Tövhid inancını insanlara təbliğ etmiş bütün peyğəmbərlər, üstün əxlaqları və səmimi imanlarıyla tanınan çox mübarək insanlardır. Allah Nəhl surəsində elçilərinə yaşadıqları cəmiyyətdə tövhid inancını təbliğ etmək vəzifəsini verdiyini belə bildirir:
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” deyə, elçi göndərdik... (Nəhl surəsi, 36)
Lakin peyğəmbərlərdən sonra tövhid inancı zamanla insanlar tərəfindən təhrif edilərək dəyişdirilmişdir. Hər təhrif və dəyişdirmə nəticəsində Allah cəmiyyətlərə ayələrini oxuyacaq və onları axirət günü barədə xəbərdar edəcək yeni bir elçi göndərmiş, insanları yenidən tövhid inancında birləşdirmişdir. Hz. İsa da hz. Musanın gətirdiyi vəhyin təhrif edilməsindən sonra, insanları tövhid inancına çağırmaq, Ondan başqa ilah olmadığını təbliğ etmək üçün göndərilmişdir. O, hz. Musanın gətirdiyi haqq dini təhrif edib pozan İsrailoğullarını, mövhumatçı ənənələrindən uzaqlaşıb, batil inanclarını tərk etməyə və yalnız Allaha təslim olmağa çağırmışdır. Ayələrdə hz. İsanın İsrailoğullarına təbliği belə bildirilir:
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” (Zuxruf surəsi, 63-64)
Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”. (Ali İmran surəsi, 50-51)
Hz. İsa təbliğ vəzifəsini yerinə yetirməyə başladığı vaxt, hz. Musanın hökmlərindən uzaqlaşan yəhudi din liderləri öz şərhləriylə, yeni haram və halallar ortaya çıxartmış, formal və fanatik bir din meydana gətirmişdilər. Belə ki, Allahın elçisi hz. İsa insanları iman etməyə və batil ənənələrini tərk etməyə çağırdıqda, ona lağ xarakterli sözlərlə və düşməncəsinə münasibətlə cavab verdilər:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın dərhal onun barəsində (keflə) danışıb qəhqəhələr çəkdi. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən və düşmən bir xalqdır. (Zuxruf surəsi, 57-58)
Lakin çoxalan maneələrə baxmayaraq, xüsusilə də kasıb camaat arasında hz. İsaya inananların sayı sürətlə artmışdır. Hz. İsaya və təbliğinə mane olmaq üçün Roma imperatorluğunun zalım rəhbərləriylə bəzi yəhudi din xadimləri tələ qurmuş və ən sonunda isə, hz. İsanı çarmıxa çəkərək öldürməyə qərar vermişdirlər. Rəbbimizin onların bu təşəbbüslərinə verdiyi qarşılıq isə, Quranda belə bildirilir:
Onlar (imansızlar) hiylə qurdular, Allah da (buna qarşı bir) hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 54)
Rəbbimiz hz. İbrahimi oddan xilas etdiyi kimi hz. İsanı da düşmənlərinin tələsindən xilas etmişdir. Onu öldürmək istəyənlərin gizli tələlərini pozmuş və bu müqəddəs insana zərər vermələrinin qarşısını almışdır. Ayələrdə bu həqiqət belə bildirilir:
Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onu qətiyyən öldürmədilər. (Nisa surəsi, 157)
Ayələrdə bildirilən həqiqət çox aydındır. Yəhudilərin təhriki ilə hz. İsanı öldürməyə çalışanlar bunda müvəffəqiyyət qazanmamışdırlar. Quranın digər ayələrində də bildirildiyi kimi hz. İsa ölməmişdir və Allah Qatında diridir. Allahın Quranda hz. İsaya qurulan tələlərin pozulduğunu bildirmiş olması da, hz. İsanın Allah Qatında diri olduğunun əhəmiyyətli dəlillərindən biridir. Qurulan tələ hz. İsanı öldürməkdi, Rəbbimiz isə, bu tələni pozmuşdur. Hz. İsanı öldürdüklərini iddia edənlərin bu mövzudakı iddiaları yalnız zənndən ibarətdir. Onlar hz. İsanı çarmıxa çəkdiklərini zənn etdikləri vaxt, əslində başqa bir insanı çarmıxa çəkmişdirlər. (Hz. İsanın həyatı və Allah Qatına alınmasıyla əlaqədar ətraflı məlumat üçün baxın: Hz. İsa Ölmədi, Harun Yəhya, mart 2004)
Lakin hz. İsanın Allah Qatına alınmasından sonra xristianlıq zamanla təslis inancıyla təhrif olunmuşdur. Hz. İsanın gətirdiyi hənif dinin xüsusiyyətlərini, onun dünyada olduğu müddətcə yaşadıqlarının bir hissəsini və Allah Qatına alınmasını, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) vasitəsilə bütün insanlara göndərilən və qiyamətə qədər etibarlı olan Qurandan öyrənə bilərik. Unudulmamalıdır ki, Quran, içindəki sözlərin dəyişdirilməsinin (Allahın diləməsi istisna olmaqla) qeyri-mümkün olduğu haqq kitabdır. Allah Quranın bu xüsusiyyətini; “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Biləndir" (Ənam surəsi, 115) ayəsiylə bildirir.
