Hədislərdə Hz. İsa (ə.s)-ın İkinci Dəfə Yer Üzünə Gəlməsi

Hz. İsa (ə.s)-ın Allah qatında diri olduğu və Axırzamanda yer üzünə yenidən gələcəyi hədislərdə təfərrüatlı şəkildə qeyd olunur. Ən böyük və etibarlı hədis mənbələri kimi qəbul edilən “Kütübi-Sittə”də, İmam Malikinin “Muvatta”sında, İbn Xuzeymə və İbn Hibbanın “Səhih”lərində, İbn Hənbəl və Tayalisinin “Müsnəd”lərində hz. İsa (ə.s)-la əlaqədar hədislər var. Həmçinin bir çox İslam alimi, hz. İsa (ə.s)-ın ölmədiyi və yer üzünə yenidən gələcəyinə dair araşdırma və tədqiqatlar aparmış, bu mövzuda qaynaq əsər mövqeyində çıxış edən müxtəlif kitab və risalələr hazırlamışdırlar.

Hz. İsa (ə.s)-ın Allah qatında diri olduğu və yenidən dünyaya gələcəyi mövzusunda qənaət bildirən İslam alimlərinin başında məzhəb imamımız Əbu Hənifə gəlir. Əbu Hənifə, “Fiqhi-əkbər” adlı əsərinin son hissəsində bunları bildirir:

Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğulması, hz. İsanın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə çatdırıldığı kimi, həqiqətdir və olacaq. (Ebu Hanife, Nu'man b. Sabit (150/767), Fıkh-ı Ekber, tərcüməçi: H. Basri Çantay, Ankara, 1982)

Hz. İsa (ə.s)-ın gəlişi mövzusunda nəql edilən hədislər təvatür dərəcəsindədir. Bir çox tədqiqatçı da alimlərimizin fikirlərinin bu istiqamətdə olduğunu çatdırır. Təvatürə böyük lüğətdə belə tərif verilir:

Təvatür: Qüvvətli xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan qüvvətli xəbər.

Mütəvatir hədislər isə, yalan uydurmaq üçün birləşmələri təsəvvür oluna bilməyəcək qədər çoxsaylı camaat tərəfindən rəvayət edilən hədislərə deyilir. İslam alimi Seyyid Şərif Cürcani, mütəvatir hədis anlayışını belə izah edir:

Mütəvatir xəbər, o qədər çox sayda rəvayətçi tərəfindən rəvayət edilən xəbərdir ki, adətə görə, o qədər çox rəvayətçinin yalan uydurmaq üçün birləşmələri qeyri-mümkündür. Belə olan halda, rəvayət edilən xəbər barəsində söz və məna tutursa buna, "mütəvatiri-ləfzi" deyilir. Əgər hamısının arasında müştərək mənada ittifaq olmaqla yanaşı, sözlər arasında ziddiyyət olursa da buna, "mütəvatiri-mənəvi" deyilir. (Muhtasar-ı Seyyid-i Şerif, səh. 46)

Hz. İsa (ə.s)-la əlaqədar hədislərin bəziləri isə belədir:

Allaha and olsun ki, mütləq və mütləq Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, həm də ədalətli bir hökmdar kimi enəcək... (Sahih-i Müslim, Bir Şerhin-Nevevi, II cild, səh. 192; Kitab-ul İman, Bab-u Nuzül-i İsa İbn-i Meryem, Kenzul Ummal, 14/332)

Məryəm oğlu İsa ədalətli bir hakim və ədalətli bir imam kimi enmədikcə qiyamət qopmayacaq... (Sünen-i İbni Mace, 10/340)

Nəfsimin qüdrətini əlində saxlayan Allaha and içirəm ki, Məryəm oğlu İsanın ədalət sahibi kimi enməsi yaxındır... (Ebu Hureyre ra / Buhari, Büyu 102, Mezalim 31, Enbiya 49; Müslim, İman 242 (155); Ebu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234))

