İncil Müəllifləri Hz. İsanın Həyatına Şahid Olmayıblar

Xristianlıq dini barədə kifayət qədər məlumatı olmayan insanlar, İncil mətnlərinin hz. İsa ilə eyni dövrdə yazıldığını və tamamilə hz. İsanın sözlərinə əsaslandığını düşünürlər. Halbuki bu doğru deyil. İncil hz. İsadan xeyli sonra yazılı mətn halına gətirilmişdir. Markos İncilinin 70-ci ildə, Matta İncilinin 80-ci ildə, Luka İncilinin 90-cı ildə, Yuhanna İncilinin isə 90-100-cü illərdə yazıldığı təxmin edilir. Digər İncil mətnləri də eyni dövrlərdə yazılmışdır. O dövrdə mövcud olan bir çox İncil arasında ortaq bir kitab yaradılması isə Birinci İznik Kilsə Məclisi vaxtı gerçəkləşdirilmişdir.

Hz. İsanın həyatı haqqında müraciət edə biləcəyimiz təməl xristian mənbələri, bu mübarək insanın Allah Qatına alınmasından təxminən 30-35 il sonra yazılmağa başlanan və Əhdi-Cədidin ilk dörd kitabını meydana gətirən 4 İncillə digər Əhdi-Cədid mətnləridir.

Deniz manzarası

Tarixi mənbələrdən və İncildəki izahatlardan aydın olduğu kimi ilk xristianlar hz. İsanın Allah Qatına alınmasından sonra hz. İsanın sözlərini və etdiklərini şifahi şəkildə insanlara nəql etməyə başlamışdırlar. Tədqiqatçılara görə, ilk xristianların içində olduqları şərtlərə görə hz. İsanın sözlərinə yeni mənalar əlavə etmələri, hz. İsanı rədd edən yəhudi din xadimləriylə və ya Romalılarla mübahisələrə girdiklərində şifahi şəkildə ötürülən məlumatları müxtəlif dəyişikliklərə uğratmış olmaları da mümkün ehtimaldır. Buna görə də, ilk xristianlar Məsih inancını davam etdirmək, hz. İsaya olan imanı gücləndirmək, xristianlığı sürətlə yaymaq və təzyiqlərdən ötrü xalqda yaranan ümidsizliyi ortadan qaldırmaq istəyirdilər. Bundan ötrü də, hz. İsanın sözlərini və hərəkətlərini şərh edərək, yeni şövq və həyəcan mənbəyi meydana gətirməyi qarşılarına məqsəd qoyurdular. Halbuki bunu yalnız Allahın sözlərini və hz. İsanın hikmətli təbliğini insanlara çatdıraraq edə bilərdilər. Lakin bu belə olmamış, Allahın vəhyi sonradan dəyişikliyə uğradılmış və hz. İsanın sözləri çox yanlış şəkillərdə şərh olunmuş, əslindən uzaqlaşdırılmışdır. Elə bu müddətdə hz. İsaya göstərilən hörmətin yanlış şərh olunması və nəticədə onun ilahlaşdırılmasına səbəb olan yanılmanın ortaya çıxması mümkündür (Allahı tənzih edirik). Bu fikir əsasən hazırda Qərbli tədqiqatçılar tərəfindən də qəbul edilir.(17) Aradan müəyyən zaman keçdikdən həvarilər də bir-bir vəfat etməyə başladıqdan sonra, bəzi xristianlar hz. İsanın təbliğinin yox olmasının qarşısını almaq üçün, hz. İsanın sözlərini və etdiklərini, hafizələrində qaldığı qədər bir-birlərinə əlavə edərək İncil mətnlərini meydana gətirməyə başlamış ola bilərlər.(18)

Rudolf Bultman (Rudolf Bultmann) 20-ci əsrin əhəmiyyətli Əhdi-Cədid mütəxəssislərindən biridir. Bultman (Bultmann), əsərlərində İncillərin yazılması barəsində çox müxtəlif açıqlamalar vermişdir. Bultman (Bultmann): "Sinoptik İncillərin (Matta, Markos və Luka İncillərinin) hz. İsanın həyatının bir-birini təqib edən rəvayətlərini göstərmək üçün İncil müəllifləri tərəfindən bir-birinə əlavə olunan, sistemsiz qısa hekayələri bir yerə toplamaq surətiylə ortaya çıxarıldıqlarını" söyləyir. Lakin Bultmana (Bultmann) görə "müxtəlif cəmiyyətlərdə, həmin cəmiyyətləri meydana gətirən fərdlərin ehtiyaclarına görə təkrarlanan bu sözlər müxtəlif formalara düşdüklərindən, bir cəmiyyətdən digər cəmiyyətə, hətta bir cəmiyyətin öz daxilində belə bir-birlərindən fərqlənirdilər" və "hz. İsanın sözləri və hərəkətləri, insanlar tərəfindən fərqli məqsədlər üçün istifadə edildiklərindən müxtəlif formalar almışdı". Məsələn, ilk dövrdə, bəzən insanlara nəsihət və ya öyüd vermək üçün, bəzən də cəmiyyətdə fərdlərin itaət etməli olduqları əxlaqi qanunlar kimi istifadə edilmişdilər. Bultman (Bultmann) şifahi ənənənin bir nəticəsi olaraq hz. İsanın sözlərinin və hərəkətlərinin ilk xristianlar tərəfindən qismən dəyişdirildiyini bu yolla göstərir. Həmçinin İncil mətnlərində bilavasitə ilk xristianlar tərəfindən ortaya çıxarılmış və hz. İsaya isnad edilmiş sözlərin də olduğunu irəli sürür.(19) Hz. İsanın özünü "Allahın oğlu" olaraq adlandırdığını düşünmür. Ona görə bu sifət, hz. İsadan sonra "tanrıların oğulları kimi təqdim edilən ilahi kəslər, sirr dinlərində ibadət edilən oğul ilahlar və qnostik mifologiyada mövcud olan xilasedici fiqur" motivlərindən təsirlənilərək meydana gətirilmiş və böyük yanılma olaraq hz. İsaya isnad edilmişdir (Allahı tənzih edirik).(20)

Dolayısilə, bu gün Qərbli tədqiqatçıların böyük hissəsi tərəfindən qəbul edilən həqiqət, İncillərin hz. İsanın sözlərinin tam şəkildə bir yerə toplanmasıyla meydana gəlmiş bir kitab olmamalarıdır. Onlara görə İncillər, hz. İsadan sonra onun sözlərinin, etdiklərinin, özündən sonra yaranan şərtlər altında bir yerə toplanmasından yaranan mətnlərdir.

