Təslis inancı əsrlər boyu xristian aləmində bir çox insan, cəmiyyət və ya məzhəb tərəfindən rədd edildi. Bəzi cəmiyyətlər təslis inancına tamamilə qarşı çıxdılar, bəziləri isə bu yanlış inancın bəzi hissələrini rədd etdilər. Təslis inancını rədd edən cəmiyyətlər tarixin hər dövründə böyük təzyiqlərlə qarşılaşdı. Torpaqlarından sürgün edildilər, aforoz edildilər, diri-diri yandırıldılar, işgəncələrlə öldürüldülər. Lakin təzyiqlər onları tarix səhnəsindən silməyə kifayət etmədi. Təslis inancı əleyhdarlarının çox böyük hissəsi inanclarına sadiq qaldılar və "Allah birdir, təkdir" deməkdən imtina etmədilər. Kitabın əvvəlki hissələrində üzərində dayandığımız arianlar, həmin bu "təslis əleyhdarı" xristianların qabaqcıllarıydılar. Daha sonra da arianların izindən gedən bir çox qrup ortaya çıxdı.
Ariusdan sonra ortaya çıxan təslis əleyhdarı cərəyanlardan biri İrlandiyada yaradılmış Seltik kilsəsi idi (Celtic Church of Ireland). Bu kilsə, Avropa kontinentindən tamamilə təcrid edilmiş bir halda, "arianlıq" təməlində yaradıldı və inkişaf etdi. Katolik kilsəsinin İrlandiya Seltik kilsəsini rəsmi şəkildə hakimiyyəti altına aldığı 664-cü ilə qədər, təslis inancı İrlandiyaya yad idi.
İrlandiya kilsəsinin Nəsrani təliminə bənzərliyini göstərən əhəmiyyətli bir xüsusiyyəti vardı: Yəhudi qaynaqlarına olan sədaqət. Seltik kilsəsi, "hz. İsanın yəhudi hökmlərinə diqqətlə tabe olduğuna" inanır, bundan ötrü də, Əhdi-Ətiqə böyük əhəmiyyət verirdi.(78) Bu meyil o qədər güclü idi ki, kilsə Romanın hakimiyyəti altına girdikdən sonra belə davam etdi. 754-cü ildə bəzi katolik rahiblər, "İrlandiyalı rahiblərin kilsənin müqəddəs mətnlərinə əhəmiyyət vermədiklərini, kilsə liderlərinin yazılarını rədd etdiklərini və məclislərin qərarlarına diqqət yetirmədiklərini" dilə gətirərək bundan şikayətləndilər.(79) Lakin Seltik kilsəsinin bu müqaviməti də qısa müddət sonra qırıldı. Beləliklə də, katolik kilsəsi dördüncü əsrdə başlayan bir proses nəticəsində bütün dırnaqarası "sapqın"ları müəyyən şəkildə təmizləmiş olurdu. Halbuki təmizlənmiş bu cərəyanlar, hz. İsanı ilahlaşdıran batil təlimi rədd edir, Allaha, Onu tək ilah qəbul edərək iman etməyi təbliğ edirdilər. Katolik kilsəsi bu yolla Qərb dünyasının ən böyük avtoriteti halına gəldi.
Konsiller Hıristiyan tarihinde önemli dönüm noktaları olmuştur. İznik, Kadıköy, Whitby gibi, 1870 yılındaki yaklaşık bir yıl süren Vatikan Konsili de Katolik düşüncenin günümüzdeki şeklini almasında büyük rol oynamıştır. |
Katolik kilsəsinin qeyd olunan hakimiyyəti, IX əsrdə öz daxilində baş verən parçalanma ilə sarsıldı. Uzun müddətdir ki, Roma kilsəsi ilə ixtilaf aparan Şərq kilsələri (belə ki, bunlar İstanbul, Qüds, Antakya və İskəndəriyə patriarxlarından asılıydılar) Roma katolik kilsəsindən tam şəkildə ayrıldılar. Roma kilsəsi ilə Şərq kilsələri arasındakı bu qarşıdurma əslində siyasi mənşəliydi, Roma imperatorluğunun Qərb və Şərq olmaqla iki hissəyə ayrılmasından sonra ortaya çıxmışdı. Əsrlər boyunca da iki tərəf arasında müxtəlif anlaşmazlıqlar yaranmışdı. Sonunda Roma kilsəsinin Müqəddəs Roma imperiyasının müstəqilliyini qəbul etməsi nəticəsində iki tərəf arasındakı əlaqələr tamamilə kəsildi. İki tərəf arasındakı bir çox fərqdən ən nəzərə çarpanı, Roma kilsəsinin müqəddəs dil olaraq latın dilini Şərq kilsələrinin isə yunan dilini işlətmələriydi.
