Xristianlıq müxtəlif məzhəblərə, bu məzhəblər də öz aralarında müxtəlif təriqətlərə ayrılır. İncili müxtəlif şəkillərdə şərh edən, müxtəlif tətbiqlərə sahib çox müxtəlif dini cərəyanlar, kilsələr var. Lakin bu fərqli təriqətlərin çox böyük hissəsinin həmrəy şəkildə qəbul etdikləri iman təməli "təslis" inancıdır.
Tarix boyu təslis inancını rədd edən müxtəlif cərəyanlar ortaya çıxmış, lakin bu cərəyanların böyüyüb güclənmələrinin qarşısı, çoxluğu meydana gətirən təslis inancı müdafiəçiləri tərəfindən alınmışdır. Bu cərəyanlar dərhal "azğın" elan edilmiş, təzyiqə məruz qalmış və müəyyən şəkildə yox edilmişdirlər. Kitabın sonrakı hissələrində görəcəyimiz azlıq təşkil edən bəzi qruplar istisna olmaqla, təslis inancı, xristian aləmində əsasən qəbul edilmiş və ya qəbul edilməyə məcbur edilmişdir.
Kitabın başından bəri ifadə etdiyimiz kimi təslis inancı Qurana tamamilə zidd bir inancdır və İncildəki ayələr hz. İsanın həyatının heç bir anında belə bir iddia etmədiyini, belə bir şeyi eyham yoluyla belə vurğulamadığını, hətta bu kimi təşəbbüslərin qarşısını bilavasitə özünün aldığını, hər danşığında Allahı təriflədiyini və ucaltdığını göstərir. Hazırkı dövrdə təslis inancına qarşı çıxan ətrafların ən çox üzərində dayandıqları mövzulardan biri də onsuz da budur: Hz. İsanın insan kimliyi.
İncildə hz. İsanın həyatı və bu dəyərli elçinin təbliği ilə əlaqədar verilən məlumatlar və hz. İsanın hikmətli öyüdləri təslis inancından ötrü əsrlərdən bəri görməzlikdən gəlinir. Təslis inancı başları o qədər qarışdırır ki, bunun nəticəsində hz. İsa ilahlaşdırılır və sanki özündən mədət umulacaq hala gətirilir.
Qurana görə hz. İsa, Allahın insanlara xəbərdar edici və qorxuducu kimi göndərdiyi, dünyaya gəlməsindən Öz Qatına alınmasına qədər həyatının hər anında bənzərsiz möcüzələr yaradaraq kömək edən mübarək peyğəmbəridir. Onun doğumu Allahın çox böyük möcüzəsidir. Lakin doğumundan sonra o da bütün insanlar kimi bir həyat yaşamışdır. Hz. İsa da digər insanlar kimi Allahın "ol" deməsiylə yaranmışdır və Allah qarşısındakı acizliyindən xəbərdar olan, Allaha möhtac bir insandır. İstər Quran ayələrində, istərsə də İncildə hz. İsanın bəşər xüsusiyyətləri çox müxtəlif nümunələrlə təsvir edilir. Məsələn, əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, Rəbbimiz Maidə surəsinin 75-ci ayəsində hz. İsa və hz. Məryəm barədə: "...ikisi də yemək yeyərdilər..." deyə buyurmuş, onların bir mələk olmadıqlarını, digər insanlar kimi olduqlarını ifadə etmişdir.
Stephan Lochner, Cologne Katedrali, 1440-1450 |
İncildə qeyd olunan bir çox nümunədə hz. İsanın insan xüsusiyyətlərindən bəhs edilir. Bunlardan bəziləri belədir:
İncildə hz. İsanın nəsli və dünyaya gəlməsiylə əlaqədar müxtəlif açıqlamalar var. Bu məlumatlara görə hz. İsa, hz. Davudun nəslindən gəlir. Hz. İsa xalq arasında tanınan biridir. Xalq onun kimin nəslindən gəldiyini, harada doğulub böyüdüyünü bilir. Hz. İsanın ailəsi xalq tərəfindən yaxından tanınır:
Keçmiş əsrlərdən bəri müqəddəs peyğəmbərlərinin ağzından bildirdiyi kimi, qulu Davudun nəslindən bizim üçün güclü xilasedici yaratdı; düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən xilas olmağımızı təmin etdi. (Luka, 1/69-71)
İbrahim oğlu, Davud oğlu İsa Məsihin nəsliylə əlaqədar qeyd belədir... (Matta, 1/1-2)
Daha sonra İsanın anası və qardaşları gəldi. Çöldə dayandılar, xəbər göndərib onu çağırdılar. (Markos, 3/31)
Öndən gedən və arxadan gələn izdihamlı kütlələr belə qışqırırdılar: "Davud oğluna şükürlər olsun! Rəbbin adıyla gələnə təriflər olsun, ən ucalarda şükürlər olsun!" İsa Qüdsə girdiyi vaxt bütün şəhər: "bu kimdir?" deyərək çalxalandı. İzdihamlı kütlələr: "bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir" deyirdi. (Matta, 21/9-11)
Bu Məryəmin oğlu, Yaqub, Yose, Yahuda və Siminin qardaşı olan dülgər deyildirmi? Bacıları burada, aramızda yaşamırmı?.. (Markos, 6/3)
Təslis inancında hz. İsanın bəşəri xüsusiyyətlərini görməzlikdən gəlmək anlayışı var. Halbuki İncildə hz. İsa ilə əlaqədar verilən məlumatlardan, bu dəyərli insandan: "Allahın oğlu deyil, Allahın mübarək elçisi kimi bəhs edildiyi" açıq şəkildə aydın olur. Onun da hər insan kimi bir həyat yaşadığı görülür. O da digər insanlar kimi doğulmuş, körpəlik, uşaqlıq və gənclik mərhələrindən keçmişdir. Yemək yemə ehtiyacı hiss etdiyi vaxt, yanındakı həvariləriylə birlikdə Allaha şükür edərək yemək yemiş, uzun bir gündən sonra hər insan kimi yorulmuş və dincəlmək ehtiyacı hiss etmişdir. Bununla yanaşı, hz. İsanın yuyunmaq, təmizlənmək kimi hər cür fiziki ehtiyacına da ətrafındakılar şahid olmuşdur. Bunlar bir insanın ödəməli olduğu təbii ehtiyaclarıdır. Həmçinin təslis inancında hz. İsaya isnad edilməyə çalışılan ilahlıq iddiasıyla da tamamilə ziddiyyət təşkil edir.
