Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək

Mehdinin üç vəzifəsi

Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi çoxlarının adından məndən soruşdu ki, “Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri çox musirranə tərzdə axırzamanda gələn al-i Beytin böyük mürşüdü səni zənn edirlər və o qədər çəkindiyin halda onlar israr edirlər.

Sən də bu qədər musirranə onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə onların əlində həqiqət və qəti hüccət var və sən də hikmət və həqiqətə binaən onlara müvafəqət etmirsən. Bu isə təzaddır, hər halda həllini istəyirik.”

Mən də bu zatın təmsil etdiyi çox məsaillərə cavab olaraq deyirəm ki: o xas Nurçuların əllərində həqiqət var. Lakin iki cəhətdə təbir və təvil lazımdır.

Birincisi: ÇOX DƏFƏ MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ, MEHDİ AL-İ RƏSULUN TƏMSİL ETDİYİ QÜDSİ CAMAATININ ŞƏXS-İ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. ƏGƏR TEZ QİYAMƏT QOPMASA VƏ BƏŞƏR TAMAMİLƏ YOLDAN ÇIXMASA, O VƏZİFƏLƏRİ ONUN CƏMİYYƏTİ VƏ SEYİDLƏR CAMAATININ EDƏCƏYİNİ RƏHMƏT-İ İLAHİYYƏDƏN GÖZLƏYİRİK. VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ:

Birincisi: Fənn və fəlsəfənin təsallutu ilə və maddiyyun və təbiiyyun taununun bəşər içinə intişar etməsilə hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini tam susduracaq tərzdə imanı xilas etməkdir. Əhl-i imanı dalalətdən mühafizə etmək və bu vəzifə əm dünya, həm hər şeydən əl çəkməklə, çox vaxt tədqiqat ilə məşğuliyyəti iqtiza etdiyinə görə Həzrət-i Mehdinin o vəzifəsini şəxsən özü görməyə vaxt və hal imkan verməz. Çünki xilafət-i Məhəmmədiyyə (ə.s.m.) cəhətindəki səltənəti onunla iştiqalə vaxt qoymur. HƏR-HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAYFA BİR BAXIMDAN YERİNƏ YETİRƏCƏK. O ZAT O TAYFANIN UZUN TƏDQİQATI İLƏ YAZDIĞI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUNLA O BİRİNCİ VƏZİFƏNİ TAM YERİNƏ YETİRƏCƏK. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU YALNIZ İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD SİFƏTLƏRİNƏ TAM MALİK OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR. NƏ QƏDƏR DƏ AZ OLSALAR, MƏNƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ QİYMƏTLİ SAYILIRLAR.

İkinci vəzifəsi: XİLAFƏT-İ MƏHƏMMƏDİYYƏ (Ə.S.M.) ÜNVANI İLƏ ŞƏAİR-İ İSLAMİYYƏNİ BƏRPA ETMƏKDİR. ALƏM-İ İSLAMIN VƏHDƏTİNİ NÖQTƏ-İ İSTİNAD EDİB BƏŞƏRİYYƏTİ MADDİ VƏ MƏNƏVİ TƏHLÜKƏLƏRDƏN VƏ QƏZƏB-İ İLAHİDƏN XİLAS ETMƏKDİR. BU VƏZİFƏNİN NÖQTƏ-İ İSTİNADI VƏ XADİMLƏRİ, MİLYONLARLA ƏFRADI OLAN ORDULAR LAZIMDIR.

