İncildə təslis inancına heç bir dayaq saxlamayan, əksinə Allaha, Onu tək ilah qəbul edərək iman etməyi əsas götürən, tövhid inancını müdafiə edən bir çox açıqlama var. Necə ki, tarix boyu təslis inancına qarşı çıxan qruplar da buna diqqət çəkmiş, təslis inancını müdafiə edənlərin dəlilsiz açıqlamalar verdiklərini bildirmişdirlər.
Təslis inancı hz. İsaya Allahla eyni dərəcədə ilahlıq isnad etdiyi halda (Allahı tənzih edirik), İncildə Allahın vahidliyi, hər şey üzərində sonsuz hakimiyyət sahibi olduğu çox ətraflı şəkildə bildirilir. Həm hz. İsanın qövmünə və tələbələrinə etdiyi təbliğdə, həm də həvarilərin danışıqlarında insanlar həmişə tövhid inancına dəvət edilib. Hz. İsa etdiyi hər şeyi əslində Allahın sonsuz güc və qüdrəti sayəsində etdiyini, söylədiyi hər şeyi Allahın özünə söylətdiyini, möcüzələri Allahın diləməsiylə gerçəkləşdirdiyini həmişə dilə gətirib. Özünü ucaldan insanları Allahı ucaltmağa, Allahın sonsuz gücünü xatırlamağa və Ona təslim olmağa dəvət edib. Bu mövzunu sonrakı səhifələrdə araşdıracağıq.
Hz. İsanın necə təbliğ etdiyini göstərən bir çox Quran ayəsi var. Maidə surəsində bu mövzuda belə buyurulur:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” demişdin?” İsa deyəcək: “Səni tənzih edirəm Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Əzizsən, Hakimsən!” (Maidə surəsi, 116-118)
Ayələrdə də bildirildiyi kimi hz. İsa insanları yalnız Allaha iman edib, Onun üçün yaşamağa dəvət etmişdir. Tövhid inancı eynilə İslam dinində olduğu kimi "həqiqi xristianlığın" da təməlini meydana gətirir (bu hissədə İncildən götürülmüş ayələrdə işlədilən "ata" sözü "Allah və ya Rəbb", "oğul" ifadəsi "peyğəmbər-elçi", hz. İsaya xitab məqsədiylə işlədilən "Rəbb" sifəti isə, "müəllim" olaraq dəyişdirilmişdir).
De ki: "Ey Kitap Ehli, bizimle sizin aranızda müşterek (olan) bir kelimeye (tevhide) gelin. Allah'tan başkasına kulluk etmeyelim, O'na hiç bir şeyi ortak koşmayalım ve Allah'ı bırakıp bir kısmımız (diğer) bir kısmımızı Rabler edinmeyelim." Eğer yine yüz çevirirlerse, deyin ki: "Şahid olun, biz gerçekten müslümanlarız." |
Hz. İsanın Allah Qatına alınmasından 30-40 il sonra ortaya çıxan və batil bir anlayış olan "Allahın oğlu" anlayışı, zaman keçdikcə insanlar arasında yayıldı. Lakin bu anlayışın nəyi ifadə etdiyi xeyli uzun müddət naməlum qaldı. Bəziləri bu ifadəni yalnız hz. İsanın Allah Qatındakı seçilmiş mövqeyini ifadə edən məcazi anlayış kimi şərh etdilər və Allahın vahidliyinə inanmağa davam etdilər. Bəziləri isə, bu anlayışa əsaslanaraq hz. İsanı saxta şəkildə ilahlaşdırdılar və onu öz aləmlərində "Oğul Tanrı" saydılar.
Məlum olduğu kimi hz. İsa, İsrail nəslindəndi və təbliğini də İsrailoğullarına çatdırdı. İsrailoğulları, yəni yəhudilər, hz. İsa gəldikdə, iki min ildir ki, Allaha, Onu tək ilah qəbul edib iman edən bir cəmiyyətdi. Hz. İbrahimlə başlayan və sonra da bir-biri ardınca gələn bir çox peyğəmbərlə Rəbbimiz yəhudilərə vəhyini çatdırmışdı. Elçiləri onları bu vəhyə tam tabe olmaları üçün xəbərdar etmişdilər. Allahın, Quranda bildirilən ifadəylə: "İçində hidayət və nur olaraq" endirdiyi Tövratı (Maidə surəsi, 44) hz. Musadan etibarən bilirdilər. Hz. İsa isə, xristianların da qəbul etdiyi kimi, Tövratı təsdiqləyici olaraq gəlmişdi. Tövratda və Əhdi-Ətiqin digər kitablarında hz. İsanın gələcəyinə işarə edən müjdə xəbərləri vardı.