Şərq kilsələri və ya digər adlarıyla pravoslav kilsələr, Romadan ayrıldıqdan sonra öz aralarında hissələrə bölünə bilmədilər. İstanbuldakı patriarxlıq həmişə daha üstünmüş kimi göründü, lakin digərləri öz aralarında müstəqildilər. Üstəlik, zaman keçdikcə yeni parçalanmalar baş verdi və milli kilsələr meydana gəldi. Erməni, Rum, Bolqar, Serb, Rus kimi xalqlar, müxtəlif dövrlərdə öz milli kilsələrini yaratdılar.
(Yine) Bilmez misin ki, gerçekten göklerin ve yerin mülkü Allah'ındır. Sizin Allah'tan başka veliniz ve yardımcınız yoktur. |
Katolik kilsəsi isə, başqa parçalanmaya məruz qalmadan 16-cı əsrə qədər Avropadakı hakimiyyətini qorudu. 1520-ci illərdə Almaniyada ortaya çıxan Martin Lüter (Martin Luther) adlı bir rahib bu hakimiyyəti sarsıdan insan oldu. Əvvəlcə Lüterin (Luther) sonra isə Kelvin (Calvin) və Svinqli (Zwingli) kimi rahiblərin liderliyi altında formalaşan "protestant" cərəyan, Roma kilsəsinin və Papanın nüfuzuna qarşı böyük üsyan idi. Üsyan böyük olduğu qədər qanlı idi, Avropa bir əsrdən artıq bir müddətdə katoliklərlə protestantların sona çatmayan döyüşlərinə səhnə oldu. "Dini" kimi görünən bu döyüşlərin altında isə, yenə siyasi məqsədlər, Papanın əsarəti altında yaşamağı və ona vergi ödəməyi istəməyən şahzadələrlə, bu hakmiyyəti itirmək istəməyən ətrafların mənfəət qarşıdurmaları yatırdı. İki tərəf arasındakı ən qanlı hesablaşma, 1618-ci ildən 1648-ci ilə qədər fasiləsiz davam edən və buna görə də Otuzillik müharibə kimi tanınan qarşıdurma idi. Avropa əhalisinin üçdə bir hissəsindən çoxunun ölümüylə nəticələnən bu qanlı dövrdən sonra iki tərəf arasında daimi sülh əldə olundu. Otuzillik müharibənin sonunda imzalanan məşhur Vestfaliya sülhü ilə əldə olunan tarazlıq, o vaxtdan indiyədək çox dəyişmədi.
Protestantlar Papanın hakimiyyətini rədd edərkən onun yerinə digər bir nüfuzlu insan qoymamışdılar. Bundan ötrü də, protestantlıq, katoliklikdəki iyerarxiyanın əksinə çox dağınıq və "liberal" din kimi inkişaf etdi. Demək olar ki, hər ölkə özü üçün milli bir kilsə yaratdı. Bunlarla yanaşı, daha bir çox fərqli məzhəb və cərəyan meydana gəldi. Bundan ötrü də, hazırda protestantlığın yüzlərlə növü, yüzlərlə fərqli protestant kilsəsi var. Bunların böyük hissəsi isə, Şimali Avropada və ABŞ-da fəaliyyət göstərir.
Protestantlığın yaranması təslis əleyhdarı kütlələr baxımından da əhəmiyyətli idi. Qeyd etdiyimiz kimi, protestantlar katolik kilsəsinin hakimiyyəti altından çıxdılar. Bu həm iyerarxik, həm də təməl xristianlıq inancları baxımından böyük azadlıq idi. Artıq Bibliyanı özləri oxuyur və onu özləri yenidən şərh edirdilər. Bunun nəticəsində bəzi protestantlar, çox az bir hissəsi də olsa, çox mühüm bir həqiqəti gördülər: Katolik inancının təməlini meydana gətirən təslis inancının Əhdi-Cədiddə bir dayağı yox idi. Hətta bəzi ayələrin bu inancı yalanladığı ortada idi. Bu ayələrdə Allahın "Bir və Tək" olduğu bildirilir, "üçlü birlik" inancına isə Əhdi-Cədidin təməl məntiqində yer verilmirdi.
Əslində bəzi protestantların çox az hissəsi bu nəticəyə gəldilər və təslis inancını rədd etdilər. Beləliklə də, unitarian (tövhidçi) kilsələr meydana gəldi.
