Xristianlar Əhdi-Cədidə (yəni İncilə) olduğu kimi, Əhdi-Ətiqə də iman edirlər. Dolayısilə xristianların müqəddəs kitabı, həm Əhdi-Cədidi, həm də Əhdi-Ətiqi özündə birləşdirən Bibliyadır. Bu kitablar təhrif edilmiş olmaqla yanaşı, xristianlıq dininin tələblərini, bir xristianın ömrü boyunca yerinə yetirməli olduğu əmrləri və pozmamalı olduğu qadağaları, göstərməli olduğu gözəl əxlaq xüsusiyyətlərini Bibliyada tapmaq mümkündür. Lakin "təslis" inancını, bu və buna bənzər bir sözü tapmaqsa qeyri-mümkündür. Yeni Katolik Ensiklopediyası (The New Catholic Encyclopedia) da təslis inancının ilk xristianlara naməlum olduğunu və ancaq 4-cü əsrdə bu halına gətirildiyini bildirir:
Nyssa'lı Saint Gregory |
İyirminci əsrin yaşadığımız bu ikinci yarısında "təslis" sirrinin açıq, obyektiv, tam düzgün, eləcə də, teoloji izahını vermək həqiqətən çox çətindir. Roma katolisizmi və xristianlığın müxtəlif qollarının apardığı təslis mübahisəsi, ortaya xəyali görünüşdən başqa heç nə qoymur. İki şey baş verdi: Birincisi, aralarında getdikcə artan sayda Roma katoliklərinin də olduğu İncil şərhçisi, bu mövzuda mühüm səlahiyyətə sahib olmadan insanların Əhdi-Cədiddəki təslis anlayışından bəhs etməməli olduqlarını qəbul etdi, ikincisi isə, tarixçi və xristian teoloqların, təslis inancından bəhs edən birinin ancaq hz. İsadan sonrakı dördüncü əsrin son rübündə yaşamış ola biləcəyi etirafı. Həqiqətən də “üç şəxsiyyətli ilah” inancı, xristian inanc və düşüncəsinə dördüncü əsrin son rübündə daxil olmuşdur".(2)
Təslis inancı 4-cü əsrdə kilsənin gündəminə gəlmiş, lakin bu dövrədək onu müdafiə edənlərlə tövhid inancına sahib xristianlar arasında çox uzunmüddətli mübahisələr yaşanmışdır. Bu mübahisələrin pik nöqtəsi isə, çağırılan “Birinci İznik Kilsə Məclisi” oldu.
325-ci ildə çağırılan Birinci İznik Kilsə Məclisi, o dövrə qədər xristian kilsəsi tərəfindən təşkil edilən ən böyük yığıncaq idi. Romadan, Anadoludan, Suriyadan, Finikiyadan, Fələstindən və Misirdən 300-dən artıq din xadimini bir yerə toplayan məclis, Roma İmperatoru I Konstantinin çağırışından ötrü toplandı. Konstantinin məqsədi, imperatorluğunun gələcəyi və təhlükəsizliyi baxımından bu mübahisələrə son qoymaqdı. Bu məclisdə, xristianlığın təməlini meydana gətirən inanc, "imperatorluğun təhlükəsizliyi üçün", "insanların verəcəkləri bir qərara görə" müəyyənləşdiriləcəkdi. Nissalı Qriqori (Saint Gregory of Nyssa), bu məclis əsnasında xristianlar arasında yaşanan mübahisələri belə təsvir edir (Allahı bu sitatda işlədilən ifadələrdən tənzih edirik):
Konstantinopolun hər yerini onların mübahisələri bürümüşdü: küçələr, bazarlar, sərrafların dükanları və sair. Bir əsnafdan dükanındakı bəzi əşyalar üçün neçə gümüş sikkə istədiyini soruşun. Sizə yaradılmış və yaradılmamış varlıq haqqında ətraflı araşdırma ilə cavab verəcək. Bu gün bir çörək bişirəndən çörəyin qiymətini soruşduğunuz vaxt: "Oğul atanın əmrinə tabedir" cavabını alarsınız. Vanna otağınızı yuyunmağınız üçün hazır vəziyyətə gətirən xidmətçiyə vanna otağınızın hazır olub olmadığını soruşun. Cavabı: "Oğul yoxluqdan yaranmışdır" olacaq... Katoliklər: "Özünə tək övlad gətirən Ucadır" dedilər, arianlar isə: "Yaradan, hər şeydən ulu olandır" dedi.(3)