Onunla (hz. İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O (hz. İsa) mütləq enəcək. Onu gördüyünüz zaman tanıyın! O, ortaboylu, ağa çalan qırmızı rəngdədir. Sarı rəngli iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İslam üçün mübarizə aparacaq. Dəccaliyəti yox edəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və müsəlmanlar namazını qılacaqlar. (Buhari, Müslim, Ebu Davud ve Tırmizi, Büyük Hadis Külliyatı, Rudani, V cild, səh. 380)

"İmamınız özünüzdən olduğu halda, Məryəm oğlu (İsa) aranıza endiyi vaxt, görəsən necə olacaqsınız?" deyə buyurdu. (Sahih-i Müslim, I cild, səh. 208)

Nəhayət Məryəm oğlu İsa enər və müsəlmanların əmiri ona: "Gəl, bizə namaz qıldır" deyər. Bundan sonra da hz. İsa: "Xeyr, Allahın bu ümmətə bir lütfü olaraq sizin bir qisminiz digər qisminiz üzərində əmirdir" deyər. (Sahih-i Müslim, I cild, səh. 209)

Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) bu əsrdə gələcəkdir

Hər yüz ildən bir, din əxlaqını bidətlərdən təmizləmək və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi, “Sünəni-Əbu Davud” və “Məktubati-Rəbbani” əsərləri kimi, böyük və mötəbər əhli-sünnə alimlərinin əsərlərində açıq şəkildə ifadə edilmişdir:

Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Həqiqətən Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan daxil olmuş batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünen-i Ebu Davud, 5/100)

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə Axırzamanda zühur edəcəyi müjdələnilən hz. Mehdi (ə.s)-ın zühur zamanı olaraq isə, hicri 1400-cü il verilmişdir:

"İnsanlar 1400-cü ildə hz. Mehdi (ə.s)-ın yanında toplanacaqlar". (Risaletül Huruc-ül Mehdi, səh. 108)

Bu 100 illik müddətdə İslam əxlaqı müəyyən müddət ərzində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan dəccaliyət sistemi isə, tamamilə ortadan qalxacaq. Lakin təxminən 100 il qədər davam edəcək bu yüksəliş dövründən sonra, yəni hicri 1500-cü illərlə birlikdə dünya yenidən pozulma prosesinə daxil olacaq. Əhli-sünnənin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd İbni Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v) öz dövrünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bəşəriyyət tarixinin başlanğıcı barəsində mühüm bir məlumat vermişdir:

Əhməd İbni Hənbəl əsasında nəql etdi. İsmayıl ibn Əbdülkərim, Əbdüssəməddən O da Vəhbdən belə rəvayət etdi: “DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR”. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 89)

Digər tərəfdən başqa bir çox hədisdə isə, dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar var:

Ənəs Malikdən təxric etdi. O dedi ki, Rəsulullah (s.ə.v) belə buyurdu: “DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. Allah belə buyurdu: “RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ MÜDDƏTİ QƏDƏR SAVAB YAZAR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

Dakka ibn Zeyd Cühənidən belə rəvayət etdilər: “Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-a danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən yuxarı pilləsində idi. O belə buyurdu: “GÖRDÜYÜN YEDDİ PİLLƏLİ MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR”. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 89)

Hicri 1300-cü il və son min ilin ən böyük mücəddidi olan ustad Səid Nursi həzrətləri isə İslam əxlaqının hakimiyyət müddəti üçün hicri 1500-cü illləri vermişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq-aydın qalibiyyət dövrləri olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə, İslam əxlaqının dünyadakı yüksəliş dövrünün bitəcəyi və kafirlər üçün, hicri 1545-ci ildən sonra qiyamət qopa biləcəyini söyləmişdir (doğrusunu Allah bilər).

"Ümmətimdən bir taifə (tayfa) Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq".