Dediler ki: "Allah oğul edindi." O, (bu yakıştırmadan) yücedir. Hayır, göklerde ve yerde her ne varsa O'nundur, tümü O'na gönülden boyun eğmişlerdir. |
Calvin ve Zwingli gibi Luther de Protestanlı¤ın ortaya çıkışında önemli rol oynamıştır. |
Reformasiyadan sonra xristianlar Əhdi-Cədidi, katolik inanclarından müstəqil şəkildə oxumağa başladılar. Bunun nəticəsində də İtaliyada təslis inancının yanlış olduğu nəticəsinə inanan ilk xristian hərəkat ortaya çıxdı. Lelio Sosianus (Lelio Socianus, 1525-1562) və əmisi oğlu Fausto Sosianus (Fausto Socianus, 1539-1604) tərəfindən başladılan hərəkat, banilərinin adından ötrü sosianizm (socianism) olaraq tanındı. Sosianistlər gizli yığıncaqlar yoluyla yayıldılar. “The catholic encyclopedia” bu hərəkatın inancını belə yekunlaşdırır:
(Sosianistlərə görə) təslis inancı deyilən şey yoxdu. Hz. İsa Rəbblə və ya müqəddəs ruhla eyni kökdən gəlmirdi (dolayısilə Tanrı deyildi)... Ölməsi və əzab çəkməsi insanları qurtarmaq üçün deyildi.(80)
Sosianistlər müxtəlif təzyiqlərə məruz qaldılar. Kilsə onları çox keçmədən aforoz etdi. Fausto Sosianus (Fausto Socianus): "Allahdan vəhy alan hz. İsa, həyatının müqəddəs olmasıyla, əlbəttə ki, digər insanlardan fərqli olacaq. İlahi vəzifəyə və İlahi ilhama sahibdi, lakin qətiyyən bir yaradıcı deyildi. Bənzərsiz səlahiyyətlə təchiz edilərək insanlara bir vəzifədən ötrü göndərilmişdi" deyirdi.(81) Təslis inancını rədd edən Sosianus (Socianus), Allahın tək olduğunu, üç varlıqdan danışmağın ağılsızlıq olduğunu müdafiə edirdi. Sosianizm təlimi İngiltərəyə qədər gedib çıxdı. Lakin bu vəziyyət kilsəni çox narahat edirdi. Norveç Yepiskoplar İttifaqı tərəfindən bu narahatlıq belə ifadə edilmişdi:
Xristianlığı korlamasından qorxulan anti-təslisçilər və yeni arianlar tərəfindən azdırılmış Sosian (Socian), xristianların düşüncələrini azdırır.(82)
Eyni dövrdə sosianistlərin fikirlərinə bənzər fikirlər yayan, xüsusilə təslis inancına radikal şəkildə qarşı çıxan İspan Migel Servet (Michael Servetus), fikirlərindən ötrü Kelvin (Calvin) tərəfindən dirəyə bağlanıb yandırılaraq öldürüldü. Yandırılarkən, yazdığı təslis əleyhdarı kitab da sinəsinə asılmışdı. Servet (Servetus), xristianlığın Birinci İznik Kilsə Məclisində təhrif edildiyini müdafiə etmiş və bundan xilas olmaq üçün Birinci İznik Kilsə Məclisindən əvvəlki qaynaqlara qayıdılmalı olduğunu yazmışdı. 1638-ci ildə sosianistlərə istiqamətli hücumlar başladıldı. Rokowdakı kollecləri bağlanıldı və tövhidi qəbul etmiş bir çox insan diri-diri yandırıldı.