Üçüncü vəzifəsi: İNQİLABƏT-İ ZAMANİYYƏ İLƏ ÇOX ƏHKAM-İ QURANİYYƏNİN ZƏDƏLƏNMƏSİLƏ VƏ ŞƏRİƏT-İ MƏHƏMMƏDİYYƏNİN (Ə.S.M.) QANUNLARININ BİR DƏRƏCƏ TƏTİLƏ UĞRAMASI İLƏ O ZAT BÜTÜN ƏHL-İ İMANIN MƏNƏVİ YARDIMLARI İLƏ VƏ İTTİHAD-İ İSLAMIN MÜAVƏNƏTİLƏ VƏ BÜTÜN ÜLƏMA VƏ ÖVLİYANIN VƏ BİLXASSƏ AL-İ BEYTİN NƏSLİNDƏN HƏR ƏSRDƏ QÜVVƏTLİ VƏ KƏSRƏTLİ MİLYONLARLA FƏDAKAR SEYYİDLƏRİN İLTİHAQLARI İLƏ O VƏZİFƏ-İ UZMANI ETMƏYƏ ÇALIŞACAQ.

İndi həqiqət-i hal belə olduğu halda ən birinci vəzifəsi və ən yüksək məsləyi olan imanı xilas etmək və imanı təhqiqi surətdə ümuma dərs vermək, hətta avamın da imanını təhqiqi etmək vəzifəsi isə mənən və həqiqətən hidayət edici, irşad edici mənasının tam sərahətini ifadə etdiyi üçün Nur Şagirdləri bu vəzifəni tamamilə Risale-i Nurda gördüklərinə görə ikinci və üçüncü vəzifələr buna nisbətən ikinci və üçüncü dərəcədədir deyə Risale-i Nurun şəxs-i mənəvisini haqlı olaraq bir növ Mehdi tələqqi edirlər. O şəxs-i mənəvinin də bir müməssili Nur Şagirdlərinin təsanüdündən gələn bir şəxs-i mənəvisi və o şəxs-i mənəvidə bir növ müməssili olan biçarə tərcümanını zənn etdiklərinə görə bəzən o ismi ona da verirlər. Lakin bu bir iltibas və bir səhvdir, ancaq onlar onda məsul deyillər. Çünki ziyadə hüsn-ü zənn keçmişdən bəri cərəyan edir və etiraz edilməz. Mən də o qardaşlarımın çox ziyadə hüsn-ü zənlərini bir növ dua və təmənni və Nur Tələbələrinin kamal-i etiqadlarının bir tərəşşuhu gördüyümə görə onlara çox fikir verməzdim. Hətta keçmiş övliyanın bir qismi kəramət-i qeybiyyələrdən Risale-i Nuru eynilə o axırzamanın hidayət edicisi olması kəşfləri bu təhqiqat ilə təvili başa düşülür. Deməli, iki nöqtədə bir iltibas var, təvil lazımdır.

Birincisi: AXIRDAKI İKİ VƏZİFƏ, BAXMAYARAQ Kİ HƏQİQƏT NÖQTƏSİNDƏ BİRİNCİ VƏZİFƏ DƏRƏCƏSİNDƏ DEYİLLƏR, lakin xilafət-i Məhəmmədiyyə (ə.s.m.) və ittihad-i İslam orduları ilə zəmin üzündə səltənət-i İslamiyyəni qurmaq cəhətində hər kəsdə, xüsusən avamda, xüsusən əhl-i siyasətdə, xüsusən bu əsrin əfkarında o birinci vəzifədən min dərəcə geniş görünür və bu isim bir adama verildikdə bu iki vəzifə yada düşür, siyasət mənasını ixsas edir, bəlkə də xodfüruşluq mənasını yada salır, bəlkə bir şan, şərəf və məqampərəstlik və şöhrətpərəstlik arzularını göstərir. Keçmişdən bəri və indi də çox safdil və məqampərəst zatlar “Mehdi olacağam” deyə dava edirlər. BAXMAYARAQ Kİ, HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR NÖV MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞDİR, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİSİNİ BİR CƏHƏTDƏN YERİNƏ YETİRMƏSİ ETİBARİLƏ AXIRZAMANIN MEHDİSİ ÜNVANINI ALMAMIŞLAR.