"Ümmətimdən bir taifə (tayfa).." bəndinin (hissəsinin) məqam-ı cifrisi (cifr hesabına görə olan nəticə, ədədi qiymət) 1542 (miladi 2117-ci il) edərək, nəhayət-i davamına (varlığının sonuna) işarə edər. "Haqq üzərində olacaq" (şəddə sayılır) bəndi (hissəsi) belə; məqam-ı cifrisi 1506 (miladi 2082-ci il), bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə; sonra ta 1542-ci ilə (miladi 2117-ci il) qədər, gizli və məğlubiyyət içində vəzifə-i tənviriyəsinə (aydınlıq gətirmə vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edər. "Allahın əmri gələnə qədər" (şəddə sayılır) bəndi (hissəsi) də; məqam-ı cifrisi 1545-ci il olub (miladi 2120-ci il), kafirin başında QİYAMƏT QOPMASINA işarə edər. (Kastamonu Lahikası, səh. 33)

Böyük əhli-sünnə alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni hicri 1500-cü illərdə qiyamətin qopmasının Allahın icazəsi ilə gözlənildiyini ifadə edir (doğrusunu Allah bilər).

BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ AŞMAYACAQ... (Kıyamet Alametleri, Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk nəşriyyatı, İstanbul, 2002, səh. 299)

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə əsaslanaraq Suyuti həzrətləri isə, verdiyi bir açıqlamada bunları söyləyir:

"MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK". (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu'l-İlel, səh. 89)

Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən və böyük İslam alimlərinin açıqlamalarından da açıqca aydın olduğu kimi, yaşadığımız hicri 1400-cü illər hz. Mehdi (ə.s)-ın zühur əsridir. Bu əsrdə hz. İsa (ə.s) yenidən yer üzünə gələcək, hz. Mehdi (ə.s) zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.

İman gətirənlər Dəccalın fitnəsindən hz. İsa (ə.s)-ın vəsilə olmasıyla qorunacaqlar

"Yalançı, hiyləgər, zehinlərdə və könüllərdə yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi bəzəyib əsil üzünü gizlədən, hər yeri gəzən pis və uğursuz insan" kimi mənaları verən Dəccal məhfumu, Axırzamanda ortaya çıxacağı bildirilən, hər cür pisliyin və fitnənin mənbəyi və nümayəndəsi olan insan kimi təsvir edilir. Lakin, Dəccal bir insan ola biləcəyi kimi, din əxlaqına uyğun olmayan hər cür düşüncə və tətbiqi təmsil edən bir sistem və ya ideologiya da ola bilər. Həm bir çox hədisdə Dəccalla əlaqədar məlumatlar verilir, həm də Quranda, Dəccalın pis əxlaqına və sisteminə işarə edən bir çox ayə var. Dəccalın ortaya çıxışı, səhih hədislərdə qiyamətin mühüm əlamətlərindən biri kimi bildirilmişdir.

Məzhəb imamımız Əbu Hənifə isə, Dəccal və digər qiyamət əlamətlərinin bildirildiyi hədislərlə əlaqədar bunları söyləyir:

Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğulması, hz. İsanın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə çatdırıldığı kimi, həqiqətdir və olacaq. (Ebu Hanife, Nu'man b. Sabit (150/767), Fıkh-ı Ekber, tərcüməçi: H. Basri Çantay, Ankara, 1982)

Hədislərdə Dəccalın çıxış əlamətləriylə yanaşı, xüsusiyyətləri də təfərrüatlı şəkildə verilmişdir. Buna görə, Dəccal insanları doğru yoldan azdıracaq; yaxşını pis, pisi yaxşı göstərəcək; özünə itaət edənləri dırnaqarası nemətlərlə aldatdığı halda, özünə itaət etməyənlərə isə, təzyiq və güc tətbiq edəcək; yer üzündə qarışıqlıq çıxardacaq, qarşıdurmanı qızışdıracaq; din əxlaqına qarşı çıxacaq və insanları din əxlaqından uzaqlaşdırmaq üçün fəaliyyət göstərəcək. Dəccalın yer üzündə olduğu dövr, səmimi iman gətirənlərin bir çox sıxıntı və çətinliklə qarşılaşacaqları, insanların böyük əksəriyyətinin din əxlaqından uzaqlaşacaqları bir dövr olacaq.

