Birdən o məclisdən təsdiq əmarələri (əlamətləri) təzahür etdi. Dedilər: “Bəli, ümidvar olun. Bu istiqbal inqilabı içində ən uca, gur səda İslamın sədası olacaqdır!” (Sünuhat, səh. 62)

Bununla bərabər imanın mahiyyətindəki qeyri-adi şəhamət (igidlik) izzət-i İslamiyyənin təbiətindəki aləmpəsənd (hər kəsin bəyəndiyi) şücaət ühuvvət-i İslamiyyənin intibahı ilə hər zaman möcüzələr göstərə bilər. Bir gün olar, əlbəttə doğar şəms-i həqiqət, Heç belə müəbbəd (əbədiyyən) mi qalar zülmət-i aləm? (Sünuhat, səh. 73)

Ustad Risale-İ Nurda 1956-Ci İlə Diqqət Çəkmişdir

Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan! (Nisa surəsi, 145)

... Əgər şəddə iki nun hesab edilsə, oxunmayan həmzələr və (yə) də hesablansa, 1376 (1956-1957) edərək bu zülumatlı nifaqın (dinsizlik və zülm üzərində qurulmuş ikiüzlü münafiq sisteminin) sükut mərtəbəsinə (susma, sona çatma dərəcəsinə)... (Emirdağ Lahikası (1), Məktub No 15)

Bədiüzzaman Said Nursi “Əmirdağ Lahikası” adlı əsərində Nisa Surəsinin 145-ci ayəsinin əbcədinin “1956-cı ilə” işarə etdiyini ifadə etmişdir. Quranda 1956-cı ilin əbcədini verən başqa ayə isə Al-i İmran Surəsinin 81-ci ayəsidir:

O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu! (Al-i İmran surəsi, 81)

Bu ayədə işlədilən “...sonra sizdə olanı təsdiq edən elçi gəldikdə...” sözlərinin əbcədi “1956-cı ili” göstərir. 1956-cı ildə 8 ildən bəri Afyonda davam edən məhkəmənin başa çatması ilə risalələrin heç bir mənfi niyyəti olmayan imani əsərlər olduğuna məhkəmə qarşısında qərar verilmişdir.

Bədiüzzamandan 1981-1991-Ci İllərə İşarələr

Bəli, indi olmasa da, 30-40 İL SONRA fənn və həqiqi mərifət (hünər, sənət, elm və fənlərlə öyrənilən bilik) və mədəniyyətin məhasini (yaxşı və faydalı tərəflərini) o üç qüvvəti tam təchiz edib cihazatını verib (lazımi ehtiyacını təmin edib), o doqquz maneəni məğlub edib (o doqquz maneəni keçib) məhv etmək üçün təharri-i həqiqət məyəlanını (həqiqətləri araşdırma meylini) və insaf və məhəbbət-i insaniyyəni (insan sevgisini) o doqquz düşmən tayfasının (sinfinin) cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSR SONRA onları darmadağın edəcək. (Hutbe-i Şamiye, səh. 25)

Bədiüzzaman hicri 1327-ci ildə Şamdakı Əməvi Məscidində on min nəfərlik camaata verdiyi Şam xütbəsində də 1327-ci ildən sonrakı İslam aləminin gələcəyinə aid izahlar vermiş, axırzamandan müxtəlif tarixlər verərək İslam əxlaqının mübarizə və qalibiyyət zamanına diqqət çəkmişdir.

...Bəli, indi olmasa da. 30-40 İL SONRA

Bədiüzzamanın verdiyi bu tarix ilə bu xütbənin oxunduğu tarixdən 30-40 il sonrası, yəni hicri 1401-1411-ci illər nəzərdə tutulmuşdur. Miladi təqvimi ilə bu tarixlər “1981-1991-ci illərə” uyğun gəlir.

Bədiüzzamanın 1981-1991-ci illərin əhəmiyyətini açıqladığı sözlərindən başqası da aşağıdakı kimidir:

Yetmiş birdə fəcr-i sadiq başladı və ya başlayacaq. Bu fəcr-i qazib də olsa, otuz-qırx il sonra fəcr-i sadiq çıxacaq. (Hutbe-i Şamiye, səh. 23)

Fəcr: Dan yerinin ağarması, günəş doğmazdan əvvəlki qızılı rəng, sübh vaxtı

Fəcr-i Qazib: Səhərə doğru üfüqdə yayılmağa başlayan ilk qızılı rəng

Fəcr-i Sadiq: Fəcr-i Qazibdən sonra yayılmağa başlayan ikinci işıqlanma

1371 + 30 = 1981
1371 + 40 = 1991

Ustadın 2001-Ci İlə Aid İşarələri

O doqquz düşmən sinfinin cəbhəsinə göndərmiş, inşaAllah yarım əsr sonra (50 il) onları darmadağın edəcək. (Hutbe-i Şamiye, səh. 25)

Bədiüzzaman Said Nursi Quran əxlaqının bütün dünyaya hakim edilməsinin yarım əsr, yəni 50 il ərzində tamamlanacağını bildirmişdir.

1371 + 50 = 1421 (Miladi 2001)

Bədiüzzaman hicri 1400-cü ilin əvvəllərində Mehdinin (ə.s.) inkarçı fəlsəfə ilə mübarizəyə başlaması zamanına, 1401-1411 = 1981-1991-ci illər arası fənn, hünər, sənət və mədəniyyətin yaxşı cəhətlərini birləşdirib mübarizə aparmasına və fikrən darmadağın edəcəyi tarix kimi də 1421 = 2001-ci ilə diqqət çəkir.