Hayır, kim (güzel davranış ve) iyilikte bulunarak kendisini Allah'a teslim ederse, artık onun Rabbi Katında ecri vardır. Onlar için korku yoktur ve onlar mahzun olmayacaklardır. |
Sosianistlərin mirasını götürən Tövhidçi axını isə 16-cı əsrin sonlarında Transilvaniyada yarandı və sonra da başda Polşa olmaqla Avropanın hər tərəfinə yayıldı. Bir Tövhidçi kilsəsinə məxsus internet saytında, Tövhidçi axınının yaranma proesi belə bildirilir:
İlk dövr xristianları, hz. İsa haqqında müxtəlif inanclara sahibdilər. Bunların arasında hz. İsanın Tanrı olmadığı inancı da vardı. Lakin ata-oğul və müqəddəs ruhla xatırlanan təslis doktrinası zorla qəbul etdirildiyi halda, başqa inanca sahib olanlar azğın elan edildilər. 16-cı əsr xristian humanistləri İncili diqqətlə araşdırdılar və müqəddəs mətnlərdə təslis inancına rast gəlmədilər. İncillərə görə hz. İsanın da təsdiqlədiyi kimi, onlar da Tanrının bir və tək olduğunu qəbul edib təsdiqlədilər. Bundan sonra da unitarianlar (tövhidçilər) adını götürdülər. Unitarianlar, qarşılaşdıqları əzici pravoslav əleyhdarlığına və zülmünə qarşı, öz rasional fikirlərinə uyğun olaraq kilsələr yaratdılar və din mövzularında nəsihətlər verdilər. Hər kəsin din azadlığını dəstəkləyəcək şəkildə davrandılar. İman, Tanrının bir hədiyyəsi (neməti) olduğu üçün, heç kim seçmədiyi bir dini qəbul etməyə zorlanmamalıydı.(83)
Polşalı unitarian (Tövhidçi) rahiblərin dərc etdiyi və Tək Tanrı fikrinin əhəmiyyətlə vurğulandığı “Racovian Catechism” adlı sənəd, cərəyanın ən əhəmiyyətli qaynaqlarından birinə çevrildi. Bu sənəddə kəffarə inancı rədd edilirdi. “Racovian Catechism” adlı sənəddə bunlar qeyd olunurdu:
İsa Məsihə Tanrılıq isnad edənlərin fikri təkcə məntiqə deyil, eyni zamanda Müqəddəs Kitablara da ziddir. Eləcə də, təkcə Atanın deyil, oğlun və müqəddəs ruhun, tək bir Tanrı olan üç fərqli varlıq olduğuna inananlar da böyük səhvliyə yol verirlər. Tanrı... qətiyyən təkdir, buna görə də, üç müstəqil varlıq olaraq yeni bir Tanrı açıqlamasıyla gələnlər tamamilə bununla ziddiyyət təşkil edirlər... Birinci İznik Kilsə Məclisinə qədər keçən müddət ərzində və o dövrdə yaşayanların yazdıqlarına görə, Məclisin çağırılmasından bir müddət sonraya qədər, Ata həqiqi Tanrı kimi bilinir və qəbul edilirdi. Bu fikrə qarşı çıxanlarsa, azğın kimi qiymətləndirilirdilər...(84)
Kararları, siyasi ve dini yetkileri nedeniyle adından en çok söz ettiren engizisyonlardan biri, III. Paulus tarafından 1542 yılında kurulan Roma engizisyonudur. Bu engizisyon, Katolik görüşünün dışında her türlü görüşü savunanlarla, özellikle de Calvin ve Luthercilerle, uzun yıllar savaştı. |
Unitarianlar (tövhidçilər) 18-ci və 19-cu əsrdə xüsusilə də anqlosaks aləmində təsir oyatdılar. Əvvəlcə İngiltərədə sonra isə ABŞ-da unitarian kilsələr yaradıldı. Təkcə xristianların deyil, bütün insanların Allaha iman etdikləri təqdirdə nicat tapacaqlarına inanan bu insanlar özlərini universalist kimi qələmə verdilər. Bir-birlərindən müstəqil şəkildə meydana gələn unitarian və universalist kilsələri 1961-ci ildə birləşdi. “The New Catholic Encyclopedia” unitarian kilsələrin ortaq inanclarını belə yekunlaşdırır:
(Unitarianlara görə) hz. İsa Tanrının yeganə Oğlu və Xilaskar deyildir, lakin yəhudi peyğəmbərləri ənənəsində mövcud olan dini bir liderdir. Dolayısilə "hz. İsa ilə əlaqədar din" (yəni ənənəvi xristianlıq) "hz. İsanın dini" ilə dəyişdirilməlidir. Bibliya ağıl və elm əsasında araşdırılmalı və qəti dəyişməz bir mənbə kimi deyil, insan tərəfindən yazılmış bir əsər kimi görülməlidir.(85)