Dəccalın ortaya çıxışı bütün dünyaya dərindən təsir göstərəcək və bəşəriyyətə bir çox fəlakət və çətinlik gətirəcək hadisələrin başlanğıcı olacaq. Dəccalın əsil hədəfi din əxlaqı və səmimi iman sahibləri olacağına görə, xüsusilə möminlər üçün olduqca çətin bir dövr yaşanıla bilər. Həmçinin, insanların mühüm hissəsi Dəccalın yalanlarına inanacaq və ona itaət edəcəklər. Belə bir mühit, bütün vicdan və iman sahibi insanların var gücləriylə etiraz etməli və çox güclü fikri mübarizə aparmalı olduqları bir mühitdir. Həmçinin Allahın icazəsi ilə səmimi iman sahibləri bu fikri mübarizədə üstün gələcəklər. Lakin hz. Məhəmməd (s.ə.v) Dəccalın fitnəsinin tarixin ən böyük fitnəsi olduğunu bildirmiş və iman sahiblərini bu fitnədən qorunmaları üçün xəbərdar etmişdir. Bu xəbərdarlıq çox əhəmiyyətlidir:

Məhz mən bunları sizə danışıram ki, vəziyyəti yaxşı qavrayasınız, onun tələsinə düşməyəsiniz və sizdən sonrakılara danışasınız. Çünki onun fitnəsi, fitnələrin ən pisidir. (Nuaym; İsmail Mutlu, Kıyamet Alametleri, səh. 92-93)

Peyğəmbərimiz (s.ə.v)-in bu öyüdü və Dəccalın fitnəsindən Allaha sığındığı duası, müsəlmanlar üçün yol göstərici olmuşdur. Dünyanın hər yerində müxtəlif məzhəblərə və ya müxtəlif irqlərə mənsub müsəlmanlar, 5 vaxt namazlarında, Allahın özlərini Dəccalın fitnəsindən qoruması üçün dua edirlər. Rəvayətlərdə bildirildiyinə görə, sevimli Peyğəmbərimiz (s.ə.v) tərəfindən möminlərə öyrədilən bu dua belədir:

Rəsulullah belə buyurmuşdur: “Biriniz, təşəhhüd oxuduğu zaman (təhiyyat oxumağı bitirdiyi vaxt); “ey Allahım, cəhənnəm əzabından, qəbir əzabından, həyat və ölümün fitnəsindən və Dəccalın fitnəsindən Sənə sığınıram” deyərək dörd şeydən Allaha sığınsın”. (Müslim, Mesacic:25, No.590, 1/413)

Bu duanın bilavasitə hz. Məhəmməd (s.ə.v) tərəfindən iman gətirənlərə öyrədilmiş və namazlarda oxunulmasının tövsiyə edilmiş olması, dəccaliyyət mövzusunun möminlər üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. İslam alimlərinin isə namazlarının ardınca; "Allahümme ecirne min fitneti'l mesihi'd deccali ve's süfyan" (Allahım bizi Dəccal və Süfyanın fitnələrindən qoru) deyərək təsbeh etdikləri məlumdur. Necə ki, müsəlmanlar da, Dəccalın fitnəsinin nə qədər böyük olduğunu dərk edərək, 5 vaxt namazlarında Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi dua ilə, Rəbbimizə sığınırlar. Bu, müsəlmanların Dəccala qarşı mənəvi hazırlıq gördüklərini göstərir. Lakin, əlbəttə ki, Dəccala qarşı görüləcək hazırlıqların ən mühüm hissəsi, hz. İsa (ə.s)-ın yer üzünə gəlişi üçün görüləcək hazırlıq olmalıdır.