İncil Mətnlərinin Müəllifləri

İncillər dövrümüzdə Markos, Matta, Luka və Yuhanna kimi müəlliflərin adlarıyla tanınmalarına baxmayaraq, adsız şəkildə qələmə alınıblar. Bu insanların həqiqətən İncilləri yazıb yazmadıqları məlum deyil. İncillər ancaq 2-ci əsrin ikinci yarısından sonra bugünkü adlarıyla xatırlanmağa başlanmışdır. Matta və Yuhanna, hz. İsanın həqiqi həvariləri kimi qəbul edildiyi halda, Markos Pavelin (Pavlus) ardıcılı və Luka da Pavelin (Pavlus) tələbələrindən biri hesab edilir. Yəni İncil müəllifləri əslində yaşamış şəxsiyyətlərdir, lakin İncilləri onların yazdıqlarına dair əlimizdə bir dəlil belə yoxdur.(21) Tanınmış Bibliya tədqiqatçılarından E. P. Sanders, “The historical figure of Jesus” (“İsanın tarixi şəxsiyyəti”) adlı kitabında İncillərin yazılmasını belə açıqlayır:

Mövcud dəlillər göstərir ki, İncillər ikinci əsrin ikinci yarısına qədər adsız qalıblar... Əlimizdəki İncillərin adı ikinci əsrin ilk yarısında çəkilməyə başlandı. Lakin həmişə anonim şəkildə. Təxminən 180-ci ildə birdən-birə adlar meydana çıxdı. O vaxt bir çox İncil vardı, sayları bizim əlimizdəkilər kimi kimi dörd deyildi və xristianlar hansının qüvvədə olduğunu müəyyənləşdirmək məcburiyyətindəydilər. Bu əhəmiyyətli məsələ idi, fikri cəhətdən çox mühüm fərqlər vardı. Kimin qazandığını isə bilirik: bu dörd İncilin (nə daha az, nə də daha çox) hz. İsanın etibarlı qeydləri olduğunu düşünən xristianlar qazanmışdılar.(22)

Jacob Jordaens

İncil yazarlarının kendi kitaplarını kaleme alırken tek bir kaynaktan faydalandıkları fikri, bugün araştırmacılar tarafından da kabul görmektedir. (Yukarıda) Dört İncil yazarı, kaynak aldıkları Kitabı Mukaddes'i incelerken. Jacob Jordaens, 1625, Louvre Müzesi, Paris.

Sanders, digər bir məqaləsində "adsız" yazılan İncillərin adlandırılma prosesini belə qeyd edir:

2-ci əsrin ortalarında saysız İncil nüsxəsi vardı. Səlahiyyət sahibi xristianlar bunlardan hansılarının gerçək olduğu mövzusunda bir qərar vermək üçün onları adlandırmışdırlar. Beləliklə də, indiki vaxtda kilsə tərəfindən gerçək qəbul edilən dörd İncilə Markos, Matta, Luka və Yuhanna adları verilmişdir.(23)

Luka

Luka, Pavlus'un öğrencilerindendir. Ancak Luka İncili'nin onun tarafından yazılıp yazılmadığı tam olarak bilinmemektedir.

From Jesus to Christ, the origins of the New Testament, images of Jesus (İsadan Məsihə, Əhdi-Cədidin kökləri, İsanın imicləri) kitabının müəllifi olan Paula Fredriksen bu vəziyyəti belə yekunlaşdırır:

Hz. İsanın yunan dilində olan bəzi sözləri toplanmış və hazırda itkin olan bir sənəd halına gətirilmişdi. Bu sənədə dövrümüzün tədqiqatçıları Q adını verirlər. Şifahi ənənələr isə (möcüzələr, məsəllər, əfsanələr və s.) müxtəlif xristian cəmiyyətlər tərəfindən bir yerə gətirilmiş, beləliklə də, böyümüş və əldən-ələ gəzmişdir. Bunların bir hissəsi adsız qeyri-yəhudi xristianlar tərəfindən 70-ci illərdə kağıza köçürüldü. Bu insanlar yazıçı deyildi və bir əsər yaratmadılar. Bəhs edilən hekayələri mətnlər halına gətirdilər. Bunun nəticəsində Markos İncili meydana gəldi.(24)

Paula Fredriksenin diqqət çəkdiyi digər bir məsələ isə, İncillərdə işlədilən dillə əlaqədardı. Fredriksen xülasə şəklində bunları söyləyirdi:

Hz. İsa arami dilində danışırdı və təbliğini də arami dilində danışan yəhudilərə, fələstinlilərə və köçərilərə edirdi. Lakin İncillərin yayılmasında rol oynayan insanların dilləri yunan dili idi. Hz. İsanın şifahi təbliği və bütün etdikləri yunan dilinə yenə şifahi şəkildə tərcümə olundu. Bu tərcümələrin etibarlılığından əmin olmaqsa qeyri-mümkündür. Şifahi mənbələr üzərində aparılan psixoloji və antropoloji tədqiqatlar, bu mənbələrin tarixi baxımdan olduqca etibarsız olduğunu göstərmişdir. Köçürmə vaxtı səhvlik olmaması qeyri-mümkündür. Çünki müşahidə edən və köçürən bir insandır. Əgər bu məlumatlar yazılı hala gəlmədən əvvəl bir çox insan tərəfindən köçürülərək yazan insan çatıbsa, bu təqdirdə hər köçürmədə fərqli əlavələr, düzəlişlər və dəyişikliklər edilmişdir. Nəticə etibarilə də, hz. İsa ilə əlaqədar, şifahi şəkildə köçürülən məlumatlar bizə İncildə həqiqi deyilənlər və o dövrdə həqiqi mənada baş verənlər haqqında bir məlumat verir. Lakin eyni zamanda bu köçürmə vaxtı dəyişikliklər ola biləcəyini qəbul etməyimizi də zəruri edər.(25)

Digər bir Bibliya tədqiqatçısı Con Dominik Krossan (John Dominic Crossan), “The birth of Christianity, discovering what happened in the years immediately after the execution of Jesus” (xristianlığın doğuşu, hz. İsanın fəaliyyətindən dərhal sonrakı illərdə yaşananları kəşf etmək) adlı əhəmiyyətli əsərində Markus C. Borq (Marcus J. Borg) və Barri Henautun (Barry Henaut) İncil müəllifləri haqqındakı bu şərhlərini bildirir:

Yuhanna İncili (MS 125)

İnciller Yunanca kaleme alınmıştır. Yuhanna İncili'ne ait olan bu parça (MS 125), şu ana kadar bulunan en eski İncil kopyasıdır. (Yukarıda) Johannes Guttenberg tarafından 1455 yılında basılan ilk İncil Latinceydi