Konstantin imperiya torpaqlarında yaşayan xristianlara geniş inanc və ibadət azadlığı vermişdi, amma özü xristian deyildi. Romanın ənənəvi bütpərəst inanclarını qorumağa davam edirdi. O, mənfəətlərini qoruyan bir dövlət başçısı idi və istədiyi, sərhədləri daxilində yaşayan bütün dinlərlə, xüsusilə də Günəşə tapınmağa əsaslanan batil “Məğlubedilməz Günəş” (lat. Sol Invictus) dininin xristianlıqla uzlaşmasını, hətta qaynaşmasını təmin etməkdi. Konstantin, tam bu qaynaşmanı təmin etməyə çalışdığı əsnada xristianların öz aralarında teoloji mübahisəyə girmələrindən çox narahat olmuş və qeyd olunan məclisi çağıraraq, imperatorluq sərhədlərindəki bütün sözü keçən rahibləri İznikə dəvət etmişdi. İznikdə iki qrup yaranmışdı. Bunlardan birincisi, hz. İsanın Allahın yer üzündəki bədən sahibi olmuş halı olduğuna dair batil təcəssüm inancına sahib olan qrup idi (Allahı tənzih edirik). Bu qrupun lideri İskəndəriyə yepiskopu Afanasi (Athanasius) idi. Afanasinin qarşısında isə, tanınmış Misirli rahib Arius dayanırdı.
Liviya mənşəli Misirli bir ailənin oğlu olan Arius, dövrün əhəmiyyətli şəhəri olan İskəndəriyədə böyümüş və 312-ci ildə də kilsəyə qoşularaq rahib olmuşdu. Arius, Allahın təkliyinə iman etmiş və o vaxtlar Roma kilsəsi tərəfindən qəbul edilmiş və hz. İsanı guya tanrı hesab edən təlimin yanlış olduğu barədə vəz vermişdi. Arius hz. İsa üçün işlədilən "Allahın Oğlu" sifətinin tamamilə məcazi anlayış olduğunu və onu ilahlaşdırmaq mənasını daşımadığını söyləyirdi. Bunu sübut etmək üçün Matta İncilindəki: "Böyük xoşbəxtlik sülhü təmin edənlərədir! Onlara Tanrı oğulları deyiləcək" (Matta, 5/9) ayəsini göstərir və bu sifətin Allahın istəklərinə uyğun davranan hər kəsə aid olduğunu, bunun hz. İsa üçün işlədilmiş xüsusi ifadə olmadığını vurğulayırdı. Arius bir əsərində: "Əslində biz də Tanrının oğulları ola bilərik" deyə yazmışdı.(4) Bu düşüncəsini dəstəkləmək üçün hz. İsanın İncildə qeyd olunan və "Tanrım" deyə başlayan dualarını nümunə göstərirdi. Bu duaların hz. İsanın Allaha bağlı və digər insanlar kimi aciz bir qul olduğunu göstərdiyini söyləyirdi. Arius hz. İsanın Əhdi-Cədiddə özündən tez-tez "insan övladı" deyə bəhs etməsinə də diqqət çəkir və bunun hz. İsanın insan olduğunu göstərdiyini vurğulayırdı.
Arius, İskəndəriyənin bir mahalı olan Banealisin rəsmi rahibi olaraq bu düşüncələrini geniş kütləyə çatdırdı. Onu dinləyən xalq, həm söylədiklərinin tutarlı və inandırıcı olması, həm də təvazökar olub, göstərişdən uzaq olmasından ötrü fikirlərini rahatlıqla qəbul etdi. Lakin İskəndəriyə yepiskopu Aleksandr (Alexander) "arianlıq" cərəyanından çox narahat oldu. Aleksandr, hz. İsanı məcazi deyil, "həqiqi mənada Allahın Oğlu" hesab edən, yəni ilah qəbul edən Roma kilsəsinə bağlı idi (Allahı tənzih edirik). Əvvəlcə Ariusu fikirlərini dəyişdirməsi üçün razılığa gətirməyə çalışdı. Bunu bacara bilməyincə də arianlığa qarşı kəskin hücum başlatdı. Bunu öz yazılarında belə qeyd edirdi:
Bu cərəyan getdikcə hər yerə, bütün Misirə, Liviyaya və Yuxarı Tebenə yayıldı. Bundan sonra biz də, Misir və Liviyanın yepiskoplarıyla bir yerə toplandıq və təxminən yüz insandan ibarət məclisdə bu cərəyanı və bütün ardıcılllarını lənətlədik.(5)
Arius və ardıcılları təkcə lənətlənmədilər, eyni zamanda 318-ci ildə kilsədən qovuldular. Arius və onun ən yaxın köməkçiləri olan yepiskop Fiona (Theonas) və Sekundla (Secundus) on iki rahib sürgün edildi. Arius sürgün olunmadan əvvəl düşüncələrini Taliya adlı lirik bir kitabda topladı. Sürgün olunma yeri isə Fələstin idi.