Jean-Baptiste de Champalgne, Son Yemek, 1631-81 |
İsa bilik və boy cəhətdən inkişaf edir, Allahdan və insanlardan yaxşılıq görürdü. (Luka, 2/52)
Onlarla süfrədə oturarkən İsa çörək götürdü, şükür etdi və çörəyi bölüb onlara verdi. (Luka, 24/30)
Sevincdən hələ inana bilməyən, çaşbaş qalmış tələbələrindən: "Sizdə yeməyə bir şey varmı?" deyə soruşdu. Özünə bir qədər qızarmış balıq verdilər. İsa onu alıb gözlərinin qarşısında yedi. (Luka, 24/41-43)
Mayasız çörək bayramının bayramının ilk günü tələbələr İsanın yanına gələrək: "Pasxa yeməyini yeməyin üçün harada hazırlıq görməyimizi istəyərsən?" deyə soruşdular. (Matta, 26/17)
Daha sonra İsa, Levi’nin evində yemək yeyən vaxtı... (Markos, 2/15)
İsa bundan sonra evə getdi. Yenə elə böyük insan kütləsi toplandı ki, İsayla tələbələri yemək belə yeyə bilmədilər. (Markos, 3/20)
Süfrə başına əyləşmiş halda yemək yeyərlərkən İsa: "Sizə doğrusunu söyləyim" dedi, "sizdən biri, mənimlə yemək yeyən biri, məni satacaq" (Markos, 14/18)
Fəriseylərdən biri İsanı yeməyə dəvət etdi. O da onun evinə gedib süfrə başına əyləşdi. (Luka, 7/36)
...İsa, səfərdən ötrü yorulduğu üçün quyunun yanında əyləşmişdi. Saat on iki radələri idi. Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona: "Mənə su ver, içim" dedi. (Yuhanna, 4/6-7)
İsa, qayığın uc hissəsində bir yastığa yaslanmış vəziyyətdə yatırdı... (Markos, 4/38)
İsa onlara: "Gəlin, tək başımıza tənha bir yerə gedək ki, bir qədər istirahət edəsiniz" dedi. Gələn-gedən elə çoxdu ki, yemək yeməyə belə vaxt tapa bilmirdilər. (Markos, 6/31)
...Səfərdən ötrü yorulan İsa quyunun yanında əyləşdi... (Yuhanna, 4/4)
İncildən götürdüyümüz bu ayələr hz. İsanın digər bütün insanlar kimi Rəbbimizin rəhmətinə möhtac insan olduğunu göstərir. O, Allahın bütün aləmlərdən üstün etdiyi, peyğəmbərlik mövqesiylə şərəfləndirdiyi və möcüzələrlə Öz lütfündən bəxş etdiyi, çox üstün əxlaqlı bir quludur. O seçilmiş xüsusiyyətlərə sahib bir insandır, lakin eyni zamanda digər canlılar kimi Allahın rəhmətinə möhtac, aciz bir quldur. Halbuki canlı və cansız bütün kainatın yaradıcısı olan Allah həmişə diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilər, hər şeyə qadirdir, Onu yuxu və mürgü tutmaz. O hər cür acizlikdən də uzaqdır. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və sahib olduqları bu çatışmazlıqları bilərək yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir.
