Allah, insanları doğru yola yönəltmək və etdikləri səhvləri onlara bildirmək üçün, tarix boyunca peyğəmbərlər göndərmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyəti doğru yola çağırmış, Rəbbimizdən aldığı vəhyi öz cəmiyyətinə bildirmişdir. Hər dinin hökmlərində, ibadətlərində və tətbiqlərində bəzi fərqlər olmuş olsa da, bütün peyğəmbərlərin təbliğlərinin əsasını eyni tövhid inancı təşkil etmişdir. Tövhid, "Allaha, Onu tək ilah qəbul edərək iman etmək" deməkdir. Tövhid inancına sahib bir insan, yeganə güc və qüdrət sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu bilər. Bütün insanların Allaha möhtac, aciz qullar olduğundan və bütün varlıqların Allaha boyun əydiyindən xəbərdar olar. Digər bir sözlə, İslam dini xaricindəki iki böyük haqq din olan Yəhudilik və Xristianlıq, pozulmamış halları ilə Allaha heç bir varlığı şərik qoşmamaq təməli əsasında yaradılmışdır.
Luigi Mayer, Hz. Süleyman Tapınağı, Victoria ve Albert Müzesi, Londra |
Ey Kitap Ehli, kitaptan gizlemekte olduklarınızın çoğunu size açıklayan ve birçoğundan geçiveren elçimiz geldi. Size Allah'tan bir nur ve apaçık bir kitap geldi. Allah, rızasına uyanları bununla kurtuluş yollarına ulaştırır ve onları Kendi izniyle karanlıklardan nura çıkarır. Onları dosdoğru yola yöneltip-iletir. |
Allahın varlığına və təkliyinə inanan hər üç İlahi dinin mənsubları da əslində Rəbbimizin hz. İbrahimə endirmiş olduğu haqq dinə tabe olurlar. Quranda hz. İbrahimin dininin "hənif" din olduğu bildirilmiş və Peyğəmbərimiz (s.ə.v)-ə bu dinə tabe olması əmr edilmişdir:
Sonra sənə vəhy etdik: “Hənif olan İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl surəsi, 123)
Hənif sözü, "təkcə Allaha inanıb, təkcə Ona qulluq edən insan" mənasındadır. Hz. İbrahimin hənif olaraq vurğulanan xüsusiyyəti, yalnız Allahı tək ilah qəbul edib, Ona iman etməsi və təslim olmasıdır. O bütpərəst qövmünün batil inanclarından uzaqlaşmış, yalnız Allaha üz tutmuş, hənif quldur. Qövmünü də bütpərəst inanclarını tərk etmələri və bütlərə ibadət etməkdən imtina etmələri üçün xəbərdar etmişdir (ətraflı məlumat üçün baxın: Hz. İbrahim və hz. Lut, Harun Yəhya, araştırma nəşriyyatı, fevral 2003)
Allahın hz. İbrahimə vəhy etdiyi haqq din, onun nəslindən gələn digər saleh möminlər tərəfindən ayaqda saxlanılmışdır:
Özünü alçaldanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: “Təslim ol!” dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!” demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!” Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 130-133)
Görüldüyü kimi hz. İbrahimin "hənif" dini, yəhudilər, xristianlar və müsəlmanlar arasında ortaq bir dindir. Yəhudilər hz. İbrahimi bütün yəhudilərin peyğəmbəri kimi qəbul edir və hz. İbrahimin yolundan getdiklərini söyləyirlər. Xristianlar da hz. İbrahimin, yəhudilərin olduğu kimi özlərinin də peyğəmbəri olduğunu qəbul edirlər. Hz. İbrahimə iman, ona bəslənilən sevgi və hörmət yəhudilər və xristianlar üçün olduğu kimi, müsəlmanlar üçün də olduqca əhəmiyyətlidir. Rəbbimiz Nisa surəsində belə bildirir:
Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi dost tutmuşdur. (Nisa surəsi, 125)
Müsəlmanlar, Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə endirilənlərə, "aralarında heç bir fərq qoymadan" iman edərlər:
Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)
Ancaq unutmamaq lazımdır ki, Allaha olan şövqlü imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüllü surətdə itaət etməsi, itaətkarlığı və üstün əxlaqıyla bütün iman edənlərə nümunə olan hz. İbrahimə ən yaxın olanlar, şübhəsiz ki, onun əxlaqına sahib olanlar və tövhid inancına sahib olanlardır. Rəbbimiz Quranda belə buyurur:
Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır. (Ali İmran surəsi, 68)
Dolayısilə Allaha könüllü şəkildə iman gətirən xristianlar və yəhudilər də, hz. İbrahim və ona tabe olan saleh möminlər kimi, yalnız Allaha üz tutmalı, hz. İbrahimin göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və imani dərinliyi nümunə götürməlidirlər. Onlar da hz. İbrahimin hənif dininə tabe olan həniflər kimi, Allahın təkliyinə iman edən və Ona heç nəyi şərik qoşmayan səmimi qullar olmalıdırlar. Lakin indiki vaxtda təslis inancından ötrü xristianlar bundan uzaqlaşıblar. Hz. İsanın Allah Qatına alınmasından sonra yaradılan təslis inancından ötrü yanlış bir yol tutulmuş, tövhid inancı dəyişdirilib fərqli bir inanc yaradılmışdır.