Lakin Arius bu bölgədə də özünə yeni tərəfdaşlar tapdı. Beləliklə də, Roma kilsəsinin bəzi inanclarına kəskin şəkildə qarşı çıxan bir cərəyan, hər cür maneəyə baxmayaraq, yayılmağa davam etdi. Bu xəbər Roma kilsəsini himayəsi altına almış imperator Konstantinə çatdıqda, o ciddi bir problemlə üzləşdiyini gördü. Romada dini həmrəylik yaratmağa çalışmış, bu məqsədlə də kilsəni qanadlarının altına almışdı. Lakin kilsə öz daxilində parçalanmaq təhlükəsiylə üzləşmişdi. Bundan ötrü də, heç vaxt itirmədən bu problemi həll etməyə və birliyi yenidən təmin etməyə qərar verdi.
Xristian tarixinin ən əhəmiyyətli dönüş nöqtələrindən biri olan Birinci İznik Kilsə Məclisi bu məqsədlə çağırıldı.
Üçleme inancının karşısında yer alan Mısırlı rahip Arius. |
İmperator Konstantin, arianlıqla onun müxalifləri arasındakı qarşıdurmanı əvvəlcə hər iki tərəfə məktublar göndərərək və "birliyin hər şeydən daha əhəmiyyətli" olduğunu qeyd edərək aradan qaldırmağa çalışmışdı. Lakin bu cür cəhdlərin fayda vermədiyini gördükdə, yepiskop Osiyin (Hosius) məsləhəti əsasında, böyük "Dünya Kilsə Məclisi" və ya digər adıyla "Kilsə Məclisi" çağırmağa qərar verdi. İznikdə çağırılan bu məclisdə, bu günə qədər gəlib çatacaq təslis inancı müəyyənləşdirildi. Bu inancı qəbul etməyənlərsə "azğın" elan edildilər.
"Demokratik" bir forum kimi göstərilməyə çalışılan Birinci İznik Kilsə Məclisində əslində imperator Konstantinin böyük üstünlüyü vardı və çıxan qərar da onun dəstəklədiyi tərəfin lehinə oldu. Konstantinin tutduğu tərəfsə, öz himayəsi altına daxil olmuş Roma kilsəsi idi. Məclisdə iştirak edən üç yüzdən artıq rahib arasında yalnız iyirmisi Ariusa yaxın adlardan təşkil olunurdu. Bunda Konstantinin əvvəlcə Ankarada çağırılması planlaşdırılan məclisi, daha şimal-qərbdə yerləşən İznikdə çağırmasının və beləliklə də, arianlığın öz təsirini göstərdiyi Şərq kilsələrinə bağlı rahiblərin məclisdə iştirak etmələrini çətinləşdirməsinin də rolu vardı.(6) İznikin digər bir xüsusiyyəti isə, imperatorun burada yay aylarında qaldığı bir sarayının olması və məclis çağırılan vaxtı şəhərdə olması idi. Bundan ötrü də, imperator, məclisin bütün yığıncaqlarında iştirak etdi və onun nüfuzu da normal olaraq alınan qərarlarda əks olundu.