Həm Quran ayələrində, həm də İncildə hz. İsanın Allahın sonsuz lütfü sayəsində müxtəlif möcüzələr göstərdiyindən bəhs edilir. Lakin hz. İsa hər danışığında; etdiyi təbliğlərində və həvarilərlə olan söhbətlərində bu möcüzələri Allahın diləməsiylə gerçəkləşdirdiyini bildirmişdir. Danışanın özü deyil, Allah olduğunu, bütün görülən işləri Allahın gördüyünü, Allahın bütün canlılar üzərində tək hakim olduğunu tez-tez xatırlatmışdır. Özünün Allahın risalətini insanlara çatdıran bir qul olduğunu, Allahın diləməsiylə bu etdiklərini gerçəkləşdirdiyini, etdiyi hər şeyin Allahın nəzarəti altında olduğunu vurğulamışdır. Bu açıqlamalarından bəziləri belədir:
Hər şey mənə Rəbbim tərəfindən verildi... (Matta, 11/27)
...Allahın mənə verdiyi buyruğa görə iş görürəm... (Yuhanna, 14/31)
...Sizə söylədiyim sözləri özümdən söyləmirəm... (Yuhanna, 14/10)
...Sizin üçün əhəmiyyətlə vurğulayıram ki, elçi təkbaşına heç nə edə bilməz... (Yuhanna, 5/19)
...Mən öz istəyimlə deyil, məni göndərəndən ilham alıb öyrədirəm. (Yuhanna, 7/16)
Onları mənə verən Rəbbim hər varlıqdan üstündür... (Yuhanna, 10/29)
Çünki mən özlüyümdən danışmadım. Nə deyəcəyimi, nə danışacağımı məni göndərən Allah buyurdu. Onun buyruğununsa əbədi həyat olduğunu bilirəm. Bunun üçün də, danışdığım hər sözü Allahın mənə bildirdiyi kimi söyləyirəm. (Yuhanna, 12/49-50)
İsa Allahın hər şeyi öz əllərinə verdiyini və Allahdan gəlmiş olub, yenə Ona qayıtdığını bilirdi. (Yuhanna, 13/3)
Məni göndərən mənimlə bərabərdir. O məni tənha qoymadı. Çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm. (Yuhanna, 8/29)
Mən öz-özümə heç bir şey edə bilmərəm; eşitdiyim kimi mühakimə edərəm. Mənim mühakiməm doğrudur. Çünki öz istəyimi deyil, məni göndərənin istəyini axtararam. (Yuhanna, 5/30)
Rəbbim özünə imkan yaratmadıqca, heç kəs mənə gələ bilməz... (Yuhanna, 6/65)
İncildə qeyd olunan yuxarıdakı ayələr təslis inancı baxımından çox əhəmiyyətlidir. Çünki bu ifadələrdə, hz. İsanın ilah deyil (Allahı tənzih edirik), Allaha möhtac, Allahın istədiyi kimi hərəkət edən, Allahın əmr etdiyi şəkildə qərar verən, Allahın ilhamıyla danışan, Allahın bəyənəcəyi işlər görən bir qul olduğu bilavasitə hz. İsanın özü tərəfindən dilə gətirilir. Lakin təslis inancında bütün bu hikmətli və səmimi ifadələr görməzlikdən gəlinir, hz. İsa isə mövcud olmaq üçün heç nəyə ehtiyacı olmayan, üstün varlıq kimi tanıdılmaq istənilir. Halbuki bunlar həqiqəti əks etdirmədiyi kimi, həm Rəbbimizin uca Şəxsinə, həm də Onun mübarək elçisi hz. İsaya qarşı hörmətdən kənar yanaşma tərzini əks etdirir. Rəbbimiz bütün bu bənzətmələrdən uzaqdır. O, heç nəyə ehtiyacı olmayan, bütün nöqsan və çatışmazlıqlardan uzaq, sonsuz və tək güc sahibi olan Allahdır. Ona bərabər və tay olan bir varlıq yoxdur.
Buradakı ifadədə hz. İsanın yalnız Allaha qulluq etməklə əlaqədar hökmlərə tabe olduğu açıq şəkildə görülür. Yalnız Allaha qulluq edən hz. İsanı guya Allahla bərabər hesab edən təslis inancının nə qədər batil inanc olduğu, buradan da aydın ola bilir (Allahı tənzih edirik).
Biz kitabı ancak, hakkında ihtilafa düştükleri şeyi onlara açıklaman ve inanan bir kavme rahmet ve hidayet olması dışında (başka bir amaçla) indirmedik. |
Təslis inancını yalanlayan digər bir dəlil isə, bu mübarək insanın Rəbbimizə etdiyi səmimi dualarıdır. Dua edən insan Allahın varlığını və vahidliyini, Onun qarşısındakı acizliyini, özünə təkcə Onun kömək edəcəyini və Ondan başqa ibadət ediləcək heç bir güc olmadığını qəbul etmiş deməkdir. Dua Allaha olan dərin təslimiyyətin, insanın öz acizliyini dərk etdiyinin ən gözəl ifadə formalarından biridir. Rəbbimiz bütün nöqsan sifətlərdən uzaq olan, sonsuz qüdrət sahibidir. Kainatda bütün qüdrət Ona məxsusdur. Kömək və bağışlanma, yalnız və yalnız, hər kəsin Özünə möhtac olduğu, Özü isə heç kəsə möhtac olmayan Allahdan istənilər. Hz. İsanın duaları da Allaha olan təslimiyyətinin və sahib olduğu güclü Allah qorxusunun ən səmimi göstəricilərindəndir. İncildə bildirildiyinə görə hz. İsa həm şükür etmək, həm də hər hansı bir şey istəmək məqsədiylə Rəbbimizə dua etmişdir. Özünə istədiklərini verə biləcək tək və mütləq gücün Allah olduğunu bilmişdir:
Bir qədər qabağa gedərək üzüstə yerə qapandı və dua etməyə başladı... (Matta, 26/39)