Məhz bu həqiqət Birinci İznik Kilsə Məclisində səs çoxluğuyla qəbul edilən təslis inancının nə qədər böyük yanılma olduğunu göstərirdi. Çünki nə Tövratın, nə də Əhdi-Ətiqi meydana gətirən digər kitabların hər hansı bir yerində, təslis inancından bəhs edilmirdi. İsrail peyğəmbərləri xalqlarını iki min il ərzində Onu tək ilah qəbul edərək Allaha iman etməyə dəvət etmişdilər, lakin təslis inancını xatırladacaq ən kiçik bir açıqlama belə verməmişdilər. Nə hz. İbrahimdən, nə hz. Musadan, nə də başqa bir peyğəmbərdən belə bir açıqlama eşidilməmişdi. Hamısının öyrətdiyi dinin tək təməli vardı: Allahı vahid olaraq tanımaq və Ondan başqa ilah qəbul etməmək. Yəhudilərin ən sıx təkrarladıqları Tövrat ayəsində belə deyilirdi: "Dinlə! Ey İsrail: Allahımız olan Rəbb tək olan Rəbbdir". (Tesniye, 6/4)
Əhdi-Ətiqdən götürülmüş digər bir çox ayədə də eyni həqiqət vurğulanır:
Rəbb, Özü Allahdır, Ondan başqası yoxdur... Bu gün bil və qəlbinə qoy ki, yuxarıda, göylərdə və aşağıda, yerdə Rəbb, O Allahdır, başqası yoxdur. (Tesniye, 4/35-39)
...Məndən əvvəl Allah olmadı və Məndən sonra olmayacaq. Mən Rəbbəm və Məndən başqa xilasedici yoxdur... (İşaya, 43/10-11)
Çünki göyləri yaradan Rəbb, dünyaya şəkil verən və onu yaradan, onu möhkəmləndirən və onu boşuna yaratmayan, üzərində oturulsun deyə ona şəkil verən Allah belə deyir: Rəbb Mənəm və başqası yoxdur. (İşaya, 45/18)
Və Məndən başqa Allah, haqq Allah və xilasedici yoxdur. Məndən başqası yoxdur. (İşaya, 45/22)
...Allahımız Rəbb tək olan Rəbbdir və Allahın olan Rəbbi bütün qəlbinlə, bütün canınla və bütün gücünlə sevməlisən. (Tesniye, 6/4-5)
Yuxarıdakı Tövrat ayələrində də görüldüyü kimi Rəbbimizin sonsuz güc və qüdrəti, bütün kainatın tək sahibi olduğu Yəhudiliyin təməl həqiqətidir.
Əhdi-Ətiqi oxuyan hər kəs, içindəki bütün kitablarda tək bir İlahdan, aləmlərin Rəbbi olan Allahdan bəhs edildiyini açıq şəkildə görər. Əhdi-Ətiqdə təslis inancından təkcə bir dəfə belə bəhs edilməməsi olduqca mənalıdır.
Bu mənanın açıq nəticəsi, təslis inancının İlahi dinə sonradan daxil olmuş batil bir inanc olmasıdır.
Quranda hz. İsanın yəhudilərə belə təbliğ etdiyi bildirilir:
...Ey İsrailoğulları, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin... (Maidə surəsi, 72)
Hani İbrahim babasına ve kendi kavmine demişti ki: "Şüphesiz ben, sizin taptıklarınızdan uzağım. (Ancak) Beni yaratan başka. İşte O beni hidayete yöneltip-iletecektir. Ve bunu (bu tevhid inancını) belki (insanlar Allah'a) dönerler diye ardında (kendi soyunda) kalıcı bir kelime olarak kıldı-bıraktı. |
Hz. İsanın insanları tövhidə çağıran ifadələri, təhrifə məruz qalmış Əhdi-Cədidin İncillərində də bu gün hələ də mövcuddur. Məsələn, hz. İsa, Markos İncilinə görə, özünə gələrək: "bütün buyruqların ən əhəmiyyətlisi hansıdır?" sualını verən bir yəhudi din aliminə belə cavab vermişdir:
Ən əhəmiyyətlisi budur: “Dinlə, ey İsrail! Allahımız olan Rəbb tək Rəbbdir. Allahın olan Rəbbi bütün qəlbinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sev”. (Markos, 12/29-30)
Yenə Markos İncilində yer alan aşağıdakı ayə isə, hz. İsanın özünün, nəinki ilahlaşdırılmasına, hətta təriflənməsinə belə mane olduğunu göstərir:
İsa yola çıxarkən, biri qaçaraq yanına gəldi. Qarşısında diz çöküb ondan: "Yaxşı (yaxşı insan mənasında) müəllimim, əbədi həyata qovuşmaq üçün nə etməliyəm?" deyə soruşdu. İsa ona: "Mənə niyə yaxşı deyirsən?" dedi, "yaxşı olan tək biri var, O da Allahdır". (Markos, 10/17-18)
Əslində təkcə bu ayə belə, təslis inancının həqiqi xristianlığa zidd inanc olduğunu göstərmək üçün kifayətdir. Hz. İsa tərif qəbul etməyib təriflənməyə layiq olanın yalnız Allah olduğunu vurğulayaraq, özünün Allahın qulu olduğunu çox açıq şəkildə ifadə edir.