İncilləri hz. İsa haqqında həqiqi məlumat mənbəyi kimi necə istifadə edə bilərik? İncillər eynilə öz müəlliflərinin səsləridir. Onların arxasında da hz. İsa haqqında danışan cəmiyyətdən adları naməlum olan insanlar var. Bu səslərin arasında da hz. İsanın sözlərindən və etdiklərindən izlər var. Hz. İsa haqqında doğru məlumatları toplamaq üçün iki çətin mərhələ keçilməlidir. Bunlardan birincisi hansılarının hz. İsaya aid olduğunu tapmaqdır. İkincisi isə, bu məlumatları 1-ci əsrdəki yəhudi aləminin tarixinə daxil etməkdir.(26)

Hz. İsanın söylədiklərinin şifahi halı artıq tamamilə yox oldu. Söylənilən cümlələr quruluşundan ötrü müvəqqətidir və çox qısa müddət yaşayar. Təkcə dinləyicilərin hafizəsində yaşayar və tamamilə geri qayıtması təkcə hafizədən asılıdır... Yazılı ənənə belə dəyişikliyə uğrayar və inkişaf edər. Bu bizi İncilləri bilavasitə surəti çıxarılmış şifahi izahat zənn etməkdən qoruyur: ənənə mətn halına gətirilərkən təhrif edilmiş ola bilər. Üstəlik, bu təhrif yalnız sinoptik müəllifləri ilə də məhdudlaşmamışdır…(27)

Nə İncil müəllifləri, nə də Əhdi-Cədidin digər hissələrini yazanlar, təsvir etdikləri hadisələrin bilavasitə canlı şahidləri olmayıblar. İncil müəllifləri, hz. İsadan sonra bir neçə on il ərzində nəsildən-nəslə ötürülən şifahi və yazılı ənənəni mətn halına gətirən insanlardır. Bundan ötrü də, əsrlərdir ki, bu mətnlər üzərində tədqiqat aparan müxtəlif mütəxəssislər, İncil mətnlərinin dövrümüzdəki halına gəlməsində çox müxtəlif təsirlərin rol oynadığına diqqət çəkiblər. Bir məqalədə bu təsir belə bildirilir:

Hz. İsanın ilk orijinal xatirələri, birincisi xristianların öz dini liderlərini ucaltmaq üçün onu universal xüsusiyyətli dini şəxsiyyət halına gətirmək səyləri, ikincisi qələmə alındıqları dövrün bütpərəst tanrı motivləri, üçüncüsü qeyri-yəhudi mənşəli xristianların meydana gətirdiyi ilk kilsənin, ayrıldığı mərkəzi yəhudiliyə qarşı çıxması, dördüncüsü bilavasitə xristian cəmiyyətinin fərqli cərəyanları içində ixtilaf çıxaran polemikalarla, nəhayət beşincisi isə, hz. İsanın həyatında baş verən hadisələrin Əhdi-Ətiq peyğəmbərlərinin verdikləri sözlərin yerinə yetirilməsi və beləliklə də, onun Əhdi-Ətiq peyğəmbərliyinin tamamlayıcısı kimi təqdim edilməsiylə, müxtəlif şəkillərdə mühafizə edilmiş, ayırd edilmiş, inkişaf etdirilmiş, ucaldılmış və qismən də korlanmışdır... Həmçinin İncillər, həm yəhudilərin təzyiqlərinə, həm də Roma imperatorluğunun zülmlərinə qarşı mövcudluğunu davam etdirmə mübarizəsi aparan ilk kilsə tərəfindən qələmə alındığı və içində olduqları vəziyyətdən ötrü, məzmunları bilavasitə hz. İsanın özü və etdikləri olmayıb, ilk kilsənin, müxalifləri ilə mübarizəsi konteksində hz. İsanın sözlərinə və etdiklərinə gətirdiyi şərhdir. Bu həqiqətə əsaslanaraq, İncillərin təqdim etdiyi məlumatların hz. İsanın bioqrafiyasını yazmaq üçün olduqca qeyri-kafi olduğu görülür. Məhz bundan ötrüdür ki, hz. İsanın mövqeyini və statusunu araşdırarkən dörd İncilin şərh olunmasında, imanları, fikirləri, qənaətləri, ön mühakimələri və mübahisələri, həm İncillərdə, həm də Əhdi-Cədidin digər kitablarında əks olunan ilk xristian cəmiyyətlərinin mövcud həyatlarına diqqət yetirmək məcburiyyətindəyik... Eləcə də, hz. İsanın mövqeyini araşdırarkən bunu da unutmamalıyıq ki, əsas mənbə olan İncillər, hz. İsadan 40-60 il sonra, onun həyatında baş verən gerçək hadisələrdən olduqca fərqli mühitdə, eləcə də, onun ana dili olan arami dilində deyil, yunan dilində qələmə alınmışdır... Bir sözlə, İncillər hz. İsanın söylədiklərinə və etdiklərinə bilavasitə şahid olan hz. İsanın öz həvariləri tərəfindən deyil, əksinə daha sonrakı dövrdə xristianlığı qəbul etmiş insanlar tərəfindən, zaman keçdikcə yaranan yeni vəziyyətlərə uyğun şəkildə seçilib toplanmış kitablardır. Yəni İncillər, hz. İsanın sözləri və etdikləri ilə əlaqədar ilk rəvayətlərə deyil, ikinci hətta üçüncü şəxlərdən gələn rəvayətlərə əsaslanır.(28)

İncil

Yazıda diqqət çəkilən bu tarixi həqiqətlər çox əhəmiyyətlidir. İncil mətnlərini müqayisə apararaq araşdıran müstəqil tədqiqatçılar da eyni nöqtəyə diqqət çəkirlər: Dörd İncil bir-birindən olduqca fərqlidir.

saray

İşte sizler böylesiniz; (diyelim ki) hakkında bilginiz olan şeyde tartıştınız, ama hiç bilginiz olmayan bir konuda ne diye tartışıp-duruyorsunuz?
Oysa Allah bilir, sizler bilmezsiniz.
(Al-i İmran Suresi, 66)

Dörd İncil Arasındakı Fərqlər

Matta, Markos, Luka və Yuhanna; ardıcıl şəkildə qeyd olunan bu dörd İncil, ortaq qənaətə görə, 65-100-cü illər arasında yazılmışdır (bəzi tədqiqatçılar, 75-115-ci illər kimi daha gec tarixlər də verirlər(29)). Bu isə, bu kitabların ilkinin hz. İsanın Allah Qatına alınmasından təxminən 30 il sonra qələmə alındığı deməkdir.