Həm də məhkəmədə Dənizli əhl-i vüqufu bəzi şagirdlərin bu etiqadlarına əsasən mənim haqqımda demişdirlər ki: “Əgər Mehdilik davam etsə, bütün şagirdləri qəbul edəcəklər.” Mən də onlara demişdim: “MƏN ÖZÜMÜ SEYİD HESAB ETMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ AL-İ BEYTDƏN OLACAQDIR. Baxmayaraq ki, mənən mən Həzrət-i Əlinin (r.a.) bir vələd-i mənəvisi hökmündə ondan həqiqət dərsi oldım və Al-i Məhəmməd Əleyhissalam bir mənada həqiqi Nur Şagirdlərinə şamil olunmasına görə mən də Al-i Beytdən sayıla bilərəm. Amma bu zaman şəxs-i mənəvi zamanı olduğuna görə və Nurun məsləyində heç bir cəhətdə mənlik və şəxsiyyət və şəxsi məqamları arzu etmək və şan-şərəf qazanmaq olmaz və sirr-i ixlasa tam müxalif olduğuna görə Cənab-i Haqqa hədsiz şükür edirəm ki, məni özümə bəyəndirməməsinə görə mən elə şəxsi və həddimdən hədsiz dərəcə artıq məqamata gözümü dikmərəm və Nurdakı ixlası pozmamaq üçün uhrəvi məqamat belə mənə verilsə, əl çəkməyə özümü məcbur bilirəm” dedim. O əhl-i vüquf susdu.

(Əmirdağ Lahikası-I, səh. 231-233)

On Doqquzuncu Məsələ

Rəvayətlərdə axırzamanın əlamətlərindən olan və AL-İ BEYT-İ NƏBƏVİDƏN HƏZRƏT-İ MEHDİNİN (RADİALLAHU ANH) haqqında ayrı-ayrı xəbərlər var. Hətta bir qisim əhl-i elm və əhl-i vəlayət keçmişdə onun çıxdığına hökm etmişlər.

Allahu aləm bissavab, bu ayrı-ayrı rəvayətlərin bir təvili budur ki: BÖYÜK MEHDİNİN ÇOX VƏZİFƏLƏRİ VAR VƏ SİYASƏT ALƏMİNDƏ, DƏYANƏT ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, CİHAD ALƏMİNDƏKİ ÇOX DAİRƏLƏRDƏ İCRAATLARI OLDUĞU KİMİ hər bir əsr məyusiyyət vaxtında qüvvə-i mənəviyyəsini təsdiq edəcək bir növ Mehdiyə və yaxud Mehdinin onların imdadına o vaxtda gəlmək ehtimalına möhtac olduğuna görə rəhmət-i İlahiyyə ilə hər dövrdə, bəlkə hər əsrdə bir növ Mehdi al-i Beytdən çıxmış, cəddinin şəriətini mühafizə və sünnətini ihya etmişdir. Məsələn, siyasət aləmində Mehdi-i Abbasi və din aləmində QÖVS-İ ƏZƏM VƏ ŞAH-İ NƏQŞİBƏND VƏ ƏQTAB-İ ƏRBAA VƏ ON İKİ İMAM KİMİ BÖYÜK MEHDİNİN BİR QİSİM VƏZİFƏLƏRİNİ İCRA EDƏN ZATLAR belə Mehdi haqqında gələn rəvayətlərdə mədar-i nəzər Məhəmməd Əleyhissalatu Vəssəlam olduğuna görə rəvayətlər ixtilaf edərək bir qisim əhl-i həqiqət demişdir: “Keçmişdə çıxıb.” Hər nə isə... Bu məsələ Risale-i Nurda bəyan edildiyinə görə onu ona həvalə ilə burada bu qədər deyirik ki, dünyada mütəsanid heç bir xanədan və mütəvafiq heç bir qəbilə və münəvvər heç bir cəmiyyət və camaat yoxdur ki, AL-İ BEYTİN XANƏDANINA VƏ QƏBİLƏSİNƏ VƏ CƏMİYYƏTİNƏ VƏ CAMAATINA ÇATA BİLSİN.