Hz. İsanın İsrailoğullarına bildirdiyi həqiqət, tarixin əvvəlindən indiyə qədər bütün peyğəmbərlərin bildirdiyi həqiqətdir: Rəbbimiz hər şeyi yoxdan yaradan, ən gözəl və mükəmməl şəkildə meydana gətirən, çox böyük və üstün olan, hər şeyin iç üzündən və gizli tərəflərindən xəbərdar olan, əzəli və əbədi olan, doğulmamış və doğmamış olan, hər cür nöqsandan uzaq, diri, hər şeyi bilən və hər şeyə qadir olan, şəni böyük olan, hökm edən, kərəmi bol olan, mərhəmətli və bağışlayan uca Allahdır. Göylərdə və yerdə olanların hamısı Allaha təslim olmuşdur.
De ki: "Allah doğru söyledi. Öyleyse Allah'ı bir tanıyan (Hanif)ler olarak İbrahim'in dinine uyun. O, müşriklerden değildi." |
Necə ki, Əhdi-Cədiddə də "Allahın vahid" olduğuna inanmaq çox əhəmiyyətli iman şərti kimi göstərilir. İstənilən çox tanrılı, üç tanrılı inanclar və ya istənilən bütpərəstlik Tövratda olduğu kimi İncildə də (həm dörd İncildə, həm də elçilərin yazı və məktublarında) kəskin şəkildə qınanılır. Bir çox İncil ayəsində Allahdan başqa ilah qəbul edənlər tövhid inancına dəvət edilirlər. Bunlardan bəziləri belədir:
İsa ona dedi... "Allahımız Bir olan Rəbbdir"... Katib ona dedi: "Çox yaxşı müəllim, həqiqəti bildirmək məqsədiylə dedin ki, O Birdir; Ondan başqası yoxdur". (Markos, 12/29-32)
...Allah birdir. (Galatyalılara Mektup, 3/20)
Ölümsüz Allahın ucalığı əvəzinə ölümlü insana, quşlara, dörd ayaqlılara və sürünənlərə bənzəyən bütləri üstün tutdular. Onlar Allahla əlaqəli həqiqətin yerinə yalanı qoydular. Yaradan əvəzinə, yaradılana tapınıb qulluq etdilər. Halbuki Allah əbədiyyən təriflənməyə layiqdir. (Pavlus'un Romalılara Mektubu, 1/23-25)
...Bizim üçün tək Allah var: Hər şeyin Özündən ibarət olduğu Allah. Biz də Onun üçün yaşayırıq... (Korintoslulara 1. Mektup, 8/6)
...Bilirik ki, büt, dünyada əslində olmayan bir şeydir və birdən çox Allah yoxdur. (Pavlusun Korintlilere Birinci Mektubu, 8/4)
...Taxtları üzərində oturan iyirmi dörd qoca, üzüstə yerə qapandı. Allaha tapınaraq belə dedilər: "Hər şeyə qadir olan, var olan və var olmuş Rəbb Allah! Sənə şükür edirik..." (Yuhanna'ya Gelen Esinleme, 11/16-17)
Əbədi əsrlərin hökmranı, ölümsüz, gözə görünməz tək Allaha həmişə şərəf və ucalıq olsun. (Timoteos'a 1. Mektup, 1/17)
Tək bir Allah var... (Timoteos'a 1. Mektup, 2/5)
Sən Allahın bir olduğuna inanırsansa yaxşı edirsən... (Yakup'un Mektubu, 2/19)
Xilasedicimiz Tək Allaha ucalıq olsun... (Yahuda'nın Mektubu, 24)
Ey bir-birinizi ucaldan və tək olan Allahdən gələn ucalığı axtarmayanlar, siz mənə necə iman edə bilərsiniz? (Yuhanna, 5/44)
Allahın edə bilməyəcəyi heç nə yoxdur. (Luka, 1/37)