Bir qədər əvvəl də ifadə etdiyimiz kimi, tədqiqatçılar bu qədər gec bir tarixdə qələmə alınan kitabların hz. İsanın həyatını və təbliğini tam şəkildə əks etdirə biləcəyinə inanmırlar. Üzərində dayandıqları xüsus isə, İncil müəlliflərinin hz. İsanı olduğu kimi deyil, öz zehinlərində xəyal etdikləri kimi təsvir etmiş olmaları ehtimalıdır.

Dörd İncilin ilk üçü (yəni, Matta, Markos və Luka) bir-birlərinə xeyli bənzəyir. Bundan ötrü də, xristian ənənəsində "sinoptik İncillər" kimi xarakterizə olunurlar (sinoptik, "eyni gözdən" deməkdir və üç İncilin ortaq dünyagörüşünü ifadə edir). Bunlar arasında tarixi baxımdan ən tez yazılanı, Əhdi-Cədiddə ikinci yerə qoyulmuş olmasına baxmayaraq, Markosun İncilidir. Matta və Lukanın öz İncillərini yazarkən Markosu qaynaq kimi istifadə etdikləri, lakin bəzi əlavələr etdikləri qəbul edilir.

Dördüncü İncil olan Yuhanna isə, sinoptiklərdən kəskin şəkildə fərqlənir. Yuhannada bildirilən bəzi hadisələr sinoptiklərdə əks olunmamışdır və ya tam əksi öz əksini tapmışdır. Üstəlik, Yuhannanın bildirdiyi bir hadisə, sinoptiklərdə tamamilə fərqli şəkildə bildirilir. Sinoptiklər də bəzi hallarda bir-birləriylə ziddiyyət təşkil edirlər.

Saray, çimenlik alan

Əhdi-Cədid tədqiqatçıları dörd İncilin bir-birlərindən fərqli mövzular üzərində dayandıqlarına, müəlliflərinin işlətdiyi üslublarının mətnlərə əks olunduğuna və dörd İncilin öz aralarında bir çox tarixi ziddiyyətlər əks etdirdiyinə işarə edərək, İncillərdəki hər ayənin bilavasitə hz. İsanın sözü kimi qəbul edilməsinin mümkün olmadığını vurğulayırlar. Bu iddiaya görə Matta, Markos, Luka və Yuhanna tərəfindən yazılan 4 fərqli İncil, fərqli məqsədlərlə və fərqli cəmiyyətlər üçün yazılmışdır. Xristian tədqiqatçılar İncil mətnlərini üslublarına görə belə xarakterizə edirlər:

Matta; yəhudilər üçün yazılmışdır və bundan ötrü də, əsasən hz. İsadan "İbrahim və Davud oğlu Kral Məsih" kimi bəhs edir.

Markos; yunanlılar üçün yazılmışdır və bundan ötrü də, əsasən güc, hakimiyyət və xidmət üzərində dayanır. Hz. İsadan "böyük işlər görən Tanrının qulu" kimi bəhs edilir.

Luka; yunanlılar və yəhudilər istisna olmaqla digərləri üçün yazılmışdır. Bundan ötrü də, hz. İsanın üstün əxlaqı və insani cəhətləri üzərində dayanılmışdır. Hz. İsadan "İnsanların dostu olan Adəmin oğlu" kimi bəhs edilir.

Yuhanna; digər 3 kitabdan xeyli sonra yazılmışdır. Bu dövr ərzində yaranan reaksiyaları və sual işarələrini cavablandırmaq məqsədiylə yazılmışdır. Bundan ötrü də, hz. İsanın möcüzəvi cəhətləri üzərində dayanmışdır. "Allahın oğlu" (Allahı tənzih edirik) kimi ifadələr daha çox bu kitabda yer alır. Hz. İsadan "göylərdən gələn" kimi bəhs edilir.(30)

Tarixi baxımdan İncillərin ən tez yazılanı Markos, ən gec yazılanı isə Yuhannadır və aralarında böyük fərqlər var. Əgər Markosun və Yuhannanın çatdırdıqları, tarixi məlumat kimi qəbul edilsə, bu fərqlər asanlıqla izah oluna bilər. Çünki ortada eyni hadisənin iki fərqli insan tərəfindən yazılmış iki ayrı təsviri var. Bu təsvirlərin biri hadisədən 40-45 il, digəri isə 60-65 il qədər sonra yazılmışdır.

Nicolas Poussin

İncil'de, Kuran ayetlerinde olduğu gibi, Hz. İsa'nın birçok mucizesi haber verilmektedir. Bunlardan biri de Hz. İsa'nın körleri iyileştirmesidir. Nicolas Poussin, (1594-1665), Louvre Müzesi, Paris.

İncillər arasındakı fərqlər qarşısında bəzi xristianlar; "kiçik fərqlərə baxmayaraq, nəticədə eyni hadisə bildirilir" kimi açıqlamalar verirlər. Onsuz da əhəmiyyətli olan da, məhz bu fərqlərdir. Çünki bu fərqlər, Əhdi-Cədidin müəlliflərinin yazdıqları mətnləri normal, insani yollarla yazdıqlarını göstərir: Hz. İsa haqqında bəzi şifahi məlumatlar eşitmiş, sonra da öz mədəniyyətlərinin, inanclarının, biliklərinin yaxud ön mühakimələrinin təsiri altında İncilləri yazmışdırlar. Dolayısilə bu mətnlər "insani"dirlər, "İlahi" deyildirlər. Bundan ötrü də, bunlar "içində haqq hissələrin olması mümkün olan tarixi mənbələr" kimi qəbul edilməlidir.

Xristian inancına görə, İncil mətnləri fərqli insanlar tərəfindən qələmə alınmışdır, lakin bu insanlar bunları "Tanrının verdiyi ilham"la yazmışdırlar. Buna görə də, Əhdi-Cədiddə yer alan mətnlərin hamısının hər sətrinin doğru olduğu qəbul edilir. Lakin İncillər arasındakı ziddiyyətlər, bunu qeyri-mümkün hala gətirir və bu kitabların tamamilə vəhyə əsaslandığını rədd edir. Eyni hadisənin fərqli şəkillərdə bildirilməsi isə, bunun insan hafizəsinin, zehninin, ön mühakimə və gözləntilərinin məhsulu olduğunu göstərir.