Quranda hz. İsanın Allahın oğlu deyil, (Allahı tənzih edirik) Allahın peyğəmbəri olmasıyla əlaqədar bir çox açıqlama mövcuddur. Bu açıqlamalardan bəziləri belədir:
Təslis inancının ən təməl məntiqi hz. İsanın "Allahın oğlu" olduğu iddiasıdır. Allahın sifətləri onların bu iddialarını tamamilə qüvvədən salır. Aləmlərin Rəbbi olan Allah insanların cahilcəsinə ortaya atdıqları bu cür bənzətmələrdən çox uzaqdır, O hər cür nöqsan və çatışmazlıqdan da uzaqdır. Quran ayələrində bu həqiqət belə bildirilir:
Allaha övlad götürmək yaraşmaz. O ucadır! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” deyər, o da dərhal olar. (Məryəm surəsi, 35)
Onlar: “Allah Özünə övlad götürmüşdür!” dedilər. O bundan uzaqdır! O, heç nəyə möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz? (Yunis surəsi, 68)
Rəbbimizin bir şeyi yaratması üçün ona "ol" deməsi kifayətdir. Göylərdə və yerdə nə varsa hamısı Onundur. Bütün varlıqlar Onun mülkü, Onun yaratdıqlarıdır. Hər şey Onun əmrinə boyun əymişdir, Onun sonsuz güc və qüdrətinə təslim olmuşdur:
…Halbuki göylərdə və yerdə olan hər bir şey istər-istəməz Ona təslim olmuşdur… (Ali İmran surəsi, 83)
Allah heç bir səbəbdən asılı deyil, çünki baş verən bütün hadisələri və bu hadisələrin baş vermə səbəblərini də yaradan Özüdür. Dünyadakı hər şey müəyyən səbəblər əsasında baş verir. Doğum, böyümə, öyrənmə və ya yaşlanma, zaman, məkan kimi müəyyən səbəblər əsasında baş verər. İnsanlar zamandan və məkandan asılı yaşayırlar. Halbuki Rəbbimiz zamandan və məkandan asılı deyil, zamanı da, məkanı da Özü yaratmışdır. Atalıq, oğulluq, övlad sahibi olmaq kimi insana məxsus xüsusiyyətləri də Rəbbimiz yaratmışdır. Dolayısilə "Allahın övladı var" (Allahı tənzih edirik) deyənlər Rəbbimizin bənzərsiz sifətlərini unudaraq öz məhdud anlayışları istiqamətində düşünürlər. Halbuki bu söylədikləri Allah Qatında çox böyük yalandır. Kəhf surəsində belə bildirilir:
Kitabı (Quranı) həm də: “Allah Özünə övlad götürmüşdür!” deyənləri qorxutmaq üçün nazil etdi. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar. (Kəhf surəsi, 4-5)
Rəbbimiz digər bir ayədə isə: "Allah övlad götürmək istəsəydi, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, Ucadır. O, Tək olan, Qəhhar olan Allahdır" (Zumər surəsi, 4) deyə buyurur. Bu ayə ilə sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin hər şeyi istədiyi şəkildə yarada biləcəyi bildirilir. Allahın təslis inancını müdafiə edən və əsassız yaraşdırmalar edən insanlara verdiyi cavab, digər ayələrdə belə vurğulanır:
Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, bundan (bu yaraşdırman) uzaqdır! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona könüllü surətdə baş əyir. Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da olar. (Bəqərə surəsi, 116-117)
Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!” dedilər. Siz olduqca çirkin cəsarət göstərdiniz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun - Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. Allah onları əhatə etmiş və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 88-95)
Ayələrdə də ifadə edildiyi kimi bu yaraşdırma "çox çirkin cəsarətdir". Göylərdə və yerdə olan hər şeyin sahibi olan Rəbbimiz bu yaraşdırmalardan uzaqdır.
Təslis inancını müdafiə edənlər hz. İsanın Allahla eyni səlahiyyətlərə sahib olduğu istiqamətində çox yanlış bir açıqlama da verirlər. Halbuki Rəbbimiz Quranda bildirilən; "...Ona mülkündə şərik yoxdur, O hər şeyi yaratmış, nizam və müəyyən ölçüylə meydana gətirmişdir" (Furqan surəsi, 2) ayəsiylə bu iddiaların əsassızlığını çatdırır. Çünki O, bütün kainatın mütləq hakimidir, Onun heç bir şəriyə və ya köməkçiyə ehtiyacı yoxdur. İsra surəsində belə bildirilir:
De: “Tərif (Həmd), Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha məxsusdur!” və Onu təkbir etdikcə, təkbir et. (İsra surəsi, 111)
Allah Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə, bu iddia ilə ortaya çıxan insanlara belə söyləməsini vəhy etmişdir:
De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım”. (Zuxruf surəsi, 81)
Ayədə verilən bu cavab təslis inancının müdafiəçilərinə böyük yanılma içində olduqlarını göstərir. Yuxarıdakı ayənin davamında isə, Allah belə bildirir:
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi olan Allah, onların Ona aid etdikləri sifətlərdən uzaqdır! Onları burax, qoy vəd olunduqları günə qovuşanadək dalsınlar və bir müddət əylənsinlər. Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, hökm və hikmət sahibidir, Biləndir. (Zuxruf Surəsi, 82-84)
Ayənin açıq ifadəsindən aydın olduğu kimi Allah bu çirkin iddiaları ortaya atan insanların Özünü (yəni Allahı) lazımınca qiymətləndirməkdən məhrum olmalarına diqqət çəkir. Onları, axirətin varlığından xəbərsiz qəflətə qapılıb əylənən insanlar kimi tanıtmışdır.