Xalqa çəmənlərin üstündə əyləşmələrini buyurduqdan sonra, beş çörəklə iki balığı götürdü, gözlərini göyə tutaraq təşəkkür duasını etdi... (Matta, 14/19)
Xalqı tərk etdikdən sonra dua etmək üçün tək başına dağa çıxdı. Axşam olarkən orada yalqız idi. (Matta, 14/23)
Səhər çox erkəndən, hava hələ işıqlanmadan İsa oyandı, evdən çıxıb tənha bir yerə getdi, orada dua etməyə başladı. (Markos, 1/35)
Onları yola saldıqdan sonra, dua etmək üçün dağa çıxdı. (Markos, 6/46)
İsa tələbələrinə: "Mən dua edərkən burada oturun" dedi. (Markos, 14/32)
O günlərdə İsa, dua etmək üçün dağa çıxdı və bütün gecəni Allaha dua edərək keçirdi. (Luka, 6/12)
İsa bir yerdə dua edirdi. Duasını bitirdikdən sonra tələbələrindən biri Ona: "Müəllim, Yəhyanın öz tələbələrinə öyrətdiyi kimi sən də bizə dua etməyi öyrət" dedi. (Luka, 11/1)
...Mən, imanını itirməyəsən deyə sənin üçün dua etdim. Geri qayıtdığın vaxt qardaşlarını gücləndir". (Luka, 22/32)
Qurandakı bir ayədə hz. İsanın, Rəbbimizin ən gözəl sifətlərini xatırlayaraq etdiyi səmimi duası belə bildirilmişdir:
Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə surəsi, 114)
Allah hz. İsanın bu duasını qəbul etmiş və belə buyurmuşdur:
Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan inkar edənlərə aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”. (Maidə surəsi, 115)
Hz. İsa Allaha dua edərək Odan bir süfrə endirməsini istəmişdir. Allah hz. İsanın bu duasını qəbul edərək Onun istəyini yerinə yetirmişdir. Lakin unudulmamalıdır ki, hz. İsanın bu möcüzəni gerçəkləşdirəcək müstəqil və özünəməxsus gücü yoxdur. O, Allahın sonsuz yaratma gücünü insanlara göstərməsində elçilik vəzifəsini boynuna götürən çox mübarək quldur.
Təslis inancında hz. İsanı Allahın risalətini təbliğ edən bir elçi və ya digər peyğəmbərlər kimi Allahın göndərdiyi bir qul kimi deyil, "Allahın oğlu" (Allahı tənzih edirik) kimi görmə anlayışı var. Halbuki İncildə hz. İsanın Allahın vəhyini təbliğ edən, insanları iman etməyə və Allaha təslim olmağa dəvət edən bir elçi olduğu bildirilir. Hz. İsa da, "göndərilmiş elçi" olduğunu təbliğlərində həmişə dilə gətirib. Hz. İsanın Allaha söylədiyi: "Mən onlara Sənin sözünü çatdırdım" (Yuhanna, 17/14) sözü xüsusilə diqqəti cəlb edir. O da hz. Süleyman, hz. Musa, hz. Davud, hz. Məhəmməd (s.ə.v) kimi bir peyğəmbərdir, Allahın risalətini təbliğ edən bir elçidir. Necə ki, bir İncil ayəsində hz. Musanın: "Tanrı sizə öz qardaşlarınızın arasından mənim kimi bir peyğəmbər çıxardacaq" (Elçilerin İşleri, 7/37) söylədiyi bildirilir. Hz. İsanın peyğəmbərliyini təsdiq edən İncil ayələrindən bəziləri belədir:
Məni sevməyən sözlərimə əməl etməz. Eşitdiyiniz söz mənim deyil, məni göndərən Allahındır. (Yuhanna, 14/24)
Əgər Rəbbimin işlərini görmürəmsə mənə iman etməyin. Lakin görürəmsə, mənə iman etməsəniz belə, gördüyüm işlərə iman edin… (Yuhanna, 10/37-38)
Xalq İsanın göstərdiyi möcüzəni gördükdə: "Həqiqətən dünyaya gələcək peyğəmbər budur" dedi. (Yuhanna, 6/14)
..."O insan, Allahın və bütün xalqın qarşısında istər söz, istərsə də hərəkətdə güclü peyğəmbər idi". (Luka, 24/19)
...Çünki məni göndərəni tanımırlar. (Yuhanna, 15/21)
Allah sizi, tutduğunuz pis yoldan döndərib günahdan təmizləmək üçün, qulunu ortaya çıxardıb ilk öncə sizə göndərdi". (Elçilerin İşleri, 3/26)
Əbədi həyat, tək həqiqi Rəbb olan Səni və göndərdiyin İsa Məsihi tanımalarıdır. Görməyim üçün mənə verdiyin işi tamamlamaqla Səni yer üzündə ucaltdım. Dünyada mənə verdiyin insanlara Sənin adını açıqladım. Onlar sənindilər, mənə verdin və Sənin sözünə tabe oldular. Artıq mənə verdiyin hər şeyin Səndən gəldiyini bilirlər. Çünki mənə çatdırdığın sözləri onlara çatdırdım, onlar da qəbul etdilər. Sənin qatından çıxıb gəldiyimi həqiqətən anladılar, məni Sənin göndərdiyinə iman etdilər. (Yuhanna, 17/3-8)
Sizə doğrusunu deyim, mənim göndərdiyim hər hansı kəsi qəbul edən məni qəbul etmiş olar. Məni qəbul edən də, məni göndərəni qəbul etmiş olar. (Yuhanna, 13/20)
...Mən öz-özümə gəlmədim. Amma məni göndərən haqqdır. Necə ki, Onu tanımırsınız. Halbuki mən Onu tanıyıram. Çünki Ondanam və məni O göndərdi. (Yuhanna, 7/28-29)
İsa: "Başqa yerə gedək, yaxın qəsəbələrə. Oralarda da sözü yaymalıyam. Çünki bunun üçün gəldim" dedi. (Markos, 1/38)