BƏLİ, YÜZLƏRLƏ QÜDSİ QƏHRƏMANLARI YETİŞDİRƏN VƏ MİNLƏRLƏ MƏNƏVİ SƏRKƏRDƏLƏRİ ÜMMƏTİN BAŞINA RƏHBƏR EDƏN VƏ HƏQİQƏT-İ QURANİYYƏNİN MAYASI İLƏ VƏ İMANIN NURU İLƏ VƏ İSLAMİYYƏTİN ŞƏRƏFİLƏ QİDALANAN, TƏKƏMMÜL EDƏN AL-İ BEYT, ƏLBƏTTƏ, AXIRZAMANDA ŞƏRİƏT-İ MƏHƏMMƏDİYYƏNİ (Hz. Məhəmmədin (sav) şəriətini) VƏ HƏQİQƏT-İ FURQANİYYƏNİ (Quran həqiqətlərini, hökmlərini) VƏ SÜNNƏT-İ ƏHMƏDİYYƏNİ (Ə.S.M.) (Peyğəmbərimizin (sav) sünnəsini) İHYA İLƏ, ELAN İLƏ, İCRA İLƏ BAŞ SƏRKƏRDƏLƏRİ OLAN BÖYÜK MEHDİNİN KAMAL-İ ƏDALƏTİNİ VƏ HAQQANİYYƏTİNİ (doğru yolunu) DÜNYAYA GÖSTƏRMƏLƏRİ OLDUQCA UYĞUN OLMAQLA BƏRABƏR ÇOX LAZIMLI VƏ ZƏRURİ VƏ HƏYAT-İ İCTİMAİYYƏ-İ İNSANİYYƏDƏKİ (cəmiyyətin sosial həyatındakı) DÜSTURLARIN (ümumi qanun-qayda, nizam) MÜQTƏZASIDIR (gərəyidir). (Şualar, səh. 509-510)

Saidun-Nursi imzalı “Təkbiratül-Hüccəc fi Ərafat” başlıqlı məktubda “Nurun əhəmiyyətli bir qisim şagirdləri musirranə tərzdə axırzamanda gələn al-i Beytin böyük mürşüdü səni zənn edirlər. Sən də onların fikirlərini musirranə qəbul etmirsən, çəkinirsən. Bu təzaddır. Həllini istəyirik” deyə soruşduqlarına görə onlara cavab vermək üçün BUNDAN SONRA GƏLƏCƏK MEHDİ-İ RƏSULUN təmsil etdiyi qüdsi camaatın şəxs-i mənəvisinin ÜÇ VƏZİFƏSİNİN OLDUĞUNU, BUNLARIN İMANI XİLAS ETMƏK, XİLAFƏT-İ MƏHƏMMƏDİYYƏ (Ə.S.M.) ÜNVANI İLƏ ŞƏAİR-İ İSLAMİYYƏNİ İHYA ETMƏK (İslam hökmlərini Peyğəmbərimiz Hz. Məhəmmədin (sav) dövründəki kimi bərpa etmək) VƏ İNQİLABAT-İ ZAMANİYYƏ İLƏ ÇOX ƏHKAM-İ QURANİYYƏNİN VƏ ŞƏRİƏT-İ MƏHƏMMƏDİYYƏNİN (Ə.S.M.) QANUNLARININ BİR DƏRƏCƏ TƏDİLƏ UĞRAMASI İLƏ O ZAT BU VƏZİFƏ-İ UZMANI ETMƏYƏ ÇALIŞACAQDIR. Nur şagirdləri birinci vəzifəni tamamilə Risale-i Nurda gördüklərinə görə ikinci, üçüncü vəzifələri də buna nisbətən ikinci, üçüncü dərəcədədir deyərək Risale-i Nurun şəxs-i mənəvisini haqlı olaraq bir növ mehdi tələqqi edirlər. Bir qismi o şəxs-i mənəvinin bir müməssili olan biçarə tərcümanını zənn etdiklərinə görə bəzən o ismi ona da verirlər. Hətta övliyanın bir qismi kəramət-i qeybiyyələrində Risale-i Nurun eynilə o axırzamanın hidayət edicisi olması, bunun təhqiqatla təvillə başa düşüləcəyini deyirlər. İki cəhətdə iltibas var, təvil lazımdır.