Xristian mənbələrinə baxdığınız vaxt, Əhdi-Cədidin dörd İncilindəki bu fərqli izahatın "bir-birlərini tamamlayan hissələr" kimi şərh olunmağa çalışıldığını görərsiniz. Bu məntiqə görə, hər İncil "hz. İsanın fərqli bir cəhətinin" görülməsini təmin edir. Halbuki bu yanlışdır. Ortada dörd fərqli mətn və dörd fərqli izahat vardır, çünki bu mətnləri yazan insanların hz. İsa haqqındakı düşüncələri fərqlidir. Dövrümüzün Bibliya tədqiqatçılarına görə, hz. İsa barəsindəki həqiqi məlumatları, hətta hz. İsaya verilmiş olan əsil İncili bir mənbə olaraq istifadə etmişdirlər, lakin bu vəhyi öz inanclarına görə şərh etmiş, yenidən şəkilləndirmiş və ya əlavələrlə genişlətmişdirlər. Bu tədqiqatçılar arasında əhəmiyyətli yer tutan Con Dominik Krossan (John Dominic Crossan), Riçard Q. Uots (Richard G. Watts) ilə birlikdə yazdığı, “who is Jesus? Answers to your questions about the historical Jesus” (“Hz. İsa Kimdir? Tarixi İsa barəsindəki suallarınıza cavablar”) adlı əsərində, İncil mətnləri arasındakı fərqlər haqqında bu açıqlamanı verir:

Əslində problemin təməlini dörd İncilə sahib olmağımız meydana gətirir. Çünki bir neçə fərqli varinat arasındakı müəyyən məsəlləri yaxud aforizmləri yaxud da hekayələri oxuduğumuz vaxt, aralarındakı ziddiyyətlər gözümüzdən yayınmaz. Əvvəla bunu söyləmək ağlımızı qarışdırır; “şahidlər eyni şeyləri fərqli şəkillərdə xatırlayırlar”. Lakin çox açıqdır ki, Matta və Luka İncillərini yazdıqları vaxt, önlərində Markos İncilinin (Əhdi-Cədid İncillərinin ilki) surətləri dayanırdı. Yəni hz. İsa barəsindəki hekayələr mövzusunda Matta və Luka müstəqil mənbələr deyildirlər, lakin Markosun varinatlarıdırlar. Bu, həmçinin variantların fərdi İncil müəlliflərinin dini fikirlərini (teologiyalarını) əks etdirdiyi deməkdir. Digər bir sözlə, hər bir İncil bioqrafiyadan çox hz. İsanın qəsdli bir şərhidir... Matta, Markos, Luka və Yuhanna arasındakı bütün fərqlər və digər bir çox İncillə (Q İncili, Əziz Tomas İncili və s.) birlikdə nəzərə çarpan bir problemimiz var. Hər bir İncil hz. İsanı anlamağın xüsusi yoludur. Görəsən tarixi həqiqətlərə nə qədər yaxındırlar?(31)

Gölet, güller

Sitatda da bildirildiyi kimi, digər bir əhəmiyyətli həqiqət, dörd İncilin, əslində daha çox saydakı İncil nüsxələri arasından seçilmiş kitablar olmasıdır. Tomas İncili, Məryəm İncili, Peter İncili, Yaqub və Tomasın uşaqlıq İncilləri, Yaqubun gizli İncili, Eaqerton İncili, Oksirink İncili kimi bu fərqli İncillər, hz. İsa barəsində fərqli məlumatlar və şərhlər ehtiva edir. Tədqiqatçılar bütün bu İncillərin əslində tək bir orijinal (lakin itmiş) mətndən gəldiyini düşünürlər. Buna, alman dilindəki "quelle" (qaynaq) sözündən ilhamlanaraq "Q İncili" deyilir. İlk xristian cəmiyyəti və İncili ilk dəfə toplayanlar hz. İsanın sözlərini bir yerə toplayarlarkən içində olduqları vəziyyətə, siyasi təzyiqlərə və mövcud şərtlərə görə yeni şərhlər etmiş, müxtəlif çıxarışlar və əlavələr edərək əsl mesajdan uzaqlaşmışdırlar. Hazırda İncil üzərində tədqiqat aparan tarixçilər bu mövzuda həmfikirdirlər. Paula Fredriksen Əhdi-Cədid yazılarının qələmə alındığı dövrü belə yekunlaşdırır:

Əhdi-Cədid yazılarının yazıldığı dövr, şifahi izahatdan yazılı izahata; arami dilindən yunan dilinə, zamanın sonundan zamanın ortasına; yəhudilərdən qeyri-yəhudilərə; Qalileyadan Yəhudaya və oradan da imperatorluğa keçidlərin yaşandığı bir dövr idi.(32)

İncil mətnlərinin meydana çıxması üzərində çoxlu tədqiqat aparılmış və çoxlu müxtəlif kitablar yazılmışdır. Bu tədqiqatçıların çox böyük hissəsi isə yuxarıda bildirdiyimiz fikirlərə qoşulurlar. Yəni İncil mətnlərinin kim tərəfindən yazıldığının qeyri-müəyyən olduğunu, bu mətnlərin hz. İsanın sözləri olub-olmadığı mövzusunda qəti qənaətə sahib oluna bilməyəcəyini, İncil müəlliflərinin hz. İsa ilə eyni dövrdə yaşamadıqlarını söyləyirlər. Məsələn, Prinston Universitetinin İlahiyyat fakültəsindən Eleyn Peycels (Elaine Pagels): "Matta, Markos, Luka və Yuhanna kimi adlandırdığımız İncilləri kimin yazdığı barədə demək olar ki, heç bir məlumata sahib deyilik"(33) deyir. Who wrote the Gospels? (İncilləri kim yazdı?) kitabının müəllifi Randel MakQrav Helms (Randel Mc Craw Helms): "Markosun hz. İsanı görən heç kimi tanımadığını" söyləyir.(34)

“U. S. News & World Report” jurnalında 10 dekabr 1990-cu il tarixində Cefri L. Şeler (Jeffery L. Sheler) tərəfindən qələmə alınmış; "who wrote the Bible?" (İncili kim yazdı?) başlıqlı bir tədqiqat mətni dərc olunmuşdur. Bir çox Bibliya tədqiqatçısıyla görüşən Şelerə (Sheler) görə: "Mütəxəssislər Bibliyanın tamamilə insan əməyinin məhsulu olduğu, müəlliflərinin kimliyinin əbədiyyən itirildiyi və əsərlərin əsrlərdir ki, tərcümə və düzəlişlər nəticəsində yox olduğu nəticəsinə gəlmişdirlər".(35) Şeler (Sheler) İncillərin yazılmasıyla əlaqədar bunları söyləmişdir:

İndiki vaxtda İncilləri əslində Matta, Markos, Luka, Yuhannanın yazdığına inanan çox az sayda Bibliya mütəxəssisi var (liberal skeptiklərdən mühafizəkar yevangelistlərə qədər). Mətnlərin müəllifləri heç bir yerdə öz kimliklərini əks etdirmirlər və ya açıq şəkildə hz. İsanı tanıdıqlarını və ya onunla birlikdə səfərə çıxdıqlarını iddia etmirlər... Bəzi mütəxəssislər hz. İsanın ölümündən sonrakı 100 il ərzində çox sayda dəyişiklik yaşandığını, buna görə də, heç kimin İncillərin doğruluğu və ya etibarlılığından (xüsusilə də müəlliflərin hz. İsaya isnad etdikləri sözlərin) qəti şəkildə əmin ola bilməyəcəyini ifadə edirlər.(36)

saray

Artık vay hallerine; Kitabı kendi elleriyle yazıp, sonra az bir değer karşılığında satmak için "Bu Allah Katındandır" diyenlere. Artık vay, elleriyle yazdıklarından dolayı onlara; vay kazanmakta olduklarına.
(Bakara Suresi, 79)

Şeler (Sheler), yazısında bir çox teoloqun fikirlərinə yer verir. Məsələn, Veston İlahiyyat fakültəsindən Cerom Neyrey (Jerome Neyrey): "Üzərində dayanılmalı əsas mövzu, İncilləri kimin yazdığını əslində bilməməyimizdir"(37) deyir. 8 aprel 1996-cı il tarixli “Time” jurnalında da bu mövzu geniş şəkildə yer alır. Jurnala fikirlərini açıqlayan “The Gospel truth” (İncil həqiqəti) kitabının müəllifi Devid Van Biema (David Van Biema) bunları ifadə edir:

Bir çox mütəxəssisin doğruluğunu qəti şəkildə qəbul etdikləri şey, İncillərin; həvarilərin deyil, onların adı bilinməyən tərəfdarlarının (və ya onların tərəfdarlarının tərəfdarlarının) ortaya çıxartdıqları mətnlər olmasıdır. Hər biri hz. İsanın həyatıyla əlaqədar fərqli mənzərə təqdim edir. İlki hz. İsadan təxminən 40 il sonra yazılmışdır.(38)

Saint Gregory

Birçok Kitab-ı Mukaddes araştırmacısı, Dördüncü İncil'in yazarı olarak kabul edilen Yuhanna'nın, diğer 3 İncil yazarından çok daha farklı ve üçleme inancına sözde destek sağlayan bir üslup kullandı¤ını kabul etmektedir.

Prof. E. P. Sanders niyə İncillərin orijinal hallarından uzaqlaşdığını düşündüyünü belə yekunlaşdırır:

- İlk xristianlar hz. İsanın həyatının hekayəsini yazmayıblar, onlar daha çox bundan istifadə ediblər və buna görə də şəxsi hissələr qorundu (yəni onun sözləri və qəhrəmanlıqları barəsindəki qısa ayələr qorunmuş oldu). Bu hissələr daha sonra redaktorlar və müəlliflər tərəfindən təkmilləşdirildi və düzəldildi. Bu da, hz. İsanın sözləri və etdikləri ilə əlaqədar ən yaxın məzmundan heç vaxt əmin ola bilməyəcəyimiz deməkdir.

- Bəzi materiallar yenilənmiş, bəziləri də ilk xristianlar tərəfindən yaradılmışdır.

- İncillər anonim şəkildə yazılmışdır.(39)

Dördüncü İncil

Yunanlıların xristian inancları üzərindəki təsiri ilə əlaqədar tədqiqat aparan insanlar üçün dördüncü İncil çox mühüm dəlildir. Akademiklərin əksəriyyəti Əhdi-Cədiddə dördüncü yeri tutan və xristianlar tərəfindən "Yuhanna İncili" kimi adı çəkilən kitabı yalnız "dördüncü İncil" kimi xarakterizə etməyi seçərlər. Çünki bu İncilin həvari Yuhanna tərəfindən yazıldığı iddiası bir çox tədqiqatçı tərəfindən qəbul edilmir.

Dördüncü İncilin müəllifinin, hz. İsanın kimliyi barəsindəki açıqlamaları və üslubu çox fərqlidir, nəql etdiyi sözlər və ya hadisələr fərqlidir. Sinoptiklərə görə olduqca fəlsəfi, olduqca simvolik və olduqca mistikdir. Əhdi-Cədiddəki ziddiyyətlərin əksəriyyəti də, əslində sinoptiklərlə dördüncü İncil arasındakı ziddiyyətlərdir. Prof. E. P. Sanders də “The historical figure of Jesus” (“Hz. İsanın tarixi portreti”) adlı əsərində sinoptik İncillər və Yuhanna İncili arasındakı fərqlər üzərində dayanır. Sanders hz. İsanın həyatından bəzi əhəmiyyətli hadisələri nümunə verərək, bu hadisələrin sinoptik İncillər ilə Yuhanna İncilində bir-birindən daha fərqli şəkillərdə bildirildiyinə diqqət çəkir. Sanders: "İkisindən birini qəbul etmək məcburiyyətindəyik" deyir və cümləsini belə tamamlayır:

"...Lakin digər bir ehtimal üzərində də dayanmalıyıq: bəlkə də, müəlliflərin heç biri nəyin nə vaxt yer alacağını bilmirdi. Əllərində böyük ehtimalla bir neçə dolaşıq məlumat vardı və onlar da bu məlumatlar əsasında inanılası hekayələr meydana gətirdilər. Özləri də bu hekayələrə yeni əlavələr etdilər".(40)

Deniz manzarası

Moris Keysi (Maurice Casey), “the origins and development of new testament christology”, (Əhdi-Cədid xristologiyasının kökləri və inkişafı) adlı mühüm əsərində bunları söyləyir:

Yuhannada hz. İsanın, Tanrının Oğlu ifadəsini 23 dəfə işlətdiyi görülür. Markosda isə bir dəfə. Əgər hz. İsa bu termini Yuhannanın söylədiyi qədər sıx işlətmiş olsaydı, dərin iman sahibi xristianlar da sinoptik İncillərdə bu ifadəni bir çox dəfə işlədərdilər... Halbuki sinoptiklərdə bu barədə dəlillər yoxdur. Əgər "oğul" ifadəsi hz. İsanın öz müqəddəsliyini bildirmək üçün, işlətdiyi ən təməl ifadə olsaydı, həvarilər bu termini çox işlədərdilər, bu sözlər Lukaya sıx şəkildə ötürülərdi və Luka da hamısını kağıza tökərdi.(41)

Keysi (Casey), Yuhanna İncilində olan və təslis inancının təməlini meydana gətirən bəzi ifadələrin, niyə sinoptik İncillərdə olmadığını araşdırır. Gəldiyi nəticə isə budur: Əgər hz. İsanın "Allahın oğlu" olduğu iddiası və ona əsaslanan təslis inancı həqiqətən xristianlığın təməli olsaydı, hz. İsanın sözlərində, təbliğində bu mövzu haqqında çoxlu dəlil olmalıydı. Halbuki sinoptik İncillərdə təslis inancının təməllərini tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, "insan övladı" ifadəsi istər sinoptik İncillərdə, istərsə də Yuhannada o qədər çox işlədilir ki, bundan hz. İsanın bu ifadəni işlətmiş ola biləcəyi aydın olur (doğrusunu Allah bilir). "Allahın oğlu" ifadəsinin hz. İsa tərəfindən işlədilmədiyini bildirən İncil tədqiqatçıları, "insan övladı" ifadəsi üçün tam əksini düşünürlər.