İsa: "Allah tərəfindən təsdiqlənən iş, Onun göndərdiyi insana iman etməyinizdir" deyə cavab verdi. (Yuhanna, 6/29)
Allahın göndərdiyi insan Allahın sözlərini danışar... (Yuhanna, 3/34)
...Amma məni göndərən haqqdır və mən Ondan eşitdiklərimi dünyaya bildirirəm. (Yuhanna, 8/26)
...İsa: "Mənim, sizin bilmədiyiniz bir yeməyim var" dedi. Tələbələr bir-birlərindən: "Görəsən biri ona yeməkmi gətirdi?" deyə soruşdular. İsa: "Mənim yeməyim, məni göndərənin istəyini yerinə yetirmək və Onun işini tamamlamaqdır" dedi. (Yuhanna, 4/31-34)
Təslis inancına görə xristianlığın ilkin şərti hz. İsaya imandır və təslis inancına inanmayan bir insan əsil xristian deyildir. Halbuki İncildə bu iddiaları çürüdən çox konkret açıqlamalar var. Xüsusilə də hz. İsanın təbliği, insanları yalnız Allaha iman etməyə dəvət etməyə əsaslanır. Hz. İsa ətrafındakı insanların suallarını, şübhələrini, şübhəli yanaşmalarını onları Allaha təslim olmağa dəvət edərək aradan qaldırır.
İsa ona bu cavabı verdi: ““Allahın Rəbbə tapınacaq, təkcə Ona qulluq edəcəksən” deyə yazılmışdır””. (Luka, 4/8)
"Sizə doğrusunu söyləyim, sözümü eşidib məni göndərənə iman edənin əbədi həyatı var. Belə biri mühakimə olunmaz, ölümdən həyata keçmişdir. (Yuhanna, 5/24)
Heç kim iki ağaya qulluq edə bilməz. Ya birindən nifrət edib o birisini sevər, ya da birinə bağlanıb o birisini xor görər. Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz. (Matta, 6/24)
İsa ona bu cavabı verdi: “Allahın olan Rəbbi bütün qəlbinlə, bütün canınla və bütün ağlınla sev” (Matta, 22/37)
Onların mübahisələrini dinləyən və İsanın onlara gözəl cavab verdiyini görən bir din alimi yaxınlaşıb ondan: "Bütün buyruqların ən əhəmiyyətlisi hansıdır?" deyə soruşdu. İsa belə cavab verdi: "Ən əhəmiyyətlisi budur: Dinlə, ey İsrail! Allahımız olan Rəbb tək Rəbbdir. Allahın olan Rəbbi bütün qəlbinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sev. İkincisi də budur: Qonşunu özün kimi sev. Bunlardan daha böyük buyruq yoxdur". Din alimi İsaya: "Yaxşı söylədin, müəllimim" dedi. "Allah təkdir və Ondan başqası yoxdur" deməklə doğrunu söylədin. (Markos, 12/28-32)
Bundan sonra daşı qaldırdılar. İsa gözlərini səmaya tutaraq belə dedi: "Rəbb, məni eşitdiyin üçün Sənə şükür edirəm. Məni həmişə eşitdiyini bilirdim. Lakin bunu, ətrafda dayanan xalq üçün, məni Sənin göndərdiyinə iman etsinlər deyə söylədim". (Yuhanna, 11/41-42)
İsa uca səslə: "Mənə iman edən mənə deyil, məni göndərənə iman etmiş olar" dedi. "Məni görən, məni göndərəni də görər. Mənə iman edən heç kəs qaranlıqda qalmasın deyə, dünyaya işıq olaraq gəldim. Sözlərimi eşidib də onlara əməl etməyəni mühakimə etmərəm. Çünki mən dünyanı mühakimə etməyə deyil, dünyanı xilas etməyə gəldim. Məni rədd edən və sözlərimi qəbul etməyən insanı mühakimə edəcək biri var. Söylədiyim söz o insanı son gündə mühakimə edəcək. Çünki mən öz istəyimlə danışmadım. Məni göndərən Allah, nəyi söyləməli və nəyi danışmalı olduğumu mənə buyurdu. Onun buyruğunun əbədi həyat olduğunu bilərəm. Nə söyləyirəmsə, Allahın mənə söylədiyi kimi söyləyirəm". (Yuhanna, 12/44-50)
Yuxarıdakı İncil ayələrində də görüldüyü kimi hz. İsa digər bütün peyğəmbərlər kimi Allaha bütün qəlbiylə təslim olmuş mübarək quldur. İnsanlara Allahın vəhyini çatdırmış, onları Allaha, Onu tək ilah qəbul edib iman etməyə dəvət etmişdir. Yer üzündə davam edən həyatı boyu çox çətin şərtlərlə qarşılaşmış, təbliğinə mane törətməyə çalışan çox sayda din əleyhdarı insan olmasına baxmayaraq, çox böyük səbir göstərərək Allahın dinini çatdırmağa davam etmişdir. Güclü Allah qorxusuyla son ana qədər insanları bütün kainatın yaradıcısı olan Allaha iman etməyə və Ona qulluq etməyə dəvət etmişdir. Bütün bunlar hz. İsanın Allahın oğlu deyil (Allahı tənzih edirik), qövmünə Allahdan müjdələr gətirən, insanları axirət günüylə xəbərdar edən, gözəl əxlaqa dəvət edib hər cür fanatizmdən xilas olmaları üçün onları çağıran bir peyğəmbər olduğunu açıq şəkildə göstərir. Təkcə hz. İsa deyil, hz. İsanın təbliğini dinləyən, öyüdlərinə qulaq asan və bu mübarək insanın izindən gedən ilk İsəvilər də hz. İsa kimi hənifdirlər. Gördükləri təzyiqlər onları əsla qorxutmamış, Allahı tək ilah qəbul edənlər olaraq hz. İsanın yolundan qətiyyən dönməmişdirlər. Bu insanlar Nəsranilərdir.
