Bu kitabın hazırlanmasında məqsəd yaşadığımız Axırzamanda zühur edəcək ən böyük mücəddid olan Hz. Mehdi (ə.s.) haqqında Ustad Bədiüzzaman Həzrətlərinin Qurani-Kərim və Peyğəmbərimizin (s.a.v.) hədisi-şərifləri işığında verdiyi bütün izahları heç bir şərhə və təfsirə əl atmadan orijinal halda təqdim etməkdir.
Bəzi şəxslərin Risale-i Nur Külliyyatını anlaşılmaz və təfsirə ehtiyacı olan bir əsər kimi tanıtmalarının əksinə, Bədiüzzamanın əsərləri olduqca aydın və anlaşıqlıdır. Bədiüzzaman Said Nursi Həzrətlərinin sözlərilə desək, Risale-i Nur Külliyyatı bir orta məktəb uşağı və ya oxuma-yazma bilən bir qadının öz qavrama gücü çərçivəsində olduqca rahat anlayacağı qədər aydın və anlaşıqlı dildə yazılmış əsərdir.
“... BİR ORTA MƏKTƏB UŞAĞI VƏ OXUMAĞI BİLƏN BİR QADIN BÖYÜK FİLOSOFUN ƏSƏRİNİ OXUDUĞU VAXT ANLAMAMIŞDIR. LAKİN RİSALE-İ NURDAN HƏR KƏS DƏRƏCƏSİNƏ GÖRƏ ANLAYIR.” (ŞUALAR, SƏH. 549)
Bu kitabda Axırzaman və Mehdiyyət mövzuları ilə bağlı gündəmdə olan bütün sualların doğru cavablarını şəxsən Ustadın öz dilindən və orijinal şəkildə tapmaq mümkündür.