Hz. İsanın ilahlaşdırılmasının o vaxtadək bağlanmış ən açıq və ən konkret ifadəsi olan İznik andında belə deyilirdi (Allahı aşağıda işlədilən bütün ifadələrdən tənzih edirik):
İnanırıq ki... Rəbb İsa Məsih, Tanrının Oğludur, Ata Tanrıdan meydana gəlmişdir, Ata Tanrı ilə eyni kökdəndir. Tanrıdan Tanrıdır, İşıqdan İşıqdır. Tanrıyla eyni kökdən olub Tanrıdan meydana gəlmişdir, yaradılmamışdır. Onun (hz. İsanın) vasitəsilə göylərdə və yerdə mövcud olan hər şey yaradılmışdır. O, biz insanlar üçün və nicat tapmağımız üçün yer üzünə enmiş və bədən sahibi olmuş və insana çevrilmişdir. Əzab çəkmiş, üçüncü gündə dirilmiş və göyə yüksəlmişdir. Eləcə də, ölüləri və diriləri mühakimə etmək üçün yenidən gələcəkdir və inanırıq ki, Müqəddəs Ruh (da Tanrıdandır).
Eləcə də, kim: "Tanrının Oğlunun olmadığı bir vaxt vardı", "yaranmadan əvvəl yoxdu", "əvvəllər mövcud olmayan şeylər yaradıldı", "Atanın kökündən gəlmir", “yaradılmışdır” və ya “çevrilə bilər” kimi sözlərdən hər hansı birini işlətsə, katolik kilsəsi bütün bu sözləri söyləyənləri lənətləyər.(7)
İmparator Konstantin'in ağırlığını koymasının ardından, İznik Konsili üçlemeyi savunanların lehinde sonuçlandı. |
Görüldüyü kimi, ilk abzasda arianların qarşı çıxdığı təlim təsdiq edilirdi. İkinci abzasda isə, hədəf alınan və özünü katolik (universal) kilsə adlandıran Roma kilsəsi tərəfindən lənətlənən insanlar isə, hz. İsanın Allahın elçisi və yaratdığı bir qul olduğunu söyləyən insanlardı, yəni arianlar və bu düşüncəyə sahib olan digərləri.
İznik andı, elan olunduğu tarixdən sonra xristian inancının təməlinə çevrildi və bu andı pozan hər kəs azğın sayıldı. Roma katolik kilsəsi "Tanrının əmrinin bu məclisdə təcəlli etdiyini" elan etdi, dolayısilə İznik andı da, sanki bir vəhy kimi müqəddəs və xətasız bir mətn sayıldı. Halbuki təcəlli edən əmr əslində Roma imperatorluğunun əmri idi.
Arianlara isə məclisdən sonra daha böyük təzyiq göstərilməyə başlandı. İznik Şurasında imza atmağı rədd edən Arius tərəfdarları aforoz edildilər. Lakin yenə də, təxminən yarım əsr müddətində müqavimət göstərməyə davam etdilər. Ancaq kilsənin fasiləsiz təzyiqləri qarşısında 4-cü əsrin sonlarına doğru yavaş-yavaş tarix səhnəsindən geri çəkildilər. Lakin təslis inancının kilsə tərəfindən rəsmi şəkildə qəbul edilməsi belə, ixtilaflara son qoymadı. Yeni məclislər çağırıldı, yeni görüşlər ortaya atıldı, mübahisələr yaşandı. Amma bütün mübahisələrə baxmayaraq, "üçdə bir, birdə üç" şəklində ifadə edilən batil inanc həmişə qorunub saxlanıldı (bu batil inanc, Allahın üç fərqli şəxsiyyətə sahib olması və bu üç şəxsiyyətin də bərabər, sonsuz və müştərək dəyərə malik olmaları mənasını daşıyırdı). Konstantinin dövründə həm İznik andı kimi inanclar yaradıldı, həm də bu gün əlimizdə olan Əhdi-Cədid son halını aldı. Bu gün əlimizdəki heç bir Əhdi-Cədid nüsxəsi Konstantinin dövründən əvvələ aid deyil.(8)
Birinci İznik Kilsə Məclisindən keçən yarım əsr ərzində Afanasi, İznik üsulunu müdafiə etdi və getdikcə daha da inkişaf etdirdi. Çünki Birinci İznik Kilsə Məclisi çağırılanda, təslis inancı hələ də son halını almamış, yalnız təməli yaradılmışdı. Təslis inancının üçüncü ünsürü olan müqəddəs ruh mövzusu naməlum buraxılmışdı. 4-cü əsrdə İstanbul patriarxı Makedoniasın (Makedonius) başçılığı altında ikinci beynəlxalq məclis İstanbulda çağırıldı və "müqəddəs ruhun təslis inancının üçüncü hissəsi olduğu, üçünün də Allahlıq sifəti baxımından eyni səviyyədə olduğu" elan edildi (Allahı tənzih edirik).(9) Beləliklə də, təslis inancı hz. İsanın Allah Qatına alınmasından təxminən 4 əsr sonra son halını aldı. Bu məclisdə Bibliyada olmayan daha bir inanc olan, homoousios inancı ortaya atıldı. Bu sözlə, təslisi meydana gətirən üç şəxsiyyətin də eyni cövhərə və bərabər səlahiyyətlərə sahib olduqları ifadə edilirdi (Allahı tənzih edirik).