Daha əvvəl də bildirdiyimiz kimi, təslis inancında hz. İsa yaradılmamış və Allahla bərabər səlahiyyətlərə malik bir güc kimi təsvir edilir (Allahı tənzih edirik). Halbuki bu yanlış düşüncə tərzi, Rəbbimizin peyğəmbərlərə vəhy etdiyi tövhid inancına tamamilə zidd olan çirkin bir böhtandır. Bəqərə surəsində belə bildirilir:
Allah, Ondan başqa İlah yoxdur, əbədi Yaşayandır, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Rəbbimiz yeganə haqq və hökm sahibidir. Bütün kainat, göylərdə və yerdə olan canlı-cansız hər şey - bütün insanlar, heyvanlar, bitkilər, əşyalar Allaha məxsusdur. Hamısını yaradan aləmlərin Rəbbi olan Allahdır. Hər şey Onun əmri ilə hərəkət edər və o istədiyi müddətcə mövcudluğunu davam etdirə bilər. Bütün canlı varlıqları bəsləyən, onlara göydən və yerdən ruzi verən, yeri yaşıllaşdıran, gecəni qaraldan, Günəşi parlaq işıq edən, fəsilləri yaradan Allahdır. Dünyanın yaradılmasından etibarən yaşamış bütün insanları yaradan da Allahdır. İstisnasız hər insan varlığını Allaha borcludur və tamamilə Ona möhtacdır. Allahın seçib insanların Özünə iman etmələri üçün elçilik vəzifəsini verdiyi peyğəmbərləri də Allahın yaratdığı qullardır. Bütün peyğəmbərlər Onun əmri ilə hərəkət edən mübarək insanlardır. Hz. İsa da eynilə bu elçilər kimi Allahın yaratdığı bir quldur. Seçilmiş, şərəfli və hörmətli etdiyi (Ali İmran surəsi, 45) dəyərli bir elçisidir. Necə ki, Allah hz. İsa üçün belə buyurur:
Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır. (Nisa surəsi, 172)
Ayədə də bildirildiyi kimi hz. İsa Allaha qulluq vəzifəsini yerinə yetirməkdən böyük həzz alan, Rəbbimizə təslim olmuş çox səmimi bir insandır. Onun guya ilahlıq iddia etdiyinə dair bütün deyilənlər sonradan ortaya atılmış cəfəngiyatdır. Uca Rəbbimiz bütün varlıqlar üzərində mütləq hakimiyyət sahibidir. Ondan başqa hər şey, yaranmaq və mövcudluğunu davam etdirə bilmək üçün Rəbbimizə möhtacdır.
Allah kainatı yoxdan yaratmışdır. Dünyadakı bütün canlılar doğular və ölərlər, hər şeyin ömrü, sayılı günü var. Kainatda, yox olmayacaq heç bir əşya və ya əbədi yaşayacaq heç bir canlı yoxdur. Halbuki Quranda bildirildiyi kimi, Allah Əvvəldir, Axırdır. (Hədid surəsi, 3) Yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur. Allah sonsuzluğun sahibidir, zamandan və məkandan uzaqdır. O, hər şeydən əvvəl də mövcud olub, sonra da mövcud olacaq. Kainatın, canlıların, planetlərin və qalaktikaların hələ yaradılmadığı, zamanın hələ mövcud olmadığı bir vaxtda təkcə Allah vardı. O, hər şey yox olduqdan sonra da, əbədiyyən mövcud olacaq. Ömrü və zamanı yaradan Allah, maddəyə məxsus bütün xüsusiyyətlərdən uzaqdır.
Allah, bu anlayışları yaradan və insanların zamandan və məkandan asılı şəkildə yaşamasını uyğun görəndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilə bilməz. O isə, bir işin olmasına hökm verdiyi təqdirdə bir gün sonra, illər sonra və qiyamətə qədər o işin nə ilə nəticələnəcəyini bilər. Dolayısilə verdiyi hökm həmişə ən doğru, ən yaxşı və ən hikmətli olandır.
Kainatdakı bütün varlıqların sonu var. Bir insan doğular, yaşayar və dünyadakı məhdud ömrünün sonunda mütləq həqiqət olan ölümlə qarşılaşar. İnsanların yox olması kimi, bitkilər və heyvanlar aləminin yox olması da normaldır. Onlar da yarandıqdan bir müddət sonra bir-bir yox olacaq. Canlı olan hər şey ömrünü başa vurub torpağın altına girəcək. Ancaq Rəbbimiz əbədi yaşayan və həmişə mütləq varlığını davam etdirəcək olandır. Sonsuzluq yalnız Ona məxsusdur.
İnsan acizdir, ömrü boyu həmişə qayğıya və baxıma möhtacdır. Həyatının böyük hissəsini öz bədəninə baxmaqla, onu təmiz saxlamaqla, qida və yuxu rejimini nizamlamaqla keçər. Canlı-cansız bütün kainatın yaradıcısı olan Allah isə Həyydir. Həmişə diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilər, hər şeyə qadirdir, Onu yuxu və mürgü tutmaz, hər cür acizlikdən də uzaqdır. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu acizlikləri görüb yalnız Özünə üz tutaraq qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsana düşənsə, Allah istəmədikcə heç nəyə qadir olmadığını, tək bir saniyə belə yaşaya bilməyəcəyini bilərək Rəbbimizə üz tutub qayıtmaqdır. Allah Özündən başqa heç bir ilah olmadığını Quran ayələrindəki hikmətli nümunələrlə bizə belə bildirir:
Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər. Yoxsa özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər? Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah, Ona aid etdikləri sifətlərdən uzaqdır! Allah gördüyü işlər üçün sorğu-sual olunmaz; onlar isə sorğu-sual olunacaqlar. Yoxsa Ondan başqa tanrılarmı qəbul etdilər? De: “Qəti sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu haqqı bilmir və bundan ötrü ondan üz çevirirlər. (Ənbiya surəsi, 19-24)
Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır. O, qeybi və aşkarı Biləndir. Allah Ona qoşduqları şəriklərdən çox ucadır. (Muminun surəsi, 90-92)