Hani Havarilere: "Bana ve elçime iman edin" diye vahy (ilham) etmiştim; onlar da: "İman ettik, gerçekten müslümanlar olduğumuza sen de şahid ol" demişlerdi. |
Hz. İsa arxasında sadiq bir mömin cəmiyyət qoyub getdi. Əhdi-Cədidə görə hz. İsanın seçdiyi on iki həvari, hz. İsanın ailəsi və hz. İsaya iman edən digər yəhudilərdən meydana gələn bu cəmiyyət, digər yəhudilər tərəfindən "nəsranilər" (nazareans) adlandırıldı.(11) Bu ifadənin İncildə hz. İsa üçün işlədilən "Nazaretli İsa" deyimindən törədiyi və ya bu deyimlə eyni qaynaqdan gəldiyi qəbul edilir.
Nəsranilər Əhdi-Ətiqə və hz. Musanın hökmlərinə tabe olmağa davam edir, yəhudi inancının əmr və qadağalarına tabe olurdular. Nəsraniləri digər yəhudilərdən ayıran ən əhəmiyyətli fərq isə, hz. İsanın gətirdiyi yeni dini mənimsəmələri və onu peyğəmbər və Məsih kimi qəbul etmələri idi. Hz. İsanın, daha əvvəldən hz. Musa tərəfindən xəbər verilən(12) və Allahın, yəhudiləri doğru yola yönəldib dinlərini batil inanclardan təmizləmək üçün göndərdiyi peyğəmbər olduğuna iman edirdilər. Nəsranilər hz. İsanın Allah Qatına alınmasından sonra, onun gətirdiyi xəbərdarlığı yaymaq üçün bütün imkanlarını səfərbər edərək mübarizə apardılar. Əhdi-Cədidin İncillərdən sonra ən əhəmiyyətli kitabı qəbul edilən “Həvarilərin İşləri”, bu mövzu haqqında əhəmiyyətli məlumatlar verir.
Həvarilərin İşlərində yazıldığına görə, hz. İsanın tələbələri peyğəmbərlərinin Allah Qatına alınmasından sonra tez-tez təzyiq görməyə başladılar. Dövrün Yəhudi din xadimləri, onları öz aləmlərində azğın məzhəb kimi görür və əldən gəldiyi qədər susdurmaq və yox etmək istəyirdilər. Romalıların gözündə də təhlükəli mövqedəydilər. Lakin təzyiqlər və qınamalar onları ruhdan salmadı. Bunun ən böyük sirri isə, şübhəsiz ki, Allaha olan inancları idi. Bu inanc onlara böyük həmrəylik və qardaşlıq da qazandırmışdı. Həvarilərin İşlərində bu vəziyyət belə bildirilir:
Bütün iman gətirənlər bir yerdə olur, hər şeydən ortaq şəkildə istifadə edirdilər. Mallarını-mülklərini satır və bunun pulunu hər kəsə ehtiyacına görə paylayırdılar. Hər gün məbəddə toplanmağa davam edən iman gətirənlər, öz evlərində də çörək kəsib həqiqi sevinc və təvazökarlıqla yemək yeyir və Allahı tərifləyirdilər. Bütün xalqın rəğbətini qazanmışdılar. Rəbb də hər gün yeni xilas olanları onların arasına qatırdı. (Həvarilərin İşləri, 2/44-47)
Digər bir hissədə, Nəsranilər arasındakı həmrəylik və fədakarlıq belə qeyd olunur:
İman gətirənlərin cəmiyyəti qəlbdə və düşüncədə birdi. Heç kəs sahib olduğu hər hansı bir şey barədə "bu mənimdir" demir, hamısı bütün şeylərini ortaq qəbul edirdi... Hamısının üzərində Allahın böyük lütfü vardı. Aralarında yoxsul olan yoxdu. Çünki torpaq və ya ev sahibi olanlar bunları satar, aldıqları qarşılığı isə, gətirib elçilərin buyruğuna verərdilər; bu da hər kəsə ehtiyacına görə paylanardı. Məsələn, Kiprdə doğulmuş bir Levili olan və elçilərin Barnaba, yəni “cəsarət verən” kimi adlandırdıqları Yusif, sahib olduğu bir tarlanı satdı, pulunu gətirib elçilərin buyruğuna verdi. (Elçilerin İşleri, 4/32-37)
Bu qədər böyük daxili intizama sahib olan nəsranilər, hz. İsanın təbliğini digər yəhudilərə çatdırmağa davam etdilər. Hz. İsanı tanıdarkən də onun Allahın yəhudilərə göndərdiyi son peyğəmbər olduğunu söyləyirdilər. Həvari Peterin (Petrus) Süleyman məbədindəki bir qrup yəhudi qarşısında etdiyi bir çıxış, Həvarilərin İşlərində belə nəql olunur:
"İndi ey qardaşlar, rəhbərlərimiz kimi sizin də cahillikdən ötrü belə davrandığınızı bilirəm... Elə isə, günahlarınızın silinməsi üçün tövbə edin və Allaha qayıdın. Belə ki, Rəbb sizə yenilənmə fürsətləri versin və sizin üçün əvvəlcədən təyin olunmuş Məsihi, yəni İsanı göndərsin. Allahın qədim dövrlərdən bəri müqəddəs peyğəmbərlərinin ağzından bildirdiyi kimi, hər şeyin yenidən təşkil ediləcəyi vaxtadək İsa göydə qalmalıdır. Musa belə demişdi: “Tanrınız olan Rəbb sizin üçün, öz qardaşlarınız arasından mənim kimi bir peyğəmbər çıxardacaq. Onun sizə söyləyəcəyi hər sözü dinləyin. O peyğəmbəri dinləməyən hər kəs Allahın firqəsi arasından çıxardılıb yox ediləcək”.