Hz. İsa (ə.s)-ın gəlişi, müsəlmanların bu duasının müəyyən cəhətdən qəbul olunması olacaq. Çünki hədislərdə, Dəccalın fitnəsinin, təkcə hz. İsa (ə.s)-ın yer üzünə qayıtmasıyla ortadan qaldırılacağı, Dəccalın hz. İsa (ə.s)-ı gördükdə "duzun suda əriməsi kimi" yox olacağı müjdələnilmişdir. Hz. İsa (ə.s)-ın Dəccalı ortadan qaldıracağını bildirən hədislərdən bəziləri belədir:

...Dəccal ortalığa fitnə saçdığı bir vaxtda, Allah Məryəm oğlu İsa Məsihi göndərəcək... Hz. İsa Dəccalla Lut (Beytül-müqəddəsə yaxın bir diyar) qapısında qarşılaşacaq və onu yox edəcək. (İmam-ı Müslim; Saim Güngör, Büyük Fitne Mesih-i Deccal, səh. 104)

Allahın düşməni (Dəccal) onu gördükdə duzun suda əriməsi kimi əriyəcək. Onu buraxsa da, öz-özünə həlak olana qədər əriyəcəksə də, Allah Dəccalı, hz. İsanın əliylə yox edəcək... (Müslim, Fiten: 9, No. 2897, 4/2221)

Hz. İsa yaxın vaxtda enəcək, sonra fəsadçı, bədbəxt olan Dəccalı (mənəvi cəhətdən) həlak edəcək. (Nüzul-i Mesih Risalesi, Ekmel nəşriyyatı, İstanbul, 1998, səh. 121)

Belə olan halda, iman gətirənlərin və Dəccalın fitnəsindən qorunmaq istəyənlərin hz. İsa (ə.s)-a var gücləriylə dəstək olmaları, bu mübarək insan yer üzünə gəlmədən əvvəl ona mümkün olan ən gözəl mühiti hazırlamaq üçün, cəhd göstərmələri olduqca əhəmiyyətlidir.

Bunun üçün, müsəlmanlar bir tərəfdən Dəccalın fitnələrini və yalanlarını ortaya çıxartmalı və dəccaliyyətin ideoloji zəminini meydana gətirən ünsürlərlə fikri mübarizə aparmalı, digər tərəfdən isə, hz. İsa (ə.s) gəlmədən əvvəl, onun aparacağı böyük fikri mübarizə üçün ilkin hazırlıq görməli, əxlaqi cəhətdən hz. İsa (ə.s)-a layiq ola biləcək, ona dəstək ola biləcək şəkildə özlərini inkişaf etdirməyə diqqət göstərməlidirlər. Ayələrdə bildirilən məlumatlar və hədislərdə bəhs edilən hadisələr, dünya tarixinin ən mühüm dövrlərindən birinin xeyli yaxınlaşdığına işarə edir.

Belə tarixi bir dövrdə yaşamaq şərəfinə nail olacaq insanlar, bundan ötrü böyük həyəcan yaşamalı, həmçinin məsuliyyətlərinin böyük olduğunu da bilməlidirlər. Vəziyyətin əhəmiyyətini dərk edənlərin etməli olduqları ilk şeylərdən biri, əlbəttə ki, hz. İsa (ə.s)-ın gəlişinə həm özləri, həm də ətraflarını ən yaxşı şəkildə hazırlamaq olmalıdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allah Qatındakı Din İslamdır
  • Çətinlik Çəkən Qövmlərin "Xilaskar" İstəmələri
  • Quranda Məryəm Oğlu İsa Məsih
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Qayıtması
  • Hədislərdə Hz. İsa (ə.s)-ın İkinci Dəfə Yer Üzünə Gəlməsi
  • Risale-i Nurda Hz. İsa (ə.s)-ın İkinci Dəfə Yer Üzünə Gəlməsi
  • Son Söz
  • Hz. İsa (ə.s)’ı Necə Tanıya Bilərik?
  • Təkamül Yalanı