Hz. İsa, Rəbbimizə Onun bütün bu sifətləriylə könüllü iman edən səmimi bir insandır. O Allahın sonsuz güc sahibi olduğuna iman etmiş, Ona heç nəyi şərik qoşmamışdır. Quranda hz. İsanın Allahın qulu olduğu belə bildirilir:
(İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. (Məryəm surəsi, 30)
Başqa bir ayədə isə hz. İsanın bir gün öləcəyi, hər insan kimi öldükdən sonra axirətdə yenidən dirildiləcəyi bildirilmişdir:
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 33)
Onu Allah yaratmış və dünyada tövhid inancından bəhs etməsi üçün möhlət vermişdir. Sonra isə, ona tələ quranların məkrli planlarını puç edərək hz. İsanı Öz Qatına almışdır. Hz. İsa Allahın özü üçün müəyyənləşdirdiyi vaxt gəlib çatanda yenidən dünyaya gələcək və Allahın əmr etdiyi şəkildə elçilik vəzifəsini tamamlayacaq. Onun taleyindəki hər şeyi; həyatı boyunca qarşılaşdığı hər hadisəni yaradan, müəyyənləşdirən və vaxtı gəldikdə bütün bunları gerçəkləşdirən Allahdır. Göstərdiyi bütün möcüzələri yaradan Allahdır. Hz. İsa bunları öz-özünə deyil, Allahın özünə olan rəhməti sayəsində gerçəkləşdirmişdir. Hz. İsa, dünya həyatı müddətində Allaha olan güclü imanını dilə gətirmiş və insanları Allahın dosdoğru yoluna çağırmışdır. Məryəm surəsində hz. İsanın insanları Allaha iman etməyə çağırması belə bildirilir:
İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Dosdoğru yol da budur”. (Məryəm surəsi, 36)
Təslis inancının əsassız dayaqlarından biri də hz. İsanın həyatındakı möcüzələrdir. Həqiqətən də Rəbbimiz hz. İsaya fövqəladə möcüzələr verərək lütf etmişdir. Bu müqəddəs insanın doğumundan Allah Qatına alınmasına qədər keçən müddət həmişə möcüzələrlə dolu olmuşdur. Bunlardan biri də, hz. İsanın atasız dünyaya gəlməsidir. Hz. İsanın doğumu həqiqətən də Rəbbimizin çox böyük möcüzəsidir. Cəbrayılın hz. Məryəmə "insan" şəklində görünməsi və ona Allahın bir möcüzəsini göstərməsi Quran ayələrində ətraflı şəkildə təsvir edilir. Hz. Məryəm özünə heç bir insan toxunmadığı halda, Allahın diləməsi nəticəsində hz. İsaya hamilə qalmışdır. Onun hamilə qalması dünyadakı bütün səbəblərdən uzaq və möcüzəvi şəkildə baş vermişdir:
Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?” Mələk dedi: “Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Nəhayət olan oldu”. Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. (Məryəm surəsi, 20-22)
Ayənin açıq ifadəsindən aydın olduğu kimi hz. İsa, məlum səbəblərdən uzaq bir yaradılmışla, belə ki, atasız dünyaya gəlmişdir. Allah, o doğulmadan əvvəl, bir çox xüsusiyyətini və onu insanlar üçün rəhmət olaraq göndərdiyini mələkləri vasitəsilə anası hz. Məryəmə bildirmişdir.
Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. ...Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir.… (Məryəm surəsi, 19, 21)
Məhz bu möcüzəvi yaradılış təslis inancının əsassız dəlillərindən birini təşkil edir. Hz. İsanın dünyaya gəlməsindəki qeyri-adilik açıq-aydın bir həqiqətdir. Lakin Quranda hz. Yəhyanın da yenə möcüzəvi şəkildə dünyaya gəldiyi bildirilir. Ayələrdə özünə bir varis verməsi üçün Allaha dua edən hz. Zəkəriyyanın duaları belə bildirilir:
Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır. Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan ötrü qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir köməkçi (övlad) bəxş et ki, o mənə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!” (Məryəm surəsi, 2-6)
Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali İmran surəsi, 38)
Ayələrdə də bildirildiyi kimi, normalda hz. Zəkəriyyanın uşaq sahibi olması qeyri-mümkün idi. Amma o özünə bir köməkçi və varis verməsi üçün Rəbbimizə səmimi-qəlbdən dua etmişdir. Rəbbimizin, bu dəyərli insanın duasına verdiyi cavab ayələrdə belə bildirilir:
Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!” (Məryəm surəsi, 7)
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni (İsa) təsdiq edən, alicənab, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. (Ali İmran surəsi, 39)
Rəbbimiz hz. Zəkəriyyanı adı Yəhya olan bir uşaqla müjdələmişdir. Bu da hz. İsanın doğumu kimi möcüzəvi haldır. Çünki həm yaşları etibarilə, həm də sağlamlıq vəziyyətlərindən ötrü hz. Zəkəriyya və yoldaşının uşaq sahibi olmaları qeyri-mümkün görünür. Necə ki, hz. Zəkəriyya da bu müjdəni eşitdiyi vaxt: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” (Məryəm surəsi, 8) cavabını verdi. Lakin bütün kainatı yoxdan yaradan Rəbbimiz hər şeyə qadirdir, O, sonsuz qüdrətiylə, istədiyi hər şeyi "ol" deməsiylə yaratma gücünə sahibdir. Ayələrdə belə bildirilir:
Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”» (Məryəm surəsi, 9)
O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini edər”. (Ali İmran surəsi, 40)
İncildə də hz. Yəhyanın doğumuyla əlaqədar bənzər bir açıqlama yer alır:
Bu əsnada Rəbbin bir mələyi buxur qurbangahının sağında dayanıb Zəkəriyyaya göründü. Zəkəriyya onu gördükdə təəccübləndi və qorxdu. Mələk ona: "Qorxma Zəkəriyya, duan qəbul edildi. Arvadın Elizabet sənin üçün bir oğul doğuracaq, onun adını Yəhya qoyacaqsan. Sevinib coşacaqsan. Bir çox insan da onun doğumuna sevinəcək. O, Rəbbin gözündə böyük olacaq. Qətiyyən şərab və içki içməyəcək, hələ anasının bətnində olarkən müqəddəs ruhla dolacaq. İsrailoğullarının əksəriyyətinin, Tanrıları olan Rəbbə üz tutmasını təmin edəcək. Ataların qəlbini övladlarına döndərmək, söz dinləməyənləri doğru insanların anlayışına yönəltmək və Rəbb üçün hazırlanmış bir xalq yetişdirmək üçün, İlyasın ruhu və gücüylə Rəbbin önündən gedəcək" dedi Zəkəriyya isə mələyə: "Bundan necə əmin ola bilərəm?, çünki mən də yaşlandım, arvadım da" dedi. (Luka, 1/11-18)
Rəbbimiz hz. Zəkəriyyaya Öz Qatından bir möcüzə göndərərək hz. Yəhyanı bəxş etmiş, bu mübarək insana uşaq yaşında itaətkarlığı sevdirmiş, hikmət, sevgi həssaslığı və təmizlik bəxş etmişdir. Ayələrdə hz. Yəhya üçün belə buyurulur:
...O, çox təqvalı idi. Həm də ata-anasına qarşı itaətkar idi; zalım və asi deyildi. Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 13-15)
Ayələrdə də görüldüyü kimi, hz. Yəhyanın doğumu böyük möcüzədir. Allah dünyəvi səbəblərdən uzaq şəkildə hz. Zəkəriyyaya bir oğul bəxş etmiş, duasını qəbul edərək ona hz. Yəhyanı varis kimi vermişdir. Bu müjdəni hz. Məryəmə olduğu kimi hz. Zəkəriyyaya da bir mələk vasitəsilə bildirmişdir. Hz. Zəkəriyyanın həyat yoldaşının hamilə qalmasını tələb edən şərtlər yoxdur. Dolayısilə hz. Məryəmin hz. İsanı dünyaya gətirməsiylə hz. Yəhyanın dünyaya gəlməsi arasında böyük bənzərlik var. Bu vəziyyət təslis inancının saxta dayaqlarından birinin daha əsassızlığını göstərir.
Gökleri ve yeri (bir örnek edinmeksizin) yaratandır. O, bir işin olmasına karar verirse, ona yalnızca "OL" der, o da hemen oluverir. |
Hz. Yəhya və hz. Adəmin dünyaya gəlişinin də qeyri-adi olması, hz. İsanın möcüzəvi şəkildə dünyaya gəlişinin, təslis inancının təməl dayaqlarından biri kimi işlədilməsini qeyri-mümkün edən dəlillərdəndir. Quran ayələrində, hz. Adəmin də möcüzəvi şəkildə yaradıldığı bildirilir. Hicr surəsində belə bildirilir:
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Ayədə bildirilən həqiqət, çox qeyri-adi bir yaradılışa işarə edir. Hz. Adəm anası və atası olmadan, "quru gildən, başqa şəklə düşmüş palçıqdan" yaradılmışdır. Torpaqdan yaradılışla əlaqədar digər ayələr belədir:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək... (Həcc surəsi, 5)
Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız. (Rum surəsi, 20)
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatır surəsi, 11)
Quranda hz. Adəmlə əlaqədar verilən digər bir əhəmiyyətli məlumat isə, hz. İsanın yaradılışıyla olan bənzərlikdir:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” dedi, o da oldu. Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma. (Ali İmran surəsi, 59-60)
Yuxarıdakı ayədə Allah hz. Adəmlə hz. İsanın bənzər şəkildə yaradıldıqlarını bildirir. Daha əvvəl də vurğuladığımız kimi hz. Adəm, atası olmadan təkcə Allahın "ol" deməsiylə torpaqdan yaradılmışdır. Hz. İsa da atası olmadan, Allahın təkcə bir dəfə "ol" əmriylə yaradılmışdır. Eyni ayənin davamında isə insanlara bu həqiqətin Rəbbimizdən olduğu bildirilir, bu barədə şübhəyə qapılmamağın lazım olduğu xatırladılır. Dolayısilə bu böyük həqiqət görülməli və hz. İsanın da eynilə hz. Adəm kimi Allahın yaratdığı bir qul, Allaha möhtac bir insan olduğu qəbul edilməlidir.
Rəbbimiz Quranın Furqan surəsində Peyğəmbərimiz (s.ə.v)-ə özündən əvvəlki peyğəmbərlərin də insan olduqlarını bildirir:
Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər. (Furqan surəsi, 20-21)
Rəbbimiz digər ayələrdə isə, belə buyurur:
Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişi elçilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun. Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər. Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq. (Ənbiya surəsi, 7-9)
Quran ayələrində peyğəmbərlərin və hz. İsanın insan xüsusiyyətləri bir çox nümunə ilə təsvir edilmişdir. Hz. Məryəm hz. İsaya möcüzəvi şəkildə hamilə qalmışdır. Lakin hz. İsanın doğum mərhələləri, doğum əsnasında anası hz. Məryəmin yaşadıqları, hz. İsanın hər insan kimi eyni çətin mərhələlərdən keçərək dünyaya gəldiyini açıq şəkildə göstərir. Bu müddət boyunca yaşananların fərqli şərh olunması və ya bu vəziyyətdən fərqli bir məna çıxardılması Allahın icazəsi ilə qeyri-mümkündür.
(Allah,) Doğunun ve batının Rabbidir. O'ndan başka ilah yoktur. |
Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib tənha bir yerə çəkildi.
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”
Məryəmin aşağı tərəfindən onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı.
Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.
Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”.
Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən görünməmiş bir iş tutmusan.
Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”. (Məryəm surəsi, 22-28)
Hz. İsanı Allah yaratmış və ona müxtəlif möcüzələr verərək lütf etmişdir. Ölüləri diriltmək, palçıqdan quşa bənzər bir şey düzəldib ona can vermək, anadangəlmə kor olanı və cüzam xəstəliyinə tutulanı sağaltmaq kimi gerçəkləşdirdiyi bəzi möcüzələr, eləcə də, atasız dünyaya gəlməsi kimi qəribəliklər isə, dünya həyatında asılı olduğumuz məlum qanunlardan kənar hadisələrdir. Rəbbimiz Quranın bir çox ayəsində, peyğəmbərlərin göndərildikləri qövmlərə göstərdikləri möcüzələrdən bəhs etmişdir. Məsələn, hz. Adəmin atasız şəkildə torpaqdan yaradıldığını, hz. Saleh, hz. İbrahim və hz. Musa kimi peyğəmbərlər tərəfindən də insanlara bir çox möcüzələr göstərildiyini xəbər vermişdir. Hz. Musa sehrbazlarla qarşılaşdığında, Rəbbimiz onun əsasını ilana çevirərək ona çox böyük möcüzəylə kömək etmişdir. (Taha surəsi, 69) Eynilə, Firon və ordusunun təqibi nəticəsində dəniz kənarına gələn hz. Musa və İsrailoğulları dənizdə yol açılması sayəsində qarşı tərəfə keçə bilmişdirlər, Firon və ordusu isə su altında qalmışdır. (Taha surəsi, 77-78) Quran ayələrində də Peyğəmbərimiz (s.ə.v)-in bir çox möcüzələri, qeyb barədə verdikləri xəbərlər bildirilir. Allah İsra surəsində Peyğəmbərimiz (s.ə.v)-i bir gecə Məscidi-Əqsaya apardığını və oranı ona göstərdiyini bildirir. (İsra surəsi, 1) Bu Rəbbimizin çox böyük möcüzəsidir. Həmin bu möcüzələrin gerçəkləşməsini təmin edən aləmlərin Rəbbi olan Allahdır. Bu möcüzələrin meydana gəlməsi Peyğəmbərimiz (s.ə.v)-ə, hz. Musaya və digər peyğəmbərlərə ilahlıq isnad edildiyi mənasını daşımır (Allahı tənzih edirik). Çünki bu mübarək insanlar həmişə, göstərdikləri möcüzələrin ancaq Allahın diləməsi nəticəsində gerçəkləşdiyini bilmişdirlər. Maidə surəsində də hz. İsanın bu möcüzələri "Allahın icazəsiylə" gerçəkləşdirdiyi bildirilir:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan inkar edənlər isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)
Quran ayələriylə hz. Məryəm və hz. İsaya ilahlıq isnad edən bütün iddialar ortadan qaldırılır. Bunlardan biri də Maidə surəsindədir:
Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə dosdoğru insandır. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar necə döndərilirlər. (Maidə surəsi, 75)
Ayədə xüsusilə yemək yemələrindən danışılması çox hikmətlidir. Çünki yemək yemək, acmaq, susamaq, yatmaq ehtiyacı hiss etmək canlılara məxsus xüsusiyyətlərdir və acizliyi ifadə edir. Bütün insani xüsusiyyətlərə sahib olan hz. İsa üçün ilahlıq isnad etməksə çox yanlış olar. Mülkün sahibi olan Rəbbimiz Rəzzaq sifətiylə bütün canlılara ruzi verir, onlara nemətlər bəxş edir. O heç nəyə və heç kimə möhtac deyil. Lakin bütün canlılar yarana bilmək və mövcudluqlarını davam etdirə bilmək üçün Rəbbimizə möhtacdırlar.
Rabbimiz Hz. İsa'ya birçok mucize ile lütufta bulunmuştur. Bu mucizelerden biri de Hz. İsa'nın ölüleri diriltmesidir. İncil'de Hz. İsa'nın, Lazarus'u ölümünün ardından diriltti¤ini anlatan birçok pasaj bulunmaktadır. 1308-1311, Kimbell Güzel Sanatlar Müzesi, Fort Worth, Teksas |
Hz. Məryəm və hz. İsanın yemək yemələrinə diqqət çəkilməsinin digər bir hikməti də ayələrdə hz. İbrahimə insan surətində gələn mələk elçilər haqqında verilən məlumat ola bilər (doğrusunu Allah bilər). Ayələrdə bu elçilərin "yemək yemədiklərinə" diqqət çəkilmişdir:
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” dedi. O, onlara hiss etdirmədən dərhal ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” dedi. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər (Zəriyət surəsi, 24-28)
Elçilərimiz İbrahimə müjdə gətirdilər və: “Salam!” dedilər. O da: “Salam!” dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. İbrahim mələklərin yeməyə əl vurmadıqlarını gördükdə bu vəziyyət onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik”. (Hud surəsi, 69-70)
Allah, hz. İsaya ilahlıq isnad edən təslis inancı müdafiəçilərini ayələrdə çox müxtəlif formalarda xəbərdar edir. Bu ayələrdən bəziləri belədir:
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!” deyənlər artıq küfrə sapdılar. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 17)
Hz. İsa da Allahın yaratdığı aciz və möhtac qullardan biridir. Allahın çox sevdiyi, şərəfləndirdiyi, seçdiyi bir insandır, amma nəticədə bir quldur. Quranda hz. İsanı ilahlaşdıranlar üçün belə buyurulur:
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” deyənlər artıq küfrə sapdılar. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. “Allah üçlüyün üçüncüsüdür!” deyənlər artıq küfrə sapdılar. Halbuki Tək İlahdan başqa heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan küfrə sapanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır. Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 72-74)
Ayədə də bildirildiyi kimi Rəbbimiz bütün varlıqlar üzərində yeganə hökm sahibidir. O bir şeyin olmasını istədiyi vaxt bunu təxirə sala biləcək və ya olmasının qarşısını ala biləcək başqa bir güc yoxdur. Allahdan başqa ilahlar olduğunu söyləyən: "Allahın övladı var" deyənlər üçün Quranda belə buyurulur:
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!” deyə vəhy etməyək. Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!” dedilər. O, bundan uzaqdır! Əksinə, onlar (mələklər) möhtərəm qullardır. Onlar Ondan qabaq danışmazlar; ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. Onlardan kimsə: “Mən Ondan başqa bir məbudam!” desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq. (Ənbiya surəsi, 25-29)
Quranda, hz. İsanın doğumu, həyatı boyu qarşılaşdığı bəzi hadisələr, ailəsi, ətrafındakı insanların vəziyyəti kimi bir çox mövzudan bəhs edilmişdir. Quranda hz. İsa bizə: "Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsih" kimi tanıdılır. Məsələn, Ali İmran surəsində hz. İsanın öz göndərilmə səbəbini İsrailoğullarına belə bildirdiyi xəbər verilir:
Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”. (Ali İmran surəsi, 50-51)
…Onlar her ayeti görseler bile ona inanmazlar; dosdoğru yolu (rüşd yolunu) da görseler, yol olarak benimsemezler, azgınlık yolunu, gördüklerinde ise onu yol olarak benimserler. Bu, onların ayetlerimizi yalanlamaları ve onlardan gafil olmaları dolayısıyladır. |
Hz. İsanın bu dəvətini az sayda həvari qəbul etmişdir. Quranda bu səmimi insanlardan belə bəhs edilir:
…Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali İmran surəsi, 52-53)
Qarışıqlıq içindəki bir cəmiyyətə hidayət öndəri kimi göndərilən hz. İsa, həyatı boyu ətrafındakı insanları Allaha səmimi şəkildə iman etməyə və təslim olmağa çağırmışdır. Bununla yanaşı, Quran ayələrindən hz. İsanın, dinləri barədə ixtilafa düşənlərə yol göstərdiyi aydın olur. İncildə deyilənlərdən, hz. İsanın əvvəlcə ikiüzlü, səmimiyyətsiz din xadimlərini, dindar görünərək xalqı aldadanları etdiklərindən imtina etməyə, Allaha iman etməyə dəvət etdiyi aydın olur. Allah Quranda bu şəkildə bildirir:
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! (Zuxruf surəsi, 63)
Hz. İsa, bütün peyğəmbərlər kimi əxlaqi pozulmanı və dinsizliyi hədəf aldı. İnsanlardan etdikləri bütün ədalətsizlikləri, haqsızlıqları, əxlaqsızlıqları və batil dinlərini tərk etmələrini, Allahın istədiyi əxlaqla və yalnız Allah rizası üçün yaşamalarını istədi.
Hz. İsa insanlara Allah qorxusunu, Allahı sevməyi, Allaha təslim olmağı nəsihət edirdi. Batil qanunlardan, cəfəng ənənələrdən uzaqlaşmalarını, yalnız Allaha ibadət edib, etdikləri hər işdə Allaha yönəlmələrini əmr edirdi. Göstərdiyi möcüzələrsə onun, Allahın seçib bəyəndiyi, elm və qüvvət verdiyi çox dəyərli bir elçisi olduğunu açıq şəkildə göstərirdi. Onun imani dərinliyi, böyük əxlaqı, üstün qavrayışı və hikmətli açıqlamaları insanlarda böyük heyranlıq oyadırdı.
Hz. İsa özünə qurulan bütün tələlər, atılan böhtanlar və hücumlar qarşısında çox böyük səbir göstərdi, Allaha təvəkkül edib təbliğinə davam etdi. Bu əsnada isə, yanında az sayda köməkçisi oldu. Dini əslinə qaytarmaq, xurafatlardan və batil tətbiqlərdən təmizləmək üçün səy göstərdi. Rəbbimizin özünə bəxş etdiyi üstün qavrayış və hikmət sayəsində İsrailoğullarıyla çox təsirli danışıqlar apardı, çox hikmətli nümunələr verdi.
Hz. İsa Tövratı təsdiqləmiş, Allahın insanlara bir rəhbər və öyüd-nəsihət olması üçün göndərdiyi İncillə hökm vermişdir:
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün rəhbər və öyüd-nəsihət olan İncili verdik. Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar fasiqlərdir. (Maidə surəsi, 46-47)
Hz. İsanın dəvətinə cavab verənlərin sayı başlanğıcda çox az idi. Çünki bu dəvət, həm xurafat və batil ənənələr hesabına dolanan rahib zümrəsinin, həm də Allahın hakimiyyətini qəbul etməyən idarəçi zümrənin imtiyazlarını ortadan qaldırırdı. Hz. İsanın apardığı təbliğ genişlənməyə və onun ardınca gedənlərin sayı artmağa başladıqca, bu zümrələrin qurduqları hiyləgər tələlər, hz. İsaya mane olmaq üçün qurduqları planlar da çoxalmışdır. Bütün peyğəmbərlərə tarix boyu belə tələlər qurulmuşdur. Quranda müşriklərin elçilərə göstərdikləri bu qeyri-insani davranış forması belə bildirilmişdir:
...Deməli, hər dəfə sizə ürəyinizə yatmayan bir şey gətirən elçi göndəriləndə təkəbbür göstərərək bəziləriniz onu yalançı hesab edib, bəziləriniz də öldürəcəksiniz mi? (Bəqərə surəsi, 87)
Cəmiyyət içində hz. İsanı dinləyib iman edənlərlə inkar edənlər ayrılmağa başlamış, iki zümrə arasındakı fərq nəzərə çarpan şəkildə ortaya çıxmışdır. Bir tərəfdə həqiqi dindən danışan və insanları vahid Allaha iman etməyə çağıran Allahın elçisi, digər tərəfdə isə hansı möcüzəni, hansı dəlili görürsə görsün, inanmamağa qərar vermiş bir zümrə olmuşdur. Hz. İsanın qarşısındakı düşmənlər özlərini açıq şəkildə büruzə vermişdirlər. Onu dinləyən, yanında olan insanlardan sonradan onu inkar edənlərin olması mümkün ehtimaldır. Necə ki, Allah: "Sonra aralarından bəzi firqələr ixtilafa düşdü..." (Zuxruf surəsi, 65) ayəsiylə bu vəziyyəti bizə xəbər verir. Bundan ötrü də, hz. İsa, qövmün içindən iman edən və etibar edə biləcəyi insanları müəyyənləşdirmişdir.