Hak melik olan Allah pek yücedir, Ondan başka ilah yoktur; Kerim olan Arş'ın Rabbidir. Kim Allah ile beraber ona ilişkin geçerli kesin bir kanıt (burhan)ı olmaksızın başka bir ilaha taparsa, artık onun hesabı Rabbinin katındadır. Şüphesiz inkar edenler kurtuluşa eremezler. |
Yuxarıdakı ayələrdən başqa İncildə Allahı tək ilah kimi təsvir edən bir çox başqa ayə də var. Bu mövzuya digər bir nümunə isə, hz. İsanın tələbələrinin etdikləri təbliğdir. Hz. İsanın Allah Qatına alınmasından sonra xristianlar kəndbəkənd, qəsəbə-qəsəbə dolanıb insanlara hz. İsanın söylədiklərini çatdırmış və onları Allaha təslim olmağa çağırmışdırlar. İncildə onların, təbliğ etdikləri insanları Allaha, Onu tək ilah qəbul edərək iman edən xristianlar olmağa çağırdıqları belə nəql olunur:
Belə ki, elçilər, Barnaba və Pavel (Pavlus), bunu eşitdikdən sonra paltarlarını yırtıb izdihamlı insan kütləsinin içinə daxil oldular. Onlar: "Əfəndilər, niyə belə şeylər edirsiniz?" deyə qışqırdılar. "Biz də sizin kimi insanıq, eyni yaradılışa sahibik. Sizə müjdə gətiririk. Sizi bu boş şeylərdən imtina etməyə, göyü, yeri, dənizi və bunların içindəkilərin hamısını yaratmış olan... Allaha qayıtmağa çağırırıq... belə ki, O, sizə yaxşılıq edir, göydən yağış yağdırır, müxtəlif məhsullar verən fəsilləri qaydaya salır, sizi yeməklə doyurub qəlblərinizi sevinclə doldurur". (Elçilerin İşleri, 14/14-17)
Dünyanı və içindəkilərin hamısını yaradan, göyün və yerin Rəbbi olan Allah, əllə düzəldilmiş məbədlərdə oturmaz. Hər kəsə həyat, nəfəs və hər şeyi verən Özü olduğuna görə, bir şeyə ehtiyac duyurmuş kimi Ona insan əliylə xidmət edilməz. Allah, bütün xalqları təkcə bir insandan meydana gətirdi və onları dünyanın hər yerinə yerləşdirdi. Xalqların mövcud olacağı müəyyən müddətləri və yerləşəcəkləri ərazilərin sərhədlərini əvvəlcədən müəyyənləşdirdi. Bunu, Özünü axtarsınlar... deyə etdi. Əslində Allah heç birimizdən uzaq deyil. Necə ki, Onda yaşayır və hərəkət edirik, Onda mövcuduq... (Elçilerin İşleri, 17/24-28)
Təslis inancına görə hz. İsa yaradılmamışdır, əzəldən bəri vardır və Allahla bərabər gücə və bərabər səlahiyyətlərə malikdir (Allahı tənzih edirik). Halbuki bu çox böyük yanılmadır. Hazırkı dövrdə təslis inancına inananlar hz. İsanın özlərini xilas edəcəyinə, dualarını qəbul edəcəyinə, onun sayəsində bütün günahlarından xilas olduqlarına inanırlar (kəffarə yanılması, kitabın sonrakı hissəsində ətraflı şəkildə araşdırılacaq). Bu yanlış inanc forması, Quran ayələrində tərif edilən çox böyük aldanışdır. Üstəlik, İncil ayələrində də bu inanc qətiyyən təsdiq olunmur, tam əksinə təkzib edilir.