Bir sözlə, unitarizmdə hz. İsa həqiqətdə olduğu kimi, yəhudi peyğəmbəri olaraq qəbul edilir, Əhdi-Cədiddə onun üçün işlədilən "oğul" anlayışı isə məcazi mənada başa düşülür. Allahın bir və tək olduğu həqiqəti təsdiqlənir. Bir saytda unitarianların təməl inancları belə təsvir edilir:
Unitarianların təməl inancları; Tanrının vahid olduğu, Tanrını və insanları sevməkdən, əbədi həyata inanmaqdan ibarətdir... Hz. İsanın xatirəsinə hörmət göstərərlər, lakin "Tanrılığı"nı rədd edər və "yanılmaz" olduğunu qəbul etməzlər. Xristianların müqəddəs kitablarını insan təcrübəsinin bir sənədi kimi görər, lakin müəlliflərinin, insan olduqları üçün, səhv edə biləcəklərini irəli sürərlər... Tanrının hər dövrdə insanlara doğru yolu göstərmək üçün peyğəmbərlər göndərdiyini qəbul edərlər. İsa Məsihi də bunların ən üstünü kimi görərlər...(86)
Unitarianların hz. İsa haqqındakı düşüncələri öz saytlarında belə ifadə edilir:
O (hz. İsa) bir çox unitarian üçün rəhbər idi və hələ də belədir... Biz, hz. İsanın insani həyatını və təlimlərini böyük yəhudi peyğəmbərlər və alimlər ənənəsinin davamı kimi başa düşürük. O bu ənənəni nə yox etdi, nə də tərk etdi.(87)
Unitarianlar ənənəvi xristian inanclarının bir hissəsini rədd edir, inanclarını gözəl əxlaq, ağıl, sağlam fikir və Allahın vahidliyi üzərində qururlar. Saytlarında inanclarını belə ifadə edirlər:
Biz əvvəlcə Allahın vahidliyinə, yalnız və yalnız tək bir Allah olduğuna inanırıq. Hər hansı bir insan faydasız fəlsəfəylə bizim başımızı qarışdırmasın deyə bu həqiqətə sonsuz əhəmiyyət veririk və özümüzü diqqətli olmaq məcburiyyətində hiss edirik. Tək bir Allahın olduğu mövzusu bizə olduqca açıq görünür. Bizim anladığımız şey tək bir varlıq, tək bir ağıl, tək bir fiziki varlıq, tək bir ağıllı vəkil olduğudur, belə ki, O heç nədən yaranmamışdır, sonsuz mükəmməlliyə malikdir və hakimiyyət Ona məxsusdur. Biz təslis doktrinasına qarşı çıxırıq...(88)
Eğer Allah, çocuk edinmek isteseydi, yarattıklarından dilediğini elbette seçerdi. O, yücedir; O, bir olan, kahredici olan Allah'tır. |
Lakin bunu da ifadə etmək lazımdır ki, bu gün unitarizm adı altında müdafiə olunan görüşlərin bir hissəsi də, Allaha və Onun vəhyinə imanla uyğun gəlməyəcək bəzi ünsürlər ehtiva edir. Bəzi unitarianlar, dini hökmlərin və ibadətlərin ortadan qalxdığı bir növ "humanist din" anlayışına sahibdirlər. Bəziləri heç bir möcüzəni qəbul etmir, hətta hz. İsanın atasız dünyaya gəlməsini və göstərdiyi möcüzələri belə rədd edirlər. Bu da Haqqdan sapmağın digər bir növüdür. Bu kitabda isə, unitarianlardan hz. İsa dövründəki həqiqi xristianlığı təmsil edən bir cəmiyyət kimi danışılır, unitarianların təkcə təslis və kəffarə kimi inanclarla əlaqədar fikirlərinə yer verilir. Təslis inancını müdafiə edən cəmiyyətlər arasında belə bir kütlənin olması, əlbəttə ki, çox əhəmiyyətlidir, lakin belə kütlələrin Quran ayələriylə ziddiyyət təşkil edən müxtəlif batil inanclara sahib olduğu da əsla unudulmamalıdır.
Arius gibi üçleme karşıtı olduğu için bazı çevrelerin büyük tepkileriyle karşılaşan Hıristiyan ilahiyatçılardan biri Michael Servetus'tur. (1511-1553) Servetus, asırlardır Kilise tarafından öğretilen pek çok şeyin İncil'de yer almadığını anlatıyordu. Bu düşüncelerini tüm dünyaya ilan etmeye karar verdiğinde yirmi yaşlarındaydı. De Trinitatis erroribus libri vii (Teslisin Hataları) ve Dialogorum de Trinitate libri ii (Teslis Üzerine İki Diyalog) adlı kitapları Avrupa'da çok büyük bir yankı oluşturdu. O zamana kadar hiç kimse böyle cesur bir kitap yazamamıştı. Servetus, Antakya okuluna bağlı ilk havarilerin yolunu izlediğini söylüyordu. Kilise bu kitapların ardından Servetus'u uzun süre ülkeden ülkeye sürdü. Servetus ismini değiştirdi, ama fikirleri hiçbir zaman değişmedi. İşte bu nedenle de 26 Ocak 1553 yılında Cenova'da yakılarak öldürüldü.
