Quranda Təslis Inancı Rədd Edilir

İncil tam şəkildə araşdırıldıqda, Allahın sonsuz gücünün və qüdrətinin tez-tez vurğulandığı, hz. İsanın insani xüsusiyyətlərə sahib mübarək elçi kimi təsvir edildiyi görülər. Təslis inancını dəstəklədiyi irəli sürülən bir neçə ifadənin isə, bütöv İncillə çox açıq şəkildə ziddiyyət təşkil etdiyi aydın olar. Kitabın sonrakı hissələrində ətraflı şəkildə nəzərdən keçirəcəyimiz bütün bu dəlillər, təslis inancının hz. İsanın Allah Qatına alınmasından xeyli sonra yarandığını tam açıq şəkildə göstərir. Lakin bu hissələrə keçmədən əvvəl təslis inancının, insanların xristianlıq və hz. İsa haqqında ən doğru məlumatı əldə edə biləcəkləri yeganə qaynaq olan Quranda necə xəbər verilməsi üzərində dayanılmalıdır.

Quranda, İncilin Tövratı təsdiqləyici kimi göndərildiyi bildirilir:

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Gül bahçesi

İşte Allah'a iman edenler ve O'na sarılanlar,
onları Kendisi'nden olan bir rahmetin ve bir fazlın içine yerleştirecektir ve onları Kendisi'ne varan dosdoğru bir yola yöneltip-iletecektir.
(Nisa Suresi, 175)

Hz. İsa özünə vəhy edilən İncil hökmləriylə, təhrif edilmiş Tövratın inanclarını düzəltmişdir. Allahın Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə vəhy etdiyi Quran isə, həm İncili və Tövratı təsdiqləyir, həm də bu iki İlahi kitabın sonradan təhrif edilmiş hissələrini insanlara xəbər verir. Ayədə Quranın "şahid və gözətləyici" olduğu bildirilir:

Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onlara “bir şahid, gözətləyici” olaraq Kitabı nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48)

Quranın yuxarıdakı ayədə bildirilən xüsusiyyəti çox əhəmiyyətlidir. Quran ayələri İncil və Tövratın Allahdan endirilmiş ilk hallarını təsdiqləməklə yanaşı, eyni zamanda onlar üzərində şahid və gözətləyicidir. Hz. Musaya və hz. İsaya vəhy edildikləri ilk hallarından uzaqlaşan bu İlahi kitablardakı təhrifləri bildirmək, yəhudiləri və xristianları haqq yola dəvət etmək də bu xüsusiyyətin bir təcəllisidir.

Bu mərhələdə xristianlıq dininin yeri çox fərqlidir. Çünki Rəbbimiz Quranda, müsəlmanlara ən yaxın olanların "biz xristianlarıq" deyənlər olduğunu bildirir:

...“Biz xristianlarıq!” deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi, 82)

İslam tarixi boyunca bu ayənin təcəlliləri görülmüşdür. Xristianlarla müsəlmanlar arasındakı yaxın əlaqə, İslamın ilk dövrlərində başlamış, Həbəşistandakı Xristian Krallığın, bütpərəstlərin təzyiqindən qaçan müsəlmanların qorunmasını təmin etməsi bu əlaqəni daha da gücləndirmişdir. İslam torpaqlarında yaşayan xristianlar həmişə tolerant, rahat, ədalətli həyat yaşamışdırlar (ətraflı məlumat üçün baxın: Gəlin Birlik Olaq, Harun Yəhya, araştırma nəşriyyatı, 2003)

Rəbbimiz Quranda İncilin; "hidayət və nur, müttəqilər üçün yol göstərici və öyüd-nəsihət" (Maidə surəsi, 46) və hz. İsa dövründəki insanlar üçün "hidayət" (Ali İmran surəsi, 3-4) kimi göndərildiyini bildirir. Xristianları İncildəki haqqa tabe olmağa dəvət edən bəzi Quran ayələri isə belədir:

Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir. (Maidə surəsi, 47)

De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz”... (Maidə surəsi, 68)

Ayələrdə də görüldüyü kimi İslam dini xristianlara çox mehriban yanaşır, Quranda xristianların əxlaqı təriflənir və onlar daha dindar olmağa dəvət edilirlər. Bir çox Quran ayəsində isə, bizə təslis inancının yanlış olduğu bildirilir. Məsələn, Rəbbimiz Nisa surəsində belə buyurur:

Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və elçisinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Buna son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır. (Nisa surəsi, 171-172)

Yuxarıdakı ayələrdə görüldüyü kimi Rəbbimiz təslis inancının nə qədər böyük yanılma olduğunu bildirir və bu inancı müdafiə edənləri haqq-hesab günüylə xəbərdar edir.