Xristianlıq Fələstində yaşayan yəhudilər arasında yarandı. Hz. İsanın ətrafında toplanmış və ona iman gətirmiş bütün insanların demək olar ki, hamısı yəhudi idi və hz. Musanın şəriətinə görə yaşayırdılar. Yəhudiliyin ən təməl xüsusiyyəti isə, Allaha, Onu tək ilah qəbul edərək iman gətirməkdi.
Lakin sonrakı hissələrdə daha ətraflı şəkildə görəcəyimiz kimi xristianlıq, hz. İsanın Allah Qatına alınmasından və yəhudilərin onun yolundan dönüb bütpərəst aləmə daxil olmasından sonra dəyişməyə başladı. Hz. Musanın şəriətinin təməli olan tövhid inancı böyük dəyişikliyə uğradı. Hz. İsa təslis inancından ötrü ilah kimi görülməyə başlandı (Allahı, bu başlıq boyunca təslis inancını bildirmək üçün işlədəcəyimiz bütün batil ifadələrdən tənzih edirik).
"Təslis" inancı bu müddətin sonunda yarandı. Bu anlayış, "Ata, Oğul və Müqəddəs Ruh"dan ibarət üçlü Allah inancı mənasında işlədilir. Təslis, ənənəvi xristianlığın ən əhəmiyyətli iman şərtlərindəndir. Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə, Onu tək ilah qəbul edib iman etməyi əsas götürən tövhid inancına tamamilə zidd olan bu yanlış inancı, aşağıdakı maddələr halında xarakterizə etmək mümkündür:
Təslis inancı, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə yanlış dünyagörüşüylə baxan, Allahın insanlara peyğəmbər kimi göndərdiyi hz. İsanı ilah qəbul edən yanlış inancdır. Lakin öz daxilində bir çox ziddiyyət olmasına və tövhid inancına tamamilə əks olmasına baxmayaraq, xristianların inanclarında çox əhəmiyyətli yerə malikdir. Bundan ötrü də, təslis inancına, yəni hz. İsanın Allahın oğlu olduğuna inanmayan bir insan, təslis inancını müdafiə edənlər tərəfindən həqiqi xristian qəbul edilməz.
Maraqlı bir xüsus isə, tarix boyunca təslis inancına qarşı çıxıb, hz. İsanın yalnız Allahın peyğəmbəri olan bir insan olduğunu müdafiə edən müxtəlif insanların və cəmiyyətlərin güclü təzyiqlərə məruz qalmış olmalarıdır. Bu insanların İncildən və hz. İsanın həyatından gətirdikləri dəlillər həmişə görməzlikdən gəlinmiş və insanlara bu mövzular barəsində danışmaq qadağan edilmişdir. Sonrakı hissələrdə daha ətraflı şəkildə araşdıracağımız tövhid inancı sahibləri, hz. İsanın Allahın oğlu olduğunu söyləyənlərə kəskin şəkildə qarşı çıxmış, bunun açıq şəkildə "Allaha şirk qoşmaq" olduğunu söyləmişdirlər. Bundan ötrü də, əsrlər boyunca "kafir", "azğın" və hətta "din düşməni" olaraq tanıdılmış, onlara dəstək verənlər də eyni reaksiyalarla qarşılaşmışdırlar. Bəziləri yurdlarından sürgün edilmiş, bəziləri də inkvizisiya məhkəmələrinin verdiyi hökmə əsasən yandırılaraq öldürülmüş və ya asılmışdırlar. Verilən bu cavablar, təslis inancı əleyhdarlarının sayca artmalarının və fikirlərini yaymalarının qarşısını almayıb. Lakin təslis inancı müdafiəçiləri həmişə çoxluq təşkil ediblər.