Servetus'un bir diğer özelliği de İslam dinine duyduğu sevgi ve ilgi idi. Yazılarında İslam dinindeki güçlü tevhid inancına, Hz. Muhammed (sav)'in sözlerine geniş yer veren Servetus, işkencelere neden olan Teslisin Hataları kitabında, üçlemeye inanmanın akla uygun olmadığını şöyle vurguluyordu:
"... Çok saçma olan bu üçleme geleneği yalnızca Allah'ı tanıyan Müslümanlara çok gülünç geliyor. Yahudiler de bizim bu hayale bağlılığımızdan ürküyorlar. Üçleme hakkındaki düşüncelerimize gülüyorlar... Yalnız Müslümanlar ve İbraniler değil, tarla hayvanları bile halimize gülüyor, hayvanlar bizim aptalca hayalimizi anlamış olmalı, zira Rabbin bütün varlıkları bir tek Allah'ı kutsamıştı."89
Yazdıkları ve anlattıkları Servetus'un insanlık dışı bir şekilde katledilmesine neden oldu. Ancak günümüzde o hala birçok kişi tarafından Hıristiyan dünyasında "Çağdaş Tevhidçiliğin kurucusu" olarak kabul edilmektedir.
Xristian aləmində təslis inancını rədd edən bir çox kütlədən biri də Yehovanın Şahidləridir. Yehovanın Şahidləri ənənəvi xristianlığın bir çox şeyini qəbul etmələrinə baxmayaraq, təslis inancını rədd etmələrindən ötrü xristian sayılmırlar. Halbuki Yehovanın Şahidlərinin yəhudi və xristianlığın dini və mədəni təlimlərindən ortaya çıxdığı məlumdur.
Yehovanın Şahidlərinə görə xristianlıqdakı təslis inancı, Bibliyada olan bir inanc deyil. Onlar, insanların təslis düşüncəsi ön fikrinə sahib olmadan Tövrat və İncili başdan sona oxuyacaqları təqdirdə, qətiyyən belə bir düşüncəyə sahib olmayacaqlarını söyləyirlər. Kitab boyunca üzərində dayandığımız kimi, təslis inancının xristianlığa hz. İsadan sonra daxil edildiyi fikrini müdafiə edərlər. Yehovanın Şahidlərinin tək Tanrı anlayışı baxımından yəhudilərlə bənzərliyi olsa da, hz. İsa haqqındakı inancları onları yəhudilikdən qoparar. Yehovanın Şahidləri özlərinin həqiqi xristian olduqlarını, digərlərinin səhvliyə yol verdiklərini vurğulayar və belə deyərlər:
Tanrı haqqında Bibliyanın təlimi və onun hədəfləri açıq, başa düşülməsi asan və ağlabatandır, lakin xristianlıqda kilsələrin təlimləri belə deyildir, daha pisi Bibliyaya ziddir. Xristianlıq aləminin təslis inancı, Tanrını bir Tanrıda üç əsrarəngiz şey kimi təsvir edir, lakin bu təlim Bibliyada yoxdur.(90)
Yehovanın Şahidlərinin 2001-ci il üçün verdiyi statistikaya görə təxminən 6 milyon Yehova Şahidi yaşayır.
Unitarian kilsənin güc qazanma prosesini araşdırdığımız vaxt, qarşımıza çox maraqlı bir əlaqə çıxır: Osmanlı imperatorluğunun bu cərəyanın güclənməsindəki təsiri.
Əvvəlki hissədə də üzərində dayandığımız kimi, 16-cı və 17-ci əsrlərdə Osmanlı torpağı olan Transilvaniya, tövhid inanclarının çox gücləndiyi bir bölgə olmuşdu. Florida unitarian kilsəsindən rahib Cek Donovanın (Jack Donovan) "Islam, US and Yeats' Dilemma" (İslam, ABŞ və Yeytsın dilemması) adlı vəzində bu hadisə belə vurğulanır:
Polşa, Macaristan və Transilvaniyadakı bəzi resformist protestant xristianlar bir inanc təməli olaraq "Allah birdir" deməyə başladılar: "Saxta tanrılar yoxdur, Allah vardır". Xristianlıqdakı təməl inanclara zidd olan bu düşüncə məhz o vaxtlar ortaya çıxmışdı. Ölümə meydan oxuyan ifadə haradan gəlirdi? Protestantlıq 1520-ci və 1530-cu illərdə çox gənc və təslis tərəfdarı olduğu vaxt, müsəlman Osmanlı imperatorluğu Xorvatiya, Macaristan və Transilvanyanı fəth etmişdi.(91)
Osmanlı torpaqlarında xristianlığın içindən meydana çıxan bu tövhid inancını təməl götürən cərəyanın güc qazanmasının səbəbi, bir çox tarixçi və unitarian din xadimi tərəfindən də dilə gətirildiyi kimi, İslam dininin gətirdiyi tolerant mühiti idi. “North Unitarian Universalist” kilsəsindən (“Şimal Universalist unitarian” kilsəsi) Susan Ritchie, "The Promise of Postmodernism for Unitarian Universalist Theology" (postmodernizmin beynəlxalq unitarian teologiyasına vədləri) başlıqlı vəzində bu mühiti belə vurğulayır:
Çox sayda mötədil beynəlxalq tarixçi, Osmanlıların siyasi himayəsinin, protestantlığın inkişafına imkan verdiyini qəbul etməklə kifayətlənməz, eyni zamanda Osmanlı rəhbərliyinin yerli ənənələr və dinlər barəsindəki tolerantlığına bağlı olaraq müəyyən təsirlər də göstərdiyini qəbul edər.(92)
İslam dinindəki güclü tövhid inancı, təslis inancını rədd edən xristianlar üçün çox böyük zəmanət idi. Tolerantlığın hakim olduğu Osmanlı torpaqlarında düşüncələrini rahatlıqla dilə gətirə bildilər, öz kilsələrini yaratdılar və xristian tövhid ənənəsini çox gücləndirdilər.