Yuhanna İncilinin digər diqqətçəkici tərəfi, yunan fəlsəfəsiylə olan əlaqəsidir. İncil tədqiqatçısı Ceyms Stil (James Still), "the Gospel of john and the hellenization of Jesus" (Yuhanna İncili və İsanın yunanlaşdırılması) adlı əhəmiyyətli məqaləsində bu mövzuda bunları söyləyir:

Yuhanna İncili ikinci əsrin əvvəllərində yunanlı xristianlar üçün yazıldı. Bu yeni inananlar, daha təhsilli və daha zəngin insanlar idi. Şəhərlərində yaşayan yəhudi diasporunu kiçik hesab edir, bunun əvəzində, Roma rəhbərliyinin etibarını qazanırdılar. Bundan ötrü də, Yuhannanın müəllifi, sinoptik İncillərdə yer alan və hz. İsanı yəhudilərin Məsihi kimi tanıdan ayələri çıxartdı… Fövqəlbəşər bir İsa fiquru ortaya çıxartdı. Əvvəlki sinoptik İncillər hz. İsanın yəhudilərin Məsihi, hz. Davudun nəslindən gələn və İsraili xilas edəcək insan olduğunu vurğulamışdılar. Yuhannanın müəllifi isə, yunanlı xristianları məmnun etməyən bütün bu yəhudi anlayışlarını yox etdi, hz. İsanın Fələstin və hz. Davud nəsli ilə əlaqədar olan əlaqələrini yox etdi.(42)

saray

: İşte Meryem oğlu İsa; hakkında kuşkuya düştükleri "Hak Söz". Allah'ın çocuk edinmesi olacak şey değil. O yücedir. Bir işin olmasına karar verirse, ancak ona: "Ol" der, o da hemen oluverir.
(Meryem Suresi, 34-35)

Ceyms Stilin (James Still) digər açıqlamaları belədir:

Bu gün məlum olan hz. İsanı, ortaya çıxartmış yunan fəlsəfəsinin təsirini Yuhannada çox açıq şəkildə görərik. Bu tam mənasıyla yunanlaşdırılmış və Tanrıya bərabər kimi göstərilmiş bir hz. İsa portretidir. Yuhannanın mürəkkəb və mistik üslubunun tək məqsədi var; hz. İsanın Tanrı olduğu mesajını verə bilmək(43) (Allahı tənzih edirik).

Baba-Oğul ifadelerinin İncil metinlerinde kullanılışı

Bu iki ifadenin İncil metinlerinde kullanılışını incelemeden önce, bu bölümde söz konusu batıl inanışı ifade etmek için kullanacağımız "üçleme inancını savunan kişilere ait her türlü saygıya uygun düşmeyen tanımdan" sonsuz güç ve kudret sahibi olan Rabbimiz'i tenzih ettiğimizi belirtiriz.

Dört İncil'in en erkeni olan Markos İncili'ne bakıldığında, "Baba ve oğul" kavramlarının çok zayıf bir vurgu ile kullanıldıklarını görürüz. Markos'un metninde, Allah'ı ifade etmek için sadece dört kez "Baba" kelimesi kullanılır. Bunların da üçü Hz. İsa tarafından değil, diğer Yahudiler tarafından telaffuz edilir. Bu nedenle Markos İncili'nden yola çıkarak üçlemeye sözde destek bulunması mümkün değildir. Dahası, yine Markos'ta Hz. İsa kendisinin ilahlaştırılmasına yol açabilecek en küçük bir ifadeye bile karşı çıkar:

İsa yola çıkarken, biri koşarak yanına geldi. Önünde diz çöküp Ona, "İyi öğretmenim, sonsuz yaşama kavuşmak için ne yapmalıyım?" diye sordu. İsa ona, "Bana neden iyi diyorsun?" dedi, "İyi olan tek biri var, O da Tanrı'dır. (Markos, 10/17-18)

Markos'tan 10-15 yıl sonra yazılan Matta'da bu sayı belirgin bir biçimde yükselir: Bu İncil'de Allah için kullanılan (Allah'ı tenzih ederiz) "Baba" ifadesi tam 50 kez geçmektedir. Bunların 28'i Yahudilere yönelik olarak kullanılır; yani "Babanız'a dua edin", "Baba'nızı sevin" gibi genel ifadelerdir. Kalan 22 tane ise Hz. İsa'nın ağzından "Babam" şeklinde kullanılır. Bu kavrama yapılan vurgu çok dikkat çekici biçimde yükselmiştir.

Matta ile aynı dönemde yazıldığı kabul edilen Luka'da da yine buna yakın bir vurgu vardır. Bu İncil'de "Baba" kelimesi 18 kez kullanılır. Bunların 12'si Hz. İsa'nın kendisiyle ilgilidir: Hz. İsa'nın "Baba" diye başlayan duaları ya da "Babam" diye başlayan sözleridir.

Dördüncü İncil'de ise Hz. İsa'yı sözde ilahlaştırıcı anlamda "Allah'ın oğlu" sayan inanç, çok açık ve net bir biçimde ifade edilmektedir. Yuhanna'da Allah'ı tanımlamak için tam 122 kez "Baba" ifadesi kullanılmaktadır ve bunların üçü hariç hepsi Hz. İsa'ya aittir. Öte yandan Hz. İsa için 17 kez "oğul" sıfatı kullanılır. Dahası dört kez de Hz. İsa için özellikle "Tanrı'nın biricik oğlu" denir. (Allah'ı tenzih ederiz.)