BİRİNCİSİ: AXİRDA İKİ VƏZİFƏ, BAXMAYARAQ Kİ, HƏQİQƏT CƏHƏTİNDƏN BİRİNCİ VƏZİFƏ DƏRƏCƏSİNDƏ DEYİLLƏR. LAKİN XİLAFƏT-İ MƏHƏMMƏDİYYƏ (Ə.S.M.) VƏ İTTİHAD-İ İSLAM AVAMDA VƏ ƏHL-İ SİYASƏTDƏ, XÜSUSƏN BU ƏSRİN ƏFKARINDA O BİRİNCİ VƏZİFƏDƏN MİN DƏRƏCƏ GENİŞ GÖRÜNÜR. Baxmayaraq ki, hər əsrdə hidayət edici bir növ mehdi və mücəddid gəlir və gəlmişdir. LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏDƏN BİRİNİ BİR CƏHƏTDƏN YERİNƏ YETİRMƏSİ ETİBARİLƏ AXIRZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINI ALMAMIŞLAR.

İkincisi: AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ AL-İ BEYTDƏN OLACAQ. Baxmayaraq ki, mənən mən Həzrət-i Əlinin (r.a.) vələd-i mənəvisi hökmündəyəm. Ondan həqiqət dərsi almışam və Al-i Məhəmmədin (ə.s.m.) bir mənada həqiqi Nur şagirdlərinə şamil olmasına görə mən də al-i Beytdən sayıla bilərəm. Lakin Nurun məsləyində heç bir cəhətdən mənlik, şəxsiyyət, şəxsi məqamları arzu etmək, şan və şərəf qazanmaq yoxdur. Nurdakı ixlası pozmamaq üçün uhrəvi məqamat belə mənə verilsə, imtina etməyə özümü məcbur bilirəm deyə yarı müvafəqət şəklində cavab verilir və bu mehdilik təklifi açıq və qəti şəkildə rədd edilir. (Şualar, səh. 381-382)

Əziz, siddiq qardaşlarım, Əvvəla: Nurun fövqəladə xas şagirdləri Sikke-i Qeybiyyə müştəmilatıyla o övliya-yi məşhurədən qırx gündə bir dəfə çörək yeyib qırx gün yeməyən Osman-ı Xalidinin sarih ixbarı və övladlarına vəsiyyətilə və Spartanın məşhur əhl-i qəlb alimlərindən Topal Şükrünün zahir xəbər verməsilə çox əhəmiyyətli həqiqəti dava edib, lakin iki iltibas içində bu biçarə, əhəmiyyətsiz qardaşları Saidə min dərəcə ziyadə hissə vermişdirlər. On ildən bəri qənaətlərini tədilə çalışdığım halda, o bahadır qardaşlar qənaətlərində irəli gedirlər. Bəli, onlar On Səkkizinci Məktubdakı iki əhl-i qəlb çobanın macərası kimi haqq bir həqiqəti görmüşdürlər; lakin təbirə möhtacdır. O həqiqət də budur:

ÜMMƏTİN GÖZLƏDİYİ, AXIRZAMANDA GƏLƏCƏK ZATIN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ VƏ ƏN BÖYÜYÜ VƏ ƏN QİYMƏTDARI OLAN İMAN-I TƏHQİQİNİ NƏŞR VƏ ƏHL-İ İMANI DALALƏTDƏN XİLAS ETMƏK CƏHƏTİLƏ (YÖNÜYLƏ), o ən əhəmiyyətli vəzifəni eynilə bitəmamihə Risale-i Nurda görmüşlər. İmam-i Əli və Qövs-i Əzəm və Osman-i Xalidi kimi zatlar bu cəhət üçündür ki, gələcək o zatın məqamını Risale-i Nurun şəxs-i mənəvisində kəşfən görmüş kimi işarət etmişlər. Bəzən də o şəxs-i mənəvini bir xadiminə vermişlər, o xadimə mültəfitanə baxmışlar. BU HƏQİQƏTDƏN BAŞA DÜŞÜLÜR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT RİSALE-İ NURU BİR PROQRAMI KİMİ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK.