İslam dini ilə unitarian kilsəsi arasındakı əlaqə əsrlərdir ki, tədqiqatçıların böyük diqqətini çəkmişdir. Məsələn, Aleksandr Şandor Unqvarinin (Alexander Sándor Unghváry), “The Hungarian Protestant Reformation in the Sixteenth Century under the Ottoman Impact” (16-cı əsrdə Osmanlıların təsiri altındakı Macar protestant reformasiyası) adlı kitabında bu mövzu araşdırılır. Unqvari (Unghváry), kitabın əvvəlki hissələrində üzərində dayandığımız tövhid inancı müdafiəçisi Servetin (Servetus) İslam dininə verdiyi əhəmiyyətin üzərində dayanır.(93) Maturen Veyser de La-Kroz (Mathurin Veyssiére de la Croze) də sosianizm və İslam əlaqəsini təməl götürdüyü əsərində, Transilvaniya unitarianlarının, unitarizm və Quranda öyrədilən Allahın vahidliyi arasında bənzərlik olduğunu qəbul etdiklərini iddia edir.(94)
Unitarian din xadimi Cek Donovan (Jack Donovan) isə, bir vəzində bu mövzulara diqqət çəkir:
İki İslami təlim yayılmışdı və çox diqqət çəkmişdi. Birincisi hər gün məscid minarələrindən xalqa oxunan azandakı "Allah birdir, saxta tanrılar yoxdur, Allah vardır. Allahdan başqa ilah yoxdur" ifadələri, ikincisi isə, Quranın açıq-aydın tələbi olan və hz. Məhəmmədin xüsusilə vurğuladığı xüsus olan, "bütün dinlərə göstərilən tolerantlıq"dır, çünki hər din Allaha verilən bir cavabdır... Bu təlimlər hz. İsanın İncilinə uyğunlaşdırıldıqda 16-cı əsr unitarizmini əldə edərsiniz. Mənim düşüncəm ənənəmizin İslama 450 illik borcu olmasıdır... (Əlavə haşiyə: “Donovan, “Islam, US, and Yeats' Dilemma””)
17 və 18-ci əsrdə yaşamış Avropalı sosianistlər, İslamı xristian kilsəsindəki dini təhriflərin çoxunu düzəldən "saf monoteizm" (təkallahlılıq) olaraq ucaltmaqdan çəkinməmişdilər. Andrey Remsi (Andrew Ramsey) 1727-ci ildə sosianizmdən, "ideal İslam"dan qaynaqlanan möhtəşəm bir din kimi bəhs etmişdi. Henri Stab (Henry Stubbe), Con Toland (John Toland), Artur Beri (Arthur Bury), Uilyam Fekete (William Fekete) və Stiven Nay (Stephen Nye) da eyni şəkildə İslama qarşı müsbət dünyagörüşünə sahib olan sosianist müəlliflərdilər. Bu müəlliflər teoloji İslamı (xüsusilə də anqlikan pravoslavlığında xoşagəlməz hesab etdikləri ən qədim xristianlıqdan imtina etmələri) aydınlıq gətirmə üsulu hesab etmişdilər.(95)
Toronto unitarian kilsəsindən Mark D. Morison-Rid (Mark D. Morrison-Reed) isə "The Islamic Connection" (İslami əlaqə) adlı vəzində İslam dinini belə izah edir:
Hyuston Smit (Houston Smith), "İslamın gətirdiyi yeniliyin, bütləri dini mühitdən götürmək və hər kəs üçün bütün diqqəti, görünməyən tək bir İlahi Varlıq olan Allaha yönəltmək olduğunu" yazmışdı. İslam xristianlıqdan fərqli olaraq təkzibedilməz şəkildə təkallahlı dindir və yəhudilikdən fərqli olaraq tək xalqla məhdudlaşdırılmamışdır. İslam dinini bizim dinimizlə əlaqələndirməyə bu yolla başlaya bilərik: Allahın vahidliyini anlamaq məsələsində ortaq tarixi təməli paylaşdığımızı qəbul etmək.