Bu yanlış inanca İncildən bəzi dəlillər gətirilir. Bu dəlillərin başında isə hz. İsanın göstərdiyi möcüzələr gəlir. Halbuki hz. İsanın insanlara bir çox möcüzə göstərməsi, onu ilahlaşdıran inanca dəlil meydana gətirməz. Bu möcüzələr Quranda da bildirilən açıq həqiqətdir. Hz. İsanın atasız doğulması, beşikdə olarkən danışması, anadangəlmə korları, cüzam xəstələrini sağaltması kimi həyatı boyu göstərdiyi bir çox möcüzəsi olmuşdur. Lakin bu möcüzələr sonsuz güc və qüdrət sahibi olan, bütün kainat üzərində hakim olan Rəbbimizin lütfü ilə gerçəkləşmişdir. Allah hz. İsadan başqa, hz. Musaya, hz. Süleymana, hz. İbrahimə, hz. Zəkəriyyaya, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə və daha bir çox peyğəmbərə də möcüzələrlə kömək etmişdir. Lakin təslis inancını müdafiə edənlər bu möcüzələri öz ağıllarınca dəlil göstərərək hz. İsa barədə ilahlıq iddia edirlər. Halbuki bu da digərləri kimi İncildə qeyd olunan ayələrlə ziddiyyət təşkil edən bir iddiadır.
Sonrakı hissələrdə daha ətraflı şəkildə araşdıracağımız kimi hz. İsa, danışıqlarında həmişə Allahın şənini ucaltmış: "Allahın mənə verdiyi buyuruğa görə iş görürəm" (Yuhanna, 14/31) "sizə dediyim sözləri özümdən demirəm" (Yuhanna, 14/10) və "sizə qəti şəkildə bildirirəm ki, elçi təkbaşına heç nə edə bilməz" (Yuhanna, 5/19) kimi ifadələrlə bütün gücün Allaha məxsus olduğunu ifadə etmişdir.
Allahın sonsuz güc və qüdrətinin ifadə edildiyi bəzi İncil ayələri belədir:
Hər şeyin qaynağı Odur; hər şey Onun vasitəsilə və Onun üçün mövcud oldu. Əbədiyyən Ona ucalıq olsun. (Pavlus'un Romalılara Mektubu, 11/36)
Beş sərçə iki qəpiyə satılmırmı? Amma bunların biri belə Allah Qatında unudulmamışdır. Necə ki, başınızdakı saçlar belə tək-tək sayılmışdır... (Luka, 12/6-7)
İsa onlara baxaraq: "Bu insanlar üçün qeyri-mümkündür, lakin Allah üçün hər şey mümkündür" dedi. (Matta, 19/26)
Allahın zənginliyi, müdrikliyi və məlumatı necə dərindir!.. (Pavlus'un Romalılara Mektubu, 11/33)
Allahdan qorxun! Onu ucaldın! Çünki Onun mühakimə etmə vaxtı gəldi. Göyü, yeri, dənizi və su mənbələrini yaradana tapının! (Vahiy, 14/7)
...Hər şeyə qadir olan Rəbb Allah, sənin işlərin böyük və heyrətamizdir. Ey xalqların padşahı, sənin yolların doğru və ədalətlidir. Rəbb, Səndən qorxmayıb adını ucaltmayacaq kim var? Çünki müqəddəs olan təkcə Sənsən. Bütün xalqlar gəlib sənin qarşında tapınacaqlar. Çünki sənin ədalətli işlərin açıq şəkildə görüldü. (Vahiy, 15/3-4)
...Hər şey Allahdandır. (Pavlus'un Korintlilere Birinci Mektubu, 11/12)
...Xilas etmək, ucalıq və güc Allahımıza məxsusdur. Çünki Onun mühakimələri doğru və ədalətlidir... Çünki hər şeyə qadir olan Rəbbimiz Allah hökmranlıq edir. (Vahiy, 19/1-6)
...Allah tərəfindən yaradılmamış rəhbərlik yoxdur. Mövcud rəhbərliklər Allah tərəfindən yaradılmışdır. (Pavlus'un Romalılara Mektubu, 13/1)
...Rəbb belə deyir: "Varlığım haqqı üçün, hər diz önümdə çökəcək və hər dil Allah olduğumu açıqca söyləyəcək" (Pavlus'un Romalılara Mektubu, 14/11)
...Allah, Məsihi müəyyənləşdirilmiş vaxtda ortaya çıxardacaq. Şərəf və qüdrət əbədiyyən Onun olsun. (Pavlus'un Timoteus'a Birinci Mektubu, 6/15-16)