Ayələrdə hz. İsanın Allah olduğuna dair yanlış inanclar açıq şəkildə rədd edilir (Allahı tənzih edirik.) Rəbbimiz hz. İsaya bu əsassız yaraşdırmanı edənlərin kafir olduqlarını bildirir:

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. (Maidə surəsi, 72)

saray

Biz kitabı ancak, hakkında ihtilafa düştükleri şeyi onlara açıklaman ve inanan bir kavme rahmet ve hidayet olması dışında (başka bir amaçla) indirmedik.
(Nahl Suresi, 64)

Ayədə də bildirildiyi kimi hz. İsa onların bu yaraşdırmalarından uzaqdır. O, Allahın yaratdığı bir quldur. Rəbbimizə təslim olmuş, böyük əxlaq sahibi, aləmlərdən üstün edilmiş, çox mübarək bir peyğəmbərdir. İnsanlara haqq dindən danışarkən də həmişə Rəbbimizin üstün güc və qüdrətini dilə gətirmiş, özünün də Allahın qulu olduğunu bildirmişdir. Ayədə hz. İsaya ilahlıq isnad edərək kafir olanların, Allahı da lazımınca qiymətləndirmədikləri bildirilmişdir:

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!” deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 17)

Ayədə bildirildiyi kimi bütün insanlar Rəbbimiz qarşısında aciz və möhtacdırlar. Allah bütün kainatı yoxdan yaradan, bütün varlıqlar üzərində mütləq güc və hakimiyyət sahibi olandır. Canlı-cansız hər şeyə Allah nəzarət edir. Hz. İsa da Allahın yaratdığı və Ona boyun əymiş bir qul və Allahın elçisidir.

Maidə surəsində hz. İsanın özü barədə ortaya atılan əsassız iddiaları rədd etdiyi isə, belə bildirilir:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” demişdin?” İsa deyəcək: “Sən tənzih edirəm! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! (Maidə surəsi, 116)

Digər ayələrdə isə hz. İsanın, insanlara verdiyi həqiqi mesaj belə bildirilir:

(İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”. (Ali İmran surəsi, 50-51)

Gül bahçesi

Allah dedi ki: "İki ilah edinmeyin: O, ancak tek bir ilahtır.
Öyleyse benden, yalnızca benden korkun."
(Nahl Suresi, 51)

Allahın Quran ayələrində bildirdiyi digər bir həqiqət isə peyğəmbərlərin etdikləri təbliğlə əlaqədardır. Ali İmran surəsində belə buyurulur:

Heç kimin, Allah ona Kitab, hökm və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!” demək (haqqı, səlahiyyəti) yoxdur. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın sayəsində din xadimləri olun!” (Ali İmran surəsi, 79)

Rəbbimiz bu yanlış inanclardan uzaqdır. İxlas surəsində Allahın sifətləri belə bildirilir:

De: “O Allah Təkdir! Allah Səməddir (əbədi yaşayandır, hər şey Ona möhtacdır, O isə, heç nəyə möhtac deyildir). O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas surəsi, 1-4)

Həqiqət budur ki, Allah təkdir və hz. İsa Onun qulu və peyğəmbəridir. Eynilə də, hz. İbrahim, hz. Musa, hz. Məhəmməd (s.ə.v) və digər peyğəmbərlər kimi.

Kitabın sonrakı hissələrində təslis inancının bütün yanlış cəhətlərindən, Quran ayələri və xristian qaynaqlarından istifadə edilərək ətraflı şəkildə danışılacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Xristianların "Təslis Inancı" Yanılmaları
  • Quranda Təslis Inancı Rədd Edilir
  • Təslis Inancı Hz. İsadan Əsrlər Sonra Yaranmışdır
  • Hz. İsa Allahın Oğlu Deyil, Allahın Peyğəmbəridir
  • İncildəki “Həqiqi Xristianlıq”
  • İncildə Təsvir Edilən "Allahın Peyğəmbəri Hz. İsa"
  • İncil Müəllifləri Hz. İsanın Həyatına Şahid Olmayıblar
  • Xristianlar Bu Əsassız Iddianı Niyə Ortaya Atmış Ola Bilərlər?
  • İznikdən Bu Günədək Təslis Inancına Qarşı Çıxmış Xristianlar
  • Nəticə