Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi xalqı zalım olan bu ölkədən çıxart, bizə Öz tərəfindən bir himayəçi göndər, bizə Öz tərəfindən bir yardımçı göndər!” deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmırsınız?
(Nisa surəsi, 75)
Quranda bildirilən hekayələrdə, Allahın elçi göndərdiyi bölgələrdə, elçinin gəlməsindən əvvəl ictimai və əxlaqi cəhətdən böyük degenerasiya yaşandığı bildirilir. Elçinin gəlməsiylə birlikdə isə, ona itaət edib tabe olan insanlar din əxlaqını yaşamağın gətirdiyi bolluq, bərəkət və əmin-amanlığı yaşayarkən, elçidən sonrakı dövrlərdə insanların bir hissəsi getdikcə din əxlaqından uzaqlaşaraq inkara üz tutublar. Allahdan başqa ilahlar qəbul edərək özlərinə zülm ediblər.
Allah, Məryəm surəsində elçilərin Allaha olan bağlılıqlarını, səmimiyyətlərini və ixlaslarını nümunə göstərdikdən sonra, onlardan sonra gələn bəzi cəmiyyətlərin bu inanclarını tamamilə itirdiklərini xəbər verir. Bu insanlar şəhvətlərinə uymuş və əxlaqi əsaslara olan həssaslıqlarını itirmişdirlər. Bu insanlarla əlaqədar olaraq ayələrdə belə buyurulur:
Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin (Yaqub) nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır. Onların ardınca namazı (qılma həssaslığını) tərk edib şəhvətə uyan bir nəsil gəldi. Beləliklə də, onlar azğınlıqlarının cəzasını alacaqlar. (Məryəm surəsi, 58, 59)
Allah Öz dinindən uzaqlaşan, niyə yaradıldıqlarını, özlərini Yaradanın qarşısındakı məsuliyyətlərini heç düşünməyən bu insanları müxtəlif fəlakətlərlə xəbərdar etmişdir. Bu əməllərinin əvəzi olaraq onlara verdiyi nemətini dəyişdirmiş: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq..." (Taha surəsi, 124) ayəsinin tələbindən ötrü, sıxıntılı və çətin bir həyat vermişdir.
Allah "sıxıntılı həyat"ı, iman gətirdikdən sonra küfr edən bu xalqlara çox müxtəlif şəkillərdə yaşatmışdır. Mallarda və məhsullarda yaşanılan qıtlıq, bərəkətsizlik, əxlaqi degenerasiya və degenerasiyanın gətirdiyi mənəvi sıxıntı, siyasi qeyri-sabitlik nəticəsində yaranan iqtisadi və ictimai problemlər bunlardan təkcə bir neçəsidir.
Bu cəmiyyətlər din əxlaqına uyğun olmayan sistemlər üzündən də, müxtəlif təzyiq və əziyyətlərə məruz qalmışdırlar. Quranda bu cür ədalətsiz zülm sisteminə nümunə verilən dövrlərdən biri Firon dövrüdür. Firon çox ehtişamlı zənginlik və bolluq içində yaşadığı bir halda, xalqına çox böyük əziyyətlər vermiş və fitnə-fəsad törətmişdir. Bu vəziyyət bir ayədə belə bildirilir:
Həqiqətən, Firon yer üzündə (Misirdə) təkəbbürlük göstərib onun xalqını zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını boğazlayır, qadınlarını isə sağ buraxırdı. Çünki, o, fitnə-fəsad törədənlərdən idi. (Qəsas surəsi, 4)
İqtisadi və ictimai problemlərin yaşandığı, ədalətsiz bir rəhbərliyin hakim olduğu bu cür dövrlərdə, insanlar həmişə bir xilaskara ehtiyac duyarlar. Bu xilaskar, içində yaşadıqları mövcud sistemin mənfi tərəflərini düzəldəcək, ədaləti, sülhü, təhlükəsizliyi təmin edəcək və özlərini doğru yola yönəldəcək.
İsrail oğulları da hz. Musadan sonra eyni çətinliklərlə, zalım rəhbərlərlə qarşılamış, çox böyük zülmlər çəkmişdirlər. Yurdlarından çıxarılmış, evlərindən sürgün edilmiş və özlərini, içində olduqları bu vəziyyətdən nə şirk qoşduqları ilahlarının, nə mallarının, nə də atalarının xilas edə bilməyəcəklərini anlamışdırlar. Bunun nəticəsində isə, Allahdan bu zalım rəhbərliyə qarşı mübarizə aparmaq bir rəhbər istəmişdirlər.
Quranda təsvir edilən keçmiş qövmlərə aid hekayələrdə diqqətçəkən xüsuslardan biri də, hər qövmün başına gələnlərin bir-birinə böyük ölçüdə bənzər olmasıdır. İnsanların yaşayışları, içində olduqları vəziyyət, xəbərdaredici olaraq elçilərin göndərilməsi və sonunda isə, bəzilərinin həlak olması bənzər şəkildə yaşanmışdır.
Müasir cəmiyyətlərdə də çox sürətli pozulma, korlanma və degenerasiya yaşanılır. Kasıblıq, səfalət, zülm mühiti içindəki insanlar, gözəl əxlaqın yaşandığı, dinc həyatın həsrətini çəkirlər. Mövcud sistemin, təkcə bu əxlaqla birləşdiyi zaman ədalət təmin edə biləcəyi, pozuqluqların ancaq bu əxlaqa sahib insanlar tərəfindən düzəldilə biləcəyi artıq açıqca görülür.