Xristianlıq və İslam arasında mədəni baxımdan bir körpü yaranmasını təmin edən şey orta əsrlərdəki İslam tolerantlığıdır. Bu ispan renessansı bizim intellektual atamız kimi irəli sürdüyümüz bir insanda, belə ki, Migel Servetdə (Michael Servetus) təsir oyatmışdı. Servet (Servetus) 1511-ci ildə Şimali İspaniyada dünyaya gəlmişdir. Servetin (Servetus) həyatına təsir edən incəliklərin bir hissəsini bilməyimizə baxmayaraq, fikirlərinin necə meydana gəldiyini və ya “təslisin yanılmaları” adlı kitabını 1531-ci ildə nəşr etməsində sürətləndirici faktorun nə olduğunu tam olaraq bilmirik... İslam, Qərbdə Servetin (Servetus) fikirlərinin yüksəlməsinə töhfə verən siyasi və intellektual şərtləri meydana gətirməklə yanaşı, eyni zamanda unitarizmin Avropanın şərqində yaranmasını və yayılmasını təmin edən siyasi şərtləri meydana gətirmişdi... Müəyyən mənada biz İslama çox şey borcluyuq. İslamı yad və qavranılmaz bir şey kimi görməkdən imtina etməliyik. Əksinə yalnız tarixi baxımdan əlaqəli olduğumuzu deyil, eyni zamanda bəzi ortaq dəyərləri də bölüşdüyümüzü görməyimizin vaxtıdır.(96)
Müxtəlif unitarian kilsələrindən din xadimlərinin verdikləri bu açıqlamalar İslam torpaqlarında yaşanılan tolerant mühiti və bu iki haqq dinin sahib olduğu ortaq dəyərləri gözlər önünə sərir.
78. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, s. 157
79. Leslie Hardinge. The Celtic Church in Britain. S.P.C.K. for the Church Historical Society, London, 1972. s. 37
80. "Socinianism". The Catholic Encyclopedia, copyright © 1913 by the Encyclopedia Press, Inc. Electronic version copyright © 1996 by New Advent, Inc. (http://www.newadvent.org/cathen/14113a.htm)
81. Bir İslam Peygamberi, Hz. İsa (as), Muhammed Ata'ur Rahim, 3. Baskı, İnsan Yayınları, s. 140
82. Bir İslam Peygamberi, Hz. İsa (as), Muhammed Ata'ur Rahim, s. 139, Anti-Trinitarian Biographies, A. Wallace, Introduction, s. 79,
83. Unitarian Community Victoria, http://www.anzua.org/ucv/
84. Muhammed Ata'ur Rahim and Ahmad Thomson, Jesus Prophet of Islam, s. 187-188
85. "Unitarians". The New Catholic Encyclopedia, http://www.newadvent.org/cathen/15154b.htm
86. "Unitaryenizm", http://dunyadinleri.com/unitaryen.html
87. Unitarian Community Victoria, http://www.anzua.org/ucv/
88. Unitarian Christianity, William Ellery Channing, http://www.uuchristian.org/channing/unitarianchristianity.htm
89. Muhammed Ata'ur Rahim and Ahmad Thomson, Jesus Prophet of Islam, s. 167
90. Yehova Şahitleri resmi Web sayfası, "Christendom Has Betrayed God and the Bible", http://www.watchtower.org/library/pr/index.htm
91. Jack Donovan, "Islam, US, and Yeats' Dilemma", http://www.uuf.org/Sermon01/011104sIslam,Us,andYeats'Dilemma.htm
92. Susan Ritchie, The Promise of Postmodernism for Unitarian Universalist Theology, Journal of Liberal Religion Summer 2002, http://www.nuuc.org/academic.html
93. Susan Ritchie, The Promise of Postmodernism for Unitarian Universalist Theology, http://www.nuuc.org/academic.html
94. Susan Ritchie, The Promise of Postmodernism for Unitarian Universalist Theology, http://www.nuuc.org/academic.html
95. Ritchie, "The Promise of Postmodernism.
96. Mark D. Morrison-Reed, The Islamic Connection, http://www.firstunitariantoronto.org/Sermons/Th_%20Islamic_Connection.htm