Diqqət yetirin! Görməyiniz lazım olan düzgün işləri nümayiş (göstəriş) üçün insanların gözü qarşısında görməyin. Belə etsəniz, göylərdəki Rəbbinizdən mükafat ala bilməzsiniz. Dua edəcəyiniz vaxt otağınıza girib qapını örtün və qeybdə olan Rəbbinizə dua edin. Gizli şəkildə ediləni görən Rəbbiniz sizi mükafatlandıracaq. Dua etdiyiniz vaxt, bütpərəstlər kimi boş sözləri təkrarlamayın. Onlar, çoxlu söz işlətməklə səslərini eşitdirə biləcəklərini zənn edərlər. Siz onlara bənzəməyin! Çünki Rəbbiniz nələrə ehtiyacınız olduğunu hələ siz Ondan istəmədən əvvəl bilir. Yoldan çıxarılmağımıza icazə vermə. Pis olandan bizi xilas et. Çünki hakimiyyət, güc və ucalıq əbədiyyən Sənindir. (Matta 6/1-8, 13)
İncildə bildirilən bu həqiqətlər, Quranda bildirilənlərlə uyğunluq təşkil edir. Onsuz da bunlar, tarixin əvvəlindən indiyə qədər bütün peyğəmbərlərin öyrətdiyi mütləq həqiqətlərdir: Zamanı, məkanı, insanı, bütün aləmləri və varlıqları Allah yaratmışdır. Rəbbimiz, hər cür nöqsan və çatışmazlıqdan uzaqdır. O, Üstün və Ucadır. Hər hadisə Rəbbimizin icazəsiylə və təqdiriylə gerçəkləşər. Quranda bildirilən ifadəylə, Allah istəmədən, yer üzündə bir yarpaq belə düşməz, bir dişi hamilə qalmaz və heç bir canlı Onun məlumatı olmadan doğura bilməz. Allah, gizlini və açıqda olan hər şeyi bilən və hər şeyə qadir olandır. Allah istədiyini etməyə qadirdir, sonsuz güc və qüdrət sahibidir. Bir şeyin olmasını istədiyi vaxt, ona yalnız "ol" deməsi kifayətdir. Onun üçün heç nə qeyri-mümkün deyil. Kainatdakı bütün hakimiyyət və qüdrətin yeganə sahibi Allahdır.
İncildə Allahın bütün kainat üzərindəki bu mütləq hakimiyyəti çox açıq ifadələrlə göstərilir. İnsanlara bütün güc və səlahiyyətlərini verənin aləmlərin Rəbbi olan Allah olduğu müxtəlif nümunələrlə açıqlanır. Yer üzündəki bütün hadisələri meydana gətirən, bütün varlıqlara həyat verən uca Rəbbimizdir.
Bədəni öldürə bilən, lakin canı öldürə bilməyənlərdən qorxmayın. Canı da, bədəni də cəhənnəmdə məhv edə biləndən qorxun. İki sərçə bir qəpiyə satılar, elə deyilmi? Belə olduğu halda, biri belə Rəbbinizin məlumatı olmadan yerə enməz. (Matta, 10/28-29)
Əgər özünə göydən verilməsə heç kim təkbaşına nəsə ala bilməz. (Yuhanna, 3/27)
...Çörəyi göydən Musa vermədi. Sizə göydən həqiqi çörəyi verən Rəbbimdir. (Yuhanna, 6/32)
Sizi məhkəməyə verdikləri vaxt, nəyi necə söyləyəcəyinizi düşünərək narahat olmayın. Nə söyləyəcəyiniz o anda sizə bildiriləcək. Çünki siz danışmayacaqsınız, Rəbbinizin Ruhu sizin vasitənizlə danışacaq. (Matta, 10/19-20)
Xilasedicimiz təkcə Allahdır, sizi düşməkdən qoruyacaq, O sizi Öz uca hüzuruna böyük sevinc içində ləkəsiz halda çıxardacaq gücdədir... (Yahudanın Mektubu, 24-25)
O günü və saatı, nə göydəki mələklər, nə də elçi bilər; Allahdan başqa heç kəs bilməz. (Matta, 24/36)
Ölümsüzlük təkcə Ona məxsusdur... Onu nə görən olmuşdur, nə də kimsə görə bilər... (Timoteus'a 1. Mektup, 6/16)
İçimizdə ölümə məhkum olduğumuzu hiss etdik. Amma bu, özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün oldu. (Pavlus'un Korintlilere İkinci Mektubu, 1/9)
Bütün bu Əhdi-Cədid ayələri, həqiqət xristianlıqda Allaha istiqamətli səmimi və sidq-ürəkdən bir iman olduğunu açıq şəkildə göstərir. Lakin bu doğru inanclar sırasına, təslis kimi batil bir inanc əlavə olunmuş və bu da xristianlığı dəyişdirmişdir.