Mövzunu bitərəf şəkildə araşdıranlar belə, həqiqi xristianlığın tarix boyunca təzyiqə məruz qalmış hənif (tövhid inancına əsaslanan) xristianlıq dini olduğunu müəyyənləşdirirlər. Xüsusilə də 18-ci əsrdə başlayan bir çox müstəqil Bibliya tədqiqatları nəticəsində, təslis, kəffarə və bənzəri inancların xristianların müqəddəs kitablarında qeyd olunmadığı nəticəsinə gəlinmişdir.
Bu tarixi dəlillərin də təsirindən ötrü, hazırkı vaxtda bəzi xristian məzhəblər təslis inancını rədd edirlər. Məsələn, dünyanın hər yerində kilsələri olan Unitarian Kilsəsi, təslis inancını qəbul etməyən çox böyük xristian camaatıdır. Belə camaatlar (aralarında müxtəlif görüş fərqləri olsa da) hz. İsanın Allahın oğlu olduğunu qəbul etmir, həqiqi xristianlığın Allaha, Onu tək ilah qəbul edərək iman etməyi əmr etdiyini söyləyirlər. Böyük hissəsi də hz. İsanın bütün insanların günahlarına kəffarə olaraq çarmıxa çəkildiyi iddiasının yanlış olduğunu vurğulayırlar. Hazırkı dövrdə təslis inancına qarşı çıxan xristianlarla, müxtəlif adlar altında və müxtəlif kilsə formasiyaları halında qarşılaşmaq mümkündür. Xüsusilə də ABŞ-da "təslis inancı əleyhdarları" hər keçən gün daha da güclənir və xristian aləmində həqiqətləri açıq şəkildə dilə gətirənlərin sayı xeyli artır. Bunlar arasında "The Worldwide Church Of God" xüsusilə diqqət çəkir. Bu kilsənin qurucusu Herbert V. Armstronq (Herbert W. Armstrong), təslis inancının bütpərəst mədəniyyətlərin təsiri nəticəsində ortaya çıxan yanlış inanc olduğunu müdafiə edir.
Giovanni Paolo Panini, Roma Forumu, 1735, Detroit Güzel Sanatlar Enstitüsü |
Digər tərəfdən bəzi xristian kilsələri arasında təslis inancına əks görüşlərin yarandığı, lakin bunların ört-basdır edildiyi də məlum bir həqiqətdir. Məsələn, Şimali Amerikada 19-cu əsrdə yaranan və hz. İsanın qayıtmasının çox yaxın olmasına diqqət çəkən “Yeddinci günün adventistləri” hərəkatı əslində "arianlıq" təməli əsasında qurulmuş və hərəkatın baniləri təslis inancını rədd etmişdirlər (Arius, kitabın sonrakı hissəsində araşdıracağımız kimi, təslis inancı və hz. İsaya isnad edilən ilahlıq iddiasını rədd edən, 3-cü əsrdə yaşamış mühüm xristian din xadimidir). Lakin digər xristian kilsələrinin “Yeddinci günün adventistləri” məzhəbinə atdıqları "xristianlıqdan azanlar" böhtanı, arianlıq inancının tərk edilməsinə və bunun əvəzinə təslis inancının qəbul edilməsinə gətirib çıxartmışdır. Bu qəribə dəyişiklik, hazırkı dövrdə həmin bu kilsənin mənsubları tərəfindən də qəbul edilir.(1)
Bu mövzuda ən çox diqqət yetirilməli xüsuslardan biri isə, təslis inancına Bibliyanın heç bir yerində rast gəlinə bilməməsidir. Nə yəhudilərin müqəddəs kitabları olan Əhdi-Ətiqdə, nə də xristianların müqəddəs kitabları olan İncildə bu inanc yoxdur. Üç üqnum (təslis inancı) İncildəki bəzi ifadələrin yanlış şərh olunmasına əsaslanır və bu ifadə ilk dəfə 2-ci əsrin sonlarında Antakyalı Teofilos tərəfindən işlədilmiş və xeyli müddət sonrasa qəbul edilmişdir. Bundan ötrü də, Bibliya tədqiqatçıları və təslis inancı əleyhdarları xüsusilə də; "əgər bu inanc həqiqətən doğru olsaydı, hz. İsa bunu tam açıq şəkildə insanlara bildirmiş olmalı deyildimi? Təslis inancı Bibliyada açıq ifadələrlə işlədilməli deyildimi?" sualları üzərində cəmləşirlər. Bu suallara özlərinin verdikləri cavab isə açıqdır: İncildə tam açıq şəkildə bəhs edilməyən, dolayısilə ilk xristianlar tərəfindən bilinməyən bir inanc, xristianlığın təməli ola bilməz. Bu, həm hz. İsadan sonra, həm də kök salmış Yunan mədəniyyətinin təsiri nəticəsində meydana gətirilən yanılmadır.