O ZATIN İKİNCİ VƏZİFƏSİ şəriəti icra və tətbiq etməkdədir. Birinci vəzifə maddi qüvvətlə deyil, bəlkə qüvvətli etiqad və ixlas və sədaqətlə olduğu halda bu ikinci vəzifə üçün çox böyük maddi qüvvət və hakimiyyət lazımdır ki, o ikinci vəzifə tətbiq edilə bilsin.

O ZATIN ÜÇÜNCÜ VƏZİFƏSİ xilafət-i İslamiyyəni ittihad-i İslama bina edərək İsəvi ruhanilərilə ittifaq edib din-i İslama xidmət etməkdir. Bu vəzifə çox böyük səltənət və qüvvət və milyonlarla fədakarlarla tətbiq edilə bilər. Birinci vəzifə o iki vəzifədən üç-dörd dərəcə artıq qiymətdardır. Lakin o ikinci, üçüncü vəzifələr çox nəzərəçarpan və çox geniş bir dairədə olduğuna görə ümumun və avamın nəzərində daha əhəmiyyətli görünürlər. Elə o xas Nurçular və bir qismi övliya olan o qardaşlarımızın təbirə və təvilə möhtac fikirlərini ortaya atmaq əhl-i dünyanı və əhl-i siyasəti təlaşa verir və vermiş, hücumlarına vəsilə olur. Çünki birinci vəzifənin həqiqətini və qiymətini görə bilmirlər, digər cəhətlərə həml edirlər.

Qardaşlarımın ikinci iltibası:

Fani və çürüyən bir şəxsiyyəti bəzi cəhətlərlə birinci vəzifədə pişdarlıq edən Nur şagirdlərinin şəxs-i mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Halbuki bu iki iltibasda Risale-i Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və uhrəvi məqamata belə alət olmamasına bir yöndən zərər verdiyi kimi əhl-i siyasəti də əvhama salıb Risale-i Nurun nəşrinə zərər gətirər. Bu zaman şəxs-i mənəvi zamanı olduğu üçün belə böyük və baqi həqiqətlər fani və aciz və sukut edən (fani) şəxsiyyətlərə bina edilməz.

Əlhasil: GƏLƏCƏK O ZATIN İSMİNİ VERMƏK, üç vəzifəsi birdən yada düşür; səhv olar. Həm də heç bir şeyə alət olmayan nurdakı ixlas zədələnər, avam-i müminin nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar. Yəqiniyyət-i bürhaniyyə belə qəzaya-yi məqbulədəki zənn-i qalibə inqilab edər; daha muannid dalalətə və mütəmərrid zındıqaya tam qələbəsi mütəhayyir əhl-i imanda görünməməyə başlayar. Əhl-i siyasət əvhama və bir qisim mollalar etiraza başlayar. Ona görə Nurlara o ismi vermək münasib görünmür. Bəlkə “Mücəddiddir, onun pişdarıdır” deyilə bilər.

Ümum qardaşlarımıza minlərlə salam. (Sikke-i Tasdik-i Gaybi, səh. 9-11)

Əziz, siddiq qardaşlarım,

Əvvəla: Nurun əhəmiyyətli və çox xeyirli şagirdi çoxlarının adından məndən soruşdu ki: “Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri çox musirranə şəkildə axırzamanda gələn Al-i Beytdən böyük mürşüdün sən olduğunu zənn edirlər və o qədər çəkindiyin halda onlar israr edirlər. Sən də bu qədər musirranə onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə, onların əlində həqiqət və qəti hüccət var və sən də hikmət və həqiqətə binaən onlara müvafəqət etmirsən. Bu isə bir təzaddır, hər halda həllini istəyirik.” Mən də bu zatın təmsil etdiyi çox məsaillərə cavab olaraq deyirəm ki: O xas Nurçuların ələrində bir həqiqət var. Lakin iki cəhətdə təbir və təvil lazımdır.