Necə ki, Allah əvvəlki qövmlərə də, eyni ictimai tənəzzüldən sonra xilaskarlar göndərmiş və çətinliyin ardından çox böyük bolluq, bərəkət və zənginlik vermişdir. Allah qorxub çəkinən cəmiyyətlərə bolluq və bərəkət verəcəyinə bir ayəsində belə işarə edir:
Əgər o ölkələrin xalqı iman gətirərək, qorxub çəkinsələrdi, həqiqətən, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar yalan hesab etdilər. Biz də onları qazandıqlarına görə yaxaladıq. (Əraf surəsi, 96)
Ayələrdə bildirildiyi kimi, sülhə, əmin-amanlığa, bolluğa və bərəkətə nail olmağın tək yolu, İslam əxlaqının yaşanmasıdır. Bu, keçmiş qövmlərdə belə olmuşdur, bundan sonrakı qövmlərdə də bu cür olacaq. İslam əxlaqının olmadığı yerdə, ədalətin, təhlükəsizliyin, sabitliyin əsil mənada hakim olması qeyri-mümkündür. Bu, Allahın bir qanunudur. Allahın qanunlarında heç bir dəyişiklik olmadığı isə Quranda belə bildirilir:
"...Onlara qorxudan və xəbərdar edən gəldikdə isə, bu, onların ancaq nifrətini artırdı. Həmçinin onlar yer üzündə təkəbbür göstərib, pis əməllər törətdilər. Halbuki hiylələr isə, təkcə öz sahiblərini bürüyüb əhatə edər. Artıq onlar əvvəlkilərin qanunundan başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununda heç bir dəyişiklik tapa bilməzsən. (Fatir surəsi, 42, 43)
Əvvəlki hissədə ifadə etdiyimiz kimi, Quran ayələrində, keçmiş qövmlərdə yaşanılan degenerasiya, azğınlıq və əxlaqi tənəzzüldən sonra Allahın həmin qövmlərə bir “xilaskar” göndərdiyi xəbər verilir. Bu xilaskar, insanları Allaha şirk qoşmadan iman gətirməyə və qorxub çəkinməyə yönəldər. Qövmlərin inkarda israr etməsindən sonra, bu dəfə də onları əzabla xəbərdar edər. Bu xəbərdar edib qorxutma olmadan Allah heç bir qövmü məhv etməyəcəyini, Quranda belə bildirir:
Biz heç bir ölkəni onu xəbərdar edən olmadan məhv etmədik. Onlara xatırladılmışdır. Biz zalım deyilik! (Şuəra surəsi, 208, 209)
Yaşdığımız dövr, hər cür pozulmanın hakim olduğu maddi-mənəvi pozulmanın artdığı, azğınlığın yaşandığı, siyasi və iqtisadi cəhətdən böyük qeyri-sabitliyin hökm sürdüyü, varlı-kasıb arasında çox böyük uçurumların yarandığı bir dövrdür. Bütün bu hadisələr, çox yaxın gələcəkdə mühüm hadisələrin yaşanlacağına işarə edir. Allahın icazəsi ilə bütün bu çətinliklərdən sonra, hz. İsa (ə.s)-ın yenidən yer üzünə gəlməsi və hz. Mehdi (ə.s)-ın zühur etməsiylə birlikdə, İslam əxlaqı bütün dünyada mütləq yaşanılacaq və haqq din digər batil dinlərə üstün gələcəkdir.
Allah Tövbə surəsində iman gətirən qullarını bu həqiqətlə belə müjdələyir:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər istməsə də, Allah təkcə Öz nurunu tamamlamaq istəyir. Müşriklər istəməsə də, o dini (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq dinlə göndərən Odur. (Tövbə surəsi, 32, 33)
Allah Nur surəsində də, şirk qoşmadan Özünə qulluq edən və "yaxşı əməl" işləyən (Onun hökmlərini qoruyan, yolunda səy göstərən) möminlərin özlərindən əvvəlkilər kimi, yer üzündə güc və hakimiyyət sahibi olacağını belə xəbər verir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri “güc və hakimiyyət sahibi” etdiyi kimi, onları da “güc və hakimiyyət sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar təkcə Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra inkar edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Burada mühüm bir xüsus var: Yuxarıdakı ayədə yer üzündə din əxlaqının yayılmasının şərti bildirilir belə ki, bu, şirk qoşmadan təkcə Allaha ibadət edən və Onun yolunda yaxşı əməl işləyən möminlərin varlığıdır.
Buraya qədər bəhs edilən mövzulardan çıxan nəticə budur: Allah hər dövrdə zülmə qarşı kömək istəyən qullarına cavab vermişdir. Keçmişdə olduğu kimi, dövrümüzdəki (həmçinin gələcəkdəki insanları) dinsizliyin zülmündən xilas edib, onlara İslam əxlaqını yaşamağın gözəlliklərinin təqdim ediləcəyi bir mühit yaşanacaq.
Xüsusilə İslam aləminin düşdüyü çətinliklərdən xilas olması da Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyinə görə yaxındır. Əlbəttə, bunun u üstün əxlaqın yaşanmasına vəsilə olacaq hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s) isə, Allahı inkar edən ideologiyaları fikirlə məğlub edəcək və yanlış din anlayışlarını təsirsiz hala gətirəcəklər.
Bir sözlə, Allah hər xalqa kömək etdiyi kimi, bundan sonra da yer üzündəki insanlara kömək edəcək. Allah ixlasla və səmimiyyətlə Özünə yönələn qullarına bunu vəd etmişdir. Ayələrdə belə buyurulur:
Onlar ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi (məlubiyyətə uğratmasaydı), monastırlar, kilsələr, sinaqoqlar və içərisində Allahın adı çox zikr olunan məscidlər dağılıb gedərdi. Allah, Özünə (dininə) yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Güclüdür, Əzizdir.
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar dosdoğru namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 40, 41)