Samuel və ondan sonra gəlib danışmış bütün peyğəmbərlər bu günləri çatdırmışdır. Siz peyğəmbərlərin və Allahın atalarınızla bağladığı əhdin varislərisiniz. Necə ki, Rəbb İbrahimə belə demişdi: “Sənin nəslin vasitəsilə yer üzündəki bütün xalqlar günahlardan təmizlənəcək, Allah, hamınızı pis yoldan döndərib günahlardan təmizləmək üçün qulunu ortaya çıxardıb ilk öncə sizə göndərdi". (Elçilerin İşleri, 3/17-26)
Bu ifadələrdə Peter (Petrus), hz. İsadan "Allahın qulu" olaraq bəhs edir və onun peyğəmbər olduğunu vurğulayır. Hz. İsanın hz. Musa tərəfindən xəbər verilmiş bir peyğəmbər olduğu insanlara bildirilir və "Allahın Oğlu" kimi bir anlayış qeyd olunmur. Təslis inancından yaxud hz. İsaya isnad edilən saxta ilahlıq sifətindən də bəhs olunmur (Allahı tənzih edirik).
Həvarilərin İşlərində bildirildiyinə görə dövrün yəhudi din xadimləri nəsranilərin varlığından narahat oldu və onların təbliği yayıldıqca bu narahatlıq artdı. Həm yəhudi din xadimləri, həm də onlar tərəfindən qızışdırılan Roma rəhbərliyi onları, "siyasi cəhətdən" təhlükəli qrup hesab etdi və hədəf aldı. Tarixi məlumatlara görə, Nəsranilərə qarşı tətbiq olunan təzyiq siyasəti getdikcə gücləndi. Bir çox dəfə həbs olundular, qırmanclandılar və hz. İsanın adını xatırlamamaları üçün xəbərdar edildilər. 48-49-cu illərdə Nəsranilərin həbs olunması və cəzalandırılması xeyli artdı. Nəhayət təqribən 62-65-ci illərdə Nəsranilərin lideri həbs olundu və öldürüldü. Nəsranilərin digər yəhudilərlə, xüsusilə də qabaqcıl din xadimləriylə (saduqilər və fəriseylər) razılığa gələ bilməmələrinin səbəbi, İncil mətnlərinə görə, bu din xadimlərinin "nəsildən-nəslə ötürdükləri ənənələrlə Allahın sözünü qüvvədən salmaları" idi. (Markos, 7/13)
Əhdi-Cədidə görə hz. İsanın yaxın qohumlarının və həvarilərinin liderliyində yaşayan bu camaatın nəzərə çarpan xüsusiyyəti "Allahı tək ilah qəbul edərək, Ona" inanmaları idi. Nəsranilər üçün hz. İsa Allahın mübarək elçisi idi. Təslis inancı isə, onlar üçün heç nə ifadə etmirdi. Onlar üçün əhəmiyyətli olan hz. İsanın gətirdiyi mesajdı. Necə ki, Nəsrani yazılarında (məsələn, Əhdi-Cədiddəki "Yaqubun Məktubu"nda) həmişə Allaha imana dəvət edilir və daha çox imani anlayışlar üzərində dayanılır.
48-49-cu illər arasında Yəhudanın Romalı qubernatoru, çox sayda Nəsranini çarmıxa çəkdirdi. Romaya qarşı baş verən istənilən üsyan hərəkatında Nəsranilərin də rolu olduğu düşünülürdü. 50-ci illərdə təzyiq davam etdi. Nəsrani cəmiyyəti 65-ci ildə Qüdsdən çıxdı və Mesopotamiyaya doğru köç etdi.