BİRİNCİSİ: ÇOX DƏFƏ MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ MEHDİ-İ AL-İ RƏSULUN TƏMSİL ETDİYİ QÜDSİ CAMAATININ ŞƏXS-İ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. ƏGƏR TEZ QİYAMƏT QOPMASA VƏ BƏŞƏR TAMAMİLƏ YOLDAN ÇIXMASA, O VƏZİFƏLƏRİ ONUN CƏMİYYƏTİNİN VƏ SEYİDLƏR CAMAATININ YERINƏ YETIRƏCƏYİNİ RƏHMƏT-İ İLAHİYYƏDƏN GÖZLƏYİRİK. ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ:

BİRİNCİSİ: FƏNN VƏ FƏLSƏFƏNİN TƏSALLUTU İLƏ VƏ MADDİYYUN VƏ TƏBİİYYUN TAUNUNUN BƏŞƏR İÇİNƏ İNTİŞAR ETMƏSİLƏ HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİYYUN FİKRİNİ TAM SUSDURACAQ TƏRZDƏ İMANI XİLAS ETMƏKDİR. ƏHL-İ İMANI DALALƏTDƏN MÜHAFİZƏ ETMƏK VƏ BU VƏZİFƏ HƏM DÜNYADAN, HƏM HƏR ŞEYDƏN ƏL ÇƏKMƏKLƏ ÇOX ZAMAN TƏDQİQAT İLƏ MƏŞĞULİYYƏTI İQTİZA ETDİYİNƏ GÖRƏ HƏZRƏT-İ MEHDİNİN O VƏZİFƏSİNİ ŞƏXSƏN ÖZÜ YERİNƏ YETİRMƏYƏ VAXT VƏ HAL İMKAN VERMƏZ. ÇÜNKİ XİLAFƏT-İ MƏHƏMMƏDİYYƏ (Ə.S.M.) CƏHƏTİNDƏKİ SƏLTƏNƏTİ ONUNLA İŞTİQALƏ VAXT QOYMUR. HƏR HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAYFA BİR BAXIMDAN YERİNƏ YETİRƏCƏK.

O ZAT O TAYFANIN UZUN TƏDQİQATI (O İCMANIN UZUN ARAŞDIRMALARI, TƏDQİQATLARI) İLƏ YAZDIĞI ƏSƏRİ ÖZÜNƏ HAZIR PROQRAM EDƏCƏK, ONUNLA O BİRİNCİ VƏZİFƏNI TAM YERİNƏ YETİRMİŞ OLACAQ. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ (ƏSASLANDIĞI) QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU YALNIZ İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD (HƏMRƏYLİK) SİFƏTLƏRİNƏ TAM SAHİB OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR (TƏLƏBƏLƏRDİR). NƏ QƏDƏR AZ OLSALAR DA, MƏNƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ QİYMƏTLİ SAYILIRLAR. (Emirdağ Lahikası-1, səh. 266-267)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri
  • Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir
  • Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca)
  • Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca)
  • Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri
  • Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar
  • Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar
  • Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər
  • Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir
  • Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir
  • Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları
  • Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı
  • İncildə Mehdiyyət İnancı
  • Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr
  • Zərdüştlükdə Mehdilik İnancı
  • Beşinci Şüa (Osmanlıca)
  • Beşinci Şüa (Azərbaycanca)
  • Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri
  • Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir
  • Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir
  • Risale-i Nurda Dəccaliyyət Mövzusu
  • Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır
  • Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi
  • Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)