Bədiüzzaman bu sözlərilə materialist, Darvinist və ateist fəlsəfələrin insanlar üzərindəki təsirinin 10 il kimi qısa müddət ərzində yox olacağına işarə edir. Bu tarix isə Hicri 1421, yəni Miladi “2001-ci ilə” uyğun gəlir.

Bədiüzzaman aşağıda da yer verilən 1981-1991-ci illərə işarə edən sözündə yenə bir daha “2001-ci ilə” diqqət çəkir:

Yetmiş birdə fəcr-i sadiq başladı və ya başlayacaq. Əgər bu fəcr-i qazib də olsa, otuz-qırx il sonra fəcr-i sadiq çıxacaq. (Hutbe-i Şamiye, səh. 23)

Bədiüzzaman bu açıqlamasında Haqqın qarşısındakı batili təmsil edən düşüncə olan ateizmin və materialist fəlsəfənin məhv edilməyə başlanmasının 1981-1991-ci illərdə, fikrən tam mənada susdurulub məhv edilməsinin isə “2001-ci ildə” olacağına işarə etmişdir.

“İndi ağlıma gəldi ki, əgər şəddəli “lamlar” və “mimlər” hər biri iki dənə hesab edilsə, bundan bir əsr sonra zulümatı dağıdacaq zatlar isə Həzrət-i Mehdinin şagirdləri (tələbələri) ola bilər.” (Şualar, səh. 605)

Kommunizmin Süqut Edəcəyini Bilməsi

“Divan-ı Harb-i Örfidən bəraət qazanıb İstanbuldan ayrılır. Dəniz yolu ilə Batumiyə gəlir və Tiflisə keçir. Şeyx Sənan təpəsinə çıxaraq şəhəri yuxarıdan seyr edərkən yanına bir rus polisi gəlir və soruşur:

-Niyə belə diqqətlə baxırsan?

Bədiüzzaman deyir:

- Mədrəsəmin planını qururam.

O deyir:

- Haralısan?

Bədiüzzaman:

- Bitlisliyəm.

Rus polisi:

- Bu Tiflisdir.

Bədiüzzaman:

- Bitlis və Tiflis bir-birinin qardaşıdır.

Rus polisi:

- O nə deməkdir?

Bədiüzzaman:

- Asiyada aləm-i İslamda üç nur bir-birinin ardınca inkişafa başlayır. Sizdə bir-birinin üstündə üç zülmət inkişafa başlayacaq. BU PƏRDƏ-İ MÜSTƏBİDANƏ (ZORBALIQ) MƏHV EDİLƏCƏK, TƏQƏLLÜS EDƏCƏK (TOPLANACAQ), MƏN DƏ GƏLİB BURADA MƏDRƏSƏMİ QURACAĞAM.”

Rus polisi:

- Təəssüf ki, sənin ümidinə heyrət edirəm.

Bədiüzzaman:

- Mən də sənin ağlına heyrət edirəm. Bu qışın davam edəcəyinə ehtimal edirsən? Hər qışın bir baharı, hər gecənin bir nəharı vardır.

(Bilinmeyen Taraflarıyla Bediüzzaman Said Nursi, səh. 144, Nesil Yayınevi)

Ölüm Tarixini Və Məzarının Dağılacağını Bilməsi

“Əddai”

(Şeirin adı olan “Əddai” sözünün əbcədi 86-dır və Ustadın da vəfat etdiyi yaşdır.)s

Dağılmış bir məzarım ki, yığılmışdır içində

Saiddən yetmiş doqquz əmvat (ölülər) bə-asam (günahlar ilə) ələma (ələmlər). (Bədiüzzaman Hicri 1379-cu ildə vəfat etmişdir)

Səksəninci olmuşdur məzara bir məzar daş. (Hicri 1380-ci ildə məzarı dağılmışdır)

Bərabər ağlayır hüsran-i İslama (sıxıntı çəkən İslama).

Məzar daşımla pür-əmvat (cəsəd dolu) ənindar (inildəyən) o məzarımla

Rəvanım saha-i uqba-yi fərdama (yeriyirəm gələcək axirət həyatıma).

Yəqinim var ki (tamamilə əminəm ki), istiqbal səmavatı zəmin-i Asiya (Asiya qitəsi gələcəyin aydınlığıdır)

Bahəm (bərabər) olar təslim yəd-i bəyza-yi İslama (İslamın aydınlıq və dost əlinə birlikdə təslim olacaq).

Çünki yəmin-i yümn-i imandır (çünki İmandan gələn qüvvət və bərəkət)

Verir əmn-ü əman ilə ənama (İnsanlara etibar və hüzur verir)...

Said Nursi bu şeirində yetmiş doqquz əmvat ifadəsi ilə Hicri 1379-cu ilə işarə edir. Ustad bu tarixdə vəfat etmişdir.

Şeirində “Səksəninci olmuşdur məzara bir məzar daş” ifadəsilə bildirdiyi kimi ölümündən bir müddət sonra, yəni Hicri 1380-ci ildə məzarı dağıdılmış və mübarək bədəni başqa yerə aparılmışdır.

Ustad Əddaini 1918-1920-ci illər arasında yazmış, yəni vəfatından təqribən 40 il əvvl vəfatının vaxtını bildirmişdir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)