Nəsranilər, ikinci əsrdən etibarən kilsə liderlərinin yazılarında "azğın" məzhəb olaraq xatırlanmağa başlandılar. Kilsənin əhəmiyyətli adlarından biri olan Yustin Martir (Justin Martyr), 150-ci ildə yazdığı bir mətndə, hz. İsanı Məsih kimi tanıyan, lakin yenə də onu normal bir insan hesab edən, yəni "Tanrının oğlu" (Allahı tənzih edirik) kimi görməyən, bir məzhəbdən danışmışdı. Yustin (Justin) bir məsələni də vurğulamışdı; bu insanlar təslis inancını müdafiə edən ətraflar tərəfindən pislənirdilər və iki tərəfin arası olduqca pisdi.(13)
Bundan təxminən yarım əsr sonrasa katolik rahib İrineus (Irenaeus), Adversus Hæreses (azğınlığa qarşı) adlı bəyannaməsini yayınladı. İrineusun ən çox tənqid etdiyi "azğın"ların başında isə, "ebionim" kimi adlandırdığı bir camaat gəlirdi. "Ebionim" sözü, ivrit dilində "ebion" sözünün cəmi idi və qısa şəkildə "kasıblar" mənasını verirdi.
Hani Melekler, dediler ki: "Meryem, doğrusu Allah kendinden bir kelimeyi sana müjdelemektedir. Onun adı Meryem oğlu İsa Mesih'tir. O, dünyada ve ahirette 'seçkin, onurlu, saygındır' ve (Allah'a) yakın kılınanlardandır.." |
İrineusa (Irenaeus) görə ebionlar camaatının "azğın" olmasının səbəbi isə, hz. İsanın normal insan olduğu istiqamətindəki inancları idi. Həmçinin yenə İrineusa (Irenaeus) görə, yəhudi hökmlərinin bütün qanunlarına hələ də diqqətlə tabe olur, digər tərəfdən də dörd İncil arasında təkcə Matta İncilini qəbul edirdilər.(14) Yazılı mənbələrdən həmin bu ebionlar camaatının Nəsranilər olduğu məlum olur. Kilsə liderləri "ebion" və "nəsrani" terminlərini həmişə eyni cəmiyyəti ifadə etmək üçün işlədiblər. Məsələn, 4-cü əsrin sonlarında Epifani (Epiphanius) adlı bir kilsə yazıçısı, yazdığı bir bəyannamədə "nəsrani" və "ebion" sözlərini eyni mənada və eyni qrupu ifadə etmək üçün dəyişikli şəkildə işlədirdi. Epifaniyə (Epiphanius) görə bu camaatın "azğınlığı" hz. İsanın saxta ilah olduğunu rədd etmələrindən və onu normal insan kimi xarakterizə etmələrindən qaynaqlanırdı. Epifani (Epiphanius) bu insanların, kilsənin təsdiqlədiyi Əhdi-Cədid kitablarını deyil, bu kitabların "başqa variantlarını" işlətdiklərini də vurğulayırdı.(15)
Ebionların hz. İsanı insan kimi gördükləri, ona ilahlıq isnad etmək inancına sahib olmadıqları, “Time” jurnalının 22 dekabr 2003-cü il tarixli sayında dərc olunan "The lost gospels" (itkin İncillər) başlıqlı bir məqalədə isə belə vurğulanırdı:
Ebionlar hz. İsaya inanır, lakin (tədqiqatçı) Ermanın (Ehrman) bildirdiyi kimi, onu yəhudilərin müqəddəs kitabında vəd edildiyi kimi, “yəhudilərə göndərilmiş yəhudi Məsihi” olaraq görürdülər. Ebionların inandığı hz. İsa, təslis inacının bir hissəsi deyildi. Onun bir insan olduğunu və xüsusiyyətinin yəhudi şəriətini mükəmməlləşdirmək olduğunu müdafiə edirdilər.(16)
Qüdsü tərk edən nəsranilər Suriya istiqamətinə köç etdilər və sonrakı bir neçə əsrdə Mesopotamiyada mövcudluqlarını davam etdirdilər. Lakin nəsranilər bir cəmiyyət halında bu ərazidə yaşasalar da, nəsrani təlimi getdikcə yayıldı və daha uzaq ərazilərə çatdı. Romadakı katolik kilsəsinin çatmadığı ərazilərdə, ən azı xristianlığın yaranmasından keçən ilk dörd əsrdə, nəsrani inancına sahib müxtəlif xristian məzhəbləri meydana gəldi. Nəsrani təliminə sahib çıxan və ya heç olmasa bu təlimdən təsirlənən həmin bu müxalif xristian hərəkatlarının ən məşhuru, əvvəlki hissələrdə üzərində dayandığımız İskəndəriyə yepiskopu Ariusun adıyla xatırlanan "arianlıq" hərəkatı idi.
11. Nasrani terimi, Yeni Ahit'in Elçilerin İşleri kitabında geçer. Burada gelenekçi Yahudiler, Hz. İsa (as)'ın öğrencilerini tanımlamak için "Nasrani tarikatı" deyimini kullanırlar. (24:5) Terim, döneme ait Yahudi ve Hıristiyan kaynaklarında da geçmektedir.
12. Tevrat'ta Hz. Musa'nın şöyle dediği yazılıdır: "Allah'ınız olan Rab size, kendi kardeşlerinizin arasından benim gibi bir peygamber çıkaracak. Onun size söyleyeceği her sözü dinleyin. O peygamberi dinlemeyen herkes Tanrı'nın halkından koparılıp yok edilecektir." (Tesniye, 18:15)
13. Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, s. 136
14. Irenaeus, Adversus Haereses, 1:26; Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, s. 136
15. Epiphanius. Contra Octoaginta Haereses, xxx, s. 45; Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, s. 137
16. David van Biema, The Lost Gospels, Time, 22 Aralık 2003