Bu vəziyyət Quranda belə bildirilmişdir:
İsa onlardakı inkarı hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! (Ali İmran surəsi, 52)
Quranda inkar edənlərin hz. İsanı öldürmək məqsədiylə tələ qurduqları bildirilir. İncilə görə, hz. İsanın yanındakılardan birinin xəyanət etməsinə imkan yaradan bəzi fanatik din xadimləri, Allahın elçisini ələ keçirib Romalılara təslim etmək istəmişdirlər. Yenə eyni mənbəyə görə öldürmə cəzasını tətbiq etmək haqqı olmayan rahiblər, Roma rəhbərliyini qızışdırmaq üçün bir tələ qurmuşdurlar. Romalıların bu mövzuda çox həssas və mərhəmətsiz olduqlarını bildiklərindən, hz. İsanı romalı rəhbərlərə qarşı çıxan biri kimi tanıtmışdırlar. Bu tələnin aqibəti isə Quranda belə bildirilmişdir.
Onlar (imansızlar) hiylə qurdular, Allah da (bunun əvəzində) hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran surəsi, 54)
Ayələrdə də bildirildiyi kimi, hz. İsanı öldürmək üçün hərəkətə keçilmiş, tələ qurulmuşdur. Lakin bu insanlar hz. İsanı öldürməyi bacara bilməmiş, onun bir bənzərini, hz. İsa hesab edərək öldürmüşdürlər. Allah, hz. İsanı Öz Qatına qaldıraraq, qurulan tələni puç etmişdir. Halbuki Romalıların hz. İsanı çarmıxa çəkərək öldürdükləri inancı, xristianlığın təməlini təşkil edir. Bu yanlış inanca görə, hz. İsanı ələ keçirən romalılar və yəhudi din xadimləri onu çarmıxa çəkmiş və beləliklə də, onu öldürmüşdürlər. Xristian aləminin çox böyük hissəsi də hadisəni belə qəbul edir, lakin hz. İsanın öldükdən sonra dirilərək göyə ucaldığına inanır. Lakin Qurana baxdığımız vaxt, hadisənin əslində belə olmadığını görərik:
Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu qətiyyən öldürmədilər. (Nisa surəsi, 157)
Növbəti ayədə hz. İsanın vəziyyəti barədə belə bildirilir:
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 158)
Ayədə bildirilən həqiqət aydındır. Yəhudilərin təhrikiylə hz. İsanı öldürməyə cəhd edən romalılar bunda müvəffəqiyyət qazana bilməmişdirlər. Ayədə keçən: "...Onlara ancaq İsanın bənzəri göstərildi..." ifadəsi bu vəziyyəti açıq şəkildə bildirir. Allah insanlara hz. İsanın bənzərini göstərmiş və hz. İsanı da Öz Qatına qaldırmışdır. Həmçinin Rəbbimiz bu iddianı irəli sürənlərin həqiqətə dair bir məlumatları olmadığını da bildirir (ətraflı məlumat üçün baxın: Hz. İsa Ölmədi, Harun Yəhya, Araşdırma nəşriyyatı, aprel 2004).
Hz. İsanın çarmıxa çəkilmiş olması mövzusunda ilk əsrlərdə müxtəlif düşüncələr ortaya çıxmışdır. Bəzi xristian məzhəblərinin, eynilə Quranda bildirildiyi kimi, hz. İsanın çarmıxa çəkilmədiyinə inandıqları məlumdur.
Resulleri onlara dediler ki: |
Hz. İsanın Quran ayələrində bildirilən həyatından, təbliğindən, dualarından onun Allahın peyğəmbəri olduğu tam açıq şəkildə aydın olur. Hz. İsa Allahın insanlara xəbərdarlıq edən biri kimi göndərdiyi, hidayət öndəridir. Necə ki, Məryəm surəsində bildirilən: “(İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi” (Məryəm surəsi, 30) ayəsi də, bu vəziyyəti açıq şəkildə göstərir. Saff surəsində belə bildirilir:
Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!” dedilər. (Saff surəsi, 6)
Digər bir Quran ayəsində isə belə bildirilir:
Heç kimin, Allah ona Kitab, hökm və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!” demək (haqqı, səlahiyyəti) yoxdur. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın sayəsində din xadimləri olun!” (Ali İmran surəsi, 79)
Quran ayələrində və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. İsanın ölmədiyi və öldürülmədiyi, Allah Qatına ucaldığı və yer üzünə ikinci dəfə gələcəyi çox açıq şəkildə bildirilmişdir. Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. İsanın gəlməsiylə əlaqədar bir çox əlamət bildirmişdir (hz. İsanın yer üzünə ikinci dəfə gəlməsiylə əlaqədar ətraflı məlumat üçün baxın: Hz. İsanın zühur əlamətləri, Harun Yəhya).