İncillerin yazılış tarihleri Hz. İsa'nın Allah Katına alınışından uzaklaştıkça, onu Allah'a "Baba" diye hitap eden birisi olarak gösterme eğilimi de artmaktadır. Bir başka deyişle, Hz. İsa'nın sözde "Allah'ın oğlu" olduğu şeklindeki inanç, her yeni yazılan İncil'de biraz daha fazla zemin bulmuştur. Yuhanna'da ise bu eğilim çok daha da güç kazanır. Bu, zaman içinde giderek artan bir dejenerasyonun göstergesidir. Yüce Rabbimiz'i tüm bu benzetmelerden tenzih ederiz.

Sinoptik İncillərdə hz. İsaya ilahlıq isnad edən ayələr çox az olub mübahisəlidir. Lakin Stilin (Still) söylədiyi kimi bu yanlış inanc Yuhannada bütün mətnə nəzərəçarpan şəkildə hakimdir. Ceyms Stil (James Still) eyni məqaləsində 4 İncildə hz. İsanı ilahlaşdırmaq üçün aparılan tənzimləmələrdən belə danışır:

Burada (Yuhanna İncilində) hz. İsanın doğumu yoxdur, bizə "hər şeyin başlanğıcında" hz. İsanın Tanrı ilə birlikdə yarandığı bildirilir. Çünki bu İncilin müəllifi, hz. İsanın doğumundan danışmağın, bu doğum hər nə qədər fövqəladə olsa da, əzəldən bəri mövcud olan Oğul Tanrı anlayışıyla uyğunlaşmayacağı qənaətindədir. Hz. İsanın Markos İncilində gördüyümüz insani acizlik və ehtiyacları Yuhannada qətiyyən yer almır... Çünki Yuhannanın yazıldığı dövr olan birinci əsrin sonunda, hz. İsa barədə deyilənlər onu bir yunan tanrısı halına gətirmişdir(44) (Allahı tənzih edirik).

Qeydlər

17. Mahmut Aydın, Yahudi Bir Peygamberden Gentile Tanrıya: İsa'nın Tanrısallaştırılma Süreci, İslamiyat III (2000), sayı 4, s. 51

18. E. P. Sanders, The Historical Figure of Jesus, Penguin Books, İngiltere, s. 58-59

19. Mahmut Aydın, Tarihsel İsa, İmanın Mesih'inden Tarihin İsa'sına, Ankara Okulu Yayınları, Ankara, 2002, s. 47-48. Rudolf Bultman, History of the Synoptic Tradition, s.127

20. Mahmut Aydın, Tarihsel İsa, İmanın Mesih'inden Tarihin İsa'sına, s. 51. Rudolf Bultman, Theology of the New Testament, I, s. 51

21. E. P. Sanders, The Historical Figure of Jesus, s. 63

22. E. P. Sanders, The Historical Figure of Jesus, s. 63

23. E. P. Sanders, The Historical Figure of Jesus, s. 64

24. Paula Fredriksen, From Jesus to Christ, The Origins of the New Testament, Images of Jesus, Second Edition, Yale University Press, s. 3

25. Paula Fredriksen, From Jesus to Christ, The Origins of the New Testament, Images of Jesus, s. 5

26. Marcus J. Borg, The Historical Study of Jesus and Christian Origins, s. 144. John Dominic Crossan, The Birth of Christianity, Discovering what happened in the years immediately after the execution of Jesus, HarperSanFransisco, 1998, s. 140

27. Barry, W. Henaut, Oral Tradition and the Gospels, ss. 295, 296-297, 299, 304. John Dominic Crossan, The Birth of Christianity, Discovering what happened in the years immediately after the execution of Jesus, HarperSanFransisco, 1998, s. 403

28. Mahmut Aydın, Yahudi Bir Peygamberden Gentile Tanrıya: İsa'nın Tanrısallaştırılma Süreci, İslamiyat, III (2000), sayı 4, s. 51

29. Örneğin bkz. Hugh Schonfield. The Passover Plot. A New Interpretation of the Life and Death of Jesus. Element Books Limited, London, 1996. s. 259

30. Lütfi Ekinci, John Gilchrist. Evet, Kitabı Mukaddes Tanrı Sözüdür: Kitap Ehli'nden Sorulara Yanıtlar. Müjde Yayıncılık, İstanbul, 1993. s. 240. http://isamesih.org/doc/kitabi_mukaddes/bolum_7.php3#4

31. John Dominic Crossan & Richard G. Watts, Who is Jesus? Answers to Your Questions About the Historical Jesus, Westminster John Knox Press, Londra, 1996, s. 3-4

32. Paula Fredriksen, From Jesus to Christ, The Origins of the New Testament, Images of Jesus, s. 8

33. Jim Walker, "Did A Historical Jesus Exist", http://freethought.mbdojo.com/didjesusexist.html

34. Jim Walker, "Did A Historical Jesus Exist", http://freethought.mbdojo.com/didjesusexist.html

35. Jim Walker, "Did A Historical Jesus Exist", http://freethought.mbdojo.com/didjesusexist.html

36. Jim Walker, "Did A Historical Jesus Exist", http://freethought.mbdojo.com/didjesusexist.html

37. Did A Historical Jesus Exist, Jim Walker, http://freethought.mbdojo.com/didjesusexist.html

38. Time, 8 Nisan 1996. http://freethought.mbdojo.com/didjesusexist.html

39. E. P. Sanders, The Historical Figure of Jesus, s. 57

40. E. P. Sanders, The Historical Figure of Jesus, s. 69

41. Maurice Casey, From Jewish Prophet to Gentile God, The Origins and Development of New Testament Christology, James Clarke and Co. Ltd., Cambridge, 1991, s. 25

42. James Still, "The Gospel of John and the Hellenization of Jesus". http://www.sullivan-county.com/news/mine/john_gospel.htm

43. James Still, "The Gospel of John and the Hellenization of Jesus", http://www.sullivan-county.com/news/mine/john_gospel.htm

44. James Still, "The Gospel of John and the Hellenization of Jesus", http://www.sullivan-county.com/news/mine/john_gospel.htm

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Xristianların "Təslis Inancı" Yanılmaları
  • Quranda Təslis Inancı Rədd Edilir
  • Təslis Inancı Hz. İsadan Əsrlər Sonra Yaranmışdır
  • Hz. İsa Allahın Oğlu Deyil, Allahın Peyğəmbəridir
  • İncildəki “Həqiqi Xristianlıq”
  • İncildə Təsvir Edilən "Allahın Peyğəmbəri Hz. İsa"
  • İncil Müəllifləri Hz. İsanın Həyatına Şahid Olmayıblar
  • Xristianlar Bu Əsassız Iddianı Niyə Ortaya Atmış Ola Bilərlər?
  • İznikdən Bu Günədək Təslis Inancına Qarşı Çıxmış Xristianlar
  • Nəticə