Bu məqamda vurğulanmalı digər bir əhəmiyyətli məsələ isə, təslis inancının insanlara göstərilmə formasıdır. Xristianlar arasında təslis inancı ümumiyyətlə "başa düşülməsi çətin, qavranması qeyri-mümkün, lakin mütləq qəbul edilməli" bir inanc kimi görülür. Bunun səbəbi təslis inancını müdafiə edənlərin eyni zamanda tövhid inancını qəbul etdiklərini də söyləmələridir. Halbuki təslis inancı ilə tövhid inancının bir yerdə ola bilməyəcəkləri aydındır. İnsanların beynində yaranan sual işarələrini ağlabatan və aydın şəkildə cavablandırmaları heç vaxt mümkün olmamışdır. Bunu edə bilmələri də, qeyri-mümkündür. Bundan ötrü də, təslis inancının iman məsələsi olduğunu, üzərində düşünmək və ya anlamaq lazım olmadığını, yalnız olduğu kimi inanılmalı bir inanc olduğunu müdafiə edirlər.(10) Bu vəziyyət əsrlərdir ki, təslis inancının yanlışlığı və ziddiyyətləri haqqında danışılmasının qarşısını alır. Yekunlaşdırmaq lazımdırsa, təslis inancı, barəsində danışmağın və müzakirə aparmağın qadağan edildiyi bir inancdır.
Hz. İsanın Allah qatına alınmasıyla, Kalkedon kilsə məclisində təslis inancının hazırkı halıyla ortaya çıxması arasında gedən proses, hazırda bir çox tədqiqatçı tərəfindən: "Allahın elçisi olan hz. İsanın ilahlaşdırılması" prosesi kimi xarakterizə olunur. Bu proses müəyyən mərhələlərdən keçmiş, ən sonunda isə, hz. İsanın özünün də bir ilah olduğu istiqamətindəki yanlış bir inanc formasını almışdır (Allahı tənzih edirik). Sonrakı hissələrdə bu mövzu ətraflı şəkildə araşdırılacaq.
2. The New Catholic Encyclopedia, cilt XIV, s. 295, http://www.triumphpro.com/trinity_disproved_2(word6).htm
3. Muhammed Ata'ur Rahim and Ahmad Thomson, Jesus Prophet of Islam, Revised Edition, Ta-Ha Publishers Ltd, Kasım 1996, Londra, s. 93
4. Fazal Ahmad, "Arius: The Trinity Controversy in the Church", The Review of Religions, Londra, Eylül 1996
5. Athanas., Hist. Tr.; P Johnson. History of Christianity, Pelican Books 1976, s. 89
6. Fazal Ahmad, "Arius: The Trinity Controversy in the Church", The Review of Religions
7. "The First Council of Nicaea", The Catholic Encyclopedia, copyright © 1913 by the Encyclopedia Press, Inc. Electronic version copyright © 1996 by New Advent, Inc. http://www.newadvent.org/cathen/11044a.htm
8. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Corgi Books, London, 1991. s. 66
9. Prof. Dr. Mehmet Aydın, Müslümanların Hristiyanlara Karşı Yazdığı Reddiyeler ve Tartışma Konuları, Türkiye Diyanet Vakfı Yayınları, Ankara 1998, s. 96
10. Mahmut Aydın, İsa Tanrı mı İnsan mı?, Dinler Arası Diyalog Bağlamında İsa-Mesih'in Konumu Sorunu, İz Yayıncılık, s. 47